Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-4026/2025 24.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X3 (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə, Məhkəmə iclasının katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-411/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilə dair Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi və mübahisəli mənzilin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 MTK arasında bağlanmış 08 avqust 2006-cı il tarixli müqaviləyə əsasən Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzili almışam. Bundan sonra Cavabdeh2 MTK-nın səlahiyyətləri Cavabdeh4 MMC-yə ötürülmüş və 12 yanvar 2012-ci il tarixdə Cavabdeh4 MMC ilə müqavilə bağlanılmışdır. Lakin sonradan iddiaçı həmin mənzili istifadə edə bilməmişdir. Belə ki, həmin mənzilin Cavabdeh1 tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Həmin şəxs mübahisəli mənzilə dair 26 iyul 2006-cı il tarixli müqaviləsinin olduğunu bildirmişdir. Bununla bağlı tərəfindən Xətai Rayon Prokurorluğuna müraciət edilmişdir. Göstərilən məsələ ilə bağlı araşdırma aparılmışdır. İş üzrə xətşünaslıq ekspertizası keçirilmiş və 26 iyul 2006-cı il tarixli müqaviləsindəki möhürün əsli olmadığı müəyyən edilmişdir. Daha sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək hazırkı mülki iş üzrə Cavabdeh3 və Cavabdeh4 MMC-ni cavabdeh qismində cəlb etməklə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilə dair Cavabdeh1 ilə "Etalon-İnşaat” MTK arasında bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilə dair bağlanmış 18 sentyabr 2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-411/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, Cavabdeh1 ilə "Etalon-İnşaat” MTK arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilə dair bağlanmış 26 iyul 2006-cı il tarixli müqavilənin etibarsız hesab edilməsi, cavabdehlər "xxxx" MMC, Cavabdeh1 və Cavabdeh3 arasında Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilə dair bağlanmış 18 sentyabr 2024-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi, Bakı şəhəri, Xətai rayonu, Xocalı prospekti, 2347-48-ci məhəllə, 3-cü giriş, 4-cü mərtəbə, 3 otaqdan ibarət (141.81 kv.m) olan 213 nömrəli mənzilin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qanunsuz sahibliyindən alınaraq İddiaçı verilməsi, ödənilmiş 100 manat dövlət rüsumunun İddiaçı özünə aid edilməsi qət edilmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apellyasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsini və iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 hazırkı mülki işin iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh4nə qarşı “mənzilin təhvil verilməsi, maneələrin aradan qaldırılması və s.” tələbinə dair mülki işlə bir icraatda birləşdirilməsinə etiraz etmədiyini bildirdi. İş üzrə cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının icraatında olan iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh4nə qarşı “mənzilin təhvil verilməsi, maneələrin aradan qaldırılması və s.” tələbinə dair 2(103)-1017/2025 nörməli mülki işlə bir icraatda birləşdirilməlidir. Belə ki, apellyasiya baxışı zamanı müəyyən olundu ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1017/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadına əsasən həmin mülki iş üzrə icraat, hazırkı mülki iş - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair 2(011)-7179/2024 (2(011)-411/2025) saylı mülki iş üzrə yekun məhkəmə aktı qəbul edilib qanuni qüvvəyə minənədək dayandırılmışdır. Kollegiya qeyd edir ki, sözügedən mülki işlər eyni tərəflərin iştirak etdiyi bir-biri ilə əlaqəli işlər olduqları üçün onların bir icraata birləşdirilməsi məqsədəuyğundur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169.3-cü maddəsinə əsasən, hakim həmin məhkəmənin icraatında eyni tərəflərin iştirak etdiyi eyni növlü bir neçə işin, yaxud bir iddiaçının müxtəlif cavabdehlərə, yaxud müxtəlif iddiaçıların eyni cavabdehə iddiaları üzrə bir neçə işin olduğunu müəyyən etdikdə, bu işlərin birləşdirilməsini məqsədə müvafiq hesab edərsə, onları birlikdə baxılmaq üçün bir icraatda birləşdirməyə haqlıdır. Göründüyü kimi qeyd olunan işlərin birləşdirilməsi məqsədəmüvafiqdir və onlar birlikdə baxılmaq üçün bir icraatda birləşdirməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmiş məhkəməyə göndərilməlidir. (maddə 43.1). Məhkəmə kollegiyası, mülki-prosessual hüquq institutu olan “işlərin bir icraatda birləşdirilməsi” institutunun yuxarıda qeyd olunan iddia tələblərinə (mülki işlərə) münasibətdə tətbiqini həm ədalətli, həm də hüququn ümumi prinsiplərinə uyğun sayır. Bu həm də, ədalət mühakiməsinin səmərəliliyini şərtləndirən amillərdən olan və onun məqsədlərinə nail olunmasında mühüm rol oynayan “mübahisələrə mümkün olan qısa müddətlərdə baxılması” prinsipinə də uyğun gəlir. Beləliklə kollegiya hesab edir ki, Bakı Apellyasiya Məhkəməsində olan 2(103)-4026/2025 və 2(103)-1017/2025 saylı mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 169-cu maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 MMC-yə, Cavabdeh3 və Cavabdeh4 MMC-yə qarşı “müqavilənin etibarsız hesab edilməsi və mənzilin qanunsuz sahiblikdən geri alınması” tələbinə dair 2(103)-4026/2025 saylı mülki iş, iddiaçı Cavabdeh1 cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativi və Cavabdeh4nə qarşı “mənzilin təhvil verilməsi, maneələrin aradan qaldırılması və s.” tələbinə dair 2(103)-1017/2025 saylı mülki işlə bir icraatda birləşdirilsin, hər iki mülki işə 2(103)-1017/2025 saylı nömrə verilsin Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-4026/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-4026/2025
24.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver