Məhkəmə qərarları › İş №2(102)-3863/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3863/2024

26.11.2024 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3863/2024 26.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3863/2024 (Açar sözlər: əmrin ləğv edilməsi və son haqq-hesabın ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və son haqq-hesabın ödənilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3327/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 26 noya br 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Bakı şəhər İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda, İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə müraciəti ilə əlaqədar Cavabdeh MMC-nin ünvanına 3-17-5/2-33592/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubla müraciət olunaraq İddiaçı aid olan sənədlərin təqdim edilməsi xahiş olunmuşdur. Lakin poçt xidməti tərəfindən məktub xx.xx.2023-cü il tarixdə müəssisəyə çatdırılsa da, İddiaçı aid tələb olunan sənədlər təqdim olunmadığından onun müraciətinin araşdırılması mümkün olmamışdır. Bununla yanaşı, araşdırma zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin “Əmək və Məşğulluq” altsisteminə baxış keçirilərkən, İddiaçıla Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixdə bağlanmış əmək müqaviləsinə dair bildirişin elektron informasiya sistemində qüvvədə olduğu müəyyən edilmişdir. Həmçinin bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” 2015-ci il 20 dekabr tarixli 1410-İVQ nömrəli Azərbaycan Respublikası Qanununa əsasən Azərbaycan Respublikası ərazisində sahibkarlıq sahəsində aparılan yoxlamalar xx.xx.2024-cü il tarixədək dayandırıldığından müraciətdə göstərilən halların yenidən araşdırılması mümkün olmamışdır. Müraciətdə qeyd edilən məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun o lduğu bildirilmişdir.

2. Cavabdeh MMC-nin İddiaçıla əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli, X-045 nömrəli əmrinə əsasən, Cavabdeh MMC-də “Şef aşpaz” vəzifəsində işləyən İddiaçı ilə bağlanılmış xxxxxxx000500 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xx.xx.2023-cü tarixindən xitam verilmişdir. Əmrin verilməsinə əsas kimi, Səbail RPİ-nin xx.xx.2023-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərar qeyd olunmuşdur.

3. Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsinin baş təhqiqatçısı Mahir Feyzullayevin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərarı ilə, X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işi başlanmasının rədd edilməsi, qərarın təsviri hissəsində göstərilənlərə əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi məqsədi ilə qəbul edilmiş qərarın icra olunması üçün təhqiqat orqanın rəhbərinə təqdim edilməsi qərara alınmışdır. Qərarda qeyd edilmişdir ki, araşdırma zamanı X5 izahatında bildirmişdir ki, o, Səbail rayonu, Bayıl qəsəbəsi, Bulvar İdarəsinin ərazisində yerləşən “Port Wine” restoranının müdiri işləyir. xx.xx.2023-cü il tarixdə restoranına ət gətirən Cəlal adlı şəxs restoranın baş aşpazı Qoşqar adlı şəxsə qaimə əsasında ət məhsulları nı təhvil vermişdir. Qoşqar əti təhvil aldıqdan sonra quzu ətini 11 kq qeyd edərək, can ətini isə 23 kq yazmışdır. Bundan sonra restoranın maliyyə işlərinə baxan Nicat Səfərli gətirilən ətləri çəkdikdə onların qaimədə qeyd edildiyi kimi deyil, yenidən əti çəkdikdə quzu əti 6 kq, can əti isə 18 kq olduğunu aşkar etmişdir. Nəticədə Qoşqar ətin çəkisində saxtakarlıq edərək 238 manat pulu mənimsəmişdir. Yuxarıda qeyd edilən qərardan görünür ki, araşdırma zamanı izahatı alınmış İddiaçı göstərmişdir ki, o, Səbail rayonu, Bayıl qəsəbəsi, Bulvar İdarəsinin ərazisində yerləşən “Port Wine” restoranda 2 il baş aşpaz vəzifəsində işləmişdir. O, restorandan işdən çıxdıqdan sonra ona verilməsi məzuniyyət puluna görə restoranın müdiri Sərdar İsayevə zəng edib soruşmuş, sonuncu ona ödəniş olunmayacağını bi ldirmişdir. O, restoranda işlədiyi müddətdə hər ay bütün malların sayı düzgün olub və işlədiyi müddətdə bütün işləri qaydasında olub. Son sayında 52 kq can əti artıq olub və bütün ərzaqlar qaydasında və yerində olub, işdən çıxdığına görə əmək müqaviləsinə görə şikayət edəcəkdir. O, iyul ayının 1-də ərizə yazıb işdən çıxmışdır. İndiyədək onu rəsmi olaraq işdə qeydiyyatda saxladıqlarına görə restoranın müdiri Sərdar İsayevin ərizəsində göstərdikləri həqiqəti əks etdirmir, yalan və böhtandır. Hər ay restorana gələn hər bir malın əskikliyi olmayıb.

4. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2920/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsin ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icr aata təqsirinin olması sübuta yetirilmədiyi üçün xitam verilməsi qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-51/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə, X5 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 3(009)-2920/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: Birinci instansiya məhkəməsində icraat.

6. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, MMC-nin icraçı direktoru X2 xx.xx.2023-cü il tarixli əmri ilə onun MMC-dən aşpaz vəzifəsindən azad edilməsinə dair verilmiş əmrin ləğv edilməsi, onun son haqq-hesab pulunun v ə adının Azərbaycan Respublitkası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnvormasiya Siteminin “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinin qüvvədə olduğu 15 iyul 2023-cü il tarixdən sonrakı müddətədək (qüvvədən düşdüyü müddətədək) əmək haqqının hesablanaraq (qüvvədə olduğu üçün o yeni işlə təmin edilə bilməməyin səbəbinə görə) Cavabdeh MMC tərəfindən ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddia tələbi işin yuxarıda göstərilən faktiki hallarına istinad edilərək onunla əsaslandırılmışdır ki, o, işlədiyi müddətdə üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirmişdir. 2023-cü ilin yay mövsümündə cavabdeh MMC-nin icraçı direktoru X4 onun məzuniyyət pulunu vermək istəmədiyindən (çünki o, məzuniyyət pullarının ödənilməsini xa hiş etmişdir) onun üzərinə böhtan atmış və guya ki, ətləri çəkdikdə onların qaimədə qeyd edildiyi kimi, düzgün çəkməmiş və nəticədə mənimsəmə etmişdir. Əslində o, heç bir mənimsəmə etməmiş və işini vicdanla davam etdirmək istəsə də, cavabdeh onu işə buraxmırdı və xoşagəlməz, yəni onun üçün ağır nəticələrə səbəb olan münasibətlər yaradırdı. Bunu ona görə edirdi ki, qəsdən qalmaqal yaransın və bununla bağlı polis şöbəsinə müraciət etsin. Cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə o, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək vəzifərini kobud şəkildə pozduqda), bu Məcəllənin 72-ci maddəsinin “c” bəndinə (təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurulması) əsasən tutduğu vəzifədən azad edilmişdir. Əmrin surəti poçt vasitəsilə qe ydiyyatda olduğu ünvana (hazırda kirayədə yaşayır) xx.xx.2023-cü il tarixdə verilmişdir. Həmin əmr qanunsuz və əsassızdır. İddia ərizəsinə əlavə etdiyi sənədlərdən göründüyü kimi, əslində cavabdehlə onun arasında olan əmək münasibətlərində onun deyil, cavabdehin qanunsuz əməlləri mövcud olmuşdur. Cavabdeh qərəzli olaraq onun üzərinə böhtan atmışdır. Məhkəmə qərarlarına əsasən onun MMC-də fəaliyyəti nəticəsində nöqsanı (mənimsəmə ilə bağlı) olmadığı müəyyən edilmişdir. Bundan əlavə, adının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemində əmək müqaviləsi qüvvədə olduğu üçün o, heç bir yerdə özünə iş tapa bilmirdi və bu səbəbdən də özü və ailəsi ağır maddi şəraitdə yaşamışlar. O, istifadə edilməmiş əmək məzuniyyətlərinə dair ödənişlərlə bağlı cavabdehə müraciət edən kimi, cavabdeh ona qarşı qərəzli mövqedə oldu. O, xx.xx.2023-cü il tarixdə rəsmi ərizə ilə işdən azad edilməyini xahiş etmişdir. Lakin hazıradək cavabdehlə onun arasında bağlanmış xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə dair bildiriş elektron informasiya sistemində qüvvədədir.

8. Bundan sonra cavabdeh MMC iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, iddiaçı Əmək Məcəlləsinin 296.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Yəni iddia ərizəsində də qeyd olunduğu kimi əmək kitabçası və xx.xx.2023-cü il tarixli əmrdən çıxarış onun qeydiyyatda olduğu və özünün hazırki iddia ərizəsində də qeyd etdiyi ünvana poçt vasitəsilə göndərilmişdir. İdd iaçı özü də etiraf edir ki, həmin əmrdən çıxarış ona xx.xx.2023-cü ildə çatdırılmışdır. Belə olanda onun xx.xx.2024-cü il tarixinə kimi 1 aylıq iddia müddəti var idi. İddiaçı xx.xx.2024-cü il tarixdə onlara mediasiya ilə bağlı təklif göndərir, yəni iddia müddətinin bitməsinə 5 gün qalmış mediasiyada icraat dayandırılır, sonra xx.xx.2024-cü ildə ilkin mediasiya sessiyasının baş tutmaması barədə arayış verilir. Yəni xx.xx.2024-cü ildən müddət axımı başlayır. Diqqət olunsa ki, iddiaçının iddia müddətinin bitməsinə 5 gün qalmışdı, o, sonuncu müddət, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etməli idi. Lakin o, xx.xx.2024-cü il tarixdə məhkəməyə müraciət etdiyi üçün qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini ötürərək, iddia ilə müraciət etmişdir (iddia müddətini 9 gün ötürüb). Bundan ba şqa, iddiaçının iddia ərizəsinə əlavə etdiyi "xxxx" ASC-nin hesabdan çıxarışından da görünür ki, ona MMC tərəfindən xx.xx.2023-cü il tarixli əmrə əsasən son haqq-hesab və bütün ödəmələr xx.xx.2023-cü il tarixdə 687,52 manat və xx.xx.2023-cü il tarixdə 206,55 manat olmaqla tam şəkildə ödənilmişdir. Odur ki, yuxarıda göstərilənləri nəzərə alıb, əmək qanunvericiliyinin və mediasiya haqqında qanunun müvafiq maddələrini rəhbər tutaraq, qanunla müəyyən olunmuş 1 aylıq iddia müddətini tətbiq edərək, iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı iddia müddətinin tətbiqi barədə ərizəyə yazılı etiraz təqdim edərək, işdən çıxarılması barədə əmrin surətinin xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə qeydiyyatda olduğu ünvana verildiyini, onun xx.xx.2024-cü il tarixdə mediasiya ilə bağlı cavabdehə təklif göndərdiyini, bu təklifin xx.xx.2024-cü il tarixdə cavabdehə çatdığını, xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etdiyini, xx.xx.2024-cü il tarixdə müdiasiya sessiyasında iştirak edilməməsi barədə arayış əldə etdiyini bildirmişdir.

10. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(009)-607/2024 nömrəli, 18 mart 2024-cü il tarixli qətnaməsi ilə (hakim Mədinə Bağırova) iddianın qismən təmin edilməsi, cavabdeh MMC-nin X-045 saylı, xx.xx.2023-cü il tarixli əmrinin ləğv edilməsi, iddiaçının cavabdeh MMC-də “Şef aşpaz” vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət olunmuşdur.

11. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində nəzərdə tutulan əsasla, yəni iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi əsasları ilə həyata keçirilmişdir.

12. Məhkəmə iddia tələbini qismən təmin edərkən həmçinin qeyd etmişdir ki, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxıd bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) xitam verməsinə kifayət qədər əsası olmamışdır. Ona görə də, mübahisələndirilən əmr açıq-aşkar qanunsuz və əsassız olmuşdur. Əmək müqav iləsinin ləğv edilməsinin əsaslılığını təsdiq edən sübutların olmaması, onun ləğv edilməsi zamanı əmək qanunvericiliyinin pozulmasını təsdiq edir. Deməli, cavabdehin göstərilən hərəkətləri qanunsuzdur.

13. Məhkəmə həmçinin onu da qeyd etmişdir ki, işəgötürən tərəfindən iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən vəzifədən azad olunması əsassız olmuşdur. Ona görə də, məhkəmə hesab etmişdir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir.

14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə, 71-ci maddəsinin 2-ci bəndinə, 72-ci maddəsinin “f” bəndinə, 300-cü maddəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 217.4-cü maddələrinə i stinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

15. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia müddəti tətbiq edilərək iddianın təmin olunmamasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin xx.xx.2024-cü il tarixə təyin olunmuş hazırlıq iclasından qabaq elektron kabinet vasitəsi ilə ərizə yerləşdirilərək məhkəmədən Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən iddia müdətinin tədbiq edilərək, iddia tələbinin təmin olunmaması xahiş olunmuşdur. Eyni məzmunlu ərizə xx.xx.2024-cü il tarixdə də verilmişdir. Lakin bunun əksi olaraq məhkəmə qeyd olunan əsasları qətnamə də təşkilatın nümayəndəsinin izahatına salmış, lakin iddia müddətinin hansı səbəbdən tədbiq edilməməsi barədə heç bir əsaslandırma etmədən qətnamə qəbul etmişdir. Məhkəmə bir mənalı olaraq həmin ərizəni nəzərə almadan bir tərəfli qaydada əsassız qətnamə qəbul etmişdir. Bundan başqa, məhkəmə qanunun tələbinə zidd olaraq məhkəmə aidiyyətini pozmuşdur. Belə ki, cavabdeh şəxsin hüquqi ünvanı ünvan 2stansiya məhkəməsi Bakı şəhəri Yasamal Rayon Məhkəməsidir. Bu halı birinci instansiya məhkəməsi iddia ərizəsinin icraata götürən zaman yoxlamalı idi. Həmçinin belə çıxır ki, məhkəmə iddia ərizəsində qeyd olunmuş cavabdeh təşkilatın VÖEN-ni yoxlamamışdır. Əgər məhkəmə elektron sistemdə VÖEN-lə axtarış etsə idi, qeyd olunan hal öz təsdiqini tapardı.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasın ın (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(103)-3327/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Xəyal Sarıyev və Fərrux Qasımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia tələbi rədd edilmişdir.

18. Apellyasiya instansiya məhkəməsi iş materiallarında cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinin olduğunu, habelə cavabdehin apellyasiya şikayəti üzrə irəli sürülmüş əsas dəlilinin də bundan ibarət olduğunu nəzərə alıb, hazırki iddiaya iddia müddətinin tətbiq edilməli olub-olmaması aspektindən qiymət verilməsini zəruri hesab etmişdir.

19. Məhkəmə kollegiyası iş materiallarında olan və əmək kitabçasının iddiaçıya təqdim edilməsin i təsdiq edən xəbərnaməyə istinadən qeyd etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildikdən sonra əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq iddiaçının əmək kitabçasında bununla bağlı zəruri qeyd aparılmış və əmək kitabçası poçt vasitəsi ilə ünvan 3 ünvanı üzrə (iddiaçı iddia ərizəsində də bu ünvanı göstərir) xx.xx.2023-cü il tarixdə iddiaçıya təqdim edilmişdir. İddiaçı özü də əmək kitabçasının ona poçt vasitəsi ilə təqdim edildiyini bildirir, iş materiallarında olan bu xəbərnamənin həmin təqdim etməni təsdiq edən sənəd kimi qəbul edir. Lakin əmək kitabçasını xx.xx.2023-cü il tarixdə əldə etdiyini söyləyir. Buna baxmayaraq, xx.xx.2023-cü il tarixə aid hər hansı sübut təqdim edə bilmir. Bu səbəbdən məhkəmə kollegiyası əmək kitabçasının iddi açıya məhz iş materiallarında olan xəbərnamədə göstərilən xx.xx.2023-cü il tarixdə təqdim edilməsi qənaətinə gəlmişdir.

20. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl xx.xx.2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etdiyini bildirsə də, iş materiallarında olan “Mediasiya prosesinin tətbiqi barədə” təklifdən müraciətin xx.xx.2024-cü il tarixdə edildiyi müəyyən olunur. “X3 iştirak edilməməsi barədə” arayış isə iddiaçıya xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. İddiaçı özü də bu halı təsdiq edir. Bununla belə, xx.xx.2023-cü il tarixdə əmək kitabçasını rəsmi alan və onun məzmunu ilə tanış olmaqla onunla bağlanmış əmək müqaviləsinə orada göstərilən əsasla xitam verilməsi ilə razılaşmayan iddiaçı qeyd edilən əmrin ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixədək (sonuncu gün 8 yanvar) məh kəmədə iddia qaldırmalı idi. Onun xx.xx.2024-cü il tarixdə məsələ ilə bağlı mediasiya təşkilatına müraciət etməsi isə bu müddətin bitməsinə 3 gün qalmış onun axımını mediasiya prosesinə xitam verilənədək dayandırmışdır. “X3 iştirak edilməməsi barədə” arayışın xx.xx.2024-cü il tarixdə təqdim edilməsi ilə iddia müddətinin axımı bərpa edilsə də, hazırkı iddia qeyd edilən 3 gün ərzində, yəni sonuncu gün xx.xx.2024-cü il tarixi (27-28 yanvar müvafiq olaraq şənbə və bazar gününə təsadüf etmişdir) olmaqla qaldırılmamış, bu tarixdən 10 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə verilmişdir. Bununla da bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hə r hansı məzmunda ərizə də verilməmişdir. Cavabdeh isə əksinə məhkəməyə iddia müddətinin tədbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmiş, apellyasiya şikayətində də bu mövqedən çıxış etmişdir. Lakin birinci instansiya məhkəməsi bu ərizəyə istinad etsə də, ona hər hansı formada hüquqi qiymət verməmişdir. Halbuki, mövcud vəziyyətdə həmin ərizə əmək qanunvericiliyi ilə müəyyən edilmiş 1 aylıq iddia müddətinin ötürülməsi səbəbindən tədbiq edilməli və iddia məhz bu əsasla rədd edilməli idi. Qeyd edilənlər öz növbəsində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın qeyd edilən əsasla rədd edilməsini şərtləndirir.

21. Hazırkı iş üzrə əmrin ləğv edilməsi əsas, digər tələblər isə ona münasibətdə törəmə tələblərdir. Birinci instans iya məhkəməsi isə hazırkı iddiaya iddia müddəti tətbiq etməli olduğu halda, tətbiq etməmiş, hüquqi nəticə etibarı ilə iddianı qismən rədd edərkən də başqa hüquqi əsaslardan çıxış etmişdir.

22. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, müddətlərlə bağlı iddiaçının mövqeyi əsas götürdüyü təqdirdə belə, iddia müddəti (xx.xx.2023-cü il - əmək kitabçası, xx.xx.2024-cü il - mediasiya, yəni 5 gün qaldı, xx.xx.2024-cü il arayış + 5 gün = iddia xx.xx.2024-cü il tarixədək qaldırlmalı idi, nəticədə 8 gün gecikdirilmişdir) ötürülmüş olur.

23. Məhkəmə kollegiyası ərazi aidiyyəti qaydalarının pozulması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, artıq iddia müddəti ötürülməsi əsası ilə iddia rədd edildiyindən həmin dəlilə ayrıca münasibət bildirilməsinə hər hansı hüquq i zərurət qalmır.

24. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticənin əsası kimi Əmək Məcəlləsinin 70 “ç” bəndi, 186.2 “ç” bəndi, 296.2-ci, Mülki Məcəlləsinin 375.2, 377.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 384.0.2, 385.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

25. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi ilə eynilik təşkil etmiş, əlavə olaraq qeyd edilmişdir ki, iddiaçı hazırkı iddia tələbi üzrə hərəkətsiz qa lmamışdır. Əmək müfəttişliyinə müraciət etmiş, daha sonra cavabdehə təklif göndərmiş və mediasiya təşkilatına müraciət etmişdir. Əmək mübahisəsi üzrə mediasiya ilə bağlı işləmlərin həyata keçirilməsi zəruri olduğundan iddiaçı, ilk öncə həmin addımları atmışdır. Mediasiya sessiyasının vaxtının gec tarixə təyin edilməsini iddiaçıya münasibətdə iddia müddətinin ötürülməsi halı kimi qiymətləndirilməsi düzgün deyildir. Əmək mübahisəsi üzrə mediasiya ilə bağlı işləmlərin həyata keçirilməsi zəruri olduğu üçün iddiaçı ilk öncə həmin addımları atmışdır. X3 İştirak Edilməməsinə dair arayış əldə etdikdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən biri də iddia müddətidir və iddiaçı iddia müddətini ötürməmişdir. Məh kəmə iş üzrə qəbul edilmiş qətnamə üçün əhəmiyyət kəsb edən faktiki halları dəqiq süzgəcdən keçirməlidir. Qəbul edilmiş qətnamədə işin mübahisəsiz hallarının təsviri, iddiaçının mübahisələndirilən məruzəsi, iddiaçının tələbi, cavabdehin etirazı, cavabdehin mübahisəli məruzəsi, prosesin tarixçəsi,yəni məhkəmənin araşdırdığı sübutlar və varsa, məhkəmənin müəyyən etdiyi tamamlayıcı xarakterli hallar qeyd edilməlidir. İş üzrə qəbul edilmiş apellyasiya instansiya üzrə məhkəmə qətnaməsində isə, yuxarıda göstərilən hallarla bağlı heç bir qeyd yoxdur. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:

27. Cavabdeh tərəfindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı yazılı etiraz verilmiş və etirazda göstərmişdir ki, işə baxarkən apellyasiya instansiyası məhkəməsi maddi və prose ssual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını,kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.

28. Maddə 2 (1-ci hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir.

29. Maddə 2 (3-cü hissə). Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə görə, bu Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq ədalətlə və qanunun alili yinin təmin olunması ilə qorunması, maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi, əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi, əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır.

30. Maddə 70, (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

31. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.

32. Maddə 83 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçi yə verilməlidir.

33. Maddə 83 (4-cü hissə). Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir.

34. Maddə 154 (1-ci hissə). Əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

35. Maddə 156 (1-ci hissə). Əmək haqqı, əmək müqaviləsi ilə müəyyən edilmiş məbləğdən, habelə bağlanmış kollektiv müqavilədə nəzərdə tutulan tarif (vəzifə) maaşları əsasında müəyyən edilən məbləğdən az olmayaraq ödə nilir.

36. Maddə 172 (1-ci, 2-ci və 4-cü hissə). Aaylıq əmək haqqı işçilərə, bir qayda olaraq, iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilməlidir. Əmək haqqı illik dövr üçün hesablanan işçilərə isə ayda bir dəfədən az olmayan müddətdə verilməlidir. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir.

37. Maddə 172 (5-ci hissə). Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yara tdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir.

38. Maddə 186 (2-ci hissə, “ç” bəndi). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən onunla bağlanmış əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.

39. Maddə 296 (2-ci hissə). Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilərər.

40. Maddə 296, (3-cü hissə). Hüququnun pozu lmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

41. Maddə 296, (4-cü hissə). Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına v urulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

42. Maddə 296 (6-cı hissə). Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

43. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barədə qərar çıxarması üçün əsasdır.

44. Maddə 377.1. İddia müddətinin axımı şə xsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu.

45. Maddə 29.2. Tərəflər və ya onlardan biri onlara mediatorun (mediasiya təşkilatının) və ya digər tərəfin bu Qanunun 22-ci (22.1.1-ci maddə istisna olmaqla) maddəsində nəzərdə tutulan məlumatları və ilkin mediasiya sessiyasının keçirilmə tarixi, vaxtı və yerini əks etdirən ilkin mediasiya sessiyası barədə bildirişi təqdim etməsindən sonra tərəflər və ya onlardan biri X3 iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “X3 iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir. Tərəflər arasında başqa qayda m üəyyən edilmədiyi halda, bu maddənin birinci cümləsində qeyd edilən bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilmə tarixindən azı 5 gün əvvəl təqdim edilməlidir.

46. Maddə 32.1.9. Bu Qanunun 21.8-ci, 29.2-ci və 29.3-cü maddələrində göstərilən arayış tərtib olunduqda mediasiya prosesinə xitam verilir.

47. Maddə 32.4, 32.4.1, və 32.4.2. Mediasiya prosesinə barışıq sazişinin imzalandığı gündən və ya bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən xitam verilir.

48. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

49. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarı.

50. İşçinin əmək müqaviləsi üzrə əsas hüququ qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaqdır. Odur ki, işçilərin vaxtında, tam məbləğdə və ədalətli əmək haqqı alması təmin edilməlidir. Əmək müqaviləsinin şərtlərindən biri vaxtında işçiyə əmək haqqının ödənilməsidir. Bu şərt əmək müqaviləsinin əvəzli xarakterindən irəli gəlir, əmək müqaviləsi bağlanarkən tərəflər işçinin müəyyən növdən və ixtisasdan asılı olan əməyi hansı miqdarda yerinə yetirməli olduğu və işgötürənin bu əməyə görə hansı miqdarda əmək haqqını ödəməli olduğu barədə razılığa gəlirlər. Şəxs öz əmək haqqını vaxtında aldıqda əvvəlcədən planlaşdırdığı və ya yaranmış öhdəliklərini (aldığı borc və s.) vaxtında ödəmək imkanı əldə edir. Öz öhdəliyini vaxtında yerinə yetirə bilməmək isə şəxs üçün əlavə zərərə gətirib çıxara bilər (məsələn, gecikmiş kredit borcuna görə dəbbə pulu və s.). Buna görə işçinin əmək haqqının vaxtında ödənilməsi ilə bağlı məsələlər qanunvericiliklə tənzimlənir və bu öhdəliyin icra edilməməsinə və ya layiqincə icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulur.

51. Əmək münasibətlərinin subyektlərin hüquq və mənafelərinin bərabərliyi prinsipi əsasında nizamlanmasını nəzərə alaraq, Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-c i hissəsində nəzərdə tutulmuş “hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir” müddəası fərdi əmək mübahisəsinin yarandığı hala da şamil edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

53. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

54. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin i fadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

56. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

58. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

59. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

60. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

61. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

62. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Kassasiya baxışının hədləri:

63. K assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

64. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

65. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə apellyasiya instansiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə ilə qismən razılaşmır.

66. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh müəssisədə aşpaz işlədiyini, 2023-cü ilin yay mövsümündə istifadə edilməmiş əmək məzuniyyətlərinə dair ödənişlərin ödənilməsi ilə bağlı cavabdehə müraciət edərkən, cavabdehin ona qarşı qərəzli mövqedə olduğunu, cavabdeh MMC-nin icraçı direktoru tərəfindən ona məzuniyyət pulunu vermək istəmədiyinə görə böhtan atmasını, guya ətləri qaimədə qeyd edildiyi kimi düzgün çəkməməsini, nəticədə mənimsəmə etməsini bildirdiyini, heç bir mənimsəmə etmədiyini və işini vicdanla davam etdirmək istəsə də, cavabdehin onu işə buraxmadığını, bununla bağlı polis şöbəsinə müraciət etməsini, cavabdehin xx.xx.2023-cü il tarixli əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verildiyini, cavabdehin qərəzli olaraq onun üzərinə böhtan atmasını, xx.xx.2023-cü il tarixdə rəsmi ərizə ilə işdən azad edilməsini xahiş etməsinə baxmayaraq ərizəsinin nəzərə alınmadığını qeyd edərək, cavabdeh tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli əmrin ləğv edilməsi, onun son haqq-hesab pulunun və adının “Əmək və Məşğulluq” altsistemində əmək müqaviləsinin qüvvədə olduğu 15 iyul 2023-cü il tarixdən sonrakı müddətədək (qüvvədən düşdüyü müddətədək) əmək haqqının hesablanaraq cavabdeh tərəfindən ona verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

67. Cavabdehin nümayəndəsi isə iddia tələbini qəbul etməyərək, məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə təqdim etməklə, iddiaçının Əmək Məcəlləsinin 29 6.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş 1 aylıq iddia müddətini 9 gün ötürərək məhkəməyə iddia ilə müraciət etməsini, cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli əmrə əsasən son haqq-hesab və bütün ödəmələrin xx.xx.2023-cü il tarixdə 687,52 manat və xx.xx.2023-cü il tarixdə 206,55 manat olmaqla tam şəkildə ödənilməsini qeyd edərək, iddianın rədd olunmasını xahiş etmişdir.

68. Birinci instansiya məhkəməsi, cavabdehin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməsinə kifayət qədər əsasının olmadığını, mübahisələndirilən əmrin açıq-aşkar qanunsuz və əsassız olmasını, əmək müqaviləsinin ləğv edilməsinin əsaslılığını təsdiq edən sübutların olmamasını, cavabdehin göstərilən hərəkətlərinin qanunsuz olmasını, iddia tələbinin qismən əsaslı olmasını qeyd edərək, iddianı əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində təmin etmiş, qalan hissədə iddianın təmin edilməməsi barədə nəticəyə gəlmişdir.

69. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnaməni ləğv edərək, iddianın təmin edilməməsi barədə nəticəyə gələrkən mövqeyini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə əmək kitabçasını rəsmi alan və onun məzmunu ilə tanış olmaqla onunla bağlanmış əmək müqaviləsinə orada göstərilən əsasla xitam verilməsi ilə razılaşmayan iddiaçı qeyd edilən əmrin ləğv edilməsi üçün “X3 iştirak edilməməsi barədə” arayışın təqdim edilməsindən sonra sonuncu gün xx.xx.2024-cü il tar ixi olmaqla qaldırılmamış, bu tarixdən 10 gün sonra, yəni xx.xx.2024-cü il tarixdə məhkəməyə verilməklə bu qəbildən olan iddialar üçün nəzərdə tutulmuş 1 aylıq iddia müddəti ötürülmüşdür. İddiaçı tərəfindən müddətin ötürülməsinin üzürlü hesab edilməsinə və ötürülmüş müddətin bərpasına dair hər hansı məzmunda ərizə də verilməmişdir. Cavabdeh isə əksinə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək, iddianın bu əsasla rədd edilməsini tələb etmiş, apellyasiya şikayətində də bu mövqedən çıxış etmişdir. Lakin birinci instansiya məhkəməsi bu ərizəyə istinad etsə də, ona hər hansı formada hüquqi qiymət verməmişdir.

70. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, hazırkı iş üzrə əmrin ləğv edilməsi əsas, digər tələblər isə ona münasibətdə törəmə tələblərdir. Birinci instansiya məhkəməsi isə hazırkı iddiaya iddia müddəti tətbiq etməli olduğu halda, tətbiq etməmiş, hüquqi nəticə etibarı ilə iddianı qismən rədd edərkən də başqa hüquqi əsaslardan çıxış etmişdir.

71. Məhkəmə kollegiyası ilk öncə, iddiaçı ilə cavabdeh arasındakı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edərək, iddia müddətinin ötürülməsi əsası ilə iddia tələbini rədd etmək barədə apellyasiya instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı iddiaçının kassasiya şikayətinə münasibətdə hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən həmin tələblə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş, tələbin əsaslandığı faktiki hallara dair işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Həmin tələblə bağlı kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası apellyasiya məhkəməsinin əsaslandırması ilə razılaşır.

72. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi ilə bağlı iddia tələbinə münasibətdə işin faktiki halları apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin tələblə bağlı kassasiya şikayətində qeyd olunan dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.

73. Məhkəmə kollegiyası göstərilənlərə əsasən hesab edir ki, qeyd olunan hissə ilə bağlı iddiaçının kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin göstərilən hissədə ləğv olunması və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Bu səbəbdən iddianın əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi tələbinə münasibətdə rədd olunması hissəsində iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin sadalanan dəlilləri əsassızdır. Ona görə də iddiaçının cavabdehə qarşı “əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi” hissəsində kassasiya şikayəti rədd edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi qüvvəsində saxlanılmalıdır.

74. Bununla belə məhkəmə kollegiyası hesab edir ki, son haq q-hesab pulunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsində iddia tələbini iddia müddətinin ötürülməsi əsası ilə rədd etmək barədə nəticəyə gələrkən apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, həmin hissədə düzgün qətnamə qəbul etməmişdir.

75. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı iddia ərizəsində işəgötürəndən məzuniyyət pullarının ödənilməsini tələb etdikdən sonra onunla münasibətlərinin pozulmasını xüsusi olaraq vurğulayaraq, iddia tələbində onunla cavabdeh arasındakı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsini xahiş etməklə yanaşı, son haqq-hesab pulunun cavabdehdən alınıb ona ödənilməsini və müvafiq müddət üçün əmək haqqının hesablanaraq cavabdeh tərəfindən ona veri lməsini xahiş etsə də, birinci instansiya məhkəməsi iddia tələbini əmrin ləğv edilməsi və iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsi hissəsində təmin edərkən, Əmək Məcəlləsinin 300-cü maddəsinə istinad etmədən məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi hissəsində də iddianı təmin etmiş, lakin iddia tələbinin son haqqhesab pulunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissəsinə hər hansı münasibət bildirmədən, iddia tələbinin qalan hissədə təmin edilməməsi barədə nəticəyə gəlmişdir.

76. Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsinə əsasən əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylı q məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

77. Göstərilən maddənin məzmunundan göründüyü kimi “son haqq-hesab” termini, ondan daha geniş mənaya malik “əmək haqqı” termini ilə əhatə olunmaqla, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusunu təşkil edir.

78. Qeyd edilməlidir ki, əmək haqqının hüquqi təyinatı işçinin maddi və mənəvi ehtiyaclarının qarşılanmasını təmin etməklə yanaşı, həm də, məhz dövlətin Əsas Qanun ilə müəyyən edilmiş ali məqsədinə, hər bir vətəndaşın rifahı, layiqli həyat səviyyəsi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərin icrasına nail olmaqdan ibarətdir. Çünki hər bir i nsan faydalı əməklə (fəaliyyətlə) məşğul olduğu təqdirdə bunun müqabilində əmək haqqı almalıdır ki, bununla da özünün və ailəsinin maddi və mənəvi tələbatlarını (ehtiyaclarını) ödəmiş,dövlətin isə xalqın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaqla bağlı öhdəliyinin icrası təmin edilmiş olsun. Əmək haqqının hüquqi mühafizəsinin formalarından biri əmək haqqının toxunulmazlığıdır. Əmək haqqının toxunulmazlığı, ilk növbədə, əmək haqqından tutmanın məhdudlaşdırılması vasitəsi ilə təmin olunur. (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 176-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 uyul 2023-cü il tarixli Qərarı.)

79. Apellyasiya instansiya məhkəməsi isə iddia tələbinin üç hissədən olmasını diqqətdən qaçırmış, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin hansı hissədə rədd edilməsini müəyyən etmədən, birinci instansiya məhkəməsi tərəfindən iddianın son haqq-hesab pulu tələbinin, əmək haqqının ödənilməsi tələbi ilə əhatə olunmaqla təmin edilib-edilməməsini aydınlaşdırmadan, iş üzrə əmrin ləğv edilməsini əsas, digər tələbləri isə ona münasibətdə törəmə tələblər (§32) kimi qiymətləndirərək, bütün iddia tələbinə münasibətdə Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini tətbiq etməklə iddianı tam rədd edərkən səhvə yol vermiş, son haqqhesab pulu tələbinə münasibətdə iddia müddətinin tətbiqi üçün tələbin qanuni əsasını təşkil edən maddi hüquq norması kimi Əmək Məcəllənin 296-cı maddəsinin 4-cü hissəsinin çıxış etməsini nəzərdən qaçırm ış, iddia tələbinin qeyd edilən hissəsinə qətnamədə hər hansı münasibət bildirməmişdir.

80. Belə ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilərər.

81. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə əsasən pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər.

82. Bundan başqa apellyasiya instansiya məhkəməsi bütün iddia tələbi üzrə iddia müddətinin ötürülməsinə Əmək Məcəlləsinin 296-cı mad dəsinin 2-ci hissəsində nəzərdə tutulmuş 1 aylıq iddia müddətini tətbiq edərkən, iddianın son haqq-hesab pulu tələbinə münasibətdə hər hansı araşdırma aparmamış, işəgötürən tərəfindən əməkhaqqının, o cümlədən son haqq-hesabın ödənilib-ödənilməməsinə, ödənilməmişsə, yaxud gecikdirilməklə ödənilmişsə qeyd olunan vəsaitin cavabdehdən tutulub-tutulmamalı olmasını Əmək Məcəlləsinin 83, 154, 156, 172-ci maddələrinin tələbi baxımından yoxlamamış, gəldiyi nəticəyə həmin normalara, qeyd olunan tələbə münasibətdə iddia müddətinin tətbiq edilməsinə isə Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə uyğun hüquqi qiymət verməmişdir.

83. Yuxarıda göstərilən halları araşdırmadan və qiymətləndirmədən apellyasiya instansiyası məhkəməsinin son haqq-hesab pulu tələbi hissəsində iddia müddətini tətbiq edə rək iddianı rədd etməsi barədə gəldiyi nəticə tam və əsaslı deyildir.

84. Belə ki, “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

85. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində məhkəmə işin müəyyən olunmuş hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunve ricilik aktlarını qətnamədə göstərməklə, onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir.

86. Məhkəmə kollegiya belə qənaətə gəlir ki, iddiaçının kassasiya şikayətində son haqq-hesab pulu tələbinə dair iddianın rədd edilməsi hissəsində apellyasiya instansiya məhkəməsi işin hallarını ziddiyyətli olaraq müəyyən etmiş, nəticədə mübahisə həmin hissədə düzgün həllni tapmamışdır.

87. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işi n hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

88. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yara dan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

89. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin yuxarıda qeyd olunan hissədə düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə işin hallarına və qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

90. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin son haqq-hesab pulu tələbinə münasibətdə rədd edilməsinə dair hissədə ləğv edilməli, mülki iş mübahisələndirilən həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə iddian ın təmin edildiyi qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

91. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

92. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3327/2024 nömrəli, 01 avqust 2024-cü il tarixli qətnaməsi qismən, iddia tələbinin “son haqq-hesab pulunun cavabdehdən alınıb iddiaçıya ödənilməsi”nə münasibətdə təmin edilmədiyi hissədə ləğv edilsin və mülki iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar