Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3920/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, əmək vəzifələrinin kobud şəkildə pozması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh3nə qarşı əmrlərin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-4128/2*23 nömrəli, 18 iyul 2*23-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məh kəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri üzrə Təhsil İdarəsinin *4.11.2*22-ci il tarixli, F-368 nömrəli “İntizam tənbehi barədə” əmrinə əsasən, məktəbdən kənarda baş vermiş, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilmiş hadisə barəsində Bakı şəhəri üzrə Təhsil İdarəsi ilə razılaşdırmadan “Space” televiziya kanalına açıqlama verdiyinə, nəticədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin “İctimaiyyətlə əlaqələr işinin səmərəliliyinin artırılması və informasiya mübadiləsinin təmin olunması barədə” əmrinin 5.6-cı və 5.7-ci bəndlərinin tələblərini pozduğuna, bununla da əmək funksiyalarını keyfiyyətsiz yerinə yetirdiyinə görə Bakı şəhəri 179 nömrəli tam orta məktəbin dir ektoru İddiaçı (bundan sonra – iddiaçı) töhmət verilmişdir.
2. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 18.11.2*22-ci il tarixli, K1352 saylı “Əmək müqaviləsinin ləğv edilməsi barədə” əmrinə əsasən, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə təhsil müəssisənin fəaliyyətinə rəhbərlik və nəzarətdə ciddi nöqsanlara yol verdiyinə, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyinə, əmək müqaviləsi üzrə öhdəliklərini və vəzifə funksiyalarını yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra - Əmək Məcəlləsi) 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsinə (bundan sonra – Təhsil İdarəsi) və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə (bundan sonra – Nazirlik) qarşı iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, Təhsil İdarəsinin *4.11.2*22-ci il tarixli əmrinin və Nazirliyin 18.11.2*22-ci il tarixli, K-1352 saylı əmrinin ləğv edilərək, işə bərpa olunması və itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, uzun illər nöqsansız çalışmış, heç bir intizam xətasına yol verməmişdir. Buna baxmayaraq iş yeri üzrə rəhbərlik əmək müqaviləsini ləğv etmiş və guya onun 5 oktyabr Beynəlxalq Müəllimlər günü münasibətilə məktəbin 4 fiziki tərbiyə müəllimindən pul alması, bununla da təhsil verənlərin adına və nüfuzuna, təhsil müəssisəsinin, eləcə də Nazirliyinin işgüzar nüfuzuna xələl gətirməsi, 2425 oktyabr 2*22-ci il tarixlərdə üzrlü səbəb olmadan 2 tam iş günü işdə olmaması və əmək vəzifələrini kobud şəkildə pozması bəhanələrinə qanunsuz əsaslanaraq onu işdən azad etmişlər. Əmri əsassız və qanunsuz hesab edir. Rəhbərlik bu qanunsuzluqları qərəzli şəkildə etmişdir.
5. Məhkəmə iclasında Təhsil İdarəsinin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək izahatında bildirmişdir ki, iddiaçıya 4 nəfər müəllim tərəfindən pulun zərfdə təklif edilməsi və iddiaçı tərəfindən pulun qəbul edilməsi özü pozuntu halıdır. Digər tərəfdən, iddiaçı işəgötürən tərəfindən heç bir razılıq olmadan ölkə hüdudlarını tərk etmiş və üzrsüz səbəbdən işə gəlməmişdir. İddiaçı ilə əlaqə saxlanıldıqda, o, Türkiyə Respublikasında olduğunu və 28 oktyabr 2*22-ci il tarixdə ölkəyə qayıdacağını bildirmişdir. Məlumat araşdırıldığı za man müəyyən olunmuşdur ki, iddiaçı 21.1*.2*22-ci il tarixdə işəgötürən olaraq Təhsil İdarəsinə ərizə ilə müraciət etmiş, 2*21/2*22-ci iş ili hesabına istifadə etmədiyi məzuniyyətdən istifadə etməsinə icazə verilməsini xahiş etmişdir. Lakin, Təhsil İdarəsi tərəfindən iddiaçının əmək məzuniyyəti günlərindən əvəzgün olaraq istifadə etməsi məqsədəuyğun hesab edilməmişdir. Bu barədə iddiaçıya müvafiq cavab məktubu ünvanlanmışdır. Buna baxmayaraq iddiaçı vəzifə öhdəliklərini kobud şəkildə pozaraq işə gəlməmişdir. Beləliklə, Təhsil İdarəsinin Həmkarlar İttifaqı Komitəsinin *5.11.2*22-ci il tarixli iclasında təqdimatda qeyd olunmuş məsələlər müzakirə olunmuş və təqdimat təmin olunaraq, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilmişdir. Nümayəndə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
6. Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməmiş və izahatında bildirmişdir ki, əmrin verilməsinə səbəb iddiaçıya zərfin verilməsi olmamışdır. Əmrin verilməsinə əsas onun 24-25 oktyabr tarixlərində rəsmi işdə olmamasıdır. X3 qərarından tərəf narazı idisə, bununla bağlı yuxarı orqan Həmkarlar Təşkilatına müraciət etməli idi. Əgər həmin qərardan şikayət verilməmişdirsə, deməli tərəf həmin qərarla razılaşmışdır. Digər tərəfdən, inzibati tənbeh tədbiri verilməsə belə, yenə də tərəfin 2 gün faktiki olaraq işdə olmaması onun tərəfindən Əmək Məcəlləsinin 7*-ci maddəsinin pozulması deməkdir. Nümayəndə qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir.
7. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində bildirmişdir ki, 179 №-li orta məktəbdə idman müəllimi işləyir. 5 oktyabr Müəllimlər günü münasibətilə məktəbin 4 idman müəllimi yığışıb iddiaçını təbrik etmək qərarına gəlib və hərəsi 5* manat olmaqla, cəmi 2** manat məbləğində pulu zərfin içərisinə qoyub iddiaçıya veriblər və zərfdə onların şikayət ərizələrinin olduğunu bildiriblər. Səhəri gün iddiaçı onları otağına dəvət edərək pulları onlara geri qaytarmış, bununla bağlı protokol tərtib olunmuşdur. Hətta bundan sonra onlara tənbeh də verilmişdir. Şahid, həmçinin bildirmişdir ki, onun evi şöbəyə yaxın olduğundan məktəbin şöbəyə çatdırılası bütün sənədlərini o aparıb şöbəyə təhvil vermişdir. Bayaz xanımın da məzuniyyət məsələsi ilə bağlı sənədi oktyabrın 21-də aparıb ümumi şöbədə Nuridə xanıma təhvil vermişdir. Nuridə xanıma təhvil verib, qəbul etmə barədə sənəd almamışdır. Ümumiyyətlə sənədləri təhvil verəndə şöbədə onun adı qeyd olunur və ona qəbul edilmə barədə hər hansı sənəd təqdim olunmur. Oktyabrın 21də sənədi verdikdən sonra həmin sənədin nəticəsi barədə onda hər hansı bir məlumat olmamışdır. Əlavə olaraq, məktəbin sənədlərinin ümumi şöbəyə verilməsi ilə bağlı onun hər hansı bir səlahiyyəti olmamışdır. Sadəcə evi yaxın olduğu üçün sənədləri aparıb təhvil verib.
8. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(**6)-958/2*23 nömrəli mülki iş üzrə 14 mart 2*23-cü il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.
9. Məhkəmə qeyd etmişdir ki, iddiaçı 29 senty abr 2*22-ci il tarixində təhsil müəssisəsindən kənarda baş vermiş, hüquq-mühafizə orqanları tərəfindən araşdırılmış, qanunvericiliyə uyğun olaraq hüquqi qiymət verilmiş hadisə ilə bağlı açıqlama vermədiyini bildirsə də, öz tələblərinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Bu səbəbdən irəli sürülmüş iddia tələbi *4.11.2*22-ci il tarixli əmrin ləğv edilməsi hissəsində yalnız iddiaçının formal və heç bir dəlilə, sübuta əsaslanmayan mülahizəsindən ibarət olduğundan və qanunla müəyyən olunmuş qaydada sübuta yetirilmədiyindən təmin edilə bilməz
10. İddiaçı 21 oktyabr 2*22-ci il tarixdə Təhsil İdarəsinə ərizə ilə müraciət edərək 2*21/2*22-ci iş ili üzrə istifadə etmədiyi əmək məzuniyyətindən istifadə etməsinə dair icazənin verilməsini xahiş etmiş, lakin həmin ərizəyə rəsmi cavab verilməsini gözləmədən 24-25 oktyabr 2*22-ci il tarixlərində üzrlü səbəb olmadan 2 tam iş günü işdə olmamışdır. Bununla da onun tərəfindən vəzifə öhdəlikləri kobud şəkildə pozulmuşdur. Əmək müqaviləsinin ləğv edilməsi barədə 18.11.2*22-ci il tarixli əmr qanunvericiliyin tələblərinə uyğun şəkildə verildiyindən, iddiaçının həmin hissədə də tələbi əsassızdır və təmin edilməməlidir.
11. Məhkəmə iddianın işə bərpa, itirilmiş günlərə görə ödənilməyən əmək haqqının ödənilməsi hissələrinə münasibətdə qeyd etmişdir ki, həmin tələblər 18.11.2*22-ci il tarixli əmrin ləğv edilməsi tələbi ilə bağlıdır və həmin tələbin təmin olunub-olunmamasından asılıdır. Həmin hissədə də iddia rədd edildiyi üçün digər tələblər də rədd edilməlidir
12. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 7*, 72, 186, Azərb aycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 9.1, 9.3, 14.2, 76.1, 77.1, 88, 217.1, 217.3, 217.4, 218.1, 218.3 və 22*.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
14. İddiaçı şikayəti belə əsaslandırılmışdır ki, heç bir ciddi pozuntuya yol verməmişdir, ona qarşı işəgötürən tərəfindən ayrı-seçkiliyə yol vermişdir. İş materiallarında olan əmr və onun əsasını təşkil edən Həmkarlar İttifaqı təşkilatının təqdimatında iki gün müddətində işdə olmaması nəticəsində məktəbin iş rejiminin pozulmasının nədən ibarət olması əsaslandırılmamışdır. Onun işdə olmaması isə kobud pozuntu kimi qiymətləndirilməməlidir. Belə ki, işdə olmadığı müddətdə məktəb əvvəlki rejimdə işləmiş və məktəbdə hər hansı qayda və ya qanun pozuntusuna yol verilməmiş, əmək və icra intizamının normal ahəngi pozulmamış, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməmişdir. Bununla yanaşı səfəri ilə bağlı Təhsil İdarəsinə məlumat vermişdir. Onun yazılı qaydada müraciət etməsi və Türkiyədən dərhal geri qayıtması, işəgötürən tərəfindən hər bir halda nəzərə alınmalı idi. Həmin ilin yay aylarında iki dəfə əməliyyat olunması barədə Təhsil İdarəsində məlumat vardır. Həmkarlar İttifaqı təşkilatında onun məsələsinə baxılmağı barədə məlumat verilməmiş və iştirak ı olmadan baxılıb qərar qəbul verilmişdir. Həmkarlar İttifaqı təşkilatı onu dinləyib qərar qəbul etməli idi. Onun məsələsinə səthi baxılmış, iştirakı təmin edilmədiyindən mövqeyini bildirmək imkanı olmamışdır. İclas keçirilən gün işdə olmuşdur. Həmkarlar təşkilatının iclasının keçirilməsi barədə məhkəmə baxışında xəbərdar olmuşdur. İclasın keçirilməsi barədə xəbərdar olmasını təsdiq edən sənədlər isə iş materiallarına əlavə edilməmişdir. Həmçinin, işəgötürən tərəfindən ona töhmət verilməsi ilə də razı deyil, belə ki, həmin tənbeh tətbiqinə dair *4.11.2*22-ci il tarixli əmrdə qeyd edilmişdir ki, guya səlahiyyəti olmadan KİV-ə müsahibə vermişdir. İş materialları ilə təsdiq edilir ki, KİV-ə müavini Kənan müəllim müsahibə vermiş və nəticədə də tərəfindən ona xəbərdarlıq tənbehi verilmişdir. He sab edir ki, ona münasibətdə verilmiş hər iki əmr qanunsuzdur. Birinci instansiya məhkəməsi dindirilmiş şahidin ifadəsinə qiymət verməmiş, həmçinin dəvət edilən digər şahidləri də dindirməmişdir.
15. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(1*3)-4128/2*23 nömrəli iş üzrə 18 iyul 2*23-cü il tarixli qətnaməsi ilə (hakimlər – Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Sabit Bəhramzadə və Elnur Həsənov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd etmişdir ki, apellyasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir, h əmin dəlillər əsassız olduğundan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
18. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmuna uyğun əsaslandırılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Təhsil İdarəsi kassasiya şikayətinə yazılı etiraz təqdim edərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Əmək Məcəlləsi
20. Maddə 7*, “ç” bəndi. İşçi özünün əmək funksiyasını və ya əmək müq aviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
21. Maddə 71, 2-ci hissə. Bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
22. Maddə 72, “a” bəndi. Özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
23. Maddə 8*, 1-ci hissə. Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir
24. Maddə 8*, 2-ci hissə. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlav ə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir.
25. Maddə
186. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 1*-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 7*-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. Mülki Prosessual Məcəllə
26. Madd ə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
28. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
29. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
31. Maddə 4*7.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
34. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, b u pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəmə sinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırmalarla razılaşır.
39. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv edilməsinin iki əsası nəzərdə tutulmuşdur: 1) əmək funksiyasının və ya əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməməsi; 2) 72-ci maddədə sadalanan əmək vəzifələrinin kobud şəkildə pozulması.
40. İşçinin əmək funksiyasını, vəzifə borcunu hər hansı formada yerinə yetirməməsi, onunla işəgötürən arasında mövcud olan etimadı tam aradan qaldırmasa da, onu zədələyir və əmək müqaviləsinin ləğvi üçün zəmin yaradır. Bu kimi hallar çoxsaylı və müxtəlif ola biləcəyi üçün qanunverici onları konkret siyahı üzrə sadalamamış, Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndində əmək müqaviləsinin ləğv olunmasının bir əsası kimi göstərmişdir. Bununla belə, əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəlikləri hər hansı formada yerinə yetirməmə özü-özlüyündə işçi ilə əmək müqaviləsini ləğv etməyə kifayət etmir. Buna o zaman yol verilir ki, işəgötürən, əmək münasibətlərini davam etdirməməkdə müvafiq səbəblərə görə haqlı olsun. Bu cür səbəblər (şərtlər) Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsində nəzərdə tutulan - işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsidir.
41. Normanın məzmunundan da görünür ki, həmin şərtlər Məcəllənin 7*-ci maddəsinin “ç” bəndində sadalanan hər iki əsasın deyil, məhz “əmək funksiyası, vəzifə borcunun (öhdəliklərinin) yerinə yetirilməməsinin” nəticəsi kimi qeyd edilmişdir. Başqa sözlə, qanunverici bu məsələdə fərqləndirmə apararaq, sözügedən şərtləri “əmək vəzifələrinin kobud pozulması” halları üçün nəzərdə tutmamışdır.
42. Çünki, Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndində göstərilən ikinci əsas (əmək vəzifələrinin kobud pozulması) o hallarla bağlıdır ki, işçinin dürüstlük qaydasına uyğun gəlməyən davranışı nəticəsində əmək münasibətlərini davam etdirmək işəgötürən üçün mümkünsüz hala gəlir. Başqa sözlə, əmək münasibətlərdə mövcudluğu zəruri olan etimad tamamilə sarsılır və aradan qalxır. Ona görə də əmək müqaviləsinin işəgötürən tərəfindən dərhal ləğv edilməsi üçün əsas yaranır.
43. Əmək müqaviləsinin ləğvinin ayrı və müstəqil əsası olan bu hallar Əmək Məcəlləsinin 72-ci maddəsində sadalamışdır. Onlardan biri də “a” bəndində nəzərdə tutulan, işçinin özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi halıdır.
44. Beləliklə, sözügedən iki əsasın bir-birindən mahiyyət etibarilə fərqli olması, bu əsaslara dair norma və müddəaların qanunverici tərəfindən də müvafiq fərqləndirmə aparılmaqla nəzərdə tutulması belə qənaətə gəlməyə əsas verir ki, onlara münasibətdə eyni yanaşma, yəni Əmək Məcəlləsinin 72-ci maddəsində açıqlanan hallara da 71-ci maddənin 2-ci hissəsinin tətbiqi doğru deyil.
45. Əks yanaşma, bu əsasların fərqləndirilməsini (o cümlədən əmək vəzifələrinin kobud pozulması hallarının ayrıca olaraq Əmək Məcəlləsinin 72-ci maddəsində sadalanmasını) mənasız edərdi.
46. Odur ki, işçi, Əmək Məcəlləsinin 72-ci maddəsində nəzərdə tutulan kobud pozuntulardan birini törətdikdə işəgötürən, əmək müqaviləsini 7*-ci maddənin “ç” bəndinə əsasən ləğv edə bilər. Bu zaman o, 71-ci maddənin 2-ci hissəsindəki şərtləri sübut etməyə borclu deyil.
47. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1*3)-4128/2*23 nömrəli, 18 iyul 2*23-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıls