Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3880/2019 04.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Şadıyev Ənvər Əhməd oğlundan ibarət tərkibdə, ACnun katibliyi, iddiaçının vəkili VY, cavabdehin vəkili RMnun iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 04 iyun 2019-cu il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2018-cı il tarixli qətnaməsi ilə (sədrlik edən hakim P.Hüseynov, iş No 2(006)-4481/18 saylı mülki iş) İddiaçı cavabdehlər “X9 Azərbaycan” Qapalı Səmdar Cəmiyyəti və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlakın ipotekadan azad edilməsi” tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 14 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Sadıqov (sədrlik edən, məruzəçi), A.Hüseynov və A.İmanov, 2(103)-97/2019 saylı mülki iş) hazırki iş üzrə Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4481/2018 saylı iş üzrə 29 avqust 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı cavabdehlər “X9 Azərbaycan” Qapalı Səmdar Cəmiyyəti və Cavabdeh2 qarşı “ipoteka müqaviləsinin etibarsız hesab edilməsi və ipoteka müqaviləsi üzrə ipoteka qoyulmuş əmlakın ipoteka dan azad edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər arasında bağlanmış 3-M1136 və 3-M1137 reyestr nömrəli, 12 oktyabr 2015-ci il tarixli ipoteka müqavilələrinin etibarsız hesab edilməsi və həmin müqavilələr üzrə ipoteka qoyulmuş Bakı şəhəri, ÜNVANnin və ünvan 2ahəsinin ipotekadan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili VY kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin vəkili RM kassasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 09 iyun 1978-ci il tarixdə verilmiş İİ-JQ 251736 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 ilə X1 09 iyun 1978-ci il tarixdə nikaha daxil olmuşlar və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1732 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə X, arvada XX soyad ı verilmişdir. İş materiallarına əlavə edilmiş 13.05.2014-cü il tarixli AR-İ 339136 №-li etibarnamədən müəyyən olunmuşdur ki, X4 Bakı şəhəri 6 saylı Notariat Kontorunda Cavabdeh2 etibarnamə vermişdir. İş materiallarına əlavə edilmiş 21.05.2014-cü il tarixli AR-İ 450848 №-li etibarnamədən müəyyən olunmuşdur ki, İddiaçı Bakı şəhəri 6 saylı Notariat Kontorunda Cavabdeh2 etibarnamə vermişdir. Hər iki etibarnamə ilə harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq etibar edən şəxslərin bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq bütün hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka (giro v) qoymaq və ipotekanı (girovu) qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı, mirası qəbul etməyi və yaxud ondan imtina etməyi, bütün şəxslərdən, müəssisələrdən, idarələrdən, təşkilatlardan, o cümlədən bank orqanlarından, poçtdan və teleqraflardan bütün əsaslar üzrə ona çatası əmlakı, pulu, əmanəti, qiymətli kağızları, eləcə də sənədləri almağı, bank orqanlarında olan hesablar üzərində sərəncam verməyi, poçt, teleqraf, qiymətli və digər hər cür məktubları və baratları almağı, bütün dövlət idarələrində, kooperativ və ictimai təşkilatlarda onun adından ərizə verməyi, işləri aparmağı, qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlarla, o cümlədən işi sülh yolu ilə qurtarmaq, iddia tələblərini bütünlüklə və ya qismən etiraf etmək, y axud onlardan imtina etmək, iddia predmetinin dəyişdirilməsi, məhkəmənin qərarından şikayət edilməsi, əmlakı və ya pulu almaq hüququ ilə icra vərəqəsini təqdim etmək hüquqlarına malik olmaqla bütün məhkəmə orqanlarında onlara aid olan mülki işləri aparmağı, bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar digər hərəkətləri etmək etibar edilmişdir. Həmin etibarnamələr üzrə səlahiyyətin başqa şəxsə verilə bilməsi nəzərdə tutulmuş, hər iki etibarnamə 10 il müddətinə verilmişdir. "xxxx" MMC ilə "X9 Azərbaycan" QSC arasında bağlanmış 31 yanvar 2014-cü il, 22 may 2014-cü il və 09 oktyabr 2015-ci il tarixli kredit müqavilələrinin təminatı kimi X3 mülkiyyətində olan Bakı şəhəri, Yasamal rayonu, 614-cü məhəllə, X6 Naxçıvani küçəsi, 15 ünvanda yerləşən qeyri-yaşayış sahəsi və ünvan 2ahəsi Bank qarşıs ında ipoteka ilə yüklü edilmişdir. Bununla əlaqədar olaraq ipoteka saxlayan "X9 Azərbaycan" QSC, ipoteka qoyan X5 və borcalan "xxxx" MMC arasında 12 oktyabr 2015-ci il tarixli sonrakı ipoteka müqavilələri (reyestrdə 3M-1136 və 3M-1137 nömrə ilə qeyd edilmişdir) imzalanmışdır. Hər iki müqaviləni X3 əvəzinə Bakı şəhəri 6 saylı notariat kontorunda 13.05.2014-cü il tarixdə verilmiş etibarnamə əsasında nümayəndəsi Cavabdeh2 imzalamışdır. İddiaçı isə nümayəndəsi olan oğlu – Cavabdeh2 vasitəsi ilə verdiyi ərizələrlə əri ilə birgə mülkiyyətində olan həmin əmlakların ipotekaya qoyulmasına etiraz etməmişdir. Göründüyü kimi, Cavabdeh2 verilmiş etibarnamələr əsasında həm atasını, həm də anasını (iddiaçını) təmsil etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cü maddəsini rəhbər tu taraq hesab etmişdir ki, təmsilçi olan Cavabdeh2 onun yox, kənar şəxsin xeyrinə hərəkət etmiş, etibarnamədə və həmin etibarnamə əsasında baş tutmuş hüquq münasibətlərində (ipoteka müqavilələrinin bağlanmasında) təmsil edilən şəxs olaraq onun iradə və maraqları konkret subyektdə münasibətdə müəyyən şəkildə ifadə olunmamışdır. Mübahisəsi gedən əmlaklara dair etibarnamə verilən zaman təmsil edilən olaraq o, təmsilçi olaraq oğlu Cavabdeh2 həmin etibarnamə ilə onun maraqlarını üçüncü şəxslər qarşısında təmsil etmək və Cavabdeh2 özünün maraqları daxilində deyil, onun maraqlarından hərəkət etmək səlahiyyəti verilmişdir. Halubki, mübahisələndirdiyi ipoteka müqavilələri onun maraqlarına zidd olaraq bağlanmışdır. Mülki Məcəllənin 359.1-ci maddəsinə əsasən əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bi r şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Həmin Məcəllənin 359.3-cü maddəsinin tələbinə görə isə təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. O, həmçinin, kommersiya təmsilçiliyi halı və qiymətli kağızlar bazarında investisiya şirkəti fəaliyyəti istisna olmaqla, eyni zamanda təmsilçisi olduğu şəxs barəsində bu cür əqdlər bağlaya bilməz. Göründüyü kimi, iddiaçının rəhbər tutduğu maddi h üquq normasına görə, təmsilçi vasitəsi ilə bağlanmış əqdlər yalnız o halda etibarsız sayıla bilər ki, təmsilçi verilmiş etibarnamə əsasında təmsil edilənin yox, özü və təmsilçisi olduğu başqa şəxs barəsində əqd bağlamış olsun. Hazırki işdə isə təmsilçi – Cavabdeh2 özü barəsində heç bir hərəkət etməmiş, bağlanmış ipoteka müqavilələri borclu "xxxx" MMC-nin kredit öhdəliklərinin icrasının təmini üsulu kimi çıxış etmişdir. İddiaçının «MŞnın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 fevral 2012-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2013-cü il tarixli Qərarına istinad etməsi də əsassızdır, belə ki, həmin işdə kredit müqaviləsi ipoteka qoyanının adından çıxış edən təmsilçi ilə bağlanmışdır və borclu təmsilçi kimi təmsil etdiyi şəxsin yox, özünün maraqları baxımından hərəkət etmişdir. Beləliklə, apellyasiya instnsiyası məhkəməsi əsaslı olaraq hesab etmişdir ki, iddiaçının rəhbər tutduğu Mülki Məcəllənin 359.3-cü maddəsinin dispozisiya şərtləri mövcud olmamış, birinci intsansiya məhkəməsi iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlanmalı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbayc an Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 14 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3880/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3880/2019
04.06.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver