Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3886/2020 19.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Quliyev Gündüz Ağababa oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)12914/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim N.Ə.Misirzadə, iş № 2(011)-314/2019) İddiaçı QSC-nin Cavabdeh1 və qeyrilərinə qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək 040R********** saylı kredit razılaşması üzrə ödəniş gününə olan məzənnəyə uyğun olaraq cəmi 36.757,78 ABŞ dollarının manatla Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, 040R********** saylı kredit razılaşması üzrə ödəniş gününə olan məzənnəyə uyğun olaraq cəmi 27.757,94 ABŞ dollarının manatla Cavabdeh1, Cavabdeh4 və Cavabdeh5 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulması, tutmanın N “C” saylı fərdi yaşayış evinə yönəldilməsi, evin ilkin satış qiymətinin 32.000 manat məbləğində qiymətləndirilməsi, tutmanın N saylı evin 27 saylı mənzilinə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 92.000 manat məbləğində qiymətləndirilməsi, həmin əmla kların hərracdan satılması və əldə olunmuş vəsait hesabına borcların ödənilməsi, ev və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh5 və qeyrilərinin oradan çıxarılmaqla evin və mənzilin boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim F.İ.Əyyubov, iş № 2(004)-4695/2019) iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı QSC-yə qarşı onlar arasında bağlanmış xx xxxxxxx 2014-cü il tarixli uzunmüddətli kredit müqaviləsi üzrə nəzərdə tutulan 1.000.000 ABŞ dollarının bu günki məzənnəyə uyğun olaraq manatla Cavabdeh1 verilməsi, tərəflərin arasında xx xxxxxx 2014-cü il və xx xxxxxx 2014-cü il tarixli kredit razılaşmalarının prezidentin xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun həll edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: F.Ş.Talışinski, R.Ə.Eyvazov və Z.Ə.Əliyev) birləşdirilmiş icraat üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx xxx 2019-cu il tarixli və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qətnamələri dəyişdirilmədən saxlanılmışdır. İşin halları: İddiaçı QSC ilə Cavabdeh1 arasında 120 ay müddətinə bağlanmış xx xxxxxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən 1.000.000 ABŞ dolları məbləğində kredit xətti açılmış, həmin müqavilə çərçivəsində Cavabdeh1 bank tərəfindən xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması əsasında 36 ay müddətinə aylıq istifadə dərəcəsi 1.75% olmaqla 40.000 ABŞ dolları məbləğində, xx xxxxxx 2014-cü il tarixli kredit r azılaşması əsasında 36 ay müddətinə aylıq istifadə dərəcəsi 1.75% olmaqla 30.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3 ilə zaminlik müqavilələri bağlanmış, Cavabdeh5 ilə ona məxsus N saylı Zeytun Sovxozu, 2-ci döngə, 0.00656 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi, Cavabdeh4 məxsus N saylı mənzili ipoteka ilə yüklü edilmişdir. 2018-ci ilin iyun ayında bank iddia ərizəsi ilə Xətai Rayon Məhkəməsinə müraciət edərək borclu Cavabdeh1 müqavilə öhdəliklərini icra etməməsi səbəbindən hər iki kredit razılaşması üzrə borcunun yaranmasını əsas göstərməklə borclu Cavabdeh1 və zaminlərdən xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə cəmi 54.376,4 3 ABŞ dolları, xx xxxxxx 2014-cü il tarixli kredit razılaşması üzrə cəmi 39.749,95 ABŞ dolları, ümumilikdə cəmi 94.126,38 ABŞ dollarının bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetlərinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Kredit müqaviləsi üzrə borclu Cavabdeh1 2019-cu ilin iyul ayında iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək ölkədə baş verən devalvasiya ilə əlaqədar kredit razılaşmaları üzrə yaranmış borcların ödənilməsi üçün müqavilə şərtlərinin dəyişdirilməsi barədə banka müraciət etməsini, lakin müraciətinin nəticəsiz qalmasını əsas göstərməklə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” xx xxxxxx 2019-cu il tarixli Fərmanına uyğun olaraq kredit müqaviləsində nəzərdə tutulmuş 1.000.000 ABŞ dollarının bu günki məzənnəyə uyğun olaraq ona manatla verilməsi və kredit razılaşmalarının həmin Fərmana uyğun həll edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbləri üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətinin dəlilləri: Cavabdeh1 kasasiya şikayəti verərək qətnamənin işin həqiqi hallarının nəzərə alınmadan, sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını, eləcə də müqavilənin şərtlərinin dəyişdirilməsi barədə müraciətinə münasibət bildirilməməsini əsas göstərməklə ləğv edilməsini, bankın iddia tələbinin baxılmamış saxlanılması, onun iddia tələbinin isə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. K asasiya kollegiyasının iclasında Cavabdeh1 və vəkili kasasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq e dilməsini yoxlayır. İş materiallarından göründüyü kimi, Cavabdeh1 bankla kredit müqaviləsi bağlanmaqla kreditin müqavilədə müəyyən olunmuş müddətdə və qaydada qaytarılması barədə üzərinə öhdəliklər götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Müəyyən olunduğu kimi Cavabdeh1 kredit razılaşmalarına əsasən bankdan götürdüyü borcun müəyyən olunmuş qaydada qaytarılmasını təmin etməməklə müqavilə öhdəliklərinin icrasını lazımınca təmin etməmişdir. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş üzrə digər cavabdehlər borclu tərəfindən öhdəliyin icra edilmədiyi təqdirdə kreditin qaytarılması üçün bankla zaminlik müqavilələri bağlamaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 470.1, 472.1-ci maddələrinə əsasən üzərlərinə kreditin qaytarılması ilə əlaqədar öhdəlik götürdüklərindən, məhkəmə ödənilməmiş borcun Cavabdeh1lə birlikdə müştərək qaydada onlardan tutulmalı olması barədə nəticəyə gəlmişdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1) Müəyyən olunduğu kimi cavabdehlərdən Cavabdeh5 və Cavabdeh4 məxsus əmlaklar borclunun öhdəliklərinin təminatı kimi ipoteka ilə yüklü e dilmişdir. Bununla əlaqədar mütəxəssis rəyi əsasında həmin əmlakların ilkin satış qiyməti müəyyən olunmuş və Mülki Məcəllənin 317, 319-cu maddələrinin tələblərinə müvafiq olaraq borcun tutulmasının həmin əmlaklara yönəldilməsi qət edilmişdir. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiy i hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Apelyasiya instansiyası məhkəməsinə görə Cavabdeh1lə bağlanmış kredit razılaşmaları ölkə prezidentinin xx xxxxxx 2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşmədiyinə görə onun iddia tələbinin təmin edilməsi üçün əsaslar olmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, Cavabdeh1 tərəfindən kredit müqaviləsi üzrə öhdəliyin pozulması barədə məhkəmə kollegiyasının nəticəsi əsaslı olmuş, borcun məbləği düzgün müəyyən olunmuş, borcun müştərək qaydada eyni zamanda zaminlərdən tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi qanuni və əsaslı olmuşdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA AL Dİ: Kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3886/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3886/2020
19.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver