Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-207/2026 29.04.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Əli oğlunun cavabdeh Cavabdeh MMC-yə (hüquqi varisi Hüquqi varis MMC) qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK cəlb olunmaqla mənzillərin təhvil verilməsi tələbinə dair mülki iş üzrə (Açar sözlər: mənzilin təhvil verilməsi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), X2 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı Əli oğlunun vəkili və nümayəndəsi nümayəndə1, cavabdehin vəkili və nümayəndəsi vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 vəkili vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 iştirakı ilə İddiaçı İddiaçı Əli oğlunun cavabdeh Cavabdeh MMC-yə (hüquqi varisi Hüquqi varis MMC) qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK cəlb olunmaqla mənzillərin təhvil verilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və cavabdeh Cavabdeh MMC-nin hüquqi varisi Hüquqi varis MMC tərəfindən verilmiş apellyasiya Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı və Uçot İdarəsinin ## ###### 2025ci il tarixli, *-**-*-*-*/*-*****/**** saylı cavab məktubundan görünür ki, qərardadda qeyd olunan hüquqi şəxslərdən Hüquqi varis Məhdud Məsuliyyətli Cəmiyyəti (VŐEN **********) ##.##.2023cü il tarixdə Cavabdeh MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil edilmişdir və onun hüquqi varisidir. Digər hüquqi şəxslərin bir-biri ilə hüquqi varisliyi barədə məlumat müəyyən edilməmişdir. Hüquqi varis Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ##.##.2023-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, həmin tarixdən ##.##.2024-cü il tarixədək təsisçisi və qanuni təmsilçisi X4 olmuş, ##.##.2024-cü il tarixdən hazıradak təsisçisi və qanuni təmsilçisi X3r. 2.Cavabdeh MMC ilə İddiaçı Əli oğlu arasında ## ###### 2018-ci il tarixdə bağlanmış Mənzil tikintisi haqqında müqavilənin surətindən görünür ki, öz Nizamnaməsi əsasında fəaliyyət göstərən Cavabdeh MMC-nin direktoru X5 və digər tərəfdən Bakı şəhəri, ünvan 5 ünvanında yaşayan, sonralar «Payçı» adlandırılan vətəndaş İddiaçı Əli oğlu aşağıdakılar haqqında müqavilə bağlamışdırlar: 1. Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında MMC tərəfindən inşa edilən binasının A giriş, 9-cu mərtəbəsində, 62-** №-li mənzil «Payçı»nın mülkiyyətinə verməyi, «Payçı» isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz öhdəsinə götürür; Göstərilən mənzil 3+2 otaqdan ibarətdir; Mənzilin ümumi sahəsi 194,5 kv.m-dir (111,5 m2 + 83 m2); Göstərilən mənzilin ümumi dəyəri 106975 manat məbləğində müəyyən olunmuşdur. 3.Cavabdeh MMC tərəfindən İddiaçı Əli oğluna verilmiş ## ###### 2018-ci il tarixli, ** nömrəli maliyyə arayışından görünür ki, İddiaçı Əli oğlu Cavabdeh MMC-yə məxsus Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında inşa edilən yüksəkmərtəbəli yaşayış binasının A giriş, 9-cu mərtəbəsində yerləşən, sahəsi 194,5 m2 olan, 3+2 otaqlı, 62-** №-li mənzilin dəyərini qalıq olmadan 100% ödəmişdir. 4."xxxx" MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 arasında ## ###### 2018-ci il tarixdə bağlanmış müqavilənin surətindən görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, R. Axundov küçəsində inşa edilən yüksək mərtəbəli yaşayış binasının tikintisi ilə məşğul olan Cavabdeh MMC ilə bağlanmış ## ###### 2019-cu tarixli, **/* nömrəli müqaviləyə əsaslanaraq çıxış edən "xxxx" MMC-nin sədri Hacıyev İlqar Çingiz oğlu (bundan sonra «Satıcı»), digər tərəfdən mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 (bundan sonra «Alıcı»), bu müqaviləni aşağıdakı şərtlərlə bağlamışdırlar: Satıcı Xırdalan şəhəri, R.Axundov küçəsində inşa edilən üç girişli yüksək mərtəbəli yaşayı binasından 2 otaqlı, ümumi sahəsi 75,1 kv.m olan (bundan sonra yaşayış binası) Alıcının mülkiyyətinə verir, Alıcı isə mənzilin dəyərini bu Müqavilə ilə müəyyən edilmiş qaydada Satıcıya ödəyir. Alıcı yuxarıda göstərilən yaşayış binasının "C" bloku, 5-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 75.1 kv.m-dən ibarət olan, 2 otaqlı, *** saylı mənzilin hər kvadrat metri 500 manata olmaqla, cəmi 37550 manat (otuz yeddi min beş yüz əlli) manatı Satıcıya ödəməyi öhdəsinə götürür. Ödəniş haqda maliyyə arayışı müqaviləyə əlavə olunduqdan sonra müqavilə qüvvəyə minir. 5."xxxx" MMC tərəfindən verilmiş ## ###### 2019-cu il tarixli maliyyə arayışından görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 "xxxx" MMC-nin Xırdalan şəhəri, R.Axundov küçəsində inşa etdiyi üç bloklu çox mərtəbəli yaşayış binasının "C" bloku, 5-ci mərtəbə, ümumi sahəsi 75.1 kv.m olan 2 otaqlı, *** nömrəli mənzilin ümumi dəyərini tam ödəmişdir və şirkətə heç bir borcu yoxdur. 6.mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında ## ###### 2021-ci il tarixdə bağlanmış Kooperativ Mənzil Tikintisi haqqında ** saylı müqavilənin surətindən görünür ki, müqavilənin predmetini «Satıcı»ya ayrılmış ünvan 2 məhəllə ünvanında «Payçı»ların vəsaiti hesabına inşa edilmiş yaşayış binasının ** saylı mənzili təşkil edir. «Satıcı» inşa edilmiş, 1-ci giriş, 9-cu mərtəbə, ** saylı mənzilini «Payçı»ya təhvil verməyi öhdəsinə götürür. Mənzil 3 otaqdan ibarətdir, Mənzilin ümumi tikinti sahəsi 132,53 kv.m; Mənzilin hesablaşma sahəsi 132,53 kv.m; Mənzilin yaşayış sahəsi 68,7 kv.m-dir. Mənzilin dəyəri başa gəlmə qiyməti ilə proqnozlaşdırılır. Bundan əlavə həmin müqavilədə mənzilin dəyərindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təsdiq olunan məbləğ olan 63501 manat çıxıldığı, «Payçı»nın qalıq borcunun 29270 manat, aylıq ödənişinin 1220 manat təşkil etdiyi, son ödəniş tarixinin «23» fevral 2023-cü il tarixi olduğu qeyd edilmişdir. 7.mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında inşa edilən kooperativ yaşayış binası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTKya məxsusdur. Bu binanın 1-ci giriş, 9-cu mərtəbəsində, tikinti sahəsi 132,53 kv.m (Bu sahəyə qonşu divarlar 50%, çöl divarlar 100%, eyvan 100%, mənzilə daxil olan arakəsmələr 100% daxildir), yaşayış sahəsi 68,7 kv.m olan 3 otaqlı, ** saylı mənzilin pay dəyəri payçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən tam ödənilmişdir və onun MTK-ya borcu yoxdur. 8.mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 arasında ## ###### 2019-cu il tarixdə bağlanmış Kooperativ Mənzil Tikintisi haqqında ** saylı müqavilənin surətindən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK-nın Nizamnaməsinə əsasən hərəkət edən sədr İ.M.Axundov şəxsində və bir tərəfdən ünvan 3 ünvanında yaşayan, sonradan «Payçı» adlanacaq, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən zərərçəkmiş kimi tanınan vətəndaş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4, digər tərəfdən aşağdakılar haqqında razılaşaraq bu müqaviləni bağlamışdırlar: Müqavilənin predmetini «Satıcı»ya ayrılmış ünvan 2 məhəllə ünvanında «Payçı»ların vəsaiti hesabına inşa edilmiş yaşayış binasının ** saylı mənzili təşkil edir. «Satıcı» inşa edilmiş, 1-ci giriş 9-cu mərtəbə, ** saylı mənzilini «Payçı»ya təhvil verməyi öhdəsinə götürür, mənzil 2 otaqdan ibarətdir. Mənzilin ümumi tikinti sahəsi 76,2 kv.m, mənzilin hesablaşma sahəsi isə 76,2 kv.m-dir; Mənzilin dəyəri başa gəlmə qiyməti ilə proqnozlaşdırılır. Bundan əlavə həmin müqavilədə mənzilin dəyərindən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən təsdiq olunan 11850 manat məbləğində pul çıxıldığı, əlavə olaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTKya 2000 manat ödənildiyi, «Payçı»nın qalıq borcunun 24250 manat, aylıq ödənişinin 866 manat təşkil etdiyi, son ödəniş tarixinin «05» fevral 2022-ci il tarix olduğu qeyd edilmişdir. 9.mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında inşa edilən kooperativ yaşayış binası mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTKya məxsusdur. Bu binanın 1-ci giriş, 9-cu mərtəbəsində, tikinti sahəsi 76,2 kv.m (Bu sahəyə qonşu divarlar 50%, çöl divarlar 100%, eyvan 100%, mənzilə daxil olan arakəsmələr 100% daxildir), yaşayış sahəsi - kv.m olan 2 otaqlı, ** saylı mənzilin pay dəyəri payçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 tərəfindən tam ödənilmişdir və onun MTK-ya borcu yoxdur. 10.Hüquqi varis MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Mübariz oğlu arasında ## #### 2025-ci il tarixdə bağlanmış Kooperativ Mənzil Tikintisi haqqında ** saylı müqavilənin surətindən görünür ki, Hüquqi varis MMC-nin (bundan sonra Satıcı adlanacaq) Nizamnaməsinə əsasən hərəkət edən MMC-nin direktoru Ə.A.Gözəlov şəxsində və bir tərəfdən, sonradan Payçı adlanacaq, vətəndaş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Mübariz oğlu (ŞV - AZE № ********), digər tərəfdən aşağdakılar haqqında razılaşaraq bu müqaviləni bağlamışdırlar: Müqavilənin predmetini «Satıcı»ya ayrılmış ünvan 2 məhəllə ünvanında «Payçı»ların vəsaiti hesabına inşa edilmiş yaşayış binasında ** saylı mənzil təşkil edir. «Satıcı» inşa edilmiş yaxud inşa ediləcək binanın 1 giriş, 9 mərtəbə, ** saylı mənzili «Payçı»ya təhvil verməyi öhdəsinə götürür; Mənzil 2 otaqdan ibarətdir, Mənzilin ümumi tikinti sahəsi 76,20 kv.m-dir; Daşınmaz əmlaka dair verilmiş çıxarışla hesablaşma aparılmır, satış zamanı azalma əmsalları da nəzərə alınmır. Mənzilin hesablaşma sahəsi 76,20 kv.m-dir; Mənzilin dəyəri başa gəlmə qiyməti ilə proqnozlaşdırılır. 11.Hüquqi varis MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında inşa edilən yaşayış binası Hüquqi varis MMC-yə məxsusdur. Bu binanın 1-ci giriş, 9-cu mərtəbəsində, ümumi tikinti sahəsi 76,20 kv.m (Bu sahəyə qonşu divarlar 50%, çöl divarlar 100%, eyvan 100%, mənzilə daxil olan arakəsmələr 100% daxildir), yaşayış sahəsi kv.m olan 2 otaqlı, ** saylı mənzilin pay dəyəri payçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 (AZE №********) tərəfindən tam ödənilmişdir və onun MMCyə borcu yoxdur. 12.Hüquqi varis MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Mübariz oğlu arasında ## ###### 2025-ci il tarixdə bağlanmış Kooperativ Mənzil Tikintisi haqqında ** saylı müqavilənin surətindən görünür ki, Hüquqi varis MMC-nin (bundan sonra Satıcı adlanacaq) Nizamnaməsinə əsasən hərəkət edən MMC-nin direktoru Ə.A.Gözəlov şəxsində və bir tərəfdən ünvan 3 ünvanında yaşayan (sonradan Payçı adlanacaq) KQMBİ tərəfindən zərərçəkmiş kimi tanınmış vətəndaş mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 Mübariz oğlu (ŞV - AZE № ********), digər tərəfdən aşağdakılar haqqında razılaşaraq bu müqaviləni bağlamışdırlar: Müqavilənin predmetini «Satıcı»ya ayrılmış ünvan 2 məhəllə ünvanında «Payçı»ların vəsaiti hesabına inşa edilmiş yaşayış binasında ** saylı mənzil təşkil edir. «Satıcı» inşa edilmiş yaxud inşa ediləcək binanın 1 giriş, 9 mərtəbə, ** saylı mənzili «Payçı»ya təhvil verməyi öhdəsinə götürür; Mənzil 2 otaqdan ibarətdir, Mənzilin ümumi tikinti sahəsi 76,20 kv.m-dir; Daşınmaz əmlaka dair verilmiş çıxarışla hesablaşma aparılmır, satış zamanı azalma əmsalları da nəzərə alınmır. Mənzilin hesablaşma sahəsi (tikinti sahəsi ilə) 76,20 kv.m; Mənzilin dəyəri başa gəlmə qiyməti ilə proqnozlaşdırılır. Bundan əlavə həmin müqavilədə mənzilin dəyərindən KQMBİ tərəfindən təsdiq olunmuş 11850 manat zərər məbləğinin çıxıldığı, əlavə olaraq Hüquqi varis MMC-yə 2000 manat ödənildiyi, «Payçı»nın qalıq borcunun 24250 manat, aylıq ödənişinin 866 manat təşkil etdiyi, son ödəniş tarixinin ## ###### 2022-ci il tarixi olduğu, aylıq ödəniş tarixinin hər ayın 05-i olduğu və ödənişin nağd şəkildə həyata keçirildiyi qeyd edilmişdir. 13.Hüquqi varis MMC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, ünvan 2 ünvanında inşa edilən yaşayış binası Hüquqi varis MMC-yə məxsusdur. Bu binanın 1-ci giriş, 9-cu mərtəbəsində, ümumi tikinti sahəsi 76,20 kv.m (Bu sahəyə qonşu divarlar 50%, çöl divarlar 100%, eyvan 100%, mənzilə daxil olan arakəsmələr 100% daxildir), yaşayış sahəsi kv.m olan 2 otaqlı, ** saylı mənzilin pay dəyəri payçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 (AZE №********) tərəfindən tam ödənilmişdir və onun MMCyə borcu yoxdur. 14.mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli ərizədən görünür ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 payçısı olduğu ünvan 1 ünvanında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK-ın inşa etdiyi binanın 1-ci giriş, 9-cu mərtəbəsində yerləşən, ** saylı, 132,53 kv.m sahəsi olan 3 otaqlı mənzilindən imtina edərək mənzilə görə ödədiyi vəsaiti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK-dan tərəfindən tam şəkildə geri aldığını bildirmiş və MTK ilə aralarında bağlanan ##.##.2021-ci il tarixli, ** saylı müqaviləyə xitam verilməsi gələcəkdə ** saylı mənzilə və məbləğə dair heç bir iddia və tələbinin olmayacağına təminat verərək və sözlərini öz imzası ilə təsdiq edərək, hazırda mülki iş üzrə heç bir iddia və tələbi olmadığını qeyd etmişdir. 15.Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış ##.##.2025-ci il tarixli, *-*-***/*-******/**** nömrəli cavab məktubundan görünür ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsindən cavabdeh Hüquqi varis MMC-nin fəaliyyəti ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində toplanmış materialların tərkibində olan X8 və X9 adına olan müqavilələrin və maliyyə arayışlarının surətlərinin Abşeron Rayon Məhkəməsinə göndərilməsi xahiş olunmuş, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən *(***)-****/**** nömrəli sorğuya qeyd edilən mənzillərlə bağlı, o cümlədən, X16 müraciəti üzrə araşdırma aparılmadığı və Hüquqi varis MMC-yə aid arxiv sənədlərin "xxxx” MTK-ya təhvil verildiyi bildirilmişdir. 16.Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Abşeron Rayon Məhkəməsinin hakimi Mirnəsir Mirhəsənliyə ünvanlanmış məktubundan görünür ki, ünvan 4 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahələri 120 m² ölçüdə olan ** saylı mənzili Cavabdeh MMC tərəfindən ##.##.2011-ci il tarixli, *** nömrəli alqısatqı müqaviləsi ilə X10 adına, 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahələri 68 m² ölçüdə olan ** saylı mənzili isə Cavabdeh MMC tərəfindən ##.##.2011-ci il tarixli nömrəli alqısatqı müqaviləsi ilə X9 adına rəsmiləşdirilmişdir. 17.Yerində müayinəyə dair ## #### 2026-cı il tarixli protokoldan görünür ki, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında bina hazır inşa edilmiş vəziyyətdə olmuşdur. Özünü binanın komendantı kimi təqdim etmiş şəxs binada olan mənzillərin sahiblərinin qeydiyyat kitabını kollegiya üzvlərinə göstərmişdir. Həmin kitabın məzmunundan görünür ki, binanın 9-cu mərtəbəsində yerləşən 3 otaqlı, sahəsi 132,53 m² olan ** nömrəli mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məxsusdur. Həmin binanın 9cu mərtəbəsində yerləşən 2 otaqlı, sahəsi 76,2 m² olan ** nömrəli mənzil mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 məxsusdur. Qeydiyyat kitabçasında ümumiyyətlə sahəsi 111,5 m² və 83 m² olan mənzillər aşkar olunmadı. Tərkib üzvləri komendantla birlikdə liftdən istifadə edərək, liftin * nömrəli düyməsini basaraq 9-cu mərtəbəyə qalxaraq həmin mərtəbədə sahəsi 111,5 m² və 83 m² olan mənzilləri aşkar etmədilər. Birinci instansiya məhkəməsində icraat 18.İddiaçı İddiaçı Əli oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh Cavabdeh MMC arasında ##.##.2018-ci il tarixdə bağlanmış müqaviləyə əsasən təhvil verməyi öhdəsinə götürdüyü Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında “xxxx“ MMC tərəfindən inşa edilən binanın A Giriş, 9 mərtəbəsində 111,5 kv.m olan 3 otaqlı və 83 kv.m sahədən ibarət olan 2 otaqlı mənzillərin ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 19.İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Əli oğlu ilə Cavabdeh MMC ilə arasında ##.##.2018-ci il tarixdə bağlanmış mənzil tikintisi haqqında müqaviləyə əsasən Cavabdeh MMC Bakı şəhəri, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında MMC tərəfindən inşa edilən binanın A giriş, 9 mərtəbəsində, 62-63 № mənzili iddiaçının mülkiyyətinə verməyi, iddiaçı isə həmin mənzili qəbul etməyi və qabaqcadan müəyyənləşdirilmiş mənzil haqqını vaxtında ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilədə göstərilən mənzil 3+2 otaqdan ibarətdir. Müqavilənin 2-ci bəndində ümumi sahəsi 194,5 kv.m mənzildə MMC lazımi suvaq işləri aparmalı, su və kanalizasiya xəttini çəkməli, elektrik xəttləri üçün suvaq altı boruları plastik pəncərələri, giriş qapıları qoyduqdan sonra payçıya (X16) təhvil verməli idi. Mənzilin ümumi dəyəri 106975 manat məbləğində müəyyən olunmuş, hər bir kvadrat metr 550 manat olaraq qiymətləndirilmişdir. Həmçinin müqavilənin 5-ci bəndinə görə bağlandığı gün payçı tərəfindən mənzilin ümumi qiyməti tam ödənilir. Mənzilin müqavilə ilə nəzərdə tutulan dəyəri tam ödənildiyi tarixdə, mənzil payçıya tam şəkildə və heç bir qeyd-şərt olmadan təhvil verilir. Həmin anda payçı mənzildə təmir işləri apara və yaşaya bilər. ##.##.2018-ci il tarixli, ** nömrəli maliyyə arayışına əsasən Hasanzadeh X15 tərəfindən müqavilə öhdəliyi tam yerinə yetirilmişdir. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi maliyyə arayışlarının əsasında yaşayış sahəsinin dəyərinin iddiaçı tərəfindən heç bir qalıq olmadan tam ödənildiyi və həmin maliyyə arayışının qüvvədə olduğu və Cavabdeh MMC-nin öz möhür və imzası ilə təsdiq etdiyi qeyd edilmişdir. İddiaçı dəfələrlə cavabdehə müraciət etsə də aralarında bağlanmış ##.##.2018-ci tarixli mənzil tikintisi haqqında müqaviləyə əsasən cavabdeh üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında MMC tərəfindən inşa edilən binanın A giriş, 9 mərtəbəsində, **-** nömrəli mənzili ona təhvil verməmişdir. Beləliklə, iddiaçı tərəfindən müqavilə üzrə bütün öhdəliklər yerinə yetirilməsinə və məbləğin tam ödənilməsini təsdiq edən Cavabdeh MMC tərəfindən imzalanıb möhürlənən maliyyə arayışı olmasına baxmayaraq cavabdeh hələ də müqavilə üzrə öhdəliklərini yerinə yetirməkdən boyun qaçırır. Bu səbəbdən də ##.##.2018-ci tarixli müqaviləyə əsasən hesab edirlər ki, iddia tələbi təmin edilməli və müqavilə üzrə öhdəlik cavabdeh Cavabdeh MMC tərəfindən yerinə yetirilməlidir. Odur ki, hazırkı tələb ilə məhkəməyə müraciət edilmişdir. 20.Məhkəmə iclasında iştirak edən İddiaçı Əli oğlunun vəkili-nümayəndəsi nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun olaraq izahat verərək, iddia tələbinin tam haqlı olduğunu, iddiaçı ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti (hüquqi varisi Hüquqi varis MMC) arasında bağlanmış müqavilənin predmeti olan mənzilin iddiaçıdan başqa heç kimə satılmadığı, digər üçüncü şəxslərin təqdim etdiyi müqavilələrin qanunsuz və etibarsız olmaqla yanaşı iddiaçıya məxsus mənzillərlə eynilik təşkil etmədiyini, iki ilə yaxın müddətdə kifayət qədər araşdırma aparıldığını və qeyd edilən mənzillərə dair iddiaçıdan əvvələ heç bir müqavilə olmadığını bildirmiş və “xxxx” MMC ilə üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 arasında ##.##.2018-ci ildə bağlanmış müqavilənin əsassız, qanunsuz olduğunu və bunun həmin müqavilənin predmeti hissəsində 2019-cu il tarixli müqaviləyə istinad edilməklə bağlandığı cümləsindən göründüyünü, sonrakı müqavilələrin isə tikintini aparmayan MTK-lar tərəfindən və sonradan qanunsuz olaraq bağlandığını və iddianın iki ilə yaxın müddət ərzində kifayət qədər araşdırıldığına baxmayaraq ziddinə hər hansı bir sübut olmadığından iddianın təmin olunmasını xahiş etmişdir. 21.İddiaçı İddiaçı Əli oğlu məhkəmə iclasında onun vəkili-nümayəndəsi nümayəndə1 izahatında qeyd edilənləri təsdiq edərək, iddianın təmin edilməsini xahiş etdi. 22.Cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi varisi olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs Hüquqi varis MMC-nin nümayəndəsi X7 məhkəmə iclasında izahat verərək bildirdi ki, hazırkı iş ilə əlaqədar cinayət işi mövcuddur və iş ilə bağlı hallar həmin cinayət işi gedişində araşdırılır. İddiaçı İddiaçı Əli oğlunun ona təhvil verilməsini tələb etdiyi mənzil şirkət olaraq onların maraqlarına toxunur. Belə ki, həmin mənzili qarşı tərəfə onlar satmamışdırlar. Göstərilənlərə əsasən o, çıxış üçün ona vaxt verilməsini, bu mümkün olmadıqda isə iddia tələbinin əsassız olduğundan rədd edilməsini xahiş etmişdir. 23.Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 məhkəmə iclasında izahat verərək göstərdi ki, əvvəlcə o, ##.##.2018-ci il tarixdə “xxxx” MTK-dan C blok 5-ci mərtəbədə yerləşən mənzili almışdır. 2018də “xxxx” MTK ilə müqavilə bağlayarkən həmin müqavilə üzrə ilk olaraq 10000 manat pul ödəmiş, qalıq 40000 manatı isə hissə-hissə ödəməli olmuşdur. İkinci müqavilə ## ###### 2019cu ildə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK ilə bağlanmış və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTKda ona əlavə 2000 manat ödəməli olduğu bildirildiyindən həmin məbləğ mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK-ya ödənilmişdir. Sonradan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK-nın mənzilləri Hüquqi varis MMC-yə təhvil verdiyindən o, həmin şirkət ilə müqavilə bağlamışdır. Əvvəllər sözügedən binanı Cavabdeh MMC tikməyə başlamış, daha sonra davam edə bilməmiş, tikintini “xxxx” MTK yekunlaşdırmışdır. Bir müddət əvvəl müqavilə yenilənmiş və Hüquqi varis MMC adından ona müqavilə təqdim edilmişdir. 2018-ci ildən həmin mənzil onun mülkiyyətindədir. O, mənzili aldıqdan sonra mənzillərin və blokların nömrəsi dəyişdirilmişdir. Daha sonra bina “xxxx” MTK-ya verilmişdir. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK da “xxxx” MTK-nın balansındadır. “xxxx” MTK-nın mühasibinə “xxxx” MTK onun tərəfindən borcun tam ödənilməsi barədə 2019-cu ildə arayış vermişdir. “xxxx” MTK arayışı ona görə vermişdir ki, artıq borcun ona deyil, “xxxx” MTK və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK-yadır. Sözügedən binada C bloku, 5-ci mərtəbədə yerləşən mənzil ondadır. MTK-da struktur dəyişikliyi olduğunda o, binaya getmiş, ona dəyişikliklər olduğu və 2000 manat məbləğində pulun “xxxx” MTK-ya ödəməli olduğu bildirilmişdir. O da öz növbəsində qeyd edilən məbləği “xxxx” MTK-ya ödəmişdir. Daha sonra həmin binanı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK Hüquqi varis MMC-yə vermişdir. Cavabdeh MMC və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK da “xxxx” MTK-nın balansındadır və qeyd edilən MTKların bütün əməkdaşları “xxxx” MTK-nın ofisinə yerləşdirilmişdir. Bildirir ki, sözügedən mənzilə dair iki müqavilənin mövcud olmasından onun məlumatı olmamışdır. O, hazırda mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK-dan ona mülkiyyətində olan mənzilin bazar qiymətinə uyğun başqa bir mənzil verilməsini tələb edir. Əlavə olaraq qeyd edir ki, məhkəmə tərəfindən iddia tələbi təmin olunacağı təqdirdə o, ona dəymiş zərərin əvəzini MTK-lardan tələb edəcəkdir. Qeyd edilənlərə əsasən o, iddianın təmin edilməməsini xahiş etmişdir. 24.Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X11 əvvəlcə iddia tələbinə qarşı yazılı etiraz verərək, iddiaçı Hasanzadeh X15 cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti qarşı alqı-satqı müqaviləsi üzrə mübahisələr tələbinə dair mülki iş üzrə məhkəməyə qaldırılan iddia tələbinin əsasız və qanunsuz olduğuna görə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və ##.##.2025-ci il tarixdə keçirilmiş məhkəmə baxış iclasında iştirak etmiş, daha sonra növbəti məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək, ** saylı mənzilə və məbləğə dair heç bir iddia və tələbinin olmayacağına təminat verərək mülki iş üzrə heç bir iddia və tələbinin olmadığını bildirmişdir. 25.İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK-ya məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, iclasda iştirak etməmələrinin səbəbini bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 26.Cavabdeh Cavabdeh MMC-nin hüquqi varisi Hüquqi varis Məhdud Məsuliyyətli Cəmiyyəti apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnamənin ləğv edilməsi, iddia tələbinin tam rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 27.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, işin halları ilə əlaqədar məhkəmə tərəfindən araşdırılma aparılarkən müəyyən olunmuşdur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Abşeron Rayon Məhkəməsinin hakimi Mirnəsir Mirhəsənliyə ünvanlanmış məktubundan görünür ki, ünvan 4 ünvanında Cavabdeh MMC tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 1ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahələri 120 m² ölçüdə olan ** saylı mənzili Cavabdeh MMC tərəfindən ##.##.2011-ci il tarixli, *** nömrəli alqı-satqı müqaviləsi ilə X10 adına, 1-ci blok, 12-ci mərtəbəsində yerləşən, ümumi sahələri 68 m² ölçüdə olan ** saylı mənzili isə Cavabdeh MMC tərəfindən ##.##.2011-ci il tarixli nömrəli alqı-satqı müqaviləsi ilə X9 adına rəsmiləşdirilmişdir. Lakin məhkəmə tərəfindən həmin şəxslər məhkəmə icraatına cəlb olunmamış, qətnamədə də həmin şəxslərlə bağlanmış müqavilələrin iddiaçı ilə bağlanmış müqavilələrdən daha əvvəlki tarixə aid olmasına dair heç bir münasibət bildirilməmişdir. Halbuki, həmin mənzillərlə əlaqədar iddiaçıdan əvvəl başqa şəxslərlə müqavilə bağlandığı halda, həmin şəxslərin də müvafiq məhkəmə işi üzrə maraqları olması nəzərə alınmaqla iş üzrə X10 və X9 məhkəmə proseslərinə cəlb edilməsi və onlarla Cavabdeh MMC arasında bağlanmış müqavilələrə də hüquqi qiymət verilməsi iş üzrə ədalətli nəticənin əldə edilməsində mühüm əhəmiyyət kəsb edir. Lakin məhkəmə iddiaçıdan əvvəl digər şəxslərlə həmin mənzillərlə əlaqədar müqavilə bağlanması barədə məlumatlı olduğu halda həmin şəxslərin prosesə cəlb edilməsini təmin etməmişdir. 28.Həmçinin qeyd edir ki, onun tərəfindən həmin şəxslərin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində məhkəmə icraatına cəlb olunması barədə vəsatət verilsə də, heç bir əsas olmadan həmin vəsatət təmin olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 57.1- ci maddəsinin tələbləri məhkəmə tərəfindən pozulmuşdur. 29.Göründüyü kimi, məhkəmə tərəfindən işin halları ətraflı araşdırılmadan, həmin şəxslərin məhkəmə prosesinə cəlb edilməsi təmin edilmədən Abşeron Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Hesab edir ki, məhkəmə tərəfindən qəbul edilmiş müvafiq qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. 30.İddiaçı tərəfindən müvafiq iddia tələbi ilə məhkəməyə iddia müddətinin ötürülməsi ilə müraciət edilmişdir. Belə ki, mülki qanunvericiliyin tələblərinə əsasən, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti 6 il təşkil edir. İddiaçı ilə Cavabdeh MMC arasında müqavilənin ##.##.2018-ci il tarixdə bağlandığı halda, iddiaçı tərəfindən məhkəməyə 7 il sonra müraciət edilmişdir. Hətta, həmin müqavilənin xüsusiyyətlərinə görə podrat müqaviləsi üzrə iddia tələblərinin 5 il təşkil etdiyini nəzərə aldığımız zaman, yenə də iddiaçı tərəfindən iddia müddəti ötürülmüş hesab edilməlidir. Lakin iddia müddətinin tətbiqi barədə onun tərəfindən birinci instansiya məhkəməsində ərizə verilməsinə baxmayaraq məhkəmə tərəfindən ərizəyə baxılmamış və ərizə təmin edilməmişdir. Halbuki, işin hallarından da açıq-aşkar göründüyü kimi, iddiaçı tərəfindən iddia ərizəsi müddətin ötürülməsi ilə verilmişdir. AR Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən, mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 31.Məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilərkən iddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2018-ci il tarixli müqavilənin etibarlılığına qiymət verilməmişdir. Halbuki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il # ##### tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Göründüyü kimi, məhkəmə tərəfindən yekun məhkəmə aktı qəbul edilərkən müqavilənin etibarlılığı məsələsinə hüquqi qiymət verilməli olduğu təqdirdə məhkəmə tərəfindən müqavilənin etibarlılığı ilə bağlı heç bir araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən yekun məhkəmə qətnaməsi qəbul edilərkən işin halları tam və ətraflı şəkildə araşdırılmamış, iş üzrə müəyyən edilən hallara və sübutlara düzgün hüquqi qiymət verilməmişdir. 32.Halbuki, həmin mənzillərlə əlaqədar iddiaçıdan əvvəl başqa şəxslərlə müqavilə bağlandığı halda, həmin şəxslərin də müvafiq məhkəmə işi üzrə maraqları olması nəzərə alınmaqla iş üzrə X10 və X9 məhkəmə proseslərinə cəlb edilməsi və onlarla Cavabdeh MMC arasında bağlanmış müqavilələrə də hüquqi qiymət verilməsi iş üzrə ədalətli nəticənin əldə edilməsində mühüm əhəmiyyət kəsb edir. Lakin məhkəmə iddiaçıdan əvvəl digər şəxslərlə həmin mənzillərlə əlaqədar müqavilə bağlanması barədə məlumatlı olduğu halda həmin şəxslərin prosesə cəlb edilməsini təmin etməmişdir. 33.Birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş müvafiq qətnamə kifayət qədər əsaslandırma aparılmadan qəbul edilmiş, iş üzrə əhəmiyyət kəsb edən bütün hallara ətraflı münasibət bildirilməmişdir. Beləliklə də, həmin məhkəmə qətnaməsi əsaslı olmadığından işə apellyasiya qaydasında baxılması və iş üzrə mühüm əhəmiyyət kəsb edən məsələlərə münasibət bildirilməsi zəruridir. 34.Məhkəmə işinin gedişi zamanı onun tərəfindən müvafiq məhkəmə mübahisəsi ilə bağlı cinayət işinin olması, həmin cinayət işinin araşdırılıb yekun məhkəmə qərarı qəbul edilmədən müvafiq mülki mübahisəyə baxılmasının mümkünsüzlüyü məhkəmənin nəzərinə çatdırılsa da, məhkəmə tərəfindən bu fakt da nəzərə alınmamışdır. Halbuki, müvafiq cinayət işi üzrə qəbul ediləcək yekun məhkəmə aktı bu mülki iş üzrə mübahisənin ədalətli və qanuni həll edilməsində mühüm əhəmiyyət kəsb edir. Lakin məhkəmə tərəfindən qəbul edilmiş qətnamədə bu məsələ ilə əlaqədar da heç bir əsaslandırma aparılmamışdır. 35.Müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 36.mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iş üzrə faktiki hallar tam araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi və prosessual hüquq normaları kobud şəkildə pozulmuşdur. Qətnamə birbaşa onun mülki hüquqlarına toxunur və onları faktiki olaraq aradan qaldırır. Bu əsaslarla apellyasiya şikayəti verir. Məhkəmə iddiaçının müqaviləsini əsas götürərək digər bütün müqavilələri faktiki olaraq hüquqi əhəmiyyətsiz hesab etmişdir. Halbuki tikinti bir neçə hüquqi şəxs arasında ötürülmüş, mənzillər müxtəlif subyektlər tərəfindən dövriyyəyə buraxılmış, bir neçə şəxs eyni obyekt üzrə pul vəsaiti ödəmişdir. Bu halda məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324, 390, 452, 1096 və 1097-ci maddələrinin tələblərinə uyğun olaraq hüquqların toqquşmasını araşdırmalı idi. Məhkəmə isə mübahisəni yalnız podrat münasibəti kimi qiymətləndirməklə mülki dövriyyənin real vəziyyətini nəzərə almamışdır. 37.Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu öz qərarlarında göstərmişdir ki, eyni əmlak üzərində bir neçə müqavilənin mövcud olduğu hallarda məhkəmələr hüquqların yaranma ardıcıllığını, müqavilələrin hüquqi nəticələrini, ödənişlərin reallığını və tərəflərin faktiki davranışını araşdırmalı, yalnız bundan sonra hansı tərəfin üstün hüquqa malik olduğunu müəyyən etməlidir. Məhkəmə iddiaçının iddiasını təmin edərkən nəzərə almamışdır ki, o, həmin mənzillə bağlı iddiaçı İddiaçı Əli oğlundan daha əvvəl — iddiaçı ##.##.2018-ci il tarixdə, o isə ##.##.2018-ci ildə — müqavilə bağlamışdır. Həmçinin o, həmin mənzildə təmir işləri aparmaqla mənzilə faktiki sahiblik etməyə başlamışdır. Qətnamə nəticə etibarilə icrası mümkün olmayan hüquqi vəziyyət yaradır. Mübahisəli mənzillər üzrə bir neçə müqavilə, bir neçə ödəniş, cinayət işi çərçivəsində araşdırma mövcuddur. Bu şəraitdə yalnız bir tərəfin xeyrinə “təhvil verilməsi” barədə qətnamə çıxarılması digər şəxslərin hüquqlarını avtomatik ləğv edən, lakin onları həll etməyən hüquqi vəziyyət yaradır. Bu isə MPM-in 217.3-cü maddəsinə zidd olaraq qətnamənin əsaslandırılmamış olmasını göstərir. Məhkəmə iddianı təmin etməklə faktiki olaraq, onun uzun müddətdir mövcud olan müqavilə hüquqlarını, ödədiyi vəsaitləri, mənzilin ona aid edilməsi barədə təqdim etdiyi sübutları tamamilə nəzərə almadan, mübahisəli mənzilin iddiaçıya verilməsi barədə qərar qəbul etmişdir. 38.Birinci instansiya məhkəməsi isə mübahisəli mənzil üzrə onun hüquqi vəziyyətini müəyyən etmədən, təqdim etdiyi sübutlara hüquqi nəticə vermədən, faktiki olaraq hüquqlarına toxunan qətnamə qəbul etmişdir ki, bu da yuxarıda göstərilən prosessual normaların kobud pozuntusudur. Məhkəmə mübahisəni yalnız “təhvil vermə” çərçivəsində həll etmiş, halbuki real mübahisə eyni mənzilə bir neçə hüquqi iddianın mövcud olmasıdır. Bu cür işlərdə məhkəmə üçüncü şəxsin hüquqi vəziyyətini müəyyən etmədən qətnamə qəbul edə bilməz. Məhkəmə işin faktiki hallarını tam və obyektiv araşdırmamışdır. 39.İş materialları ilə təsdiq olunur ki, o, ##.##.2018-ci il tarixdə “xxxx” MMC ilə, ##.##.2019cu il tarixdə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK ilə, ##.##.2025-ci il və ##.##.2025-ci il tarixlərdə isə Hüquqi varis MMC ilə mənzillə bağlı müqavilələr bağlamış və ödənişləri tam şəkildə etmişdir. Bu faktlar maliyyə arayışları ilə sübuta yetirilir və iş materiallarına əlavə edilmişdir. Məhkəmə isə bu sənədləri formal şəkildə sadalamış, lakin onların hüquqi nəticələrini araşdırmamış, tikinti obyektinin kim tərəfindən, hansı hüquqi əsasla dövriyyəyə buraxıldığını müəyyən etməmişdir. Beləliklə, məhkəmə mübahisənin əsas predmetini – mənzil üzərində ziddiyyətli hüquqların mövcudluğunu araşdırmadan qərar qəbul etmişdir. Qeyd edir ki, o, qeyd olunan mənzilə ##.##.2018-ci il tarixdən gözlənilən mülkiyyət hüququ əldə etmişdir. Faktiki olaraq isə, hələ məhkəməyə bununla bağlı çağırılana kimi həmin mənzildə sahiblik etməyə başlamış və təmir işlərinə başlayaraq öz vəsaiti hesabına yeni giriş qapısı da qoymuşdur. 40.Azərbaycan Respublikası Mülki Məcəlləsinin “Fərdi-müəyyən əşyanı vermək öhdəliyinin icra edilməməsinin nəticələri” adlanan 452-ci maddəsində deyilir ki, “Fərdimüəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir.” 41.Hazırkı məsələdə isə, o, həmin mənzilə dair İddiaçı Əli oğlundan daha əvvəl müqavilə bağlamışdır. Belə ki, İddiaçı Əli oğlu ##.##.2018-ci il tarixdə, o isə ##.##.2018-ci ildə müqavilə bağlamışdır. Həmçinin mənzildə təmir işlərinə başlamaqla faktiki olaraq sahibliyə başlamışdır. Mülki Məcəllənin 452.1-ci maddəsinin tələbi baxımından da, üstünlük ona verilməlidir. 42.Birinci instansiya məhkəməsi isə qətnamədə qeyd edir ki, məhkəmədə sübutların tədqiqatı zamanı müəyyən edilir ki, iddiaçı Hasanzadeh X15 ilə Cavabdeh MMC arasında bağlanmış ## ###### 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh təşkilat Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında MMC tərəfindən inşa edilən binasının A giriş, 9-cu mərtəbəsində, 62-** №-li mənzili pay kimi payçıya, yəni iddiaçı Hasanzadeh X15 təhvil verməyi öhdəsinə götürmüş, payçı isə öz növbəsində müqavilədə nəzərdə tutulan mənzilin dəyərini tam ödəməklə mənzili qəbul etmək öhdəliyi götürmüş, iddiaçı tərəfindən mənzillərin dəyərinin tam ödənilməsinə baxmayaraq cavabdeh təşkilat tərəfindən müqavilənin şərtləri pozularaq mənzillər iddiaçıya təhvil verilməmiş, tərəflər arasında müqavilə ləğv edilmədən və ya etibarsız sayılmadan sözügedən müqavilə qüvvədə olduğu halda mübahisəli mənzillərə dair “xxxx” MMC, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK və Cavabdeh MMC-nin hüquqi varisi olan «xxxx-2022» MMC tərəfindən başqa şəxslərlə, yəni hazırki işdə müstəqil tələb irəli sürməyən üçüncü şəxslər mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 ilə yeni müqavilələr bağlamışdır. Halbuki, qeyd etdiyi kimi, o, həmin mənzilə dair ilk olaraq ##.##.2018-ci ildə müqavilə bağlamışdır. 43.Bundan başqa, o, 75,1 kv.m sahəsi olan mənzillə bağlı müqavilə bağlamış, Hasanzadeh X15 isə 83 kv.m sahəsi olan mənzillə bağlı müqavilə bağlamışdır. Hazırda ondan alınıb Hasanzadeh X15 verilməsi qət olunan mənzil isə 83 kv.m sahəyə malik deyil, məhz onun bağladığı müqaviləyə uyğun sahəyə malikdir. Bütün bunlar bir daha onu göstərir ki, məhkəmə həqiqəti müəyyən etmədən qətnamə qəbul etmişdir. 44.Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin VII hissəsində isə deyilir ki, Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiya Məhkəməsi öz qərarlarında dəfələrlə qeyd etmişdir ki, məhkəmə icraatında hakim mübahisənin predmeti üzrə bütün əhəmiyyətli faktiki halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etməli, sübutlara hüquqi qiymət vermədən və real hüquq münasibətlərini müəyyən etmədən qəbul edilmiş məhkəmə aktları ədalətli məhkəmə araşdırması prinsipinə ziddir. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 45.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Apellyasiya icraatı iştirakçılarının izahatları 46.Məhkəmə iclasında cavabdehin vəkili və nümayəndəsi vəkil1, müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 vəkili vəkil2, müstəqil tələb irəli sürməyən üçüncü şəxs mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs1 məhkəmədən apellyasiya şikayətlərinin təmin olunmasını xahiş etmişlər. 47.Məhkəmə iclasında iddiaçı İddiaçı Əli oğlunun vəkili və nümayəndəsi nümayəndə1 apellyasiya şikayətlərinə etiraz edərək, təmin olunmamasını xahiş etmişdir. 48.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmişlər. 49.Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə, məhkəmə işə baxmağa haqlıdır. 50.Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 51.Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 52.Maddə 324.2. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 53.Maddə 331.1. Yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. 54.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 55.Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 56.Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 57.Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. 58.Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 59.Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 60.Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 61.Maddə 753.4. Müqavilədə nəzərdə tutulmayan və sifarişçi tərəfindən yerinə yetirilməsi tələb edilməyən işlər ödənilmir. Tələb edildikdə podratçı belə işlərin nəticələrini aradan qaldırmalıdır. Əgər o bunu ağlabatan müddət ərzində etməzsə, sifarişçi onları podratçının hesabına aradan qaldıra bilər. Bundan başqa, podratçı bütün digər zərər üçün sifarişçi qarşısında məsuliyyət daşıyır. 62.Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. 63.Maddə 762.2. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 64.Maddə 762.3. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 65.Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 66.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 67.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 68.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 69.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 70.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 71.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 72.Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri 73.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 74.35. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 75.Verilmiş apellyasiya şikayətlərindən görünür ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tam mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin tam yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 76.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, yeni qətnamə çıxarılmalı, iddia təmin olunmamalıdır. 77.Əvvəla, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə təmin olunmalı deyilsə) iddia rədd edilir. 78.Belə ki, birinci instansiya məhkəməsi qətnaməsində qeyd etmişdir ki, tərəflər arasında bağlanmış müqavilənin şərtləri sonradan cavabdeh tərəfindən yerinə yetirilməmiş, bununla da iddiaçının hüquqları pozulmuşdur. Bir halda ki iddiaçının sifariş etdiyi mənzil binanın 9-cu mərtəbəsindədir və bu müddət ərzində binanın tikintisi bitmişdir, belə olan halda cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. İşin halları və qeyd edilən qanunvercilik normaları baxımdan iddiaçının həmin müqavilə üzrə ödənilmiş məbləğin əvəzində mənzilinin ona təhvil verilməsini tələb etmək hüququ vardır. İş üzrə cavabdeh və üçüncü şəxslər tərəfindən mübahisəli mənzillərin onlara və ya başqa şəxslər tərəfindən daha əvvəl alındığına dair alqı-satqı müqaviləsi təqdim edilməmişdir. Məhkəmənin sübutların əldə edilməsi barədə qərardad qəbul etsə də, qeyd edilən mənzillərə dair hər hansı bir müqavilə məhkəməyə təqdim edilməmişdir. “xxxx” MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 arasında bağlanmış müqavilədə müqavilə predmeti binanın C blokunun 5-ci mərtəbəsində yerləşdiyi, mənzilin sahəsinin fərqli ölçüdə olduğu və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 həmin müqavilə üzrə cəmi 10000 manat ödəməsinə dair izahatlarını nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 iddiaçının tələb etdiyi mənzilə dair heç bir üst-üstə düşməsi müəyyən edilmir. Hüquqi varis MMC ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 arasında və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs4 arasında bağlanmış müqavilələr isə iddiaçı ilə bağlanmış müqavilədən sonra bağlanmaqla hissəli ödənişlə sonradan bağlanmışdır. mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs2 MTK ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 arasında ## ###### 2021-ci il tarixdə bağlanmış Kooperativ Mənzil Tikintisi haqqında ** saylı müqavilə də iddiaçı ilə bağlanmış müqavilədən sonra bağlanmaqla hissəli ödənişlə sonradan bağlanmışdır. Həmçinin məhkəmə qeyd edir ki, ** saylı mənzilə dair mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs3 mübahisəli mənzilə dair imtinasının da iş üçün əhəmiyyəti olması nəzərə alınmalıdır. 79.Apellyasiya şikayətərinin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir. 80.İşin mübahisəsiz hallarından, sadalanan xüsusatlardan, iş materiallarından və iddia tələbindən göründüyü kimi, tərəflər arasında podrat müqaviləsi üzrə münasibətlər yaranmışdır. İddiaçı məhkəmədən Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında “xxxx“ MMC tərəfindən inşa edilən binanın A Girişin, 9 mərtəbəsində 111,5 kv.m sahəsi olan 3 otaqlı və 83 kv.m sahədən ibarət olan 2 otaqlı mənzillərin cavabdeh tərəfindən ona təhvil verilməsini tələb etmişdir. 81.İşin hallarından görünür ki, iddiaçı X16 ilə Cavabdeh MMC arasında bağlanmış ## ###### 2018-ci il tarixli müqaviləyə əsasən cavabdeh Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında MMC tərəfindən inşa edilən binasının A giriş, 9-cu mərtəbəsində 111,5 kv.m sahəsi olan 3 otaqlı və 83 kv.m sahədən ibarət olan 2 otaqlı mənzillərin iddiaçı Hasanzadeh X15 təhvil verməyi öhdəsinə götürmüş, iddiaçı isə öz növbəsində müqavilədə nəzərdə tutulan mənzilin dəyərini tam ödəməklə mənzillləri qəbul etmək öhdəliyi götürmüş, iddiaçı tərəfindən mənzillərin dəyərinin tam ödənilməsinə baxmayaraq cavabdeh tərəfindən müqavilədə göstərilən mənzillər iddiaçıya təhvil verilməmişdir. 82.Əvvəla kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında sifarişçi tərəfindən podratçıya sifariş edilmiş işin görülüb-görülməməsini, ümumiyyətlə binada mübahisəsi gedən və iddiaçı tərəfindən təhvil verilməsi tələb olunan 111,5 kv.m sahəsi olan 3 otaqlı və 83 kv.m sahədən ibarət olan 2 otaqlı mənzillərin mövcud olub-olmaması məsələsini araşdırmamışdır. 83.Belə ki, Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 84.Məhkəmə kollegiyası tərəfindən apellyasiya icraatı zamanı keçirilmiş yerində müayinənin nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov 39 ünvanında binanın hazır inşa edilmiş vəziyyətdə olması, binanın A girişində, 9-cu mərtəbəsində və binada 111,5 kv.m olan 3 otaqlı və 83 kv.m sahədən ibarət olan 2 otaqlı mənzillərin mövcud olmaması müəyyən edilmişdir. 85.Göründüyü kimi, binada mübahisəli mənzillərin mövcud olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi iddiada və podrat müqaviləsində göstərilən xüsusatlara uyğun olmayan mənzilləri, yəni 76,20 kv.m sahəsi olan ** nömrəli və 132,53 kv.m sahəsi olan ** nömrəli mənzilləri iddiaçıya təhvil verilməsini qət etmişdir. 86.Kollegiya mənzillərin nömrəsi ilə bağlı qeyd edir ki, bina inşa edilərkən mənzillərin sıralama nömrələrinin istənilən vaxt dəyişdirilməsi istisna olunmadığından, iddianın yalnız mənzillərin nömrələrinə əsaslanaraq təmin edilməsi düzgün və əsaslı hesab oluna bilməz. 87.Belə ki, Mülki Məcəllənin 762-ci maddəsinin məzmunundan görünür ki, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 88.Göründüyü kimi, iddiaçı podratçı olan cavabdehə 111,5 kv.m sahəsi olan 3 otaqlı və 83 kv.m sahədən ibarət olan 2 otaqlı mənzillərin inşa edilməsini sifariş etsə də, işin faktiki hallarından görünür ki, podratçı podratı ## ###### 2018-ci il tarixli müqavilədə göstərilən öhdəliyi icra etməmişdir. Belə olan halda kollegiya hesab edir ki, mövcud olmayan mənzillərin iddiaçıya təhvil verilməsinə dair iddianın təmin olunması üçüncü şəxslərin hüquqların pozulması ilə yanaşı gələcəkdə qətnamənin icrasının mümkünsüz olması ilə nəticələnəcəkdir. 89.Bununla belə məhkəmə kollegiyası izah edir ki, hazırki iddianın təmin olunmaması mənzil üçün iddiaçı İddiaçı Əli oğlu tərəfindən cavabdeh Cavabdeh MMC-yə (hüquqi varisi Hüquqi varis MMC) ödənilmiş pul vəsaitinin geri qaytarılması barədə məhkəmədə iddia qaldırmaq hüququnu istisna etmir. 90.Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlməmişdir. 91.Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, iddia təmin edilməməlidir. 92.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayətləri təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-8)-207/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-207/2026
29.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver