Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3859/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı3 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilə öhdəliyinin yerinə yetirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı3 və İddiaçı2 Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “müqavilə öhdəliyinin yerinə yetirilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3684/2023 nömrəli, 16 iyun 202 3-cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı3 və İddiaçı2 birgə verdikləri kassasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı3 xx.xx.2007-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa olunan 14 mərtəbəli binanın 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 132 kv.m.-dən ibarət 3 otaqlı 83 saylı mənzili müqaviləyə əsasən payçı qismində almışdır. Mənzilin dəyəri olan 60000 ABŞ dolları məbləğində pul tərəfindən "xxxx" MMC-yə ödənilmiş və bu barədə ona xx.xx.2007-ci il tarixli maliyyə arayışı verilmişdir.
2. İddiaçı2 xx.xx.2007-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “MUR-AY’ MMC tərəfindən inşa olunan: 14 mərtəbəli bi nanın, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.m.-dən ibarət izolə olunmuş 2 otaqlı, 53 saylı mənzilini, 14 mərtəbəli binanın, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.m.-dən ibarət izolə olunmuş 2 otaqlı, 65 saylı mənzilini müvafiq olaraq 2 müqaviləyə əsasən payçı qismində almışdır. Həmçinin, xx.xx.2009-cu il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa olunan: 3 bloklu, 14 mərtəbəli binada yerləşən ümumi sahəsi 300 kv.m.-dən ibarət market sahəsini payçı qismində almışdır. 53 saylı mənzilin dəyəri olan 50000 ABŞ dolları, 65 saylı mənzilin dəyəri olan 50000 ABŞ dolları, ümumilikdə 100000 ABŞ dolları, 300 kv.m.-dən ibarət market sahəsinin dəyəri olan 480000 manat məbləğində pul tərəfindən "xxxx" MMC-yə ödənilmişdir.
3. İddiaçı6 və mərhum atası X4 ailə üzvlərin in mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə xx.xx.2008-ci il tarixdə ünvan 1 ünvanında yerləşən “MUR-AY’ MMC tərəfindən inşa olunan: 12 mərtəbəli binanın, 3-cü bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı 6 saylı mənzilini, 12 mərtəbəli binanın, 3-cü bloku, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı 83 saylı mənzilini, 12 mərtəbəli binanın, 3-cü bloku, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı 48 saylı mənzilini müvafiq olaraq 3 müqaviləyə əsasən payçı qismində atası X4 almışdır. 6 saylı izolə olunmuş mənzilin dəyəri olan 60000 manat, 83 saylı izolə olunmuş mənzilin dəyəri olan 60000 manat, 48 saylı izolə olunmuş mənzilin dəyəri olan 60000 manat, ümumilikd ə 180000 manat məbləğində pul tərəfindən "xxxx" MMC-yə ödənilmiş və bu barədə mərhum atası X3 xx.xx.2008-ci il tarixli maliyyə arayışları verilmişdir. Həmçinin, xx.xx.2008-ci il tarixdə ünvan 1 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa olunan: 12 mərtəbəli binanın, 2-ci bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı, 1 saylı mənzilini, 12 mərtəbəli binanın, 2-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı 5 saylı mənzilini müvafiq olmaqla 2 müqaviləyə əsasən payçı qismində o almışdır. 1 saylı izolə olunmuş mənzilin dəyəri olan 76200 manat, 5 saylı izolə olunmuş mənzilin dəyəri olan 76200 manat, ümumilikdə 152400 manat məbləğində pul tərəfindən "xxxx" MMC-yə ödənilmişdir.
4. İddiaçı4 xx.xx.2008- ci il tarixdə ünvan 1 ünvanında yerləşən “MUR-AY’ MMC tərəfindən inşa olunan: 12 mərtəbəli binanın, 2-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.-dən ibarət 3 otaqlı, 5 saylı mənzilini, 12 mərtəbəli binanın, 3-cü bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 kv.m.-dən ibarət 3 otaqlı 13 saylı mənzilini, 12 mərtəbəli binanın, 3-cü bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m.-dən ibarət 3 otaqlı 20 saylı mənzilini, 12 mərtəbəli binanın, 1-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.m.-dən ibarət 3 otaqlı 15 saylı mənzilini, 12 mərtəbəli binanın, 1-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı 9 saylı mənzilini; 12 mərtəbəli binanın, 3-cü bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 112 kv.m. -dən ibarət izolə olunmuş 3 otaqlı, 10 saylı mənzilini; 12 mərtəbəli binanın, 2-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı 9 saylı mənzilini müvafiq olaraq 7 müqaviləyə əsasən payçı qismində almışdır. 5 saylı mənzilin dəyəri olan 82550 manat, 13 saylı mənzilin dəyəri olan 65000 manat, 20 saylı mənzilin dəyəri olan 65000 manat, 15 saylı mənzilin dəyəri olan 76050 manat, 9 saylı (blok İ) mənzilin dəyəri olan 76050 manat, 10 saylı mənzilin dəyəri olan 72800 manat, 9 saylı (blok İİ) mənzilin dəyəri olan 82550 manat, ümumilikdə 520000 manat məbləğində pul tərəfindən “MU-RAY’ MMC-yə ödənilmiş və bu barədə ona xx.xx.2007-ci il tarixli maliyyə arayışı verilmişdir.
5. İddiaçı5 xx.xx.2009-cu il tarixdə ünvan 2 ünvanında yerləşən "xxxx" MMC tərəfi ndən inşa olunan 3 bloklu, 14 mərtəbəli binanın 2-ci blokunda ümumi sahəsi 300 kv.m.-dən ibarət market sahəsini müqaviləyə əsasən payçı qismində almışdır. Marketin dəyəri olan 480000 manat məbləğində pul tərəfindən "xxxx" MMC-yə ödənilmiş və bu barədə ona xx.xx.2009-cu il tarixli maliyyə arayışı verilmişdir.
6. İddiaçı1 xx.xx.2009-cu il tarixdə ünvan 3 ünvanında yerləşən "xxxx" MMC tərəfindən inşa olunan 3 bloklu, 14 mərtəbəli binanın ümumi sahəsi 122 kv.m.-dən ibarət market sahəsini müqaviləyə əsasən payçı qismində almışdır. Marketin dəyəri olan 146400 manat məbləğində pul tərəfindən "xxxx" MMC-yə ödənilmiş və bu barədə ona xx.xx.2009cu il tarixli maliyyə arayışı verilmişdir. 7. "xxxx" MMC barəsində istintaq aparılmış və cinayət işi açılmışdır. Sübuta yetirilmişdir ki, MMC dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişdir.
8. Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Əmlak Məsələləri Komitəsi, Mərkəzi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Rabitə və İnformasiya Texnoligiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və s. digər tərəfdən Cavabdeh MTK arasında bağlanmış müqavilə ilə tərəflər yaranmış neqativ vəziyyət, irəli sürülmüş şifahi təkliflər, rəylər və ilkin razılıqlar nəzərə alınmaqla və "xxxx" MMC-nin rəhbərliyinin qeyri-qan uni hərəkətlərindən zərərçəkmiş mənzil alıcılarının mənzil problemlərinin həll edilməsi məqsədilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Həmin müqaviləyə əsasən Cavabdeh MTK "xxxx" MMC tərəfindən inşası tamamlanmamış binalarda tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə, yəni bütün sənədləşmə işləri başa çatdıqdan və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətində tam həcmlə başa çatdırılmasını, payçıların ümumilikdə 85000 kv.m mənzil sahəsi ilə təmin edilməsini üzərinə götürmüşdür.
9. İstintaq orqanı tərəfindən mənzil sahəsi ilə təmin edilməli olan şəxslərin siyahısı tərtib olunmuş və həmin siyahıda 1036 nəfərə 85819,53 kv.m sahəsi olan mənzillərin verilməsi nəzərdə tutulmuşdur. İddiaçıların adları istintaq orqanı tərəfindən mənzil sahəsi ilə təmin edilməli olan şəxslərin siyahısı nda yoxdur.
10. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 1(101)-556/2015 nömrəli hökmü ilə iddiaçılar cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq tanınmışlar. Həmin hökmlə sübuta yetirilmişdir ki, "xxxx" MMC-nin vəzifəli şəxsləri dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
11. İddiaçı1 məhkəməyə müraciət edərək, “Aidiyyəti Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq İddiaçı1 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda inşa edilməli olan 3 bloklu, 14 mərtəbəli binanın ümumi sahəsi 122 kv.m.-dən ibarət market sahəsinin əvəzində İddiaçı1 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 146400 manat pul vəsaitinə uyğun olaraq İddiaçı1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 122 kv.metr təşkil edən market sahəsi ilə təmin edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
12. İddiaçı4 məhkəməyə müraciət edərək, “Aidiyyəti Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq İddiaçı4 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 7 müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda inşa edilməli olan: 12 mərtəbəli binanın, 2-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.-dən iba rət 3 otaqlı, 5 saylı mənzilinin əvəzində - İddiaçı4 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 82550 manat pul vəsaitinə uyğun olaraq İddiaçı4 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 127 kv.metr təşkil edən mənzil ilə təmin edilməsi; 12 mərtəbəli binanın, 3-cü bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 110 kv.m.-dən ibarət 3 otaqlı, 13 saylı mənzilinin əvəzində İddiaçı4 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 65000 manat pul vəsaitinə uyğun olaraq İddiaçı4 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında v ə ya ona yaxın ərazidə ümumi sahəsi 100 kv.metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 3-cü bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m.-dən ibarət 3 otaqlı, 20 saylı mənzilinin əvəzində İddiaçı4 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 65000 manat pul vəsaitinə uyğun olaraq İddiaçı4 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 100 kv.metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 1-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.m.-dən ibarət 3 otaqlı, 15 saylı mənzilinin əvəzində - İddiaçı4 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 76050 manat pul vəsait inə uyğun olaraq İddiaçı4 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 117 kv.metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 1-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 117 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı, 9 saylı mənzilinin əvəzində İddiaçı4 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 76050 manat pul vəsaitinə uyğun olaraq İddiaçı4 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 117 kv.metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 3-cü bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 112 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı, 10 saylı mənzilinin əvəzində - İddiaçı4 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 72800 manat pul vəsaitinə uyğun olaraq İddiaçı4 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 112 kv.metr təşkil edən mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 2-ci bloku, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı, 9 saylı mənzilinin əvəzində - İddiaçı4 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 82550 manat pul vəsaitinə uyğun olaraq İddiaçı4 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 1 8 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 127 kv.metr təşkil edən mənzillə təmin edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
13. İddiaçı6 məhkəməyə müraciət edərək, “Aidiyyəti Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq X4 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 3 müq avilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda inşa edilməli olan: 12 mərtəbəli binanın, 3cü bloku, 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı, 6 saylı mənzilinin əvəzində - X4 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 60000 manat pul vəsaitinə uyğun olaraq İddiaçı6 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 100 kv.metr təşkil edən izolə olunmuş mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 3-cü bloku, 12-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı, 83 saylı mənzilinin əvəzində - X4 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 60000 manat pul vəsaitinə uyğun olaraq İddiaçı6 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 100 kv.metr təşkil edən izolə olunmuş mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 3-cü bloku, 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 100 kv.m.-dən ibarət izolə olunmuş 3 otaqlı, 48 saylı mənzilinin əvəzində - İddiaçı6 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 60000 manat pul vəsaitinə uyğun olaraq İddiaçı6 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə üm umi sahəsi 100 kv.metr təşkil edən izolə olunmuş mənzillə təmin edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması; həmçinin “Aidiyyatı Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq İddiaçı6 arasında bağlanmış xx.xx.2008-ci il tarixli 2 müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda inşa edilməli olan: 12 mərtəbəli binanın, 2-ci bloku, 1-ci mə rtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m-dən ibarət izolə olunmuş 3 otaqlı, 1 saylı mənzilinin əvəzində - İddiaçı6 tərəfindən "xxxx" MMCyə mənzilin tam dəyəri olan ödənilmiş 76200 manat pul vəsaitinə uyğun olaraq İddiaçı6 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 127 kv.metr təşkil edən izolə olunmuş mənzillə təmin edilməsi; 12 mərtəbəli binanın, 2-ci bloku, 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 127 kv.m.-dən ibarət 3 otaqlı, 5 saylı mənzilinin əvəzində - İddiaçı6 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 76200 manat pul vəsaitinə uyğun olaraq İddiaçı6 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünv anda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 127 kv.metr təşkil edən izolə olunmuş mənzillə təmin edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
14. İddiaçı5 məhkəməyə müraciət edərək, “Aidiyyəti Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq İddiaçı5 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda inşa edilməli olan 3 bloklu, 14 mərtəbəli binanın 2-ci blokunda ümumi sahəsi 300 kv.m.-dən ibarət market sahəsinin əvəzində - İddiaçı5 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 480000 manat pul vəsaitinə uyğun olaraq İddiaçı5 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 300 kv.metr təşkil edən market sahəsi ilə təmin edilməsi öhdəliyi Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. İddiaçı3 məhkəməyə müraciət edərək, "Aidiyyəti Dövlət qurumları ilə Cavabdeh MTK arasınd a imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq İddiaçı3 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda inşa edilməli olan 14 mərtəbəli yaşayış evinin 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 132 kv.m. olan 3 otaqlı, 83 saylı mənzilinin (1 kv.m. sahə üçün 454 ABŞ dolları hesablanmaqla ümumi dəyəri 60000 ABŞ dolları təşkil edən) əvəzində İddiaçı3 t ərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 60000 ABŞ dolları pul vəsaitinə uyğun olaraq (1 kv.m. sahə üçün 454 ABŞ dolları hesablanmaqla 60000 ABŞ dolları: 454 ABŞ dolları = 132 kv.m.) İddiaçı3 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 132 kv.metr təşkil edən mənzillə təmin edilməsi öhdəliyi cavabdeh "Şərur” MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. İddiaçı2 məhkəməyə müraciət edərək, “Aidiyyəti Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrə li sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq İddiaçı2 arasında bağlanmış xx.xx.2007-ci il tarixli 2 müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda inşa edilməli olan: 14 mərtəbəli binanın, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.m.-dən ibarət izolə olunmuş 2 otaqlı, 53 saylı mənzilinin əvəzində İddiaçı2 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 50000 ABŞ dolları pul vəsaitinə uyğun olaraq İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edil ən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 87 kv.metr təşkil edən mənzillə təmin edilməsi; 14 mərtəbəli binanın, 11-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 87 kv.m.-dən ibarət izolə olunmuş 2 otaqlı, 65 saylı mənzilinin əvəzində İddiaçı2 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 50000 ABŞ dolları pul vəsaitinə uyğun olaraq İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 87 kv.metr təşkil edən mənzillə təmin edilməsi; həmçinin “Aidiyyəti Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMCyə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008 -ci il tarixli 688 nömrəli sərəncamının və 12305 nömrəli inşaat pasportunun Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamının icrası ilə əlaqədar olaraq İddiaçı2 arasında bağlanmış xx.xx.2009-cu il tarixli müqavilə əsasında "xxxx" MMC tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda inşa edilməli olan 3 bloklu, 14 mərtəbəli binanın ümumi sahəsi 300 kv.m.-dən ibarət market sahəsinin əvəzində İddiaçı2 tərəfindən "xxxx" MMC-yə mənzilin tam dəyəri olan ödənilmiş 480000 manat pul vəsaitinə uyğun olaraq İddiaçı2 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvanda yerləşən yaşayış binasının yaxınlığında inşa edilən yaşayış binasında və ya ona yaxın ərazidə ümumi sahəsi 300 kv.metr təşkil edən market sahəsi ilə təmin edilməsi öhdəliyinin Cavabdeh MTK-nın üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. İddiaçılar tələblərini belə əsaslandırmışlar ki, iddiaçılar ailə üzvlərinin mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə ünvan 4 ünvanında yerləşən “MUR-AY’ MMC tərəfindən inşa olunan binalarda mənzillər və market sahələrini payçı qismində almışlar. Mənzillərin və market sahələrinin dəyəri iddiaçılar tərəfindən “MUR-AY’ MMC-yə tam ödənilmişdir. Onlar üzərlərinə düşən öhdəliyini icra etməklərinə baxmayaraq, "xxxx" MMC iddiaçılara mənzil və market sahələrini vaxtında təhvil verməmiş və bununla da müqavilənin şərtlərini pozmuşdur.
18. Təxminən 2012-ci ildə iddiaçılara məlum olmuşdur ki, "xxxx" MMC ilə mənzillə rin alıcıları arasında bağlanmış müqavilələrdə göstərilmiş mənzillər bir alıcıya deyil, eyni zamanda bir neçə nəfərə satılmışdır. Bununla da MMC çoxsaylı şəxslərə ziyan vurmuşdur. Bu səbəbdən "xxxx" MMC barəsində istintaq aparılmış və cinayət işi açılmışdır.
19. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 1(101)-556/2015 nömrəli hökmü ilə iddiaçılar cinayət işi üzrə zərərçəkmiş şəxs olaraq tanınmışlar. Həmin hökmlə sübuta yetirilmişdir ki, "xxxx" MMC-nin vəzifəli şəxsləri dələduzluq yolu ilə pulları əldə etmiş və üzərinə düşən öhdəliklərini icra etməmişdir.
20. Bundan sonra Bakı şəhər İcra Hakimiyyəti Başçısının “Aidiyyəti Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədən (Razılaşmadan) irəli gələn öhdəliklərin icrası ilə əlaqədar, "xxxx" MMC-yə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2008-ci il tarixli 688 nömrəli sərəncamının Cavabdeh MTK-nın adına rəsmiləşdirilməsi haqqında” xx.xx.2012-ci il tarixli 121 nömrəli sərəncamı ilə Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsindən daxil olmuş xx.xx.2012-ci il tarixli 005-26213212-2255H saylı məktuba əlavə edilmiş "xxxx" MMC-nin təsisçisi vətəndaş X2 xx.xx.2012-ci il tarixli razılıq ərizəsini, Cavabdeh MTK-nın xx.xx.2012-ci il tarixli 15 saylı müraciətini və aidiyyəti Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqaviləni (Razılaşmanı) nəzərə alaraq, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, M.Xiyabani küçəsi, 18 saylı yaşayış binasının yaxınlığında "xxxx" MMC-yə yaşayış binalarının tikintisinin layihələndirilməsinə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin xx. xx.2008-ci il tarixli 688 nömrəli sərəncamı və 12305 nömrəli inşaat pasportu Cavabdeh MTK-nın adına rəsmiləşdirilmişdir. Daha sonra "xxxx" MMC-nin icra olunmamış öhdəliklərini Cavabdeh MTK yerinə yetirməli olmuşdur. Belə ki, aidiyyəti Dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilənin (Razılaşmanın) şərtlərinə uğyun olaraq, Cavabdeh MTK-ya Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabani küçəsi, 18 ünvan ərazidə "xxxx" MMC tərəfindən inşa olunmuş və tikintisi yarımçıq qalmış 1 ədəd 1 girişli və 1 ədəd 3 girişli yaşayış binalarının tikintisinin davam etdirilməsinə icazə verilmişdir. Cavabdeh MTK tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətindən tam həcmdə başa çatdırmalı olmuşdur. Həmçinin, Cavabdeh MTK və onun rəhb ərliyinə yaxın olan şəxslər tərəfindən idarə olunan tikinti şirkətləri olan "xxxx" MTK, "xxxx" MMC, "xxxx" MMC və "xxxx" MMC inşa etdikləri binalarda müqavilə əsasında almalı olduqları mənzilin sahəsinə uyğun mənzillə 1 kv.m.-nin 400 manatdan az olmamaq şərti ilə təmin edilməli idi. Lakin buna baxmayaraq Cavabdeh MTK hazırkı vaxta kimi üzərinə düşən öhdəliklərini icra etməmişdir.
21. Cavabdeh MTK etirazla məhkəməyə müraciət edərək, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Etirazın dəlilləri: - müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilmişdir. İddiaçılar ilə Cavabdeh MTK arasında öhdəliyin əmələ gəlməsinə dair müqavilə bağlanmamış, həmin müqavilələrin bağlanmasında müqavilənin tərəfi olmamışdır. Həmçinin müqavilənin icrası ilə əlaqədar qiyməti n müəyyənləşdirilməsinə dair iddiaçılar ilə Cavabdeh MTK arasında razılıq olmamış, kooperativ iddiaçılardan mənzillərin dəyərini qəbul etməmişdir; - bundan başqa Cavabdeh MTK "xxxx" MMC-nin hüquqi varisi deyil, həmçinin öhdəliklərin verilmə əsasları və qaydasına dair iddiaçılar ilə Cavabdeh MTK arasında müqavilələr mövcud olmamışdır. Cavabdeh MTK ilə 16 dövlət orqanı arasında bağlanmış müqaviləyə əsasən MTK "xxxx" MMC-nin rəhbərliyinin qanunsuz hərəkətlərindən zərərçəkmiş şəxslərin bir hissəsinə ancaq mənzilin verilməsinə dair üzərinə götürdüyü 85000 kv.m yaşayış sahəsinə dair öhdəliyi tam icra etmişdir; - bu, Ali Məhkəmənin 19 oktyabr 2017-ci il tarixli 2(102)-7143/2017 saylı, 3 iyul 2018-ci il tarixli 2(102)-4424/2022 saylı, 7 mart 2018-ci il tarixli 2(102)-1647/2018 saylı, xx.xx.2020- ci il tarixli 2(102)-488/2020 saylı və digər qərarları ilə sübuta yetirilmişdir. Bu halda öhdəliyin müqavilələrin tərəfi olmayan Cavabdeh MTK-nın üzərinə qoyulması qanunsuz və əsassız öhdəlik qoyulması ilə nəticələnmişdir; - Cavabdeh MTK-nın 85000 kv.m mənzil sahəsini "xxxx" MMC-nin zərərçəkmişlərinə verməsini və 85000 kv.m mənzil sahəsinin verilməsi məhdudiyyətin aradan qaldırılmasının təmin olunmasını təsdiq edən Ali Məhkəmənin bir neçə qərarı mövcuddur.
22. İddia tələbləri bir icraatda birləşdirilmişdir.
23. Birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(004)-3711/2022 nömrəli qərardadı ilə audit yoxlamasının təyin edilməsi qərara alınmışdır. 24. “X7” MMC-nin 10 oktyabr 2022-ci il tarixli auditor rəyinə əsasən Bakı şəhər İcra Hakimiyyəti və digər dövlət orqanları ilə Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMC tərəfindən tikintisi yarımçıq qalmış Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Xiyabani küçəsi, 18 saylı binanın yaxınlığında yerləşən 0,60 ha torpaq sahəsində yerləşən 1 ədəd 1 girişli, 1 ədəd 3 girişli binanın yarımçıq qalmış tikintisinin aparılması Cavabdeh MTK-ya həvalə olunmuşdur. "xxxx" MMC tərəfindən göstərilən binaların yalnız monolit dəmir-beton karkaslarının inşasını aparmışdır. Nəticədə sözügedən yaşayış binalarında mənzil almaq üçün "xxxx" MMC-yə müraciət etmiş şəxslər "xxxx" MMC-nin rəhbərliyi tərəfindən aldadılmış və mənzil alıcıları zərər çəkmişdir. Bakı şəhər İcra Hakimiyyəti və digər dövlət orqanları ilə Cavabdeh MTK arasında bağlanmış müqavilənin 44-cü bəndinə əsasən Cavabdeh MTK 85000 kv.m mənzil sahəsi ni tikib zərərçəkmişlərə verməyi öhdəsinə götürmüşdür. Aparılan audit yoxlaması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MTK tərəfindən "xxxx" MMC-nin zərərçəkmiş şəxslərə 85000 kv.m əvəzinə 90089,33 kv.m mənzil sahəsi verilmişdir. Aidiyyəti dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədə "xxxx" MMC-nin zərərçəkmiş şəxslərə qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulmamışdır. Buna baxmayaraq məhkəmə qərarları əsasında bəzi zərərçəkmiş şəxslərə 1 ədəd 1 girişli, 1 ədəd 3 girişli binanın zirzəmi hissəsindəki bütün qeyri-yaşayış sahəsi verilmişdir. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi M.Hüseynov tərəfindən imzalanmış siyahıda göstərilən şəxslərin hamısına mənzil sahəsi verilmişdir.
25. Birinci instansiya məhkəməsi xx.xx.2022-ci il tarixli, 2(004)-3646/2022 nömrəli qərardadı ilə audit yoxlamasının təyin edilməsi qərara alınmışdır. 26. "xxxx" MMC-nin 26 oktyabr 2022-ci il tarixli M-18345 nömrəli auditor rəyinə əsasən araşdırma və sənədlərin təhlil nəticəsində Azərbaycan Respublikası Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 nömrəli hökmü üzrə zərərçəkmiş qismində tanınan siyahısı ilə DİN-in Baş İstintaq və Təhqiqat idarəsi tərəfindən müəyyən edilmiş zərərçəkmişlərin siyahısı ilə kəskin fərqlər və uyğunsuzluqlar aşkar edilmişdir. Belə ki, siyahılar tam şəkildə fərqli və ziddiyyətli olmuşdur. Audit üçün cavabdehin öhdəliklərinin müəyyən edilməsi "xxxx" MMC-nin zərərçəkmiş şəxslərinə mənzil sahəsinin müqavilə öhdəliklərinə uyğun icra edilməsinin təmin olunması məqsədilə bir sıra Dövlət orqanları və Cavabdeh MTK arasında birg ə Müqavilə sənədi əsas götürülmüşdür. Müqavilə üzrə ayrıayrı orqan və təşkilatların müqavilənin şərtlərindən irəli gələn öhdəlikləri yaranmışdır. Müqavilə əsasında ümumi Razılaşmanın tarixləri qeyd olunmadığı üçün tarixi hadisələrin dövri xüsusiyyətlərində qeyri-müəyyənlik yaranmışdır. Buna baxmayaraq, ümumi Razılaşmada yaşayış sahəsi barədə məlumatlar yalnız müqavilənin Vergilər Nazirliyinin öhdəlikləri təsbit olunmuş hissəsində 85000 kv.metr yaşayış sahəsinin verilməsi öhdəliyi məlumatı öz əksini tapmışdır. Auditə icra öhdəlikləri barədə Cavabdeh MTK tərəfindən təqdim olunmuş siyahıda (cədvəl) Cavabdeh MTK və ona yaxın, adları qeyd olunmuş hüquqi şəxslər tərəfindən razılaşma üzrə öhdəliklərin icra vəziyyəti barədə məlumatları ilə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat idarə si tərəfindən tərtib olunmuş cədvəllərdə uyğunsuzluqlar olmuşdur ki, bu da daha sonradan müraciət edənlər (şikayətçilərin) və zərərçəkmiş şəxslərin nümayəndələrinin və Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 nömrəli hökmü zərərçəkmiş qismində tanınan şəxslərin siyahısına uyğun ümumiləşdirilmiş və ayrı-ayrılıqda fərqlənmə qaydasında araşdırılmışdır. Lakin bütün tarixi və dövri qeyri-müəyyənliklərə baxmayaraq Müqavilə-razılaşma zərərçəkmişlərin siyahısı və mənzillərin parametrlərinin müəyyən edilməsi öhdəliyini Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi öz üzərinə götürmüşdür. Bu barədə yalnız DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin zərərçəkmişlərin siyahısı və mənzil sahələrinin göstəriciləri barədə siyahısında məlumatlar əksini tapmışdır. Digər məsələ isə au dit üçün hüquqi sənəd sayılan Razılaşmanın və məhkəmə tərəfindən qoyulmuş sualların məzmununa və mahiyyətinə uyğun olaraq araşdırılması olmuşdur. Məhkəmə tərəfindən audit qarşısında qoyulmuş suallarda Cavabdeh MTK-nın öhdəliyi nəzərdə tutulduğundan, bu öhdəliyin həcminin isə razılaşma üzrə Azərbaycan Respublikası Baş Prokurorluğu və Daxili İşlər Nazirliyi müəyyən etməli olduğu üçün DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən verilmiş siyahı əsas götürülərək Ağır Cinayətlər Məhkəməsinin 1(101)-556/2015 nömrəli hökmü üzrə digər zərərçəkmiş qismində tanınan şəxslərin siyahısı ilə birlikdə icra edilmiş öhdəliklərin vəziyyəti qarşılıqlı müqayisələndirmə əsasında təhlil edilmişdir. Sənədlərə baxış zamanı "xxxx" MMC-nin zərərçəkmişlərə vurduğu ziyanın təyinatı üzrə qarşılanması üçün Cavabd eh MTK və ona yaxın olan şəxslər tərəfindən idarə olunan, siyahısı Müqavilə-Razılaşmanın Cavabdeh MTK-nın öhdəlikləri hissəsində göstərilən hüquqi şəxslər tərəfindən inşa edilmiş binalarda mənzil sahələrinin hər kv.m üçün 400 manat qiymət müəyyən edilməklə hesablaşmalar əsasında yerinə yetirilməsi əksini tapmışdır. Belə hesablaşmalar zərərçəkmiş şəxslərin Razılaşmaya əsasən qiyməti hər kv.metr üçün müəyyən edilmiş 400 manat hədd ilə müqayisəli şəkildə ödənişin edilməsi qaydasında həyata keçirilmişdir. Yəni zərərçəkmiş şəxslərdən müqavilə üzrə yalnız "xxxx" MMC-yə hər kv.m üçün etdiyi ödənişin 400 manatdan az olan hissəsi qədər əlavə ödəniş tələb oluna bilər. Beləliklə, Cavabdeh MTK "xxxx" MMC-nin zərərçəkmiş şəxsləri qismində təsdiq olunmuş sənəd üzrə öhdəliyi 85000 kv.metr yox, 85819.53 k v.metr müəyyən edilmişdir. Auditə təqdim olunan sənədlərə, iş və materiallara uyğun olaraq zərərçəkmişlərin siyahısı təsdiq olunmuş məlumatlar əsasında yeni cədvəllər tərtib olunmuşdur. Həmin cədvəllər Daxili İşlər Nazirliyinin Müqavilə-Razılaşma öhdəliyindən irəli gələn əsas cədvəl üzrə məlumatlar və öhdəliyin icra vəziyyəti “verilmiş, artıq verilmiş, əskik verilmiş və tamamilə verilməmişdir” meyarlar üzrə nəticələri ifadə etmişdir.
27. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(004)-90/2023 nömrəli iş üzrə 13 mart 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir. (hakim Ayaz Məmmədov)
28. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçılarla "xxxx" MMC arasında ayrı-ayrılıqda müxtəlif tarixlərdə müqavilələr imzalanmaqla MMC qeyd olunan mənzilləri alıcılara verməyi, payçılar (iddiaçılar) isə müqavilədə göstərilmiş məbləği tamamilə ödəməyi və mənzili qəbul etməyi öz öhdəsinə götürmüşlər. Daha sonra 2012-ci ildə iddiaçılara məlum olmuşdur ki, "xxxx" MMC ilə mənzillərin alıcıları arasında bağlanmış müqavilələrində göstərilmiş mənzillər bir alıcıya deyil, eyni zamanda bir neçə nəfərə satılmışdır. Bununla da "xxxx" MMC çoxsaylı şəxslərə maddi ziyan vurması nəticəsində "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmış və istintaq aparılmışdır. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanla bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququ izah edilmişdir.
29. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılarla "xxxx" MMC arası nda müxtəlif vaxtlarda ayrı-ayrılıqda bağlanmış müqavilə və "xxxx" MMC-nin vəzifəli şəxslərinin dələduzluq hərəkətləri nəticəsində iddiaçılar cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışlar. Həmçinin Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Əmlak Məsələləri Komitəsi, Mərkəzi Bank, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Yasamal Rayon İcra Hakimiyyəti, Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Bakı Telefon Rabitəsi İstehsalat Birliyi və s. digər tərəfdən Cavabdeh MTK arasında bağlanmış müqaviləyə əsasən həmin müqavilə ilə tərəflər yaranmış neqativ vəziyyət, irəli sürülmüş şifahi təkliflər, rəylər və ilkin razılıqlar nəzərə alınmaqla və "xxxx" MMC-nin rəhbərliyinin qeyri-qanuni hərəkətlərindən zərərçəkmiş mənzil alıcılarının mənzil problemlərinin həll edilməsi məqsədilə üzərlərinə müəyyən öhdəliklər götürmüşlər. Həmin müqaviləyə əsasən Cavabdeh MTK "xxxx" MMC tərəfindən inşası tamamlanmamış binalarda tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə, yəni bütün sadələşmə işləri başa çatdıqdan və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətində tam həcmlə başa çatdırılmasını, payçıların ümumilikdə 85000 kv.m mənzil sahəsi ilə təmin edilməsini üzərinə götürmüşdür.
30. Auditorlar Palatasının 26 oktyabr 2022-ci il tarixli 1/56 SDO nömrəli sərəncamı ilə aparılmış Cavabdeh MTK tərəfindən müqavilələr, yəni işin sə nədləri tam şəkildə təqdim olunmadığından birinci instansiya məhkəməsi hesab etmişdir ki, həmin rəy əsas götürülə bilməz. “X7” MMC-nin 10 oktyabr 2022-ci il tarixli auditor rəyində isə sənədlərin tam şəkildə təqdim olunmasına istinadən birinci instansiya məhkəməsi həmin rəy əsas götürülməli olmasını qeyd etmişdir.
31. Birinci instansiya məhkəməsi “X7” MMC-nin 10 oktyabr 2022-ci il tarixli auditor rəyini əsas götürərək belə nəticəyə gəlmişdir ki, Cavabdeh MTK tərəfindən zərərçəkmiş şəxslərə verilməli olan 85000 kv.m əvəzinə, 90089,33 kv.m mənzil sahəsi təhvil verilmiş, yəni cavabdeh öhdəliyini artıqlaması ilə icra etmiş, iddiaçılara qarşı hər hansı öhdəliyi qalmamışdır.
32. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, razılaşmaya əsasən Cavabdeh MTK tərəfindən iddiaçılara təhvil verilməli olan 85000 kv.m əvəzinə 90089,33 kv.m mənzil sahəsi verilmişdir. Odur ki, Cavabdeh MTK tərəfindən iddiaçılara mənzil təhvil verilməsi öhdəliyi cavabdeh tərəfindən artıqlaması ilə icra olunmuş hesab olunduğundan, cavabdehin iddiaçılara qarşı hər hansı öhdəliyi yoxdur.
33. Birinci instansiya məhkəməsi onu da vurğulamışdır ki, aidiyyəti dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədə "xxxx" MMC-nin zərərçəkmiş şəxslərinə qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq məhkəmə qərarları əsasında bəzi zərərçəkmiş şəxslərə 1 ədəd 1 girişli, 1 ədəd 3 girişli binanın zirzəmi hissəsindəki bütün qeyri-yaşayış sahəsi verilmişdir. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi M.Hüseynov tərəfindən imzalanmış siyahıda göstərilən şəxslərin hamısına mənzil sahəsi verilmişdir. Belə olduğu halda, "xxxx" MMC tərəfindən vurulmuş zərər nəticəsində Cavabdeh MTK-nın iddiaçılar qarşısında öhdəliyinin yarandığını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddia tələbləri rədd edilməlidir.
34. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 146.1, 152, 158, 385, 386.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
35. İddiaçılar birgə apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
36. Apellyasiya şikayətinin dəlilləri: - cavabdeh müvafiq dövlət orqanları ilə bağlanmış razılaşmanın etibarlılığını mübahisələndirməmişdir. Əksinə cavabdeh həmin müqavilə üzrə şərtləri tam icra etdiyini iddia etmişdir. Belə olan halda, sübut etmə vəzifəsi cavabdeh tərəfin üzərinə düşməsinə baxmayaraq cavabdeh həmin halları mötəbər sübutlarla sübut edə bilməmişdir; - Razılaşma ilə Cavabdeh MTK-nın üzərinə yalnız öhdəliklər qoyulmamış, ona dövlət orqanları tərəfindən müvafiq imtiyazlar da verilmişdir. Cavabdeh həmin imtiyazlardan istifadə edərək, çoxmənzilli yaşayış evi inşa etdiyi halda, üzərinə götürdüyü öhdəlikləri – zərərçəkmiş şəxsləri mənzillə təmin etmək öhdəliyini də icra etməli idi; - Cavabdeh MTK-nın aidiyyəti dövlət orqanları ilə müqavilə bağlayaraq "xxxx" MMCnin vəzifəli şəxslərinin cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxsləri mənzillə təmin etmək öhdəliyini üzərinə götürməsi barədə Razılaşmaya nəzər salınsa müəyyən olunar ki, Cavabdeh MTK-nın öhdəlikləri” hissəsində zərərçəkmiş şəxslərə verilməli olan sahə 85000 kv.m sahə ilə məhdudlaşmamışdır. Öhdəliklərdən aydın şəkildə başa düşülür ki, bütün zərərçəkmiş şəxslərə yaşayış sahələrinin verilməsi üzrə öhdəlik götürülmüşdür; - həmin Razılaşmanın “Vergilər Nazirliyinin öhdəliyi” hissəsində Vergilər Nazirliyi öhdəlik götürmüşdür ki, 85000 kv.m sahə vergiyə cəlb edilməyəcəkdir. Bu hala istinadən Cavabdeh MTK-nın 85000 kv.m sahə təhvil verməli olması öhdəliyinin olması qənaətinə gəlinməsi yanlışdır. Əks halda, bu hal Cavabdeh MTK-nın öhdəliklərində də öz əksini tapardı; - Cavabdeh MTK "xxxx" MMC-nin vəzifəli şəxslərinin cinayət əməlləri nəticəsində zərərçəkmiş şəxsləri mənzillə təmin etmək öhdəliyini üzərinə götürmüş, Vergilər Nazirliyi isə həmin zə rərçəkmişlərə veriləcək sahələrdən cəmi 85000 kv.m sahəni vergilərdən azad edəcəkdir. Lakin Cavabdeh MTK-nın öhdəlikləri sırf 85000 kv.m olsa idi belə, yenə də iddia tələbi rədd edilə bilməzdi. Belə ki, iş materiallarında iki ədəd audit rəyi mövcuddur. Məhkəmə hansı səbəbdən “X7” MMC tərəfindən verilmiş audit rəyini mötəbər götürməsini əsaslandıra bilməmişdir. Halbuki, həmin audit rəyinin özündə heç bir əsaslandırma aparılmamış və həmin nəticəyə auditorun necə gəlməsi bəlli olmamışdır. Həm digər audit rəyində, həm də analoji işlər üzrə çıxarılmış məhkəmə qətnamələrində (iş materiallarına əlavə edilmişdir) Cavabdeh MTK-nın öhdəliklərini lazımınca yerinə yetirməməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddia tələbi tam şəkildə təmin edilməli idi; - bundan əlavə, məhkəmənin zərərçəkmiş şəxslərə qeyri-yaşayış sahəsinin verilməsinin nəzərdə tutulmaması əsası ilə iddia tələbinin rədd edilməsi qənaəti də yanlış olmuşdur. Belə ki, həm analoji işlərlə bağlı məhkəmə qətnamələrində, həm də ki, Cavabdeh MTK-nin nümayəndəsinə verilmiş suala cavab olaraq bildirmişdir ki, digər şəxslərə qeyri-yaşayış sahəsi verilmişdir. Bu hal audit rəyində də öz əksini tapmışdır. Belə olan halda sual ortaya çıxmışdır ki, belə bir öhdəlik yox idisə, MTK digər şəxslərə niyə qeyri-yaşayış sahələri vermişdir.
37. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3684/2023 nömrəli mülki iş üzrə 16 iyun 2023-cü il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Akif İsgəndərov (sədrlik edən və məruzəçi), Azad İmanov, Məhəmməd Rüstəmli)
38. Apellyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə alınmış “X7” MMC-nin 10 oktyabr 2022-ci il tarixli auditor rəyi ilə müəyyən edilmişdir ki, Cavabdeh MTK tərəfindən zərərçəkmiş şəxslərə verilməli olan 85000 kv.m əvəzinə 90089,33 kv.m mənzil sahəsi təhvil verilmişdir. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi M.Hüseynov tərəfindən imzalanmış siyahıda adları göstərilən şəxslərin (zərərçəkənlərin) hamısına mənzil sahəsi verilmişdir.
39. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı iş üzrə iddiaçıların adları mənzil sahəsi ilə təmin edilməli olan şəxslərin istintaq orqanı tərəfindən tərtib olunmuş siyahısında olmamışdır. Həmin siyahıda 1036 nəfərə 85819,53 kv.m sahəsi olan mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Lakin işin müəyyən edilmiş hallarına əsasən cavabdeh tərəfindən 1051 nəfərə 90089 kv.m ümumi sahəsi olan mənzillərin verilməsi həyata keçirilmişdir.
40. Apellyasiya instansiya məhkəməsi göstərmişdir ki, hazırkı iş üzrə iddiaçılarla cavabdeh arasında hər hansı müqavilə və müqavilədən yaranan öhdəlik münasibətinin olduğu müəyyən edilməmiş və bu baxımdan, birinci instansiya məhkəməsi cavabdehin iddiaçılar qarşısında icra edilməmiş öhdəliyinin olmaması barədə düzgün nəticəyə gəlmişdir.
41. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə apellyasiya instansiya məhkəməsi vurğulamışdır ki, Auditorlar Palatasının 26 oktyabr 2022-ci il tarixli 1/56 SDO nömrəli sərəncamı ilə aparılmış auditor rəyi verilərkən Cavabdeh MTK tərəfin dən müqavilələr, yəni işin sənədləri tam şəkildə təqdim olunmadığından məhkəmə həmin rəyi əsas götürməmişdir. “X7” MMC-nin 10 oktyabr 2022-ci il tarixli auditor rəyində isə sənədlər tam şəkildə təqdim olunaraq araşdırılmışdır.
42. Apellyasiya şikayətinin “birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh MTKnın cəmi 85000 kv.m sahə təhvil verməli olması öhdəliyinin olması qənaətinə gəlinməsi yanlış olmuşdur. Belə ki, Cavabdeh MTK "xxxx" MMC-nin vəzifəli şəxslərinin cinayət əməlləri nəticəsində zərərçəkmiş bütün şəxsləri mənzillə təmin etmək öhdəliyini üzərinə götürmüşdür” dəlilini də əsassız sayaraq apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Baş Prokurorluğu, Daxili İşlər Nazirliyi və digər orqanlarla Cavabdeh MTK arasında bağlan mış müqavilədə Cavabdeh MTK, "xxxx" MMC tərəfindən inşası tamamlanmamış binalarda tikinti işlərinin keyfiyyətlə, direktiv müddətdə, yəni bütün sənədləşmə işləri başa çatdıqdan və pul vəsaiti ayrıldıqdan sonra 12 ay müddətində tam həcmlə başa çatdırılmasını və payçıların yalnız 85000 kv.m mənzil sahəsi ilə təmin edilməsini üzərinə götürmüşdür. Eləcə də, istintaq orqanı tərəfindən mənzil sahəsi ilə təmin edilməli olan şəxslərin siyahısı tərtib olunmuş və iddiaçıların adları həmin siyahıda olmamışdır. Həmin siyahıda 1036 nəfərə 85819,53 kv.m sahəsi olan mənzillərin verilməsi nəzərdə tutulmuşdur. Lakin işdən göründüyü kimi, cavabdeh tərəfindən 1051 nəfərə 90089 kv.m ümumi sahəsi olan mənzillərin verilməsi həyata keçirilmişdir.
43. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi nin iddianın əsassız olması ilə bağlı mövqeyi ilə razılaşmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçılar rəyin əsassız olduğunu bildirsələr də, rəyin mötəbərliyini şübhə altına alan ilkin sübutları məhkəməyə təqdim etməmişlər. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
44. İddiaçılar (Vəkil1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
45. Kassasiya şikayətinin bir sıra dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmişdir. Əlavə olaraq kassatorlar qeyd etmişlər ki, məhkəmə öz qətnaməsində hesab etmişdir ki, “aidiyyəti dövlət qurumları ilə Cavabdeh MTK arasında imzalanmış müqavilədə "xxxx" MMC-nin zərərçəkmiş şəxslərinə qeyri-yaşayış sahəsinin verilməsi nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq məhkəmə qərarları əsasında bəzi zərərçəkmiş şəxslərə 1 ədəd 1 girişli, 1 ədəd 3 girişli binanın zirzəmi hissəsindəki bütün qeyri-yaşayış sahəsi verilmişdir. Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi M.Hüseynov tərəfindən imzalanmış siyahıda göstərilən şəxslərin hamısına mənzil sahəsi verilmişdir. Belə olduğu halda, məhkəmə hesab edir ki, "xxxx" MMC tərəfindən vurulmuş zərər nəticəsində Cavabdeh MTK-nın iddiaçılar qarşısında öhdəliyinin yarandığını təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilmədiyindən, iddia tələbi əsassız olmaqla rədd edilməlidir.” Məhkəmənin bu mövqeyi ilə bağlı kassatorlar qeyd etm işlər ki, məhkəmənin bu halları necə müəyyən etməsi bəlli olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
46. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının M ülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərard adını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
48. Kassasiya şikayətində iddiaçılar apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndiriblər. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.
49. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
51. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi, eləcə də apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib, apellyasiya şikayətinin dəlillərinə tam qiymət verib.
52. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 3843-ci bəndində əks edilən qiymətləndirməsi ilə razılaşır.
53. Belə ki, iddia tələbi öhdəliyin yerinə yetirilməsi barədədir.
54. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilən hallarına görə isə hazırkı iş üzrə iddiaçılarla cavabdeh arasında hər hansı müqavilə və müqavilədən yaranan öhdəlik münasibətinin olduğu müəyyən edilmir.
55. Həmçinin müəyyən edilib ki, istintaq orqanı tərəfindən mənzil sahəsi ilə təmin edilməli olan şəxslərin siyahısı tərtib olunmuş və iddiaçıların adları həmin siyahıda olmamışdır. Həmin siyahıda 1036 nəfərə 85819,53 kv.m sahəsi olan mənzillərin verilməsi nəzərdə tutulmuş, cavabdeh tərəfindən 1051 nəfərə 9008 9 kv.m ümumi sahəsi olan mənzillərin verilməsi həyata keçirilmişdir.
56. Bu baxımdan, məhkəmə kollegiyası hesab edir ki, yuxarıda göstərilən əsasla iddia tələbinin təmin edilməməsi barədə gəlinən nəticə qanuni və əsaslı olmuşdur.
57. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
58. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı6, İddiaçı5, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3684/2023 nömrəli, 16 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxla