Məhkəmə qərarları › İş №2(102)-3860/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3860/2025

19.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3860/2025 19.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsə qarşı iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin qeyri-mümkünlüyü (kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verildikdə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Həsənov Rəşad Məhəmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsə qarşı “əmrin ləğv e dilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2695/2025 nömrəli, 5 noyabr 2025-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 19 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxsə qarşı “əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma dövrü üçün ödənilməmiş əmək haqqının ödənilməsi, vurulmuş mənəvi ziyanın ödənilməsi” ziyana görə cəmi 5000 manat məbləğinin cava bdehdən tutularaq ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir

2. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim – Fariz Əlizadə) 2(004)3310/2024 nömrəli, 31 iyul 2024-cü il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

3. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Cəmilə Musayeva (sədrlik edən və məruzəçi), Fuad Babayev və Fuad Abdıyev) 2(103)-5651/2024 nömrəli, 7 noyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İspəndiyar Şəfiyev (məruzəçi), Əhməd Əhmədov və Vüqar Həsənov) 2(102)- 521/2025 tarixli, 12 fevral 2025-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2024-cü il 7 noyabr tarixli 2(103)-5651/2024 nömrəli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün göndərilməsi qərara alınmışdır.

6. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) 2(103)2695/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)3310/2024 nömrəli 31 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilmiş, İddiaçı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxs arasında bağlanan əmək müqaviləsinin bitməsi əsası ilə işdən azad olunması barədə xx.xx.2024 -cü il tarixli, 3-171/3-4-262/2024 saylı əmrin ləğv edilməsi, işdən azad olunduğu tarixdə çalışdığı DSMF-nin 2 saylı X1 Cəlilabad rayon qəbul şöbəsinin müdiri vəzifəsi üzrə işə bərpa edilməsi, onun cavabdeh tərəfindən işdən azad olunduğu gündən hazırkı iş üzrə qəbul olunacaq məhkəmə qətnaməsinin icra olunacağı tarixə kimi məcburi işburaxma müddəti üçün əmək haqqının hesablanıb ödənilməsi qət edilmiş, qalan hissədə iddia tələbi rədd olunmuşdur.

7. Cavabdeh qətnamədən kassasiya şikayəti vermişdir.

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Sənan Hacıyev (məruzəçi), Elşanə Vəliyeva və Elşad Şamayev) 2(102)-3034/2025 tarixli, 11 sentyabr 2025-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2695/2025 nömrəli, 11 iyun 2025-ci i l tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsi tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilməklə qaytarılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) xx.xx.2025-ci il tarixli, 2(103)2695/2025 nömrəli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2695/2025 nömrəli, 11 iyun 2025-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

10. Qətnamədən xx.xx.20 25-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsi tərəfindən kassasiya şikayəti və kassasiya şikayəti vermək üçün buraxılmış prossesual müddətin bərpası barədə ərizə verilmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – Sabit Bəhrəmzadə (sədrlik edən və məruzəçi), Vahid Sadıqov və Xumar Mərdanova) xx.xx.2025-ci il tarixli, 2(103)2695/2025 nömrəli qərardadı ilə kassasiya şikayəti vermək üçün prossesual müddətin bərpası barədə cavabdehin ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.

12. Apellyasiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iş materiallarından göründüyü kimi cavabdeh tərəfindən qətnamədən kassasiya şikayəti bunun üçün qanunla müəyyən edilmiş 2 aylıq müddətin bitməsinə 3 gün qalmış verilmişdir. Prossesual qanunvericilik 2 aylıq müddət vermişdir və bu müddət ötməmişdir. Lakin qanun bu müddəti müəyyən edərkən 2 ay içərisində əsaslandırılmış kassasiya şikayətinin verilməsi, vəkillə təmsil olunmaq imkanı olmayan şəxslərin dövlət hesabına vəkillə təmin edilməsi üçün ərizə verəcəyi halda baxılması və sair o cümlədən, şikayətin verilməsi zamanı bu kimi çatışmazlıqların məhz həmin vaxt çərçivəsində aradan qaldırılmasının təmin edilməsini də nəzərdə tutmuşdur. Belə olan halda kassasiya şikayətinin, məhz müddətin bitməsinə 3 gün qalmış verilməklə baş verə biləcək qüsurların da müddət çərçivəsində aradan qaldırılması imkanını məhdudlaşdırmışdır. Bu halda müddətin bərpa edilməsi bir tərəfin məhkəməyə çatımlılıq hüququnun bərpası kimi görünsə də, digər tər əfdən də iddiaçının əldə etmək istədiyi hüquqa çatmasını ləngitməklə onun hüquqlarının pozulmasına gətirib çıxara bilər. Hətta ərizəyə baxılarkən verdiyi izahatında belə nümayəndə cavabdehin son anda kassasiya verməklə onun hüquqlarının bərpasını qəsdən ləngitmələrini qeyd etmişdir.

13. Bundan əlavə cavabdeh qurum publik hüquqi şəxs olaraq kassasiya şikayəti verdikləri zamanı dövlət rüsumunu ödəyərkən təyinatının məhz Azərbaycan Respublikası Ali Məhkəməsini seçməli olduğunu və ödənilməsi qaydasının bilməmələri qeyrimümkündür. Belə ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsi dəfələrlə bu cür kassasiya şikayətlərini hazırlayıb Ali Məhkəməyə ünvanlamışlar. Yəni publik hüquqi şəxs olaraq cavabdehin bu cür texniki yanlışlığa yol verməsini məhkəmə ü zrlü hal kimi qəbul etməmişdir.

14. Apellyasiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 133.2, 405.0.1, 408.1.4 və 409-cu maddələrə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdeh (vəkil – X3) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və cavabdehin kassasiya şikayəti üçün nəzərdə tutulmuş prosessual müddətin bərpası barədə ərizəsinin təmin edilməsi, prosessual müddətin bərpa edilməsi və kassasiya şikayətinin mahiyyəti üzrə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadının əsa slandırma hissəsində qeyd olunanlardan aydın olur ki, məhkəmə tərəflərin hüquq bərabərliyini təmin etmədən müvafiq qərardad qəbul etmişdir. Belə ki, MPM-in 8-ci maddəsinə əsasən məhkəmələr iş üzrə tərəfləri və prosessual şəxslərin hüquqlarına bərabər yanaşmalıdır. Lakin qərardadda qeyd olunan “cavabdeh qurum publik hüquqi şəxs olaraq kassasiya şikayəti verdikləri zamanı dövlət rüsumunu ödəyərkən təyinatının məhz Azərbaycan Respublikası Ali Məhkəməsini seçməli olduqlarını və ödənilməsi qaydalarını bilməmələri qeyri-mümkündür” ifadəsi ilə məhkəmənin tərəflərə fiziki və hüquqi şəxs olaraq fərqli yanaşma sərgiləməsi hüquq bərabərliyi prinsipindən tamamilə kənar olmuşdur.

17. Cavabdehin mövcud olmuş nöqsandan yalnız Ali Məhkəmənin kassasiya şikayətinin mümkünlüyünə dair “Elektron məhkəmə” infor masiya sistemində “işin nəticəsi” hissəsində yerləşdirdiyi məlumatdan sonra xəbəri olmuşdur. Bununla belə, Ali Məhkəmənin qərardadı “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilməzdən əvvəl, gecikdirilmədən nöqsan tərəfimizdən aradan qaldırılmış, müddətin bərpası ərizəsi ilə birlikdə kassasiya şikayəti elektron kabinetə yerləşdirilmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası Mülki Prosessual Məcəllənin 409-cu maddəsində nəzərdə tutulmuş halları ağlabatan müddətdə yoxlayıb bu nöqsanı aşkar etsə idi, bu halda kassasiya şikayəti hətta 2 aylıq müddət ötürülmədən nöqsan aradan qaldırılaraq yenidən kassasiya şikayəti veriləcəkdi. Əlavə olaraq məhkəmənin qərardan cavabdeh tərəfindən kassasiya şikayətinin prosessual müddətin bitməsinə 3 gün qalmış verməsini süründürm əçilik kimi qiymətləndirməsi tamamilə əsassızdır və reallıqdan kənardır. Azərbaycan Respublikasının Konsitusiyasında və prosessual qanunvericilikdə nəzərdə tutulmuş məhkəməyə (yenidən) müraciət hüququnun məhkəmə tərəfindən “süründürməçilik” kimi qiymətləndirilməsi yolverilməzdir və hər hansı əsası yoxdur. b)

18. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

19. Maddə 133.2. Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törət mir.

20. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər.

21. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri

22. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olun muş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

23. Apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

24. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisələndirilən qərardad qəbul edilərkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

25. Kassasiya şikayətinin dəlilləri bağlı iş məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, cavabd eh tərəfindən kassasiya şikayətinin qanunla müəyyən edilmiş 2 aylıq müddətin bitməsinə 3 gün qalmış verilməsi sonradan ortaya çıxa biləcək nöqsanların aradan qaldırılması imkanı cavabdehin özü tərəfindən məhdudlaşdırmışdır. Cavabdeh qurum publik hüquqi şəxs olaraq kassasiya şikayəti verərkən bu kimi halları nəzər almalı idi. Hazırkı vəziyyətdə müddətin bərpa edilməsi bir tərəfin məhkəməyə çatımlılıq hüququnun bərpası kimi görünsə də, digər tərəfdən də iddiaçının əldə etmək istədiyi hüquqa çatmasını ləngitməklə onun hüquqlarının pozulmasına gətirib çıxara bilər. Belə olan halda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsi cavabdeh kimi bu cür texniki yanlışlığa yol verilməsi üzrlü hal kimi qəbul oluna bilməz.

26. Qeyd olunanları nəzərə alaraq məhk əmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 şəxs tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2695/2025 nömrəli iş üzrə 5 noyabr 2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar