Məhkəmə qərarları › İş №2(102)-3921/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3921/2020

24.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3921/2020 24.08.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov AbiddinQabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı, Cavabdeh vəkili Vəkil iştirakı ilə, İddiaçı və Cavabdeh tərəfindən Şivan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-245/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq, Müəyyən etdi: Masallı Rayon Məhkəməsinin (hakim Habil Bəhmanov) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, İddiaçı və Cavabdeh birgə nikah dövründə əldə etdikləri ümumi mülkiyyətlərində olan Masallı şəhəri C.Cabbarlı küçəsində 0,08085 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 5 mərtəbəli binanın 4-cü girişində, 4-cü mərtəbədə, 45 saylı, ümumi sahəsi 69 kvadrat metr, yaşayış sahəsi 37 kvadrat metr, 3 otaqdan ibarət mənzilin ½ hissəsinə İddiaçı, ½ hissəsinə Cavabdeh paylarının müəyyən edilməsi qət olunmuşdur. Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Fehruz Abbasov sədrlik edən və məruzəçi, Tofiq Heydərov, Tale Kərimov) xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməmiş, Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş in halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müracət edərək, birgə nikah dövründə əldə olunmuş Masallı şəhəri, C.Cabbarlı küçəsi, 31 saylı evin 45 saylı üç otaqlı mənzildə birgə nikahdan anadan olmuş X3 da payı daxil olmaqla, hər birinin 1/3 payının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx xxxxxx 2006-cı ildə rəsmi nikah bağlamışlar. Onların xx xxxxxx 2007-ci ildə Murad adlı övladları anadan olmuşdur. Ailə münasibətlərində narazılıq yarandığından ayrılmalı olmuşlar. Cavabdehlə birgə nikah dövründə mübahisəli mənzili 20000 manata almışlar və xx xxxxxx 2009-cu ildə mənzil ********** nömrə ilə daşınmaz əmlakın dövlət reyestr xidmətində qeydiyyata alınmışdır. Cavabdeh xx xxxxxx 2018-ci il də mənzilin bölünməsi ilə bağlı məhkəmədə iddia qaldırsa da, sonradan məhkəmənin xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Cavabdeh bunu mənzili övladları Murada verməsi ilə əlaqələndirmiş, lakin rəsmi heç bir hərəkət etmədiyindən məhkəməyə müraciət olunmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: İddiaçı kassasiya şikayəti verərək Şivan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məzmunu apelyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh kassasiya şikayəti verərək Şivan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. İddiaçının bölünməsini tələb etdiyi mənzil tərəflərin birgə nikahları dövründə birgə vəsait hesabına əldə edilmədiyi halda məhkəmə maddi hüquq normasını düzgün tətbiq etməmiş, keçmiş ər-arvadın birgə əmlakı hesab edilməyən əmlakı bölməklə qanunsuz qərar çıxarmışdır. Tərəflərin izahatları: Cavabdeh vəkili Vəkil məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının kassasiya şikayətinin əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, i ş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Əsaslandırıcı hissə: Apelyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh xx.xx.2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş, xx.xx.2007-ci il tarixdə Murad adlı uşaqları dünyaya gəlmiş, Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə nikahlarının pozulması və uşağın anasının yanında saxlanılması qət edilmişdir. İddiaçı hazırkı tələbində cavabdehlə birgə nikah dövründə əldə etdiklərini irəli sürdüyü Masallı şəhəri, C.Cabbarlı küçəsi, 31 saylı evin 45 saylı üç otaqlı mənzildə birgə nikahdan anadan olmuş X3 da payı daxil olmaqla, hər birinin 1/3 payının müəy yən olunmasını tələb etmişdir. xx xxxxxx 2009-cu il tarixli, 262101 saylı alğı-satqı müqaviləsinin surətindən görünür ki, mübahisəli mənzil 20000 manat müqabilində X1 tərəfindən Cavabdeh satılmış, satıcını etibarnamə üzrə nümayəndə Abbasov Əbülfət Murad oğlu (cavabdehin atası) təmsil etmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriyası MH olan, ******* saylı çıxarışdan görünür ki, mübahisəli mənzil Masallı şəhəri C.Cabbarlı küçəsində 0,08085 ha torpaq sahəsində yerləşən 31 nömrəli, 5 mərtəbəli binanın 4cü girişində, 4-cü mərtəbədə, 45 saylı mənzildir, ümumi sahəsi 69 kvadrat metr, yaşayış sahəsi 37 kvadrat metr-dir, 3 otaqdan ibarətdir, xx xxxxxx 2009-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Cavabdeh adına mülkiyyət hüququ üzrə qeydiyyata alın mışdır. İşin mübahisəli halı mənzilin birgə nikah dövründə deyil, faktiki olaraq rəsmi nikahdan əvvəl satın alınması (cavabdehin mövqeyi) və mənzilin 1/3 hissədə payların müəyyən olunmasından (iddiaçının tələbi) ibarətdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin edərkən gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisəli mənzilin xx xxxxxx 2009-cu il tarixdən birgə nikah dövründə əldə olunmaqla ər-arvadın ümumi mülkiyyətinə aid olması mənzilin alğı-satqı müqaviləsi, Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriyası MH olan, ******* saylı çıxarışla və işin halları ilə sübuta yetir. Nə qədər ki, xx xxxxxx 2009-cu il tarixli, 262101 saylı alğı-satqı müqaviləsi, eləcə də həmin müqavilə əsasında verilmiş Hüquqların dövlət qeydiyyatı haqqı nda Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriyası MH olan, ******* saylı çıxarış hüquqi qüvvəsindədir və onun əksi sübuta yetirilməyib, mənzilin rəsmi nikahdan əvvəl faktiki olaraq alınması və cavabdehə atası tərəfindən bağışlanması barədə cavabdehin dəlilləri əsassızdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, cavabdeh mübahisəsi gedən mənzilin dəyərinin 2006-cı ilin aprel ayınadək atası tərəfindən mənzilin əvvəlki sahibi Əbülfət Abbasova ödənilməsini təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası məruzəçini, cavabdehin vəkilinin izahatını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin kassas iya şikayəti qismən təmin edilməli, Şivan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli, mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməli, iddiaçının kassasiya şikayəti təmin edilməməlidir. Çünki apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni və əsaslı olmamaqla bərabər işin hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələblərinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32-ci maddəsinin məzmununa görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiym ətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Nikah dövründə ev təsərüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun l-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2012-ci tarixli Qərarında bildirilir ki, Ailə Məcəlləsinin 32-ci m addəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. Qanunverciliyin və Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən qərarından göründüyü kimi, hər hansı bir əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün həmin əmlakın birgə nikah dövründə və ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması kimi iki şərtin olması vacibdir. Hazırki işdə məhkəmələr 1-ci şərtin yaranmasını əsas götürərək mübahisəli əmlakın birgə nikah dövründə əldə edilməsi qənaətinə gəlmişlər. Lakin nə birinci instansiya məhkəməsi, nə də məhkəmənin gəldiyi nəticə ilə razlaşan apelyasiya instansiyası məhkəməsi həmin əmlakın tərəflərin birgə vəsaiti hesabına əldə olunması ilə bağlı hər hansı bir araşdırma aparmamış, iş materiallarında olan sübutları tam, hərtəfərli və obyektiv tədqiq etməyərək iş üzrə düzgün olmayan nəticəyə gəlmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X4 ifadə verərək göstərmişdir ki, mübahisəli mənzil əvəllər onun mərhum qardaşı Sucəddinə məxsus olmuşdur. Sucəddin ayaqdan əlil olduğu üçün, onun alğı-satqı işlərini o aparmış və 2006-cı ilin aprel ayında Abbasov Əbülfətə 12500 manat müqabilində həmin mənzil faktiki olaraq satılmışdır. Lakin rəsmi alğı-satqı müqaviləsi bağlanmamış, mənzilə dair Əbülfət Abbasova etibarnamə verilmişdir. Sonradan Əbülfət mənzili oğlunun adına rəsmiləşdirmişdir. İş materiallarına əlavə edilmiş alqı-satqı müqaviləsindən görünür ki, məhkəm ə iclasında şahidin verdiyi ifadə öz təsdiqini tapmışdır. Belə ki, alqı-satqı müqaviləsi balanarakən satıcını etibarnamə üzrə nümayəndə Abbasov Əbülfət Murad oğlu (cavabdehin atası) xx.xx.2006-cı il tarixli etibarnamə əsasında təmsil etmişdir. Lakin məhkəmələr şahid ifadəsini nə üçün sübut kimi qəbul etməməsini əsaslandırmamışlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübu tları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. İşdən daha sonra görünür ki, cavabdeh tərəf mənzilin İddiaçı gəlin gələn kimi satın alındığını, iddiaçının həmin mənzilə gəlin köçürüldüyünü göstərmiş, cavabeh İddiaçı da birinci instansiya məhkəməsində verdiyi izahatında vəkilin sualına verdiyi cavabında bu faktı inkar etməmiş, həmin evə gəlin gəldiyini, evin Cavabdeh puluna alındığını göstərmişdir (iş v. 47). Bu barədə məhkəmə iclas protokollarına dair qeydlər verilməmiş, apelyasiya instansiyası məhkəməsi iddiaçının bu izahatına da qiymət verməmişdir. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, qanunvericilikdə ər-arvad arasında onların ümumi əmlakı bölünərkən hər birinin bərabər pay alması nəzərdə tutulmuşdur. Lakin ayrı-ayrı hallarda məhkəmə bu ümumi prinsipdən kənara çıxaraq payların bölgüsü zamanı tərəflərdən birinin payını başqasının hesabına azaldıb-çoxalda bilər. Bunun üçün yetkinlik yaşına çatmayan uşaqların mənafeyi, ərin və ya arvadın diqqətəlayiq mənafeyi, eləcə də ər-arvadın biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallar olmalıdır. Bu üç əsas şərtlər hər biri ayrılıqda ər-arvadın ümumi əmlakının qeyri-bərabər bölünməsi üçün əsas rol oynayır. Həmçinin ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Məhkəmə kollegiyası hesab edir ki, tərəflərin birgə nikahından olan yetkinlik yaşına çatmayan övladlarının iddiaçının himayəsində olması, ona qayğı göstərməsi və öz payından ona bağışlaması iddiaçının cavabdehə münasibətdə üstün hüquq əldə etməsi üçün əsas deyildir. Belə ki, iddiaçı həmin uşağın saxlanılması üçün cavabdehə hər ya 100 manat aliment ödəyir. Bununla da öz qayğısını və maddi təminatını icra edir. Ər-arvaddan hər hansı birinin valideynlik hüquqlarını həyata keçirilməsi ilə əlaqədar, onun hüquqları digərlərinin hüquqlarından üstün sayıla bilməz. Mülkiyyət hüququnun həyata keçirilməsi imkanı b ütün tərəflər üçün bərabər olmalıdır. Ona görə də, məhkəmələr həmin hissədə düzgün nəticəyə gəlmişlər, iddiaçının kassasiya şikayətinin dəlilləri əsassızdır. İşin yuxarıda qeyd olunan hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri g örməli, mənzilin ər-arvadın birgə vəsaiti hesabına əldə olunub-olunmaması istiqamətində sübutlara tam, hərtərəfli baxmalı, zərurət olarsa tərəflər əlavə sübutların təqdim olunması təklif edilməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara alır: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şivan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-245/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilərək mülki iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilsin. İddiaçının kassasiya şikayəti təmin olunmasın. Qərar qəbul e dildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar