Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-2083/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Sadıqov Vahid Nəriman oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, Cavabdeh1 və onun nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, e-2(011)-280/2024 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları: Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli 4 saylı yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanmışdır. Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli 4 saylı yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 155,6 kv.metr-dən ibarət olan 3 otaqlı 17 saylı mənzilə dair xx.xx.2007-ci il tarixdə X6 ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilə Ş.Quliyevanın razılığı əsasında ləğv edilərək, həmin sahəyə dair xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ilə müqavilə imzalanmışdır. Mənzilin pay dəyərinin ödənilməsinə dair maliyyə arayışı MMC tərəfindən Cavabdeh1 verilmişdir, xx.xx.2020-ci il tarixdə isə Cavabdeh1 mənzilin onun xüsusi mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. Hazırda İddiaçı iddia edir ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli 4 saylı yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı nömrəsiz yaşayış sahəsi Cavabdeh2 MMC ilə aralarında xx.xx.2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, ona məxsusdur və o, mənzilin pay dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə, yəni 77.800 ABŞ dolları olmaqla tam şəkildə ödəmişdir. Buna dair MMC tərəfindən ona kassa mədaxil orderi təqdim edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “müqavilənin etibarsız hesab edilməsi və əmlakın təhvil verilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2, 4 saylı korpusda yerləşən, 17 saylı mənzillə (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 32, M6, 5 saylı mənzil) bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin mənzilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı məxsus olan mənzilin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini və Cavabdeh2 MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərində dələduzluq və özbaşınalıq əməlləri mövcud olduğundan, xüsusi qərardad qəbul edərək, prokurora xəbər verilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı (alıcı) ilə Cavabdeh2 MMC (satıcı) arasında xx.xx.2008-ci il tarixli 108 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı yaşayış sahəsi mənzil alıcının mülkiyyətinə verilir. Həmin müqavilənin 2.2-ci maddəsinə əsasən, “Alıcı” yuxarıda göstərilən yaşayış binasının 6-cı mərtəbəsində yerləşən, ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan, 3 otaqlı mənzilin sahəsinin, hər kvadrat metri üçün 500 ABŞ dolları, Azərbaycan Respublikasının Milli Bankının kursuna ekvivalent olaraq manatla ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən, müqavilənin ümumi məbləği 77.800 ABŞ dolları təşkil edir. “Alıcı” ümumi məbləği “Satıcı”ya 100% ödəyir. xx.xx.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzindən göründüyü kimi, iddiaçı tərəfindən 77.800 ABŞ dolları Cavabdeh2nə ödənilmişdir. Mənzili satın aldıqdan sonra İddiaçı Azərbaycan Respublikasında yaşamamışdır. O, 2022-ci ilin avqust ayının sonlarında Azərbaycan Respublikası ərazisinə gələn zaman, ona məxsus mənzilin əsassız və qanunsuz olaraq başqa şəxsə satılmasından və onun adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən çıxarış verilməsindən xəbərdar olmuşdur. xx.xx.2023-cü il tarixli, 1249/2 saylı vəkil sorğusu ilə Cavabdeh2 MMC-dən xx.xx.2008-ci il tarixli 108 nömrəli alqı-satqı müqaviləsi ilə iddiaçıya aid olan mənzilin başqa şəxsə satılmasına dair alqısatqı müqaviləsinin təsdiq olunmuş surətini təqdim etməyi xahiş etmiş, lakin qeyd olunan vəkil sorğusuna cavab almaq mümkün olmamış, alqı-satqı müqaviləsi təqdim edilməmişdir. Mənzilin hansı şəraitdə, hansı əsaslarla satılması barədə dəfələrlə həm şifahi, həm də yazılı müraciətlər etsə də, heç bir məlumat verilməmişdir. Cavabdeh2 MMC iddiaçı ilə xx.xx.2008-ci il tarixli, 108 №-li alqı-satqı müqaviləsi bağlamış, daha sonra isə həmin mənzillə bağlı başqa bir şəxsə çıxarış verilməsinə yol açaraq, iddiaçının mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. xx.xx.2023-cü il tarixli pretenziya məktubu ilə Cavabdeh2 MMC-yə müraciət olunmuş, 3 gün ərzində iddiaçıya məxsus mənzilin təhvil verilməsi xahiş edilmişdir. Lakin bu günədək, həmin mənzil İddiaçı təhvil verilməmişdir. xx.xx.2023-cü il tarixdə Xətai Rayon Polis İdarəsinə və xx.xx.2023-cü il tarixdə Bakı şəhər Baş Polis İdarəsinə müraciət edilərək Cavabdeh2 MMC-nin və "xxxx" MTK-nın adından edilmiş qanunsuz hərəkətlərin araşdırılaraq, həmçinin ünvan 1 ünvanında inşa edilmiş 4 saylı yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 155,6 kv.m-dən ibarət olan 3 otaqlı yaşayış sahəsinə qanunsuz olaraq daxil olmuş şəxsin müəyyən edilərək, barələrində qanuna müvafiq tədbir görülməsi xahiş edilmişdir. İş üzrə hal-hazırda araşdırma aparılır. Araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının aldığı mənzil əsassız və qanunsuz olaraq Cavabdeh1 satılmışdır və onun adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Əlavə olaraq, bildirilir ki, nə Cavabdeh2 MMC, nə də ki Cavabdeh1 tərəfindən mənzilə çıxarışın verilməsinə əsas olan sənədlər təqdim edilməmişdir. Sübut etməyə ehtiyac yoxdur ki, İddiaçı mənzili Cavabdeh1 əvvəl 2008-ci il tarixdə əldə etmiş, bu da onu göstərir ki, onun mənzil üzərində mülkiyyət hüququ Cavabdeh1 daha əvvəl yaranmışdır. İddiaçı vəkili və nümayəndəsi Nümayəndə sonradan xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, ünvan 2, 4 saylı korpusda yerləşən, 17 saylı mənzillə (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 32, M6, 5 saylı mənzil) bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin və xx.xx.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin Bakı Ərazi İdarəsi tərəfindən Cavabdeh1 adına verilmiş çıxarışın ləğv edilməsi, İddiaçı məxsus olan mənzilin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə qəbul edilməsini və Cavabdeh2 MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətlərində dələduzluq və özbaşınalıq əməlləri mövcud olduğundan, xüsusi qərardad qəbul edərək, prokurora xəbər verilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, e-2(011)- 280/2024 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas, onun Mülki Məcəllənin şərtlərinin pozulması ilə bağlanması halı məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Buna dair mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Məhkəmə həmçinin, İddiaçıla cavabdeh MMC arasında olan xx.xx.2008-ci il tarixli müqaviləyə də qiymət verərək, qeyd etmişdir ki, həmin müqavilədə alqı-satqının predmeti olan mənzilin yerləşməsi yeri natamam qeyd edilmişdir. Belə ki, mövcud müqavilədə iddiaçıya satılan mənzilin dəqiq nömrəsi öz əksini tapmamış, nömrəsiz yaşayış sahəsi olaraq qeyd edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının özünə məxsus olmasını iddia etdiyi mənzilin Cavabdeh1 məxsus mənzillə eynilik təşkil etməsi sübuta yetirilmir. Bundan başqa, iddiaçı müqavilə bağlayarkən mənzilin dəyəri olan 77.800 ABŞ dollarını ödədiyinə dair kassa mədaxil orderini məhkəməyə təqdim etsə də, məhkəməyə təqdim edilən ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin kassa mədaxil orderində olan MMC-nin rəhbəri tərəfindən edilən imza həmin dövrdə MMCnin rəhbəri olan X7 tərəfindən icra edilməmişdir. Beləliklə, işin həqiqi halları ilə məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 4-cü korpusunda yerləşən 17 saylı mənzilə dair Cavabdeh2 MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışına, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh öz ailəsi ilə birlikdə 2017-ci ildən bu mənzildə yaşayır. Məhkəmə qeyd etmişdir ki, dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası dövlət orqanının həyata keçirdiyi reyestrə ictimai inam və hüquqi etimadın təmin edilməsi məqsədi daşıyır. Buna görə də daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Məhkəmə qeyd etmişdir ki, iddianın dəlilləri məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmadığından, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış alqısatqı müqaviləsinin və xx.xx.2017-ci il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi, həmin mənzilə dair verilmiş çıxarışın ləğv edilməsi, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi barədə iddia tələbləri təmin edilməməlidir. Qeyd olunan qətnamədən narazı iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh2 MMC (satıcı) arasında xx.xx.2008-ci il tarixli, 108 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci maddəsinə əsasən, “ünvan 1 ünvanında inşa edilən 4 saylı yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 155.6 kv.m dən ibarət olan 3 otaqlı yaşayış sahəsi-mənzil alıcının mülkiyyətinə verilir.” Məhkəmə nəzərə almamışdır ki, həmin mərtəbədə ümumi sahəsi 155.6 kv.m-dən ibarət olan 3 otaqlı başqa mənzil mövcud deyil. Belə olan halda, məhkəmənin “iddiaçının özünə məxsus olmasını iddia etdiyi mənzilin Cavabdeh1 məxsus mənzillə eynilik təşkil etməsi sübuta yetirilmir” kimi dəlilinin əsassız olduğu aşkardır. Həmin müqavilənin 2.2.1-ci maddəsinə əsasən, “müqavilənin ümumi məbləği 77.800 (yetmiş yeddi min səkkiz yüz) ABŞ dolları təşkil edir. “Alıcı” ümumi məbləği “Satıcı” ya 100% ödəyir.” xx.xx.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzindən göründüyü kimi, iddiaçı tərəfindən 77.800 ABŞ dolları Cavabdeh2nə ödənilmişdir. Mənzili satın aldıqdan sonra İddiaçı Azərbaycan Respublikasında yaşamamışdır. O, 2022-ci ilin avqust ayının sonlarında Azərbaycan Respublikası ərazisinə gələn zaman, ona məxsus mənzilin əsassız və qanunsuz olaraq başqa şəxsə satılmasından və onun adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən Çıxarış verilməsindən xəbərdar olmuşdur. Cavabdeh "xxxx" MMC iddiaçı ilə xx.xx.2008-ci il tarixli, 108 nömrəli alqı-satqı müqaviləsi bağlamış, daha sonra isə həmin mənzillə bağlı başqa bir şəxsə çıxarış verilməsinə yol açaraq, iddiaçının mülkiyyət hüquqlarının kobud surətdə pozulmasına səbəb olmuşdur. Qeyd edilənlərdən aydın olur, İddiaçı sahibliyində və istifadəsində olan Bakı şəhəri, F.Bayramov küçəsi məhəllə 1156, 4 saylı korpusda yerləşən, 17 saylı mənzil - Yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 32, M6, 5 saylı mənzilə dair hüquqları dövlət qeydiyyatına alınmasa belə, həmin mənzilə hüquqi əsası olan (titul) sahibi sayılır. Eyni zamanda, məhkəmə prosesi gedişatı zamanı məlum olmuşdur ki, həmin mənzilə dair Cavabdeh2 MMC ilə X6 arasında xx.xx.2007-ci il tarixli, 19 nömrəli müqavilə bağlanmışdır. Buna görə də, tərəfindən idda tələbinin həcmi artırılmış, lakin Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-280/2024 saylı qərardadı ilə məhkəmə iddianın həcminin artırılmasına dair ərizədən imtina etmişdir. Həmin qərardaddan şikayət verilmiş Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-280/2024 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-6493/2024 saylı qərardadları ilə şikayət təmin edilməmişdir. Halbuki, Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 19 nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığının araşdırılması üçün daha əvvəl Cavabdeh2 MMC ilə X6 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 19 nömrəli müqavilənin də araşdırılması zəruri idi. Bundan başqa hazırda mübahisə predmetini təşkil edən Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 19 nömrəli alqı-satqı müqaviləsi qanuni təmsilçi direktor tərəfindən imzalanmalı idi. Qeyd olunan normalardan göründüyü kimi, digər şəxsə cəmiyyətin adından çıxış etməsi üçün səlahiyyətlər etibarnamə əsasında verilməlidir. Lakin, həmin alqı-satqı müqaviləsində və xx.xx.2017ci il tarixli maliyyə arayışında vəzifəsi “icraçı direktor” kimi göstərilmiş şəxs X4 tərəfindən imza icra edilmişdir. DVX-nin rəsmi saytından Cavabdeh2 MMC barəsində dövlət reyestrinə daxil edilən məlumatlardakı dəyişiklərin tarixçəsindən məlum olmuşdur ki, həmin vaxt X2 direktor olması ilə bağlı məlumat qeydə alınmamışdır. Bu da onu deməyə əsas verir ki, həmin vaxt müqaviləni imzalamağa səlahiyyəti olmamışdır. Bununla yanaşı hal-hazırda mübahisənin əsas predmetini 12 mart 2008-ci il tarixli müqavilənin həqiqi olub-olmaması təşkil edir. Ekspert rəyindən də göründüyü kimi, sözügedən müqavilənin həqiqiliyi öz təsdiqini tapmış və tərəflər arasında bağlanmış müqavilənin hüquqi qüvvəsi qəbul olunmuşdur. Buna görə də, məhkəmənin 12 mart 2008- ci il tarixli kassa mədaxil orderində olan imzanın MMC-nin rəhbəri olan X7 tərəfindən icra edilməməsini yəni mənzilin dəyərinin ödənilib-ödənilməməsi məsələsinə əsaslanaraq tələbi təmin etməsi, müqavilənin həqiqiliyinə dair hər hansı bir qiymətləndirmə aparmaması əsaslı hesab edilə bilməz. Çünki mənzilin dəyərinin ödənilib-ödənilməməsi məsələsi birbaşa olaraq MMC ilə iddiaçı arasında olan müqavilə öhdəliklərindən irəli gələn bir məsələdir və bu məsələ hüquqi cəhətdən müvafiq tərəflər arasında həll olunmalıdır. Halbuki, məhkəmə, iş üzrə yekun nəticəyə gələrkən, müqavilənin həqiqi olmasını nəzərə almalı idi. Ekpertizaya təqdim edilmiş kassa mədaxil orderlərində "xxxx" qrafasında hansı rəhbər şəxsin imzanı icra etməsi konkret olaraq müəyyən edilməmişdir. Belə ki, "xxxx" dedikdə, həmin MMC-də olan istənilən rəhbər şəxs nəzərdə tutula bilərdi. Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi ilə bağlı” xx.xx.2016-cı il tarixli, Q-09 saylı Qərar qəbul edilmişdir. Həmin Qərarın 1 nömrəli əlavəsi ilə müəyyən edilmiş ciddi hesabat blankının forma və rekvizitinə əsasən, rəhbərlə yanaşı, baş mühasib də həmin blankı imzalamalıdır. Lakin, 12 mart 2008-ci il tarixli kassa mədaxil orderində “Baş mühasib” qrafasının qarşısında imza olsa da, 17 yanvar 2007-ci il tarixli kassa mədaxil orderində “Baş mühasib” qrafasının qarşısında imza mövcud deyil. Əgər kassa mədaxil orderi işin mahiyyəti baxımdan əhəmiyyət kəsb edirsə, o halda 17 yanvar 2007-ci il tarixli kassa mədaxil orderi Baş mühasib tərəfindən də imzalanmalı idi. Digər tərəfdən, həmin kassa məxail orderində MMC-nin möhürü mövcuddur. Belə ki, kassa məxadil orderində möhürün həqiqiliyi təsdiq edildiyi halda, həmin orderin hüquqi şəxs tərəfindən müvafiq səlahiyyət verilməyən şəxs tərəfindən imzalanması həmin sənədin saxta olması və ya hüquqi şəxs tərəfindən təsdiq edilmədiyi barədə birmənalı qənaətə gəlməyə əsas vermir. Çünki oxşar vəziyyətlərdə fiziki şəxslərlə müqayisədə hüquqi şəxslərin üzərinə öz statusuna görə daha böyük məsuliyyət düşür. Belə ki, hüquqi şəxslər mülki dövriyyənin daha mütəşəkkil subyekti olmaqla öz üzvləri tərəfindən seçilən (təyin edilən) təmsilçiyə, icra və nəzarət orqanlarına, hüquq münasibətlərinə rəsmi forma verən möhürə və rekvizitlərə, o cümlədən təsis sənədlərinin və digər zəruri rekvizitlərin saxlanmasına maddi məsul olan şəxslərə malikdir. Həmçinin, hüquqi şəxsin rəsmi reyestrdə qeydə alınması və möhürə malik olması onunla hüquq münasibətinə daxil olan fiziki və ya digər hüquqi şəxsdə ona təqdim edilmiş sənədlərin rəsmi xarakterə malik olması barədə əminlik yaradır. Bu zaman, sənədin möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki bir qayda olaraq möhürün saxlanmasına məsul olan şəxs məhz sənədə hüquqi şəxsin adından imza etmək (təmsilçilik) səlahiyyətinə malik olan şəxs olur. Beləliklə, öz möhürü ilə təsdiq edilmiş sənədi mübahisələndirən hüquqi şəxs sənədin tərtib edildiyi tarixdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə halları sübuta yetirməlidir. Hazırkı iş üzrə kassa mədaxil orderində möhür əksinin mötəbərliyi öz təsdiqini tapmışdır. Həmin dövrdə möhürün oğurlandığı, itirildiyi və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi barədə heç bir sübut mövcud deyildir. Eyni zamanda müqavilə üzrə alqı-satqı predmetinin müəyyən edilməsi yalnız mənzil nömrəsi ilə həll olunmur. Müqavilədə konkret mənzil nömrəsinin qeyd olunmaması, həmin mənzilin müəyyən edilməsinin mümkünlüyünü maneə törətməməlidir. Buna münasibətdə qeyd edilməlidir ki, tikilməkdə olan binalarda mənzillərə şərti nömrə verilir və ya ümumiyyətlə nömrələnmir. Bunun əsas səbəbi ondan ibarətdir ki, bina tam tikilib istismara verildikdən sonra müvafiq dövlət orqanı - Daşınmaz Əmlakın Dövlət Reyestr və X12 Şəxsi həmin binada yerləşən mənzilləri rəsmi qeydiyyata alır və onlara çıxarış təqdim edilir. Məhz bu mərhələdə mənzillərin nömrələndirilməsi də həyata keçirilir. İddia ərizəsinə əlavə edilmiş plandan da göründüyü kimi, həmin binada, həmin mərtəbədə mübahisələndirilən mənzildən başqa 155.6 kv.m olan mənzil yoxdur. Bu da o deməkdir ki, iddiaçıya məxsus mənzil digər mənzillərlə qarışdırıla bilməz. Qeyd edilənlər, mənzilin unikallığını bir daha təsdiq edir. Nəzərə alınsa ki, bina MMC tərəfindən deyil, tikinti şirkəti tərəfindən inşa edilib, belə olan halda, tikinti şirkəti də işə cəlb edilməli idi. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, məhkəmə tikinti-texiki ekspertizası qarşısında “ünvan 2 ünvanında yerləşən 4 saylı yaşayış binasının (korpus 4) 6-cı mərtəbəsində (yeni qaydalarla: AZ1025, Bakı şəhəri, Xətai rayonu, Yaromenko küçəsi, 32, M6, m5) 140-160 kv.m ölçülərində və 155.6 kv.metr ölçüdə neçə mənzil mövcuddur?” sualı qoyulsa da, 3-16 16/2-10/2982 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən göründüyü kimi, “Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 4-cü korpusunun 6-cı mərtəbəsində yerləşən 17 saylı mənzildən başqa digər mənzillər təqdim edilmədiyindən qərardadın birinci sualı üzrə tədqiqat aparılmamışdır.” Qeyd edilənlər birinci instansiya məhkəməsinin diqqətinə çatdırılsa da, məhkəmə bu kimi hallara laqeyd yanaşmışdır. Həmçinin məhkəmə qətnaməsində qeyd etmişdir ki, “Cavabdeh1lə MMC arasında bağlanmış müqaviləyə qiymət verərək, qeyd edir ki, müqavilənin etibarsız hesab edilməsi üçün hər hansı əsas, onun Mülki Məcəllənin şərtlərinin pozulması ilə bağlanması halı məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Buna dair mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir.” Halbuki, iddiaçı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübutetmə vəzifəsini lazımi qaydada yerinə yetirmişdir. Belə ki, həm ekspert rəyi ilə, həm də iş üzrə digər sübutlarla İddiaçı həmin mənzili alması öz təsdiqini tapır. Lakin, məhkəmədə iş üzrə cəlb edilmiş X6 məhkəmə iclasına gəlməmiş və izahatı alınmamışdır. Eyni zamanda qətnamədə qeyd edilmişdir ki, ...”cavabdeh öz ailəsi ilə birlikdə 2017-ci ildən bu mənzildə yaşayır.” Məhkəmə sadəcə olaraq, Cavabdeh1 verdiyi izahatı nəzərə almaqla kifayətlənmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, məhkəmə tərəfindən bu hallar ümumiyyətlə araşdırılmamış, tamamilə səthi əsaslandırılan qətnamə qəbul edilmişdir. Məhkəmə ekspert rəyi ilə İddiaçılə bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin həqiqiliyinin öz təsdiqini tapmasını, eyni zamanda həmin tarixli kassa mədaxil orderində möhürün olması kimi məsələləri nəzərə almadan qətnamə qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh və onun nümayəndəsivəkili ayrı-ayrılıqda apelyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclası barədə lazimi qaydada xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasında iştirak etmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq hesab edir ki, qətnamə - tam yoxlanılmalıdır. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 140-cı maddəsinə əsasən, reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir. 149.2-ci maddəsinə əsasən, əgər daşınmaz əmlaka hüquqların qeydiyyatı əsassızdırsa və ya əgər düzgün qeydiyyat əsassız çıxarılmışsa və ya dəyişdirilmişsə, bunun nəticəsində daşınmaz əmlaka olan hüquqlarına toxunulmuş istənilən şəxs qeydiyyatın çıxarılması və ya dəyişdirilməsi haqqında iddia qaldıra bilər. Bunun nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsi üçün tələblər irəli sürülməsi istisna edilmir. Bu zaman vicdanlı üçüncü şəxslərin qeydiyyatla əlaqədar əldə etdikləri hüquqları saxlanılır. 150.2-ci maddəsinə əsasən, istənilən maraqlı şəxs qeydiyyatın ləğvi barəsində bundan xəbər tutduğu vaxtdan on gün ərzində məhkəməyə şikayət edə bilər. 152.1-ci maddsəinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ mülkiyyətçiyə özünə mənsub olan əmlaka öz istədiyi kimi sahiblik, istifadə və sərəncam verməsi kimi ifadə edilmiş və həmin hüquqların leqal anlayışları verilmişdir. Həmin maddəyə müvafiq olaraq sahiblik hüququ– əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin, istifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin, sərəncam hüququ isə əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun: 2.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 206.1. Ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir və onun məhkəmə üçün qabaqcadan heç bir qüvvəsi yoxdur. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
405. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materiallarına əsasən yoxlayaraq hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir ki, bununla da gəldiyi nəticə qanuni və əsaslı hesab edilməlidir. Apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. Odur ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətində göstərilən dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. İş materiallarında olan Satıcı Cavabdeh2 MMC ilə alıcı X5 arasında bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin əslindən görünür ki, satıcı ünvan 3 ünvanında inşa edilən 4 saylı yaşayış binasının (bundan sonra “Yaşayış binası”) 6-cı mərtəbəsində ümumi sahəsi 155,6 kv.metr-dən ibarət olan 3 otaqlı yaşayış sahəsini alıcının mülkiyyətinə verir. Müqavilənin ümumi məbləği 77.800 ABŞ dolları müəyyən edilmiş, alıcı ümumi məbləği satıcıya 100 faiz ödəməlidir. Müqavilə satıcı olan MMC-nin rəhbəri Cəfərov M.İ. tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Cavabdeh2 MMC-nin xx.xx.2008-ci il tarixli kassa mədaxil orderinin əslindən görünür ki, X5 155,6 kv.metr 3 otaqlı mənzilin alınması üçün 77.800 ABŞ dolları məbləğində pul vəsaiti ödəmişdir. Kassa mədaxil orderi MMC-nin rəhbəri tərəfindən imzalanmış və MMC-nin möhürü ilə təsdiq edilmişdir. Satıcı Cavabdeh2 MMC ilə alıcı X6 arasında bağlanmış xx.xx.2007-ci il tarixli müqavilənin əslindən görünür ki, satıcı ünvan 3 ünvanında inşa edilən 4 saylı yaşayış binasının (bundan sonra “Yaşayış binası”) 6-cı mərtəbəsində ümumi sahəsi 155,6 kv.metr-dən ibarət olan 3 otaqlı 17 saylı mənzili alıcının mülkiyyətinə verir. Müqavilənin ümumi məbləği 116.700 manat müəyyən edilmiş, alıcı ümumi məbləği 100 faiz olmaqla əvvəlcədən satıcıya ödəməlidir. Cavabdeh2 MMC-nin xx.xx.2007-ci il tarixli kassa mədaxil orderinin əslindən görünür ki, X3 4, 6-cı mərtəbə, ümumi sahəsi 155,6 kv.metr 3 otaqlı, 17 saylı mənzilin tam dəyəri olan 116.700 manat məbləğində pul vəsaiti ödəmişdir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış qeydiyyat qovluğunda saxlanılan xx.xx.2017-ci il tarixli 19 saylı müqavilənin əslindən görünür ki, X6 ilə bağlanmış müqavilə (xx.xx.2007-ci il tarixli müqavilə) öz razılığı ilə ləğv olunmuşdur. Satıcı Cavabdeh2 MMC-nin direktoru X4 ilə alıcı Cavabdeh1 arasında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə satıcı ünvan 3 ünvanında inşa edilən 4 saylı yaşayış binasının (bundan sonra “Yaşayış binası”) 6-cı mərtəbəsində ümumi sahəsi 155,6 kv.metr-dən ibarət olan 3 otaqlı 17 saylı mənzili alıcıya təhvil verir. Həmin qovluqda saxlanılan Cavabdeh2 MMC-nin xx.xx.2017-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Cavabdeh1 Bina 4, 6-cı mərtəbə, ümumi sahəsi 155,6 kv.metr 3 otaqlı, 17 saylı mənzilin pay dəyərini tam ödəmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, məhəllə 1156, mənzil 17, korpus 4 (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 32, M6, mənzil 5) Cavabdeh1 xüsusi mülkiyyətindədir. “Xətai-33” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Cavabdeh1 həqiqətən ünvan 5 ünvanında ailəsi ilə birlikdə 2017-ci ilin sentyabr ayından yaşayır. Cavabdeh2 MMC-nin yığıncağının xx.xx.2015-ci il tarixli protokolunun surətindən görünür ki, xx.xx.2015-ci il tarixdən X4 "xxxx" MMC-nin direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 4/601 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş Cavabdeh2 MMC ilə X6 arasında bağlanmış 19 nömrəli xx.xx.2007-ci il tarixli müqavilədə “Satıcı” qrafasında “Cəfərov M.İ” sözünün aşağısındakı imza; xx.xx.2007ci il tarixli kassa mədaxil orderində "xxxx" qrafasındakı imza; Cavabdeh2 MMC ilə İddiaçı arasında bağlanmış 108 nömrəli xx.xx.2008-ci il tarixli müqavilədə “Satıcı” qrafasında “Direktor Cəfərov M.İ” sözlərinin aşağıdakı imza X7 tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş xx.xx.2008-ci il tarixli kassa mədaxil orderinin qəbzində "xxxx" qrafasındakı imza X7 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 10/2982 nömrəli rəyindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 4-cü korpusunda yerləşən 17 saylı mənzilin (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi, 32, M6, m5) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının xx.xx.2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”na əsasən müvafiq azaltma əmsalları tətbiq olunmadan faktiki sahəsinin 149,9 kv.metr təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə iş materialları ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli 4 saylı yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı yaşayış sahəsinə dair İddiaçı ilə Cavabdeh2 MMC arasında xx.xx.2008-ci il tarixdə müqavilə bağlanılsa da, həmin müqavilədə təhvil verməli olan mənzilin nömrəsi qeyd olunmamışdır. Həmçinin Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli 4 saylı yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 155,6 kv.metr-dən ibarət olan 3 otaqlı 17 saylı mənzilə dair xx.xx.2007-ci il tarixdə X6 ilə Cavabdeh2 MMC arasında bağlanmış müqavilə Ş.Quliyevanın razılığı əsasında ləğv edilərək, həmin sahəyə dair xx.xx.2017-ci il tarixdə Cavabdeh1 ilə müqavilə imzalanmışdır. Mənzilin pay dəyərinin ödənilməsinə dair maliyyə arayışı MMC tərəfindən Cavabdeh1 verilmişdir, xx.xx.2020-ci il tarixdə isə Cavabdeh1 mənzilin onun xüsusi mülkiyyətində olmasına dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əldə etmişdir. İş materiallarından görünür ki, İddiaçı iddia edir ki, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli 4 saylı yaşayış binasının 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 155,6 kv.metrdən ibarət olan 3 otaqlı nömrəsiz yaşayış sahəsi Cavabdeh2 MMC ilə aralarında xx.xx.2008-ci il tarixdə bağlanmış müqaviləyə əsasən, ona məxsusluğunu əsaslanaraq Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsni iddia etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi düzgün olaraq bu nəticəyə gəlmişdir ki, iddiaçı Cavabdeh1lə MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsini tələb etsə də, bunun üçün hər hansı əsas, onun Mülki Məcəllənin şərtlərinin pozulması ilə bağlanması halı məhkəmə araşdırılması zamanı müəyyən edilməmişdir. Buna dair mötəbər sübutlar iddiaçı tərəfindən təqdim edilməmişdir. Bundan başqa iş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh “Sahil-D Kompani' MMC arasında bağlanmış müqavilədə alqı-satqının predmeti olan mənzilin yerləşməsi yeri natamam qeyd edilmişdir. Belə ki, mövcud müqavilədə iddiaçıya satılan mənzilin dəqiq nömrəsi öz əksini tapmamış, nömrəsiz yaşayış sahəsi olaraq qeyd edilmişdir. Bu isə onu deməyə əsas verir ki, iddiaçının özünə məxsus olmasını iddia etdiyi mənzilin Cavabdeh1 məxsus mənzillə eynilik təşkil etməsi sübuta yetirilmir. İddiaçının apellyasiya şikayətində müqavilə üzrə alqı-satqı predmetinin müəyyən edilməsi yalnız mənzil nömrəsi ilə həll olunmamasına dair dəlili və onun açıqlanmasına dair fikirlərinə kollegiya qiymət verərək hesab edir ki, müqavilədə konkret mənzil nömrəsinin qeyd olunmaması, həmin mənzilin müəyyən edilməsinin mümkünlüyünə birbaşa maneədir. İddia ərizəsinə əlavə edilmiş plana əsasən həmin binada, həmin mərtəbədə mübahisələndirilən mənzildən başqa 155.6 kv.m olan mənzilin olmamasının qeyd edilməsi iddiaçının dəlillərinin əsaslı olmasını təsdiq etmir. İddiaçı binanın MMC tərəfindən deyil, tikinti şirkəti tərəfindən inşa edildiyi üçün tikinti şirkəti də işə cəlb edilməli olmasına dair dəlili də əsassızdır. Belə ki, tikinti şirkəti tərəfindən inşa edilən bina MMC-yə təhvil veriləndən sonra müqaviləni bağlayan MMC tərəfindən müqavilə tərəfinə verilməli olan mənzilin sahəsindən əlavə, onun nömrəsinin də qeyd edilməsi zəruridir. Bundan başqa, iş materiallarından hamçinin görünür ki, iddiaçı müqavilə bağlayarkən mənzilin dəyəri olan 77.800 ABŞ dollarını ödədiyinə dair kassa mədaxil orderini məhkəməyə təqdim etsə də, lakin məhkəməyə təqdim edilən ekspert rəyi ilə müəyyən edilmişdir ki, həmin kassa mədaxil orderində olan MMC-nin rəhbəri tərəfindən edilən imza həmin dövrdə MMC-nin rəhbəri olan X7 tərəfindən icra edilməmişdir. Göründüyü kimi, Bakı şəhəri, Xətai rayonu, Fəzail Bayramov küçəsi, 1156-cı məhəllədə inşa edilmiş hündürmərtəbəli yaşayış binasının 4-cü korpusunda yerləşən 17 saylı mənzilə dair “Sahil-D Kompani' MMC tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli maliyyə arayışına, xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən sözügedən əmlak daşınmaz əmlakın dövlət reyestrində Cavabdeh1 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Sözügedən əmlaka dair onun adına ********** qeydiyyat nömrəli xx.xx.2020-ci il tarixli çıxarış verilmişdir. Eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh öz ailəsi ilə birlikdə 2017-ci ildən bu mənzildə yaşayır. İddiaçının qeyd edilən ekspert rəyinin olmasına baxmayaraq onunla bağlanmış xx.xx.2008-ci il tarixli müqavilənin həqiqiliyi həmin tarixli kassa mədaxil orderində möhürün olması ilə təsdiq edilməsinə dair şikayətinin dəlili ilə bağlı məhkəmə qeyd edir ki, özünün də şikayətdə göstərdiyi kimi müqavilə qanuni təmsilçi - direktor tərəfindən imzalanmalı idi. İddiaçı ilə müqavilə bağlanan vaxt "xxxx" qrafasındakı imzanın - X7 tərəfindən imzalanmaması müqavilənin səlahiyyəti olmayan digər şəxs tərəfindən imzalanmasının təsdiqidir ki, belə müqavilə də orada həqiqətən MMC-nin möhürü olmasına baxmayaraq etibarlı və qanuni əsaslarla bağlanmış müqavilə kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə əsassız olmuşdur. Belə ki, iddiaçı tərəf apellyasiya şikayətində məhkəmənin mənzilin yerləşdiyi mərtəbədə ümumi sahəsi 155.6 kv.m-dən ibarət olan 3 otaqlı başqa mənzilin mövcud olmamasına nəzərə almadığını həmçinin mənzilə dair onun hüquqları dövlət qeydiyyatına alınmasa belə, həmin mənzilə hüquqi əsası olan (titul) sahibi sayıldığını qeyd etsə də, apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi mənzilə dair müqavilə bağlandıqdan sonra İddiaçı Azərbaycan Respublikasında yaşamamışdır. O, 2022-ci ilin avqust ayının sonlarında Azərbaycan Respublikası ərazisinə gələn zaman, ona məxsus mənzilin əsassız və qanunsuz olaraq başqa şəxsə satılmasından və onun adına Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-dən çıxarış verilməsindən xəbərdar olmuşdur. Göründüyü kimi mənzil iddiaçıya təhvil verilməmişdir, bunun əksinə digər Cavabdeh1 mənzilə dair müqavilə bağladıqdan sonra çıxarış əldə etmiş və mənzilə köçməklə yaşamağa başlamışdır. Bu isə o deməkdir ki, ünvan 2, 4 saylı korpusda yerləşən, 17 saylı mənzillə (yeni qaydalarla: Bakı şəhəri, Xətai rayonu, Yeryomenko küçəsi 32, M6, 5 saylı mənzil) bağlı cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsi alıcının xeyrinə icra edilmişdir. Belə olan halda isə cavabdehlər arasında bağlanmış müqavilə üzrə öhdəliklərə xitam verilmişdir. Belə ki, Mülki Məcəllənin 528-ci maddəsinə əsasən öhdəliyə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir. Qeyd olunanlara əsasən müəyyən edilir ki, cavabdehlər Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış alqı-satqı müqaviləsinə əsasən mənzil Cavabdeh1 təhvil verildiyindən artıq öhdəliyə xitam verilmişdir və həmin müqavilənin etibarsız hesab edilməsi üçün əsas olmamışdır. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri sayır ki, Mülki Məcəllənin 452-ci maddəsinə əsasən fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin maddənin tələblərinə əsasən isə müəyyən edilir ki, hazırda iddiaçının tələb etdiyi mənzilə münasibətdə mülkiyyət hüquqları Cavabdeh1 adına qeydiyyata alındığından, iddiaçının öhdəlikdə nəzərdə tutulan şərtlərlə mənzilin ona verilməsini tələb etmək hüququ aradan qalxmışdır. Belə olan halda iddiaçı öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası apellysiya şikayətinin dəlillərinə qiymət verməkdə davam edərək Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 19 nömrəli alqı-satqı müqaviləsinin etibarsızlığının araşdırılması üçün daha əvvəl Cavabdeh2 MMC ilə X6 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 19 nömrəli müqavilənin də araşdırılması zəruriliyinə dair dəlili əsassız sayır. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 MMC ilə X6 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 19 nömrəli müqavilə ilə bağlı iddiaçı tərəfindən idda tələbinin həcminin artırılmasına dair ərizənin icraata qəbulundan Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(011)-280/2024 saylı qərardadı ilə imtina olunmuş və həmin qərardad Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(103)-6493/2024 saylı qərardadı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, qeyd edilən müqavilə hazırki iddianın predmeti olmadığı üçün həmin müqavilə üzrə araşdırma aparılmasına zərurət olmamışdır. Məhkəmə kollegiyası apellysiya şikayətinin digər, yəni, Sahil-D Kompani” MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 19 nömrəli alqı-satqı müqaviləsi qanuni təmsilçi direktor kimi göstərilən X2 müqaviləni imzalamağa səlahiyyəti olmamasına dair dəlilini də əsassız sayır. Belə ki, iş materiallarında olan Cavabdeh2 MMC–nin xx.xx.2015-ci il tarixli yığıncağının protokolundan görünür ki, X4 həmin tarixdən MMS-nin direktoru vəzifəsinə təyin edilmişdir. İddiaçının məhkəmə sadəcə olaraq, Cavabdeh1 verdiyi izahatı nəzərə almaqla kifayətlənməsinə dair dəlili ilə bağlı kollegiya qeyd edir ki, MPM-in 106.1-ci maddəsinin tələbinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş üzrə tərəflərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Mülki Prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud subutlarla təsdiq edilib əsaslandırılmalıdır. Həmçinin Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmçinin kollegiya qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Həmçinin qeyd edilməlidir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə kollegiyası iddia tələbinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamamışdır. Belə ki, iddiaçı tələbinin əsaslarını məhkəmə araşdırması zamanı sübut edə bilməmişdir. Belə olan halda kollegiya hesab edir ki, məhkəmə Cavabdeh1 verdiyi izahatı nəzərə almaqla kifayətlənməmiş, izahatda göstərilənlər məhkəmə tərəfindən ətraflı yoxlanılmış, digər mövcud obyektiv subutlarla təsdiq edilib əsaslandırılmış və məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmişdir. Çünki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Qeyd olunanlara əsasən müəyyən olunur ki, qəbul edilmiş qətnamənin nəticə hissəsi ilə işin faktiki halları arasında heç bir uyğunsuzluq olmamış, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlmiş, məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş və qətnamənin mübahisələndirilən hissədə ləğvi üçün Azərbaycan Respublikası MPM-nin 385-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,
Qət etdi:
İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 dekabr 2024-cü il tarixli, e-2(011)- 280/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Vahid Sadıqov Sabit Bəhrəmzadə