Məhkəmə qərarları › İş №2(102)-3883/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3883/2024

29.11.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3883/2024 29.11.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh2nə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı iş üzrə QƏRARİ (açar sözlər: işəgötürənin təşəbbüsü ilə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulmuş əsaslarla əmək müqaviləsinə xitam verilməsi; əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi, maddi və mənəvi zərərin tutulması, iddia müddəti, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev S ənan Firudin oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Cavabdeh2 PHŞ-nə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsi mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmək müqaviləsinin bağlanması, buraxılan əmək haqqının hesablanaraq ödənilməsi, əmək müqaviləsinə xitam verilməsinə dair əmrin etibarsız hesab edilməsi və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-4*95/2*24 nömrəli, 15 avqust 2*24-cü il tarixl i qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Səhiyyə Nazirliyinin Binəqədi rayonu Xocasən Sağlamlıq Mərkəzinin (bundan sonra – Xocəsən Sağlamlıq Mərkəzi) 29.12.2*12-ci il tarixli əmri əsasında həmin Mərkəzin nəzdində olan 28 May qəsəbəsindəki həkim məntəqəsində analıq məzuniyyəti yerinə 1,* ştat vahidi sahə terapevti vəzifəsində işləyən İddiaçı (bundan sonra- iddiaçı) həmin tarixdən eyni məntəqədə 1,* ştat vahidi üzrə “həkim terapevt” vəzifəsinə daimi keçirilmişdir.

2. Həmin Mərkəzin 29.*2.2*16-cı il tarixli əmri əsasında 29.12.2*12-ci il tarixindən iddiaçı ilə müddətsiz əmək müqaviləsinin bağlanması əmr edilmişdir.

3. Xocasən Sağlamlıq Mərkəzinin “28 May tibb məntəqə si” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Bakı Baş Səhiyyə İdarəsinin *4.*4.2*18-ci il tarixli əmri ilə Qaradağ rayonu ərazisində yerləşən 13 nömrəli Şəhər Poliklinikasına verilmişdir.

4. Azərbaycan Respublikası Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 12.*7.2*18-ci il tarixdə cinayət işinin başlanılması haqqında qərar qəbul olunmuş, buna əsas Səhiyyə Nazirliyindən daxil olmuş materialda iddiaçı tərəfindən əmək qabiliyyəti olmamaq barədə vərəqələrin saxtalaşdırıldığının bildirilməsi olmuşdur.

5. İddiaçı ilə bağlanmış xxxxxxx***2*1 nömrəli əmək müqaviləsinə Xocasən Sağlamlıq Mərkəzinin 29.*8.2*18-ci il tarixli 1*8-k saylı əmri əsasında Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən 29.*8.2*18-ci il tarixdən xitam verilmişdir.

6. Bundan sonra idd iaçı vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə və vəzifə saxtakarlığı cinayət əməllərinin törədilməsində ittiham edilmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 23.*4.2*19-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 31*-cu və 313-cü maddələri ilə təqsirli bilinməklə qəti olaraq 2*** manat cərimə cəzasına məhkum olunmuş, hökm qanuni qüvvəsini almışdır. 2*21-ci il 2 dekabr tarixdə iddiaçıya amnistiya aktı tətbiq edilərək cəzadan azad edilmişdir.

7. Azərbaycan Respublikası Prezidentinin 2*18-ci il 2* dekabr tarixli 418 nömrəli Fərmanı ilə Cavabdeh2 (TƏBİB) yaradılmış, həmin Fərmanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin strukturunda olan Bakı şəhər Baş Səhiyyə İdarəsi, Gəncə şəhər Səhiyyə İdarəsi, Sumqayıt şəhər Səhiyyə şöbəsi, habelə tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinin TƏBİB-in tabeliyinə verilməsi nəzərdə tutulmuşdur.

8. İddiaçı Səhiyyə Nazirliyinə, Binəqədi rayonu Xocəsən Sağlamlıq Mərkəzinə və Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən məhkəmənin 14.*9.2*23-cü il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır.

9. Daha sonra yenidən Səhiyyə Nazirliyinə və digərlərinə qarşı “əmrin ləğv edilməsi və işə bərpa olunması” tələbi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmiş, lakin iddia ərizəsinin geri qaytarılmasını xahiş etdiyindən məhkəmənin *8.*1.2*24-cü il tarixli qərardadı ilə ərizə baxılmamış saxlanılmışdır. İş üzrə qəbul edilm iş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

10. İddiaçı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (bundan sonra məhkəmə və ya birinci instansiya məhkəməsi) müraciət edərək, 28 May həkim ambulatoriyası fəaliyyət göstərməklə Qaradağ rayonu 13 saylı şəhər poliklinikasına əmək müqaviləsinin bağlanılması, buraxılan bütün əmək haqlarının hesablanaraq Cavabdeh2 PŞH tərəfindən ödənilməsinin təmin edilməsi, Xocasən sağlamlıq mərkəzinin qanunsuz, əsassız, səlahiyyətsiz, müddəti keçmiş, əsaslandırılmamış intizam tənbehi, Əmək Məcəlləsinin 186-cı maddəsi ilə verilən 7*-ci maddənin “ç” bəndi əsasında əmək müqaviləsinə aid olmayan başqa bir əmək müqaviləsi ilə olan (xxxxxxx***2*1) xitam əmrinin etibarsız hesab edilməsi; cavabdehlər tərəfindən vurulmuş mənəvi ziyana görə 3*** manatın, vurul muş maddi ziyana görə 6*** manatın müştərək qaydada ödənilməsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

11. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Azərbaycan Dövlət Tibb Universitetinin müalicə işi profilaktika fakültəsini bitirmiş, son olaraq Binəqədi rayonu 28 May həkim ambulatoriyasında 1 nömrəli protokol əsasında müsabiqədən keçmiş, daimi olaraq müddətsiz əmək müqaviləsi ilə işləmiş, sertifikasiya imtahanından keçmiş, 28 May həkim ambulatoriyasının 1.* ştat vakansiya vəzifə tutma ilə ilk, tək və son həkimi olaraq fəaliyyət göstərmişdir. Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinin və həmin zamanda baş həkim olan Loğman Əliyevin ona təqdim etdiyi daimi əmrlər və Səhiyyə Nazirliyinin rəsmi təsdiq məktubları ilə 171 saylı əmri təsdiqləyən və 171 saylı əmrlə müdd ətsiz əmək müqaviləsinin tam təsdiqi əsaslanaraq, 2*16-cı il tarixdə 28 May həkim ambulatoriyasına aid 135 saylı daimi əmr 21 saylı cavabdehlik əmri verilmişdir. Səhiyyə Nazirliyi Bakı Baş Səhiyyə İdarəsinə həmin işlədiyi zamanda baş həkim vəzifəsində olan Loğman Əliyev tərəfindən 28 May həkim ambulatoriyasına 171 saylı əmrlə daimi müddətsiz sertifikasiya imtahanından və müsabiqədən keçmiş, 1 nömrəli protokol ilə 28 May həkim ambulatoriyasının artıq rəsmi və qanuni olaraq nazirlik səviyyəsində qəbul edilmiş, təsdiqlənmiş və bu halların hər biri əmək kitabçasında son olaraq işlədiyi fəaliyyət göstərdiyi müəssisə və əmrləri, yəni 171 saylı əmrinin qüvvədə olaraq təsdiqlənməsi əmək kitabçasında tam qanuni olaraq qeyd edilmişdir. Fəaliyyət göstərdiyi vaxtda qeyd etdiyi son olaraq 171 saylı əmr lə fəaliyyət göstərmişdir. Qeyd etdiyi 171 saylı əmrdən başqa və həmin əmri təsdiqləyən son olaraq 2*16-cı il məktubları və həmin məktublar əsasında 171 saylı əmri təsdiqləyən müddətsiz bağlanan 135 saylı əmək müqaviləsi olmuşdur. Həmçinin, əmək kitabçasında son olaraq qeyd olunan əmr 171 saylı 28 May həkim ambulatoriyasının daimi həkim terapevt vəzifəsində çalışdığı əmr olan 171 saylı əmr qeyd edilmiş və öz təsdiqini əsaslı qaydada tapmışdır. 2*16-cı ildə Səhiyyə Nazirliyinin rəsmi təsdiq məktubları, 2*16-cı ildə verilən 28 May həkim ambulatoriyasına aid 135 saylı əmr, 2*21-ci ildə verilən Bakı Baş Səhiyyə İdarəsinin Qaradağ rayon 13 saylı şəhər poliklinkasının həkimi olması barədə təsdiq məktubu, 2*16-cı ildə verilən 21 saylı 28 May həkim ambulatoriyasına aid cavabdehlik əmri və sadaladı ğı əmrlər və məktublar *4.*4.2*18-ci il əsasında Qaradağ rayon 13 saylı şəhər poliklinikasına verilməsi barədə 11 nömrəli əmr təsdiqlənmişdir. *4.*4.2*18-ci il tarixdə Səhiyyə Nazirliyinin verdiyi 11 nömrəli əmrlə və həmin əmrdən gələn bütün məsələlərin həll edilməsini Bakı Baş Səhiyyə İdarəsinin keçmiş rəisi Elmira Əliyeva təyin etmişdir. Həll edilməsi üçün Xocasən sağlamlıq mərkəzinin müvəqqəti baş həkimi Rahilə Həsənova, Qaradağ rayon 13 saylı şəhər poliklinikasının baş həkimi Elnarə Hüseynova və Bakı Baş Səhiyyə İdarəsinin müavini Mamed Cəfərov məsələni həll etmək üçün tapşırıq almışlar. Bakı Baş Səhiyyə İdarəsinin keçmiş rəisi olan Elmira Əliyeva həmin ərəfədə işdən azad olunmuşdur deyə, həmin əmri öz qulluq mövqeyindən sui-istifadə edən 28 May həkim ambulatoriyasına tamahkarlıqla mən imsəmə niyyəti ilə göz dikərək onu işə buraxmayaraq fəaliyyətini dayandıraraq qapısını bağladıb gizlədərək, 11 nömrəli əmri icra etməmişlər. Səhiyyə Nazirliyi və Bakı Baş Səhiyyə İdarəsi *4.*4.2*18-ci il 11 nömrəli əmrdə belə yazmışlar – “Binəqədi rayon Xocasən sağlamlıq mərkəzinin tabeçiliyində olan 28 May tibb məntəqəsinin Qaradağ rayon ərazisində yerləşən 13 nömrəli şəhər poliklinikasına verilərək fəaliyyətini davam etdirsin. Binəqədi rayon Xocasən sağlamlıq mərkəzinin tabeçiliyində olan 28 May tibb məntəqəsinin ümumi tibb işçiləri öz ştat vahidləri ilə birlikdə Qaradağ rayonunun ərazisində yerləşən 13 nömrəli şəhər poliklinikasına verilsin. Maliyyə iqtisadiyyat sektorunun müdiri R.Cəfərova, Xocasən sağlamlıq mərkəzinin baş həkimi əvəzi Rahilə Həsənovaya və 13 saylı şəhər poliklinikas ının baş həkimi Elnarə Hüseynovaya tapşırılsın. Bu əmrdən gələn bütün məsələlər həll edilsin. Əmrin icrasına nəzarət Bakı Şəhəri Baş Səhiyyə idarəsinin müavini Mamed Cəfərova həvalə edilsin”. Lakin bu əmrdən gələn məsələlər, Elmira Əliyevanın işdən azad olunmasını fürsət bilən və Azərbaycan Respublikasının qanunvericiliyini ciddi və sərt şəkildə pozan vəzifəli şəxslər tərəfindən həll edilməyərək, gizlədilərək, fəaliyyətsiz, qapısı bağlı olaraq bu günə qədər ört-basdır etmişlər. Hətta ona bildirirlər ki, hal-hazırda məntəqə TƏBİB-in balansında müəyyənləşdirilməmişdir. 28 May həkim ambulatoriyası Qaradağ rayon 13 saylı poliklinikanın tabeçiliyinə verilərkən əmək müqaviləsini Qaradağ rayon 13 saylı poliklinikaya bağlamamışlar. Xocasən sağlamlıq mərkəzinə aid heç bir əmrin olmadığı halda Xocas ən sağlamlıq mərkəzində məcburi əməyə cəlb etmişlər, məcburi əməyə cəlb edildikdən sonra 12 iyul 2*18-ci il tarixdə ilk olaraq istintaq başlamış və 23 aprel 2*19-cu il hökm verilmişdir. Məhkəmə hökmündən əvvəl, öncə məhkəmə istintaqı zamanı Əmək Məcəlləsinin 62-ci maddəsinin tələblərinə uyğun olaraq Həmkarlar İttifaqının və Tibbi Şuranın protokolu ilə sənədləşmə aparılmışdır. Sənədlər məhkəməyə toplanaraq verilmiş və qəti imkan tədbiri olaraq istintaq tərəfindən vəzifədən kənarlaşdırılmışdır. Lakin o, işdən kənarlaşdırıldığında belə, Xocasən sağlamlıq mərkəzi onu məcburi əməyə cəlb edirdi və bu ərəfədə eyni əməl ilə eyni xəta, Həmkarlar İttifaqının və Tibbi Şuranın protokolu əsasında onu istintaq zamanı qanuna zidd şəkildə məhkəmə qərarını gözləmədən işdən azad etmişlər. 23 aprel 2*19-cu i l tarixli Binəqədi Rayon Məhkəməsinin hökmü əsasında cəzası yalnız 15** manat cərimə cəzası olmuş, vəzifədən məhrum olma cəzası verilməmişdir. Fəaliyyət hüququndan məhrum olmamışdır, iş fəaliyyətinə aid heç bir məhkəmə tərəfindən məhdudiyyət qoyulmamışdır. Məhkəmə tərəfindən işə götürənə məlumat verilmiş və bildirilmişdir ki, cəza yalnız 15** manat cərimə cəzası olmuşdur və işləyərək cəriməni işçi ödəməlidir. İşə götürən məhkəmə tərəfindən məlumatlandırılsa da, etdiyi qanunsuzluqları gizlədərək özbaşınalıq edərək bu halları nəzərə almamışdır. Məhkəmə qərarına əsasən Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq o, hökmdə yazıldığı kimi işdən heç bir qərar əsasında azad olunmamış və vəzifəsinə heç bir məhdudiyyət qoyulmamışdır və bu halda da o, işləməli və cəriməni ödəməli idi. Səl ahiyyətsiz şəxs belə bir qanunsuzluq edərək onun həkimi olmadığı halda məhkəməni aldadaraq işinə buraxılmadığı müddətdə əmək haqqını kəsmişdir və belə olan halda da sağlamlığına ciddi ziyan dəymişdir. İşləmədiyi halda bütün əşyalarını satmış, övladının təhsili yarımçıq qalıb icraçı tərəfindən cərimə ödəyə bilmədiyinə görə əmlakı həbs olunmuşdur, lakin icraçı buna baxmayaraq vəziyyətini nəzərə alaraq öhdəlik borcunu təxirə salaraq möhlət hüququ vermişdir. Sonradan cərimə cəzası amnistiyanın təsiri altına düşdükdə, əmlakı həbsdən çıxarılmışdır və bu hallar ilə ona və azyaşlı övladına ciddi maddi və mənəvi ziyan dəymişdir. Bütün bu qanunsuzluqları edən səlahiyyətsiz Xocasən sağlamlıq mərkəzinin baş həkimi Əliyar Məmmədov onu məcburi əməyə cəlb edən müavini Rahilə Həsənova ilə əlbir olmuşdur. Hal-hazırda Əliyar Məmmədov 9 il cəza evində törətdiyi qanunsuz əməllərə görə cəza çəkməkdədir və onun kimi bir çox vətəndaş Əliyar Məmmədovdan ciddi zərər çəkmişdir. 8 noyabr 2*21-ci ildə Zəfər Münasibəti ilə 23 aprel 2*19-cu il tarixli Binəqədi Rayon Məhkəməsinin qeyd etdiyi hökmü 15** manat cərimə amnistiya Fərmanının təsiri altına düşərək cərimə cəzasından və ümumiyyətlə cəzadan birdəfəlik tamamilə azad olaraq, hökm qüvvədən düşmüşdür və məhkumluğu tamamilə aradan qaldırılmışdır. Azərbaycan Respublikasının qanunvericiliyini ciddi və sərt şəkildə pozaraq onu özünün işçisi kimi tanıdan Xocasən sağlamlıq mərkəzinin keçmiş baş həkimi Əliyar Məmmədov özünün həkimi və ya müəssəsinin həkimi olmadığı səlahiyyətsiz ziddiyətli qanunsuz əsassız halda işdən azad etmişdir. Müəssənin həkimi olmadığı 2*21-ci ildə rəsmi olaraq Bakı Baş Səhiyyə İdarəsinin ona təqdim etdiyi məktubu əsasında təsdiqlənmişdir. 28 May həkim ambulatoriyasını Binəqədi rayon Xocasən sağlamlıq mərkəzinin tabeçiliyindən birdəfəlik tamamilə qanuna uyğun şəkildə çıxarılması üçün Səhiyyə Nazirliyinə müraciət etmişdir. Müraciətinə baxılmış və 11 saylı əmr verilmişdir ki, 28 May həkim ambulatoriyası və ambulatoriyanın ümumi işçiləri Qaradağ rayonu 13 saylı poliklinikaya keçirilərək fəaliyyətini Xocasən sağlamlıq mərkəzinin tabeçiliyindən birdəfəlik çıxarılaraq 13 saylı poliklinikanın tabeçiliyində olan Binəqədi rayonu 28 May həkim ambulatoriyasında davam etsinlər. Ölkənin qanunvericiliyinə əsasən Xocasən sağlamlıq mərkəzində yox, 13 saylı poliklinikanın tabeçiliyində olan 28 May həkim ambulatoriyasında işləyərək fəa liyyətinə davam etməli olduğu halda, işçi hüquqları sərt şəkildə pozulmuş və Xocasən sağlamlıq mərkəzi tərəfindən məcburi əməyə cəlb olunmuşdur. Bu halda Azərbaycan Respublikasının qanunvericiliyini və qanunlarını sərt şəkildə pozaraq onu *4.*4.2*18-ci il tarixdən 28 May həkim ambulatoriyasına buraxmayaraq, məhkəmə tərəfindən yox, vəzifəli şəxslər tərəfindən qanunsuz məhdudiyyət qoyulmuşdur. *4.*4.2*18ci il tarixli 11 saylı əmrdə göstərilənlərə əsasən əmək müqaviləsini dəyişməyərək, onu qanunsuz şəkildə məcburi əməyə cəlb edərək, Xocasən sağlamlıq mərkəzinin xidmətlər otağında məcburi oturdaraq, “Sən artıq buranın həkimisən, sən orda işləməyəcəksən” deyərək onun hüquqlarını Azərbaycan Respublikasının qanunvericiliyini və qanunlarını sərt, ciddi şəkildə pozaraq iradəsinə zidd, hədə-qorxu il ə, ən əsası artıq onun rəhbərliyi olmadığı halda səlahiyyətsiz ziddiyətli məcburi əməyə cəlb etmişdir. Bu zaman Xocasən sağlamlıq mərkəzinə yeni direktor, baş həkim vəzifəsinə gələn Əliyar Məmmədov 23.*4.2*19-cu il məhkəməsinin istintaq zamanı onu qanunsuz şəkildə məhkəməyə təqdim edilən ittiham edildiyi sənədlər, əsaslar ilə onu işdən çıxarmışdır. Xocasən sağlamlıq mərkəzi onu məcburi əməyə cəlb etdiyi üçün *4.*4.2*18-ci il tarixdən artıq əmrləri və müəssisəsi onlara aid olmadığı halda özlərini hələ də onun rəhbərliyi kimi saxta şəkildə göstərərək, işdən azad etmə görüntüsü yaratmışlar. Ona bu haqda məlumat verilməmiş, heç bir xəbərdarlıq edilməmişdir. İşində əsla əvvəlcədən müəssisəsi və işçiləri ilə Xocasən sağlamlıq mərkəzinin tabeçiliyində olduğu müddətdə əsla heç bir zaman töhmət, şi kayət kimi heç bir hal və qüsuru olmamışdır. Əksinə, əhali onları çox sevdiyi, qayğısına layiqincə qaldığı, vəzifəsini layiqincə təmsil edərək yerinə yetirdiyi üçün çox saylı təşəkkürnamələri adından Səhiyyə Nazirliyinə göndərmişlər. Xocasən sağlamlıq mərkəzinin onunla qərəzli davranmasının əsas səbəbi, onun 28 May həkim ambulatoriyasını Xocasən sağlamlıq mərkəzinin tabeçiliyindən çıxarılması üçün Səhiyyə Nazirliyinə müraciət etməsindən sonra yaranmışdır, çünki öz mənafe xidmətlərinə qulluq edərək, tamah niyyəti ilə tək işlədiyi 28 May həkim ambulatoriyasını onun əlindən alaraq başqa bir şəxsə küllü miqdarda pula satmaq idi. Əliyar Məmmədov əmək kitabçasını, son haqq-hesabını ona verməmiş və xitam əmri ilə tanış etməmişdir. Xocasən sağlamlıq mərkəzinin baş həkimi Əliyar Məmmədov və müavini Rahilə Həsənova onu məcburi əməyə cəlb etmişlər və bu halları onu işdən qanunsuz çıxardana qədər davam etdirmişlər. Əmək kitabçası və son haqqhesabı ona bu günə kimi verilməmişdir. X2 Xidməti aylarla araşdırma aparmışdır, araşdırma nəticəsində işdən səlahiyyətsiz şəkildə çıxaran baş həkimin Əmək Məcəlləsinin 83, 84 və 296.3-cü maddələri əsasında düzgün sənədləşdirmə aparılmamışdır və əmək kitabçasının, son haqq-hesabının verilməsi barədə heç bir təsdiqedici sənəd təqdim etməmişlər. X2 tərəfindən təsdiq edilmişdir ki, baş həkim işdən azad edərkən ölkənin qanunvericiliyini pozaraq, məcburi əməyə cəlb edərək, məhkəmə hökmünü icra etməyərək, düzgün sənədləşmə aparmayaraq, 11 saylı və 171 saylı əmrləri icra etməyərək, ciddi ziyan vurmuşdur. Ona vurulan mənəvi zərər 65** manat, maddi ziyan isə 3*** manatdır. 28 May həkim ambulatoriyasına aid müddətsiz bağladığı əmək müqaviləsi hal-hazırda qüvvədədir, etibarlıdır və ən əsası, notarial qaydada təsdiq olunmuşdur. Həmin əmək müqaviləsi ilə işdən azad olunmamışdır. 29.*8.2*18-ci il xitam əmrində isə səlahiyyətsiz şəxsin əmək müqaviləsini ləğv etdiyi nömrə tamamilə başqa bir nömrədir. Onun kontrakt bağladığı nömrə ilə eyniləşməmişdir. Səhiyyə Nazirliyinin insan resursları departamentinin rəhbəri Səidə Rüstəmovanın 2*.12.2*23-cu il tarixli Nəsimi Rayon Məhkəməsinə təqdim etdiyi 3-28/2-9*99/2*23 nömrəli məktubunda tam sübuta yetirilmişdir ki, o, 28 May həkim ambulatoriyasının sahə terapevti vəzifəsində fəaliyyət göstərmişdir, bu da *4.*4.2*18-ci il tarixli 11 nömrəli əmrin göstərişlərini və tələblərini yerinə yetirməyərək məcburi əməyə cəlb etmələrinin sübutlarının və faktlarının əsasıdır. Onun sağlamlığına ciddi zərər vurduqlarına və bu günə kimi qanunsuz, əsassız 28 May həkim ambulatoriyasında iş fəaliyyətinə məhdudiyyət qoyduqları üçün ciddi ziyan vurmuşlar. Yuxarıda göstərilənlərə əsasən, *9.12.2*22-ci il tarixdən bugünədək işə baxan hakimlər onun iddia tələbini dəyişərək, mahiyyəti üzrə baxılmasına mane olmuşlar. Cavab məktubunda onun 28 May həkim ambulatoriyasının həkimi işləməsi təsdiqlənmişdir və cərimə cəzası ilə işdən azad olunması əsas göstərilmişdir və bununla da cavabdehlər Səhiyyə Nazirliyi və TƏBİB Binəqədi rayon məhkəməsinin 23.*4.2*19-cu ildə verilən hökmünü nəzərə almamış və hökmdə qeyd edilən heç bir vəzifədən məhrum olmadığı halda, heç bir vəzifə məhdudiyyəti qoyulmadığı halda, fəaliyyət hüququna mə hdudiyyət qoyulmadığı halda yalan məlumatlar ilə şərəf-ləyaqətini alçaltmış, işgüzar nüfuzunu ləkələmişlər. *4.*4.2*18-ci il tarixdə 11 nömrəli əmr əsasında 28 May həkim ambulatoriyası fəaliyyət göstərməklə Qaradağ rayon 13 saylı şəhər poliklinikasına əmək müqaviləsini bağlamamışlar, bu azmış kimi əmək müqaviləsinin kontrakt nömrəsini dəyişərək onun xəbəri olmadan Əmək Məcəlləsinin 186-cı maddəsi ilə işinə xitam vermişlər. 23.*4.2*19-cu il tarixli Binəqədi rayon Məhkəməsinin hökmünü nəzərə almamışlar. Əmək Məcəlləsinin 79-cu maddəsi ilə qadağan olunan halları nəzərə almamışlar və əmək kitabçası verilməmişdir. Bu barədə ona və X2 Xidmətinə heç bir məlumat verilməmişdir. Dəfələrlə əmək kitabçasını tələb etdikdə heç bir cavab almamışdır. Tibbi Ərazi Bölmələrinin idarə etmə birliyinə dəfələrlə ünvanladığı məktublar əsasında heç bir onu qane edən cavab almamışdır. Dolayı yollarla başını aldatmışlar, 23.*4.2*19-cu il tarixdə Binəqədi Rayon Məhkəməsinin hökmü əsasında verilən 15** manat cəriməni ödəməsini bildirmişlər və bildirmişlər ki, heç bir məhkəmələrə müraciət etmə cərimə ödəndikdən sonra əmək müqaviləsi Qaradağ rayon 13 saylı şəhər poliklinikasına bağlanılacaqdır. Vəzifədən məhrum olmadığı halda, heç bir məhdudiyyət qoyulmadığı halda, bu günə kimi onun vaxtını alaraq, sağlamlığına ciddi ziyan vuraraq əmək kitabçasının qaytarılmasını tələb etdikdə heç bir doğru cavab verməyərək, yalan məlumatlarla başını aldadaraq, bu günə kimi onu məhkəməyə müraciət etməyə qoymayaraq və 2*22-ci il tarixdə cərimə cəzasından tamamilə azad olduqdan sonra yenidən müraciət etdiyində, məhkəməyə m üraciət etməsini tövsiyə etmişlər. Bu günə kimi vaxtını uzatmışlar və bunun nəticəsində də ona ciddi ziyan dəymişdir, yuxarıda qeyd etdiyi məktublar sonuncuların ona ünvanladığı cavablardır. Hesab edir ki, bütün bu günə kimi buraxılan əmək haqları Tibbi Ərazi Bölmələrinin idarə etmə birliyi tərəfindən ödənilməlidir və ona dəymiş ziyan TƏBİB tərəfindən ödənilməlidir. Cavabdeh 13 saylı şəhər poliklinikasının baş həkimi bilə-bilə onun əsaslı əmrlərini görən halda və 2*12-ci ildən 2*18-ci ilin 6-cı ayına qədər tabel jurnallarına 28 May həkim ambulatoriyasında imza atdığı halda, onu zorla iş otağında olan əşyaları, maddi sübutları gizlədərək, poliklinikanın açarını dəyişərək Binəqədi rayon 4*-cı polis bölməsinin əməkdaşı ilə hədə-qorxu gələrək işinə məhdudiyyət qoymağı və əşyalarını gizlətməyi nəticəsində ona ciddi ziyan vurulmuşdur. Tabel jurnalları Qaradağ rayon 13 saylı şəhər poliklinikasının baş həkimi tərəfindən gizlədilmişdir. Xocasən sağlamlıq mərkəzi ilə əlbir olaraq onun əmək müqaviləsini *4.*4.2*18-ci il tarixli 11 nömrəli əmr əsasında əmrdə qeyd olunan əsaslarla əmək müqaviləsini bağlamamışlar. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs Sosial Müdafiə Nazirliyinin yanında X2 Xidmətində ona məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Orada həmçinin bildirilmişdir ki, onların məhkəməyə qədər araşdırma aparmağa səlahiyyətləri yoxdur. Mediasiya şurasına müraciət etdiyi zaman cavabdehlər lazımi qaydada çağırılmış, poçt və telefon vasitəsilə xəbərdar edilmişlər, lakin buna baxmayaraq onlar mediasiyada iştirak etməmişlər və hər biri imtina ərizəsi yazmışlar.

12. Cavabdeh Azər baycan Respublikası Səhiyyə Nazirliyinin nümayəndəsi Nümayəndə məhkəməyə iddiaya etiraz və iddia müddətinin tətbiq edilməsi barədə ərizə göndərərək qeyd etmişdir ki, iddiaçı əsassız iddia tələbi irəli sürmüş, göstərmişdir ki, iddia ərizəsində adı çəkilən “Xocasən Sağlamlıq Mərkəzi”, “13 nömrəli Şəhər Poliklinikası” Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyində deyildir. Həmin tibb müəssisələləri Cavabdeh2 tabeliyindədir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2*19-cu il 12 aprel tarixli 163 nömrəli Cavabdeh2n tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nın təsdiq edilməsi barədə qərarına əsasən TƏBİB-in tabeliyinə verilən tibb müəssisələrinin siyahısı müəyyən olunmuşdur. Həmin siyahıda yuxarıda adları çəkilən tibb müəssisələri də vardır. İddiaçı ilə bağlanmış əm ək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən 29.*8.2*18-ci il tarixində 1*8-K nömrəli əmrlə xitam verilmişdir. Əmək Məcəlləsində əmək mübahisəsi zamanı məhkəməyə müraciət üçün nəzərdə tutulmuş müddət ərzində şəxs məhkəməyə bu barədə müraciət etməmişdir. Göründüyü kimi, şəxsin iddia tələbi tamamilə əsassız, eləcə də iddia müddəti ötürülmüşdür. Şəxs Əmək Məcəlləsinə əsasən həmin tarixdən 1 ay müddətinə fərdi əmək mübahisəsi ilə bağlı, 1 il müddətinə isə pul tələbi ilə bağlı məhkəməyə müraciət edə bilər. Lakin iddiaçı qeyd edilən müddətlərdə bu barədə məhkəməyə müraciət etməmiş və bununla da məhkəməyə müraciət üçün prosessual müddəti ötürmüşdür.

13. Cavabdeh2 PHŞ-nin nümayəndəsi X1 iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişd ir ki, iddiaçı tərəfindən iddia müddəti ötürüldüyündən, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçının əmək müqaviləsinə 29.*8.2*18-ci il tarixdə xitam verilmişdir. İddiaçıya işəgötürən tərəfindən dəfələrlə müraciət edilsə də, əmək kitabçasını qəsdən götürməmişdir ki, bununla da hüquqdan sui-istifadəyə yol vermişdir. Mülki Məcəllənin 56*cı maddəsinə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. İddiaçının məhkəməyə təqdim etdiyi sənədlərdən də görünür ki, Əmək və Əhalinin Sosial müdafiəsi Nazi rliyi tərəfindən iddiaçıya ünvanlanan 24 iyun 2*23-cü il tarixli, TƏBİB tərəfindən ünvanlanan 12 may 2*23cü il tarixli məktublarda da İddiaçı işdən çıxarılması barədə ətraflı məlumat verilmişdir. Qeyd olunan məktublardan da başa düşülür ki, əslində iddiaçı hüququnun pozulduğu hesab etdiyi işdən çıxarma barədə əmrlə tanış olmuşdur. İddia ərizəsindən və işin faktiki hallarından göründüyü kimi, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 29.*8.2*18ci il tarixli əmrdən, əmr qəbul edilən gün, yəni 29.*8.2*18-ci il tarixdən məlumatlı olmuşdur. İddiaçı isə qanunla nəzərdə tutulan 1 (bir) ay müddəti ötürərək, məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı iddia müddətini ötürdüyündən, iddia müddəti tətbiq olunaraq, iddia tələbi təmin edilməməlidir. Əlavə olaraq, iddiaçı iş yerində peşə fəaliyyətini həyata keçirən zaman cinayət əməli törətmiş, müvafiq olaraq Binəqədi rayon Məhkəməsi tərəfindən hökm çıxarılaraq cərimə cəzası verilmişdir. İ.Həşimova vəzifə funksiyasını yerinə yetirərkən Əmək Məcəlləsinin 72-ci maddəsinin tələblərini pozduğu üçün Məcəllənin 7*-ci maddəsinin “ç” maddəsinə əsasən onunla bağlanılmış əmək müqaviləsinə xitam verilmişdir, xitam əmri əmək qanunvericiliyinə uyğun rəsmiləşdirilmişdir.

14. Birinci instansiya məhkəməsinin 2(**6)-179*/2*24 nömrəli iş üzrə 19 mart 2*24-cü il tarixli qətnaməsi ilə (hakim Ceyhun Tağıyev) iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı barəsində ittiham edici əsaslarla hökm çıxarılmış və hökm qanun qüvvəsini almışdır. İddiaçı əmək funksiyasını və ya əmək müqaviləsi üzrə ö hdəliklərini yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə Xocasən Sağlamlıq Mərkəzinin 29.*8.2*18-ci il tarixli 1*8-K saylı əmri ilə xitam verilmişdir. Yuxarıda qeyd edilən hökmlə əlavə olaraq təsdiq olunmuşdur ki, iddiaçı işlədiyi dövrdə əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin qanuni mənafeyinə ciddi xələl gətirmiş, iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol vermişdir. Göründüyü kimi, mübahisələndirilən əmr hökmün qəbul olunmasından əvvəl, iddiaçının iş yerində əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə verilmişdir. Hökmlə iddiaçının mübahisələndirliyi əmrdə (Xocasən Sağlamlıq Mərkəzinin 29.*8.2*18-ci il tarixli 1*8-K saylı əmri) y ol verdiyi nöqsanlara görə (əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə) işdən azad edilməsinin əsaslı olması bir daha təsdiqini tapmışdır. İddiaçının işdən azad edilməsinə dair düzgün sənədləşdirmə aparılmaması və əmək kitabçasının, son haqqhesabının verilməsi barədə heç bir təsdiqedici sənəd təqdim edilməməsi ilə bağlı X2 tərəfindən müvafiq araşdırma aparılmış, lakin bu araşdırmalar nəticəsində iddiaçının barəsində verilmiş işdən azad olunmaya dair əmr verilən zaman müəyyən nöqsanlar olmasına baxmyaraq ümumilikdə əmrin verilməsinin əmək qanunvericiliyinin tələblərinə uyğun olmaması öz təsdiqini tapmamışdır. Məhkəmə hesab etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əs asən xitam verilməsi üçün kifayət qədər əsaslar mövcud olmuş və iddiaçı bunun əksini təkzib edən hallara dair məhkəməyə sübut təqdim etməmişdir.

16. Həmçinin, məhkəmə hesab etmişdir ki, cavabdehlər tərəfindən iddiaçıya hər hansı maddi və mənəvi zərər vurulması halı da mövcud deyil. Məhkəmə bu qənaətə gələrkən iddiaçı barəsində verilmiş əmrin qanunauyğun olmasını və bu tələblərin də məhz qeyd edilən əmrlə bağlı verilən tələbdən törəmə tələblər olmasını da nəzərə almışdır.

17. Məhkəmə iddia müddəti ilə bağlı qeyd etmişdir ki, mülki iş üzrə iddiaçının subyektiv hüququnun pozulması müəyyən edilmədiyindən və iddia əsassız olması səbəbi ilə rədd edilməli olduğundan məhkəmə tərəfindən iddia müddətinin tətbiqindən imtina edilməlidir.

18. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsi nin Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə, 296-cı maddəsinə, Mülki Məcəllənin 372-ci və 375-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14-cü, 76.1-ci, 82.4-cü maddələrinə, KM-nin L.Binnətovanın şikayəti üzrə *8 may 2**8-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2**9-cu il tarixli qərarlar istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın təmin olunmasını xahiş etmişdir.

20. Apellyasiya şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmədiyini, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını, qanunsuz qərar çıxardığını irəli sürmüşdü r.

21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*3)-4*95/2*24 nömrəli mülki iş üzrə 15 avqust 2*24-cü il tarixli qətnaməsi ilə (hakimlər Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Məmməd Məmmədov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyini əsaslı hesab etmiş və əlavə olaraq qeyd etmişdir k, birinci instansiya məhkəməsi iddia müddətinin tətbiqinə zərurət görməsə də, iddiaçı mübahisələndirdiyi əmrin ləğvi tələbi ilə həmin əmrin verilməsindən 1 aydan artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə iddia müddətini də buraxmışdır.

23. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 7* (ç), 71, 72 (e), 8 (1, 2-ci hissə), 83, 186, 187, 296.2, 3** (1), Mülki Məcəllənin 14.2, 77.1, 375.1, 375.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir.

25. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayəti ilə eynilik təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

27. Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: 28. ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;

29. Maddə

71. Bu Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. İşəgötürən bu Məcəllənin 7*-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliy ini əsaslandırmalıdır.

30. Maddə

72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi.

31. Maddə 8* (1-ci hissəsi). Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir.

32. Maddə 8* (2-ci hissəsi). Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.

33. Maddə

83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləş dirilməlidir.

34. Maddə

186. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən intizam tənbeh qismində əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin "ç” bəndi ilə ləğv etmək səlahiyyətindədir.

35. Maddə

187. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir. İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz.

36. Maddə 296.2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

37. Maddə 3** (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 7*, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı öd ənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə... çıxarır. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

38. Maddə 375.1. Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir.

39. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxl ayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahis əli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır. Kassasiya şikayətlərinin dəlill əri apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil etmiş və apellyasiya məhkəməsi tərəfindən hər bir dəlil tətbiq edilən maddi hüquq normaları baxımından əsaslı olaraq ayrılıqda qiymətləndirilmişdir.

49. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş halları ilə mübahisələndirilən əmrin hökmün qəbul olunmasından əvvəl, iddiaçının iş yerində əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə verilməsi öz təsdiqini tapmış, cavabdeh bunu təkzib edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Apellyasiya instansiyası məhkəməsi işdə olan sübutlara əsaslanmış, maddi hüquq normasının tətbiqində səhvə yol verməmişdir.

50. Kassasiya şikayətinin dəlillərinə münasibətdə o da qeyd edilməlidir ki, iddiaçının əmək vəzif ələrini kobud şəkildə pozması ittihamedici hökmlə öz təsdiqini tapmışdır. Hökmlə təqsirləndirilən şəxs barəsində əsas cəza ilə yanaşı müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəzanın təyin edilməməsi, belə bir əlavə cəzaya görə məhkumluğunun olmaması və ya ödənilmiş olması onun əvvəlki vəzifəyə bərpa edilməsi üçün əsas hesab edilə bilməz, çünki, kobud pozuntunun baş verməsi faktının mövcudluğunun təsdiqi üçün verilmiş cəzanın növü deyil, hökmün ittihamedici olması kifayətdir. Lakin belə bir halın mövcudluğu sərbəst şəkildə yeni əmək müqavilələrinin bağlanması, yeni əmək münasibətlərinin yaranması üçün maneə hesab edilməməlidir.

51. Kassasiya şikayətinin digər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya ins tansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

52. Ona görə də, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-4*95/2*24 nömrəli, 15 avqust 2*24-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar