Məhkəmə qərarları › İş №2(102)-3910/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3910/2020

22.09.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3910/2020 22.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: qızıl-zinət əşyaların tələbi, sübutetmə yükünün bölüşdürülməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı, Cavabdehin vəkili xxxnun iştirakları ilə Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli, 2(106)1757/2019 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh 2, habelə vəkilləri xxx tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən bir dəst 750 əyarlı qızıldan hazırlanmış boyunbağı, qolbaq, sırğa və üzük dəstinin - 2300 manat dəyərində; bir ədəd 4,5 qram brilyant qaşlı nişan üzüyünün - 600 manat dəyərində; toyda baldızı xxxnın ona hədiyyə olaraq verdiyi 585 əyarlı ağ sirkon qaşlı üzüyün - 150 manat dəyərində; “Hə” alınanda ona hədiyyə olunmuş tək qaşlı 585 əyarlı 2,3 qram qızıl üzüyün - 220 manat dəyərində əşyaları və 5000 manat pulun alınıb ona verilməsini xahiş etmişdir. Füzuli Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(064)-1702/201 8 nömrəli qətnaməsi ilə (hakim M.A.Bağırov) iddia qismən təmin edilmiş, İddiaçı toy hədiyyəsi kimi verilmiş bir dəst qızıl 750 əyarlı boyunbağı, qolbaq, sırğa və üzük dəstinin - 2300 manat dəyərində; bir ədəd brilyant qaşlı nişan üzüyünün, 4,5 qram - 600 manat dəyərində; (toyda baldızı xxxnın hədiyyə olaraq verdiyi) ağ sirkon qaşlı üzüyün 585 əyarlı - 150 manat dəyərində; (“Hə” alınanda hədiyyə olunmuş tək qaşlı 585 əyarlı 2,3 qram) qızıl üzüyünün 220 manat dəyərində qızıl-zinət əşyalarının, həmin əşyalar olmadıqda onların dəyərinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 1757/2019nömrəli qətnaməsi ilə (hakimlər İ.Q.Əsədov – sədrlik e dən və məruzəçi, Z.A.Zeynalov və M.K.Həsənov) cavabdehlər tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Füzuli Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli, 2(064)-1702/2018 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və vəkilləri xxx kasasiya şikayəti verərək, Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 1757/2019 nömrəli qətnaməsinin ləğv edilməsinə və mülki işə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ, ONA ETİRAZ, TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ: Kasasiya şikayəti işin faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, məhkəmələr tərəfindən işin hallarına düzgün hüquqi qiymət v erilməmiş, iddia tələbləri sübuta yetirilməmiş, qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Məhkəmə iclasında cavabdehlərin vəkili xxx kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçı məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kasasiya şikayətinə yazılı etiraz daxil olmamışdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını ar aşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. İlk olaraq kasasiya şikayətinin hədlərini müəyyən edərkən məhkəmə kollegiyası qeyd edir ki, iddia birinci instansiyası məhkəməsi tərəfindən qismən təmin olunmuş, həmin qətnamədən yalnız cavabdehlər apelyasiya şikayəti verərək, apelyasiya baxışının hədlərini iddianın təmin olunmuş hissəsi təşkil etmişdir. Hazırda da, apelyasiya məhkəməsinin qətnaməsi cav abdeh tərəfindən mübahisələndirilmişdir. Odur ki, hazırki kasasiya baxışının predmetini həmin məhkəmə tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının düzgün tətbiqinin tam yoxlanılması təşkil edir. İş üzrə məhkəmələr tərəfindən müəyyən olunmuş hallar ondan ibarətdir ki, İddiaçı və Cavabdeh1 xx xxxxx 2017-ci il tarixdən faktiki nikaha daxil olmaqla ailə qurmuş, nikahdan uşaqları olmamışdır. xx xxxx 2018-ci il tarixdən ailə münasibətləri pozulmuşdur. Həmçinin müəyyən edilmişdir ki, ailə qurduqdan sonra İddiaçı cavabdehlərin evinə gəlin köçmüş, toy zamanı özünün cehiz əmlakını və ona verilən qızıl əşyalarını həmin evə aparmışdır. Münasibətləri pozulduqdan sonra İddiaçı öz valideynlərinin evinə qayıtmış, həmin vaxtdan orada yaşayır. Azərbaycan Respublikası Mülki Məcəl lənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir. Məhkəmə kollegiyası izah edir ki, mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi hall arı sübut etməlidir. Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 106.1-ci maddəsinə g örə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə kollegiyasının qənaətinə görə tələb olunan qızıl-zinət əşyalarının mövcudluğu və iddiaçının mülkiyyəti olması iş üzrə mübahisələndirilmədiyi halda, cavabdeh həmin əşyaların iddiaçıda olmasını etirazında (şikayətlərində) göstərdiyi üçün etirazın həmin halını sübut etməli idi. Lakin, cavabdeh istinad etdiyi hallar üzrə üzərinə düşən sübutetmə yükünün öhdəsindən gələ bilməmişdir. Əksinə iş materiallarından müəyyən olunur ki, iddiaçı özünə məxsus əmlakı cavabdehlərə məxsus evdən götürəndə həm iddiaçı, həm də cavabdeh tərəfin qohumlarının iştirakı ilə xx xxxx 2018-ci il tarixli akt tərtib edilmiş və həmin aktda “Qızıllardan başqa, bütün əşyaları təhvil aldım” qeyd şərti yazılmışdır. Kasasiya şikayətində istinad edilən işin faktiki halları ilə bağlı dəlilə münasibətdə isə kollegiya işin faktiki hallarına qiymət vermədən hesab edir ki, apelyasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilinin əksinə olaraq sübutlara məhz Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından işdə olan digər sübutlarla birgə qiymət verməklə nəticəyə gəlmişdir. Sübutların mahiyyətinə qiymətin verilməsi, işin həqiqi hallarının araşdırılmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kasasiya məhkəməsi apelyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır ( Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə xx xxxxx 2004-cü il tarixli Qərarı). Kasasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normal arını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kasasiya şikayətinin dəlilləri sübutların qiymətləndirilməsi ilə bağlı olduğundan məhkəmə kollegiyası həmin dəlillər üzrə əlavə araşdırmaya lüzum görmür. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kasasiya məhkəməsi işə baxarkən apelyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2, habelə vəkilləri xxx tərəfindən verilmiş kasa siya şikayəti təmin edilməsin. Şirvan Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 1757/2019nömrəli qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: imza var Hakimlər: imzalar var

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar