Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3878/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(103)857/2020 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim A.A.Qasımov, iş № 2(008)-4490/2018) İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc un tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək tərəflər arasında bağlanmış xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə xitam verilmiş, Cavabdeh ASC-nin xeyrinə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə cəmi 33.717,93 ABŞ dollarının ödəniş gününə olan məzənnəyə uyğun olaraq manatla tutulması, tutmanın ilkin satış qiyməti 90.000 manat müəyyən edilməklə ipoteka ilə yüklü edilmiş cavabdehə məxsus N küçəsi, 27 “C” saylı evin 5 saylı mənzilinə yönəldilməsi, mənzilin açıq hərracdan satılması və əldə olunmuş vəsait hesabına borcun ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, R.Ə.Eyvazov və Z.Ə.Əl iyev, iş № 2(103)3495/2019) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə (hakimlər: İ.K.Dəmirov, A.Ə.İsgəndərov və Ə.A.Əhmədov, iş № 2(103)6000/2019) cavabdehin kasasiya şikayəti qismən təmin edilərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxx 2019-cu il tarixli qətnaməsi borcun məbləğinin müəyyən olunmasına dair hissədə ləğv edilərək həmin hissəyə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılmış, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. İşə təkrar apelyasiya qaydasında baxan Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tari xli qətnaməsi ilə (hakimlər: A.N.İmanov, A.Q.Hüseynov və V.N.Sadıqov) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi Cavabdeh iddiaçının xeyrinə xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi üzrə 25.771,09 ABŞ dolları əsas kredit borcu, 7846,84 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə borcu, cəmi 33.717,93 ABŞ dolları məbləğində borcun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. İşin halları: xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinə əsasən İddiaçı BOKT ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik istifadə dərəcəsi 24 faiz olmaqla 40.000 ABŞ dolları məbləğində kredit verilmiş, borclunun müqavilə üzrə öhdəliklərinin təminatı kimi ona məxsus olan mənzil ipoteka ilə yüklü edilmiş və ipoteka h üququ dövlət qeydiyyatına alınmışdır. Borclu Cavabdeh ona edilmiş xəbərdarlıqlara baxmayaraq, öhdəliyini lazımınca icra etmədiyi üçün borcun tutulmasının ipoteka predmetinə yönəldilməsi barədə ASC tərəfindən ona bildiriş göndərilmiş, 2018-ci ilin may ayında isə ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək kredit müqaviləsinə xitam verilməsi, xx xxxxx 2018-ci il tarixə yaranmış əsas kredit, faiz borcu və cəriməyə görə cəmi 37.857,93 ABŞ dollarının tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kasasiya şikayəti verərək borcun məbləğinin düzgün müəyyən olunmamasına baxmayaraq iş üzrə ekspertizanın təyin olunmamasını, qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə qətnamənin əsas borc, faizlərin və dəbbə pulunun hesablanması və ipoteka predmetinin qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edilib, həmin hissədə iddianın qismən təmin edilməsi və ipoteka predmetinin ilkin satış qiymətinin 120.000 manat dəyərində müəyyən olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə tərəflərin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsi yalnız borcun məbləğinə dair hissədə ləğv edildiyindən apelyasiya qaydasında işə təkrar baxılarkən qətnamənin qanuniliyi həmin hissədə yoxlanılmış və təqdim edilmiş ödəniş qəbzləri işə əlavə edilmiş maliyyə arayışları ilə müqayisəli şəkildə araşdırılmaqla müəyyən olunmuşdur ki, cavabdehin iddiaçıya olan əsas kredit borcu 25.771,09 ABŞ dolları, faiz borcu isə 7846,84 ABŞ dolları təşkil edir. İddia tələbind ə cavabdehdən həmin məbləğ tələb olunduğundan, apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi həmin məbləği və cəriməyə görə 100 ABŞ dollarını cavabdehdən tutmaqla iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin mə zmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin müəyyən olunmuş hallarından görünür ki, cavabdehin iddiaçı qarşısında icra edilməmiş öhdəliyi əsas kredit borcuna görə 25.771,09 ABŞ dolları, faiz borcuna görə 7846,84 ABŞ dolları təşkil etmişdir. İpoteka predmetinin ilkin satış qiymətinin 120.000 manat müəyyən olunmasına dair kasasiya şikayətinin dəlilinə münasibətdə kollegiya qeyd edir ki, kasasiya instansiyası məhkəməsi tərəfindən qətnamə həmin hissədə dəyişdirilmədən saxlanıl dığından həmin məsələ təkrar apelyasiya baxışının predmeti olmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya qətnaməni qanuni və əsaslı sayır, hesab edir ki, kasasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3878/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3878/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver