Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3919/2022 19.09.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Məhdud Məsuliyyəyli Cəmiyyətinə qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X23 və X8) iş üzrə QƏRARİ (Açar sözlər: əmlakın məhv edilməsi, delikt, özbaşına tikilinin sökülməsinə görə zərər, mənəvi zərər) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı (müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər X23 və X8) qarşı maddi və mənəvi ziyan tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-811/2022 nömrəli mülki iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş kassasiya şikayətlərinə 19 sentyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində (köhnə 4-cü Xrebtovı küçəsi) dövlət mülkiyyətində olan 0.01328 ha torpaq sahəsində yerləşən, 4 otaqlı A və 2 otaqlı B tikilisindən (cəmi 96,10 kv metr), 2,2 kv.m sanitar qovşağı, 8,4 kv.m hamam tikilisindən ibarət 67 saylı fərdi yaşayış evi paylı mülkiyyət hüququ əsasında 2/18 hissə İddiaçı (bundan sonra – iddiaçı), 2/18 hissə onun qardaşı X16, 2/18 hissə anası X3, 3/6 hissə X5, 1/6 hissə X9 mülkiyyətində olmuşdur.
2. İddiaçı həmin ünvanda qeydiyyatdadır.
3. Bakı Şəhər İcra H akimiyyətinin xx.xx.2004-cü il tarixli, 115 saylı sərəncamına əsasən, "xxxx" MMC-yə Yasamal rayonu, H.Cavid prospekti ilə Ə.Haqverdiyev küçəsinin kəşisməsində, 566-cı məhəllədə yaşayış binasının layihələşdirilməsi və tikintisi üçün icarə əsasında istifadəyə verilmiş 0,2 ha torpaq sahəsinə əlavə olaraq 1,28 ha torpaq sahəsinin eyni məqsədlə həmin MMC-nin istifadəsinə verilməsi qərara alınmışdır.
4. Bakı Şəhər İcra Hakimiyyətinin “574 saylı xx.xx.2005-ci il tarixli, 203 saylı sərəncamın addan-ada keçirilməsi” haqqında xx.xx.2007-ci il tarixli sərəncamına əsasən sözügedən məhəllədə yerləşən torpaq sahəsinin Cavabdeh (bundan sonra - cavabdeh) icarə əsasında istifadəsinə verilməsi qərara alınmış, ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, mövcud qanunvericiliyə uyğ un olaraq vəsaitin ödənilməsi həmin hüquqi şəxsə tapşırılmışdır. 5. 2014-cü ilin dekabr ayında həmin ərazidə obyektin tikintisi başlanılmışdır.
6. Bakı şəhəri 12 saylı Notariat Ofisinə verilmiş xx.xx.2016-cı il tarixli ərizələrində X23 və X8 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin hər birinə 2/18 hissə olmaqla satılmasına, sökülməsinə və istifadə hüququna xitam verilməsinə etiraz etmədiklərini bildirmişlər. Həmin əmlakın dəyəri olan 210000 manat məbləğində pulu X6 tam şəkildə aldıqlarını, gələcəkdə bu ünvanla bağlı özlərinin və ailələrinin heç bir iddiaları, tələbləri və məhkəməyə şikayətləri olmayacağını qeyd etmişlər. Qeyd olunan şəxslər həmin ərizə ilə 1 həftə ərzində evdən qeydiyyatdan çıxmağı, evi təhvil verməyi və bununla bağlı məsuliyyəti öz üzərilərinə götürmüşlər.
7. X20 t ərəfindən ünvan 3 ünvanında yerləşən 75,81 kv.m təşkil edən fərdi yaşayış evinin sökülməsinə və istifadə hüquqlarına xitam verilməsinə görə X12 və qeyrilərinə (ailə üzvlərinə) 174400 manat; həmin ünvanda yerləşən 76 kv.m təşkil edən digər fərdi yaşayış evinin sökülməsinə və istifadə hüquqlarına xitam verilməsinə görə X10 və qeyrilərinə (ailə üzvlərinə) ümumilikdə 187000 manat; həmin ünvanda yerləşən 88,5 kv.m təşkil edən digər fərdi yaşayış evinin sökülməsinə və istifadə hüquqlarına xitam verilməsinə görə X18 və qeyrilərinə (ailə üzvlərinə) ümumilikdə 230000 manat; həmin ünvanda yerləşən 50 kv.m təşkil edən digər fərdi yaşayış evinin sökülməsinə və istifadə hüquqlarına xitam verilməsinə görə X13 və qeyrisinə 120000 manat; həmin ünvanda yerləşən 90 kv.m təşkil edən digər fərdi yaşayış evini n sökülməsinə və istifadə hüquqlarına xitam verilməsinə görə X21 və qeyrilərinə (ailə üzvlərinə) ümumilikdə 207000 manat pul vəsaiti ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyətçisi olduğu fərdi yaşayış sahəsinin qanunsuz olaraq sökülməsinə və yerində çoxmənzilli yaşayış binası tikilməsinə görə 462940 manat məbləğində maddi ziyanın, 100000 manat mənəvi ziyanın cavabdehdən tutularaq ona ödənilməsi, hüquqlarının müdafiəsi üçün vəkilə ödədiyi 1850 manat hüquqi yardım xərcinin və iddia tələbi üçün məhkəməyə ödədiyi 30 manat dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. İddiaçı i şin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, mübahisəli fərdi yaşayış evi atasının adında olmuş və vərəsəlik yolu ilə onun mülkiyyətinə keçmişdir. 10 ildən çoxdur ki, Norveç Respublikasında yaşayır və 2014-cü ildən isə Norveç Respublikasının vətəndaşlığını əldə etmişdir. 2018-ci ildə Bakıya gələrkən məlum olmuşdur ki, ona məxsus olan mübahisəli fərdi yaşayış evi cavabdeh tərəfindən onun xəbəri olmadan, razılığı alınmadan və onunla müqavilə bağlanılmadan sökülüb və yerində 10 bloklu, çoxmərtəbəli, 4 ədəd yaşayış binası tikilmişdir. 2019-cu ildə Norveçdə olan evini satıb Azərbaycana gəlmiş, yeni ev alaraq ora yerləşmiş və yataq xəstəsi olan anasına qulluq etməyə başlamışdır. Sifarişi əsasında "xxxx" MMC tərəfindən tərtib edilən xx.xx.2021-ci il tarixli, 220/E saylı Qiymətləndirmə Aktı-Ekspertiza Rəyinə əsasən Bakı şəhəri, Yasamal rayonu, Ələsgər Ələkbərov küçəsində yerləşən ümumi sahəsi 96.10 kv.metr olan 67 saylı mənzilin 2021-ci il aprel ayı üçün bazar qiyməti 230.000 manat dəyərləndirilmişdir. Bundan başqa, evin həyətinə girmək üçün dəmir darvaza quraşdırılmış və həmin dəmir darvazanın qiyməti 500 manat təşkil edir. Evin həyətinin ümumi sahəsi isə 65 kv.metrdir ki, həmin sahəyə də tamet döşənmişdir və tamet örtüyünün orta qiyməti 3000 manat pul edir. Beləliklə, cavabdeh mülkiyyətçisi olduğu mübahisəli fərdi yaşayış evinin qanunsuz olaraq sökülməsinə görə ona və digər payçılara ümumilikdə 462940 manat maddi ziyan, ona isə 100000 manat mənəvi ziyan vurmuşdur.
10. Cavabdeh iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, iddia əsassızdır. Belə ki, mübahisəli ünvanda qeydiyyatda olan X23 və X1 orqanlara ünvanlanan ərizədə adlarına olan fərdi yaşayış evinin hər birinə 2/18 hissə olmaqla (torpağın) satılmasına, sökülməsinə və istifadə hüququna xitam verilməsinə etiraz etmədiklərini qeyd etmişlər və həmin əmlakın dəyərini 210 000 manat tam şəkildə X7 almışlar.
11. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, mübahisəli ünvanda yaşamış, evləri söküldüyü zaman ona X20 tərəfindən ödəniş edilmişdir. İddiaçı həmin dövrdə Azərbaycanda yaşamamışdır. Lakin, evləri sökülərkən onun qohumlarına ödəniş edilmişdir.
12. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 01 oktyabr 2021-ci il tarixli, 2(004)-3455/2021 saylı qətnaməsi ilə (hakim K.Xudayev) iddi a rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş sübutlardan görünür ki, iddiaçının da payı olduğu mənzilin digər mülkiyyətçiləri (iddiaçının anası və qardaşı) mənzilin sökülməsinə görə təklif olunan 210000 manat məbləğində pul vəsaitini X6 tam şəkildə almışlar və notarial qaydada təsdiq edilmiş ərizədə gələcəkdə bu ünvanla bağlı özlərinin və ailələrinin heç bir iddiaları, tələbləri və məhkəməyə şikayətləri olmayacağını qeyd etmişlər. İddiaçı məhkəməyə izahatında qardaşı X19 2012-ci il tarixdə etibarnamə verdiyini bildirmişdir. 14. "xxxx" MMC tərəfindən sözügedən yaşayış sahəsinin 2021-ci ilin aprel ayı üçün bazar qiyməti 230000 manat məbləğində dəyərləndirilmiş, X4 və qardaşı X19 mübahisəli evin sökülməsinə görə ümumil ikdə 210000 manat ödəniş edilmişdir. Göründüyü kimi, iddiaçının ailəsinə ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinin dəyərləndirildiyi məbləğə uyğun ödəniş edilmişdir. Lakin iddiaçı iddia ərizəsində cavabdehdən 462940 manat pul vəsaiti tələb etmişdir.
15. İş materiallarına əlavə edilmiş ərizələrdən görünür ki, müxtəlif şəxslər tərəfindən X4, X19 və digər payçılara müxtəlif məbləğlərdə ödənişlər edilmişdir. Həmin şəxslərin isə cavabdeh qismində cəlb edilmiş MMC ilə hər hansı münasibətlərinin olmasını sübut edən faktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin, mənzilin digər mülkiyyətçiləri pul vəsaitini tam almaları və gələcək müddətdə heç bir tələblərinin olmayacağı barədə notarial qaydada ərizə yazmış və bunu öz imzaları ilə təsdiq etmişlər.
16. İddiaçı iddia ərizəs ində tikilinin qanunsuz olaraq söküldüyünü iddia etsə də, iş materiallarında bunu təsdiq edən heç bir mötəbər sübut yoxdur. İş materiallarına əlavə edilmiş sərəncamlardan görünür ki, yaşayış evlərinin sökülməsi və sakinlərin köçürülməsi şirkətin səlahiyyətlərinə aiddir. Məhkəmə qeyd edir ki, sərəncamlara əsasən torpaq sahəsində tikinti işlərinin aparılması əsaslı şəkildə həyata keçirilmişdir. Sakinlərin köçürülməsi üçün onlara yaşayış evlərinin dəyərinə uyğun ödəniş edilmiş, bu hal sakinlər tərəfindən notarial qaydada təsdiq edilmiş ərizələrdə, məhkəmə iclasında izahatı alınmış şahid ifadəsində də öz əksini tapmışdır.
17. Məhkəmə mənəvi zərərlə bağlı hissədə iddianı rədd edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi z ərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır.
18. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 14.2.6, 1096.1, 1096.2, 1097.1, 1115-ci maddələrinə, Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, 9, 14.2, 77.1, 88, 217.4 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Şikayət onunla əsaslandırılmışdır ki, icra hakimiyyətinin sərəncamına əsasən cavabdeh fərdi yaşayış evinin mülkiyyətçiləri ilə, o cümlədən, onunla müqavilə bağlamalı və əmlakının dəyərini ona ödədikdən sonra tikintiyə icazə sənədi əsasında tikinti işlərinə başlamalı idi. Lakin cavabdeh sərəncamdan irəli gələn tələbləri pozaraq, onun mülkiyyət hüququna qəsd etmiş, onun icazəsi və razılığı olmadan mülkiyyət toxunulmazlığını pozmuşdur. Bundan başqa, məhkəmə prosessual hüquq normalarının tələblərini pozaraq, sübutları (cavabdehin torpaq sahəsində tikinti işləri aparması, sakinlərin köçürülməsi və X11 və X2 ödəniş etmələri) bir-biri ilə əlaqələndirsə də, onun iddia tələbinə münasibətdə onları ayırmış və cavabdeh ilə X11 və X14 münasibətinin olmamasını təsdiq etməyə çalışmışdır.
21. Apelly asiya instansiya məhkəməsinin iclasında 3-cü şəxs X8 izahat verərək qeyd etmişdir ki, o, oğlanları Elnur və Aydın hər biri 2/18 pay hüququ ilə mülkiyyətçi olmuşlar. Oğlu Elnur və o, ərizə vermişlər ki, hər birinə 2/18 hissə olmaqla 210000 manat pul alırlar. Pulu oğlu Elnur almış, ona da pul vermişdir.
22. Apellyasiya instansiya məhkəməsinin sorğusuna əsasən təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsinin xx.xx.2022-ci il tarixli, 05/668-11 saylı məktubu ilə müəyyən edilmişdir ki, “Elektron notariat” informasiya sistemindəki xx.xx.2016-cı il tarixdən xx.xx.2022-ci il tarixədək olan məlumata əsasən İddiaçı adından X16 adına notariat ofislərində etibarnamə rəsmiləşdirilmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansi yası məhkəməsi) 2(103)-811/2022 nömrəli iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilmiş, cavabdehdən maddi zərərə görə 25.555,55 manat, mənəvi zərərə görə 3000 manat, hüquqi xidmət haqqına görə 500 manat tutulması qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq mövqeyini belə əsaslandırmışdır ki, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus fərdi yaşayış evi onun razılığı və ya digər qanuni əsas olmadan sökülmüş və həmin evin söküntüsü cavabdeh tərəfindən həyata keçirilmişdir. Bu xüsusat iddiaçının izahatı, iş materiallarında olan Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007-ci il tarixli 574 saylı, “Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2005-ci il tarixli, 203 saylı sərəncamın addan-ada keçirilməsi haqqında” sərəncamları ilə yanaşı, işdə olan digər sübutlarla da təsdiq olunur.
25. Apellyasiya instansiya məhkəməsi orada söküntü işlərinin cavabdeh tərəfindən aparılmaması, torpaq sahəsinin Rafael Qarayevdən boş vəziyyətdə əldə edilməsi ilə bağlı cavabdeh tərəfin dəlilini əsaslı hesab etməmiş və qeyd etmişdir ki, cavabdeh tərəf həmin ərazini Rafael Qarayevdən boş vəziyyətdə alması ilə bağlı sübutlar təqdim etməmiş, əksinə qeyd olunan dəlil işin halları və Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2007ci il tarixli sərəncamı ilə tam olaraq təkzib olunur. 2
6. Belə ki, həmin sərəncamın 1.2-ci bəndinə əsasən ərazidə yerləşən fərdi yaşayış və qeyri-yaşayış tikililərinin sökülməsi, mövcud qanunvericiliyə uyğun olaraq vəsaitin ödənilməsi cavabdehə tapşırılmışdır. Bununla da, cavabdehin təqsirlə əhatə olunan yuxarıda qeyd olunan əməli hüquqa zidd olmaqla, iddiaçının mülkiyyət hüququna qanunsuz və əsassız müdaxilə təşkil etmiş və iddiaçının maddi ziyan çəkməsi ilə nəticələnmişdir.
27. Ona görə də, kollegiya hesab etmişdir ki, cavabdeh iddiaçı qarşısında delikt normaları çərçivəsində məsuliyyət daşıyır.
28. Məhkəmə kollegiyası qeyd etmişdir ki, 14 aprel 2021-ci il tarixli "xxxx" MMC-nin rəyi ilə fərdi yaşayış sahəsinin 2021-ci ilin aprel ayı üçün bazar qiyməti 230000 manat dəyərləndirilmişdir. Evin ümumi sahəsi 96,1 kv.m olduğu halda, iddiaçının həm in evdə payı 2/18 hissə təşkil edir. Belə olduğu halda, iddiaçıya bazar qiyməti ilə dəymiş zərər 25555,55 manat (230000: 2/18=25555,55) manat təşkil edir. Buna görə də, iddia tələbi fərdi yaşayış sahəsinin qanunsuz olaraq sökülməsinə və yerində çoxmənzilli yaşayış binası tikilməsinə görə 462940 manat məbləğində maddi ziyanın ödənilməsi ilə bağlı hissədə qismən təmin edilməli, cavabdehdən iddiaçının xeyrinə maddi zərərlə bağlı 25555,55 manat tutulmalıdır.
29. Məhkəmə kollegiyası həyətyanı tikili və qurğuları olan, sahəsi 2.2 kv metr olan sanitar qovşaq, 8.4 kv metr olan hamam, darvaza, həmçinin evin həyətində iki mərtəbəli, hər mərtəbəsi 35 kv metr yaşayış otağı sahəsindən ibarət olan bir otaqlı əlavə tikili, bundan başqa evin 15 kv metr zirzəmisi, bunların cəmini hesablayanda (2.2+8.4+35+ 35+15=95.6) 95.6 kv metr həyətyanı tikililər və əlavə tikililər, bunu da 2400 manata vuranda 229.440.00 manat pulun tələb edilməsi hissəsində iddianı əsassız hesab edərək qeyd etmişdir ki, fərdi yaşayış evində olan əlavə tikililər özbaşına tikili hesab edilir. Belə ki, tikilinin artırıldığı torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, paylı mülkiyyətçilərin mülkiyyətində olması və ya qanuni əsaslarla sahibliyində olması halları müəyyən olunmur. Bundan əlavə həmin tikililərin lazımi icazələr alınmaqla və şəhərsalma və tikinti normalarına riayət edilməklə tikilməsi halları müəyyən olunmur.
30. Bundan başqa, evin həyətinə girmək üçün dəmir darvazaya görə 500 manat, həyətin ümumi sahəsi olan 65 kv.metr üçün tamet örtüyünə görə 3000 manat pul tələbi ilə bağlı hissədə məhkəmə iddianı əsassız hesa b etmişdir. Belə ki, bir neçə paylı mülkiyyətçinin yaşamış olduğu ünvanda az pay hüququna malik iddiaçı tərəfindən dəmir darvaza qoyulması, tamet örtüyü çəkilməsi ilə bağlı mötəbər sübutlar təqdim olunmamışdır.
31. Kollegiya, həmçinin iddiaçının paylı mülkiyyətçisi olduğu evindən məhrum olduğunu və bu məhrumiyyətin aradan qaldırılması məqsədilə onun keçirdiyi mənəvi iztirab və sarsıntıları, dəymiş maddi zərərin ümumi məbləğini, habelə işin sair diqqətəlayiq hallarını nəzərə alıb, hesab etmişdir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 3.000 manat məbləğində pul tutulması məqsədə müvafıq olmaqla, mənəvi zərər tələbi həmin həcmdə təmin olunmalıdır.
32. Apellyasiya instansiya məhkəməsi qətnaməsini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Mülki Məcəllənin 21, 211, 152.1, 1096, 1096.1, 1097.1, 1115-cı maddələri, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarı, Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndi, Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair 31 may 2002-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Kassasiya şikayətlərinin və onlara q arşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
33. İddiaçı (vəkili Nümayəndə1) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
34. Kassasiya şikayəti apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiya məhkəməsi ona 16 kv.metr sahənin dəyəri olaraq 25555,55 manat ödənilməsi qənaətinə gələrkən onun mülkiyyət hüquqları pozulmuşdur. Belə ki, fərdi yaşayış evindəki o, anası və qardaşının faktiki istifadəsində olan mənzilin sahəsi 193 kv.metr olmuşdur. Bundan başqa, sakinlərə ödənilmiş kompensasiya məbləğləri təkcə fərdi yaşayış evinin dövlət qeydiyyatından keçmiş 96.10 kv.metr sahəyə görə deyil, həmçinin istifadədə olan əlavə tikililərə görə və evin yerləşdiyi torpaq sahəsi də nəzərə alınmaqla ödənilmişdir. Cavabdeh onun payçısı olduğu evi söksə də, onun mülkiyyət hüquqlarına xitam verilməmişdir və iş materiallarından olan çıxarış bunu təsdiq edir. Həmçinin apellyasiya instansiya məhkəməsi evin üstündə və ona bitişik tikililəri özbaşına tikili hesab edildiyindən onlara kompensasiya ödənilməli olmamasını qeyd etmişdir. Ev ona atasından vərəsəlik yolu ilə keçərkən həmin tikililər onların istifadəsində idi və həmin sahələrə mülkiyyət hüququnu tanıtmağa gözlənti hüquqları var idi.
35. Cavabdeh (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin təmin olunan hissədə ləğv edilməsini, iddianın təmin olunan hissəsində ləğv edilərək həm in hissədə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayəti iddia ərizəsinə qarşı etirazın məzmununa uyğun əsaslandırılmaqla, həmçinin qeyd edilmişdir ki, mənzillərin payçılarına edilmiş ödənişlər müxtəlif şəxslər tərəfindən həyata keçirilmişdir. Həmin şəxslərin isə cavabdeh qismində cəlb edilmiş MMC ilə hər hansı münasibətlərinin olmasını sübut edən faktlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş üzrə MMC ilə hər hansı münasibətlərin olmasını sübut edən faktlar mövcud olmadığı üçün MMC-nin cavabdeh qismində çıxış etməsi absurddur.
37. İddiaçı tikilinin qanunsuz olaraq söküldüyünü iddia etsə də, iş materiallarında bunu təsdiq edən heç bir mötəbər sübut yoxdur. İş materiallarına əlavə edilmiş sərəncamlardan görünür ki, yaşayış evl ərinin sökülməsi və sakinlərin köçürülməsi şirkətin səlahiyyətlərinə aiddir. Sərəncamlara əsasən torpaq sahəsində tikinti işlərinin aparılması əsaslı şəkildə həyata keçirilmişdir. Sakinlərin köçürülməsi üçün onlara yaşayış evlərinin dəyərinə uyğun ödəniş edilmiş, bu hal sakinlər tərəfindən notarial qaydada təsdiq edilmiş ərizələrdə öz əksini tapmışdır. Cavabdehin hər hansı hərəkəti nəticəsində iddiaçıya hər hansı bir mənəvi zərərin yetirilməsi sübut olunmur. Ona görə də iddia tələbi mənəvi zərər hissədə də təmin olunmamalıdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
38. İddiaçı ərizə təqdim edərək, onun kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
39. Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunu lmazdır və dövlət tərəfindən müdafiə olunur.
40. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
41. Maddə 29, İV hissə. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
42. Maddə 127, İV hissə. Ədalət mühakiməsi vətəndaşların qanun və məhkəmə qarşısında bərabərliyi əsasında həyata keçirilir. Mülki Məcəllə
43. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın
44. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozul masaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
45. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.
46. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
47. Maddə
180. Özbaşına tikinti və onun nəticələri 48. 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qayd alarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 49. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 50. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 51. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.
52. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
53. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurma yan şəxsin öhdəsinə qoyula bilər.
54. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 17 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli Qərarı
55. Mülki Məcəllənin 180-cı maddəsində qanunvericilik özbaşına tikililərə dair hüquqi tənzimləmə qayda larını təsbit edərək onun üzərində mülkiyyət hüququnun yaranması şərtlərini müəyyən etmişdir. Bunlara tikinti aparılan torpaq sahəsinin tikən şəxsin mülkiyyətində olması, tikilinin saxlanılmasının digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmaması və ətrafdakıların həyat və sağlamlığı üçün təhlükə yaratmamasıdır. Bu şərtlərdən birinin mövcud olmaması məhkəmələr tərəfindən özbaşına tikili üzərində mülkiyyət hüququnun tanınmasını istisna edir. Göstərilən şərtlər mövcud olarsa, məhkəmə özbaşına tikili üzərində mülkiyyət hüququnu tanıya bilər və belə tanıma Mülki Məcəllənin 139-1.1.4-cü maddəsinə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsası təşkil edir.
56. Mülki Məcəllənin 180.3-cü maddəsində qeyd edilən “torpaq sahəsinin tikintini aparan şəxsin mülkiyyətində olması” ifadəsi nəinki daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış torpaq sahələrini, həm də qanuni əsaslarla şəxslərin sahibliyində olan sahələri ehtiva edir. Belə yanaşma Mülki Məcəllənin 157.8-ci maddəsinin mənasından irəli gəlir. Belə ki, göstərilən maddəyə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. O da qeyd edilməlidir ki, şəxsin lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla mülkiyyətində olan tikililərə artırılmaların aparılması da özbaşına tikili hesab edilir...
57. O da qeyd edilməlidir ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm z ərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar.
58. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarı 59. “Mülki Məcəllənin 23-cü maddəsində mənəvi zərər adətən şəxslərin qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mənəvi zərər qeyri-əmlak zərəri olub iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşlara anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar, gülərüz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik və sair qeyri-əmlak hüquqlar və; əgər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı və iz tirab verir”
60. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun iddia və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fıziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfı psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir.
61. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumu 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfındən tətbiq edilməsi haqqında” Qərarı
62. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X15 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fıziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfı psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fıziki əzab çəkməsi anlaşılır. Mülki Prosessual Məcəllə
63. Maddə 9.1. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir.
64. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qəra rını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.
65. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
66. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
67. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
68. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafi q olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
69. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
70. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
71. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianı n etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.
72. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
74. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şik ayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
75. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
76. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən həm iddiaçı, həm də cavabdeh kassasiya şikayəti verdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
77. Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin dispozisiya şərtlərinə görə zərərin tam həcmdə ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
78. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, xüsusi mülkiyyət hüququ əsasında 2/18 payla iddiaçıya məxsus olan fərdi yaşayış evi iddiaçının razılığı olmadan, yəni qanuni əsas olmadan cavabdeh tərəfindən sökülmüş, beləliklə cavabdehin törətdiyi delikt nəticəsində iddiaçıya maddi zərər vurulmuşdur.
79. Məhkəmə kolle giyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi bu qənaət maddi və prosessual hüquq normalarının tələblərinə uyğun olmuş, məhkəmə qətnamədə bununla bağlı öz mövqeyini kifayət qədər əsaslandırmış və cavabdehin etirazlarına işin müəyyən edilmiş hallarına istinadla əsaslandırılmış qiymət verilmişdir.
80. Bununla yanaşı Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi maddi zərərin müəyyən edilməsi hissəsində mövqeyini maddi və prosessual hüquq normalarına istinadla kifayət qədər əsaslandıra bilməmişdir.
81. MPM-in 9, 14 və 88-ci maddələrinə əsasən tam hüquqlu məhkəmə kimi işə baxan apellyasiya instansiyası məhkəməsi öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir.
82. Eyni zamanda, prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlid ir (MPM-in 217, 220-ci maddələri).
83. Baxılan iş üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində paylı mülkiyyətində olan daşınmaz əmlakın və ya onun hissələrinin, habelə ona məxsus qeydə alınmamış (özbaşına inşa edilmiş) əlavə tikililərin sökülməsi nəticəsində dəymiş ziyanı cavabdehdən tələb edir.
84. Apellyasiya instansiyası məhkəməsi iddiaçının istinad etdiyi əlavə tikililərin həqiqətən mövcud olub-olmadığı ilə bağlı hər hansə araşdırma aparmadan həmin hissədə iddianı əsassız hesab etmiş və qeyd etmişdir ki, fərdi yaşayış evində olan əlavə tikililər özbaşına tikili hesab edilir. Belə ki, tikilinin artırıldığı torpaq sahəsi dövlət mülkiyyətində olmaqla, paylı mülkiyyətçilərin mülkiyyətində olması və ya qanuni əsaslarla sahibliyində olması halları müəyyən olunmur. Bundan əlavə h əmin tikililərin lazımi icazələr alınmaqla və şəhərsalma və tikinti normalarına riayət edilməklə tikilməsi halları müəyyən olunmur.
85. Halbuki, mülki qanunvericilik özbaşına tikili olan bina və qurğuların da yalnız həmin tikililərin faktiki sahibləri ilə razılaşdırılmaqla və ya məhkəmə qərarı əsasında sökülməsini mümkün hesab edir. Mülki Məcəllənin 180.4-cü maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normaları və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Belə məhkəmə qərarı olmadan digər şəxslər tərəfindən inşa edilmiş özbaşına tikililərin onların razılı ğı alınmadan sökülməsi özbaşınalıq olmaqla mülki hüquq pozuntusu – delikt kimi qiymətləndirilməlidir.
86. Apellyasiya instansiyası məhkəməsi bu hissə ilə bağlı mövqeyini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyun 2021-ci il tarixli qərarında göstərilən hüquqi mövqelərə istinadla əsaslandırmağa çalışmışdır. Halbuki həmin qərarda Konstitusiya Məhkəməsinin Plenumu özbaşına tikililərin mükiyyətdə olan daşınmaz əmlakla eyniləşdirilməsinin yolverilməz olduğu, habelə özbaşına tikililərə qanuni gözlənti hüququnun birmənalı yaranmadığı barədə hüquqi mövqe ifadə etsə də, qərarda belə tikililərin məhkəmə qərarı olmadan özbaşına sökülməsinin qanuni olduğu barədə mövqelər ifadə edilməmişdir. Əksinə həmin qərarda qeyd edilmişdi r ki, hər bir konkret halda mülki hüquqi məsuliyyət tədbirləri tətbiq edilərkən, onların törədəcəyi nəticələr (həm zərərçəkən, həm də zərərvuran şəxslərə münasibətdə) dəymiş zərərə mütənasib olmalı, eyni zamanda fərdi və ümumi maraqların tarazlığı təmin edilməlidir. Əks yanaşma mülki hüququn ümumi əsaslarına zidd olmaqla, ədalət və mütənasiblik prinsiplərinin pozulmasına səbəb olar. Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, hər bir halda mütənasiblik prinsipi baxımından, məhkəmələr sökülən özbaşına tikililərə görə kompensasiya müəyyən edərkən həmin tikilinin Mülki Məcəllənin 180.3-cü maddəsinə əsasən qanuniləşdirilməsinin mümkünlüyünü və bununla əlaqədar olaraq tikinti aparan şəxsin “gözləntilərinin” olmasını, tikilinin hüquqi statusunu və işin digər hallarını nəzərə almalıdır. Belə ki, özbaşına tikili ilə qanuni əsaslarla əldə edilən əmlak üçün kompensasiyanın həcminin eyni meyarlara əsasən hesablanması bu sahədə sui-istifadələrin artmasına, ədalət prinsipinin pozulmasına gətirib çıxarar.
87. Bununla yanaşı, apellyasiya instansiyası məhkəməsinin evin həyətinə girmək üçün dəmir darvazaya görə 500 manat, həyətin ümumi sahəsi olan 65 kv.metr üçün tamet örtüyünə görə 3000 manat pul tələbi ilə bağlı hissədə iddianın əsassız olduğu barədə mövqeyi də qanuni və ağlabatan şəkildə əsaslandırılmamışdır. Məhkəmə hesab etmişdir ki, bir neçə paylı mülkiyyətçinin yaşamış olduğu ünvanda az pay hüququna malik iddiaçı tərəfindən dəmir darvaza qoyulması, tamet örtüyü çəkilməsi ilə bağlı mötəbər sübutlar təqdim olunmamışdır.
88. Halbuki, Mülki Məcəllənin 135.10-cu maddəsinə əsasən adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Qanun yalnız özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisinin onun bütün tərkib hissələrinin mülkiyyətçisi olduğu barədə qayda müəyyən etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin həmin hissədə iddiaçının payının az olmasına və əşyanın təkib hissələrinin onun tərəfindən quraşdırıldığına dair mötəbər sübutlar təqdim olunmadığı barədə qənaəti anlaşılan deyil.
89. Qeyd olunanlarla yanaşı, işə baxmış apellyasiya instansiyası məhkəməsi mübahisəli ünvanda yerləşən tikililərin sökülməsi üçün əmlaka iddiaçı ilə eyni həcmdə paylara malik olan X23 və X4 210000 manat, habelə müxtəlif ölçüdə sahələrə görə ayrıayr ı şəxslərə və onların ailə üzvlərinə müxtəlif məbləğdə pul vəsaitlərinin ödənildiyini müəyyən etsə də, bərabər mənafelərə bərabər münasibət prinsipi baxımından həmin məbləğlərin iddiaçıya dəymiş zərərin müəyyən edilməsində meyar kimi qəbul edilməsi, iddiaçıya da ən azı həmin məbləğlərə uyğun kompensasiya verilməsi barədə məsələləri müzakirə etməmişdir.
90. Məhkəmə kollegiyası cavabdeh tərəfindən iddiaçıya qarşı onun əmlakının məhv edilməsi ilə nəticələnmiş mülki hüquq pozuntusu törədildiyini, bunun nəticəsində iddiaçının məruz qaldığı sarsıntı və iztirabların xarakterini, bu pozuntunun məhkəmə tərəfindən tanındığını, iddiaçının maddi zərər tələbinin ümumən əsaslı hesab edildiyini nəzərə alaraq iddiaçıya dəymiş mənəvi zərərin həcminin 3000 manat dəyərləndirilməsini qanuni, ağlabatan ədalt li hesab edir. Kollegiya, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir.
91. Cavabdehin kassasiya şikayətinin dəlilləri əsasən iddia tələbinə etirazın dəlilləri ilə eynidir və Məhkəmə kollegiyası həmin hissədə maddi və prosessual hüquq normalarının tətbiqinə dair apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
92. Həmçinin, cavabdehin kassasiya şikayəti ziddiyyətli və biri digərini təkzib edən dəlillərlə əsaslandırılmışdır. Belə ki, kassator şikayətində etirazlarını həm iddiaçıya düşən məbləğin onun ailə üzvlərinə ödənildiyi, həm payçılara ödəniş etmiş şəxslərin cavabdehlə hər hansı münasibətlərinin olmaması, həm də bütün payçılara əmlakların ın dəyərinə uyğun ödəniş edildiyi ilə əsaslandırmağa çalışmışdır.
93. Cavabdehin kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
94. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin kassasiya şikayəti təmin olunmamalı, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən – maddi ziyan tələbinə aid hissədə ləğv edilməli və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmalı, qətnamə qalan hissədə - mənəvi zərərin məbləğinin 3000 manat müəyyən edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır. İşə yenidən baxılarkən bu Q ərarın əsaslandırıcı hissəsində ifadə edilmiş mövqelərə uyğun yeni məhkəmə aktı qəbul edilməlidir.
95. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-811/2022 nömrəli mülki iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsi qismən – maddi ziyan tələbinə aid hissədə ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə qalan hissədə - cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərə görə 3000 manat tutulması hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.