Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3915/2019 31.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Kalbalıyev Aslan Kalbalı oğlu, İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əzimova Səbinə Yaşar qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-cu il tarixli qətnaməsindən iddiaçı X tərəfindən verilmiş kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) İ ddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən V.Həsənov, hakimlər V.Baxışova və N.Cəfərov) Yasamal rayon Məhkəməsinin 18 may 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. KASSASİYA ŞİKAYƏTİNİN DƏLLİLƏRİ İddiaçı X kassasiya şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi MK-ya müraciət edərək şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxarkən və qətnamə çıxararkən Azərbaycan Respublikası mülki və mülki prosessual qanunvericiliyinin tələblərini pozmuş, iş üçün əhəmiyyət kəsb edən bütün faktiki halları aydınlaşdırmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsin in tamamilə ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia verərək, cavabdehdən ona məxsus pulu qanunsuz və əsassız saxladığı üçün 2016-2018-ci illər üçün 140000 ABŞ dolları məbləğində faiz, dəymiş maddi-mənəvi ziyan üçün isə 100000 ABŞ dolları olmaqla, ümumilikdə, 240000 ABŞ dolları dəyərində pulun rəsmi məzənnəyə uyğun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə mübahisə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materialları ilə müəyyən edilir ki, hazırkı iddianı verməmişdən əvvəl Cavabdeh İddiaçı qarşı “pulun ödənilməsindən ibarət öhdəliyin icra edilməsi və sair tələbi barədə” iddia ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus, ünvan 1 ünvanda yerləşən, ümumi sahəsi 1408,2 kv.metr olan, “Dan Ulduzu” şadlıq sarayı kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin dəyərinin 50%-ni təşkil edən məbləğdən ödənilməmiş qalmış 1.750.000 ABŞ dollarının, habelə həmin vəsaitin ödənilməsini gecikdirdiyinə görə, hər gecikdirilmiş il üçün beş faiz olmaqla, (2 il 9 ay x 5%=) 204.166 ABŞ dollarının (məzənnəyə uyun olaraq Azərbaycan manatı ilə) İddiaçı alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda İddiaçı, “xxxx” MMC və Cavabdeh qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinin tələbinə uyğun verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizələr ilə Nizami Rayon Məhkəməsinə müraciət edərək onun “xxxx” MMC-nin təsisçiliyindən çıxarılması, Cavabdeh verdiyi 1.000.000 ABŞ dolları məbləğində pulun, habelə həmin pul vəsaitini özündə qanunsuz saxlamaqla faydalanmağa görə 250.000 ABŞ dolları məbləğində pulun Cavabdeh alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbləri üzrə qəbul edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qanuni qüvvədəolan 03 fevral 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh və «xxxx» MMC-yə qarşı «pulun qaytarılması və sair tələbləri barədə» iddiası qismən təmin edilərək İddiaçı «xxxx» MMC-nin təsisçiliyin dən çıxarılması, Cavabdeh İddiaçı xeyrinə 1.000.000 (bir milyon) ABŞ dolları və həmin məbləğdən faydalandığına görə 1 il üçün illik 7 faizlə hesablanmış faizlər qismində 70.000 (yetmiş min) ABŞ dolları məbləğində pul vəsaitinin qətnamənin icra olunacağı tarixə müəyyən ediləcək rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə tutulması, qətnamənin İddiaçı «xxxx» MMC-nin təsisçiliyindən çıxarılması hissəsi ilə pulun ödənilməsi barədə hissəsinin eyni zamanda icra olunması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Hazırkı iddia tələbi üzrə işin hallarından göründüyü kimi iddiaçı tələbini qətnamənin qanuni qüvvəyə minməsinə və icraya yönəlməsinə baxmayaraq, müəyyən olunmuş məbləğin bu günə qədər ödənilməməsi ilə əsaslandırsa da, qətnamənin cavabdehin təqsirli hərəkətləri nəticə sində icra edilməməsinə dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Belə ki, iş üzrə araşdırılmış sübutlarla isə müəyyən edilmişdir ki, icra məmuru Bakı Apellyasiya Məhkəməsinin 03.02.2017-ci il tarixli icra sənədi üzrə 03.07.2017-ci il tarixdə icraata başlamış və könüllü icra üçün Cavabdeh 10 gün müddət təyin etmişdir. Cavabdeh 10.07.2017-ci il tarxdə İcra şöbəsinə müraciət edərək, tələbkarın şadlıq sarayındakı payını tələb etdiyi pulla əvəz etmək istəyirsə və ya bazar qiymətinə şadlıq sarayındakı payının satılaraq götürülməsini istəyirsə, buna etiraz etmədiyini, icranın könüllü icra olunması üçün verilmiş vaxt ərəfəsində hər hansı başqa variantla tələb etdiyi pul vəsaitini həll etməsini və ya başqa əmlakla əvəz etmək istəyirsə özünün həmin vaxt ərəfəsində bütün bu mübahisəni həll etməyə hazır olduğunu, tələbkarın ərizəsi əsasında Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03.05.2016-cı il tarixli qərardadı ilə həmin mübahisəli «Dan Ulduzu» şadlıq sarayına həbs qoyulduğunu və qanuni qüvvəyə mindiyini, həmin şadlıq sarayını sata bilmədiyini, nağd pulu olmadığına görə tələbkara satdığı əmlakın pulunu nağd qaytara bilmədiyini göstərmiş, icra məmuru isə onun müraciətinə uzun müddət münasibət bildirməmişdir. Göründüyü kimi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 03.05.2016-cı il tarixli qərardadı ilə iddianın təmini tədbiri olaraq mübahisəli «Dan Ulduzu» şadlıq sarayının üzərinə həbs qoyulmasına, Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 03.02.2017-ci il tarixli icra sənədi üzrə tələbi könüllü icra üçün təyin edilmiş müddət ərzində, nağd pulu olmadığına görə tələbkara satdığı ə mlakın pulunu nağd qaytara bilmədiyini göstərərək, tələbin həmin əmlaka yönəldilməsinə və ya tələbkarın verilmiş vaxt ərəfəsində hər hansı başqa variantla tələb etdiyi pul vəsaitini həll etməsini və ya başqa əmlakla əvəz etmək istəyirsə özünün həmin vaxt ərəfəsində bütün bu mübahisəni həll etməyə hazır olduğunu bəyan etməsinə baxmayaraq, icra məmuru tələbi iddianın təmini tədbiri olaraq üzərinə həbs qoyulmuş əmlaka yönəltəmiş, eləcədə cavabdehin başqa variantla və ya başqa əmlakla əvəz etmə olaraq etdiyi təklif üzrə yalnız 2018-ci ilin fevral ayında «Dan Ulduzu» adı altında şadlıq evi kimi fəaliyyət göstərən qeyri-yaşayış sahəsinin, eləcə də Bakı şəhəri, Yasamal rayonu, Sadıx Dadaşov küçəsi, ev 81, 3 və 4 saylı mənzillərin qiymətləndirilməsini həyata keçirərək, tələbkara təklif etmiş, tələ bkar İddiaçı isə yalnız 07.04.2018-ci il tarxdə «xxxx» MMC-yə məxsus qeyri-yaşayış sahəsinin şadlıq sarayının bütövlükdə hərraca çıxarılmasını xahiş etmişdir. İş üzrə olan sübutlarla Cavabdeh Bakı Apellyasiya Məhkəməsinin 03.02.2017-ci il tarixli icra sənədi üzrə tələbi bir dəfəyə ödəməsi üçün yetərli pul vəsaitinə malik olması halı təsdiq edilməmişdir. Beləliklə işin hallarından göründüyü kimi iddiaçı, ona maddi zərər dəydiyini iddia etsə də, bu zərərin nədə ifadə olunduğunu əsaslandıra bilməmiş, bu halın təsdiqi üçün hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair 09 iyul 2009-cu il tarixli Qərarında qeyd edilmişdir ki,...Öhdəliyin lazımınc a icrasının, ilk növbədə, onun şərtlərinə və qanunvericiliyin tələblərinə riayət olunmasından asılı olduğunu nəzərə alaraq, «Məhkəmə qərarlarının icrası haqqında» Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, MM-in 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz. … Məhkəmə qərarlarının icrası haqqında qanunvericiliyi könüllü yerinə yetirərək, öhdəliyin icra olunması məqsədilə borclu tərəfindən girov əmlakın təhvil verməsi isə birmənalı olar aq sübut edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə borc və faizlərin girov əmlaka yönəldilməsindən sonrakı istənilən pozuntu ondan asılı olmayan haldan irəli gəlir. Bununla yanaşı iş materiallarından görünür ki, iddiaçı eyni zamanda vurulmuş mənəvi zərərin əvəzinin ödənilməsini tələb etsə də, fiziki və mənəvi sarsıntılar keçirməsinə, bunların cavabdehin hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsinə, hərəkət və ya hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olmasına dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respubilkası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarının 8-ci bəndində izah edilmişdir ki, Azərbaycan Respu blikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizlıklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. «Şərəf və ləyaqətin müdafiəsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 may 1999cu il tarixli 7 saylı Qərarının 6-cı bəndində izah edilmişdir ki, iddiaçı mənəvi ziyanın ödənilməsini tələb etdikdə keçirdiyi fiziki və mənəvi sarsıntıları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsa sən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərinəvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Yuxarıda göstərilənləri, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin ləğv edilməsinə əsas olan maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilmədiyini əsas tutaraq məhkəmə kollegiyası he sab edir ki, kassasiya şikayəti təmin edilmədən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı X kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 18 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3915/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-3915/2019
31.05.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver