Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-1609/2024 26.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X5 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh1 MMC-yə qarşı mənzilin təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e- 2(012)-1818/2024 nömrəli, 12 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) İddiaçı Cavabdeh1 MMC-yə (Cavabdeh2 MMC-yə) qarşı mənzilin təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia tələbinin təmin edilməməsi, iş üzrə ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh1 MMC-yə qarşı mənzilin təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli, 16 saylı müqavilə üzrə öhdəliklərin cavabdeh tərəfindən icra edilməsi, ünvan 1 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.00 kv.metr olan, 2 otaqlı, 43 saylı mənzilin iddiaçıya təhvil verilməsi, iddiaçının həmin mənzilə olan alıcı, istifadə, sahiblik və mülkiyyət hüquqlarının bərpa edilməsi, ünvan 1 ünvanında Cavabdeh1 MMC tərəfindən inşa edilmiş binanın 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.00 kv.metr olan, 2 otaqlı, 43 saylı mənzildən iddiaçının istifadə hüququnun qarşısındakı maneələrin aradan qaldırılması, iddiaçının mənzildən istifadə, mülkiyyət və sahiblik hüquqlarının həyata keçirilməsinə maneələr yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ev tikintisi sahəsində fəaliyyət göstərən Cavabdeh1 MMC ünvan 1 ünvanında 14 mərtəbəli yaşayış binası inşa edir. Cavabdeh1 MMC ilə iddiaçı arasında bağlanmış və Cəmiyyətin direktoru X1 imza və möhürü ilə təsdiq edilmiş xx.xx.2011-ci il tarixli, 16 saylı müqaviləyə əsasən cavabdeh qeyd edilən yaşayış binasının 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.00 kv.m olan 2 otaqlı, 43 saylı mənzili iddiaçıya satmışdır. Həmin müqavilənin 2.2.1-ci bəndinə əsasən ümumi sahəsi 102.00 kv.m olan həmin mənzilin bir kv.metrinin dəyəri 400 manat müəyyən edilməklə ümumi satış qiyməti 40800 manat məbləğində müəyyən edilmişdir. Müqavilənin 2.2.2-ci maddəsində göstərilir ki, müqavilənin 2.2.1-ci bəndində qeyd olunan mənzil dəyəri xx.xx.2010-cu il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış ümumi məbləği 38720 manat, ümumi sahəsi 121 kv.metr təşkil edən mənzillə əvəzlənir. Bu müqavilənin 2.2.2-ci bəndində göstərilən məbləğdən 38720 manatı "xxxx" MMC-yə ödənilmişdir. Müqavilənin 2.2.3-cü bəndinə əsasən bu müqavilənin 2.2.1 və 2.2.2-ci bəndlərində göstərilən mənzillərin əvəzləşməsi zamanı arada yaranacaq fərq aidiyyəti olan tərəfdən alınacaqdır. Cavabdeh1 MMC-nin iddiaçıya təqdim etdiyi xx.xx.2011-ci il tarixli kassa mədaxil orderindən müəyyən olunur ki, ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.00 kv.m olan 2 otaqlı, 43 saylı mənzili almaq üçün iddiaçı tərəfindən 38720 manat "xxxx" MMC-yə ödənilmişdir. Cavabdeh1 MMC-nin iddiaçıya təqdim etdiyi xx.xx.2011-cü il tarixli öhdəlikdən müəyyən olunur ki ünvan 1 ünvanında inşa edilən yaşayış binasının 3-cü blokunun 7-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 102.00 kv.metr olan 2 otaqlı, 43 saylı mənzilə görə İddiaçı qalıq borcu 2080 manatdır. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli 16 saylı müqavilənin 2.2.2 və 2.2.3-cü bəndlərindən müəyyən olunur ki, Cavabdeh1 MMC digər təşkilatın, "xxxx" MMC-nin xx.xx.2010-cu il tarixli müqaviləsi üzrə iddiaçı qarşısında götürdüyü öhdəliyin icrasını öz üzərinə götürmüşdür. Belə ki, xx.xx.2010-cu il tarixdə "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqavilənin 1-ci bəndinə əsasən "xxxx" MMC ünvan 2 ünvanında inşa etdiyi 14 mərtəbəli yaşayış binasının 1-ci bloku, 9-cu mərtəbəsində yerləşən, ümumi sahəsi 121 kv.metr təşkil edən, 2 otaqdan ibarət 63 saylı mənzili iddiaçıya 38720 manata satmış, lakin sonradan üzərinə götürdüyü öhdəlikləri icra edə bilməmişdir. Bundan sonra, qarşılıqlı razılaşma əsasında Cavabdeh1 MMC, "xxxx" MMC-nin iddiaçı qarşısında olan öhdəliyinin icrasını könüllü olaraq öz üzərinə götürmüş, "xxxx" MMC ilə iddiaçı arasında bağlanmış müqaviləyə xitam verilmiş və əvəzində Cavabdeh1 MMC ilə hazırki müqavilə bağlanmışdır. Lakin hazırda Cavabdeh1 MMC xx.xx.2011-ci il tarixli müqavilə əsasında üzərinə götürdüyü öhdəliyi icra etməkdən və mənzilə görə qalan pulun ödənilməsinə şərait yaratmayaraq onu qəbul etməkdən imtina edir, müqavilədə göstərilən mənzili iddiaçının istifadəsinə vermir. Baxmayaraq ki, həmin mənzilin 38720 manat dəyəri iddiaçı tərəfindən tam ödənilmiş və müqavilə hazırda qüvvədədir. Ödənilməmiş məbləğ 2080 manat təşkil edir ki, mənzilin təhvil verilməsi qarşılığında qalıq məbləği iddiaçı ödəmək istəsə də, cavabdeh tərəf mənzili təhvil verməkdən və qalıq məbləği qəbul etməkdən imtina edir. Cavabdeh1 MMC-nin iddiaçı qarşısında öhdəliyi yaranmış və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi tam əsassız və qanunsuzdur. Məhkəmə belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən, İddiaçı həmin müqavilədə müəyyən edilmiş mənzili Cavabdeh1 MMC-dən almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında mənzilin tam dəyərini MMC-yə ödəməli olmasına dair vəzifənin daşıyıcısı olmuşdur. O, müqavilə əsasında MMC-dən müqavilə predmetini almasına dair hüququndan istifadə etmiş, lakin onun bütün dəyərini ödəməli olmasına dair vəzifəsini, habelə Cavabdeh1 MMC müqavilədə nəzərdə tutulmuş yaşayış sahəsini təqdim etmək öhdəliyini ağlabatan müddətdə (yəni 3 il ərzində) tam yerinə yetirməmişdir. Ağlabatan müddət dedikdə mövcud şəraitin imkan verdiyi həddə məsələnin məqsədəmüvafiq şəkildə icrası üçün zəruri olan mümkün zaman müddəti başa düşülür. Hazırki iş üzrə materiallardan da görünür ki, cavabdeh tərəf məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə vermişdir. İş materiallarından müəyyən olunur ki, iddiaçı hazırki iddia ilə birinci instansiyası məhkəməsinə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin icra müddətinin ağlabatanlığının 3 il (xx.xx.2014-cü il) olması nəzərə alınarsa, bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi barədə iddia qaldırmaq üçün son tarix xx.xx.2017-ci il olduğundan, məhkəmə hesab edir ki, İddiaçı vaxtında məhkəməyə müraciət etməmiş, yəni qeyd edilən müqavilə üzrə iddia müddətinin keçməsi barədə cavabdehin dəlili əsaslıdır. Hesab edir ki, məhkəmənin gəldiyi nəticə səhvdir və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Belə ki, son bir ilə kimi Cavabdeh1 MMC demək olar ki, faktiki fəaliyyət göstərməmiş, müqavilə üzrə qalıq borc ödənilə biləcək adam olmamış, cəmiyyətin möhürü cinayət işləri ilə əlaqədar prokurorluq orqanında olmuş, sonradan da ödəniş edilməsi istənildikdə cəmiyyət ödənişi qəbul etməmişdir. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində “Birlik-İnşaat”, “Xəmsə- İnşaat”, “Hayan-E” (Proqres-2016) və Cavabdeh1 MMC-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə aparılan cinayət işinin istintaqı ilə əlaqədar zərərçəkmiş qismində keçdiyindən zərərin əvəzi olaraq qeyd edilən mənzil Cavabdeh1 MMC tərəfindən verilməsi öhdəliyi götürülmüşdür. 2021-ci ilin əvvəllərinə kimi bina sakinlər, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin cəlb etdiyi təşkilatlar tərəfindən tikilmiş, 2021-ci il tarixdən binanın tikintisinin davam etdirilməsi Prokurorluq tərəfindən Şərurlu İsfəndiyar adlı iş adamına tapşırılmışdır. Binanın tikintisi 2023-cü ilin sonlarında yekunlaşmış və binanın təhvil verilməsi barədə mübahisələr bundan sonra yaranmışdır. 2023-cü ilin sonlarına kimi bina hazır olmadığından, mənzillərin təhvil verilməsi barədə mübahisə mövcud olmamışdır. Bu səbəbdən hesab edir ki, hazırki mənzillər cinayət işi üzrə dəymiş zərərin əvəzi olaraq verildiyindən, eyni zamanda mənzilin təhvil verilməsi barədə mübahisələr 2023-cü ilin sonlarında yarandığından hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməz. Eyni zamanda qeyd etmək istəyir ki, Cavabdeh1 MMC-nin direktoru Əfqan Zeynalov da hazırki binada bir çox problemlər yaradığından barəsində cinayət təqibi başlanmışdır. Belə ki, Bakı Ağır Cinayət Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(101)-132/2021 nömrəli hökmü ilə X3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.2 və 313-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş, ona Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsi ilə müəyyən olunmuş cinayət məsuliyyətinə cəlb edilmə müddəti keçdiyindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.1-ci maddəsinə əsasən cəza təyin edilməmiş, X1 27 fevral 2016-cı il tarixdən 27 iyul 2016-cı il tarixədək həbsdə olduğu, 27 iyul 2016-cı il tarixdən 20 avqust 2016-cı il tarixədək ev dustaqlığında olduğu cəmi 5 ay 21 gün Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmış və üzərində qəti olaraq 6 il 9 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, X1 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə təyin olunmuş əsas cəza - 6 il 9 gün müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab olunmuş və ona 3 il sınaq müddəti müəyyən edilmişdir. Qeyd edilən mənzil zərər əvəzi ödənildiyindən, mübahisənin yaranması 2023-cü ilə təsadüf etdiyindən hazırki iş üzrə iddia müddəti tətbiq edilə bilməzdi. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi Vəkil barışıq sazişinin təsdiq edilməsi barədə yazılı ərizə ilə məhkəməyə müraciət edərək, barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, cavabdehin nümayəndəsi X4 məhkəmə kollegiyasına ərizə ünvanlayaraq, icraatda olan iş üzrə tərəflər arasında məhkəmədənkənar razılıq əldə edilməklə barışıq sazişi bağlandığından, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarını araşdırıb, məruzəçini, işdə iştirak edən şəxsin izahatını dinləyib, tərəflərin təqdim etdikləri ərizələri nəzərdən keçirib məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında barışıq əldə edildiyindən, ərizələr təmin edilməli, barışıq sazişi təsdiq edilməli, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməsinə dair qərardad qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. Apellyasiya icraatı zamanı tərəflər barışıq sazişi təqdim edərək və bununla əlaqədar olaraq iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarılması barədə razılığa gəldiklərini bildirmişlər. Azərbaycan Respublikası MPM-nin 370.1. maddəsinə əsasən apellyasiya şikayəti qəbul olunduqdan sonra iddiaçının iddiadan imtina etməsi və tərəflərin barışıq sazişi bağlaması apellyasiya instansiyası məhkəməsinə ünvanlanmış yazılı ərizələrdə ifadə olunmalıdır. Mülki Prosessual Məcəllənin 370.2. maddəsinə əsasən ərizələrə baxılma qaydası, iddiadan imtinanın qəbul edilib-edilməməsinin, tərəflərin barışıq sazişinin təsdiq edilibedilməməsinin nəticələri bu Məcəllənin 191-ci maddəsinin qaydaları ilə müəyyən olunur. Mülki Prosessual Məcəllənin 191.2. maddəsinə əsəsən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prossesual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddidan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə, məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, hər bir şəxs öz hüquqlarının və qanunlar qorunan maraqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Əgər şəxs irəli sürdüyü iddianı müdafiə edərsə, tələbinin əsaslı olmasına dair istinad etdiyi halları sübut etməlidir. Məhkəmədə tələbin sübut ediləcəyi təqdirdə iddianı təmin edilməsi qənətinə gəlməlidir. İddia tələbi üzrə irəli sürülmüş tələblər üzrə yekun məhkəmə aktı qəbul edilmədən başa çatdırılması halları mövcuddur ki, bu hallarda da tələb üzrə qətnamə qəbul edilmədən, iş üzrə icraata qərardad qəbul edilməklə yekun nəticə verilir. Belə hallardan biri də barışıq sazişi bağlanmasıdır. Bu halda iddia tələbi üzrə icraata qətnamə qəbul edilmədən qərardad ilə xitam verilir. Məhkəmə kollegiyasına barışıq sazişi təqdim edilmiş və barışıq sazişində aşağıdakılar qeyd edilmişdir: Birinci tərəf saziş imzalandıqdan sonra ünvan 3 ünvanında yerləşən binada 1 giriş 8 mərtəbədə ümumi sahəsi 100,18 k.v.m. olan 53 nömrəli mənzili ikinci tərəfə təqdim etməyi, ikinci tərəf isə təqdim edilmiş mənzili qəbul etməklə tərəflər arasında bağlanmış xx.xx.2024 tarixli 53 nömrəli müqavilə əsasında həmin mənzilin dəyərini müqaviləyə əlavə cədvəl üzrə müəyyən edilmiş müddət ərzində tam ödəməyi öhdəsinə götürür. İkinci tərəf hazırda Sumqayıt Apellyasiya Məhkəməsində qaldırılmış iddia tələbi üzrə davam edən məhkəmə mübahisəsinə son qoymağı və ilkin iddia tələbindən tamamilə imtina etdiyini və işin məhkəmədən kənar qaydada həll edildiyini nəzərə alaraq mübahisələndirilən iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ərizə ilə müraciət edilməsini öhdəsinə götürür. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirin, və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bır məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə işçilərinə nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqca vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.3. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bır məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və va onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Azərbaycan Respublikası MPM-nin 261.0.5. maddəsinə əsasən tərəflər barışıq sazişi imzalamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası MPM-nin 262.4. maddəsinin tələbinə görə işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, tərəflərin bağlamış olduqları barışıq sazişi qanuni və əsaslı olduğundan təsdiq edilməli, Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilməklə, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Mülki Prosessual Məcəllənin 119.1. maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 191.2, 261-262, 263- 264, 370.1., 384.0.5., 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. İddiaçının nümayəndəsi Vəkil və Cavabdeh1 MMC-nin barışıq sazişinin təsdiq edilməsi barədə ərizələri qəbul edilsin. Abşeron Rayon Məhkəməsinin 12 iyul 2024-cü il tarixli qətnaməsi ləğv edilsin və mülki iş üzrə icraata xitam verilsin. İddiaçı Cavabdeh1 MMC-yə qarşı mənzilin təhvil verilməsi və müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi tələbinə dair mülki iş üzrə İddiaçı, iddiaçının nümayəndəsi Vəkil, Cavabdeh1 MMC və cavabdehin nümayəndəsi Nümayəndə2 arasında bağlanmış 25 dekabr 2024-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin: Birinci tərəf saziş imzalandıqdan sonra ünvan 3 ünvanında yerləşən binada 1 giriş 8 mərtəbədə ümumi sahəsi 100,18 k.v.m. olan 53 nömrəli mənzili ikinci tərəfə təqdim etməyi, ikinci tərəf isə təqdim edilmiş mənzili qəbul etməklə tərəflər arasında bağlanmış xx.xx.2024 tarixli 53 nömrəli müqavilə əsasında həmin mənzilin dəyərini müqaviləyə əlavə cədvəl üzrə müəyyən edilmiş müddət ərzində tam ödəməyi öhdəsinə götürür. İkinci tərəf hazırda Sumqayıt Apellyasiya Məhkəməsində qaldırılmış iddia tələbi üzrə davam edən məhkəmə mübahisəsinə son qoymağı və ilkin iddia tələbindən tamamilə imtina etdiyini və işin məhkəmədən kənar qaydada həll edildiyini nəzərə alaraq mübahisələndirilən iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ərizə ilə müraciət edilməsini öhdəsinə götürür. Sazişin imzalanması əvvəllər mövcud olan mübahisəyə və ya qeyri-müəyyən hüquq və ya iddialara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. Sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırkı mübahisə ilə əlaqədar bir-birini və ya aidiyyəti şəxsləri, hazırkı və keçmiş direktorlarını, vəzifəli şəxslərini, idarəçilərini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə və birdəfəlik azad edirlər. Saziş könüllü icra ediləcəkdir. Saziş könüllü icra edilmədiyi təqdirdə tərəflərdən biri Sazişin məcburi icrası üçün məhkəmə və ya notariusa müraciət edə bilər. Əgər hər hansı tərəf digər tərəfə qarşı Sazişin icrası ilə əlaqədar müvafiq qaydada məhkəmə və ya notariusa müraciət edərsə, həmin tərəfin qeyd olunan tədbirləri görmək üçün çəkdiyi müvafiq hüquqi xərcləri və məsrəfləri digər tərəf ona ödəməlidir. Əgər Saziş həm məhkəmə, həm də notarius tərəfindən təsdiq edilmişdirsə, Sazişin məcburi icrası həm məhkəmənin qərarına, həm də notarisun icra qeydinə əsasən həyata keçirilə bilər. Tərəflər razılığa gəlirlər ki, onların heç biri digərinin nüfuzuna xələl gətirməyəcək, buna səbəb olan hər hansı davranış və ya münasibətə yol verməyəcəkdir. Tərəflər razılığa gəlirlər ki, tərəflərin hər birinin yazılı razılığı olmadan Sazişə dəyişiklik, düzəliş və ya əlavələr edilə bilməz. Sazişin hər hansı müddəası səlahiyyətli orqan tərəfindən etibarsız və ya qüvvədən düşmüş hesab edildiyi təqdirdə tərəflər razılığa gəlirlər ki, yerdə qalan müddəalar hüquqi qüvvəsini saxlayacaqdır. Tərəflər bununla təsdiq edirlər ki, onların vəkil və ya hüquqşünasla məsləhətləşmək hüququ vardır və onlar sazişin şərt və müddəaları ilə əlaqədar öz vəkilləri ilə məsləhətləşiblər. Tərəflər təsdiq edirlər ki, onlar Sazişi və onun imzalanmasının və icra edilməsinin nəticələrini tam başa düşürlər. Tərəflər razılaşırlar ki, hazırkı Sazişdəki heç bir müddəa hər hansı tərəfin təqsirin, və ya qanuna zidd hərəkətini etiraf etməsi kimi qəbul edilmir və digər şəxslər tərəfindən bu cür şərh edilə bilməz. Tərəflər mediasiya zamanı əldə edilmiş hər hansı bır məlumatı və ya sənədləri məxfi saxlamaq və Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, bunu heç kimə açıqlamamaq vəzifələrini bir daha təsdiqləyirlər. Tərəflər aşağıdakı şəxslər və hallar istisna olmaqla, bu Sazişin məzmununu üçüncü şəxslərə açıqlaya bilməz: bu məlumatı bilmələri vacib olan vəzifəli şəxslərinə işçilərinə nümayəndələrinə, vəkillərinə, auditorlara və vergi məsləhətçilərinə; bu məlumatların açıqlanması qanunvericiliklə tələb edildikdə və ya vacib olduqca vergi işçilərinə, digər dövlət qurumlarına, banklara və publik hüquqi şəxslərə; Sazişin təsdiqlənməsi və ya qüvvəyə minməsi üçün məhkəmələrə və notariuslara. Bu Sazişin məzmununun Sazişin 3.4.1. və 3.4.3. bəndlərində sadalanan şəxslər tərəfindən açıqlanmasına görə həmin şəxslərə müvafiq məlumatı açıqlayan tərəf məsuliyyət daşıyır. Tərəflər arasında digər razılaşma yoxdursa, "iş tərəflərin qarşılıqlı razılığı ilə həll edildi” və ya oxşar bir şərh vermək və ya ictimaiyyətə açıq olan hər hansı bır məlumatı açıqlamaq və ya istinad etmək məxfiliyin pozulması hesab edilməyəcək. Bu Saziş tərəflər arasında vahid razılaşma təşkil edir və bu mövzuda yazılı və ya şifahi başqa müqavilə və ya razılaşma yoxdur. Bu Saziş bütün tərəflər və va onların nümayəndələri tərəfindən imzalanana qədər heç bir tərəf üçün məcburi olmayacaqdır. Bu Saziş son imzanın atıldığı gündən qüvvəyə minir. Tərəflərin bu saziş icra edildikdən sonra bir-birilərinə qarşı hazırkı mübahisə ilə əlaqədar iddia qaldırmaq hüququ istisna edilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-1609/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-1609/2024
26.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver