Məhkəmə qərarları › İş №2(102)-388/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-388/2025

11.02.2025 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-388/2025 11.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı (Bakı şəhəri Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-388/2025 (Açar sözlər: kompensasiya verilməklə özbaşına tikilinin sökülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X2 ibarət tərkibdə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı (Bakı şəhəri Maraqlı şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üç üncü şəxs qismində cəlb edilməklə) “kompensasiya verilməklə özbaşına tikilinin sökülməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-7366/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsindən iddiaçı "xxxx" MMC (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 11 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. 02.04.2018-ci il tarixli İlkin müqaviləyə əsasən, Cavabdeh ünvan 1 ünvanında inşa edilmiş 1 mərtəbəli, ümumi sahəsi 32,5 kv.metr, 2 yaşayış otağı olan əmlakı 10.000 manata X3 almışdır.

2. Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 239 saylı Sərəncamına əsasən, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.200 4-cü il tarixli 109 saylı və xx.xx.2008-ci il tarixli 06 saylı Sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə "xxxx" MTK-nın icarə əsasında istifadəsinə verilmiş 2,203 ha torpaq sahəsinin 1,1845 ha hissəsi eyni məqsədlər üçün "xxxx" MMC-nin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmişdir. 3. 19.01.2021-ci il tarixli 1636 saylı torpaq sahəsinin icarəyə verilməsi haqqında müqaviləyə əsasən, icarəyəverən Bakı Şəhər İcra Hakimiyyəti ilə icarəçi "xxxx" MMC arasında Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 239 saylı sərəncamı və xx.xx.2020-ci il tarixli 20/67 saylı cizgiyə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllədə yerləşən 11.845 kv.metr torpaq sahəsinə dair 4 9 il müddətinə torpaq icarəsi müqaviləsi bağlanmışdır.

4. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 26 fevral 2021-ci il tarixli, 04 nömrəli Sərəncamı ilə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360cı məhəllədə layihələndirilən yaşayış binalarının şəhərsalma əsaslandırılması təsdiq edilmişdir.

5. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən binaların tikintisi üçün Tİ18/22 saylı, xx.xx.2022-ci il tarixli obyektin tikintisinə icazə sənədi təqdim edilmişdir. 6. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Zəmanət məktubunda göstərilmişdir ki, Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu Abay döngəsi 19 ünvanda yerləşən fərdi yaşayış yerinin Cavabdeh razılığı olmadan "xx xx" MMC tərəfindən söküntü işlərinin aparılmayacağına zəmanət verilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:

7. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra iddiaçı, yaxud MMC) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsin müraciət edərək, cavabdehə 38.000 manat kompensasiya ödənilməklə, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında cavabdeh tərəfindən tikilmiş ümumi sahəsi 19,0 kv.metrdən ibarət olan özbaşına tikilinin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

8. İddia tələbi işin yuxarıda qeyd olunan hallarına istinadən onunla əsaslandırılmışdır ki, iddiaçı MMC tərəfindən sakinlərə söküləcək evlərin əvəzinə daha əlverişli xüsusiyyətlərə malik təmir li mənzillər təklif edilir. Eyni zamanda mənzillərdən köçməsi üçün sakinlər yük avtomobili ilə təmin edilir və yeni tikiləcək mənzillər onlara təhvil verilənədək müvəqqəti yaşayış məqsədləri ilə bazar qiymətlərinə uyğun yüksək kirayə haqları təklif olunur. MMC Bakı şəhər İcra Hakimiyyəti Başçısının 02 noyabr 2020-ci il tarixli 239 nömrəli sərəncamından irəli gələn vəzifələrini vicdanla həyata keçirir, bütün sakinlərə bərabər şərtlərlə sərfəli təkliflər irəli sürür, evləri sökülmüş sakinlərin hüquqlarına hər zaman hörmətlə yanaşır, bərabərlik prinsipinin və sakinlərin bərabər mənafelərinin pozulmaması üçün səy göstərir. MMC-nin sözügedən torpaq sahəsi ilə tanışlığı zamanı həmin ərazidə özbaşına tikili aşkar edilmiş, həmin tikilidə yaşayan cavabdehlə danışıq aparılsa da, onlar tərəfindən m ülkiyyət hüququnu təsdiq edən hər hansı bir sənəd MMC-yə təqdim edilməmişdir. İddiaçı MMC tərəfindən cavabdehə humanist mövqe göstərilmiş, özbaşına tikililərin əvəzinə yeni tikiləcək binada ona mülkiyyət hüququ verən təmirli mənzillərin təqdim edilməsi və kirayə haqqının ödənilməsi, eyni zamanda özbaşına tikilinin əvəzinə ədalətli kompensasiya məbləği təklif edilmişdir. Lakin cavabdeh tərəfindən həmin təklif rədd edilmiş, MMC-dən ağılasığmaz məbləğlər tələb edilmişdir. İddiaçı MMC Bakı şəhər İcra Hakimiyyəti Başısının sərəncamına və İcarə Müqaviləsinə əsasən sözügedən evlərin sökülməsi və yerində şəhərin gözəl görünüşünə uyğun gələn müasir tipli binaların tikilməsi səlahiyyətinə malik olduğundan hazırkı tələbi irəli sürmək üçün subyektiv hüquqa malik olan şəxsdir.

9. Məhkəmə iclasında cava bdeh izahat verərək göstərmişdir ki, ev hazırda mövcud deyil. Ev sökülməyib, evi söküblər. Onu iki həftəlik kirayəyə çıxarıblar, ondan sonra evini söküblər. Evə ümumilikdə 35.000 manat məbləğində pul xərcləyib. Soyuducusu və mebelləri məhv oldu. İddia tələbinin təmin olunmamasını məhkəmədən xahiş edir. (cild 1. i.v. 48)

10. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 sentyabr 2022-ci il tarixli qərardadına əsasən iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7201 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən, faktiki olaraq sökülmüş əmlakın (evin) ümumi sahəsinin 39,3 kv.metr olduğu müəyyən edilmişdir. Cavabdeh məxsus Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən, faktiki olaraq sökülmüş əmlakın hazırkı vaxtda mövcud olan orta bazar qiyməti təqribən 43.300,0 manat məbləğində müəyyən edilmişdir.

11. Məhkəmə iclasında ekspert X6 ifadəsində bildirmişdir ki, Şirkətin nümayəndələri ekspertiza aparılan zaman iştirak edirdilər. Sökülmüş mənzilin sahəsini fundament izləri ilə müəyyən etmişdir. Həyətyanı sahə və tikililər ilə birlikdə (ümumi sahə) 39,3 kv.metrdir. Oraya gedəndə tikinti işləri həmin ərazidən kənarda aparılırdı. Sökülmüş mənzil ilə bağlı ona sənəd təqdim edilməmişdir. Şirkətin nümayəndəsi Nümayəndə1 ekspertiza keçirilən zaman orada iştirak edirdi. Baxış aktı tərtib edilmiş və şirkətin nümayəndəsi Nümayəndə1 tərəfindən imzalanmışdır. Sökülmüş mənzilin sahəsi 22,11 kv.m., qalan hissə isə həyətyanı sahədir. Sökülmüş mənzilin yerini vizual olaraq Cavabdeh göstərirdi.

12. Məhkəmə tərəfindən sübutun yerində müayinəsi zamanı mübahisəli yaşayış sahəsinin söküldüyü, tərəflərin də bildirdiklərinə görə söküntü aparılmış ərazidə evin dəmir darvazadan qaz xəttinə qədər olan hissədə, həmçinin sökülmüş vəziyyətdə yalnız arxa divarının olması, qaz xəttindən MTK-ya məxsus tikilinin divarınadək həyətyanı sahənin olması, eyni zamanda ətrafda MTK tərəfindən bina tikintisinin olduğu müəyyən olunmuşdur.

13. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-174/2023 nömrəli, 3 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Anar İbadzadə) id dia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən cavabdehə məxsus ümumi sahəsi 39,3 kv.metrdən ibarət olan tikilinin sökülməsinə görə 43.300 manat məbləğində kompensasiyanın iddiaçı MMC-dən tutularaq cavabdehə ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.

14. Birinci instansiya məhkəməsi iddia tələbinin tikilinin sökülməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iş materiallarında olan fotoşəkillərlə, tərəflərin izahatları ilə, ekspert rəyi ilə, eyni zamanda sübutun yerində müayinəsi zamanı mübahisə predmeti olan tikilinin söküldüyü müəyyən olunmuşdur. Bu halda göstərilən hissədə mübahisə olmadığından və məhkəmədən kənar həll olunduğundan həmin hissədə iddia tələbi təmin oluna bilməz.

15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının kompensasiya verilməklə sökülməsini tələb etdiyi yaşayış sahəsi statusuna görə özbaşına tikili olsa da, cavabdehin həmin yaşayış sahəsinə mülkiyyət hüququnun elementlərindən olan yalnız istifadə və sahiblik hüquqlarının olmasını və bu hüquqlara da iddiaçı tərəfindən müdaxilə edilməsini nəzərə alaraq məhkəmə qanunun analogiyasını rəhbər tutaraq qeyd etməyi zəruri hesab etmişdir ki, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Sökülmüş tikili özbaşına tikili olsa da, cavabdehin həmin tikiliyə görə iddiaçıdan kompensasiya almaq hüququ vardır. Kompensasiya məbləğinə və evin sahəsinə dair fikir ayrılığının obyektiv, tam və hərtərəfli həll edilməsi ilə bağlı məhkəmə tərəfindən ekspertiza təyin edilmişd ir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7201 nömrəli ekspert rəyi ilə mübahisə predmeti olan tikilinin ümumi sahəsinin 39,3 kv.metr olduğu və orta bazar qiyməti isə təqribən 43.300,0 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/7201 nömrəli ekspert rəyi ilə müəyyən edilmiş bazar qiyməti olan 43.300,0 manat məbləğində iddiaçı tərəfindən cavabdehə kompensasiya ödənilməlidir.

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 12, 13, 29,43-cü, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 6.3, 15, 16.1, 18, 152.1, 152.6, 560.1, 560.2, 180.1, 180.2, 180.4-cü və Azərbaycan Respublikası Mül ki Prosesual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:

17. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsini, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən cavabdehə məxsus ümumi sahəsi 39,3 kv.m-dən ibarət olan tikilinin sökülməsinə görə evlə təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia ərizəsində iddiaçı cavabdehə mənzil təklif etdiyini, cavabdehin isə imtina etdiyini göstərmişdir. Lakin cavabdehə mənzil təklif olunsa idi, o, mənzildən imtina etməzdi. İddiaçı tərəf MMC göründüyü kimi öz tə kliflərini gözə pərdə asmaq məqsədi ilə iddia ərizəsində irəli sürsə də məhkəmə prosesində öz təlikflərinə məhəl qoymamaışdır. MMC cavabdehi aldadaraq mənzilin sökülməyəcəyini bildirmiş və zəmanət məktubu vermişdir. MMC tərəfindən cavabdehin yaşadığı evin yanında apardıqları qazıntı işləri nəticəsində onun evi qəzalı vəziyyətə düşmüş, evini təmir etmək adı ilə onu evdən çıxarmışlar və gecə ilə evini sökmüşlər. Əşyaları da evin içində olmuşdur. Həmin şirkət onu aldadaraq bildirmişdir ki, “sizin mənzil sökülməyəcək və orada bina tikilməyəcəkdir.” O, da onların bu sözlərinə inananaraq öz evində yaşayırdı. MMC tərəfindən onun yaşadığı evinin yanında apardıqları qazıntı işləri nəticəsində evi qəzalı vəziyyətə düşmüşdür. O, bu barədə FHN tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinə şikayə t ünvanlamışdır. Onun şikayəti əsasında FHN tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyi tərəfindən yaşadı evə baxış keçirilmişdir. FHN tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin ona ünvanlanmış 37/k-03311 nömrəli, 20 oktyabr 2022-ci traixli məktubunda qeyd edilmişdir ki, “Yaşadığınız evin yaxınlığında "xxxx" MMC tərəfindən qazıntı işlərinin aparılması nəticəsində Sizə aid mənzilin uçulması barədə Azərbaycan Respublikasının Baş Nazirinə ünvanladığınız 05 oktyabr 2022-ci il tarixli müraciətə Agentlikdə baxılmışdır. Müəyyən edilmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Sübhi Salayev küçəsi, Abay döngəsi, 360-cı məhəllədə Bakı Şəhər icra Hakimiyyəti başçısının 02 noyabr 2020-ci il tarixli 239 nömrəli sərəncamı əsasında "xxxx" MMC-yə yaşayış binasının layihələndirilməsi üçün torpaq sahəsi ayrılmışdır və sərəncamın icrasına nəzarət Maraqlı şəxsnə tapşırılmışdır. Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş idarəsi tərəfindən obyektin tikintisinə 10 fevral 2022-ci il tarixli Tİ-18/22 nömrəli “İcazə” sənədi verilmişdir. Bildiririk ki, "xxxx" MMC tərəfindən həmin ərazidə sakinlərin köçürülməsindən sonra və söküntü işlərinə başlanmışdır. Sökülmüş ərazidə "xxxx" MMC tərəfindən bünövrə çalasının qazıntı işləri aparılan zaman bünövrə çalasının divarının yaşayış evlərinə yaxın hissəsində uçqun hadisəsi baş vermiş, vətəndaşların istifadə etdiyi gediş-gəliş yolunda iri ölçülü çatlar, asphalt qatının deformasiyaya uğraması və yaşayış evlərinə təhlükə yaranması müşahidə edilmişdir. Məsələ ilə bağlı aidiyyəti üz rə müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər və Nəsimi Rayon İcra Hakimiyyətlərinə 26 aprel 2022-ci il tarixli xx/xx-02802 nömrəli telefonoqram ünvanlanmışdır. Eyni zamanda, qeyd olunan ünvanda yerləşən yaşayış evlərinə mütəxəssislərimiz tərəfindən baxış keçirilmiş və evlərin texniki vəziyyəti barədə 27 aprel 2022-ci il tarixli rəy tərtib edilərək aidiyyəti qurumlara göndərilmişdir.” FHN tikintidə Təhlükəsizliyə nəzarət Dövlət Agentliyinin məktubundan da müəyyən olunur ki, onun evi qəzalı vəziyyətə düşmüşdür. Bundan sonra MMC tərəfindən ona bildirilmişdir ki, “evinizi təmir edirik 10 günlüyə evdən çıxın biz evi təmir edək sonra evinizə qayıdarsız.” O, bunların sözlərinə inanaraq yaşadığı evi tərk etmişdir ki, özləri tərəfindən qəzaya salınmış evini təmir etdirsinlər. Burada da MMC tərə findən o, yenə aldadılaraq təmir adı ilə evdən çıxarılaraq 16 may 2022-ci il tarixində gecə ilə onun evini sökmüşlər.Ev əşyaları da evin işərisində məhv edilməklə ona 20.000 manatdan artıq ev əşyalarına görə ziyan da vurulmuşdur. Evinin şəkillərini də şikayətinə əlavə etmişdir. Ekspert rəyi ilə evinin ümumi sahəsinin 39,3 kv.m. olduğu təsdiq edilmişdir. Sökülmüş evin şəkilləri əsasında həmin ərazidə bazar qiyməti X5 tərəfindən verilmiş hesabata əsasən 104.500 manat təşkil edir. Cavabdehə məxsus sahəsi 39,3 kv.m. olan evin sökülməsi nəticəsində ona həmin evin yerləşdiyi yerdə iddiaçının inşa etdiyi binadan mənzil verilməlidir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh bildirmişdir ki, yaşayış evinin sökülməyəcəyi ilə əlaqədar MMC rəhbərliyi tərəfindən ona yazılı zəmanət ver ilmişdir. Söküntü zamanı onun evində yaranmış qəzalı vəziyyəti ilə bağlı təmir işləri aparılması üçün ona bir həftəlik evdən çıxması təklif edilmişdir. O, da öz növbəsində razılaşıb evi bir həftəlik tərk etmişdir. Lakin iddiaçı MMC onun evini sökmüşdür. Həmçinin evin içindəki əşyaları da məhv olmuşdur. İddiaçı təşkilatın təklifi ilə mənzilini tərk etdiyi vaxtdan hər ay 350 manat kirayə haqqı alır. Hazırda 400 manata kirayə evdə yaşayır. Mənzilin əvəzi olaraq tutulan 43.300 manat çox aşağı qiymətdir. Həmin qiymətə hazırkı vəziyyətdə ev almağı mümkün deyil.

20. İddiaçının nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, qeyd etmişdir ki, məhkəmə tərəfindən ekspert rəyinə uyğun olaraq 39,3 kv.metrdən ibarət olan tikilinin sökülməsinə görə 43.300 manat məbləğin də kompensasiya müəyyən edilmişdir. Əslində cavabdehin evi özbaşına tikili olmaqla cəmi 19 kv.m. sahəsi olmuşdur. Cavabdehin mülkiyyətə sahiblik hüququ olmamışdır. Belə vəziyyətdə olan özbaşına tikili üçün 43.300 manat müəyyən edilməsi ağlabatandır. Qətnamədən şikayət verməmələrinin səbəbi, işin qısa müddət ərzində həll olunması olmuşdur. Cavabdehlə razılıq əldə etmək üçün hər hansı təklifləri yoxdur. Hər hansı təklifi də müzakirə etməyi zəruri hesab etmirlər. Odur ki, apellyasiya şikayətinin təmin olunmamasını xahiş edir.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-7366/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Məhəmməd Rüstəmli) apellya siya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə 43.300 manat məbləğində kompensasiya verilməsi hissəsində dəyişdirilmiş, cavabdehə sökülmüş ümumi sahəsi 39,3 kv.m.-dən ibarət olan tikilinin əvəzi olaraq, həmin yerdə inşa olunan yeni yaşayış binasından 39,3 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 47,16 kv.m. sahəsi olan təmirli yaşayış sahəsinin iddiaçı MMC tərəfindən təhvil verilməsi qət edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yerləşən mübahisəli fərdi yaşayış evi statusuna görə özbaşına tikili olmuş və cavabdeh həmin evi 2018-ci ildə müqavilə əsasında dəyərini ödəməklə almışdır. Evin əvvəlki sahibi X1 əsas ında 2018-ci ildə tərtib olunmuş Eskiz Layihəsindən görünür ki, evinin tikinti sahəsi 39,1 kv.m. təşkil etmişdir.

23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş ekspert rəyini nəzərə alaraq qeyd etmişdir ki, əmlakın ümumi sahəsi 39,3 kv.m. təşkil edir və sökülmüş əmlakın hazırkı vaxta mövcud olan bazar qiyməti təqribən 43.300,0 manat təşkil edir. Məhkəmə tərəfindən də ekspert rəyinə uyğun olaraq 39,3 kv.m-dən ibarət olan tikilinin sökülməsinə görə 43.300 manat məbləğində kompensasiya verilməsi müəyyən edilmişdir. İddiaçı tərəfindən qətnamə mübahisələndirilməmişdir. Buradan da belə başa düşülür ki, iddiaçı sökülmüş evə münasibətdə cavabdehin kompensasiya hüququna malik şəxs olması və evin sahəsinin 39,3 kv.m. olması ilə bağlı birinci instansiya məhkəməsinin qən aəti ilə razılaşmışdır.

24. Məhkəmə kollegiyası onu da qeyd etmişdir ki, evin hər kv.m. üçün 2.000 manat kompensasiya verilməsi iddiaçının ozünün təşəbbüsü olmuşdur (19 kv.m. sahə üçün 38.000 manat). Eskiz layihəsi və ekspert rəyi ilə isə müəyyən olunmuşdur ki, cavabdehin evinin sahəsi 39,3 kv.m. təşkil etmişdir. Odur ki, cavabdehə məxsus evin sahəsi 39,3 kv.m. götürülməlidir. Belə olan halda qeyd olunan normanın tələbinə uyğun olaraq kollegiya hesab etmişdir ki, zərərin əvəzi naturada ödənilməlidir.

25. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, iddiaçının sökdüyü evin yerində inşa olunan yeni binada göstərilən ölçüdə mənzilin olub-olmaması iddianın rədd olunması üçün əsas ola bilməz, göstərilən məsələ gələcəkdə qətnamənin icrası qaydasında həll oluna bilər.

26. Apellyasiya instansi yası məhkəməsi gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 21.2, 180.1, 180.2, 180.4, 1115-ci və Mülki Prosesual Məcəllənin 4.1, 5.1, 14.2, 77.1, 217.1, 217.3, 384.0.1, 385.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:

27. Qətnamədən iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirildiyi hissədə ləğv edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsində göstərildiyi kimi iddianın təmin edilməsinə dair yeni qərar qəbul olunmasını xahiş etmişdir.

28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən göründüyü kimi məhkəmədə dindirilmiş ekspert öz ifadəsində tikilinin uzunluğunun 6,7 metr, eninin isə 3, 3 metr olduğu qeyd etmiş, qalan hissənin isə boş sahə olduğunu aşkar etmişdir. Birinci instansiya məhkəməsi də öz qətnaməsində bunu təsdiq etmişdir. Qətnamənin nəticə hissəsində isə birinci instansiya məhkəməsi səhvən əmlakın 39,1 kv.m. olduğunu qeyd etsə də, burada məhkəmə ekspert rəyində göstərildiyi kimi 22,11 kv.m. tikilini, 16,11 kv.m. isə həyətyanı sahə kimi boş sahəni nəzərdə tutmuşdur. Beləliklə, tikili (ev) dedikdə, yalnız cavabdehin istifadə etdiyi 22,11 kv.m. özbaşına tikilidən söhbət gedir. Belə halda, yəni sökülən evin ölçüsü cəmi 22,11 kv.m. olduğu halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehə 47,16 kv.m. sahəsi olan təmirli yaşayış sahəsinin verilməsi barədə qərarı tamamilə qanunsuz və əsassızdır. Apellyasiya instansiyası məhkəməsi isə yuxarıda göstərilən xü susatları və Mülki Məcəllənin 180-ci maddəsinin tələblərini nəzərə almadan, əsassız olaraq özbaşına tikilinin 39,1 kv.m. olduğuna istinad edərək, iddiaçıya qarşı açıq-aşkar əsassız və ədalətsiz qətnamə qəbul etmiş, bununla da qanununun tələblərini və işdə olan sübutları rəhbər tutmaq əvəzinə, torpaq sahəsini qanunsuz zəbt edib orada qanunsuz tikili inşa etmiş şəxsə iddiaçının hesabına yaşayış sahəsi verməklə iddia tələbindən qanunsuz olaraq kənara çıxmışdır.

29. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən sübutlara, o cümlədən ekspert rəyinə, işdə olan sənədlərə tam münasibət bildirmədən, xüsusən ekspertin ifadələrinə heç bir münasibət bildirmədən tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir.

30. Qeyd olunmalıdır ki, iddia tələbi İddiaçı MMC tərəfindən irəli sürülmüşdür. İddi a tələbi “cavabdehə 38.000 manat kompensasiya ödənilməklə, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında cavabdeh tərəfindən tikilmiş ümumi sahəsi 19,0 kv.metrdən ibarət olan özbaşına tikilinin sökülməsi”ni ehtiva etmişdir. Mülki iş üzrə cavabdeh tərəfindən hər hansı iddia tələbi irəli sürülməmişdir. Birinci instansiya məhkəməsi haqlı olaraq iddia tələbləri üzrə qətnamə qəbul etsə də, apellyasiya instansiyası məhkəməsi qanunda müəyyən edilən heç bir müstəsna hal olmadan, kompensasiya verilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirərək, cavabdehə sökülmüş ümumi sahəsi 39,3 kv.m-dən ibarət olan tikilinin əvəzi olaraq, həmin yerdə inşa olunan yeni yaşayış binasından 39,3 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 47,16 kv.m. sahəsi olan təmirli yaş ayış sahəsinin verilməsin barədə qanunsuz qətnamə qəbul etmişdir. Apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən sübutlara, o cümlədən ekspert rəyinə, işdə olan sənədlərə tam münasibət bildirmədən, xüsusən ekspertin ifadələrinə heç bir münasibət bildirmədən tamamilə əsassız və qanunsuz qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı verilmiş etirazın dəlilləri:

31. Cavabdeh verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz vermiş, etirazda kassasiya şikayətinin təmin edilməməsi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.

32. Maddə 13 (İ hissəsi). Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

33. Maddə 29 (İV hissə). Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər.

34. Maddə 43 (İ hissə). Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolu.

35. Maddə

1. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.

36. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

37. Maddə 6.3. Dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

38. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.

39. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.

40. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

41. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

42. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

43. Maddə

159. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir.

44. Maddə 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

45. Maddə 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.

46. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

47. Maddə 459.1. Zərərin əvəzini ödəməyə borclu olan şəxs əvəz ödəməyə borclu edən hal baş verməsəydi, mövcud olacaq vəziyyəti bərpa etməlidir.

48. Maddə 459.5. Əgər ilkin vəziyyətin bərpası yolu ilə zərərin əvəzinin ödənilməsi mümkün deyildirsə və ya bunun üçün tənasübsüz surətdə böyük xərclər zəruridirsə, kreditora pul əvəzi verilə bilər.

49. Maddə 459.6. Qabaqcadan razılaşmaya əsaslanaraq, öhdəliyin pozulması nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququndan imtina etmək yolverilməzdir.

50. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

51. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzəri ndə həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.

52. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarı.

53. Hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəc əyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni m eyarlara əsasən hesablanması bu sahədə suiistifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

55. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

56. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

58. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

59. Maddə 101.3. Ekspertin rəyi məhkəmədə tədqiq оlunur və digər sübutlarla yanaşı qiymətləndirilir.

60. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

61. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

62. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna h allarda iddia tələblərindən kənara çıxa bilər.

63. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

64. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

65. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlilləri ndən asılı olmayaraq yoxlanılmalıdır.

66. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

67. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:

68. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

69. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilməsi hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə qismən yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:

70. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, həmçinin mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilməsi müəyyən edilmişdir.

71. İşin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən edilmiş hallarına görə, Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 239 saylı Sərəncamına əsasən Bakı şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2004-cü il tarixli 109 saylı və xx.xx.2008-ci il tarixli 06 saylı Sərəncamları ilə Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəllə ünvanında yaşayış evlərinin tikintisi məqsədilə "xxxx" MTK-nın icarə əsasında istifadəsinə verilmiş 2,203 ha torpaq s ahəsinin 1,1845 ha hissəsi eyni məqsədlər üçün iddiaçı MMC-nin icarə əsasında istifadəsinə verilərək adına rəsmiləşdirilmişdir. İddiaçı tərəfindən şəhərsalma prinsiplərinə cavab verməyən fərdi yaşayış evlərində yaşayan sakinlərin köçürülmə ilə əlaqədar həmin sakinlərə, həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında yeni təmirli abad yaşayış sahələrinin (mənzillərin) verilməsi, yaşayış sahəsi verilənədək hər bir ailəyə yaşayış otaqlarının sayından asılı olaraq kirayə haqları verilməklə qonşu fərdi yaşayış evlərindən xeyli sayda ailə köçürülmüş, buna və yaşayış evlərinin qəzalı vəziyyətdə olması səbəbindən həmin fərdi yaşayış evlərində yaşayan əksər sakinlər öz əşyalarını çıxarmış və yaşayış evlərini boşaltmışlar. Lakin, Bakı şəhəri, Nəsimi rayonu, Abay döngəsi, 360-cı məhəl lə ünvanındakı fərdi yaşayış evinin istifadəçisi cavabdeh kirayə haqlarını iddiaçıdan almaqla müvəqqəti başqa yaşayış yerinə köçməmiş, yeni inşa ediləcək binadan təmirli mənzili, eyni zamanda kompensasiyanı qəbul etməkdən imtina etmişdir. Məhkəmə tərəfindən keçirilmiş ekspert rəyi ilə müəyyən edilmişdir ki, əmlakın ümumi sahəsi 39,3 kv.m. təşkil edir və sökülmüş əmlakın hazırki vaxta mövcud olan bazar qiyməti təqribən 43.300,0 manat təşkil edir. Həmçinin iş materiallarında olan fotoşəkillərlə, tərəflərin izahatları ilə, ekspert rəyi ilə, eyni zamanda sübutun yerində müayinəsi zamanı mübahisə predmeti olan tikilinin söküldüyü müəyyən olunmuşdur.

72. İddiaçı iddia ərizəsində, cavabdehə özbaşına tikililərin əvəzinə yeni tikiləcək binada ona mülkiyyət hüququ verən təmirli mənzillərin təqdim ed ilməsi və kirayə haqqının ödənilməsi, eyni zamanda özbaşına tikilinin əvəzinə ədalətli kompensasiya məbləği təklif edilməsini, lakin cavabdehin həmin təklifi rədd etməsini, MMC-dən ağılasığmaz məbləğlər tələb etməsini qeyd edərək, cavabdehə 38.000 manat kompensasiya ödənilməklə, mübahisəli ünvanında cavabdeh tərəfindən tikilmiş ümumi sahəsi 19,0 kv.metrdən ibarət olan özbaşına tikilinin sökülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

73. Cavabdeh isə, iddia ərizəsində iddiaçının ona mənzil təklif etdiyi, onun isə mənzildən imtina etdiyi göstərilsə də, iddiaçı tərəfindən ona mənzil təklif olunmadığını, iddiaçının onu aldadaraq mənzilin sökülməyəcəyini bildirməsini, zəmanət məktubu verməsini, lakin iddiaçı tərəfindən onun yaşadığı evin yanında apardıqları qazıntı işləri nəticəsində evinin qəzalı vəziyyətə düşməsini, evini təmir etmək adı ilə onu evdən çıxarmalarını və gecə ilə evini sökmələrini, ev sökülərkən əşyalarının da evin içində olmasını, ev əşyalarının da evin işərisində məhv edilməklə ona 20.000 manatdan artıq ev əşyalarına görə ziyan da vurulmasını, ekspert rəyi ilə evinin ümumi sahəsinin 39,3 kv.m. olduğunun təsdiq edilməsini, sökülmüş evin şəkilləri əsasında həmin ərazidə bazar qiymətinin X5 tərəfindən verilmiş hesabata əsasən 104.500 manat təşkil etməsini, ona məxsus sahəsi 39,3 kv.m. olan evin sökülməsi nəticəsində ona həmin evin yerləşdiyi yerdə iddiaçının inşa etdiyi binadan mənzil verilməli olmasını qeyd edərək, iddiaya qarşı etiraz etmişdir.

74. Kassasiya instansiya məhkəməsi qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi il k addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

75. Birinci instansiya məhkəməsi iddia tələbini cavabdehə kompensasiya məbləğinin ödənilməsi hissəsində təmin edərkən, ekspert rəyi i lə mübahisə predmeti olan tikilinin ümumi sahəsinin 39,3 kv.metr olduğunu və orta bazar qiyməti isə təqribən 43.300,0 manat məbləğində müəyyən edilməsini əsas götürmüş, iddia tələbinin özbaşına tikilinin sökülməsi hissəsini rədd edərkən isə, iş materiallarında olan fotoşəkillərlə, tərəflərin izahatları ilə, ekspert rəyi ilə, eyni zamanda sübutun yerində müayinəsi zamanı mübahisə predmeti olan tikilinin söküldüyün müəyyən olunmasını əsas götürmüş, mübahisə olmadığından və məhkəmədən kənar həll olunduğundan həmin hissədə iddia tələbinin təmin oluna bilməməsi barədə nəticəyə gəlmişdir.

76. Apellyasiya instansiyası məhkəməsi iddianı qismən təmin etmiş birinci instansiya məhkəməsinin qətnaməsini kompensasiya verilməsi hissəsində dəyişdirərək, qalan hissədə dəyişdirmədən saxlayarkən, iddia tələb inə uyğun gələn qanun norması kimi Mülki Məcəllənin 1115-ci maddəsinə istinad edərək, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi statusuna görə özbaşına tikili olmuş və cavabdeh həmin evi 2018-ci ildə müqavilə əsasında dəyərini ödəməklə almışdır. Evin əvvəlki sahibinin sifarişi əsasında 2018-ci ildə tərtib olunmuş Eskiz Layihəsindən görünür ki, evinin tikinti sahəsi 39,1 kv.m. təşkil etmişdir. Ekspert rəyi ilə mübahisə predmeti olan tikilinin ümumi sahəsi 39,3 kv.m. təşkil edir və sökülmüş əmlakın hazırkı vaxta mövcud olan bazar qiyməti təqribən 43.300,0 manat təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən cavabdehə ekspert rəyinə uyğun olaraq 39,3 kv.m-dən ibarət olan tikilinin sökülməsinə görə 43.300 manat məbləğində kompensasiya verilməsi müəyyən edi lmişdir. İddiaçı cavabdehin kompensasiya hüququna malik şəxs olması və evin sahəsinin 39,3 kv.m. olması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış və qətnaməni mübahisələndirməmişdir. Evin hər kv.m. üçün 2.000 manat kompensasiya verilməsi iddiaçının ozünün təşəbbüsü olmuşdur (19 kv.m. sahə üçün 38.000 manat). Eskiz layihəsi və ekspert rəyi ilə cavabdehin evinin sahəsi 39,3 kv.m. təşkil etməsi müəyyən edildiyindən, Mülki Məcəllənin 1115-ci maddəsinin tələbinə uyğun olaraq zərərin əvəzi naturada ödənilməlidir. İddiaçının sökdüyü evin yerində inşa olunan yeni binada göstərilən ölçüdə mənzilin olub-olmaması iddianın rədd olunması üçün əsas ola bilməz, göstərilən məsələ gələcəkdə qətnamənin icrası qaydasında həll oluna bilər.

77. Göründüyü kimi işin mübahisəsiz halı ondan ibarətdir ki, iddiaçı cavabdehə yaşadığı evə görə 19 kv.m. sahə üçün 38.000 manat məbləğin verilməsini nəzərdə tutarkən, evin hər kv.m. üçün ona 2.000 manat məbləğində kompensasiya təklif etmişdir. Həmçinin birinci instansiya məhkəməsi kompensasiya məbləğini müəyyən edərkən cavabdehə ekspert rəyinə uyğun olaraq 39,3 kv.m-dən ibarət olan tikilinin sökülməsinə görə 43.300 manat məbləğində kompensasiya verilməsini qət etmiş, iddiaçı evin sahəsinin 39,3 kv.m. olması ilə bağlı birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşmış və qətnaməni mübahisələndirməmişdir. Eyni zamanda o da mübahisəsizdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdeh kirayədə yaşamaq üçün başqa ünvana köçürülmüş və cavabdehə məxsus ev sökülmüşdür.

78. Məhkəmə kollegiyası işin hallarına düzgün hüquqi qiy mət verilməməsi səbəbindən, iddia tələbinin cavabdehə yaşadığı evə görə kompensasiya məbləğinin naturada ödəməsi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə aşağıdakılara əsasən razılaşmır.

79. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, iddia tələbinin cavabdehə yaşadığı evə görə kompensasiya məbləğinin ödənilməsi ilə bağlı hissədə apellyasiya instansiyası məhkəməsi, iddia tələbində nəzərdə tutulmadığı halda, tələbdən kənara çıxmaq üçün hər hansı müstəsna halın olmasını müəyyən etmədən, cavabdehin sökülmüş ümumi sahəsi 39,3 kv.m.-dən ibarət olan tikilinin əvəzi olaraq, həmin yerdə inşa olunan yeni yaşayış binasından 39,3 kv.m. və əlavə 20% olmaqla, ümumilikdə 47,16 kv.m. sahəsi olan təmirli yaşayış sahəsinin təhvil verilməsi öhdəliyinin iddiaçının üzərinə qoyulması b arədə hüquqi dəyərləndirmə apararkən Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin imperativ tələbini pozmuş, bu halda iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 1115-ci maddəsinə istinad etməkdə də haqlı olmamışdır.

80. Belə ki, iddia tələbi iki hissədən ibarət olmaqla, cavabdehə yaşadığı evə görə kompensasiya məbləğinin ödənilməsi və cavabdehin istifadəsində olan həmin özbaşına tikilinin sökülməsi barədədir.

81. Cavabdeh iddiaya qarşı etiraz edərkən və apellyasiya şikayətində evinin sökülməsi zamanı ev əşyalarının da məhv edilməsi nəticəsində ona 20.000 manatdan artıq ev əşyalarına görə ziyan vurulmasını, həmin ərazidə eyni evinin bazar qiymətinin 104.500 manat təşkil etməsini, habelə evin yerləşdiyi yerdə iddiaçının inşa etdiyi binadan ona mənzil verilməli olmasını göstərsə də, verilmiş iddiaya qarşı məhkəmədə qarşılıqlı iddia verməmiş, həmçinin qeyd olunan hallarla bağlı hazırkı iş üzrə iddiaçıya qarşı məhkəmədə ayrıca iddia qaldırmamışdır.

82. Göründüyü kimi, apellyasiya məhkəməsi iddia tələbi ilə əhatə olunmayan, cavabdehə kompensasiya məbləğinin naturada ödəməsi, yəni mənzil verilməsi ilə bağlı qətnamə çıxarmışdır ki, bu verilmiş tələbdən kənara çıxma və MPM-in 218.3-cü maddəsinin pozuntusu kimi qiymətləndirilməlidir.

83. Bundan başqa, iddia ərizəsinin məzmununda “cavabdehə özbaşına tikililərin əvəzinə yeni tikiləcək binada ona mülkiyyət hüququ verən təmirli mənzillərin təqdim edilməsi və kirayə haqqının ödənilməsi, eyni zamanda özbaşına tikilinin əvəzinə ədalətli kompensasiya məbləği təklif edilməsi, lakin cavabdeh tərəfindən həmin təklifin rədd edilməsi ” göstərildiyi halda, nə birinci instansiya məhkəməsində, nə də, apellyasiya icraatı zamanı iddiaçı tərəfindən cavabdehə həmin məzmunda edilmiş təklifin detalları, yəni yeni tikiləcək binanın hansı mərtəbəsində, hansı ölçüdə mənzilin təklif edilməsi iddiaçının nümayəndəsinə suallar verilməklə araşdırılmamış, birinci instansiya məhkəməsi həmin halla bağlı iddia həcminin artırılması, yaxud qeyd olunanların iddianın məzmunundan silinməsi barədə ərizə verməsini iddiaçının nümayəndəsinə Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbi baxımından təklif etməmişdir.

84. Bundan başqa məhkəmə kollegiyası iddia tələbinin cavabdehin istifadəsində olan özbaşına tikilinin sökülməsi hissəsi ilə bağlı qeyd edir ki, işə birinci instansiya məhkəməsində baxılarkən cavabdehin yaşadığı evin sökülməsi, on a məxsus məişət əşyalarının da söküntülər arasında qalması iş materiallarında olan fotoşəkillərlə, tərəflərin izahatları ilə, ekspert rəyi ilə, eyni zamanda sübutun yerində müayinəsi zamanı müəyyən edilsə də, birinci instansiya məhkəməsi həmin hallarla bağlı araşdırma aparmadan, cavabdehin etirazının əsası olan həmin hallara hər hansı hüquqi qiymət vermədən, həmçinin kompensasiya məbləğini müəyyən edərkən cavabdehin əlavə zərərə məruz qalmasını iddiaçının nümayəndəsi ilə müzakirə etmədən qətnamədə göstərmişdir ki, göstərilən hissədə mübahisə olmadığından və məhkəmədən kənar həll olunduğundan həmin hissədə iddia tələbi təmin oluna bilməz. Bununla da birinci instansiya məhkəməsi hər bir tərəfin öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olması, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmənin zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilməsi, sübutların işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilməli olması barədə tələblərə, o cümlədən Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsinin tələbinə əməl etməmişdir.

85. Bununla belə apellyasiya instansiyası məhkəməsi də cavabdehin apellyasiya şikayətinin qeyd olunan hallarla bağlı dəlillərini araşdırmamış, kompensasiya məbləğini müəyyən edərkən qeyd olunan hallara Mülki Məcəllənin 21.3-cü maddəsinin tələbinə uyğun hüquqi qiymət verməmiş, həmçinin həmin hallarla bağlı hüquqdan sui-istifadəyə yol verilib-verilməməsinə Mülki Məcəllənin 560-cı maddəsinin tələbləri baxımından hüquqi qiymət verməmişdir.

86. Azərbaycan Respublikası Kons titusiya Məhkəməsinin “V.Q.Teryoxinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 02 iyun 2009-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 yanvar 2010-cu il tarixli qərarında qeyd edilir ki, mülki və torpaq qanunvericiliyin müddəalarından da göründüyü kimi tərəflərin razılığı ilə yanaşı, daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması barədə zəruri şərt həmin əşyaya mülkiyyət hüququnun tam həcmdə əldə edilməsi, xüsusilə də şəxsin onun barəsində sərəncam vermək hüququnun yaranması baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin daşınmaz əmlak kimi torpaq sahəsinə mülkiyyət hüququnun yaranmasının və dövlət tərəfindən müdafiə olunmasının dövlət qeydiyyatı ilə əl aqələndirilməsi belə əmlakı qanunvericiliyə müvafiq olaraq əldə etmiş şəxslərin mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüquqlarına malik olmasını istisna etmir.

87. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, əşya ilə əlaqədar yaranan əmlak hüquqlarının təkcə mülkiyyətçiyə deyil, həm də əmlaka qanuni əsaslarla sahiblik edən şəxsə də mənsub ola bilməsi, qanunvericilikdə bu hüquqların istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilməsinin nəzərdə tutulması qanuni sahiblərin də əmlak hüquqları ilə bağlı mənafelərinə dəyən zərərə görə tələb hüququnun olmasını göstərir (N.Qədirovun şikayəti üzrə 2017-ci il 18 dekabr tarixli Qərar).

88. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş ə baxarkən yuxarıda qeyd olunan tələblərə riayət edilmədiyindən, apellyasiya məhkəməsinin gəldiyi nəticələr qismən maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz.

89. Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 11 fevral 2015ci il və F.Şirinovun şikayəti üzrə 16 noyabr 2016-cı il tarixli Qərarlarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır.

90. Avropa İnsan Hüquqları Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli qərarında sübutların qiymətləndirilməsi, onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

91. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.

92. Göründüyü kimi hazırkı iş üzrə mübahisənin düzgün həll edilməsi üçün apellyasiya instansiyası məhkəməsi MPM-in 88-ci maddəsinin tələblərinə riayət etməklə qeyd edilən sübutlara məcmu halında hüquqi qiymət verməmişdir.

93. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

94. İşə yenidən baxılarkən məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88 və 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.

95. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103 )-7366/2023 nömrəli, 19 dekabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar