Məhkəmə qərarları › İş №2(102)-388/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-388/2024

22.01.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-388/2024 22.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borcun etirafı, kredit müqaviləsi üzrə borc tələbi, cavabdehin etirazının dəlillərinin sübut edilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Məmmədov Vidadi Məmməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4764/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 22 yanvar 2024-cü i l tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) arasında 07 dekabr 2021-ci il tarixdə Bakı şəhəri 30 saylı notariat ofisində iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərti ilə 5000 manat məbləğində borc verilməsi barədə 3M-603 nömrə ilə reyestrdə qeydə alınmış müqavilə və həmin müqaviləyə dəyişiklik barədə 11 iyun 2022-ci il tarixli müqavilə bağlanmışdır.

2. Tərəflər arasında 14 dekabr 2021-ci il tarixdə Bakı şəhəri 36 saylı notariat ofisində iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə 25000 manat məbləğində borc verilməsi barədə 3M-301 nömrə ilə qeyd edilmiş müqavilə və həmin müqaviləyə düzəlişə dai r 13 iyun 2022-ci il tarixli müqavilə bağlanmışdır.

3. Tərəflər arasında 18 dekabr 2021-ci il tarixdə Bakı şəhəri 40 saylı notariat ofisində iddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixədək qaytarmaq şərtilə 10000 manat məbləğində borc verilməsi barədə 3M-472 nömrə ilə qeyd edilmiş müqavilə və həmin müqaviləyə düzəlişə dair 13 iyun 2022-ci il tarixli müqavilə bağlanmışdır.

4. Mübahisə kredit müqavilələri üzrə borcun qaytarılması ilə bağlı yaranıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 40000 manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh 2021-ci ilin qış ayları nda iddiaçıya müraciət edərək iş qurmaq məqsədilə ona 40.000 (qırx min) manata yaxın pul lazım olduğunu bildirmişdir. İddiaçı cavabdehin səmimiyyətinə inanaraq, eləcə də yaxşı münasibətləri olduğuna görə etibar etmiş və tərəflər arasında göstərilən müqavilələr, həmçinin həmin müqavilələrə düzəlişlərlə bağlı müqavilələr bağlanmışdır.

7. Cavabdeh qazanc əldə etdikcə aybaay iddiaçının pulunu qaytarmalı idi. Lakin borc aldığı vaxtdan xeyli müddət keçməsinə baxmayaraq, cavabdeh müxtəlif bəhanələrlə borcunu qaytarmaqdan yayınmağa başlamışdır.

8. İddiaçı cavabdehə pretenziya məktubu göndərsə də, məktub 28 noyabr 2022-ci il tarixdə geri qayıtmışdır. Bununla da cavabdeh müqavilənin tələblərini pozmuş, iddiaçıya ödəməli olduğu borc məbləğini bu günə qədər də geri qaytarmamışdır.

9. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 385.1, 442 və 739.1-ci maddələrinə istinad etmişdir.

10. Cavabdeh iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri belə olub: - cavabdeh 2021-ci ilin dekabr ayında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla 6 nömrəli məktəblə üzbəüz yerləşən “Family Study”-da gözəllik salonu xidməti ilə məşğul olurdu. Cavabdeh iddiaçı ilə razılığa gələrək, iddiaçının ona verdiyi 40.000 manata 2 ədəd cihaz (lazer aparatı və zimmer) alaraq, 1500 manat məbləğini hər ay iddiaçıya icarəyə verməyi qərarlaşdırmışlar; - lazer aparatını Kamran adlı şəxsdən 40.000 manata almışdır. Bu barədə iddiaçı cavabdehə 40.000 manat məbləğində borc müqaviləsi bağlatdırmışdır. Cavabdeh 2022-ci ilin yanvar ayında icarə haqqını tam ödəmiş, lakin 2022-ci ilin fevral ayında işlərin zəif olması u cbatından icarəni tam ödəyə bilməmişdir. Belə olan halda, cavabdeh aylıq icarənin məbləğini vermək məqsədilə aparatlardan birini “Axundov bağı” adlanan ərazidə yerləşən lombarda qoymuşdur. Lombardda işləyən Ruslan adlı şəxs də buna şahiddir; - iddiaçı 2022-ci ilin mart ayının 8-9 tarixlərində cavabdehlə olan razılığı pozaraq, aparatları ondan almış, onun lazer xidmətinin fəaliyyətini dayandırmışdır. Belə olduğu halda, iddiaçı ondan hansı halda əmlakı və yaxud 40.000 manat məbləğində pulu tələb edə bilər?; - iddiaçının cavabdehə qarşı əsassız və qanunsuz əmlak tələbindən belə çıxır ki, iddiaçı öncədən planlaşdırılmış əlavə mənfəət əldə etmək istəyir. İddiaçı ilə notarial qaydada təsdiq olunmuş müqavilələr bağlanaraq müxtəlif vaxtlarda 5000 manat, 10000 manat və 25000 manat olmaqla, cəmi 4 0000 manat borc götürmüşdür. Ancaq iddiaçı onu aldatmış, o, aralarında bağlanan müqavilənin borc müqaviləsi olduğunu bilməmişdir.

11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(008)-1348/2023 nömrəli, 29 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Qədirova) iddia təmin olunmuşdur.

12. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Bakı şəhəri 30 saylı notariat ofisində təsdiqlənmiş 07 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən iddiaçı cavabdehə 5000 manat, Bakı şəhəri 36 saylı notariat ofisində təsdiqlənmiş 14 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 25000 manat, Bakı şəhəri 40 saylı notariat ofisində təsdiqlənmiş 18 dekabr 2021-ci il tarixli müqaviləyə əsasən 10000 manat məbləğində borcunun yarandığını təsdiq etmiş, həmin məbləğdə borc pulları müvafiq olaraq 11 sentyabr 2022-ci il, 16 sentyabr 2022-ci il və 13 sentyabr 2022-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilələr üzrə öhdəliklərinə əməl etməmiş, o cümlədən iddiaçının xəbərdarlıqlarını yerinə yetirməyərək müqavilələr üzrə borc məbləğlərini iddiaçıya qaytarmamışdır.

13. Həmçinin müəyyən edilmişdir ki, borcun verilməsi barədə tərəflər arasında olan 07 dekabr 2021-ci il, 14 dekabr 2021-ci il və 18 dekabr 2021-ci il tarixli müqavilələr (əqd) yazılı (notarial) qaydada bağlanmışdır, həmin müqavilələr (əqd), onun tərəfləri sayılan iddiaçı və cavabdehin özü tərəfindən imzalanmışdır, müqavilələr Bakı şəhəri 30, 36 və 40 saylı notariat ofislərinin xüsusi notariusları tərəfindən təsdiq edilmişdir. Bu zaman müqavilə tərəflərinə onların hüquq və və zifələri izah edilmiş, notariat hərəkətinin aparılmasının nəticələri barədə xəbərdarlıq edilmişdir. Borc alan cavabdeh müqavilələri imzaladıqdan sonra, imzasının qarşısında soyadını öz xətti ilə yazmışdır.

14. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, 07 dekabr 2021-ci il tarixli kredit müqaviləsi əsasında cavabdeh iddiaçıdan 5.000 manat, 14 dekabr 2021-ci il tarixli kredit müqaviləsi əsasında 25.000 manat və 18 dekabr 2021-ci il tarixli kredit müqaviləsi əsasında 10.000 manat borc aldığını təsdiq etmiş, tərəflər arasında bununla bağlı mülki-hüquqi münasibətlər yaranmış, onlar arasında notariat qaydada təsdiq edilmiş müqavilə mövcud olmuşdur, iddiaçının xəbərdarlıqlarına əhəmiyyət verməyən cavabdeh borcunu qaytarmamış, bununla iddiaçının tələb hüququ yaranmışdır, bu zaman id dia müddəti də ötürülməmişdir.

15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 329.2, 331.1, 334.1, 385.1, 390.1, 448.1, 739.1, 739.2, 740.1, 740.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən mülki iş üzrə cavabdehin izahatını qəbul etməmiş, şahid qismində dindirilməsini istədiyi şəxslərin də iştirakından imtina etmişdir. Halbuki, onlar bütün bu olanların şahididir. Çünki iddiaçı həmin lazer aparatını xanım işlədərkən gəlib onun əlindən almışdır. L akin cavabdeh iddiaçı ilə belə razılaşmamış, iddiaçıya hər ay 1500 (bir min beş yüz) manat məbləğində ödəniş etmişdir. Son dövrdə işlər yaxşı olmadığından ödənişi edə bilməmiş, iddiaçı da cavabdehə heç bir məlumat vermədən gəlib lazer aparatını aparmışdır. Belə olduğu halda iddiaçı, cavabdehə həm maddi, həm də mənəvi zərər vurmuşdur.

18. İddiaçının nümayəndəsi və vəkili apellyasiya baxışında apellyasiya şikayətinə etiraz edərək, bildirmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində iddiaçıdan 40000 manat aldığını, hər ay ona 1500 manat qaytardığını bununla bağlı şahidi olduğunu bildirmiş, lakin məhkəmənin ona sübutlarını təqdim etməyə və şahid dindirməyə şərait yaratmasına baxmayaraq cavabdeh heç bir sübut təqdim edə bilməmişdir. Lazer aparatının tərəflər arasında olan hüquq münasibətl ərinə aidiyyəti yoxdur. Aparat cavabdehə məxsusdur və lombardda girovdadır.

19. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4764/2023 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova, Sabit Bəhrəmzadə)

20. Apellyasiya instansiyası məhkəməsi ilk növbədə göstərmişdir ki, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmələr tərəfindən ilk növb ədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

21. Mülki mühakimə icraatında hüququn tətbiqi üçün ilkin başlanğıc nöqtə tələbin qanuni əsasının tapılmasından ibarətdir – iddia tələbinin düzgün qanuni əsasını tapmaq üçün isə 4 sual cavablandırılmalıdır: kim kimdən nəyi və nəyə əsasən tələb edir?.

22. Hazırki işdə iddiaçı cavabdehə 07 dekabr 2021-ci il tarixli, 14 dekabr 2021-ci il tarixli və 18 dekabr 2021-ci il tarixli kredit müqavilələri əsasında cəmi 40 000 manat borc verdiyini, cavabdehin müəyyənləşdirilmiş vaxt ərzində borcu qaytarmadığını irəli sürür; cavabdeh isə iddiaçı ilə arasında borc münasibətlərinin yarandığını və ona borcunun olduğunu inkar edir.

23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə belə olan halda, iddiaçının iddia tələbinin qanuni əsası kimi M ülki Məcəllənin 739.1-ci maddəsi nəzərdən keçirilə bilər; bununla yanaşı, cavabdehin iddiaya etirazının dəlilləri kontekstində ilk növbədə həmin müqavilələrin etibarlılığı məsələsinə qiymət verilməlidir. 24. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, “Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslana raq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir”.

25. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hər hansı əqddə iradə və onun bəyanı arasında uyğunsuzluq (iradə və onun bildirilməsi vahidliyinin olmaması) şüurlu şəkildə (bilərək/istəyərək) ola biləcəyi kimi, istəmədən də ola b ilər. Eyni zamanda iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli və ya iki tərəfli (və ya daha çox) ola bilər. Tək tərəfli uyğunsuzluq halına misal olaraq zarafatla edilmiş (qeyri-ciddi) iradə ifadəsi göstərilə bilər (MM-nin 341-ci maddəsi). İradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn iki tərəfli uyğunsuzluq halının ən geniş yayılmış nümunəsi isə uydurma və yalan əqdlərdir. Bu növ əqdlərdə iradə və onun bəyanı arasında şüurlu şəkildə meydana gələn uyğunsuzluq tək tərəfli deyil, ən az iki tərəfin qarşılıqlı sövdələşməsi ilə əmələ gəlir. Uydurma və yalan əqddə tərəflər qarşılıqlı şəkildə razılığa gələrək ya əqdin, ümumiyyətlə, hüquqi nəticələr yaratmayacağı, ya da həmin əqdin deyil, başqa bir əqdə aid olan qaydaların tətbiq ediləcəyi yönünd ə sövdələşirlər. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (“N.Hacıyevanın şikayəti üzrə” 2020-ci il 10 mart və “X.Mirzəliyevin şikayəti üzrə” 2021-ci il 17 sentyabr tarixli Qərarlar). 26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarında Kons titusiya Məhkəməsi qeyd etmişdir ki, “...yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; - yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur”.

27. X1 Məhkəməsi həmçinin vurğulamışdır ki, subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə d air razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında qəsdən yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı istənilən əqd yalan əqd olmaqla əhəmiyyətsizdir. Pərdələnən müqavilədə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, M ülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır. Məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən münasibətlərin həqiqi xarakteri nəzərə alınmaqla, müxtəlif müqavilələrin (məsələn, bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və s.) bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcə llənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir”.

28. Şərh olunanları, tərəflər arasında bağlanmış kredit müqavilələrinin tərəflərinin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaq və görüntü yaratmaq niyyətlərinin müəyyən olunmadığını, müqavilələrin onun bağlanması qaydalarını tənzimləyən normalara uyğun şəkildə rəsmiləşdirildiyini nəzərə almaqla apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin müqavilələri yalan əqd hesab etmək mümkün deyildir.

29. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə birinci instansiya m əhkəməsi düzgün olaraq cavabdehin iddiaçıdan 40 000 manat borc pul alması və həmin borcu qaytarmaq öhdəliyini götürməsi, onların arasında bununla bağlı borc müqavilələrinin bağlandığı, cavabdehin həmin müqavilələrin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyi nəticəsinə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz.

30. Apellyasiya instansiyası məhkəməsinin qənaəti belə olmuşdur ki, tərəflər arasındakı borc müqaviləsinin bağlanmasına səbəb olan şərait, tərəflərin münasibətinin mahiyyəti və borcun lazer aparatının cavabdehə satışına görə yaranması hazırkı mübahisə baxımından əhəmiyyətli deyildir. Hazırkı mübahisə konkret şəxslər arasında mövcud olan müqavilə öhdəliyinin yerinə yetirilməməsi səbəbi ilə yaranmışdır; həmin müqavilənin etibarsızlığın ı şərtləndirən əsaslar isə müəyyən olunmamışdır. Müqavilələr üzrə iddiaçıya hər ay 1500 manat ödəmiş olması ilə bağlı isə cavabdeh tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir.

31. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni əlavə olaraq Mülki Məcəllənin 324, 337.1, 337.3-337.5, 340.1,

340. Və 351.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

32. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

33. Şikayət belə əsaslandırılmışdır ki, iddiaçı həm aparatı, həm də pulu almış, lakin yenidən cavabdehdən pul tələb edir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin izahatını natamam dinləmiş, cavabdehin izahatında qeyd etdiklərini qətnaməyə əlavə etməmiş, işi tam araşdırmadan qeyri-obyektiv qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

34. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Maddə 324.5. İradə ifadəsinin təfsi ri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümk ün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 340.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Maddə 351.1. Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya mü əyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə

425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. Maddə 739.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürü r, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Maddə 740.1. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Maddə 740.2. (münasibətlərin yarandığı zaman qüvvədə olan redaksiyada) Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğ indən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417. 1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyi nin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

35. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasi ya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

36. Kassasiya şikayətində cavabdeh qətnaməni tam mübahisələndirib. Bu səbəbdən kollegiya qətnaməni tam yoxlayır.

37. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilməsi üçün əsas yoxdur.

39. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə, tərəflər arasındakı müqavilələrin etibarlılıq şərtlərinə tam qiymət vermişdir.

40. İddia tələbi kredit müqaviləsi əsasında borcun tutulması barədə olmuş, iddiaçı tələbinin əsası kimi cavabdehlə bağlanmış kredit müqavilələrinə istinad etmişdir. Cavabdeh etirazının əsası kimi bağlanmış müqavilələrin borc müqaviləsi olmasından xəbərsiz olması, verilən pula alınmış lazer aparatının iddiaçı tərəfindən götürülməsinə istinad etsə də, istinad etdiyi bu halları işə mahiyyəti üzrə baxan məhkəmələrdə, o cümlədən apellyasiyası instansiyası məhkəməsində sübuta yetirə bilməmişdir. Halbuki Mül ki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Nəzərə alınsa ki, mülki prosessual qanunvericilik hər bir tərəfin üzərinə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsi qoyur, belə olan halda, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübut etməli idi. Qeyd edildiyi kimi, işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsində cavabdeh etirazının əsası kimi istinad etdiyi həmin halları sübut edə bilməmişdir. Hazırda kassasiya şikayətinin həmin hallarla bağlı dəlilləri də əsassızdır.

42. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin izahatının natamam dinlənilməsi, cavabdehin izahatında qeyd etdiklərinin qətnam əyə əlavə edilməməsi barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, qeyd edilməlidir ki, cavabdeh bununla bağlı məhkəmə iclas protokoluna hər hansı qeyd verməyib. Baxmayaraq ki, Mülki Prosessual Məcəllənin 273-cü maddəsinə görə cavabdehin məhkəmə iclas protokolunda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokola yazılı qeydlər təqdim etmək hüququ olmuşdur.

43. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4764/202 3 nömrəli, 28 sentyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar