Məhkəmə qərarları › İş №2(102)-3890/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3890/2025

10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3890/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi üzrə öhdəliyin icra edilməməsi, gecikdirmə faizi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Baxışova Vüsalə Ələkbər qızı və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1526/2025 nömrəli, 09 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:

2. Cavabdeh2 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə əsasən Bank borcluya 36 ay müddətinə, illik 26 faiz olmaqla 9600 ABŞ dolları məbləğində kredit verilməsi barədə razılığa gəlmişlər. 3. “Kreditor” İddiaçı ASC ilə “zamin” Cavabdeh1 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 470002591/ZM №-li Zaminlik Müqaviləsinə əsasən, Cavabdeh1 kreditor Bank qarşısında xx.xx.2014-cü il tarixli ********* №-li kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin yerinə yetirilməsinə görə zamin qismində öhdəlik götürmüşdür. 4. xx.xx.2014-cü il tarixli ********* n ömrəli kredit müqaviləsinə xx.xx.2017-ci il tarixli 02 №-li əlavə sazişə əsasən, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə dəyişikliklər edilmiş, kreditin qalığı olan və restrukturizasiya edilən 11603,80 ABŞ dolları təşkil edən kreditin müddəti xx.xx.2022-ci il tarixədək uzadılmış, əlavə sazişinin tərkib hissəsi olan ödəniş cədvəlinə əsasən, tərəflər kredit məbləğinin hər ay 151,18 ABŞ dolları olmaqla, xx.xx.2022-ci il tarixə kimi qaytarılması barədə razılaşmışlar. 5. xx.xx.2014-cü il tarixli 470002591/ZM №-li Zaminlik Müqaviləsinə xx.xx.2017-ci il tarixli 01 №-li əlavə sazişə əsasən, xx.xx.2014-cü il tarixli ********* nömrəli kredit müqaviləsinə dəyişikliklər edilərək, kreditin qalığı olan və restrukturizasiya edilən 11603,80 ABŞ dolları təşkil edən kreditin müddətini n xx.xx.2022-ci il tarixədək uzadılmasına zamin Cavabdeh1 razılığı alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi borcu 8915,17 ABŞ dolları - bundan 3040,34 ABŞ dolları əsas, 958,33 ABŞ dolları faiz, 4471,72 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 444,78 ABŞ dolları faiz borcu və iş üzrə ödənilmiş 135,47 manat dövlət rüsumunun cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı AS C-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlər Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıyır. Kredit və Zaminlik Müqavilələri üzrə bağlanmış 02 nömrəli xx.xx.2017-ci il tarixli Əlavə Sazişlərə əsasən Borcalanın Kreditor qarşısındakı kredit öhdəliyinin qalığı (bundan sonra “restrukturizasiya edilmiş kredit”) 11603,80 ABŞ dolları təşkil etmişdir. Restrukturizasiya edilmiş kreditin müddəti xx.xx.2022-ci il tarixədək təşkil etmişdir. Restrukturizasiya edilmiş kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 8 % ödənilməli idi. Kredit müqaviləsinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərlərinə d üşən öhdəlikləri yerinə yetirməmişlər. Borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdehlər tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf edir. Halbuki, cavabdehlər onlara verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydılar, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə bilərdi.

8. Birinci instansiya məhkəməsində Cavabdeh2 iddia tələbini qismən qəbul etdiyini bildirərək, izahatında göstərmişdir ki, o, Bankdan kredit götürsə də, maddi imkanı olmadığı üçün ödənişlər edə bilməmişdir. İddianın qismən, problemli keditlərin kompensasiyası haqqında məlumatda qeyd edilən əsas borcun tutulması hissəsində təmin edilməsinə etiraz etməsə də, digər hissələrdə iddianın təmin edilməməsini xahiş etmişdir.

9. Beyləqan Rayon Məhkəməsinin 01 avqust 2025-cı il tarixli, 2(020)-1083/2025 saylı qətnaməsi ilə ( X.Cabbarlı) iddia qismən təmin edilmiş, Cavabdeh2 5168,58 (beş min yüz altmış səkkiz manat 58 qəpik) manat məbləğində əsas borc və ödənilmiş 71,68 (yetmiş bir manat 68 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi alınıb ləğv prosesində olan İddiaçı ASC-yə verilməsi qət edilmişdir. İddia qalan hissədə təmin edilməmişdir.

10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər ("xxxx" ASC ilə Cavabdeh2) arasında qanunla müəyyən edilmiş qaydada kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdeh isə üzərinə düşən öhdəlikləri lazım ınca yerinə yetirməmişdir. Lakin iddiaçı müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən pul tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, 5168,58 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, İnternet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir. Ona görə də, məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh2 5168,58 manat məbləğində əsas borc tutulmalıdır.

11. Məhkəmə hesab etmişdir ki, iddia tələbi borcun zamindən tutulmalı olmalı hissəsində əsaslı və qanuni olmadığından təmin edilə bilməz.

12. Belə ki, iş materiallarından da göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli ********* saylı kredit müqaviləsinin təminatı kimi bank Cavabdeh1 ilə xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi və həmin zaminlik müqaviləsinə 11 may 2017-ci il tarixli 01 saylı Əlavə saziş bağlamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0 və 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləş dirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Cavabdeh1 ilə bağlanmış zaminlik müqaviləsinin müddəti 11 may 2022-ci il tarixdə bitdiyindən, iddiaçı isə eyni tələblə məhkəməyə xx.xx.2024-cü ildə müraciət etdiyindən zaminin iddiaçı bank qarşısında öhdəliklərinə Mülki Məcəllənin 477.0 və 477.0.4-cü maddələrinə əsasən xitam verilmişdir.

13. Birinci instansiya məhkəməsi qeyd edilənlərə əsasən hesab etmişdir ki, iddia tələbi Cavabdeh1 münasibətdə təmin edilməməlidir.

14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385.1, 386.1, 442, 445, 448.1, 465.2, 470.1, 472.2, 477 və 739-cu, MPM-in 14.2, 77.1 və 217.4cü maddələ rinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin qismən – mübahisələndirilən hissələrdə ləğv edilməsini və həmin hissələrdə iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, mübahisənin həlli üçün əhəmiyyətli halları tam araşdırmamış, həmçinin sübutların qiymətləndirilməsi zamanı qanunvericiliyin tələblərinə riayət etməmiş, maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd edilmişdir ki, “iddiaçı müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən pul tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, 5.168,58 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, İnternet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir. Ona görə də, məhkəmə hesab edir ki, müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün Cavabdeh2 5.168,58 manat məbləğində əsas borc tutulmalıdır.

17. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1526/2025 nömrəli mülki iş üzrə 09 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.Əsədli - sədrlik ed ən və məruzəçi, M.Sadıqov və A.Novruzova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etmişdir.

19. Kollegiya qeyd etmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 5168,58 manat təşkil etməsi müəyyən olunmuşdur. 20. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının 6.1-ci bəndində qeyd olunur ki, bu fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər. Həmin Fərmanın 6.2-ci bəndinə əsasən fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər. Həmin Fərmanın 8.7-ci bəndində qeyd olunur ki, restrukturizasiya dedikdə əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsi nəzərdə tutulur. Həmin Fərmanın 8.9-cu bəndində qeyd olunur ki, faizlərin silinməsi dedikdə vaxtı keçmiş kredit borcları üzrə hesablanmış faizlərin və dəbbə pulunun (cərimə, peniya) silinməsi başa düşülür. 21. “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının əsas məqsədi əhalinin rifahını yüksəltmək, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etmək məqsədilə, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun nəticəsində kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərin artmasına və bu öhdəliklərin yerinə yeirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasının qarşısının alınmasına yönəlmişdir. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Həmin güzəştlərin bankların vəsaiti deyil, dövlətin dəstəyi ilə həyata keçirilməsi nəzərdə tutulmuşdur. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxsl ərlə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir.

22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdehin müqavilə üzrə öhdəliklərinin icra edilməməsi işin mübahisəsiz halını təşkil edir. Müqavilə üzrə öhdəliyin icra edilməməsi nəticəsində iddiaçı maliyyə arayışına əsasən pul tələb etsə də, həmin borc pul məbləğinin maliyyə arayışında istinad edilən kimi deyil, 5168,58 manat məbləğdə təşkil etməsi barədə problemli kreditlərin kompensasiyası ilə bağlı internet portalında yerləşdirilmişdir. Bu isə onu deməyə əsas verir ki, İnternet portalında ümumi borc məbləği üzrə yekun məbləğ yerləşdirildiyindən, maliyyə arayışında tələb edilən məbləğ deyil, internet portalında göstərilən məbləğ əsas götürülməlidir.

23. Göründüyü kimi birinci instansiya məhkəməsi araşdırılan kredit müqaviləsi üzrə tələb olunan məbləğə dair yekun nəticəyə gələrkən nəzərə almışdır ki, kredit müqaviləsi üzrə tələb olunan faiz və cərimə borcu mövcud olmamışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında dövlətin dəstəyi ilə kompensasiya olunaraq təklif olunan 5168,58 manat borc pulun qaytarılması ilə bağlı yeni müqavilə münasibəti yaranmış iddiaçı Ləğv prosesində olan İddiaçı tərəfindən oferta (müqavilə bağlamaq təklifi) göndərilmiş və Cavabdeh2 aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə təklif olunan məbləğlə razılaşaraq buna etiraz etməmişdir. «Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra hazırda iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcunun 5168,58 manat təşkil etməsi və bunun müqabilində tərəflər arasında müqavilə bağlandığı halda müqavilə münasibətlərinə uyğun olaraq borcun ödənilməsi, müqavilə münasibətinə girmək istəmədiyi halda isə kreditorun ümumi əsaslarla müəyyən olunan pulun məhkəmə qaydasında tələb etmək hüququ yaranır. Belə ki, problemli kreditlərin kompensasiyası üzrə Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının internet portalından çıxarışda ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönələn hissənin izahından görünür ki, 01 mart 2019-cu il tarixinə əsas kredit borcu (manat ekvivalentində) borcun azaldılmasına yö nəldilmiş məbləğ çıxılmaqla qalıq borcu isə 5168,58 manat məbləğində müəyyən edilmişdir. Bu isə ona dəlalət edir ki, birinci instansiya məhkəməsi iddia tələbini kredit müqaviləsi üzrə qismən təmin etməklə maddi və prosessual hüquq normalarını düzgün təfsir və tətbiq etməklə yekun nəticəyə gəlmiş, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmuşdur.

24. Bundan başqa iddia tələbindən göründüyü kimi iddiaçı təşkilat tələb etdiyi borcu ABŞ dolları məzənnəsi ilə qeyd etmişdir.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

26. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasında fiziki şəxslərin pr oblemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanla, devalvasiya nəticəsində dollarla kredit götürmüş vətəndaşların maliyyə yükünün azaldılması məqsədilə xarici valyutada olan kreditlər üzrə məbləğlər milli valyutada ekvivalentləşdirilmişdir. Bu səbəbdən, baxılan iş üzrə tələb dollarla irəli sürülsə də, müstəsna hal olaraq borcun manatla ödənilməsi müəyyən edilməlidir. 2015-ci ilin devalvasiyası nəticəsində dollarla götürülmüş kreditlərin problemli hala düşməsi və dövlət başçısının 28 fevral 2019-cu il tarixli Fərmanı belə müstəsna hal kimi qiymətləndirilməlidir. Həmin Fərmanla vətəndaşların dollar kreditləri müəyyən kursla manata konvertasiya olunaraq restrukturizasiya edilmiş, banklara kompensasiya mexanizmi tətbiq olunmuşdur. Deməli, məhkəmə dollarla tələb olunmuş borcu, artıq qüvvədə olan restrukturizasiya qaydalarını nəzərə alaraq, manat ekvivalenti ilə tutmalıdır

27. Məhkəmə kollegiyası mövqeyini Mülki Məcəllənin 6.2, 14, 385.1, 386.1, 425.1, 427.3, 442, 445.2.1, 448.1, 470.1, 472.1, 449, 739.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin "Mülki Məcəllənin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair" 24 dekabr 2014-cü tarixli Qərarına, MPM-in 14.2, 77.1, 88, 218.3, 372, 384 və 402.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (vəkil ƏlVəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenid ən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2, 442, 445, 465-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarına, Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına və MPM-in 88 və 418.1-ci maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, hazırkı mübahisənin predmeti olan kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanının tətbiq dairəsinə düşmüşdür. Lakin qeyd edilən öhdəlik yalnız kompensasiya olunan hissə üzrə Fərmanın müddəaları ilə əhatə olunmuş, kreditin qalan hissəsi isə “restrukturizasiya olunması təklif edilən kreditlər” siyahısına daxi l edilməmişdir. Belə ki, hesablanmış kompensasiya məbləği cavabdehin LPO İddiaçı ASC-də olan hazırkı mübahisələndirilən, eyni zamanda digər kredit öhdəliklərinin ödənişinə proporsional qaydada yönəldilmişdir. Portaldan çıxarışda açıq şəkildə göstərilir ki, kompensasiya məbləğinin tətbiqindən sonra məhz bu kredit öhdəliyi üzrə əsas borcun qalıq məbləği 5.168,58 manat (3.040,34 USD) təşkil etmişdir. Göründüyü kimi Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış kredit müqavi ləsi üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmədiyi üçün kredit müqaviləsi üzrə yaranmış borc vaxtı keçmiş kredit borcu hesab edilmir. Bu səbəbdən hesablanmış faizlər və dəbbə pulu (cərimə, penya) Bank tərəfindən silinməmişdir. Fərmanın heç bir bəndində vaxtı keçməmiş kredit borcu üzrə yaranmış faiz və dəbbə pulu (cərimə, penya) borclarının silinməsi səlahiyyətləri banklara və ləğvetmə prosesində olan banklara verilməmişdir. Mübahisələndirilən kredit üzrə əsas və faiz borcları üzrə gecikmə günlərinin sayı 2019-cu ilin mart ayına, 360 gündən az, yəni cəmi 232 gün təşkil edir və bu MKR-dən çıxarışda öz əksini tapır. (MKR-dən çıxarış kassasiya şikayətinə əlavə edilmişdir). Bu səbəbdən də iddiaçı Bank tərəfindən maliyyə arayışına əsasən əsas borcla bi rlikdə faiz, cərimə və müqavilə müddəti bitdikdən sonra hesablanmış faiz borclarının cavabdehlərdən tutulması tələb edilmişdir. Göründüyü kimi birinci və apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun gəlmir, habelə maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilməmiş, eləcə də işin bütün faktiki halları tam şəkildə araşdırılmamışdır. Bundan başqa Cavabdeh2 qarşı kredit borcunun qaytarılması tələbi ilə məhkəməyə müraciət edilərkən iddiaçı bankın təqdim etdiyi tələblər xarici valyuta ilə – ABŞ dolları valyutasında irəli sürülmüşdür. Lakin birinci və apellyasiya instansiyası məhkəmələrinin qətnamələrində əsas borcun manat valyutasında təmin olunması həm prosessual, həm də maddi hüquq normalarının pozulması ilə n əticələnmişdir. Belə ki, iddiaçı Bank tərəfindən əsas borc qismində 3.040,34 (üç min qırx ABŞ dolları 34 sent) ABŞ dolları məbləğinin tutulması xahiş olunsa da, birinci və apellyasiya instansiyası məhkəmələri əsassız olaraq tələbdən kənara çıxaraq valyuta və məbləği nəzərə almadan Cavabdeh2 5.168,58 Manat məbləğində əsas borcun tutulmasını qət etmişdirlər. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən (kredit müqaviləsi, kassa məxaric orderi və s.) görünür ki, cavabdehə “ABŞdolları” valyutası ilə kredit verilmişdir. Məhkəmələr isə iddia ərizəsinə əlavə edilmiş sənədlərə diqqət yetirmədən, Bankın əsas borc hissədə iddia tələbini “Manat” valyutası ilə təmin etmişdir. Görünür ki, əgər öhdəlik müqavilədə birbaşa xarici valyuta ilə müəyyən edilibsə və kreditorun tələbi də bu valyutada təqdim olun ubsa, bu halda borcun həmin valyutada ödənilməsi hüquqi cəhətdən tam əsaslıdır və məhkəmə tərəfindən manata çevrilərək təmin edilməsi qanunsuzdur. Beləliklə məhkəmənin borcun valyutasını dəyişməsi, iddianın hüdudlarından kənara çıxaraq qərar qəbul etməsi mənasına gəlir. Bu da gələcəkdə baş verə biləcək şəraitdən asılı olaraq iş üzrə tərəflərin həm maddi durumuna, həm də sosial rifah halına mənfi təsir göstərə biləcək hallara yol vermişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

30. Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz göndərək iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

31. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etmə lidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

32. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

33. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

34. Maddə 445.4. İcra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır.

35. Maddə 445.7. Bor clu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.

36. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəx slərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

41. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Kassasiya şikayətində qətnamə tam mübahisələndirldi yi üçün apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, kredit borcunun gecikdirilməsinə görə illik 5% tələbi istisna olmaqla, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, iddianın qeyd edilən faiz tələbi hissəsi istisna olmaqla, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən işdəki s übutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası bu hissədə apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

47. O da qeyd edilməlidir ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

48. Bununla belə, məhkəmə tərkibi aşağıdakılara əsasən hesab edir ki, iddiaçının icra edilməyən pul öhdəliyi üzrə illik 5 faiz tələbi nə münasibətdə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmişdir.

49. Məhkəmələr müəyyən etmişlər ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanının icrasından sonra iddiaçıya ödənilməmiş əsas borc qismində qalıq borcu 5168,58 manat təşkil edir.

50. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçının 5168,58 manat kredit borcunun ödənilməsinin gecikdirildiyi tarixdən etibarən pul vəsaitini qanunsuz şəkildə özündə saxlayan borcludan müvafiq vəsaitin azı illik 5 faizini tələb etmək hüququ istisna olunmur.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında vurğulamışdır ki, “...Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kredit ora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi, faydalanması imkanının qarşısının alınmasına yönəlmişdir. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”.

52. Baxılan işdə iddiaçının qeyd edilən faiz tələbi üzrə maddi hüquq normaları müzakirə edilməmiş və məsələyə göstərilən konteksdə hüquqi qiymət verilməmişdir.

53. Ona görə də apellyasiya məhkəməsinin qətnaməsi qismən – kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə illik 5% dərəcəsi ilə hesabl anan faizin tutulması tələbinə aid hissədə ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməli, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

54. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1526/2025 nömrəli, 09 oktyabr 2025-ci il tarixli qətnaməsi qismən - kredit borcunun ödənilməsinin gecikdirilməsinə görə illik 5% dərəcəsi ilə hesablanan faizin tutulması tələbinə aid hissədə ləğv edilsin, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar