Məhkəmə qərarları › İş №2(102)-3909/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3909/2025

22.01.2026 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3909/2025 22.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa (ƏM-nin 70-ci maddəsinin ç bəndi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xıdırov Əhliman Mehman oğlu (sədrlik edən və məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, İddiaçı cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcb uri işə buraxmaya görə kompensasiya tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5163/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin 15 mart 2018-ci il tarixli 26 nömrəli əmrinə əsasən həmin məktəbdə müəllim vəzifəsinə işə qəbul edilmişdir.

2. Həmin əmrə əsasən iddiaçı 2017-2018-ci tədris ilinin sonunadək müvəqqəti fortepiano müəllimi vəzifəsini icra etmişdir.

3. Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası tərəfindən verilmiş C seriyalı, 039013 nömrəli Bakalavr diplomunun surətinə əsasən, Dövlət Attestasiya Komissiyasının 07 iy un 2019-cu il tarixli qərarı ilə X1 dirijorluq ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi verilmişdir.

4. Azərbaycan Milli Konservatoriyası tərəfindən verilmiş AM seriyalı, 037664 nömrəli Magistr diplomunun surətinə əsasən, İxtisaslaşdırılmış Şuranın 27 yanvar 2021-ci il tarixli qərarı ilə İddiaçı dirijorluq ixtisası üzrə magistr elmi-ixtisas dərəcəsi verilmişdir.

5. Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin işçilərin attestasiyası üzrə attestasiya komissiyasının iclasına dair 12 mart 2025-ci il tarixli 1 nömrəli protokolun surətinə əsasən, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müdiri Nigar Abbasova, müəllimlər Lalə Qədirova, Vəzifə Ramazanova, Svetlana Hasilova, Zəminə İbrahimzadə, Tamilla Əliyeva tutduqları vəzifələrə uyğun hesab edilmiş, Bakı şəhər i 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano şöbəsinin müəllimləri Nəzakət Quluzadə, Ülviyyə Mikayılova, Mirvari Qasımova, İradə Qasımova, Kəmalə Allahverdiyeva, Nənəxanım Bağırova, Gülçin Məmmədova, Günay Rizvanova, İddiaçı tutduqları vəzifələrə uyğun hesab edilməmişdirlər.

6. Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Nümayəndə və həmin məktəbin müəllimləri Gülnarə Həsənova, Səbinə İsazadə, Nigar Abbasova, Gülnar Rəcəbova tərəfindən tərtib edilmiş 01 aprel 2025-ci il tarixli aktın surətinə əsasən, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən bu məktəbin müəllimi İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 79-cu maddəsinin tələbləri ilə tanış edilmiş, bu hallara malik olmaması haqqında müəssisənin məlumatı olsa da, o, bu haqda yazılı məlumat v erməkdən imtina etmişdir.

7. Bakı şəhər Mədəniyyət Baş İdarəsi 30 nömrəli Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş 02 aprel 2025-ci il tarixli 42 nömrəli əmrin surətinə əsasən, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestasiya Komissiyası 12 mart 2025-ci il tarixli qərarını və Kəmalə Allahverdiyevanın Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmadığı nəzərə alınaraq, Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 07 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

8. Həmin əmrdə qeyd edilmişdir ki, Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin Attestas iya Komissiyası 12 mart 2025-ci il tarixli qərarı ilə həmin məktəbin fortepiano müəllimi İddiaçı tutduğu vəzifəyə uyğun olmadığı qərara alınmışdır. Bununla əlaqədar Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci hissəsində göstərilmiş halların mövcud olub-olmadığına dair məlumatın təqdim edilməsi İddiaçı təklif edilmiş, lakin sonuncu Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1ci hissəsi ilə müəyyən edilmiş hallara malik olmasına dair məlumat verməkdən imtina etmişdir. (akt tərtib olunmuşdur). 9. “Elektron məhkəmə” informasiya sistemindən olan çıxarışdan görünür ki, İddiaçı 12 avqust 2020-ci il təvəllüdlü X3 və 08 noyabr 2021-ci il təvəllüdlü X4 adında azyaşlı övladları var. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat 1

0. İddiaçı cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbinə qarşı “işə bərpa, əmrin ləğv edilməsi və sair” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh 30 nömrəli Uşaq Musiqi Məktəbinin xx.xx.2025-ci il tarixli 42 nömrəli əmrinin ləğv edilməsinə, İddiaçı müəllim vəzifəsinə işə bərpa edilməsinə və məcburi buraxılmış iş günlərinə görə əmək haqqının ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. İddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2018-ci il tarixində X8 fortepiano peşəsi üzrə 30 nömrəli Uşaq Musiqi Məktəbində müəllim kimi fəaliyyətə başlamışdır. İşlədiyi müddətdə heç bir nöqsanı olmamışdır. xx.xx.2019-cu il tarixdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasını bitirərək "dirijorluq" ixtisası üzrə bakalavr diplomu, xx.xx.2021-ci ildə isə Azərbayc an Milli Konservatoriyasını bitirərək? "dirijorluq" ixtisası üzrə magistr diplomu almışdır. İddiaçı dəfələrlə məktəb rəhbərliyinə ixtisası üzrə dərs saatları üçün müraciət etmiş, lakin hər dəfə iddiaçıya söz versələr də, məktəbdə dirijorluq dərslərinin az olduğunu səbəb göstərərək təmin etməmişdilər. Halbuki həmin ərəfələrdə məktəbdə bəzi müəllimlər 18-20 saat dirijorluq dərsləri tədris edirdilər. İddiaçıya qarşı edilmiş bu haqsızlıqla yanaşı 30 nömrəli Uşaq Musiqi Məktəbinin direktor əvəzi Nümayəndə iddiaçını məcburi şəkildə xx.xx.2025-ci il tarixində keçirilmiş Fortepiano müəllimlərinin attestasiya imtahanına göndərmiş və iddiaçıya narahat olmamasını, bu attestasiyadan keçməsə belə, iddiaçını ixtisasına uyğun dirijorluq dərs saatları ilə təmin edəcəyini bildirmişdir. Lakin attestasiya im tahanının nəticələri bəlli olmamışdan öncə direktor əvəzi Nümayəndə dəfələrlə iddiaçıya və digər müəllim yoldaşlarına könüllü ərizə yazaraq işdən çıxmaqlarını təklif etmiş, əks təqdirdə əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən işdən azad olunacaqlarını bildirmişdir. İddiaçı könüllü olaraq işdən çıxmaq barəsində ərizə yazmadığı üçün xx.xx.2025-ci il tarixdə Nümayəndə iddiaçıya 30 nömrəli Uşaq Musiqi Məktəbinin 42 nömrəli əmr ilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "c" bəndinə əsasən iddiaçının əmək müqaviləsinə xitam verildiyini bildirmişdir. Əmək müqaviləsinə xitam verilərkən iddiaçıya bildirmişdilər ki, guya o, attestasiyadan yüksək nəticə əldə edə bilməmişdir. Halbuki attestasiyadan sonra müsbət nəticə əldə e tdiyi barədə iddaçıya Nümayəndə tərəfindən şifahi bildirilmişdir. İddiaçıya təqdim olunmuş xitamla bağlı 42 nömrəli əmrdə (3-cü abzasda) onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin "1-ci hissəsi ilə müəyyən olunmuş hallara malik olmadığı və imtina etdiyi yazılsa da, bu hal iddiaçı barəsində deyil, Kəmalə Allahveriyeva adlı şəxs barəsində qeyd olunmuşdur. Göründüyü kimi bir əmrdə iki ayrı-ayrı şəxsin adının qeyd edilməsi də, əmrin qanuna zidd olduğunu göstərir. Attestasiyadan əvvəl və sonrakı bütün bu yaşananlar birbirinə ziddiyət təşkil edir və iddiaçı hesab edir ki, onun hüquqları pozulmuşdur. Həmçinin iddiaçının himayəsində iki azyaşlı övladı var və kiçik övladı 3 yaşındadır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə əmək müqaviləsinə qan unsuz xitam verilməsi ilə bağlı müraciət etsə də, müraciətinə cavab verilməmişdir. Bundan başqa cavabdehlə aralarında Bakı şəhəri 13 saylı Mediasiya Təşkilatında "Barışıq Sazişi"nin imzalanmasına cəhd olunmuş, bu baş tutmadığından "ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi" barədə xx.xx.2025-ci il tarixli arayış təqdim edilmişdir. Əmək müqaviləsinə xitam verilmək haqqında əmr əmək qanunvericiliyinə zidd verilmişdir və əsassızdır. Odur ki, xx.xx.2025-ci il tarixli, 42 nömrəli əmr ləğv edilməlidir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi attestasiya adı altında kütləvi şəkildə qərəzli təşkil edilmiş və həqiqətə uygun deyildir.

12. Məhkəmənin baxış iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək, iddianın təmin edil məməsini məhkəmədən xahiş etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, sentyabr ayından direktor vəzifəsini icra edir. 6 ildir ki, məktəbdə xor dərsi olmamışdır. İddiaçı fortepiano dərsi tədris etmişdir. Məktəbdə 4 xor müəllimi var, həftəlik cəmi 30 dərs saatı var. Həmin dərsi 4 müəllim arasında böləndə, dərs saatı az olur. İddiaçının da 200 manata dərs keçməyəcəyini bilir. Ona görə də iddiaçıya fortepiano dərsi vermişdir. Attestasiyada verilən suallar ümumi suallar olmuşdur. Attestasiya komissiyası iddiaçının başqa vəzifəyə keçirilməsini tövsiyə etməmişdir. Eyni zamanda iddiaçının işə qəbul edilməsi ilə bağlı əmr yoxdur. Təqdim edilən əmrdə isə əvəzçi müəllim kimi vəzifəsini icra etmişdir. Nümayəndə həmçinin bildirmişdir ki, məktəbdə 78 müəllimdən attestasiyanın nəticələrinə uyğun olaraq 18 fortepiano müəllimi, 4 nəzəriyyə müəllimi işdən çıxarılmışdır. İşdən çıxarılan müəllimlərin vakansiyası mövcuddur.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim-İlahə Abbasova) 2(011)4849/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilərək, İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə 30 saylı Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli 42 nömrəli əmrin ləğv edilməsi, İddiaçı Azərbaycan 30 saylı Uşaq Musiqi Məktəbində müəllim vəzifəsinə bərpa edilməsi, İddiaçı məcburi iş buraxmaya görə 02 aprel 2025-ci il tarixdən işə faktiki bərpa ediləcəyi tarixədək əmək haqqının ödənilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, mülki işdə olan sübutlarla təsdiq edilir ki, İddiaçı Bakı şəhəri 30 nömrəli Uşaq Musiqi Məktəbinin 15 mart 2018-ci il tarixli 26 nömrəli əmrinə əsasən həmin məktəbdə müəllim vəzifəsinə işə qəbul edilmişdir. Həmin əmrə əsasən iddiaçı 2017-2018-ci tədris ilinin sonunadək müvəqqəti fortepiano müəllimi vəzifəsini icra etmişdir.

15. İddiaçıya dirijorluq ixtisası üzrə bakalavr ali peşə-ixtisas dərəcəsi Dövlət Attestasiya Komissiyasının 07 iyun 2019-cu il tarixli qərarı ilə, dirijorluq ixtisası üzrə magistr elmi-ixtisas dərəcəsi 27 yanvar 2021-ci il tarixli qərarı ilə verilmişdir. Buna baxmayaraq iddiaçı ixtisasına uyğun işlə təmin edilməmişdir. 16. 12 mart 2025-ci il tarixdə 30 saylı Uşaq Musiqi Məktəbində işçilərin attestasiyası keçirilmiş və İddiaçı tutduğu vəzifəyə uyğun hesab edilməmişdir. 30 nömrəli Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli 42 nömrəli əmrinə ə sasən Bakı şəhər 30 nömrəli Uşaq Musiqi Məktəbinin fortepiano müəllimi İddiaçı 07 aprel 2025-ci il tarixindən Azərbaycan Respublikası Əmək Məcələsinin 70-ci maddəsinin “c” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Həmçinin işdə olan sübutlarla təsdiq edilir ki, mübahisələndirilən əmr qəbul edilərkən iddaçının iki azyaşlı uşağı 3 və 4 yaşında olmuşdur.

17. Beləliklə, İddiaçı dirijorluq ixtisası üzrə bakalavr və magistr təhsili almışdır. 15 mart 2018-ci il tarixdə iddiaçı 30 nömrəli Uşaq Musiqi Məktəbində 2017-2018-ci tədris ilinin sonunadək müvəqqəti fortepiano müəllimi vəzifəsini icra etmişdir. İddiaçının 12 avqust 2020-ci il tarixdə və 08 noyabr 2021-ci il tarixdə övladları olmuş və 2023-cü ilədək sosial məzuniyyətdə olmuşdur. İ şə qayıtdıqdan sonra məktəbin direktoruna ona öz ixtisasına uyğun olaraq ona xor-dirijor dərslərini verilməsini xahiş etsə də, ona sentyabr ayından öz ixtisası üzrə dərs saatlarının veriləcəyi, hazırkı attestasiyada iştirak etməsi bildirmişdir.

18. Cavabdehin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatda dərs saatlarının az olduğu üçün iddiaçıya dirijorluq dərslərinin verilməməsini təsdiq etmişdir. Beləliklə, iddiaçının fortepiano ixtisası üzrə müvəqqəti müəllim kimi işləməsi və öz ixtisasına uyğun olaraq attestasiya edilməməsi iş materialları ilə təsdiq edilmişdir.

19. Digər tərəfdən işçilərin attestasiyanın nəticələrinə uyğun olaraq 30 nömrəli Uşaq Musiqi Məktəbində kütləvi şəkildə müəllimlərin işdən çıxarıldığı müəyyən edilmişdir.

20. Məhkəmə işin faktiki hallarını qiymətləndirib yux arıda qeyd edilmiş maddi hüquq normalarına əsaslanaraq belə qənaətə gəlir ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı dövlətin ana və uşaqların hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilməsi siyasətinə zidd olmuşdur.

21. Belə ki, Əmək Məcəlləsinin 70-ci maddənin “c” bəndində nəzərdə tutulmuşdur ki, peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tər əfindən ləğv edilə bilər. Məhkəmə qeyd edir ki, qanunun bu göstərişi imperativ xarakter daşımır, qanun müqavilənin ləğv edilməsini mütləq qoymur, onu işəgötürənin səlahiyyətinə buraxır. Və bu halda həmin məcəllənin 67ci maddəsinin ikinci bəndi müəyyən edir ki, işəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.

22. Attestasiya vərəqəsindən görünür ki, iddiaçı forpepiano ixtisasını 2015-ci ildə, dirijorlug ixtisasını 2019 və 2021-ci ildə almış, ixtisasartırmada iştirak etməmiş, ona verilən bütün suallar fortepiano ixtisası üzrə olmuşdur. Beləliklə, Komissiya iddiaçının fortepiano ixtisası üzrə ali təhsilinin olmamasına diqqət yetirməyərək, iddiaçının ali təhsili dirijorlug ixtisası ilə bağlı olduğunu nəzərə almadan, həmçinin iddiaçının uzun müddət analıq məzuniyyətdə olduğunu, ixtisasartırma kursuna cəlb olunmadığını nəzərə almadan onunla bağlı heç bir tövsiyyə yaxud təklif vermədən onun tutduğu vəzifəyə uyğun olmadığı qənaətinə gəlmişdir.

23. Bununla yanaşı işəgötürən iddiaçının öz ixtisasına uyğun olaraq attestasiyadan keçməməsini, himayəsində iki azyaşlı uşağı olduğu üçün iddiaçının bu işə ehtiyacı olduğunu nəzərə almadan, iddiaçının aldığı ali təhsili üzrə yiyələndiyi ixtisasına uyğun olaraq işlə təmin edilməsi imkanlarını nəzərdən keçirmədən onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və bu zaman da əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəy yən edilmiş tələbi pozmuşdur. Belə ki, həmin maddəyə görə İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən 30 saylı Uşaq Musiqi Məktəbi 02 aprel 2025-ci il tarixli 42 nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır.

24. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinə, 46-cı maddəsinin 1-ci hissəsinə, 65-ci maddəsinin 1-7-ci hissələrinə, 66-cı maddəsinə, 67-ci maddəsinin 1-4 və 6-cı hissələrinə, 70-ci maddəsinin “c” bəndinə, 71-ci maddəsinin 3-cü hissəsinə, 74-cü maddəsinin 2-ci, 83-cü maddəsinin 1-3-cü hissəsinə, 84-cü maddəsinin 1-3-cü hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 2.1, 2.4, 2.6-cı bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

25. Cavabdeh qətnaməsən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən qanunvericiliyin tələblərini pozmuş, qətnamə qanunsuz və əsassız olmaqla, iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırmamışdır. Bundan başqa, məhkəmə həqiqətin müəyyən edilməsini təmin etməmiş, əksinə iddiaçının məhkəməyə bildirdiyi halların həqiqəti əks etdirməməsinə və işin faktiki halları ilə ziddiyyət təşkil etməsinə baxmayaraq, məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən xüsusatlar üzrə araşdırma və hüquqi əsaslandırma aparmamış, işə səthi yanaşaraq, şablon, ümumi ifadələrlə iddianı təmin etmişdir. Rayon məhkəməsi sübutetmə yükünun iddiaçı üzərində olduğunu qətnamədə qeyd etsə də, yalnız iddiaçının uydurma izahatını nəzərə almış, əks olaraq cavabdehin rəsmi sənəd və qanunvericiliyə uyğun qaydada əldə edilmiş və təqdim etdiyi mötəbər sübutları nəzərə almamışdır. Məhkəmə iddiaçının heç bir faktla sübut edilməyən, məntiqsiz və işin predmetinə aid olmayan arqumentlər əsasında detallı araşdırma aparmadan, sübutları tədqiq və təhlil etmədən, məntiqi uzlaşmaya dayanmadan və faktları tutuşdurmadan işə səthi yanaşma göstərə rək səhv qənaətə gəlmişdir.

27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X5-sədrlk edən və məruzəçi, X2 və X6) 2(103)-5163/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətinin təmin olunmaması, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılması qət edilmişdir.

28. Apellyasiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçının attestasiyası “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının pozulması ilə keçirildiyindən, iddiaçının attestasiyanın nəticələrinə görə işdən çıxarılması qanunsuz olmaqla yanaşı, həm də dövlətin ana və uşaqların hüquqlarının müdafiəsi, onların maddi və sosial təminatlarının gücləndirilməsi, eləcə də bəzi ailələrinin sosial müdafiəsinin möhkəmləndirilm əsi siyasətinə zidd olmuşdur.

29. Belə ki, mülki iş materiallarında olan Attestasiya vərəqəsindən görünür ki, iddiaçı forpepiano ixtisasını 2015-ci ildə, dirijorlug ixtisasını 2019 və 2021-ci ildə almış, ixtisasartırmada iştirak etməmiş, ona verilən bütün suallar fortepiano ixtisası üzrə olmuşdur. Beləliklə, Komissiya iddiaçının fortepiano ixtisası üzrə ali təhsilinin olmamasına diqqət yetirməyərək, iddiaçının ali təhsili dirijorlug ixtisası ilə bağlı olduğunu nəzərə almadan, həmçinin iddiaçının uzun müddət analıq məzuniyyətdə olduğunu, hətta işlədiyi peşə üzrə də xeyli müddət fəliyyət göstərmədiyini və işlədiyi müddətdə ixtisasartırma kursuna cəlb olunmadığını nəzərə almadan, eləcə də onunla bağlı heç bir tövsiyyə, yaxud təklif vermədən onun tutduğu vəzifəyə uyğun olmadığı qənaətinə gəlmi şdir.

30. Həmçinin işəgötürən iddiaçının öz ixtisasına uyğun olaraq attestasiyadan keçməməsini, himayəsində xx.xx.2020-ci il və xx.xx.2021-ci il təvəllüdlü iki azyaşlı uşağı olduğu üçün iddiaçının işə ehtiyacı olduğunu nəzərə almadan, iddiaçının aldığı ali təhsili üzrə yiyələndiyi ixtisasına uyğun olaraq işlə təmin edilməsi imkanlarını nəzərdən keçirmədən, onunla bağlanmış əmək müqaviləsinə xitam vermiş və əmrin tərtibində Əmək Məcəlləsinin 71-ci maddəsində müəyyən edilmiş tələbi pozmuşdur. Belə ki, həmin maddəyə görə işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. İşəgötürən isə 02 aprel 2025-ci il tarixli, 42 nömrəli əmrində iddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmamışdır.

31. Beləliklə də, hazırkı işin müəyyən olunmuş faktiki halları və istinad edilən maddi hüquq normalarını nəzərə alaraq, Məhkəmə kollegiyası hesab etmişdir ki, rayon məhkəməsi mahiyyət etibarı ilə iş üzrə düzgün nəticəyə gəlmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır və rayon məhkəməsinin qətnaməsinin ləğvinə əsas ola bilməz.

32. Avropa Məhkəməsi özünün bir sıra qərarlarında (“Delkart Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Piersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı və s.) xüsusi olaraq vurğulamışdır ki, “…ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

33. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11ci maddəsi nə, 46-cı maddəsinin 1-ci hissəsinə, 65-ci maddəsinin 1-7-ci hissələrinə, 66-cı maddəsinə, 67-ci maddəsinin 1-4 və 6-cı hissələrinə, 70-ci maddəsinə, 71-ci maddəsinin 3-cü hissəsinə, 74-cü maddəsinə, 83-cü maddəsinin 1-3-cü hissəsinə, 84-cü maddəsinin 1-3-cü hissəsinə, 85-ci maddəsinin 1-3-cü hissəsinə, 87-ci maddəsinin 5-ci hissəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydalarının 2.1, 2.4, 2.6-cı bəndlərinə, Azərbaycan Respublikasının MPM-in 14.2, 76.1, 76.2, 76.3, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

34. Qətnamədən cavabdeh (Vəkil) kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-5163 /2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinin ləğv edilməsi və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxılması zamanı Azərbaycan Respublikasının müvafiq maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, bunun nəticəsi olaraq qəbul edilmiş qətnamə qanunsuz, hüquqi əsaslandırmadan kənar və faktiki hallara uyğun olmayan nəticələrə əsaslanmışdır. Belə ki, iddiaçı iddia tələblərini yalnız şifahi bəyanatlar və subyektiv mülahizələr vasitəsilə əsaslandırmış, lakin bu iddiaların faktoloji təsdiqi üçün zəruri olan heç bir sənəd, yazışma, rəsmi müraciət, əmrlər, məktəb rəhbərliyi ilə münasibətləri ək s etdirən sübutlar, attestasiya nəticələri, müqavilə sənədləri və ya digər obyektiv hüquqi əsası olan materiallar təqdim etməmişdir.

36. İş üzrə toplanmış materialların təhlili göstərir ki, məhkəmə bir tərəfdən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14, 15, 77, 78, 85 və 88-ci maddələrinin tələblərinə riayət etməmiş, digər tərəfdən isə sübutların tam, hərtərəfli və obyektiv araşdırılması prinsipini təmin edə bilməmişdir. Həmin normalara əsasən məhkəmə, iş üçün əhəmiyyət kəsb edən bütün hallar üzrə sübutların toplanması, araşdırılması, qiymətləndirilməsi və hüquqi nəticələrin əsaslandırılması üzrə aktiv mövqe nümayiş etdirməli, tərəflərin vəsatətləri, təqdim olunmuş sübutlar və onların etibarlıq dərəcələri üzrə nəticə çıxarmalı idi. Lakin apellyasiya instansiya məhkəməsi b u tələbləri nəzərə almamış, iddiaçı ilə cavabdehin təqdim etdiyi sübutlar arasında balanslı və obyektiv qiymətləndirmə aparmadan qərar qəbul etmişdir. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq sübutetmə yükünün iddiaçı üzərində olması qətnamədə formal şəkildə qeyd olunsa da, məhkəmə yalnız iddiaçının əsası və faktoloji dayağı olmayan izahatlarını əsas götürmüş, cavabdeh tərəfindən təqdim edilmiş, qanunla nəzərdə tutulmuş qaydada əldə olunmuş və hüquqi qüvvəyə malik rəsmi sənədlər, hesabatlar, yazışmalar və digər mötəbər sübutlar məhkəmə tərəfindən öyrənilməmiş, təhlil olunmamış və qiymətləndirilməmişdir.

37. Məhkəmə iddiaçının heç bir obyektiv fakt, hüquqi baza və maddi sübutla təsdiqini tapmayan, işin predmeti ilə əlaqəsi olmayan və yalnız subyektiv mülahizələrə əsaslanan ar qumentlərini araşdırmadan, onların iş üçün əhəmiyyətini qiymətləndirmədən və onları mötəbər sübutlarla tutuşdurmadan qətnamə qəbul etmişdir. Bununla da məhkəmə qanunveridiliklə təsbit olunan ədalətlilik, obyektivlik və tərəflərin prosessual hüquq bərabərliyi prinsiplərini pozmuşdur. Qeyd olunan hüquqi ziddiyyətlərin fonunda məhkəmənin qətnamədə nəticə kimi gəldiyi qənaətlərin nə hüquqi, nə də faktiki əsasları mövcuddur. Qətnamənin nəticə hissəsi ilə motiv hissəsi arasında məntiqi əlaqə qurulmamış, mövqeyin əsaslandırılması üçün tələb olunan hüquqi arqumentasiya aparılmamış, normativ baza və məhkəmə təcrübəsinə istinad edilməmişdir.

38. Cavabdeh tərəfindən attestasiya komissiyasının təşkili mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə həyata keçirilmiş, iddiaçı tərəfindən isə bunun əks ini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. İddiaçının attestasiya zamanı ona qarşı guya qərəzli münasibət göstərilməsi barədə irəli sürdüyü iddia ilə bağlı bildiririk ki, məhkəmə sorğusu əsasında Mədəniyyət Nazirliyinə müraciət edilməklə attestasiya prosesinin video-müşahidə görüntülərinin əldə olunması və təqdim olunan iddianın obyektiv araşdırılması mümkün idi. Lakin iddiaçı bu istiqamətdə heç bir prosessual təşəbbüs göstərməmişdir. Attestasiya materiallarından görünür ki, attestasiya prosesində iddiaçıya hansısa ayrı-seçkiliyin tətbiq olunması müəyyən edilməmişdir. Verilmiş sualların cavablandırılması və fortepiano üzrə ifa üçün lazımi şərait yaradıldığı halda, iddiaçı bu tələbləri layiqincə yerinə yetirə bilməmiş və sualları cavablandırmaqda acizlik göstərmişdir. Qanunvericiliyin tələblərinə əsasən attestasiya komissiyasının qərarı əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verilməsi üçün əsaslardan biri olduğundan, cavabdeh tərəfindən iddiaçının işdən azad olunması barədə xx.xx.2025-ci il tarixli, 42 nömrəli əmrin verilməsi tam qanuni və əsaslıdır. Attestasiya vərəqələrinin təhlili göstərir ki, iddiaçıya tutduğu vəzifənin xüsusiyyətlərinə uyğun nəzəri suallar ünvanlanmış, fortepiano üzrə ifası tələb edilmiş, lakin iddiaçının cavabları və musiqi ifası komissiya üzvləri tərəfindən qənaətbəxş hesab olunmamışdır. Bu səbəbdən komissiya üzvlərinin səsverməsi nəticəsində iddiaçının tutduğu vəzifəyə uyğun olmadığı müəyyən edilmişdir.

39. Göstərilənlərdən aydın olur ki, iddiaçının işdən azad olunması barədə qərar Azərbaycan Respublikası Əmək Məcəll əsinin müvafiq müddəalarına tam uyğun şəkildə qəbul edilmişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinin pozulması halımüəyyən edilmədiyindən, əmrin ləğv edilməsi və işə bərpa olunma barədə tələb əsassızdır və təmin edilməməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə tərəfindən attestasiya prosesinin keçirilməsində hər hansı pozuntulara yol verilməsi qənaətinə gəlinməsi belə, iddiaçının dərhal işə bərpa olunmasını və əmrin ləğv edilməsini hüquqi baxımdan şərtləndirmir. Məhkəmə belə bir qənaətə gələcəyi halda, əvvəlcə attestasiya prosesinin təkrar keçirilməsi üçün müvafiq tədbirlərin görülməsini təmin etməli idi. Əmək qanunvericiliyinin tələblərindən irəli gələrək, attestasiya nəticələri işəgötürənin işçinin peşə hazırlığının uyğunlu ğuna dair obyektiv qiymətləndirməsinə əsas verir. Əgər məhkəmə bu prosesin pozulduğunu hesab edirsə, doğru hüquqi yanaşma attestasiya nəticəsinin etibarsız hesab edilməsi və yeni attestasiya keçirilməsi ilə işçinin bilik və bacarıqlarının yenidən qiymətləndirilməsinə şərait yaradılması olardı. Bu hüquqi yol seçilmədən, attestasiya nəticələrinin araşdırılması və yenidən qiymətləndirilməsi təmin olunmadan iddianın birbaşa təmin edilməsi qanunvericiliyin məramına və əmək münasibətlərinin mahiyyətinə ziddir. Bu baxımdan, İddiaçı barəsində 30 saylı Uşaq Musiqi Məktəbinin 02 aprel 2025-ci il tarixli, 42 nömrəli əmrin ləğv edilməsi, onun müəllim vəzifəsinə bərpa olunması, həmçinin məcburi iş buraxmaya görə əməkhaqqının ödənilməsi barədə qətnamə çıxarılması, attestasiya prosesinin nəticələri və iş əgötürənin səlahiyyətləri nəzərə alınmadan qəbul edilmiş qərardır. Digər tərəfdən, məhkəmə attestasiya prosesinin düzgün aparılmasını şübhə altına alırdısa, Mədəniyyət Nazirliyinə sorğu göndərməklə attestasiya prosesinə dair videomüşahidə görüntülərini tələb etməli, həmin materialların araşdırılması yolu ilə iddiaçının irəli sürdüyü qərəz iddialarının nə dərəcədə əsaslı olduğu müəyyən edilməli idi. Lakin məhkəmə bu zəruri prosessual addımı atmamış, mövcud sübutların tam araşdırılmasını təmin etmədən iddiaçının iddiasını təmin etmişdir ki, bu da prosessual prinsiplərə, xüsusən də obyektivlik və hərtərəfli araşdırma tələblərinə ziddir.

40. Nəticə etibarilə, attestasiya prosesinin təhlil edilmədən və təkrar attestasiya tədbirləri görülmədən iddianın təmin edilməsi, həm qanunvericilik tələblər i, həm də işəgötürənin əmək münasibətlərinin idarə olunması üzrə səlahiyyətlərinin nəzərə alınmaması ilə xarakterizə olunur. Attestasiyanın nəticələri əsasında verilmiş əmrin hüquqi qüvvədə saxlanılması üçün kifayət qədər əsaslar mövcud olduğu halda, məhkəmə tərəfindən əmrin ləğv edilməsi və işə bərpa ilə bağlı qərar qəbul edilməsi hüquqi əsaslardan məhrumdur və ləğv edilməlidir.

41. Kassasiya şikayəti Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan RespublikasıAli Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarına, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci madd əsinin “c” bəndinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217ci maddəsinə istinad edilməklə əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

42. İddiaçı tərəfindən kassasiya şikayətinə qarşı etiraz verilərək cavabdeh tərəfindən verilmiş kassasiya şikayətininin təmin edilməməsi, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 iyul 2025-ci il tarixli, 2(011)-4849/2025 nömrəli və Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 5163/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnamələrinin dəyişdirmədən qüvvəsində saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

43. Maddə 11(hüquq münasibətinin yarandığı vaxtdakı redaksiya)

1. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a ) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək; ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək;

44. Maddə 46.

1. Əmək müqaviləsi bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş əmək şəraitinin şərtləri, habelə tərəflərin razılaşdıqları əlavə şərtləri, işçinin əmək funksiyası və tərəflərin öhdəliklər i göstərilməklə fərdi qaydada bağlanılır.

45. Maddə 65 (hüquq münasibətinin yarandığı vaxtdakı redaksiya).

1. İşçilərin peşəkarlıq səviyyəsinin yoxlanılması, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə (peşəyə) uyğun olduğunu aşkara çıxarmaq məqsədi ilə bu Məcəllənin 66-cı maddəsində göstərilən işçilər istisna olunmaqla qalan bütün işçilərin attestasiyası keçirilə bilər.

2. Yalnız müvafiq iş yerində azı bir il çalışan işçilər attestasiyadan keçirilə bilər. Hər bir işçi üç ildə, elmi işçilər isə beş ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər.

3. İşəgötürənin əmri (sərəncamı) ilə işçilərin attestasiyasının keçirilməsi üçün təcrübəli, yüksək peşəkarlıq qabiliyyətinə malik, obyektivliyi və qərəzsizliyi ilə seçilən nüfuzlu şəxslərdən, habelə həmkarlar ittifaql arı təşkilatının nümayəndəsindən ibarət attestasiya komissiyası yaradılır. İşəgötürən, işçinin müvafiq iş yeri üzrə rəhbəri attestasiya komissiyasının üzvü ola bilməz.

4. Attestasiya komissiyası azı beş nəfərdən ibarət olmaqla bütün hallarda onun say tərkibi təkrəqəmli olmalıdır. Attestasiya komissiyasının səlahiyyət müddəti onun yaradılması haqqında müvafiq əmrlə (sərəncamla) müəyyən edilir.

5. Attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə), əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilə bilər. Attestasiya olun an işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

6. Attestasiya komissiyasının işi aşkarlıq şəraitində, obyektiv, qərəzsiz və qanunvericiliyin tələblərinə əməl edilməklə aparılmalıdır. Attestasiya komissiyası qərarını gizli və ya açıq səsvermə yolu ilə səs çoxluğu ilə qəbul edir. Müvafiq iş yeri üzrə əmək kollektivi nümayəndələrinin attestasiya komissiyasının iclasında müşahidəçi kimi iştirak etmək istəyi təm in olunmalıdır.

7. Attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (peşəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında iki qərardan yalnız birini qəbul edir. Bununla yanaşı attestasiya komissiyası bu qərarlarında işçinin başqa vəzifədə (peşədə) istifadə edilməsinin məqsədə müvafiqliyi barədə işəgötürənə tövsiyyə edə bilər.

46. Maddə 66( birinci və beşinci abzas) Aşağıdakı işçilərin attestasiyası keçirilmir: uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

47. Maddə 67(hüquq münasibətinin yarandığı vaxtdakı redaksiya)

1. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllə nin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər.

2. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin peşə hazırlığının yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması üçün onu təlimlərə cəlb edə və yaxud işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşəyə) keçirə bilər.

3. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir.

4. İş yerinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz.

6. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi l əğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır.

48. Maddə 70 (hüquq münasibəti yarandığı vaxtdakı redaksiya). Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: a) müəssisə ləğv edildikdə; b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə; c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə; ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda; e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət məktəbəqədər və ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qay dada keçirilir.

49. Maddə 71.3(hüquq münasibəti yarandığı vaxtdakı redaksiya). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

50. Maddə 74. 2.Əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin 1-ci his səsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər.

51. Maddə 83.

1. Əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara uyğun olaraq xitam verilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.

2. Elektron sənəd formasında bağlanılmış əmək müqavilələrinə xitam verilən zaman bu barədə işəgötürənin əmri (sərəncamı, qərarı) elektron informasiya sistemində gücləndirilmiş elektron imza ilə imzalanaraq işçinin informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirilir.

3. Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallarda müvafiq əmr (sərəncam, qərar) işəgötürən tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Əmrin surəti işçi nin əmək kitabçası ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 may tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında işçilərin attestasiyasının keçirilməsi Qaydaları

52. Bənd 2.1-ci maddəsinə attestasiyadan keçirilməzdən əvvəl zəruri hallarda attestasiyanın keçirilməsinin məqsəd, vəzifə və metodlarının izahının işçilərə çatdırılması üzrə tədbirləri özündə cəmləşdirən lazımi hazırlıq işləri görülməlidir. Bu işi müəssisənin struktur bölmələrinin rəhbərləri müvafiq həmkarlar təşkilatları ilə birlikdə, həmkarlar təşkilatı olmadıqda isə işəgötürən özü təşkil edir.

53. Bənd 2.4-cü maddəsinə görə attestasiya komissiyasının üzvləri tərəfindən işçiyə yalnız tutduğu vəzifəyə (peşəyə) əmək funksiyasına, ixtisasına (peşəsinə) dair, yerinə yetirdiyi işlər və onların nəticələri barədə, habelə tutduğu vəzifəyə (peşəyə) uyğunluğunu müəyyən etmək üçün zəruri olan əmək müqaviləsi ilə müəyyən edilmiş hüquqları, vəzifələri dairəsinə aid olan məsələlərlə əlaqədar suallar verilir. Attestasiya olunan işçinin siyasi baxışlarına, mənəvi, əxlaqi kamilliyinə, şəxsiyyətinə, etiqadına və digər sırf şəxsi dəyərlərinə görə, o cümlədən onun intizamlılıq dərəcəsinə görə peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi yolverilməzdir. İşçinin tutduğu vəzifəyə uyğunluğu müəyyən edilərkən onun son 5 (beş) il ərzində peşə hazırlığı səviyyəsinin yüksəldilməsinin, yeni ixtisasa yiyələnməsinin və ixtisasının artırılmasının nəticələri nəzərə alınır.

54. Bənd 2.6-cı maddəsinə görə attestasiya komissiyası işçinin tutduğu vəzifəyə (pe şəyə) uyğun olduğu və ya uyğun olmadığı haqqında 2 qərardan yalnız birini qəbul edir: a) tutduğu vəzifəyə uyğundur; b) tutduğu vəzifəyə uyğun deyil. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

55. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

56. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 57. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izaha tları ilə müəyyən edilir. 58. 76.3. Qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

59. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

60. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

61. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

62. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclas ında tədqiq olunmuş sübutlarla əsaslandırır.

64. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

65. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

66. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərin dən asılı olmayaraq yoxlanılmalıdır.

67. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.

68. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.

69. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

70. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

71. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

72. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya in stansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

73. Məhkəmə kollegiyası bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi işdəki sübutları araşdırmış, onlara, habelə kassasiya şikayətində göstərilən hüquqi hallara mülki prosessual normalara əsasən hüquqi qiymət verməklə yuxarıdakı qənaətə gəlmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya instansiyası mə hkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır və əlavə hüquqi dəyərləndirmə aparılmasına lüzum görmür.

74. Kassasiya şikayətinin bir sıra dəlilləri işin faktiki hallarının araşdırılmaması barədədir ki, belə dəlillər üzrə hazırkı icraat çərçivəsində hüquqi dəyərləndirmə aparıla bilməz.Belə ki, Azərbaycan Respublikasının MPM-in 407.2-ci maddəsinin tələbinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

75. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərai t yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

76. Yuxarıda qeyd edilənlərə görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

77. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: Cavabdeh 30 saylı Uşaq Musiqi Məktəbi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5163/2025 nömrəli, 30 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi and

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar