Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3901/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X2 Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3901/2023 (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakın yarı dəyərinin bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X11 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçı X2 Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın yarı dəyərinin bölünməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1360/2023 nömrəli, 01 iyun 2023-ci il tarixli qətnaməsindən iddiaçı X3 (Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 02 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. X1 Qurban Cəfər oğlu ilə 28 noyabr 2003-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar.
2. Tərəflərin birgə nikahlarından xx.xx.2005-ci il tarixdə X4, xx.xx.2006-ci il tarixdə X8 dünyaya gəlmişdir.
3. Ağdam Rayon Məhkəməsinin 2(013)-1242/2019 saylı, 11 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən Qurban Cəfər oğlu ilə X3 arasında xx.xx.2003-cü ildə Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Quzanlı Ərazi Nümayəndəliyində 40 sayla qeydə alınaraq nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü Elminaz və xx.xx.2006-cı il təvəllüdlü Nahid adlı uşaqların anas ının himayəsində saxlanılması qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı X3 Cavabdeh qarşı “birgə nikah dövründə əldə olunmuş əmlakın yarı dəyərinin bölünməsi” tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, dəyəri 30.000 manat olan, Ağdam Rayon Mirəşəlli kəndində yerləşən, ümumi sahəsi 121 kv.m., yaşayış sahəsi 76 kv.m. olan yaşayış evinin yarı dəyəri kimi 15.000 manat pulun, mediasiya üçün ödədiyi 50 manat pulun, dövlət rüsumu kimi ödədiyi 130 manat pulun, cəmi 15.180 manat pulun alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddiaçı iddia tələbini işin hallaırna istinad edərək əlavə olaraq onunla əsaslandırılmışdır ki, cavabdehlə ər-arvad olduqları dövrdə, yəni 2013-cü ildə A ğdam Rayon Mirəşəlli kəndində ümumi sahəsi 121 kv.m., yaşayış sahəsi 76 kv.m. olan yaşayış evi tikdirmişlər. Həmin evin inşa edilməsi 30.000 manata başa gəlmişdir. 2022-ci ilin oktyabr ayına kimi həmin evdə yaşamış, 3-4 aydır ki, uşaqlarını da götürüb atası evində yaşayır. Evin çıxarışı olmadığına görə payların müəyyən edilməsi barədə iddia qaldıra bilməmişdir. Cavabdehdən birgə nikah dövründə tikdirdikləri evə çəkdikləri xərclərin yarı dəyərini tələb etsə də, cavabdeh onunla razılaşmır. 6. “X7” MMC tərəfindən 21 dekabr 2022-ci il tarixdə verilmiş mütəxəssis rəyinə əsasən Ağdam rayon Mirəşəlli kəndində 110 kv.m. olan fərdi yaşayış evi torpaq sahəsi ilə birlikdə 30.000 manat qiymətləndirilmişdir.
7. Ağdam Rayon Əhmədağalı Kənd İƏD üzrə İcra Nümayəndəliyinin 06 saylı, 09 yanvar 2023-cü il ta rixli arayışına əsasən cavabdehin xüsusi mülkiyyətində olan ev təsərrüfatı 2013-cü ildə tikilmiş, ümmi sahəsi 121 kv.m., o cümlədən yaşayış sahəsi 76 kv.metrdir.
8. Ağdam Rayon Əhmədağalı Kənd İƏD üzrə İcra Nümayəndəliyinin 88 saylı, 07 fevral 2023-cü il tarixli arayışından görünür ki, cavabdehin ailə üzvləri nəzərə alınmaqla, 2013-cü ildə Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən 2 otaqlı yaşayış evinin tikinti materialları ilə tam təmin edilmiş, ailənin öz maddi vəsaiti hesabına yaşayış evi inşa edilmişdir.
9. Ağdam rayon Məhkəməsinin 2(013)-540/2023 nömrəli, 06 mart 2023-ci il tarixli qətnaməsi ilə (hakim Elşad Bayramov) iddia tələbi təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, tərəflər birgə nikah dövründə dövlə tin dəstəyi ilə ev tikdirmişlər, evin mülkiyyət sənədləri hazırda olmasa da tərəflərin həmin evə mülkiyyət gözləntiləri var və onlar bərabər payla həmin ev üzərində hüquqlara malikdirlər.
11. Məhkəmə onuda qeyd etmişdir ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir.
12. Birinci instansiya məhkəməsini n mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı qeyd edilən prosedurlara əməl etməyərək ümumi birgə mülkiyyətdə olan əmlakdan payını naturada ayrılmasını tələb etmək əvəzinə bu hüquqlarından istifadə etməyərək qarşı tərəfdən pul məbləği tələb edir ki, məhkəmə iddia tələblərinin bu formada təmin edilməsini mümkün bilmir.
13. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29.2, 32.2.2, 71.2-ci, Ailə Məcəllənin 29.1, 32.1, 32.3, 33.1, 36.1, 37.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
14. Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etm işdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehlə 28 noyabr 2003-cü il tarixdə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahlarından 2005-ci il təvəllüdlü Elminaz, 2006-cı il təvəllüdlü Nahid adlı uşaqları anadan olmuşlar. Cavabdehlə ər-arvad olduqları dövrdə, yəni 2013-cü ildə Ağdam Rayon Mirəşəlli kəndində ümumi sahəsi 121 kv.m., yaşayış sahəsi 76 kv.m. olan yaşayış evi tikdirmişlər. Həmin evin inşa edilməsi 30.000 manata başa gəlmişdir. Aralarında olan münasibət pozulduğuna görə, nikahları Ağdam Rayon Məhkəməsinin 2(013)-1242/2019 nömrəli, 11 oktyabr 2019-cu il tarixli qətnaməsinə əsasən pozulmuşdur. 2022-ci ilin oktyabr ayına kimi həmin evdə yaşamış, 3-4 aydır ki, uşaqlarını da götürüb atası evində yaşayır. Evin çıxarışı olmadığına görə payların müəyyən edilməsi barədə iddia qaldıra bilməmişdir. Cavabdehdən birgə nikah dövründə tikdirdikləri evə çəkdikləri xərclərin yarı dəyərini tələb etsə də, cavabdeh onunla razılaşmır. Ona görə də, hesab edir ki, cavabdehdən dəyəri 30.000 manat olan, 2013-cü ildə Ağdam rayon Mirəşəlli kəndində yerləşən, ümumi sahəsi 121 kv.m., yaşayış sahəsi 76 kv.m. olan yaşayış evinin yarı dəyəri olaraq 15.000 manat pul, mediasiya xərci kimi ödədiyi 50 manat pul, dövlət rüsumu kimi ödədiyi 130 manat pul cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmalıdır.
16. Cavadeh apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, o, 2ci qrup əlildir, işləmir, gündəlik çörək pulunu çətinliklə tapır. İddiaçının göstərdiyi evi dövlətin kasıb ailələrə göstərdiyi dəstəklə sənədi olmayan torpaq sah əsində tikilmişdir. İddiaçı evdə yaşamayaraq, öz təşəbbüsü ilə uşaqları da götürüb atası evinə getmişdir. Hazırda iddiaçının və uşaqlarının gəlib evdə yaşamalarına heç bir etirazı yoxdur. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1360/2022 nömrəli, 01 iyun 2023-ci il tarixli mülki iş üzrə qətnaməsi ilə (hakimlər Loğman İsgəndərov (sədrlik edən və məruzəçi), İslam Həsənov və Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, ailə və mülki qanunvericiliyinin tələblərindən göründüyü kimi, ər -arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. Lakin bu zaman həmin əmlakın mülkiyyət kimi müvafiq orqanda hüquqi qeydiyyatının olması zəruri şərt kimi nəzərədə tutulmuşdur. Hazırkı iş üzrə mübahisə edilən Ağdam rayonu, Mirəşəlli kəndində yerləşən torpaq sahəsi qanuni əsaslarla ayrılmış torpaq sahəsi deyildir və həmin torpaq sahəsində tikilmiş fərdi yaşayış evi özbaşına tikili olmaqla, Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik tərəfindən verilmiş tikinti materialları hesabına inşa edilmişdir. Bu isə o deməkdir ki, iddiaçı zəbt edilmiş sahədə qanunsuz tikilidə payının dəyərini tələb etməkdə haqlı olmamışdır.
19. Məhkəmə kollegiyası qeyd etmişdir ki, bununla belə tərəf lər həmin fərdi yaşayış evi ilə bağlı bərabər hüquqlara malik olmaqla, iddiaçı X3 həmin evə köçüb, orada yaşaya bilər və cavabdeh özü də, iddiaçının gəlib həmin evdə yaşamasına etiraz etmədiyini bildirmişdir.
20. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar olmamışdır.
21. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 36.1, 36.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1,78.1 88-ci maddəsinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
22. Qətnamədən iddiaçı (Vəkil) kass asiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti iddia tələbinin apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, sözügedən evin tikintisi üçün materiallar Ərazilərin Bərpası və X6 tərəfindən verilsə də, tikinti işləri üçün usta və fəhlə pullarını onlar vermişlər. Üstəgəl Agentlik tərəfindən verilən materiallardan əlavə özləri də külli miqdarda xərc çəkərək evin inşasını başa çatdırmışlar. Bundan başqa, öz vəsaitləri hesabına əlavə otaq və zal, hamam tikdirmişlər. Əlavə xərclərə və usta puluna ən azı 20.000 manat xərc çəkilib. İki uşaqla çöldə qalmış, cavabdeh isə min bir əz iyyətlə inşa etdirdikləri evdə tək yaşayır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
24. Cavabdeh iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək, iddiaçının evdən pay tələb etmək hüququnun olmadığını qeyd etmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını, kassasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
25. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alı nmalıdır.
26. Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
27. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
28. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
29. Maddə.36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan so nra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.
30. Maddə.36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu M əcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
34. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
40. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayə ti təmin etmədən saxlaya bilər.
41. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymə tləndirilməməlidir.
43. Hazırkı kassasiya şikayətində iddiaçı tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
45. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübu tetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
46. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, iddiaçının kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur. Kassasiya şikayətində qeyd olunan dəlillər əsassızdır.
47. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsasland ırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasın a və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. 50. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Q ərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.
51. İzah olunmalıdır ki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir.
52. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifə sidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.
53. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
54. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
55. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilm əsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-1360/2023 nömrəli, 01 iyun 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.