Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3869/2019 07.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, vəkili Məmişov Anar Mövsüm oğlu və cavabdeh “xxxx” MMC-nin vəkili X1 oğlunun iştirakı ilə, Cavabdeh “xxxx” MMC-nin Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13485/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Z.Ə.Əliy ev) 2(009)-1332/2018 nömrəli, 27 mart 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələblərinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər X.A.Cəmilova (sədrlik edən və məruzəçi), A.Q.Hüseynov və İ.K.Xəlilov) 2(103)-6727/2018 nömrəli, 20 iyun 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1332/2018 nömrəli, 27 mart 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, İddiaçı tərəfindən ödənilmiş 15 manat dövlət rüsumu ozünə aid edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi) Ə.A.Əh mədov və İ.K.Dəmirov) 2(102)-7162/2018 nömrəli iş üzrə 06 noyabr 2018-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-6727/2018 nömrəli, 20 iyun 2018-ci il tarixli qətnaməsi ləğv edilib, iş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin MK-nın (hakimlər İ.S.Şirinov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və E.C.Kazımov) 2(103)-13485/2018 nömrəli, 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunması, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1332/2018 nömrəli, 27 mart 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia qismən təmin edilməsi, cavabdeh “xxxx” MMC-nin 26 yanvar 2018-ci il tarixli, K-277 saylı əmri ləğv olunmaqla, İddiaçı məcburi iş buraxmağa görə işdən çıxarıldığı gündən qətnamə icra olunan günədək hər ay müvafiq əmək haqqı ödənilməklə, o, əvvəlki iş yerinə və vəzifəsinə bərpa olunması, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı “işə bərpa, məcburi işburaxmaya görə əmək haqqının və mənəvi zərərin ödənilməsi” tələblərinə dair iddia ərizəsi ilə, daha sonra iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, işdən azad edilməsi haqqında cavabdehin əmrinin ləğv edilməsi, işə bərpa olunması və cavabdehin ona vurduğu mənəvi ziyan kimi 5000 manatın tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarlar ı qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh “xxxx” MMC kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)13485/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh “xxxx” MMC-nin vəkili X1 oğlu kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin e dilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştiarak edən İddiaçı və vəkili Məmişov Anar Mövsüm oğlu kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdilər. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatları dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-13485/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiy a instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İşə bundan əvvəl baxan Ali Məhkəmənin 06 noyabr 2018-ci il tarixli qərarınd a göstərmişdir ki: “... İddiaçı 1960-cı il təvəllüdlü olmaqla cavabdeh təşkilatda uzun müddətdir müddətsiz əmək müqaviləsinə əsasən işləmişdir.... İşdən göründüyü kimi 26 yanvar 2018-ci il tarixdə iddiaçı 30 yanvar 2018-ci il tarixdən işdən azad olunması barədə ərizə vermiş, işəgötürən isə elə həmin gün, yəni 26 yanvar 2018-ci il tarixdə əmr verərək onu ərizədə göstərdiyi tarixdən işdən azad etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər. Həmin Məcəllənin 69-cu maddəsinin 1-ci hissəsinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. 3-cü hissəsinə görə isə işçi yaşa, əlilliyə görə təqaüdə çıxd ıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. Maddənin məzmunundan göründüyü kimi işçi yalnız həmin maddədə göstərilən səbəblər olduqda, eləcə də qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda onun işi davam etdirməsi qeyri-mümkün olduqda, ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən, qanunla nəzərdə tutulmuş bu səbəblərdən məhz hansının işəgötürən tərəfindən rəhbər tutulması aydın deyildir. Ərizədə göstərilən 30 yanvar 2018-ci il tarixədək iddiaçının işdən qanunsuz çıxarılm ası ilə bağlı onun özü və oğlu tərəfindən həm işəgötürənə, həm də X3 Xidmətinə müraciətlər olunmuşdur. Göründüyü kimi iddiaçı 30 yanvar 2018-ci il tarixədək işdən çıxmaq istəmədiyini, əmək münasibətlərini bərpa etmək arzusunda olduğunu birbaşa və dolayısı yolla işəgötürənin diqqətinə çatdırsa da, işəgötürən əmək müqaviləsinə xitam verilməsi barədə əmrini ləğv etməmişdir. ” Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş X3 Xidmətinin 07.12.2018-ci il tarixli cavab məktubundan və ona əlavə olunmuş əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişləri barədə (məlumat) siyahıdan müəyyən olunur ki, həqiqətən də iddiaçının müraciəti Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 29.01.2018-ci il tarixdə qeydə alınmışdır. Həqiqətən də iddiaçı tərəfin bildirdiyi kimi xeyli sayda işçi ilə məhz 25.01.2018-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan aşkar müəyyən olunur ki, həqiqətən də iddiaçı tərəfindən işdən çıxmaq barədə yazılmış ərizə onun sərbəst iradə ifadəsi olmamış, cavabdeh tərəfindən onun işdən çıxarılmasına dair verilmiş əmr əmək qanunvericiliyinin tələbləri pozulmaqla qəbul edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 300.1-ci maddəsində göstərilmişdir ki, əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. İstinad olunan maddənin məzmunundan da görünür ki, iddia tələbindən asılı olmayaraq, əmək münasibətləri ilə bağlı məsələlərdə məhkəmə, iddiaçının hüquqlarının pozulduğunu müəyyən etdikdə, işçinin pozulmuş əmək hüquqlarını bərpa etməyə, hətta tələb olmadığı halda belə məcburi iş buraxmaya görə əmək haqqını tutmaqla, onu vəzifəsinə bərpa etməlidir. Eyni zamanda həmin normanın məzmunundan da aydın olur ki, həmin normada nəzərdə tutulmuş tələb məhkəmənin vəzifəsi kimi müəyyən edilmiş və imperativ xarakter daşıyır. Müəyyən edilir ki, işə təkrar baxan apellyasiya məhkəməsi Ali məhkəmənin 06.11.2018-ci il tarixli qərarında qoyulan göstəriləşlərə əməl etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmal ıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübu tlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13485/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh “xxxx” MMC-nin kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-13485/2018 nömrəli iş üzrə 19 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3869/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3869/2019
07.06.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver