Məhkəmə qərarları › İş №2(102)-3891/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-3891/2021

23.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3891/2021 23.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı ASC “Xalq” Bankının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: kredit borcunun tutulması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-327/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 23 iyun 2021-ci il tarixdə Ali Məhkəm ənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 09 iyul 2014-cü il tarixdə ASC “Xalq” Bankı ilə Cavabdeh1 arasında kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 illik istifadə dərəcəsi 19 faiz olmaqla 48 ay müddətinə 25.450 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi Cavabdeh2 məxsus Qusar şəhəri, Babək küçəsində yerləşən 0,08 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli 7 otaqlı 32 saylı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmiş və bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2018-ci ilin sentyabr ayında bank iddia ərizəsi ilə məhkəməyə mürac iət edərək borclu Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən banka cəmi 31.702,13 ABŞ dolları məbləğində borcunun yaranmasını əsas göstərməklə həmin məbləğin borcludan tutulması və tutmanın ipoteka predmeti olan Cavabdeh2 məxsus Qusar şəhərində olan torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilməsinə dair qətnamə qəbul edilməsini, ipoteka predmetinin likvid dəyərinin 28.800 manat məbləğində müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qusar Rayon Məhkəməsinin 2(029)-42/2020 saylı, 10 iyul 2020-ci il tarixli qətnaməsi ilə ( hakim: R.V.Kazımov ) iddia qismən təmin edilərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada bankın xeyrinə cəmi 28.323,87 ABŞ dollarının ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla tutulmas ı, tutmanın ipoteka predmeti olan əmlaka yönəldilməsi, əmlakın açıq hərracdan satılması, əmlakın ilkin satış qiymətinin 198.000.0 manat məbləğində müəyyən olunması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə iddiaçı ASC “Xalq” Bank qətnamədən apellyasiya şikayəti verərək qətnamənin iddianın rədd olunmuş hissəsində işdə olan sübutlara uyğun olmamaqla maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını, ipoteka predmetinin ilkin satış qiymətinin əsassız artırılmaqla müəyyən olunmasını və s. əsas göstərməklə qətnamənin qismən, iddianın rədd olunmuş hissəsində ləğv edilməsi və iddianın tam həcmdə təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(10 5)-327/2021 saylı, 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Q.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və S.A.Qafari) bankın apellyasiya şikayəti qismən təmin edilərək Qusar Rayon Məhkəməsinin 10 iyul 2020-ci il tarixli, 2(029)-42/2020 saylı qətnaməsi ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinə aid hissədə dəyişdirilmiş və əmlakın ilkin satış qiymətinin 190.000 manat dəyərində müəyyən olunması, borcun Cavabdeh2 Nürmət oğlundan tutulmasına dair hissədə qətnamənin ləğv edilməsi, iddianın təmin edilməmiş qalan hissəsində qətnamənin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə iddiaçı kassasiya şikayəti v erərək qətnamənin sübutlara düzgün qiymət verilmədən, əmlakın ilkin satış qiymətinin düzgün müəyyən olunmadan çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Cavabdeh1 və vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişlər. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 317.1 Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədik də, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Ma ddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1 Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin s übutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxu d qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsinə dair hissədə ləğv edilərək iş yeni apellyasiya baxışına qaytarılmalı, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Tərəflər arasında mübahisə yaradan məsələlərdən biri ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən olunması ilə əlaqədardır. İşdən görünür ki, tərəflər arasında bağlanmış kredit müqaviləsində əmlakın bazar dəyəri 30.000 manat, likvid dəyəri isə 28.800 manat müəyyən olunmuşdur. İşə məhkəmə instansiyalarında baxılan ərəfədə müxtəlif qiymətləndirmə şirkətləri tərəfindən 7 dəfə əmlakın qiymətləndirilməsi aparılmış və əmlakın biri-birindən fərqli qiymətləri müəyyən olunmuşdur. "xxxx" MMC tərəfindən əmlakın bazar dəyəri 196.300 manat, "xxxx" qiymətləndirmə mərkəzi MMC tərəfindən əmlakın bazar dəyəri 198.000 manat, "xxxx" MMC tərəfindən əmlakın bazar dəyəri 60000 manat, likvid dəyəri 55.000 manat, "xxxx" MMC tərə findən əmlakın bazar dəyəri 65.000 manat, likvid dəyəri 60.000 manat, "xxxx" MMC tərəfindən əmlakın bazar dəyəri 197.000 manat, likvid dəyəri 190.000 manat, "xxxx" MMC tərəfindən əmlakın bazar dəyəri 201.000 manat, likvid dəyəri 192.000 manat, “Azərbaycan qiymətləndiricilər cəmiyyəti” İB Ekspertiza Şurası tərəfindən əmlakın bazar dəyəri 91.000 manat, Məhkəmə Tikinti Texniki Ekspertizasının 06 yanvar 2021-ci il tarixli rəyi ilə əmlakın bazar dəyəri 202.000 manat, likvid dəyəri 185.000-190.000 manat müəyyən olunmuşdur. Apellyasiya instansiyası məhkəməsi əmlakın ilkin satış qiymətini müəyyən edərkən məhkəmə tikinti texniki ekspertizasının 06 yanvar 2021-ci il tarixli rəyini əsas götürmüş (190.000 manat) və hesab etmişdir ki, "xxxx" MMC-nin, "xxxx" MMC-nin və “Azərbaycan qiymətləndiricilər cəm iyyəti” İB Ekspertiza Şurasının rəyləri əmlaka baxış keçirilmədən tərtib edildiyindən əmlakın real bazar dəyərinə uyğun deyildir. Apellyasiya instansiyası məhkəməsinin razılaşmadığı qiymətləndirmə hesabatlarında əmlakın qiyməti 55.000-91.000 manat məbləğində digər qiymətləndirmə hesabatlarında isə əmlakın qiyməti 185.000-198.000 manat məbləğində müəyyən olunmuşdur. Qiymətləndirmə rəyləri arasında belə bir kəskin fərqin olması apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız əmlaka baxışın keçirilməməsi ilə əlaqələndirilməsinin kollegiyaya görə qiymət fərqinin əsas səbəbi kimi qəbul edilməsi inandırıcı görünmür. Əmlaka baxış keçirilmədən rəy verilərkən məhz hansı halların nəzərə alınmaması, onların nə dərəcədə əmlakın qiymətinin müəyyən olunmasına təsir göstərməsi məhkəmə kollegiyası tə rəfindən araşdırılmamış və onlara müvafiq qiymət verilməmişdir. İş üzrə dəfələrlə əmlakın qiymətləndirilməsi aparılsa da, rəylər arasında kəskin fərqlər olduğundan, kollegiya hesab edir ki, iş üzrə kompleks məhkəmə ekspertizasının keçirilməsi bu ziddiyyətin aradan qaldırılmasına və əmlakın həqiqi dəyərinin müəyyən olunmasına imkan verə biləcəyi baxımından belə bir ekspertizanın keçirilməsi müzakirə olunmalıdır. Kollegiyanın qənaətinə görə müxtəlif qiymətləndiricilərin bir araya gəlməklə verəcəkləri rəy mübahisənin bu hissədə düzgün həllini təmin etmiş olar. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, qətnamə həmin hissədə ləğv edilməli və iş yenidən apellyasiya baxışına göndərilməlidir. Kassasiya şikayətində qətnamənin bütövlükdə ləğv olunması xahiş olunsa da, kollegiya şikayətin h əmin dəlilləri ilə razılaşmır və hesab edir ki, qətnamə qalan hissədə maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə çıxarıldığından dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: İddiaçı ASC “Xalq” Bankı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-327/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən olunmasına dair hissədə ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar