Məhkəmə qərarları › İş №2(102)-3884/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3884/2020

05.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3884/2020 05.08.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı x ASC-nin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsindən iddiaçı x ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim S.Səlimova) xx xxxx 2018-ci il tarixli, 2(011)-377/2018 saylı qətnaməsi ilə iddia ərizəsinin qismən təmin edilməsi, xxx ASC ilə C avabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli x saylı baş kredit razılaşması və xx.xx.2015-ci il tarixli x/1 saylı kommersiya krediti müqaviləsinin ləğv edilməsi, Cavabdeh1, Cavabdeh2 xoğlundan və xX1 xx.xx.2015-ci il tarixli xsaylı kommersiya krediti müqaviləsi üzrə müştərək qaydada əsas borca görə 110016,01 ABŞ dolları, faiz borcuna görə 12357,06 ABŞ dolları, cəriməyə görə 500 ABŞ dolları olmaqla cəmi 122873,07 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 60 manat xxx ASC-nin xeyrinə tutulması, Cavabdeh1, Cavabdeh2 xoğlundan və xX1 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 145 manat dövlət nəfinə tutulması, Cavabdeh1, Cavabdeh2 xoğlundan və xX1 müştə rək qaydada ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərclərə görə 200 manat xxxx MMC-nin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan xsaylı fərdi yaşayış evi ilkin satış qiyməti 240000 manat olmaqla açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitdən 122873,07 ABŞ dolları borc ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla, məhkəmə xərclərinə görə 60 manat xxx ASCnin hesabına, 145 manat ekspertiza tədqiqatının dəyəri dövlət nəfinə, ipoteka predmetinin qiymətləndirilməsi ilə bağlı çəkilən xərcə görə 200 manat “xxxx” MMCnin xeyrinə tutulması, Cavabdeh1 mülkiyyətində olan xsaylı fərdi yaşayış evi açıq hərracda satıldıqdan bir ay sonra boşaldılması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasın ın (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), T.Səmədov, İ.Şirinov) xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi ilə, iddiaçı xxx açıq səhmdar cəmiyyətinin və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)377/2018 saylı, xx xxxx 2018-ci il tarixli qətnaməsindən iddiaçı xxx açıq səhmdar cəmiyyəti və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmış, ekspertiza tədqiqatının dəyəri - 145 (yüz qırx beş) manatın Cavabdeh1 alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ipoteka predmetinin qiymətləndiricisinin xidmət haqqı 200 (iki yüzi) manatın isə xxx açıq səhmdar cəmiyyətindən tutularaq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına köçürü lməsi qət edilmişdir. İddiaçı x ASC və Cavabdeh1, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qeyd edilən qətnaməsindən kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Hər iki kassator qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. x ASC şikayətini belə əsaslandırmışdır ki, ipoteka predmetinin ilkin satış qiyməti yuxarı məbləğdə müəyyən edilmişdir, cərimə məbləği isə həddən artıq azaldılmışdır. Cavabdeh1 isə şikayətini belə əsaslandırmışdır ki, əsas borc və faiz məbləğləri şişirdilmişdir, həmin hissələrdə hüquq normaları düzgün tətbiq edilməmişdir. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə ic lasında iştirak edən iddiaçının vəkili özünün kassasiya şikayətini müdafiə edərək onun təmin, cavabdehin şikayətinin isə rədd olunmasını xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Bel ə ki, məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2018-ci il tarixli 23485 saylı rəyinə əsasən xx.xx.2015-ci il tarixli x/1 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 xx.xx.2016-cı il tarixə (maliyyə arayışında tələb olunan tarixə) xxx ASC-nə olan borcu 134749,07 ABŞ dolları müəyyən edilir, o cümlədən: əsas borc üzrə 110016,01 ABŞ dolları; faiz borcu üzrə 12357,06 ABŞ dolları; cərimə üzrə 12376,00 ABŞ dolları. “xxxx” MMC-nin əmlakın qiymətləndirilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli 328-1/1 saylı rəyinə əsasən Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri Xətai rayonu İlqar Həbibov küçəsində istifadədə olan 0,0144 ha torpaq sahəsində yerləşən 46/1 nömrəli fərdi yaşayış evinin bazar qiyməti 240000 manat təşkil edir. Məhkəmə-mühasibatlıq ekspertizasının 11483 saylı, xx xxxxxx 2019-cu il tarixli rəy inə əsasən tərəflər arasında bağlanılmış x/1 saylı, xx xxxx 2015-ci il tarixli kredit müqaviləsinin qeyd olunan şərtləri əsas götürülməklə Cavabdeh1 iddiaçı x Açıq Səhmdar Cəmiyyətinə xx xxxxxxx 2016-cı il tarixə (sualda soruşulan tarixə) olan əsas borcu 110011,98 ABŞ dolları, faiz borcu üzrə 17091,58 ABŞ dolları müəyyən edilir. “xxxx” MMC tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli x saylı rəyinə əsasən Bakı şəhəri Xətai rayonu İlqar Həbibov küçəsində istifadədə olan 0,0144 ha. torpaq sahəsində yerləşən 46/1 nömrəli fərdi yaşayış evinin xx xxxxxx 2019-cu il tarixə olan bazar qiyməti 234 000 (iki yüz otuz dörd min) manat təşkil edir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hü ququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə eyni olan mövqeyi ilə bağlı bildirmişdir ki, əsas və faiz borcunun düzgün hesablanmadığı, şişirdildiyi barədə dəlillər əsassızdır. Çünki, həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi tərəfindən iş üzr ə məhkəmə mühasibatlıq ekspertizası keçirilərək rəylər alınmışdır. Tələb edilən faiz borcunun düzgünlüyü xüsusi biliyə malik olan ekspertlər tərəfindən də yoxlanılmış və fərqli məbləğ müəyyən edilməmişdir. Ekspert rəyi məhkəmə üçün məcburi deyil, digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Məhkəmə kifayət qədər aydın və tam olmadığına, eləcə də əsassızlığına və ziddiyyətli olduğuna görə ekspert rəyini nəzərə almaya bilər, əlavə və təkrar ekspertiza təyin edə bilər. Lakin rəylərdə bu halların mövcudluğu məhkəmədə hər hansı bir şübhə doğurmamışdır. Ona görə də, ekspert rəylərinin mötəbər sübut növü kimi qəbul edilməməsinin əsası yoxdur. Apelyasiya instansiyası məhkəməsi bankın kassasiya şikayəti ilə eyni məzmunda olan mövqeyi ilə bağlı qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respu blikası Qanununun 39.3.3-cü maddəsində qeyd olunub ki, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. İpoteka predmetinin ilkin satış qiymətinə dair iddiaçının dəlilini yoxlamaq üçün yenidən ipoteka predmetinin qiymətləndirilməsi keçirilmişdir. Kəskin fərq müəyyən edilməmiş, yəni ilkin qiymətləndirici xx.xx.2017-ci il tarixə 240000 manat müəyyən etmişdirsə, ikinci qiymətləndirici xx xxxxxx 2019-cu il tarixdə 234000 manat olduğunu müəyyən etmişdir. Aradan iki il müddət keçsə də bu məbləğlər ipoteka predmetinin real dəyərini əks etdirir. Ona görə də, apelyasiya instansiyası məhkəməsi ipoteka predmetinin dəyərinin müəyyən ediləndən daha az olduğu dəlililini inandırıcı və ağlabatan hesab etməmişdir. Bundan başqa, Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Cərimə məbləğinin azaldılması ilə bağlı apelyasiya məhkəməsi qeyd etmişdir ki, dəbbə pulu azaldıla bilər və bu azalma bankın həm əmlak, həm də bütün əsaslı mənafelərinə zərər vurma təhlükəsi yaratmır. Belə ki, tələb edilən cərimənin məbləğinin nə qədər olması barədə apelyasiya instansiyası məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza zamanı ekspert qarşısında sual qoy ulsa da, ekspert bununla bağlı rəy verə bilməmiş yaxud bunun üçün xüsusi biliyi kifayət qədər olmamışdır. Bu hal özü də cərimənin azaldılmalı olmasını zəruri və əsaslı edir. Çünki, qeyd olunan məbləğdə, yəni faiz borcunun məbləğindən artıq məbləğdə cərimənin tələb edilməsi açıq-aşkar işin hallarına uyğun olmamışdır. İddiaçının özü də cərimənin həqiqətən də qeyd olunan məbləğdə olması barədə məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Ona görə də, birinci instansiya məhkəməsi tərəfindən müqavilə üzrə cərimənin qeyd olunan məbləğdə azaldılması işin hallarına uyğundur. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbi q olunmuşdur. Ona görə də kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: x ASC-nin və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar