Məhkəmə qərarları › İş №2(102)-3888/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3888/2022

25.07.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3888/2022 25.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: pul tələbi, korporativ tələblər üzrə məhkəmə aidiyyəti) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(105)-1783/2021 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. İddiaçı 30 oktyabr 2006-cı il tarixdə Cavabdeh MMC-nin direktoru vəzifəsinə təyin edilmiş və 2017-ci ilədək həmin vəzifəsində işləmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ona vurulmuş maddi zərərə görə ******* manat məbləğində pul vəsaitinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh MMC 2006-cı ildə onun tərəfindən X1 adına təsis edilmiş, tərəfindən torpaq sahələri alınmaqla üzüm və meyvə bağları salınmış, 2007-2011-ci illərdə Cəmiyyətə ******* manat sərmayə qoymuş və sərmayə əldə etmək üçün banklara, sahibkarlıq fonduna m üraciətlər edilmişdir. Bir neçə ay əvvəl məlum olmuşdur ki, X2 13 oktyabr 2008-ci il tarixli müqavilə əsasında Cəmiyyəti X7, X8, X3 və X4 hər birinə 1/4 hissələrlə satmış, sonuncular da 17 avqust 2011-ci il tarixdə X5 ilə müqavilə bağlayaraq Cəmiyyətin nizamnamə kapitalında maya miqdarının 50%-ni ona satmışlar. Hazırda iddiaçı Cəmiyyətdəki fəaliyyətindən kənarlaşdırılmış və MMC-nin qanunsuz hərəkətləri nəticəsində ona maddi zərər dəymişdir.

4. Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(031)-37/2021 nömrəli qətnaməsi ilə (hakim Ç.Ə.İsgəndərov) iddia əsassız olduğundan təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının təqdim etdiyi kassa mədaxil orderi qəbzlərinə əsasən 2007-2011-ci illər ərzində iddiaçı tərəfindən MMC-yə ******* manat mədaxil edil mişdir. MMC-nin bank hesabı olmamış, bank əməliyyatları, o cümlədən müəssisəyə daxil olan və müəssisədən çıxan pulların hesabatı aparılmamış, “Mühasibat uçotu haqqında” Qanuna və nağd pul vəsaitlərinin kassaya mədaxil qaydalarına əməl olunmamışdır. Bununla yanaşı, sübut etmə yükünü daşıyan iddiaçı Cəmiyyətə ödədiyi pulların mənbəyini, pulların nəyə xərclənməsini və kassa mədaxil orderi qəbzlərinin ciddi mühasibat sənədləri kimi qəbul edilməsini, eləcə də çəkdiyi xərcləri, əmlakdan məhrum olmasını, əldə edəcəyi gəlirləri təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat

6. İddiaçı apellyasiya şikayəti və ona əlavə verərək, Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(031)-37/2021 nömrəli qətnaməsinin ləğv edilməsini, iddia nın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(105)-1783/2021 nömrəli qətnaməsi ilə (hakim T.Q.Məmmədovun sədrliyi və məruzəsi ilə), hakimlər Ş.R.Abasovdan və S.A.Qafaridən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Şabran Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(031)37/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

8. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi qeyd etmişdir ki, hüquqi şəxs olan Cavabdeh hesablaşma hesabı "xxxx" ASCə olması işin mübahisə edilməyən hallarıdır. İddiaçı apellyasiya şikayətinə əlavədə tələb etdiyi məbləğin Cavabdeh MMC-nin "xxxx" ASC-də olan hesabından Türkiyə, İran, Rusiya, Qazaxıst an Respublikalarına, Çin Xalq Respublikasına köçürmələr edilərək Türkiyədən meyvə tingləri, suvarma avadanlıqları, Rusiyadan azot, gübrə, İrandan plastik yeşiklərin düzəldilməsi üçün polupropilin, Qazaxıstandan 76-89 diametrində meyvə bağlarında dirəklərinin basdırılması üçün borular, Çindən gübrə və dərman alınmasına sərf edildiyini göstərmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 06 oktyabr 2021-ci il tarixli məktubuna əlavə edilmiş 2007-2011-ci illər üzrə bank əməliyyatlarına dair çıxarışlardan görünür ki, 01 yanvar 2007-ci il tarixdən 31 dekabr 2011-ci il tarixə kimi Cavabdeh MMC-nin hesabına iddiaçının tələb etdiyi məbləğdə pul ödənilməmiş və həmin hesabdan köçürmələr edilməmişdir. Belə olan halda, apellyasiya məhkəməsi hesab etmişdir ki, iş materiallarında olan kassa mədaxil or derinin qəbzləri iddianın təmin olunması üçün əsas ola bilməz.

9. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh MMC-nin iddiaçıya ******* manat məbləğində maddi zərər vurması iş üzrə araşdırılmış sübutlarla öz təsdiqini tapmamışdır. İddiaçı iddia tələbini əsaslandırmaq üçün məhkəmə kollegiyasına onunla Cavabdeh MMC arasında bağlanmış 05 yanvar 2007-ci il tarixli borc müqaviləsini təqdim etmişdir. Lakin, həmin borc müqaviləsini İddiaçı fiziki şəxs və Cavabdeh MMC-nin direktoru kimi özü-özü ilə bağlamış və borc müqaviləsi iddianın təmin edilməsi üçün əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

10. İddiaçı kassasiya şikayəti verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(105)-1783/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsi, Mülki Məcəllənin 21.1, 21.2, 385.1, 390.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 1.1, 24.1, 26.1, 26.2, 35, 40-2, 387.2.9-cu maddələri pozulmuşdur. Belə ki, məhkəmə MMC-nin bank hesabı ilə yanaşı kassasının mövcud olmasını nəzərə almamış, təqdim edilmiş kassa mədaxil orderlərinə və keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 sentyabr 2020-ci il tarixli rəyinə hüquqi qiymət verməmişdir.

12. Digər tərəfdən, hazırkı işə kommersiya məhkəməsində baxılmalı olduğu halda ümumi məhkəmə tərəfindən baxılmışdı r. Belə ki, iddia tələbi MMC-nin keçmiş direktoru tərəfindən qoyulmuş sərmayənin qaytarılması ilə bağlıdır. Bu isə korporativ tələb olmaqla, kommersiya məhkəməsinə aiddir.

13. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.

14. Cavabdeh MMC-nin nümayəndəsi, Vəkil2 kassasiya şikayətinə qarşı etiraz verərək təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

15. Etiraz onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC ilə iddiaçı arasında hər hansı müqavilə münasibətləri olmamışdır. Kassasiya şikayətinin dəlilləri iddiaçının şəxsi mülahizələri və uydurmalarıdır. Etirazda maddi və prosessual hüquq normalarına istinad edilməmişdir. Kassas iya baxışının hədləri:

16. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi kassator tərəfindən tam mübahisələndirildiyindən, hazırki kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarına uyğun olmasının tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.2-ci maddəsinə əsasən mübahisənin ümumi məhkəməyə və ya kommersiya məh kəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə əsasən kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 31.2-ci maddəsinə əsasən aidiyyət qaydalar ına riayət etməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 384.0.4-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. 387.2.9-cu maddəsinə əsasən işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 418.4.9-cu maddəsinə əsasən işə ərazi aidiyyəti və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışsa apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı şikayətin d əlillərindən asılı olmayaraq ləğv edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

20. Məhkəmə kollegiyası hesab edir ki, işə məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxıldığından, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməlidir.

21. Belə ki, iş materiallarından müəyyən olunur ki, iddiaçı apellyasiya məhkəməsində vəsatət verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

22. Sumqayıt Apellyasiya Məhkəməsinin 23 dekabr 2021-ci il tarixli qərardadı ilə həmin ərizə təmin edilməmiş və qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tələbini fiziki şəxs kimi irəli sürmüş, o, hazırda MMC-nin təsisçisi, üzvü, iştirakçısı, idarəetmə orqanının nümayəndəsi deyildir.

23. Məhkəmə kol legiyası apellyasiya məhkəməsinin həmin əsaslandırılması ilə razılaşmır.

24. Belə ki, iddiadan müəyyən olunur ki, iddiaçı fiziki şəxs olmaqla, hazırda cavabdeh MMC ilə hüquqi bağlılığı olmasa da, o, əvvəllər həmin Cəmiyyətin direktoru olmuş və tələbini direktor olduğu dövrdə yaramış iddia olunan öhdəliklərin icrası ilə əlaqədar irəli sürmüşdür. 25. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarının 13-ü bəndinin 3-cü cümləsində məhkəmələrə izah olunmuşdur ki,... Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata ke çirilməsindən meydana gələn mübahisələrə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

26. Həmin qərarın 19-cu bəndinə izah edilmişdir ki, MPM-in 26.2-ci maddəsində kommersiya məhkəmələrinin müstəsna baxış predmetinə aid edilmiş həmin Məcəllənin 405-ci fəslində nəzərdə tutulmuş “Bankın öhdəliklərinin könüllü restrukturizasiyası haqqında” işlərin xarakteri özü-özlüyündə yalnız sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsini diktə edir. Eyni yanaşma müflisləşmə, sənaye mülkiyyəti obyektlərinin (əmtəə nişanı, coğrafi göstərici, ixtira, faydalı model və sənaye nümunəsi) istifadəsi və müdafiəsi ilə bağlı (şəxsi hüquqların müdafiəsinə dair tələblər istisna olmaqla), habelə kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblər üzrə işlərə də aid edilməlidir. 27. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Qərarının icrası üzrə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları və onların xüsusiyyətlərini, habelə bu meyarlar üzrə yoxlanılma ardıcıllığını əks etdirən Cədvəldə göstərilmişdir ki, kommersiya hüquqi şəxsləri ilə bağlı korporativ tələblərə (təsisçiləri, üzvləri, iştirakçıları, idarəetmə orqanının nümayəndələri arasında və onlarla hüquqi şəxs arasında olan hüquqi şəxsin fəaliyyətindən irəli gələn tələblərə) mübahisə tərəflərinin subyekt tərkibindən asılı olmayaraq kommersiya məhkəmələri baxır.

28. Beləliklə müəyyən olunur ki, hazırki iş üzrə iddiaçı cavabdeh hüquqi şəxsin qanuni təmsilçisi olmuş və iddia tələbini hüquqi şəxsin idarə edilməsindən irəli gəlməsi ilə əsaslandırmışdır.

29. Lakin apellyasiya məhkəməsi tərəfindən mülki prosessual qanunvericiliyin tələbləri pozularaq, hazırki tələblərin hüquqi şəxsin fəaliyyətindən irəli gəlib-gəlməməsinə hüquqi qiymət verilməmiş və son nəticədə işin məhkəmə aidiyyətini Ali Məhkəmənin Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarında göstərilmiş meyarlar əsasında müəyyən etməmişdir.

30. Halbuki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 02 iyun 2021-ci il tarixli qərarında göstərilmişdir ki, K onstitusiyada əsas insan hüquqlarından biri kimi müəyyən edilmiş hüquq və azadlıqların məhkəmə təminatı hüququ, ilk növbədə, qanunla müəyyən edilmiş müvafiq yurisdiksiyalı məhkəmələr tərəfindən işə baxılmasını nəzərdə tutur. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır.

31. Konstitusiya Məhkəməsinin Plenumu “İcra haqqında Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 4 aprel tarixli Qərarında göstərmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyrimüəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edil məsi mümkünsüz ola bilər.

32. Çerniçkin Rusiya Federasiyasına qarşı iş üzrə 2010-cu il 16 sentyabr tarixli Qərarda İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, qanunverici tərəfindən aidiyyət məsələlərinin dəqiq müəyyən edilməməsi şəxsin məhkəmədə müdafiə olunmaq hüququnu və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi” haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələblərini pozur.

33. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, hazırki işin məhkəmə aidiyyətinin müəyyən edilməsində apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına yol verildiyindən qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

34. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin qətnaməsini prosessual hüquq normalarının pozulması ilə bağlı ləğv edilməl i olması qənaətinə gəldiyindən, kassasiya şikayətinin digər dəlillərinə hüquqi qiymət verilməsinə zərurət bilmir.

35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 dekabr 2021-ci il tarixli, 2(105)-1783/2021 nömrəli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar