Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3889/2019 07.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi ilə, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12977/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim K.F.Əmirxanova) 2(005)-4390/2018 nömrəli, 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuş, Cavabdeh 19.11.2012-ci il tarixli 108701-14386 saylı kredit müqaviləsinə əsasən 12 iyul 2018-ci il tarixə Banka borclu olduğu 18938.70 manat əsas borcun, 2471.66 manat faiz borcunun, 102.53 manat cərimə üzrə borcun, ümumilikdə 21512.89 manat pulun və 30 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, tutulan məbləğin Cavabdeh mülkiyyətində olan «Kia Sportage» minik markalı, ** RU *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakimlər R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.Ə.Əliyev və F.Ş.Talışinski) 2(103)-12977/2018 nömrəli, 18 dekabr 2018-ci il tarixli qətnaməsi ilə iddiaçı «xxxx» (Azərbaycan) ASC-nin Cavabdeh qarşı «kredit borcunun t utulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2(005)-4390/2018 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-4390/2018 nömrəli, 17 sentyabr 2018-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı «xxxx» (Azərbaycan) ASC Cavabdeh qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19.11.2012-ci il tarixli 108701-14386 saylı kredit müqaviləsinə əsasən sonuncuya illik 18 faiz hesablanması şərti ilə 60 ay müddətinə 25261 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh mülkiyyətində olan «Kia Sportage» minik markalı ** RU *** dövlət nömrə nişanlı avtomobili 19.11.2012-ci il tarixli 108701-16-5376 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Tərəflər arasında bağlanmış 19.11.2012-ci il tarixli 108701-1- 4386 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə» 01 saylı Razılaşmaya əsasən cavabdehin 02 fevral 2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 14061 ABŞ dolları məbləğində müəyyən edilmiş, borclu həmin krediti 22 ay müddətinə 19.11.2017-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda ipoteka mü qaviləsinə də müvafiq dəyişiklik edilmişdir. Daha sonra tərəflər arasında bağlanmış 19.11.2012-ci il tarixli 108701-1-4386 saylı kredit müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı razılaşmaya əsasən Cavabdeh 31 oktyabr 2017-ci il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 19938,70 manat məbləğində müəyyən edilmiş, borclu həmin krediti 38 ay müddətinə 31.12.2020-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda ipoteka müqaviləsinə müvafiq dəyişiklik edilmişdir. Lakin borclu üzərinə götürdüyü kredit öhdəlikləri 01 dekabr 2017-ci il tarixdən icra etməmiş və nəticəsində cavabdehin kredit borcu yaranmışdır. Cavabdehə xəbərdarlıq edilsə də, nəticəsi olmamışdır. Göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış 19.11.2012-ci il tarixli 108701-1-4386 saylı kredit müqaviləsinə əsasən cavabdehdən 12 iyul 2018-ci il tarixə Banka borclu olduğu 18938.70 manat əsas borcun, 2471.66 manat faiz borcunun, 102.53 manat cərimə borcunun, ümumilikdə 21512.89 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını, tutmanın ipoteka ilə yüklü edilmiş «Kia Sportage» minik markalı, qara rəngli, mühərrik G4KDCİİ373960, ban KNAPC811DD7393652 olan ** RU *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin açıq hərracdan satılması və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12977/2018 nömrəli iş üzrə 18 dek abr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası m əruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)12977/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında 19.11.2012-ci il tarixli, 108701-1-4386 saylı kredit müqaviləsinin bağlanması və həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə, illik 18 faiz ödəmək şərti ilə 25261 ABŞ dolları məbləğində kredit verilməsi, öhdəliyin icrasının təmini kimi cavabdeh tərəfindən KİA markalı (mühərrik: G4KDCH373960, BAN: KNAPC811DD7393652) buraxılış ili 2012, qara rəngli avtomobilin bank qarşısında ipoteka ilə yüklü edilməsi, öhdəliyin lazımınca icra olunmaması işin mübahisə edilməyən hallarıdır. İşdən görünür ki, sonradan tərəflər arasında kredit və ipoteka müqavilələrinə müvafiq dəyişikliklər edilməsi barədə razılaşmalar bağlanmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, ölkədə devalivasiyanın baş verməsi cavabdehi müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etməmişdir. Bu hal, həmçinin şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi də qəbul edilə bilməz. Belə ki, «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 07 sentyabr 2018-ci il tarixli qərar ına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Mülki Məcəllənin 439.1-ci maddəsinin «pul öhdəliyi manatla ifadə edilməlidir» müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur(«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respu blikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» Konstitusiya Məhkəmsinin Plenumunun 14 may 2015-ci il tarixli qərarı). «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 14 may 2015-ci il tarixli Qərarındakı hüquqi mövqeyə görə, pul vahidinin dəyişməsi dedikdə, ölkənin pul vahidinin digər valyuta ilə fiziki əvəz edilməsi başa düşülür (məsələn, Avropa İttifaqına üzv olan dövlətlərin milli valyutası avro ilə əvəz olunur). Ölkənin valyutası digər valyuta ilə əvəz edildikdə, ödəniş yeni valyuta ilə mübadilə əməliyyatını n aparıldığı məzənnə əsasında aparılmalıdır. Konstitusiya Məhkəməsinin Plenumu qərara alımşdır ki, Mülki Məcəllənin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur; Qeyd edilənlərə əsasən apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi cavabdehdən ABŞ dolları məbləğində ifadə olunan kredit borcunun qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanması nəticəsinə gələrkən də maddi hüqüq normalarını pozmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739-cu maddəsinin tələbinə görə borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı p ul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyy ən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12977/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cava bdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-12977/2018 nömrəli iş üzrə 18 dekabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3889/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3889/2019
07.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver