Məhkəmə qərarları › İş №2(3-7)-534/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-7)-534/2026

08.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(3-7)-534/2026 08.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı cavabdehlər cavabdeh4, cavabdeh5, cavabdeh3, Gəncə şəhəri * saylı notariat ofisinə və Şəmkir rayonu * saylı notariat ofisinə qarşı iş üzrə (Açar sözlər: əqd, müqavilə, mülkiyyət hüququna sərəncam, subyektiv hüquq) Hakimlər X10 (sədrlik edən və məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, X4 qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi (vəkil) X5, Cavabdeh cavabdeh4 iştirakları ilə İddiaçı cavabdeh4, cavabdeh5, cavabdeh3, Gəncə şəhəri * saylı notariat ofisinə və Şəmkir rayonu * saylı notariat ofisinə qarşı «mənzilə dair bağışlama və alqı-satqı müqavilələrinin ləğv edilməsi, bu mümkün olmadıqda əmlakın əvəzi qismində pul» tələbi barədə mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *4.*6.2*25-ci il tаrixli, 2(125)- 98/2*25 nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. İddiaçı İlham oğlu və cavabdeh4 arasında *4.12.2**9-cu ildə nikah qeydə alınmış, bu nikahdan *4.*9.2*1*-cu ildə Təhminə, 19.*9.2*11-ci ildə Fidan və *9.*2.2*19-cu ildə Alim adlı övladları anadan olmuşdur;

2. Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli qətnaməsi ilə cavabdeh4 və İddiaçı arasında bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahından doğulmuş uşaqlarının anaları cavabdeh4 yanında qalmaları müəyyən edilmiş, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 13.*4.2*22-ci il tarixdən başlayaraq, İddiaçı hər ay hər uşağa görə 16* manat olmaqla, cəmi 48* manat sabit pul məbləğində alimentin tutularaq, cavabdeh4 verilməsi qət edilmişdir;

3. Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli qətnaməsi ilə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən * nömrəli evin ** nömrəli mənzilin 2/5 hissədə İddiaçı, 3/5 hissədə cavabdeh4 payları müəyyən edilmiş, cavabdeh4 birgə nikah dövründə əldə olunmuş 1.*** manat dəyərində kondisionerin yarı dəyəri qismində 5** manat, 16* manat dəyərində mətbəx televizorunun və krosnu antennasının yarı dəyəri qismində 8* manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almışdır;

4. İddiaçı tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə verilmiş və notariat qaydasında təsdiq olunmuş 3*.11.2*23-cü il tarixli ərizədə qeyd olunmuşdur ki, İddiaçı onun payına düşən Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən * nömrəli evin ** nömrəli mənzilin 2/5 hissəsini və nikah dövründə əldə edilmiş əşyaların yarı hissəsini aliment əvəzi uşaqlarına bağışlamağı ilə bağlı cavabdeh4 ilə qarşılıqlı razılığa gəlmişdir. Bununla bağlı onun gələcəkdə də heç bir iddiası və tələbi olmayacaqdır. Odur ki, Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23- cü il tarixli 2(125)-616/2*23 nömrəli icra sənədinin icra olunmadan məhkəməyə qaytarılmasına göstəriş verilməsini xahiş etmişdir;

5. X1 tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə verilmiş və notariat qaydasında təsdiq edilmiş ərizədə qeyd olunmuşdur ki, o, İddiaçı ilə qarşılıqlı razılığa gəlmişdir. Aliment ilə bağlı gələcəkdə heç bir iddiası və tələbi olmayacaqdır. cavabdeh4 borclu İddiaçı barəsində görülmüş bütün məcburi icra tədbirlərinin dayandırılmasını və Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş etmişdir;

6. Gəncə Şəhər Məhkəməsinin 14.*6.2*24-cü il tarixli 3(125)-2*37/2*24 nömrəli qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 5** manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

7. Gəncə Şəhər Məhkəməsinin 17.*1.2*25-ci il tarixli 3(125)-173/2*25 nömrəli qərarına əsasən, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 8 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir;

8. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin * saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş *7.*5.2*25-ci il tarixli 3-21-3-33/2-4955/2*25 nömrəli arayışına əsasən, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən * nömrəli evin ** nömrəli mənzili Gəncə şəhəri * saylı notariat ofisinin 18.*3.2*13-cü il tarixli 4Ə-1-*** reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən X3 tərəfindən cavabdeh4 satılmış, sonuncunun adına *5.*4.2*13-cü il tarixli, 2*2*11***2*4-*51*1-*93*43 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Gəncə şəhəri * saylı notariat ofisinin 23.*1.2*24-cü il tarixli 4/-** reyestr nömrəli bağışlama müqaviləsinə əsasən cavabdeh4 tərəfindən cavabdeh5 bağışlanmış, sonuncunun adına *6.*2.2*24-cü il tarixli 2*2*11***2*4- *51*1-*93*43 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Şəmkir rayon * saylı notariat ofisinin 19.*2.2*24-cü il tarixli 4Ə-21* reyestr nömrəli alğı-satqı müqaviləsinə əsasən cavabdeh5 tərəfindən cavabdeh3 satılmış, sonuncunun adına 23.*2.2*24-cü il tarixli 2***11*****8-*51*1-*93**8 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən * nömrəli evin ** nömrəli mənzilinə Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra vərəqinə əsasən qadağa qoyulmuşdur.

a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən * nömrəli evin ** nömrəli mənzilinə dair Gəncə şəhəri * saylı notariat ofisinin 23.*1.2*24-cü il tarixli, 4Ə-** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Şəmkir rayon * saylı notariat ofisinin 19.*2.2*24-cü il tarixli, 4Ə-21* reyestr nömrəli alğı-satqı müqaviləsinin ləğvi və bu mümkün olmadıqda isə cavabdehlər cavabdeh4 və cavabdeh5 mənzilin dəyərindən iddiaçının payına düşən 42.92* manat, əmlak qiymətləndirilməsi üçün ödənilmiş 15* manat, ödənilmiş 219 manat dövlət rüsumu və vəkil xərci üçün ödənilmiş 32* manat pul vəsaitinin alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırılmışdır ki, iddiaçının mübahisəli mənzilə dair məhkəmə qətnaməsi ilə payları müəyyən olunsa da, cavabdeh4 məqsədli şəkildə mənzili anası cavabdeh5 bağışlamışdır. cavabdeh5 isə dəyəri 1**.*** manatdan çox olan 5 otaqlı mənzili 45.*** manat məbləğinə alğısatqı yolu

10. ilə cavabdeh3 satmışdır. Beləliklə, dəyəri 1**.*** manatdan çox olan mənzilin 45.*** manat məbləğinə satılması da alğı-satqının formal əsaslarla aparıldığını göstərir.Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətində olan mənzildən məhrum edilmişdir. Onunla cavabdeh4 arasında olan razılaşmaya əsasən o, mənzilin mülkiyyətində olan hissəsini cavabdeh4 verməklə, cavabdeh4 birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün aliment tələb etməməli olduğu halda cavabdeh4 ondan aliment ödənməsi tələblərini davam etdirmişdir. Hətta bununla əlaqədar icra məmurunun təqdimatları əsasında məhkəmə qərarları ilə onun barəsində bir neçə dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir.

11. Cavabdeh cavabdeh5 3*.*8.2*24-cü il tarixdə öldüyünə görə qızı - cavabdeh4 işə onun prosessual hüquq varisi kimi cəlb edilmişdir.

12. Gəncə Şəhər Məhkəməsinin *4.*6.2*25-ci il tаrixli, 2(125)-98/2*2* saylı qətnaməsi ilə (hakim C.Quliyev) iddia tələbi təmin edilməmişdir.

13. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırılmışdır ki, İddiaçı və cavabdeh4 arasında məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin ödənilməsi qaydaları barədə 3*.11.2*23-cü il tarixdə razılaşma əldə olunmuş, həmin razılaşmaya uyğun olaraq, İddiaçı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən * nömrəli evin ** nömrəli mənzilinin mülkiyyətində olan 2/5 hissəsini Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin əvəzində cavabdeh4 təqdim etmiş, cavabdeh4 isə həmin əmlakın əvəzinə Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22ci il tarixli 2(125)- 218/2*22 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentdən imtina etmişdir. İddiaçı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən * nömrəli evin ** nömrəli mənzilinə 2/5 hissəsini aliment öhdəliklərinin əvəzi olaraq verərkən həqiqi iradəsini ifadə etmiş, cavabdeh4 İddiaçı aliment ödənilməsini yenidən tələb etdikdən sonra hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və cavabdeh4 razılaşmaya qədər öz iradələrini aşkar bəyan etmiş və bu iradə əsasında onlar arasında razılaşma yaranmışdır. Həmçinin, iradə bəyanları notariat qaydasında təsdiq olunmuş 3*.11.2*23-cü il tarixli ərizələrdə ifadə edildiyindən və bəhs edilən razılaşma Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra sənədi icra olunmadan, yəni İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakının dövlət reyestrində qeydə alınmadan gözlənilən mülkiyyət hüququ əsasında Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra sənədinin icrasından imtina olunmaqla, əldə edildiyindən həmin razılaşma forma baxımından da qanunun tələbinə uyğun olmuşdur. İddiaçı və cavabdeh4 arasında Ailə Məcəlləsinin 98.2-ci maddəsində nəzərdə tutulan qaydada əmlak təqdim olunması yolu ilə alimentin ödənilməsi barədə razılaşma bağlandığı andan İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu itirmiş, buna mütənasib olaraq da Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli icra sənədinin icraatına xitam verilməsini tələb və icra məmurunun “aliment öhdəliklərinin icrası tələbinə dair” hərəkətlərindən şikayət hüququ əldə etmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 337, 389.1, 389.2, 4*4.1, 4*4.2, 421.1, 421.2, 666.1, 673.1-ci maddələri, Ailə Məcəlləsinin 98.2, 1*9.1, 1*9.2, 1*9.3, ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

15. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun məzmunda əsaslandırılmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, yekun məhkəmə aktı qəbul edilərkən iddianın təmin olunması üçün əldə olunmuş real sübutlar olduğu tədqirdə hakim yalnız Ailə məcəlləsinin 98.2-ci maddəsi əsas tutularaq iddia tələbini təmin etməmişdir. Sual olunur ki, iddia tələbi Ailə Məcəlləsinin 98.2ci maddəsinə görə, təmin olunmayacaqdısa nəyə görə digər sübutlar tələb olunurdu. İş materiallarından göründüyü kimi məhkəmə bu prosessual məcəllənin müvafiq maddələrinin tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı tərəfindən təqdim olunmuş və hakim tərəfindən sorğu əsasında əldə olunmuş mötəbər sübutları düzgün qiymətləndirməyərək iddianı təmin etməməkdə haqlı olmamışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

18. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1429/2*25 nömrəli, 27 avqust 2*25-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Q.Rzaquliyev – sədrlik edən və məruzəçi, G.İ.Cavadova və R.A.Məcidov) apellyasiya şikayəti təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələbi təmin edilmiş, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən * nömrəli evin ** nömrəli mənzilinə dair Gəncə şəhəri * saylı notariat ofisində cavabdeh4 ilə cavabdeh5 arasında bağlanmış 23.*1.2*24-cü il tarixli, 4Ə-** reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi və cavabdeh5 ilə cavabdeh3 arasında Şəmkir rayon * saylı notariat ofisində bağlanılmış 19.*2.2*24-cü il tarixli, 4Ə-21* reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi qət edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən * nömrəli evin ** nömrəli mənzili iddiaçı ilə cavabdeh cavabdeh4 birfə nikah dövründə əldə etdikləri əmlak olduğu halda 23.*1.2*24-cü il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilə bağlanarkən həmin əmlaka mülkiyyət hüququ olan iddiaçı İddiaçı razılığı olmadan həmin mənzil cavabdeh cavabdeh cavabdeh4 tərəfindən öz anasına bağışlanmış, sonuncu isə qısa müddət ərzində həmin mənzilin alğısatqısına dair müqavilə bağlamış olsa da, mənzil hazırkı vaxtadək cavabdeh cavabdeh4 istifadəsində qalmaqda davam edir. Yəni tərəflər arasında bağlanmış həmin əqd əslində görünüş üçün bağlanmış əqddir. Digər tərəfdən cavabdeh cavabdeh4 qardaşının iş yoldaşı olan cavabdeh3 cavabdeh cavabdeh4 ilə onun keçmiş həyat yoldaşı arasında həmin mənzilə dair məhkəmə mübahisənin olduğunu bildiyi halda alğı-satqı müqaviləsinin bağlanmasında tərəf kimi iştirak etmişdir.

20. Kollegiya hesab etmişdir ki, cavabdeh4 tərəfindən Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən * nömrəli evin ** nömrəli mənzilin cavabdeh5 bağışlanmasına dair Gəncə şəhəri * saylı Notariat ofisində bağlanmış reyestrdə 4Ə-** nömrə ilə qeydə alınmış 23.*1.2*24-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edildiyindən, cavabdeh5 ilə cavabdeh3 arasında Şəmkir rayon * saylı Notariat ofisində bağlanmış reyestrdə 4Ə-21* nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli 19.*2.2*24-cü il tarixli daşınmaz əmlakıln alğı-satqısına dair müqavilə də etibarsız hesab edilir.

21. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 225.1, 225.6, 324.1, 324.5, 324.6, 337.1, 337.2, 337.4, 34*.1, 666.1, 1*91.1, 1*91.2, 1*92.1-ci maddələrinə istinadla əsaslandırmışdır.

Kassasiya instansiyası məhkəməsində icraat

22. Cavabdeh cavabdeh4 (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması və ya iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

23. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdeh iddiaçı ilə 3*.11.2*23-cü il tarixli ərizəsinə əsasən razılığa gəlmiş, iddiaçının bu iradə ifadəsi notariat qaydasında təsdiq olunmuşdur. Həmin razılaşma forma baxımından qanunun tələblərinə uyğun olunmuş, bağışlanma müqaviləsi bağlanan zaman həmin ərizə notariat ofisinə təqdim edilmişdir. Lakin məhkəmə kollegiyası bunları nəzərə almamış və bu hallara heç bir hüquqi qiymət verməmişdir.

24. Alimentlə bağlı isə iddiaçı Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*25-ci il tarixli 2(125)-218/2*22 saylı icra sənədinin icraatına xitam verilməsi barədə müraciət edib icra məmurunun qərarının (hərəkət və ya hərəkətsizliyini) qanuniliyini mübahisələndirə bilərdi.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1*.*2.2*26-cı il tarixlə qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(1*4)-1429/2*25 nömrəli, 27 avqust 2*25-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.

26. Kassasiya məhkəməsi, hesab etmişdir ki, əvvəla, cavabdehin göstərdiyi xüsusat birinci instansiya məhkəməsində ətraflı araşdıraraq müəyyən etmişdi ki, həqiqətən də tərəflər arasında 3*.11.2*23-cü il tarixdə notarial formada bir razılaşma olmuşdur. Belə ki, iddiaçı İddiaçı mənzil üzərindəki 2/5 payını alimentin əvəzi olaraq uşaqlarına bağışladığını ərizəsində ifadə etmiş, cavabdeh cavabdeh4 da ərizə verərək qarşılıqlı razılığa gəldiklərini, aliment ilə bağlı gələcəkdə heç bir iddia və tələbinin olmayacağını bildirmişdir.

27. Kassasiya məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən məhz bu halı nəzərə almış və qeyd etmişdi ki, tərəflər arasında Ailə Məcəlləsinin 98.2ci maddəsinə uyğun olaraq, əmlak təqdim olunması yolu ilə alimentin ödənilməsi barədə notarial formada razılaşma olmuşdur. İddiaçı, məhkəmə qərarı ilə tanınmış payına sərəncam verdiyi üçün mübahisəli mənzillə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmək haqqını itirmiş, aliment öhdəlikləri üzrə icra icraatına xitam verilməsini tələb etmək hüququ qazanmışdır. (§ 14).

28. Buna baxmayaraq, apellyasiya məhkəməsi nəinki göstərilən faktlara hüquqi qiymət verməmiş, qətnaməsində bu məsələyə ümumiyyətlə münasibət bildirməmişdir. Halbuki, yuxarı məhkəmə, aşağı məhkəmənin hüquqi mövqeyi ilə niyə razılaşmadığını əsaslandırmağa borcludur. Bu, həm də tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun təmin edilməsi baxımından vacibdir. Çünki tərəfin xeyrinə olduğunu düşündüyü bir faktın məhkəmə tərəfindən niyə nəzərə alınmadığını bilmək haqqı var.

29. Kassasiya məhkəməsi qeyd etmişdir ki, baxılan işdə cavabdeh cavabdeh4 bildirmişdir ki, iddiaçı İddiaçı, mübahisəli mənzil üzərində məhkəmə qərarı ilə tanınmış 2/5 mülkiyyət payını uşaqların saxlanılması üçün məhkəmə aktı ilə tutulmuş alimentin əvəzində ona vermişdir.

30. Belə bir razılaşmanın keçərliliyi ilə bağlı Kollegiya qeyd etmişdir ki, Ailə Məcəlləsinin 98.2-ci maddəsinə əsasən, alimentlər əmlak təqdim olunması yolu ilə və barəsində razılıq əldə olunmuş digər üsullarla alına bilər. (§ 44-45).

31. Hazırkı işdə məhkəmə müəyyən etmişdir ki, iddiaçı İddiaçı, 3*.11.2*23-cü ildə Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin əvəzində mübahisəli mənzil üzərindəki 2/5 payına notarial qaydada sərəncam vermiş, cavabdeh cavabdeh4 da bu barədə qarşılıqlı razılığa gəldiklərini bildirərək aliment tələblərindən notarial ərizəsi ilə imtina etmişdir.

32. Hazırkı işdə birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, tərəflər notarial ərizələrində əmlak hüquqları ilə bağlı hüquqi nəticə meydana gətirmək məqsədilə öz iradələrini bəyan etmişlər. Daha aydın desək, İddiaçı aliment öhdəliyinin əvəzində mübahisəli mənzilə olan 2/5 payına sərəncam verdiyini, sonuncu isə payın müqabilində aliment tələbindən imtina etdiyini yazılı şəkildə ifadə etmişdir.

33. Qeyd edilənlərin ayrı-ayrılıqda tərtib olunan “Ərizə” adlı sənəddə əks olunmasına baxmayaraq, işin müəyyən olunmuş hallarından aşkar görünmüşdür ki, bu iradə bəyanları eyni tarixdə və vaxtda (3*.11.2*23-cü ildə, saat 12:*9 və 12:11-də) və eyni notariusda (Gəncə şəhər * saylı notariat ofisində) hər iki tərəfin özünün şəxsən iştirakı ilə edilmişdir. Üstəlik, cavabdeh4 ərizəsində tərəflərin aliment borcu ilə bağlı “qarşılıqlı razılığa gəldikləri”, İddiaçı ərizəsində isə paya məhz “alimentin əvəzi olaraq” sərəncam verdiyi açıq mətnlə yazılmışdır.

34. Bütün bunları əlaqəli və ağlabatan şəkildə mühakimə etdikdə sözügedən ərizələrin əslində iddiaçının aliment öhdəliyinin əvəzində özünün 2/5 mülkiyyət payını cavabdeh cavabdeh4 verməsi barədə vahid bir notarial razılaşma – müqavilə olub-olmadığı, əgər belə bir müqavilə bağlanmışsa, onun hüquqi qüvvəsi və nəticəsi apellyasiya məhkəməsi tərəfindən müəyyənləşdirilməli idi.

35. O da qeyd olunmuşdur ki, etibarlı bir əqd hüquqi nəticə doğurur. Başqa sözlə, tərəflərin bəyan etdikləri müqavilə şərtlərinə bağlı olaraq, qarşılıqlı hüquq və öhdəlikləri meydana gəlir.

36. Məsələn, yuxarıda qeyd edilən məzmunda etibarlı müqavilə bağlanmışdırsa, İddiaçı 2/5 mülkiyyət payının cavabdeh4 verilməsi üçün lazımi hüquqi addımları atmaq öhdəliyi (zəruri olduqda dövlət reyestrində qeydiyyat üçün ərizə vermək), sonuncunun isə həmin payın artıq ona keçdiyinin hətta məhkəmə tərəfindən tanınmasını tələb etmək hüququ vardır. Belə ki, Mülki Məcəllənin 336-cı maddəsinə əsasən, əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı əsasında həyata keçirilir (§ 37).

37. Eyni qaydada cavabdeh4 aliment tutulması ilə bağlı İddiaçı barəsində aparılan icra icraatına xitam verilməsi üçün gərəkli hüquqi tədbirləri görmək öhdəliyi (zəruri olduqda bunun üçün ərizə vermək), sonununcunun isə mübahisə halında məhkəmə qərarı ilə barəsindəki icra təqibinə xitam verilməsini tələb etmək hüququ yaranır (“İcra haqqında” Azərbaycan Respublikasının Qanunu, m. 2*.1.5).

38. Kollegiya onu da vurğulamışdır ki, sözügedən razılaşmadan sonra cavabdeh4 aliment tələbinə görə pul ödəməsinə, yaxud icra və inzibati xəta icraatında məsuliyyətə cəlb edilməsinə istinad edən İddiaçı, ayrıca iddia qaldırıb qanuni şərtləri sübuta yetirməklə aidiyyəti cavabdehlərdən düşdüyü zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

39. 3*.11.2*23-cü tarixdə tərəflər arasında aparılmış sənədləşmələrin etibarlı bir müqavilə və bu razılaşmanın hüquqi qüvvədə olduğu təsbit edildiyi halda iddiaçı İddiaçı mübahisəli mənzilə olan 2/5 pay hüququnu itirməsi səbəbindən hazırkı iddianı irəli sürməyə, cavabdeh cavabdeh4 və digərlərinin bağladıqları müqavilələrin etibarsızlığını mübahisələndirməyə subyektiv hüququ olub-olmadığına qiymət verilməlidir.

40. Nəzərə alınmalıdır ki, iddiaçının mübahisənin obyetinə münasibətdə subyektiv hüququnun müəyyən edilməməsi, prosessual qənaət prinsipinə uyğun olaraq, həmin müqavilələrin etibarlılığına dair araşdırma aparılmadan iddianın rədd edilməsinə əsas verir.

41. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq bu qənaətə gəlmişdir ki, apellyasiya instansiyası məhkəməsi yuxarıda göstərilən hüquq qaydalarını nəzərə almamış, maddi və prosessual hüquq normalarını işə düzgün tətbiq etməmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara, tərəflərin qarşılıqlı münasibətinə və qanunvericiliyə uyğun əsaslandırmamışdır.

42. Kassasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 6*-cı maddəsinə, İnsan Hüquqlarının və X9 X13 6-cı maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1, 32.1, 98.1, 98.2-ci maddələrinə, Mülki Məcəllənin 139.1, 144.1, 193.1, 215.6, 324.1, 324.2, 324.4, 324.5, 336.1, 389.1, 39*.1, 4*4.1, 4*4.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.1, 217.3, 416.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.

Apellyasiya instansiya məhkəməsində ikinci icraat

Proses iştirakçılarının izahatları

43. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı onun nümayəndəsi (vəkil) X5 apellyasiya şikayətinin dəlillərini müdafiə edərək izahatında göstərmişdir ki, cavabdeh bu günədək aliment almaqda davam edir və iddiaçının iki dəfə həbs olunmasına səbəb olmuşdur.

44. Məhkəmə kollegiyasının iclasında iddiaçı İddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətinin təmin edilməsini xahiş etdi.

45. Məhkəmə kollegiyasının iclasında cavabdeh cavabdeh4 apelyasiya şikayətinin dəlillərinə etiraz edərək yanvar ayında digə cavabdeh cavabdeh3 üçüncü şəxsə satdığını, onun da həmin evdən köçdüyünü bildirdi. Tətbiq edilən hüquq

46. Azərbayan Respublikasının Mülki Məcəlləsi: Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 331.2. Qanunda, digər hüquqi aktlarda və ya tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər (müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

47. AR Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2*21-ci il tarixli Qərarı. Həmin qərarda qeyd edilir ki, etibarsızlıq mülki hüquqda əqdin qanunvericiliyə zidd olması səbəbilə hüquqi nəticə yaratmadığı bütün halları ifadə edən ümumi anlayışdır. Mülki Məcəllənin 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Qərarda vurğulanmışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olubolmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Həmin qərarda vurğulanmışdır ki, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Bununla belə, əqdin əhəmiyyətsizliyi faktının mövcud olubolmaması ilə bağlı mübahisə yaranarsa əhəmiyyətsizliyin təsbiti üçün məhkəmədə iddia qaldırıla bilər. Məhkəmə araşdırması zamanı əqdin əhəmiyyətsiz olması müəyyən edilərsə, məhkəmə tərəfindən verilən qərar əhəmiyyətsizlik halının mövcud olub-olmaması ilə bağlı hüquqi mübahisənin aradan qaldırılması məqsədini daşıyır.

48. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34*.2-ci maddəsinin şərh edilməsinə dair 18 mart 2*22-ci il tarixli Qərarı. Həmin qeyd edilir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.

49. Əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 iyun 2*22-ci il tarixli Qərardadı. Həmin qərardadda qeyd edilmişdir ki, nəzərə alınmalıdır ki, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallar istisna olmaqla əqdin etibarlılığı və ya etibarsızlığı məsələləri iddia tələbindən və məhkəmədən kənarda mövcud olan hüquqi hadisələrdir. Etibarsızlıq, əqdin etibarlılıq şərtləri ilə bağlı bir anlayışdır. Yəni, əqd bağlanarkən qanunla müəyyən edilmiş etibarlılıq şərtlərinə uyğun olduqda etibarlı sayılır, uyğun olmadıqda isə etibarsız hesab edilir. Etibarlılıq şərtləri, bir müqavilənin əsaslı hüquqi nəticələr yaratmasını təmin edən tələblərdir. Qanunda bütün əqdlər üçün tələb olunan (əqdi bağlayan şəxsin anlaqlı olması, əqdin məzmununun mümkünsüz, məcburi hüquq qaydalarına zidd olmaması, əqdi əmələ gətirən iradə ifadələrinin sağlam/zədələnməmiş olması, iradə bəyanlarının uydurma və ya yalan olmaması) və müəyyən növ əqdlər üçün tələb edilən (qanunda nəzərdə tutulmuş formaya uyğun olması, gərəkli razılığın verilmiş olması və s.) etibarlılıq şərtləri nəzərdə tutulmuşdur. Əhəmiyyətsiz əqdlər forma və məzmun etibarilə məcburi hüquq qaydalarına zidd olduqları üçün hər hansı əlavə qayda və ya şərtdən, yəni müddətin keçməsindən, mübahisələndirilməsindən və ya müvafiq məhkəmə qərarından asılı olmayaraq bağlandığı andan özü-özlüyündə etibarsızdır (Mülki Məcəllə, maddə 337.3). Belə əqdlərin etibarsızlığı (əhəmiyyətsizliyi) bir qayda olaraq qanunda birbaşa nəzərdə tutulur (Mülki Məcəllə, maddə 329.1, 34*.1, 34*.2 və s.).

57. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 119.6. Yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.*.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 42*. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.

Apellyasiya baxışının hədləri

56. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

57. Kollegiya qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya instansiya məhkəməsinin hüquqi mövqeyi nəzərə alınmalıdır.

58. Hazırkı işdə iddia tələbi rədd edildiyindən, iddiaçı qətnaməni tam mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası proses iştirakçılarını dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

60. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 42*-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28.*2.2*12-ci il tarixli Qərarında göstərilmişdir ki, Mülki Prosessual Məcəllənin 42*-ci maddəsində təsbit edilmiş kassasiya instansiya məhkəməsinin göstərişləri həmin Məcəllənin 416, habelə 4*7.1.4, 4*7.2 və 4*8.1.5-ci maddələrində nəzərdə tutulmuş qanuni hədlər daxilində olduqda və həmin Məcəllənin 419.2.9-cu maddəsinin tələbinə uyğun əsaslandırıldıqda, işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi üçün məcburidir.

61. Hazırkı mülki işlə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 1*.*2.2*26-cı il tarixli qərarındakı göstərişlər Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarında nəzərdə tutulmuş “qanuni hədlər daxilində” olduğundan, məhkəmə kollegiyası həmin göstərişlərə istinad edərək, hazırkı mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *4.*6.2*25-ci il tаrixli, 2(125)- 98/2*25 nömrəli qətnaməsini tam hissədə yoxlayaraq aşağıdakıları qeyd edir.

50. Kassasiya kollegiyası öz qərarında qeyd etmişdir ki, 3*.11.2*23-cü tarixdə tərəflər arasında aparılmış sənədləşmələrin etibarlı bir müqavilə və bu razılaşmanın hüquqi qüvvədə olduğu təsbit edildiyi halda iddiaçı İddiaçı mübahisəli mənzilə olan 2/5 pay hüququnu itirməsi səbəbindən hazırkı iddianı irəli sürməyə, cavabdeh cavabdeh4 və digərlərinin bağladıqları müqavilələrin etibarsızlığını mübahisələndirməyə subyektiv hüququ olub-olmadığına qiymət verilməlidir.

51. Nəzərə alınmalıdır ki, iddiaçının mübahisənin obyetinə münasibətdə subyektiv hüququnun müəyyən edilməməsi, prosessual qənaət prinsipinə uyğun olaraq, həmin müqavilələrin etibarlılığına dair araşdırma aparılmadan iddianın rədd edilməsinə əsas verir.

62. İşdən müəyyən olunur ki, İddiaçı ilə cavabdeh4 arasında nikah dövründə əldə edilmiş evə müvafiq olaraq 2/5 və 3/5 hissələrdə paylı mülkiyyət hüquqları tanınmışdır. İddiaçı bildirir ki, mübahisəli əmlak üzərində məhkəmə aktı ilə 2/5 hissədə payı olduğu halda cavabdeh4 mənzili anasına bağışlamış, sonuncu da formal alqı-satqı etmişdir.

63. Cavabdeh tərəf etirazında qeyd edir ki, mənzilin 2/5 hissəsini 3*.11.2*23-cü il tarixdə ərizə əsasında alimentin əvəzi kimi ona verildiyi üçün mübahisələndirilən müqavilələr bağlanarkən iddiaçının razılığına ehtiyac olmamışdır.

64. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hüquqi mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında Ailə Məcəlləsinin 98.2-ci maddəsinə uyğun olaraq, əmlak təqdim olunması yolu ilə alimentin ödənilməsi barədə notarial formada razılaşma olmuşdur. İddiaçı, məhkəmə qərarı ilə tanınmış payına sərəncam verdiyi üçün mübahisəli mənzillə bağlı hazırkı iddia ilə məhkəməyə müraciət etmək haqqını itirmiş, aliment öhdəlikləri üzrə icra icraatına xitam verilməsini tələb etmək hüququ qazanmışdır. Bu hüquq çərçivəsində iddiaçı aliment tutulması ilə əlaqədar məhkəmə qərarı ilə barəsində icra təqibinə xitam verilməsini tələb edə bilər.

65. Kollegiya qeyd edir ki, işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, iddiaçı mənzil üzərində olan payına sərəncam verməklə, həmin paya mülkiyyət hüququnu aliment öhdəliklərinə xitam verilməsi ilə əvəz etmişdir.

66. Belə olan tədirdə, nə qədər ki, iddiaçı mənzil üzərində olan pay hüququna xitam verərək əvəzində aliment öhdəliyindən azad olmuş, həmin mənzilin hüquqi müqəddəratına dair sonradan bağlanan əqdlər də onun hüquq və mənafelərinə toxuna bilməz.

67. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə, kollegiya hesab edir ki, şikayətin dəlilləri əsaslı deyildir və işə baxan birinci instansiya məhkəməsi düzgün olaraq mübahisəyə Ailə Məcəlləsinin 98.2-ci maddəsinin tələbləri baxımından xitam vermişdir.

68. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.*.2, 392, 393, 4*2.1, 4*5, 4*6.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi:

İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin *4.*6.2*25-ci il tаrixli, 2(125)- 98/2*25 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində cavabdeh İsgəndərov Xəqani İsfəndiyar oğlu tərəfindən Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. İş üzrə keçirilmiş ekspertizanın dəyəri qismində 1** manat iddiaçıdan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar