Məhkəmə qərarları › İş №2(104)-1429/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1429/2025

27.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1429/2025 27.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi (vəkil) X1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 6 saylı notariat ofisinə və Şəmkir rayonu 1 saylı notariat ofisinə qarşı “mənzilə dair bağışlama və alqı-satqı müqavilələrinin ləğv edilməsi, bu mümkün olmadıqda əmlakın əvəzi qismində pul” tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin *4.*6.2*25-ci il tаrixli, 2(125)- 98/2*25 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Şəhər Məhkəməsinin *4.*6.2*25-ci il tаrixli, 2(125)-98/2*25 saylı qətnaməsi ilə (hakim C.Quliyev) İddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 6 saylı notariat ofisinə və Şəmkir rayonu 1 saylı notariat ofisinə qarşı “mənzilə dair bağışlama və alqı-satqı müqaviləsinin ləğv edilməsi, bu mümkün olmadıqda əmlakın əvəzi qismində pul” tələbi barədə iddiasının təmin edilməməsi, İddiaçı məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 1** (bir yüz) manat məbləğində pul vəsaitinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulması qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Gəncə şəhəri 6 saylı notariat ofisinə və Şəmkir rayonu 1 saylı notariat ofisinə qarşı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinə dair Gəncə şəhəri 6 saylı notariat ofisin 23.*1.2*24-cü il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Şəmkir rayon 1 saylı notariat ofisin 19.*2.2*24-cü il tarixli, 4Ə-21* reyestr nömrəli alqı-satqı müqaviləsinin İəğvi və bu mümkün olmadıqda isə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 mənzilin dəyərindən iddiaçının payına düşən 42.92* manat, əmlak qiymətləndirilməsi üçün ödənilmiş 15* manat, ödənilmiş 219 manat dövlət rüsumu və vəkil xərci üçün ödənilmiş 32* manat pul vəsaitinin alınıb iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 ilə birgə nikah dövründə əldə etdikləri, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinin ½ hissəsi üzərində birgə paylı mülkiyyət hüququnun tanınmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)- 616/2*23 nömrəli qətnaməsinə əsasən iddia qismən təmin edilmiş, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinin 2/5 hissəsi üzərində onun, digər 3/5 hissəsi üzərində Cavabdeh2 payı müəyyən edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra icra olunması üçün Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. 13.1*.2*23-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli qətnamə üzrə icra sənədinin icra edilməsi üçün Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə göndərilmişdir. Bundan sonra onun tərəfindən 14.*2.2*24-cü il tarixdə ərizə ilə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsinə müraciət edilərək, mənzilin onun mükiyyətində olan hissəsinə dair mülkiyyət hüququnun qeydə alınması xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi ona 11.*3.2*24-cü il tarixli 3-3-33/2-2492/2*24 nömrəli məktub ünvanlayaraq qeyd etmişdir ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzili başqa şəxsə satılmışdır. Onun mübahisəli mənzilə dair məhkəmə qətnaməsi ilə payları müəyyən olunsa da, Cavabdeh2 məqsədli şəkildə mənzili anası Cavabdeh3 bağışlamışdır. Cavabdeh3 isə dəyəri 1**.*** manatdan çox olan 5 otaqlı mənzili 45.*** manat məbləğinə alqı-satqı yolu ilə Cavabdeh4 satmışdır. Beləliklə, dəyəri 1**.*** manatdan çox olan mənzilin 45.*** manat məbləğinə satılması da alqı-satqının formal əsaslarla aparıldığını göstərir. Cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində o, mülkiyyətində olan mənzildən məhrum edilmişdir. Onunla Cavabdeh2 arasında olan razılaşmaya əsasən o, mənzilin mülkiyyətində olan hissəsini Cavabdeh2 verməklə, Cavabdeh2 birgə nikahdan doğulmuş uşaqların saxlanması üçün aliment tələb etməməli olduğu halda Cavabdeh2 ondan aliment ödənməsi tələblərini davam etdirmişdir. Hətta bununla əlaqədar icra məmurunun təqdimatları əsasında məhkəmə qərarları ilə onun barəsində bir neçə dəfə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati tənbeh tətbiq edilmişdir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh3 3*.*8.2*24-cü il tarixdə öldüyünə görə qızı - Cavabdeh2 işə onun prosessual hüquq varisi kimi cəlb edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, onun payına düşən ünvan 3 ünvanında yerləşən mənzilin 2/5 hissəsini və nikah dövründə əldə edilmiş əşyaların yarı hissəsini aliment əvəzi olaraq uşaqlarına bağışlamağı ilə bağlı tələbkar Cavabdeh2 ilə 2*23-cü ilin noyabr ayında qarşılıqlı razılığa gəlmişdir. Buna görə də, 28.11.2*23-cü il tarixdə X12 şəhəri üzrə İcra İdarəsinə ərizə ilə müraciət edərək, aliment tələbinə dair 2(*43)-1384/22 saylı, 25.*5.22-ci il tarixli icra sənədinin icrasının dayandıırılmasını xahiş etmişdir. 3*.11.2*23-cü il tarixdə ünvan 4 ünvanında yerləşən mənzilin 2/5 hissəsini və nikah dövründə əldə edilmiş əşyaların yarı hissəsini aliment əvəzi olaraq uşaqlarına bağışlamağı ilə bağlı notariat kontorunda təsdiq olunmuş ərizə ilə Gəncə şəhəri üzrə icra idarəsinə müraciət etmişdir. Cavabdeh2 planlı şəkildə qısa müddət ərzində aliment əvəzi olaraq imtina etdiyi mənzilə dair payını anasının adına bağışlamış və anasının adından isə üçüncü şəxsə satmışdır. Bundan sonra, 18.*1.2*24-cü il tarixdə ərizə ilə Gəncə şəhər Məhkəməsinə müraciət edərək, aliment tələbi ilə bağlı 2(*43)-218/2*22 saylı icra sənədini aralarında əldə olunmuş razlığın onun tərəfindən pozulduğunu iddia edərək, icra sənədinin yenidən icraya yönəldilməsini məhkəmədən xahiş etmişdir. Lakin aliment tələbi ilə bağlı razılaşmanın tərəfindən pozulması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Ona görə ki, tərəfindən razılaşma pozulmamışdır. Sadəcə olaraq Cavabdeh2 Elşən adlı icra məmuru ilə əlbir olaraq məhkəmə ilə müəyyən olunmuş mənzilə dair payını ələ keçirmək məqsədi ilə onu aldatmışlar. Mənzilə dair payı özgəninkiləşdirildikdən sonra, yəni 18.*1.2*24-cü il tarixə qədər yaranmış aliment borcunun və hal hazırki vaxtadək olan aliment borcu icra məmuru tərəfindən ondan tələb olunaraq tələbkara ödənilir. Məhkəmə prosesində hakimin sualına cavab olaraq bildirmişdir ki, alimentin əvəzi tərəfindən ödənildiyi tədqirdə də hazırda alimentin ödənilməsini ondan tələb edir. Bu halda hakim cavabdehin əsassız varlanmasını nəzərə almalı və mənzilə dair bağışlama, alqı-satqı müqaviləsinin və ya payına düşən pul məbləğinin alınıb ona verilməsini müəyyən edən qətnamə qəbul etməli idi. Lakin hakim əvəzində iddia ərizəni 1 ildən çox icraatında saxlamaqla cavabdehin bir növ əsassız varlanmasına şərait yaratmışdır. Cavabdeh2 ünvan 4 ünvanında yerləşən mənzilin 2/5 hissəsini və nikah dövründə əldə edilmiş əşyalarının yarı hissəsini aliment əvəzi olaraq uşaqlarına bağışlamağı ilə bağlı veridiyi razılıq ərizəsilə mənzildə olan payını məqsədli şəkildə ələ keçirərək özgəninkiləşdirmişdir. Daha sonra isə yaranmış aliment borcunu və uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması ilə bağlı müəyyən olunmuş alimentin ödənilməsini yenidən tələb etmişdir. Bu azmış kimi sonradan uşaqların saxlanılması ilə bağlı alimentin miqdarının artırılması ilə bağlı məhkəməyə müraciət edərək, qərar qəbul etdirmişdir. Bütün bu olanlar bir daha sübut edir ki, mənzilə dair bağlanmış əqd etibarsızdır. Əlavə olaraq qeyd etmək etmişdir ki, 1*.*5.2*24-cü il tarixdə tələbilə bağlı hakim mülki iş üzrə ərizəni və ona əlavə olunmuş sənədləri araşdıraraq iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsi barədə qərardad qəbul etmişdir. Bundan sonra notariat orqanına Daşınmaz əmlaka və icra idarəsinə sorğular verərək sənədləri tələb etmişdir. Bundan əlavə mənzilin qiymətləndirilməsi ilə bağlı ekspertizalar təyin etmişdir. İddia ərizəsi bir ildən çox hakimin icraatında olmuş və bir çox sübutlar toplanmışdır. Lakin yekun məhkəmə aktı qəbul edilərkən iddianın təmin olunması üçün əldə olunmuş real sübutlar olduğu tədqirdə hakim yalnız Ailə məcəlləsinin 98.2-ci maddəsi əsas tutularaq iddia tələbini təmin etməmişdir. Sual olunur ki, iddia tələbi Ailə Məcəlləsinin 98.2-ci maddəsinə görə, təmin olunmayacaqdısa nəyə görə digər sübutlar tələb olunurdu. İş materiallarından göründüyü kimi məhkəmə bu prosessual məcəllənin müvafiq maddələrinin tələblərini pozmuşdur. Belə ki, birinci instansiya məhkəməsi məhkəmə araşdırması zamanı tərəfindən təqdim olunmuş və hakim tərəfindən sorğu əsasında əldə olunmuş mötəbər sübutları düzgün qiymətləndirməyərək iddianı təmin etməməkdə haqlı olmamışdır. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmiş tərəflərdən Cavabdeh4 məhkəmə iclasına gəlməmiş, cavabdehlər Gəncə şəhəri 6 saylı notariat ofisi və Şəmkir rayonu 1 saylı notariat ofisi müvafiq şəkildə nümayəndəsini məhkəmə iclasına göndərməmiş, cavabdeh Gəncə şəhəri 6 saylı notariat ofisi məhkəməyə göndərdiyi məktubda işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə bildirişi ilə tərəflərə hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasına gəlməyəcəyi təqdirdə işə onların və nümayəndələrinin iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında göstərdi ki, ünvan 4 ünvanında yerləşən mənzil Cavabdeh2 ilə birgə nikah dövründə əldə edildiyindən cavabdehlə aralarındakı nikah pozulduqdan sonra birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin qətnaməsi ilə həmin mənzilin 2/5 hissəsinə onun payı, 3/5 hissəsinə isə Cavabdeh2 payı müəyyən edilmişdir. Həmin mənzilin 2/5 hissəsinin ona məxsus olmasına baxmayaraq Cavabdeh2 onun da payına yiyələnmək məqsədilə mənzili bütövlükdə anası Cavabdeh3 bağışlamış, sonuncu isə həmin mənzilə dair alğı-satqısı müqaviləsi bağlamaqla Cavabdeh4 satmışdır. Əslində isə mənzil hazırkı vaxtadək Cavabdeh2 istifadəsindədir. Hesab edir ki, həmin mənzilə dair bağlanmış bağışlama və alğı-satqı müqavilələri və həmin müqavilələr əsasında verilmiş müllkiyyət hüququna dair çıxarışlar etibarsızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi (vəkil) X3 apellyasiya şikayətini müdafiə edib, həmin şikayətin dəlillərinə uyğun izahat verərək qətnamənin ləğv edilib, iddianın təmin edilməsinə dair yeni qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, iddia ərizəsi ilə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinə dair Gəncə şəhəri 6 saylı notariat ofisin 23.*1.2*24-cü il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinin və Şəmkir rayon 1 saylı notariat ofisin 19.*2.2*24-cü il tarixli, 4Ə-21* reyestr nömrəli alqı-satqı müqaviləsinin İəğv edilməsini xahiş etdiyini göstərmiş olsalar da, əslində həmin müqavilələrin ləğv edilməsini yox, etibarsız hesab edilməsini xahiş edirlər. İddiaçı ilə Cavabdeh2 2**9-cu ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, birgə nikah dövründə Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzili əldə etmiş, 2*22-ci ildə nikahları pozulmuşdur. Nikahları pozulduqdan sonra aralarında əmlak bölgüsü olmuş, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilin 2/5 hissəsinə iddiaçının payı, 3/5 hissəsinə Cavabdeh2 payı müəyyən edilmişdir. Lakin Cavabdeh2 iddiaçının payını nəzərə almadan mənzili bütövlükdə anası Cavabdeh3 adına keçirmiş, daha sonra isə formal olaraq öz tanışlarının adına keçirmişdir. Lakin bununla belə həmin mənzil hazırkı vaxtadək Cavabdeh2 istifadəsindədir. Məhkəmə kollegiyasının iclasında iştirak edən və Cavabdeh2 (o, həm də Cavabdeh3 prosessual hüquq varisidir) apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb, şikayətin təmin edilmədən, iş üzrə qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Həmçinin göstərdi ki, mübahisəli ünvandakı mənzil 3/5 hissədə ona, 2/5 hissədə iddiaçıya məxsus olmuşdur. Bağışlama müqaviləsinə əsasən həmin mənzili hazırda mərhum anası Cavabdeh3 bağışlamış, anası isə həmin mənzili alğı-satqı müqaviləsinə əsasən qardaşının iş yoldaşı olan Cavabdeh4 adına keçirmişlər. Cavabdeh4 isə həmin mənzilin 3/5 hissəsinin keçmiş həyat yoldaşına məxsus olmaqla ailəsində problemin olduğunu bilirdi. Cavabdeh4 əvvəlki məhkəmə iclaslarında da iştirak etməmişdir və iştirak etməyəcəkdir. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in: 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanıldı. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Belə ki, işdə olan Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh2 və İddiaçı arasında *4.12.2**9-cu ildə Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat Şöbəsində 995 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahından *4.*9.2*1*-cu ildə anadan olmuş X2, 19.*9.2*11-ci ildə anadan olmuş X4 və *9.*2.2*19-cu ildə anadan olmuş X5 anaları Cavabdeh2 yanında qalmaları müəyyən edilmiş, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 13.*4.2*22-ci il tarixdən başlayaraq, İddiaçı hər ay hər uşağa görə 16* manat olmaqla, cəmi 48* manat sabit pul məbləğində alimentin tutularaq, Cavabdeh2 verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)- 616/2*23 nömrəli qətnaməsindən görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilin 2/5 hissədə İddiaçı, 3/5 hissədə Cavabdeh2 payları müəyyən edilmiş, Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş 1.*** manat dəyərində kondisionerin yarı dəyəri qismində 5** manat, 16* manat dəyərində mətbəx televizorunun və krosnu antennasının yarı dəyəri qismində 8* manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Gəncə Apellyasiya Məhkəməsinin 22.*5.2*23-cü il tarixli 2(1*4)-1357/2*23 nömrəli qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh2 tərəfindən Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşdə olan İddiaçı tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə verilmiş və notariat qaydasında təsdiq olunmuş 3*.11.2*23-cü il tarixli ərizədən görünür ki, X8 onun payına düşən Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilin 2/5 hissəsini və nikah dövründə əldə edilmiş əşyaların yarı hissəsini aliment əvəzi uşaqlarına bağışlamağı ilə bağlı Cavabdeh2 ilə qarşılıqlı razılığa gəlmişdir. Bununla bağlı onun gələcəkdə də heç bir iddiası və tələbi olmayacaqdır. Odur ki, Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra sənədinin icra olunmadan məhkəməyə qaytarılmasına göstəriş verilməsini xahiş etmişdir. İş materiallarında olan X9 tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə verilmiş və notariat qaydasında təsdiq edilmiş ərizədən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli icra sənədinə əsasən borclu İddiaçı *4.*9.2*1*-cu ildə anadan olmuş X2, 19.*9.2*11-ci ildə anadan olmuş X4 və *9.*2.2*19-cu ildə anadan olmuş X5 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün 13.*4.2*22-ci il tarixdən başlayaraq, hər ay hər uşağa görə 16* manat olmaqla, cəmi 48* manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. O, İddiaçı ilə qarşılıqlı razılığa gəlmişdir. Aliment ilə bağlı gələcəkdə heç bir iddiası və tələbi olmayacaqdır. Cavabdeh2 borclu İddiaçı barəsində görülmüş bütün məcburi icra tədbirlərinin dayandırılmasını və Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli icra sənədinin icra olunmadan məhkəməyə geri qaytarılmasını xahiş etmişdir. İş materiallarında olan olan “icra sənədinin qaytarılması haqqında” *1.12.2*23-cü il tarixli qərarın surətindən görünür ki, Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli icra sənədi tələbkar Cavabdeh2 ərizəsi əsasında Gəncə Şəhər Məhkəməsinə qaytarılmışdır. İşdə olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş *7.*5.2*25-ci il tarixli 3-21-3-33/2-4955/2*25 nömrəli arayışından görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzili Gəncə şəhəri 5 saylı notariat ofisinin 18.*3.2*13-cü il tarixli 4Ə-1-137 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən X6 tərəfindən Cavabdeh2 satılmış, sonuncunun adına *5.*4.2*13-cü il tarixli, 2*2*11***2*4- *51*1-*93*43 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Gəncə şəhəri 6 saylı notariat ofisinin 23.*1.2*24-cü il tarixli 4/-58 reyestr nömrəli bağışlama müqaviləsinə əsasən Cavabdeh2 tərəfindən Cavabdeh3 bağışlanmış, sonuncunun adına *6.*2.2*24-cü il tarixli 2*2*11***2*4- *51*1-*93*43 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Mənzil Şəmkir rayon 1 saylı notariat ofisinin 19.*2.2*24-cü il tarixli 4Ə-21* reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən Cavabdeh4 satılmış, sonuncunun adına 23.*2.2*24-cü il tarixli 2***11**58*8- *51*1-*93**8 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinə Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra vərəqinə əsasən qadağa qoyulmuşdur. İşdə olan 23.*1.2*24-cü il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsindən görünür ki, Cavabdeh2 mülkiyyətində olan Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilini Cavabdeh3 bağışlamışdır. İş materiallarında olan AN-İ seriyalı ******* nömrəli 19.*2.2*24-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh3 mülkiyyətində olan Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilini 45*** manata Cavabdeh4 satmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 3*.*4.2*24-cü il tarixli mütəxəssis rəyindən görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinin likvid dəyəri 98.56* manat, real bazar dəyəri isə 1*8.416 manat məbləğindədir. İş materiallarında olan 1*.*3.2*25-ci il tarixli 1*/1*78 nömrəli “məhkəmə tikinti-texniki ekspertizası”nın rəyindən görünür ki, Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinin orta bazar qiymətlərinə uyğun ümumi dəyərinin təqribən 116.5** manat, likvid dəyərinin isə 1*4.85* manat məbləğində təşkil etdiyi müəyyən edilir. İşdə olan Gəncə Şəhər Məhkəməsinin 14.*6.2*24-cü il tarixli 3(125)-2*37/2*24 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 5** manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 17.*1.2*25-ci il tarixli 3(125)- 173/2*25 nömrəli qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinmiş və barəsində 8 gün müddətə inzibati həbs növündə inzibati tənbeh tətbiq edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı və Cavabdeh2 ilə *4.12.2**9-cu ildə nikahlarını rəsmiləşdirməklə ailə qurmuş, birgə nikahdan üç uşaqları doğulmuş, Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli qətnaməsi ilə tərəflər arasındakı nikah pozulmuş, birgə nikahdan olan uşaqlar ananın yanında saxlanmışdır. Bundan sonra tərəflər arasında birgə nikah dövründə əldə olunmuş əmlakların bölünməsi ilə bağlı məhkmə çəkişməsi olmuş, Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli qətnaməsi ilə İddiaçı iddia tələbi qismən təmin edilərək birgə nikahdan olan uşaqlarının üçünün də ananın yanında qaldığı nəzərə alınmaqla Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilin 2/5 hissədə İddiaçı, 3/5 hissədə Cavabdeh2 payları müəyyən edilmiş, Cavabdeh2 birgə nikah dövründə əldə olunmuş 1.*** manat dəyərində kondisionerin yarı dəyəri qismində 5** manat, 16* manat dəyərində mətbəx televizorunun və krosnu antennasının yarı dəyəri qismində 8* manat məbləğində pul vəsaitinin alınaraq, İddiaçı verilməsi qət edilmişdir. Tərəflər arasında olan nikahın pozulmasından sonra iddiaçının uşaqlarına görə aliment ödəmək öhdəliyi yarandığına görə iddiaçı ilə cavabdeh arasında aliment öhdəliyinin mənzildəki payı ilə əvəzləşdirilməsi ilə bağlı razılıq əldə olunmuş, ona görə də onların hər ikisi 3*.11.2*23-cü il tarixli ərizə ilə Gəncə şəhəri üzrə İcra idarəsinə müraciət etmiş, İddiaçı məhkəmə qətnaməsi ilə ona çatan əmlak payını aliment əvəzi olaraq uşaqlarına bağışlaması ilə bağlı qarşılıqlı razılığa gəldiklərini, bununla bağlı gələcəkdə tələbinin olmayacağını, Cavabdeh2 isə borclu ilə qarşılıqlı razılığa gəldiklərini bildirərək məcburi icra hərəkətlərinin dayandırılmasını xahiş etmiş, icra məmurunun *1.12.2*23-cü il tarixli qərarı ilə əmlak bölgüsü ilə bağlı icra sənədi məhkəməyə qaytarılmışdır. 23.*1.2*23-cü il tarixdə isə Cavabdeh2 bütövlükdə həmin mənzli anası Cavabdeh3 bağışlamış, sonuncu isə həmin mənzili 19.*2.2*24-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən 45 *** manata Cavabdeh4 satmışdır. Bundan sonra Cavabdeh2 alimentlə bağlı 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli icra sənədini icraya yönəltdirmiş, borclu İddiaçı tərəfindən həmin icra sənədi icra edilmədiyinə görə sonuncu əvvəlcə izibati qaydada 5** manat miqdarında cərimə, daha sonra isə inzibati qaydada 8 (səkkiz) gün müddətə həbs edilmişdir. İddianı təmin etməmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh2 arasında məhkəmə qətnaməsi ilə təyin olunmuş alimentin ödənilməsi qaydaları barədə 3*.11.2*23-cü il tarixdə razılaşma əldə olunmuş, həmin razılaşmaya uyğun olaraq, İddiaçı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinin mülkiyyətində olan 2/5 hissəsini Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentin əvəzində Cavabdeh2 təqdim etmiş, Cavabdeh2 isə həmin əmlakın əvəzinə Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli qətnaməsi ilə təyin olunmuş alimentdən imtina etmişdir. İddiaçı Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinə 2/5 hissəsini aliment öhdəliklərinin əvəzi olaraq verərkən həqiqi iradəsini ifadə etmiş, Cavabdeh2 İddiaçı aliment ödənilməsini yenidən tələb etdikdən sonra hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı və Cavabdeh2 razılaşmaya qədər öz iradələrini aşkar bəyan etmiş və bu iradə əsasında onlar arasında razılaşma yaranmışdır. Həmçinin, iradə bəyanları notariat qaydasında təsdiq olunmuş 3*.11.2*23-cü il tarixli ərizələrdə ifadə edildiyindən və bəhs edilən razılaşma Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra sənədi icra olunmadan, yəni İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakının dövlət reyestrində qeydə alınmadan gözlənilən mülkiyyət hüququ əsasında Gəncə Şəhər Məhkəməsinin 24.*2.2*23-cü il tarixli 2(125)-616/2*23 nömrəli icra sənədinin icrasından imtina olunmaqla, əldə edildiyindən həmin razılaşma forma baxımından da qanunun tələbinə uyğun olmuşdur. İddiaçı və Cavabdeh2 arasında Ailə Məcəlləsinin 98.2-ci maddəsində nəzərdə tutulan qaydada əmlak təqdim olunması yolu ilə alimentin ödənilməsi barədə razılaşma bağlandığı andan İddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət hüququnu itirmiş, buna mütənasib olaraq da Gəncə Şəhər Məhkəməsinin 25.*8.2*22-ci il tarixli 2(125)-218/2*22 nömrəli icra sənədinin icraatına xitam verilməsini tələb və icra məmurunun “aliment öhdəliklərinin icrası tələbinə dair” hərəkətlərindən şikayət hüququ əldə etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmayan kollegiya qeyd edir ki, iş materiallarından göründüyü kimi Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzili ər-arvadın (İddiaçı ilə Cavabdeh2) tərəfindən birgə nikahı dövründə əldə olunmuş mənzildir, yəni həmin mənzildə hər birisinin payı vardır və qüvvədə olan məhkəmə qətnaməsi ilə həmin mənzilin 2/5 hissəsinə iddiaçının payı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 32.2.2-ci maddəsinə əsasən ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 225.1. Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6. Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 324.1.Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 324.6. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 34*.1. Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Maddə 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 1*91.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Maddə 1*91.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Maddə 1*92.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2*21-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34*.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2*22-ci il tarixli qərarında göstərmişdir ki, əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. Kollegiya qeyd edir ki, mülki qanunvericilik rəsmi reyestrdə qeydə alınmış əmlak üzərində sərəncam verilməsinə dair əqdlərin bağlanması üçün ilk növbədə tərəflərin əmlaka dair subyektiv hüquqlarının olub-olmamasını aydınlaşdırır. Həmin qaydalara riayət edilmədən bağlanmış əqdlər isə Mülki Məcəllənin yuxarıda qeyd edilən maddələrinin tələbinə görə etibarsız hesab olunur. Mülki Məcəllənin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. İş materiallarından göründüyü kimi Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzili iddiaçı ilə Cavabdeh2 birfə nikah dövründə əldə etdikləri əmlak olduğu halda 23.*1.2*24-cü il tarixli daşınmaz əmlakın bağışlanmasına dair müqavilə bağlanarkən həmin əmlaka mülkiyyət hüququ olan İddiaçı razılığı olmadan həmin mənzil Cavabdeh2 tərəfindən öz anasına bağışlanmış, sonuncu isə qısa müddət ərzində həmin mənzilin alğı-satqısına dair müqavilə bağlamış olsa da, mənzil hazırkı vaxtadək Cavabdeh2 istifadəsində qalmaqda davam edir. Yəni tərəflər arasında bağlanmış həmin əqd əslində görünüş üçün bağlanmış əqddir. Digər tərəfdən Cavabdeh2 qardaşının iş yoldaşı olan Cavabdeh4 Cavabdeh2 ilə onun keçmiş həyat yoldaşı arasında həmin mənzilə dair məhkəmə mübahisənin olduğunu bildiyi halda alğısatqı müqaviləsinin bağlanmasında tərəf kimi iştirak etmişdir. Kollegiya hesab edir ki, Cavabdeh2 tərəfindən Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilin Cavabdeh3 bağışlanmasına dair Gəncə şəhəri 6 saylı Notariat ofisində bağlanmış reyestrdə 4Ə-58 nömrə ilə qeydə alınmış 23.*1.2*24-cü il tarixli bağışlama müqaviləsi etibarsız hesab edildiyindən, Cavabdeh3 ilə Cavabdeh4 arasında Şəmkir rayon 1 saylı Notariat ofisində bağlanmış reyestrdə 4Ə-21* nömrəsi ilə qeydə alınmış AN-İ seriyalı ******* nömrəli 19.*2.2*24-cü il tarixli daşınmaz əmlakıln alğı-satqısına dair müqavilə də etibarsız hesab edilir. Azərbaycan Respublikası MPM-in: Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Maddə 384.*.2. Apellyasiya instansiyası qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1.1. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 389. Məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. Maddə 39*. Məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin: Maddə 1*8.2. Məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə hallan qanunla müəyyən edilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-39*, 392-393, 4*2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Gəncə Şəhər Məhkəməsinin *4.*6.2*25-ci il tаrixli, 2(125)-98/2*25 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin *4.*6.2*25-ci il tаrixli, 2(125)-98/2*25 saylı qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi təmin edilsin. Gəncə şəhəri, Nəriman Nərimanov prospekti, 1-ci döngədə yerləşən 6 nömrəli evin 55 nömrəli mənzilinə dair Gəncə şəhəri 6 saylı notariat ofisində Cavabdeh2 ilə Cavabdeh3 arasında bağlanmış 23.*1.2*24-cü il tarixli, 4Ə-58 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsi və Cavabdeh3 ilə Cavabdeh4 arasında Şəmkir rayon 1 saylı notariat ofisində bağlanılmış 19.*2.2*24-cü il tarixli, 4Ə-21* reyestr nömrəli alqı-satqı müqaviləsi etibarsız hesab edilsin. Cavabdeh2 məhkəmə tikinti-texniki ekspertizasının dəyəri qismində 1** (bir yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulsun. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar