Məhkəmə qərarları › İş №2(102)-392/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-392/2021

19.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-392/2021 19.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” QSC-nin cavabdehlər Cavabdeh və X3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcunun tutulması və ipoteka predmetinə tutmanın yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Əhmədov Fuad Vahid oğlunun katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi X4 ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4158/20 20 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 19 aprel 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları “xxxx” ASC ilə Cavabdeh arasında 28 iyul 2009-cu il tarixdə kredit müqaviləsi bağlanaraq adı çəkilən şəxsə 12 ay müddətinə, illik 19 % ödəməsi şərtilə 30.000 ABŞ dolları kredit verilmiş, onun öhdəliklərinin icrasının təminatı olaraq X1 mülkiyyətindəki ünvan 1 ünvanında yerləşən 3 otaqlı 1 saylı mənzil ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı MMC cavabdehlər Cavabdeh və X3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” i ddia ərizəsi, daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 2439,79 ABŞ dolları əsas borc, 5258.53 ABŞ dolları faiz olmaqla, cəmi 7698,32 ABŞ dolları məbləğində dövlət rüsumunun “xxxx“ QSC-nin xeyrinə ödənilməsi, tələbin cavabdeh X1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 1 saylı mənzilə yönəldilərək açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin “xxxx” QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsaitin artıq qalan hissəsinin cavabdeh X3 qaytarılması, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulub “xxxx” QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçi iddia tələbini onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin dövlətə m əxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 15 iyul tarixli, 570 saylı Fərmanına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq “xxxx” ASC ilə “xxxx” QSC arasında bağlanmış, “Tələb hüququnun güzəşt edilməsinə dair“ 11.08.2015-ci il tarixli müqaviləyə görə “xxxx” ASC-nin problemli aktivlərinin tələb hüququ “xxxx“ QSC-yə keçmişdir. “xxxx” QSC ilə İddiaçı MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış Xidməti müqaviləyə əsasən “xxxx” QSCyə keçmiş, “xxxx” ASC-nin problemli aktivləri üzrə tələb hüququnun idarə edilməsini İddiaçı MMC həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti müqaviləyə əsasən və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 10.02.2017-ci il tarixli, 101S saylı sərəncamının icrası ilə əlaqədar “xxxx” QSC tərəfindən “xxxx” ASC-dən problemli aktivlərin satın alınması iiə bağlı borclu şəxs Cavabdeh dair sənədlər S-FK-627 saylı, 23.10.2017-ci il tarixli təhvil-təslim aktına əsasən QSC-yə verilmişdir. “xxxx” ASC-nin Qaradağ filialı ilə Cavabdeh arasında bağlanmış 28.07.2009-cü il tarixli, 102 saylı kredit müqaviləsinə əsasən cavabdehə illik 19%-lə, 12 ay müddətinə 30000 ABŞ dolları məbləğində kredit verilmişdir. 28.07.2009-cu il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdeh ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq X1 mülkiyyətində olan ünvan 3 ünvanında olan 3 otaqlı mənzil ipoteka müqaviləsi ilə yüklü edilmişdir. İpoteka müqaviləsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dö vlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfındən qeydiyyata alınaraq, 11.08.2009-cü il tarixli, MH seriyalı, ******* nömrəli İpoteka müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan əsas borc üzrə 4999 ABŞ dolları, faiz üzrə 5258.53 ABŞ dolları olmaqla, cəmi 10257,53 ABŞ dolları məbləği təşkil edir. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə xəbərdarlıqlar edilmiş, lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Cavabdeh iddia müddətinin tətbiq edilməsinə dair ərizə verərək göstərmişdir ki, iddia müddəti, yəni 6 illik müddət 28.01.2017-ci il tarixdə bitdiyinə görə iddiaçının iddiasını əs assız hesab edir və ona qarşı problemli kredit ilə bağlı qaldırılmış mülki işə Mülki məcəllənin 373.2, 376 və 377.3 maddələri ilə xitam verilməsini xahiş edir. 28.07.2009-cu tarixində 102 saylı müqavilə əsasında 1 il müddətinə “xxxx” ASC-nin Qaradağ filialından 30000 ABŞ dolları kredit götürmüş və 28.07.2010 tarixində bitirdi. 28.07.2010-cu il tarixində ilkin müqavilə müddəti bitdikdən sonra isə 6 aylıq möhlət hüququ ilə rəsmi 6 aylıq kredit müqaviləsi imzalanmış və həmin müqavilə 28.01.2011ci ildə bitmişdir. Bu tarixdən sonra işlərində yaranmış problemlə əlaqədar olaraq ödəniş edə bilməmişdir. Ümumilikdə isə 25.001 ABŞ dolları əsas və 6000 ABŞ dolları faiz borcu ödəmişdir. Bankla aralarında yaranan mübahisə əsasən faiz borcu ilə əlaqədar idi və dəfələrlə hesablanmış faizin dayandırılmasın ı, eyni zamanda əgər dayandırmırlarsa, məhkəməyə müraciət etmələrini tələb etmişdir. Amma bu müddət ərzində məhkəməyə müraciət edilməmişdir. Mülki məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Kreditinin iddia müddəti 6 il idi, çünki girovda daşınmaz əmlak var. Qeyd edir ki, 28.07.2010 tarixində kredit müqaviləsi uzadılmışdır, amma ipoteka müqaviləsi uzadılmamışdır. Maddə 376 iddia müddətinin əlavə tələblərə tətbiqi: Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir. 377.3. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditoru n öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Krediti üzrə güzəşt müddəti əlavə müqavilə imzalanmaqla 6 ay idi və həmin güzəşt müddəti 28.01.2011-ci il tarixində bitmişdir. Daha sonra İddiaçı MMC əsl olmayan tərəfin əvəz olunmasına dair ərizə verərək özünün əsl iddiaçı “xxxx” QSC ilə əvəz olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 54.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən əsl olmayan tərəf əsl iddiaçı “xxxx” QSC ilə əvəz olunmuşdur. İddiaçı “xxxx” QSC cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsinə etiraz edərək göstərmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməs inin Plenumunun 28.11.2018-ci il tarixli qərarında da qeyd edilmişdir ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur. Qeyd edilənlərə əsasən Cavabdeh tərəfindən verilən ərizənin təmin edilməməsini xahiş edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 08.09.2019-cu il tarixli, 16095 saylı məhkəmə-mühasibatlıq ekspertizası rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış, 28.07.2009-cu il tarixli 102 saylı kredit müqaviləsinin qeyd o lunan şərtləri nəzərə alınmaqla iddia ərizəsində borcun hesablandığı 01.01.2017-cı il tarixə Cavabdeh “xxxx” ASC-nə olan borcu 10.438,4 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən: əsas kredit borcu4999,0 ABŞ dolları; faiz borcu-5439,4 ABŞ dolları. Müqavilə müddətinin bitdiyi 28.07.2010-cu il tarixə Cavabdeh “xxxx” ASC-yə olan borcu 15.993,8 ABŞ dolları məbləğində müəyyən edilir. O cümlədən: əsas kredit borcu- 15.900,0 ABŞ dolları; faiz borcu—93,8 ABŞ dolları. Borcalan tərəfindən müqavilə müddətinin bitdiyi 28.07.2010-cu il tarixdən son ödənişinin aparıldığı 20.06.2016-cı il tarixədək ümumilikdə 12.910 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. “xxxx” MMC-nin ekspertləri tərəfindən aparılmış araşdırmaların nəticələrinə dair 30.12.2019-cu il tarixli, 169 saylı rəyi ilə ipoteka predme ti olan ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 1 saylı mənzil 65000 manat məbləğində qiymətləndirilmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (X8) 06 fevral 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh 2439,79 ABŞ dolları əsas, 93,80 ABŞ dolları faiz borcu olmaqla cəmi 2533,59 (iki min beş yüz otuz üç dollar əlli doqquz sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) məbləğində borcun və ödənilmiş dövlət rüsumunun 9,90 (doqquz manat doxsan qəpik) manat hissəsinin “xxxx” QSC-nin xeyrinə tutulması, tutmanın ipotekaya qoyulmuş, cavabdeh X3 məxsus ünvan 2 ünvanında yerləşən 3 otaqlı, 1 saylı mənzilə yönəldilərək ilkin satış qiyməti 65 000 (altmış beş min) manat müəyyən edilməklə açıq hərracda satış yolu ilə realizə edilməsi, satışdan əldə edilmiş məbləğin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh tutulub “xxxx” QSC-nin hesabına ödənilmsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza tədqiqatının dəyərinin 47,85 (qırx yeddi manat səksən beş qəpik) manat hissəsinin Cavabdeh, 97,15 (doxsan yeddi manat on beş qəpik) manat hissəsinin “xxxx” QSC-dən tutulub Dövlət büdcəsinə keçirilməsi qət olunmuşdur. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 442, 445.1, 445.2.1, 448.1, 307.4, 319.1, 319.6, 194.1, “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanunun 34.1.1, 34.1.2, 34.1.4, 39.3, 39.3.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. İddiaçının nümayəndəsi ape llyasiya şikayəti verərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 fevral 2020-ci il tarixli qətnaməsinin qismən ləğv olunmasını və iddianın tam təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh apellyasiya şikayəti verərək iddia tələbi ilə bağlı iddia müddətinin tətbiq olunmasını və qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Elnur Həsənov - sədrlik edən, məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) 11 iyun 2020-cu il tarixli, 2(103)-4158/2020 nömrəli qətnaməsi ilə “İddiaçı“MMC-nin nümayəndəsinin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-121/2020 saylı iş üzrə 06 fevral 2020-ci il tarixli qətnaməsi Cavabdeh 2439,79 ABŞ d olları əsas borcun tutulması hissəsində dəyişdirilərək Cavabdeh tutulmalı olan əsas borcun məbləği 2990 (iki min doqquz yüz doxsan) ABŞ dolları müəyyən edilmiş, Cavabdeh apellyasiya şikayətinin təmin olunmaması və qətnamənin mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq və iddiaçı bankın nümayəndəsinin “faiz borcunun düzgün hesablanmadığı” dəlilini əsassız sayaraq qeyd etmişdir ki, Cavabdeh müqavilə əsasında 05.03.2019-cu il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla cavabdeh arasında bağlanmış müqavilə üzrə kredit 12 ay müddətinə (28.07.2010-cu il tar ixinə qədər) verilmiş və məhz bu dövr ərzində cavabdehin illik 19 % ödəməli olduğu razılaşdırılmışdır. Kollegiya hesab etmişdir ki, kredit müqaviləsinin qüvvədə olduğu müddət ərzində Cavabdeh hesablanmalı olan faiz borcunun 93,8 ABŞ dolları təşkil etməsi qənaətinə gəldiyi zaman birinci instansiya məhkəməsi maddi hüquq normasını düzgün tətbiq etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi əsas borcun hesablanması zamanı səhvə yol vermişdir. Belə ki, məhkəmənin təyin etdiyi ekspertizanın rəyi ilə Cavabdeh əsas kredit borcunun müqavilə müddətinin bitdiyi tarixə 15.900 ABŞ dolları təşkil etdiyi müəyyən olunmuş, yuxarıda qeyd edildiyi kimi o, müqavilə müddəti bitdikdən sonra 12.910 ABŞ dolları ödəniş etmişdir. Bu ödəniş məbləği onun əsas borcundan ç ıxıldıqda isə əsas borcun məbləğinin 2.990 ABŞ dolları (15 900-12.910 ABŞ dolları = 2.990) olduğu ortaya çıxır. Həmçinin Cavabdeh tələb üzrə iddia müddətinin keçmiş olması arqumenti ilə bağlı qeyd edilmişdir ki, iş materiallarından 02.09.2009-cu il tarixindən etibarən kredit müqaviləsi üzrə yaranmış borc hesabına müxtəlif tarixlərdə ödənişlər həyata keçirildiyi, sonuncu dəfə 20.06.2016-cı il tarixdə 100 manat ödəniş olunduğu aydın olur; bu isə o deməkdir ki, iddiaçı bank 05.03.2019-cu il tarixdə məhkəməyə təqdim etdiyi iddia tələbləri üzrə əsas iddia müddətini ötürməmişdir. Məhkəmə bu nəticəyə gələrkən Mülki Məcəllənin 380, 399.3, 399.4, 445, 449-cu maddələrinə istinad etmişdir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)4158/2020 nömrəli iş üz rə 11 iyun 2020-ci il tarixli ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına əsasən borclu Cavabdeh kredit borcu üzrə 2.559,21 ABŞ dolları məbləğində kompensasiya hesablanmışdır. Həmçinin “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və hə min məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi “Qaydası” haqqında keçmiş Azərbaycan Respublikası Maliyyə X2 27 mart 2019-cu il tarixli Qərarının 5.2.2-ci yarımbəndinə uyğun olaraq faiz borcundan 2 692,10 ABŞ dolları məbləği azaldılmışdır. Bundan sonra borclu Cavabdeh “xxxx” QSC-nə 5.006,22 (2 439,79 ABŞ dolları əsas borc və 2566,43 ABŞ dolları faiz borcu) ABŞ dolları məbləğində borc müəyyən edilmişdir. İşə baxan məhkəmə tərəfindən “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasını və “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsi ndə və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi “Qaydası” haqqında keçmiş Azərbaycan Respublikası Maliyyə X2 27 mart 2019-cu il tarixli Qərarını nəzərə almamışdır. Apellyasiya instansiya məhkəmə prosessual qanunvericiliyin tələbini pozaraq heç bir araşdırma aparmadan ekspertiza rəyini mötəbər sübut kimi qiymət verərək və işin müəyyən edilmiş hallarını araşdırıb həmin hallara və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş səhv nəticəyə gəlmişdir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərini müdafiə edərə k şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh, onun nümayəndəsi X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onların izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə

741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarı Azərbaycan Respublikasının Mülk i Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya “şikayətində“ işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə“üçün“əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və“yaxud qətnamə“ və“qərardadda ifadə“olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə“ yol verilmir. Maddə

416. Kassasiya instansiyas ı məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. İddiaçı kassasiya şikayətində yalnız qətnaməni iddianın təmin edilməmiş faiz borcu hissəsində mübahisələndirdiyindən kassasiya şikayəti əsasında qətnamə mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün ə sas yoxdur. İddiaçı kassasiya şikayətində cavabdehdən tutulmalı olan faiz borcu məbləğinin düzgün hesablanmadığını qeyd etmişdir. Apellyasiya məhkəməsi faizin müqavilə müddətində hesablanmalı olması barədə nəticəyə gələrkən “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilən hüquqi mövqeləri rəhbər tutmuşdur. Həmin qərarda deyilir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Müqavilə müddəti ərzində faiz məbləği isə müvafiq ekspert rəyi ilə müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi yoxlanılan hissədə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı MMC kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4158/2020 nömrəli iş üzrə 11 iyun 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvv

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar