Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3903/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 6 saylı notariat ofisinə və Şəmkir rayonu 1 saylı notariat ofisinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqd, müqavilə, mülkiyyət hüququna sərəncam, subyektiv hüquq) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Babayev Zəki Baba oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2*25-ci il tarixli 2(1*4)-1429/2*25 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yaz ılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər:
2. İddiaçı İlham oğlu və Cavabdeh2 arasında *4.12.2**9-cu ildə nikah qeydə alınmış, bu nikahdan *4.*9.2*1*-cu ildə Təhminə, 19.*9.2*11-ci ildə Fidan və *9.*2.2*19-cu ildə Alim adlı övladları anadan olmuşdur;
3. Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli qətnaməsi ilə Cavabdeh2 və İddiaçı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş uşaqlarının anaları Cavabdeh2 yanında qalmaları müəyyən edilmiş, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 13.*4.2*22-ci il tarixdən başlayaraq, İddiaçı hər ay hər uşağa görə 16* manat olmaqla, cəmi 48* manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh2 verilməsi qət edilmişdir;
4. Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli qətnaməsi ilə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilin 2/5 hissədə İddiaçı, 3/5 hissədə Cavabdeh2 payları müəyyən edilmiş, Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş 1.*** manat dəyərində kondisionerin yarı dəyəri qismində 5** manat, 16* manat dəyərində mətbəx televizorunun və krosnu antennasının yarı dəyəri qismində 8* manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır;
5. İddiaçı tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə verilmiş və notariat qaydasında təsdiq olunmuş 3*.11.2*23-cü il tarixli ərizədə qeyd olunmuşdur k i, İddiaçı onun payına düşən Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilin 2/5 hissəsini və nikah dövründə əldə edilmiş əşyaların yarı hissəsini aliment əvəzi uşaqlarına bağışlamağı ilə bağlı Cavabdeh2 ilə qarşılıqlı razılığa gəlmişdir. Bununla bağlı onun gələcəkdə də heç bir iddiası və tələbi olmayacaqdır. Odur ki, Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra sənədinin icra olunmadan məhkəməyə qaytarılmasına göstəriş verilməsini xahiş etmişdir;
6. X5 tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə verilmiş və notariat qaydasında təsdiq edilmiş ərizədə qeyd olunmuşdur ki, o, İddiaçı ilə qarşılıqlı razılığa gəlmişdir. Aliment ilə bağlı gələcəkdə heç bir iddiası və tələbi olmayacaqdır. Cavabdeh2 borclu İddiaç ı barəsində görülmüş bütün məcburi icra tədbirlərinin dayandırılmasını və Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş etmişdir;
7. Gəncə Şəhər Məhkəməsinin 14.*6.2*24-cü il tarixli 3(125)-2*37/2*24 nömrəli qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 5** manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.
8. Gəncə Şəhər Məhkəməsinin 17.*1.2*25-ci il tarixli 3(125)-173/2*25 nömrəli qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bil inmiş və barəsində 8 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir;
9. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş *7.*5.2*25-ci il tarixli 3-21-3-33/2-4955/2*25 nömrəli arayışına əsasən, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzili Gəncə şəhəri 5 saylı notariat ofisinin 18.*3.2*13-cü il tarixli 4Ə-1-137 reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X4 tərəfindən Cavabdeh2 satılmış, sonuncunun adına *5.*4.2*13-cü il tarixli, 2*2*11***2*4-*51*1-*93*43 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdi r. Mənzil Gəncə şəhəri 6 saylı notariat ofisinin 23.*1.2*24-cü il tarixli 4/-58 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən Cavabdeh3 bağışlanmış, sonuncunun adına *6.*2.2*24-cü il tarixli 2*2*11***2*4-*51*1-*93*43 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Şəmkir rayon 1 saylı notariat ofisinin 19.*2.2*24-cü il tarixli 4Ə21* reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmış, sonuncunun adına 23.*2.2*24-cü il tarixli 2***11**58*8-*51*1-*93**8 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinə Gə ncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra vərəqinə əsasən qadağa qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinə dair Gəncə şəhəri 6 saylı notariat ofisinin 23.*1.2*24-cü il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Şəmkir rayon 1 saylı notariat ofisinin 19.*2.2*24-cü il tarixli, 4Ə-21* reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğvi və bu mümkün olmadıqda isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mənzilin dəyərindən iddiaçının payına düşən 42.92* manat, əmlak qiymətləndirilməsi üçün ödənilmiş 15* manat, ödənilmiş 219 manat dövlət rüsumu və v əkil xərci üçün ödənilmiş 32* manat pul vəsaitinin alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
11. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli mənzilə dair məhkəmə qətnaməsi ilə payları müəyyən olunsa da, Cavabdeh2 məqsədli şəkildə mənzili anası Cavabdeh3 bağışlamışdır. Cavabdeh3 isə dəyəri 1**.*** manatdan çox olan 5 otaqlı mənzili 45.*** manat məbləğinə alğı-satqı yolu ilə Cavabdeh4 satmışdır. Beləliklə, dəyəri 1**.*** manatdan çox olan mənzilin 45.*** manat məbləğinə satılması da alğı-satqının formal əsaslarla aparıldığını göstərir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətində olan mənzildən məhrum edilmişdir. Onunla Cavabdeh2 arasında olan razılaşmaya əsas ən o, mənzilin mülkiyyətində olan hissəsini Cavabdeh2 verməklə, Cavabdeh2 birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün aliment tələb etməməli olduğu halda Cavabdeh2 ondan aliment ödənməsi tələblərini davam etdirmişdir. Hətta bununla əlaqədar icra məmurunun təqdimatları əsasında məhkəmə qərarları ilə onun barəsində bir neçə dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir.
12. Cavabdeh3 3*.*8.2*24-cü il tarixdə öldüyünə görə qızı - Cavabdeh2 işə onun prosessual hüquq varisi kimi cəlb edilmişdir.
13. Gəncə Şəhər Məhkəməsinin *4.*6.2*25-ci il tаrixli, 2(125)-98/2*25 saylı qətnaməsi ilə (hakim C.Quliyev) iddia tələbi təmin edilməmişdir.
14. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, İddiaçı və Cavab deh2 arasında məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin ödənilməsi qaydaları barədə 3*.11.2*23-cü il tarixdə razılaşma əldə olunmuş, həmin razılaşmaya uyğun olaraq, İddiaçı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinin mülkiyyətində olan 2/5 hissəsini Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin əvəzində Cavabdeh2 təqdim etmiş, Cavabdeh2 isə həmin əmlakın əvəzinə Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)- 218/2*22 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentdən imtina etmişdir. İddiaçı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinə 2/5 hissəsini aliment öhdəliklərinin əvəzi olaraq verərkən həqiqi i radəsini ifadə etmiş, Cavabdeh2 İddiaçı aliment ödənilməsini yenidən tələb etdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və Cavabdeh2 razılaşmaya qədər öz iradələrini aşkar bəyan etmiş və bu iradə əsasında onlar arasında razılaşma yaranmışdır. Həmçinin, iradə bəyanları notariat qaydasında təsdiq olunmuş 3*.11.2*23-cü il tarixli ərizələrdə ifadə edildiyindən və bəhs edilən razılaşma Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra sənədi icra olunmadan, yəni İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakının dövlət reyestrində qeydə alınmadan gözlənilən mülkiyyət hüququ əsasında Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra sənədinin icrasından imtina olunmaqla, əldə edildiyindən həmin razılaşma for ma baxımından da qanunun tələbinə uyğun olmuşdur. İddiaçı və Cavabdeh2 arasında Ailə Məcəlləsinin 98.2-ci maddəsində nəzərdə tutulan qaydada əmlak təqdim olunması yolu ilə alimentin ödənilməsi barədə razılaşma bağlandığı andan İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu itirmiş, buna mütənasib olaraq da Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli icra sənədinin icraatına xitam verilməsini tələb və icra məmurunun “aliment öhdəliklərinin icrası tələbinə dair” hərəkətlərindən şikayət hüququ əldə etmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337, 389.1, 389.2, 4*4.1, 4*4.2, 421.1, 421.2, 666.1, 673.1-ci maddələri, Ailə Məcəlləsinin 98.2, 1*9.1, 1*9.2, 1*9.3, ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun məzmunda əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, yekun məhkəmə aktı qəbul edilərkən iddianın təmin olunması üçün əldə olunmuş real sübutlar olduğu tədqirdə hakim yalnız Ailə məcəlləsinin 98.2-ci maddəsi əsas tutularaq iddia tələbini təmin etməmişdir. Sual olunur ki, iddia tələbi Ailə Məcəlləsinin 98.2-ci maddəsinə görə, təmin olunmayacaqdısa nəyə görə digər sübutlar tələb olunurdu. İş materiallarından göründüyü kimi məhkəmə bu prosessual məcəllənin müvafiq maddələrinin tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı tərəfindən təqdim olunmuş və hakim tərəfindən sorğu əsasında əldə olunmuş mötəbər sübutları düzgün qiymətləndirməyərək iddianı təmin etməməkdə haqlı olmamışdır.
18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1429/2*25 nömrəli, 27 avqust 2*25-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev – sədrlik edən və məruzəçi, G.İ.Cavadova və R.A.Məcidov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinə dair Gəncə şəhəri 6 saylı notariat ofisində Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 23.*1.2*24-cü il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi və Ca vabdeh3 ilə Cavabdeh4 arasında Şəmkir rayon 1 saylı notariat ofisində bağlanılmış 19.*2.2*24-cü il tarixli, 4Ə-21* reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzili iddiaçı ilə Cavabdeh2 birfə nikah dövründə əldə etdikləri əmlak olduğu halda 23.*1.2*24-cü il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilə bağlanarkən həmin əmlaka mülkiyyət hüququ olan İddiaçı razılığı olmadan həmin mənzil Cavabdeh2 tərəfindən öz anasına bağışlanmış, sonuncu isə qısa müddət ərzində həmin mənzilin alğı-satqısına dair müqavilə bağlamış olsa da, mənzil hazırkı vaxtadək Cavabdeh2 istifadəsində qalmaqda davam edir. Yəni t ərəflər arasında bağlanmış həmin əqd əslində görünüş üçün bağlanmış əqddir. Digər tərəfdən Cavabdeh2 qardaşının iş yoldaşı olan Cavabdeh4 Cavabdeh2 ilə onun keçmiş həyat yoldaşı arasında həmin mənzilə dair məhkəmə mübahisənin olduğunu bildiyi halda alğı-satqı müqaviləsinin bağlanmasında tərəf kimi iştirak etmişdir.
20. Kollegiya hesab etmişdir ki, Cavabdeh2 tərəfindən Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilin Cavabdeh3 bağışlanmasına dair Gəncə şəhəri 6 saylı Notariat ofisində bağlanmış reyestrdə 4Ə-58 nömrə ilə qeydə alınmış 23.*1.2*24-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edildiyindən, Cavabdeh3 ilə Cavabdeh4 arasında Şəmkir rayon 1 saylı Notariat ofisində bağlanmış reyestrdə 4Ə-21* nömrəsi ilə qeydə alınmış AN-İ se riyalı ******* nömrəli 19.*2.2*24-cü il tarixli daşınmaz əmlakıln alğı-satqısına dair müqavilə də etibarsız hesab edilir.
21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 225.1, 225.6, 324.1, 324.5, 324.6, 337.1, 337.2, 337.4, 34*.1, 666.1, 1*91.1, 1*91.2, 1*92.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
22. Cavabdeh2 (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və ya iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
23. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 3*.11.2*23-cü il tarixli ərizəsinə əsasən razılığa gəlmiş, id diaçının bu iradə ifadəsi notariat qaydasında təsdiq olunmuşdur. Həmin razılaşma forma baxımından qanunun tələblərinə uyğun olunmuş, bağışlanma müqaviləsi bağlanan zaman həmin ərizə notariat ofisinə təqdim edilmişdir. Lakin məhkəmə kollegiyası bunları nəzərə almamış və bu hallara heç bir hüquqi qiymət verməmişdir.
24. Alimentlə bağlı isə iddiaçı Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*25-ci il tarixli 2(125)218/2*22 saylı icra sənədinin icraatına xitam verilməsi barədə müraciət edib icra məmurunun qərarının (hərəkət və ya hərəkətsizliyini) qanuniliyini mübahisələndirə bilərdi.
25. Cavabdehin iddiaçı ilə bağlanmış nikahının pozulması və mübahisəli mənzilin 2/5 hissəsinin iddiaçı tərəfindən cavabdehə bağışlanması səbəbindən mənzilin başqa şəxsə bağışlanması və ya satılması zamanı iddiaçının razılığ ına ehtiyac olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:
27. Maddə 6*, hissə
1. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İnsan Hüquqlarının və X3 X2:
28. Maddə 6, hissə.
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsi
29. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keç məsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
30. Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir.
31. Maddə 215.6. Paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər; onu əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir.
32. Maddə 144.1. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qayda sında təsdiqlənməlidir.
33. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.
34. Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər.
35. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
36. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
37. Maddə 336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məh kəmənin qərarı əsasında həyata keçirilir.
38. Maddə 389.1. Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
39. Maddə 39*.1 Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
40. Maddə 4*4.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.
41. Maddə 4*4.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tə rəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Azərbaycan Respublikası Ailə Məcəlləsi
42. Maddə 31.1. Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur.
43. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır.
44. Maddə 98.1. Aliment ödənilməsi barədə saziş üzrə alimentin ödənilməsi qaydası və üsulları həmin sazişdə tərəflərin qarşılıqlı razılığı ilə müəyyən olunur.
45. Maddə 98.2. Alimentlər aliment ödəməli şəxsin qazancından və ya digər gəlirindən müvafiq hissədə; sabit pul məbləğində müntəzəm ödəməklə; sabit pul məbləğində birdəfəlik ödəməklə; əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsi
46. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
47. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
48. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
49. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
53. Baxılan işdə iddia, İddiaçı və Cavabdeh2 ümumi paylı mülkiyyətində olmuş Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilin 23.*1.2*24-cü il tarixdə Cavabdeh2 tərəfindən Cavabdeh3 bağışlanması, 19.*2.2*24-cü il tarixdə isə sonuncu tərəfindən Cavabdeh4 satılması barədə müqavilələrin etibarsızlığıdır (§ 1*).
54. İddiaçı bildirir ki, mübahisəli mənzil üzərində məhkəmə aktı ilə tanınan 2/5 mülkiyyət payı olduğu halda, Cavabdeh2 mənzili anasına bağışlamış, sonuncu da formal alqı-satqı etmişdir. Nəticədə onun mülkiyyət hüququ pozulmuşdur (§ 11).
55. Apellyasiya instansiyası məhkəməsi də qeyd etmişdir ki, bağışlama müqaviləsi təsdiqlənərkən iddiaçının razılığı alınmamışdır. Eyni zamanda qeyd edilən alqı-satqı müqaviləsindən sonra da mənzil Cavabdeh2 istifadəsində qalmışdır. Bu fakt ona işarə edir ki, razılaşmalar uydurma olmuşdur. Məhkəmə göstərilən səbəblərdən hər iki müqaviləni etiba rsız hesab etmişdir (§ 18-2*).
56. Kassator isə bildirir ki, iddiaçı mənzilin 2/5 hissəsini 3*.11.2*23-cü il tarixdə notarial ərizə əsasında alimentin əvəzi kimi ona verdiyi üçün həmin müqavilələr rəsmiləşdiririlərkən iddiaçının razılığına ehtiyac olmamışdır. Apellyasiya məhkəməsi bu xüsusatı nəzərə almadan iddianı təmin etmişdir (§ 23,25).
57. Kassasiya məhkəməsi, kassasiya şikayətinin dəlillərini əsaslı hesab edir. Ona görə ki, əvvəla, cavabdehin göstərdiyi xüsusat birinci instansiya məhkəməsində ətraflı araşdıraraq müəyyən etmişdi ki, həqiqətən də tərəflər arasında 3*.11.2*23-cü il tarixdə notarial formada bir razılaşma olmuşdur. Belə ki, İddiaçı mənzil üzərindəki 2/5 payını alimentin əvəzi olaraq uşaqlarına bağışladığını ərizəsində ifadə etmiş, Cavabdeh2 da ərizə verərək qarşılıqlı raz ılığa gəldiklərini, aliment ilə bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir (§ 5-6).
58. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən məhz bu halı nəzərə almış və qeyd etmişdi ki, tərəflər arasında Ailə Məcəlləsinin 98.2-ci maddəsinə uyğun olaraq, əmlak təqdim olunması yolu ilə alimentin ödənilməsi barədə notarial formada razılaşma olmuşdur. İddiaçı, məhkəmə qərarı ilə tanınmış payına sərəncam verdiyi üçün mübahisəli mənzillə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmək haqqını itirmiş, aliment öhdəlikləri üzrə icra icraatına xitam verilməsini tələb etmək hüququ qazanmışdır (§ 14).
59. Buna baxmayaraq, apellyasiya məhkəməsi nəinki göstərilən faktlara hüquqi qiymət verməmiş, qətnaməsində bu məsələyə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, yuxarı mə hkəmə, aşağı məhkəmənin hüquqi mövqeyi ilə niyə razılaşmadığını əsaslandırmağa borcludur. Bu, həm də tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi baxımından vacibdir. Çünki tərəfin xeyrinə olduğunu düşündüyü bir faktın məhkəmə tərəfindən niyə nəzərə alınmadığını bilmək haqqı var.
60. Kassasiya instansiyası məhkəməsi sözügedən hallarla bağlı aşağıdakı hüquqi məsələləri diqqətə çatdırmağı zəruri hesab edir.
61. Daşınmaz əmlak üzərində mülkiyyət hüququnun əldə edilməsi üçün ümumi qayda təbii ki, dövlət reyestrində qeydiyyatın aparılmasıdır. Bu qayda Mülki Məcəllənin 139.1-ci maddəsində göstərilmişdir (§ 29).
62. Bununla belə, bəzi istisna hallar vardır ki, mülkiyyət hüququ dövlət reyestrində qeydiyyatdan qabaq yaranmış olur. Onlardan biri də ərin və arvadın əmlakının qanun i rejiminə görə nikah dövründə əldə edilmiş əşyanın onların ümumi birgə mülkiyyəti sayılmasıdır (Ailə Məcəlləsi, m.31.1 və 32.1,§42-43).
63. Nikah dövründə əldə edilən əmlak, reyestrdə tərəflərdən birinin (arvadın) adına qeydə alınmış olsa belə, digərinin (ərin) adına qeydiyyat aparılıb-aparılmamasından asılı olmayaraq, qanun əsasında onların hər ikisinin ümumi mülkiyyəti hesab edilir. Təbii ki, tərəflər öz ərizələri ilə reyestrdəki fərdi mülkiyyət qeydini ümumi mülkiyyət qeydinə dəyişdirə bilərlər, mübahisə olduqda isə məsələni məhkəmə həll edir.
64. Bu halda məhkəmə tələb əsasında iki halı təsbit edir: 1)əşyanın ər-arvadın ümumi birgə mülkiyyətdə olub-olmamasını; 2) əgər birgə mülkiyyətdirsə, tərəflərin paylarını. Ümumi mülkiyyət halını və payları tanıyan məhkəmə qərarı dövlət reyestrind ə görünən qeydin həqiqi hüquqi vəziyyətə uyğun düzəldilməsi üçün əsas olur (Mülki Məcəllənin 1391.1.4-cü və 141-ci maddələri).
65. Nəzərə alınmalıdır ki, reyestr qeydinin qurucu olması barədə ümumi qaydadan fərqli olaraq, göstərilən halda şəxsin mülkiyyət hüququ reyestr qeydi əsasında əmələ gəlmir. Artıq qanun əsasında yaranmış hüquq, məhkəmənin qərarı ilə təsbit edilir. Həmin qərar əsasında aparılan qeydiyyat isə qurucu deyil, hüquqi vəziyyəti üçüncü şəxslərə açıqlayan (informativ) mahiyyətdə olur.
66. İstər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış, istərsə də məhkəmə aktı ilə tanınmış pay bir hüquqdur. Pay ümumi mülkiyyətdə olan əşya üzərində şəxsin hansı nisbətdə hüquqa malik olduğunu göstərir.
67. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan hüququn onun sahibi tərəfindən başqa şəxsin mülkiyyətinə verilməsi mümkün olduğu kimi (MM, m.193.1, § 3*), mülkiyyət payına da ayrıca sərəncam verilməsi imkanı vardır. Bu səbəbdən Mülki Məcəllənin 215.6-cı maddəsində göstərilir ki, paylı mülkiyyətin mülkiyyətçisi öz payını sata, bağışlaya, vəsiyyət edə, girov qoya bilər və ya ona dair başqa sərəncam verə bilər (§ 31).
68. Baxılan işdə Cavabdeh2 bildirir ki, İddiaçı, mübahisəli mənzil üzərində məhkəmə qərarı ilə tanınmış 2/5 mülkiyyət payını uşaqların saxlanılması üçün məhkəmə aktı ilə tutulmuş alimentin əvəzində ona vermişdir.
69. Belə bir razılaşmanın keçərliliyi ilə bağlı Kollegiya qeyd edir ki, Ailə Məcəlləsinin 98.2-ci maddəsinə əsasən, alimentlər əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər (§ 44-45).
70. Göründüyü k imi, qanunverici alimentin əvəzində əmlak verməklə birdəfəlik ödənilməsinə imkan verir. Daşınmaz əşya üzərindəki mülkiyyət payının da bir əmlak hüququ olduğu yuxarıdakı hüquqi mövelərdən aydındır. Demək ki, tərəflərin qarşılıqlı razılığı ilə aliment öhdəliyinin əvəzi kimi mülkiyyət payına sərəncam verilməsi mümkündür.
71. Qanuna əsasən pay əvəzi ödənilməklə özgəninkiləşdirdikdə bu Məcəllədə nəzərdə tutulmuş qaydalara əməl etməlidir (MM,m.215.6, § 31).
72. Məlum olduğu kimi, daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir (MM,m.144.1, § 32).
73. Hazırkı işdə məhkəmə müəyyən etmişdir ki, İddiaçı, 3*.11.2*23-cü ildə Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli qətnaməsi ilə müəyyən e dilmiş alimentin əvəzində mübahisəli mənzil üzərindəki 2/5 payına notarial qaydada sərəncam vermiş, Cavabdeh2 da bu barədə qarşılıqlı razılığa gəldiklərini bildirərək aliment tələblərindən notarial ərizəsi ilə imtina etmişdir.
74. Aydın məsələdir ki, ikitərəfli razılaşmalar bir qayda olaraq, vahid bir sənəddə (müqavilə,saziş və s.) tərtib olunur, qarşılıqlı öhdəliklər orada əks olunur və hər iki tərəf sənədi imzalayır. Belə bir sənədin müqavilə olduğu heç kəsdə şübhə doğurmur.
75. Çünki, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasının ikitərəfli əqd olan müqavilə sayılması Mülki Məcəllənin 324.1, 324.2 və 389.1-ci maddələrində açıqca göstərilir (§ 33-34,38).
76. Lakin bəzi hallarda mülki hüquq münasibətlərinin iş tirakçıları özlərinin hüquq və vəzifələrini ərizə, akt adlandırdıqları, yaxud heç xüsusi bir ad qoymadıqları sənədlərdə əks etdirirlər. Lakin bəzən məhkəmələr tərəflərin vermiş olduqları ərizəni (ərizələri) mülki hüquqi əqd (müqavilə) olaraq qəbul etmirlər. Bunun üçün başlığında “müqavilə” və ya “razılaşma” sözləri yazılan, hər iki tərəfin öhdəlikləri əks olunan nümunəvi bir sənədin tərtib olunmasını zəruri sayırlar.
77. Məsələ burasındadır ki, bir sənədin əqd və ya müqavilə olub-olmaması, yalnızca formal tələblərə görə deyil, bu institutların zəruri ünsürlərini özündə əks etdiribetdirməməsi ilə müəyyən olunur.
78. Əqd, şəxsin bir hüquqi nəticə əmələ gətirmək məqsədilə iradə bəyan etməsidir. Hüquqi nəticə dedikdə, mülki hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı başa dü şülür (MM,m.324.1, § 33).
79. Göründüyü kimi, əqdin əsas (qurucu) ünsürləri şəxsin bir mülki hüquqi nəticə meydana gətirmək niyyəti, bu məqsədlə iradə bəyan etməsidir.
80. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər (MM,m.324.2, §34).
81. Mülki hüquqi nəticənin meydana gəlməsini bir şəxsin iradə bəyanı təmin edirsə, birtərəfli əqd mövcud olur. Məsələn, vəsiyyətnamə, etibarnamə və s.
82. Müqavilə dedikdə isə, iki və ya daha artıq şəxsin hüquqi nəticə əmələ gətirmək üçün ifadə etdikləri və bir-birinə uyğun olan iradə bəyanları başa düşülür (MM,m.324.4 və 389.1, §35, 38). Məsələn, alqı-satqı, kirayə müqaviləsi və s.
83. Odur ki, tərəflər arasında bir əqd (müqavilə) bağlanıb-bağlanmadığı mübahisəli olduqda bu məsələnin həlli üçün yalnızca sənəd(lər)in adına v ə formasına deyil, həm də onların məzmununa, mahiyyətinə, tərtiblənmə məqsədinə baxmaqla ətraflı təhlil aparılmalıdır. Təsadüfi deyil ki, Mülki Məcəllənin 324.5-ci maddəsi “İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir” qaydasını nəzərdə tutur (§ 36).
84. Eyni zamanda, həmin Məcəllənin 4*4-cü maddəsi göstərir ki, “Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış p raktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (§ 4*-41).
85. Hazırkı işdə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər notarial ərizələrində əmlak hüquqları ilə bağlı hüquqi nəticə meydana gətirmək məqsədilə öz iradələrini bəyan etmişlər. Daha aydın desək, İddiaçı aliment öhdəliyinin əvəzində mübahisəli mənzilə olan 2/5 payına sərəncam verdiyini, sonuncu isə payın müqabilində aliment tələbindən imtina etdiyini yazılı şəkildə ifadə etmişdir.
86. Qeyd edilənlərin ayrı-ayrılıqda tərtib olunan “Ərizə” adlı sənəddə əks olunmasına baxmayaraq, işin müəyyən olunmuş hallarından aşkar görünür ki, bu iradə bəyanları eyni tarixdə və vaxtda (3*.11.2*23-cü ildə, saat 12:*9 və 12:11-də) və eyni notariusda (Gəncə şəhər 6 saylı notariat ofisində) hər iki tərəfin özünü n şəxsən iştirakı ilə edilmişdir. Üstəlik, Cavabdeh2 ərizəsində tərəflərin aliment borcu ilə bağlı “qarşılıqlı razılığa gəldikləri”, İddiaçı ərizəsində isə paya məhz “alimentin əvəzi olaraq” sərəncam verdiyi açıq mətnlə yazılmışdır.
87. Bütün bunları əlaqəli və ağlabatan şəkildə mühakimə etdikdə sözügedən ərizələrin əslində iddiaçının aliment öhdəliyinin əvəzində özünün 2/5 mülkiyyət payını Cavabdeh2 verməsi barədə vahid bir notarial razılaşma – müqavilə olub-olmadığı, əgər belə bir müqavilə bağlanmışsa, onun hüquqi qüvvəsi və nəticəsi apellyasiya məhkəməsi tərəfindən müəyənləşdirilməli idi.
88. O da qeyd olunmalıdır ki, etibarlı bir əqd hüquqi nəticə doğurur. Başqa sözlə, tərəflərin bəyan etdikləri müqavilə şərtlərinə bağlı olaraq, qarşılıqlı hüquq və öhdəlikləri meydana gəlir.
89. Məsə lən, yuxarıda qeyd edilən məzmunda etibarlı müqavilə bağlanmışdırsa, İddiaçı 2/5 mülkiyyət payının Cavabdeh2 verilməsi üçün lazımi hüquqi addımları atmaq öhdəliyi (zəruri olduqda dövlət reyestrində qeydiyyat üçün ərizə vermək), sonuncunun isə həmin payın artıq ona keçdiyinin hətta məhkəmə tərəfindən tanınmasını tələb etmək hüququ vardır. Belə ki, Mülki Məcəllənin 336-cı maddəsinə əsasən, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir (§ 37).
90. Eyni qaydada Cavabdeh2 aliment tutulması ilə bağlı İddiaçı barəsində aparılan icra icraatına xitam verilməsi üçün gərəkli hüquqi tədbirləri görmək öhdəliyi (zəruri olduqda bunun üçün ərizə vermək), sonununcunun is ə mübahisə halında məhkəmə qərarı ilə barəsindəki icra təqibinə xitam verilməsini tələb etmək hüququ yaranır (“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu, m. 2*.1.5).
91. Kollegiya onu da vurğulayır ki, sözügedən razılaşmadan sonra Cavabdeh2 aliment tələbinə görə pul ödəməsinə, yaxud icra və inzibati xəta icraatında məsuliyyətə cəlb edilməsinə istinad edən İddiaçı, ayrıca iddia qaldırıb qanuni şərtləri sübuta yetirməklə aidiyyəti cavabdehlərdən düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
92. Beləliklə, 3*.11.2*23-cü tarixdə tərəflər arasında aparılmış sənədləşmələrin etibarlı bir müqavilə və bu razılaşmanın hüquqi qüvvədə olduğu təsbit edildiyi halda İddiaçı mübahisəli mənzilə olan 2/5 pay hüququnu itirməsi səbəbindən hazırkı iddianı irəli sürməyə, Cavabdeh2 və digərlərini n bağladıqları müqavilələrin etibarsızlığını mübahisələndirməyə subyektiv hüququ olub-olmadığına qiymət verilməlidir.
93. Nəzərə alınmalıdır ki, iddiaçının mübahisənin obyetinə münasibətdə subyektiv hüququnun müəyyən edilməməsi, prosessual qənaət prinsipinə uyğun olaraq, həmin müqavilələrin etibarlılığına dair araşdırma aparılmadan iddianın rədd edilməsinə əsas verir.
94. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən hüquq qaydalarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını işə düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır (§ 48-49).
95. Bu qaydalara riayət edilməməsi Azərbaycan Respublikasının Konstitusiyasının 6*-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun, İnsan Hüquqlarının və X3 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət edir (§ 27-28).
96. Ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
97. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 avqust 2*25-ci il tarixli 2(1*4)-1429/2*25 nömrəli qətnaməsi ləğv edilsin, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi and