Məhkəmə qərarları › İş №2(102)-3868/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3868/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3868/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı Bakı Şəhəri Səbail Bələdiyyəsinin Cavabdeh qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: pul tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-678/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı Bakı Şəhəri Səbail Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: N saylı bazarda yerləşən 668 kv.metr qeyri-yaşayış sahəsi 27 iyun 2002-ci il tarixli şəhadətnaməyə əsasən mülkiyyət hüququ əsasında Fərzəliyev İmamverdi Əli oğluna məxsus olmuş və 25 iyul 2002-ci il tarixdə notariatda təsdiq olunmuş alqı-satqı müqaviləsinə əsasən həmin qeyri-yaşayış sahəsinin 401,3 kv.metrdən ibarət olan hissəsi N tərəfindən Səbail Bələdiyyəsinə 250.000.000 manata (50.000 AZN) satılmışdır. 15 mart 2017-ci il tarixdə alqı-satqı müqaviləsinin iştirakçıları həmin müqavilənin ləğvi barədə saziş bağlamış və saziş notariatda təsdiq olunmuşdur. Sazişə görə N alqı-satqı müqaviləsi nəticəsində aldığı pulu Bələdiyyəyə qaytarır, Bələdiyyə isə qeyri-yaşayış sahəsiniNə qaytarır. Sazişin tələbinə uyğun olaraq Bələd iyyə aldığı qeyri-yaşayış sahəsini İmamverdi Fərzəliyevə qaytarmış, sonuncu isə aldığı pul məbləğini Bələdiyyəyə qaytarmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2019-cu ilin iyul ayında Bakı Şəhəri Səbail Bələdiyyəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək sazişin tələbinə uyğun olaraq qeyri-yaşayış sahəsini Nə qaytarmasına baxmayaraq sonuncunun alqı-satqı müqaviləsi zamanı aldığı pul məbləğini geri qaytarmamasını əsas göstərərək sazişin etibarsız hesab edilməsi və ödənilmiş pul vəsaitinin 2018-ci ilin fevral ayında vəfat etmiş Nin oğlu və vərəsəsi Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5923/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə ( hakim: İ.Ə.Əliyev ) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə iddiaçı Bakı Şəhəri Səbail Bələdiyyəsi qətnamədən apellyasiya şikayəti verərək mərhumun ailə üzvlərinin atalarından qalmış mirasdan Cavabdeh xeyrinə imtina etmələrini əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-811/2020 saylı, 24 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – E.Q.Nəbiyev (sədrlik edən və məruzəçi), R.Ə.Qurbanov və A.Ə.Hüseyn) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 03 oktyabr 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilib Cavabdeh Səbail Bələdiyyəsinin xeyrinə 50.000 manat tutulması q ət edilmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat İş üzrə Cavabdeh kassasiya şikayəti verərək tələb olunan pul məbləğinin ondan tutulmasının qanunsuz olmasını əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4227/20 saylı, 01 sentyabr 2020-ci il tarixli qərarı ilə (hakimlər – İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), Ə.Ə.Əliyev və M.T.Əhmədova) kassasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 fevral 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat İşə təkrar baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Koll egiyasının 2(103)-678/2021 saylı, 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) Bakı Şəhəri Səbail Bələdiyyəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-5923/2019 saylı, 03 oktyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı Bakı Şəhəri Səbail Bələdiyyəsi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək Cavabdeh vərəsəliyi faktiki olaraq qəbul etməsini, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin sübutlara düzgün qiymət v erilmədən çıxarılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və Cavabdeh Səbail Bələdiyyəsinin xeyrinə 50.000 manatın tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehin vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 1243.2 Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3 Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Madd ə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəs inə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Apellyasiya instansiyası məhkəməsi Səbail Bələdiyyəsinin iddia tələbinin rədd olunmasını qanuni və əsaslı sayarkən mərhum N oğluna dair vərəsəliyin rəsmiləşdirilməməsinə əsaslanmış və gəldiyi nəticəni təsdiq edən sübut kimi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 20 noyabr 2020-ci il tarixli məktubuna istinad etmişdir. Həmin məktuba görə elektron notariat informasiya sistemindəki 19 noyabr 2020-ci tarixədək olan məlumata əsasən N oğlu ilə əlaqədar vərəsəlik hüququnun rəsmiləşdirilmədiyi müəyyən edilmişdir. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi həmin nəticəyə səthi yoxlanılmış və qiymətləndirilmiş sübutlar əsasında gəldiyindən qətnamə qanuni sayıla bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. (1243.3) İş materiallarından görünür ki, Nin 2018-ci ilin fevral ayında baş vermiş ölümü ilə əlaqədar miras açılmış və ölümündən sonra onun birinci növbə vərəsələri kimi bir neçə övladı qalmışdır. Miras qoyanın vərəsələri mirası qəbul etmələri barədə notariat orqanına müraciət etməsələr də, məhkəmə kollegiyası mirasın vərəsələr tərəfindən faktiki qəbul edilməsinin mümkünlüyünü nəzərə alaraq mirasın faktiki qəbul edilib-edilməməsi məsələsini araşdırmalı və mübahisənin düzgün həlli üçün həqiqətin müəyyən edilməsinə nail olmalı idi. Lakin işə baxan apellyasiya instansiya sı məhkəməsi bu istiqamətdə heç bir araşdırma aparmamış, mərhumun başqa əmlakının, o cümlədən yaşayış sahəsinin olub olmaması, həmin əmlakların, eləcə də, qaytarılmış qeyri-yaşayış sahəsinin kimin faktiki istifadəsində olması, mərhuma məxsus qeyri-yaşayış sahəsinin satılmamış hissəsindən hansı fəaliyyət növü üçün istifadə olunması və bu fəaliyyətlə kimin məşğul olması araşdırılmamış, bu məqsədlə vərəsələrin izahatlarının dinlənilməsi təmin olunmamış, miras qalmış əmlakın qəbulunun rəsmiləşdirilməməsinin səbəbləri aydınlaşdırılmamışdır. İşin yuxarıda göstərilən hallarını araşdırmadan, mirasın qəbulu barədə qəti nəticəyə gəlmək mümkün olmadığından, mirasın vərəsələr tərəfindən qəbul edilməməsi barədə məhkəmə kollegiyasının nəticəsini kollegiya əsassız sayır. Göstərilənlərlə əlaqədar kolleg iya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı Bakı Şəhəri Səbail Bələdiyyəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-678/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar