Məhkəmə qərarları › İş №2(102)-3877/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3877/2021

30.06.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3877/2021 30.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qeyri-yaşayış sahəsinin boşaldılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-192/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Əlil Qadınlar Cəmiyyəti İctimai Birliyinin (bundan sonra – iddiaçı və ya Birlik) Mingəçevir şəhər Şöbəsinin 08.06.1999-cu il tarixli təsis yığıncağının protokoluna əsasən şöbə həmin tarixdə təsis edilmiş, Cavabdeh (bundan sonra – cavabdeh) şöbəyə sədr təyin edilmişdir. Mingəçevir Şəhər İcra Hakimiyyətinin cavabdehə ünvanladığı 25.02.2016-cı il tarixli 274 nömrəli məktubunda qeyd edilmişdir ki, o, ünvan 3 binanın İ mərtəbəsində fəaliyyət göstərən qeyri-yaşayış sahəsindən küçəyə əlavə giriş qapılarının açılması barədə müraciət etmiş, Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən buna etiraz edilməmişdir. Birliyin 09 sentyabr 2019-cu il tarixli 09 № li əmrə əsasən X 2 20 sentyabr 2019-cu il tarixdə ƏQC İB-nin Mingəçevir şəhər şöbəsinə müvəqqəti sədri vəzifəsinə təyin edilmiş, cavabdeh tərəfindən təşkilatın dəyirmi möhür, künc ştampı, təşkilata aid olan bütün sənədlərin, 20 Yanvar küçəsi 21 ünvanda yerləşən ümumi sahəsi 121 kvadrat metr olan ofis binasının təhvil götürülməsi İB-nin Mingəçevir şəhər şöbəsinin müvəqqəti sədri vəzifəsinə təyin edilən X1 təhvil verilməsi əmr edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı iddia ərizəsi ilə Mingəçevir şəhər məhkəməsinə müraciət edərək Birliyin qanuni istifadəsində (sahibliyində) olan ünvan 2 ünvanda yerləşən ümumi sahəsi 121 kvadrat metr təşkil edən qeyri - yaşayış sahəsinin (bundan sonra – mübahisəli qeyriyaşayış sahəsi) boşaldılması barədə qətnamə çıxar ılmasını xahiş etmişdir (iddia tələbinin həcmi azaldılmışdır). İddia tələbi onunla əsaslandırılmışdır ki, Birliyin Mingəçevir şəhər şöbəsinin fəaliyyətinin təmin edilməsi, cəmiyyətin fəaliyyət proqramı və lahiyələrinə uyğun olaraq əlil insanlara lazımi qayğı məqsədi ilə Birlik tərəfindən Əmlak Məsələləri Dövlət Komitəsinə məxsus olan, mübahisəli qeyri-yaşayış sahəsi təyinatı ilə icarəyə götürülmüşdür. Cəmiyyətin idarə heyyəti tərəfindən cavabdeh Birliyin Mingəçevir şəhər şöbəsinin sədri vəzifəsinə təyin edilmişdir. Cavabdeh uzun müddət bu vəzifəni tutmuş və cəmiyyətin icarəyə götürmüş olduğu mübahisəli qeyri-yaşayış sahəsi şöbənin istifadəsində olmuşdur. Aparılan araşdırma zamanı cavabdeh tərəfindən qanunsuzluqlara yol verildiyi, şöbənin fəaliyyətinin bərbad hala salındığı, cavabdehin yaln ız öz şəxsi mənafeyi üçün çalışdığı müəyyən edilmişdir. Belə ki, cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini onun təyinatına zidd olaraq qanunsuz kommersiya, sahibkarlıq fəaliyyəti üçün buna heç bir səlahiyyəti olmadığı halda icarəyə (sub icarə) vermiş, ofis otaqları cavabdeh tərəfindən bərbad hala salınaraq zibilxanaya çevrilmiş, təşkilatın fəaliyyəti tamamilə iflic edilmişdir. Uzun illər vergidən yayınma halları ilə həmin ofis tikiş sexi, şirniyyat sexi kimi işlədərək himayədarlıq etmiş, müxtəlif insanlara icarəyə verilmişdir. Qeyd edilən səbəblərə görə cəmiyyətin idarə heyəti tərəfindən 26.08.2019-cu il tarixdən cavabdehin fəaliyyətində yol verdiyi qanunsuzluqlarla əlaqədar Birliyin Mingəçevir şəhər şöbəsinin sədri vəzifəsindən azad edilmişdir. Cavabdeh mübahisəli qeyri-yaşayış sahəsini cəmiyyətə qaytarmayaraq cəmiyyətin fəaliyyət göstərməsinə əngəllər yaradır. Məhkəməyə təqdim olunmuş 04.03.2009-cu il tarixli 9183 nömrəli Dövlət əmlakının (qeyri-yaşayış sahəsinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini ilə Birliyin sədri (prezidenti) arasında bağlansa da, həmin müqavilə Birliyin Mingəçevir şəhər Şöbəsinin möhürü ilə möhürlənmiş və cavabdeh tərəfindən imzalanmışdır. Müqavilə 6 ay müddətinə bağlansa da, sözügedən qeyri-yaşayış sahəsi hazırki vaxta qədər şöbənin istifadəsindədir. Məhkəməyə təqdim olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini ilə Birliyin sədri (prezidenti) arasında 07.11.2019-cu il tarixdə 11501/9183 nömrəli Dövlət əmlakının (qeyri-yaşayış sahə sinin) icarəyə verilməsi haqqında icarə müqaviləsi bağlanmış və həmin müqavilə Biriliyin prezidenti tərəfindən möhürlənib, imzalanmışdır. Mingəçevir Şəhər Məhkəməsinin (hakim Hüseyn Mirzəliyev) 19 avqust 2020-ci il tarixli, 2(051)-1182/2020 nömrəli qətnaməsi ilə iddiа təmin edilərək Əmlak Məsələləri Dövlət Komitəsi ilə aralarında bağlanmış müqavilə əsasında Birliyin qanuni sahibliyində və istifadəsində olan, ünvan 2 ünvanında yerləşən binanın 1-ci mərtəbəsində 121 kvadrat metr ölçüdə sahəsi olan ofis otaqlarından cavabdehin ofisə topladığı naməlum şəxslərlə birlikdə çıxarılması, otaqların boşaldılması və Birliyin dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədlər cavabdehdən alınaraq cəmiyyətə qaytarılması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Mül ki Məcəllənin 157.2-ci maddəsinin mənasına görə, qeyri yaşayış sahəsinin istifadəçisi və ya icarəçisi özgənin qanunsuz sahibliyindən qeyri yaşayış sahəsini geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan qeyri yaşayış sahəsinə dair özünün icarə və ya istifadə hüququnun olduğunu, bundan sonra qeyri-yaşayış sahəsinin faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət özgəsinin qeyri yaşayış sahəsinin sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir. İş materiallarına əsasən müəyyən edilmişdir ki, mübahisəli qeyri-yaşayış sahəsi iddiaçının istifadəsinə verilmişdir. Hazırda həmin qeyriyaşayış sahəsi cavabdeh tərəfindən tutulmuşdur. Cavabdehin mübahisəli qeyri yaşayış sahəsinə sahibliyinin hüquqi əsası yoxdur. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. b) Apelly asiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Ayaz Mahmudov sədrlik edən və məruzəçi, Ələddin Məcidov, Mahir Əsədli) 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ofisə topladığı naməlum şəxslərlə birlikdə və Birliyin dəyirmi möhürü, künc ştampı, təşkilata aid olan bütün sənədlər cavabdehdən alınaraq cəmiyyətə qaytarılması hissələrində ləğv edilmiş, həmin hissələr qətnamədən xaric edilmiş, qətnamə qalan hissələrdə, yəni cavabdehin Birliyin qanuni istifadəsində (sahibliyində) olan qeyri - yaşayış sahəsindən çıxarılması və boşaldılması hissəsində dəyişdirilmədən saxlanılmşdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, boşaldılması tələb edilən qeyr iyaşayış sahəsi istifadə və sahiblik hüququ ilə iddiaçı tərəfə məxsusdur. Hazırda həmin qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən tutulmuşdur. Cavabdehin mübahisəli qeyriyaşayış sahəsinə sahibliyinin hüquqi əsası yoxdur. Cavabdeh apellyasiya şikayətində öz mənafeyindən çıxış etməklə, iddiaçı tərəfin həmin əmlaka heç bir aidiyyətinin olmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, qanunverici məhkəmənin üzərinə yalnız tərəf lərin təqdim etdikləri sübutları araşdırıb, onlardan istifadə etmək vəzifəsini, tərəflərin üzərinə isə tələb və etirazlarının əsası kimi istinad etdikləri halları məhkəmədə sübut etmək vəzifəsini qoymuşdur. İş materiallarından da göründüyü kimi iddiaçının mübahisələndirdiyi qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququ olmasına baxmayaraq cavabdeh tərəfindən istifadə olunur ki, bu da iddiaçının qanunla qorunan sahiblik və istifadə hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilir. Mübаhisəsi gedən qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən istifadə olunması qarşılıqlı razılıq və ya hər hansı müqavilə əsasında bаş verməmiş və iddiaçı tərəfin irаdəsinə uyğun оlmamışdır. Göstərilən xüsusаtlаr və işin faktiki halları bir daha onu deməyə əsas verir ki, iddiaçı tərəf cavabdehin həmi n obyektdən çıxarılmasını tələb etmək vəzifəsinin daşıyıcısıdır. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin faktiki hallarını araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozaraq qətnamə çıxarmışdır. Belə ki, o, 22 il əvvəl Biriliyin Mingəçevir şəhər Şöbəsinin sədri təyin olunmuş, həmin şöbə ünvan 3 ünvanda yerləşən eyri-yaşayış sahəsində fəaliyyəti göstərir. Əmlak Məsələləri Dövlət Komitəsi 04.03.2009-cu il tarixli icarə müqaviləsini onunla bağlamış, həmin müqaviləyə özü imza etmiş və müqavilə şöbənin möhürü ilə möhürlənmişdir. Müqaviləyə əsasən hər ay icarə haqqı ödəyir. O, ofisdə əsaslı təmir işləri aparmış, Mingəçevir Şəhər İcra Hakimiyyətinə müraciət edərək qeyri-yaşayış sahəsindən küçəyə əlavə giriş qapıları açdırmışdır. İddiaçının onu sədr vəzifəsindən azad etməsindən məlumatı olmamış, ona işdən azad olunması ilə bağlı əmr təqdim olunmamışdır. Onun işdən çıxarılması barədə məlumatlar doğru deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçü n və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdeh qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçün cü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olun maması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli qeyri-yaşayış sahəsinə dair icarə müqaviləsini cavabdeh imzalasa da, cavabdeh həmin müqaviləni şəxsən öz adında deyil, Birliyi təmsil edən şəxs kimi imzalamışdır. Həmin müqavilə əsasən İcarəçi qismində Birlik (Mingəçevir şəhər şöbəsi) göstərilmiş və qeyriyaşayış sahəsi Birilyin icarəsinə verilmişdir. Ona görə də, işə baxan məhkəmələr mübahisəli qeyri-yaşayış sahəsinə dair cavabdehin sahibliyinin qanunsuz olması barədə gəldikləri nəticə qanuni olmuşdur. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsin in qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-192/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar