Məhkəmə qərarları › İş №2(102)-3922/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-3922/2019

10.06.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3922/2019 10.06.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Məmmədov Azər Məhəbbət oğlunun, Cavabdeh1 və vəkili Vəkil iştirakları ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2019-cu il tarixli, 2(103)1081/2019 nömrəli qətnaməsindən Cavabdeh1 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin (hakim N.Tağıyeva) 17.09.2018-ci il tarixli, 2(006)-260/2018 nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası qismən təmin olunaraq, Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 15/003 saylı, 20.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15676 ABŞ dolları əsas, 4774 ABŞ dolları faiz borcu olmaqla, cəmi 20450 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması, tutmanın 15/003 saylı, 20.02.2015-ci il tarixli ipoteka müqaviləsi üzrə ipoteka predmeti qismində çıxış edən, Cavabdeh2 məxsus Bakı şəhəri, ****************** kü çəsində istifadədə olan 0.0057 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 25 kv.m yaşayış, 25 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı ***** nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 55000 manat məbləğində təyin edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı LPO İddiaçı ASC-yə olan borcun ödənilməsi, Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə iddia qaldırılması üçün ödənilən 20 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının tutulması, Cavabdeh1 ekspertiza keçirilməsi üçün iş və xidmətlərə görə 150 manat məbləğində pulun tutularaq “xxxx” MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər F.Talışinski, Z.Əliyev, R.Eyvazov) 14.01.2019-cu il t arixli, 2(103)-1081/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli, 2(006)-260/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Cavabdeh1 və vəkili Vəkil iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə 02.06.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, Cavabdeh1 ******* saylı, 20.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən Ləğv prosesində olan İddiaçı ASC-dən götürdüyü 16500 ABŞ dolları məbləğində kredit borcundan 19.01.2017-ci il tarixədək qalan 15676 ABŞ dolları əsas, 4774 ABŞ dolları faiz borcu olmaqla, cəmi 20450 ABŞ dolları borcunun, eləcə də bu mülki mübahisənin qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh1 tutularaq İddiaçı ASC-nin hesabına ödənilməsi, ipotekaya qoyulmuş Cavabdeh2 tam mülkiyyət hüququ ilə məxsus Bakı şəhəri, *************** küçəsində istifadədə olan 0.0057 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 25 kv.m yaşayış, 19.3 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı 27/73 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ünvanda yaşayan şəxslərin mənzildən istifadə hüququna xitam verilərək açıq hərrac yolu ilə satılması, hərracda satıldıqdan sonra ən azı 1 ay ərzində boşaldılması, qeydiyyatda olan şəxslərin pasport qeydiyyat ından çıxarılması və satışdan əldə olunan vəsaitin ödənişə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh1 və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 439.1-ci madəsinə uyğun olaraq iddiaçı təşkilatın Cavabdeh1 ilə ABŞ dolları ilə kreditin verilməsinə dair kredit müqaviləsi bağlaması və hazırda borcun dollarla ifadə olunması qanunsuzdur. Həmin Məcəllənin 422.1-ci maddəsinə uyğun olaraq cavabdeh ABŞ dolları ilə kredit götürərkən Azərbaycan manatının dollara olan məzənnəsi möhkəm olmuş, 2015-ci ildə 2 gecə içərisində devalvasiya baş vermiş və cavabdeh üçün şərait əhəmiyyətli dərəcədə d əyişmişdir. Çünki cavabdeh kredit götürərkən ABŞ dollarının məzənnəsinin bu dərəcədə qalxacağını ağlına gətirə bilməzdi. Hazırda cavabdeh götürmüş olduğu krediti ödəməkdən boyun qaçırmır və o, kredit müqaviləsinə dəyişiklik edilməklə kredit götürdüyü zamana olan məzənnəyə uyğun manatla borcunun ifadə olunmasını tələb edir. Apellyasiya şikayətində bu hallar göstərilsə də, nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qətnamə qəbul etmişdir. Ona görə də onlar iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2019-cu il tarixli, 2(103)1081/2019 saylı qətnaməsinin qismən ləğv edilməsi, qətnamənin Ləğv prosesində olan İddiaçı ASC-nin Cavabdeh1 qarşı iddia tələbinin qismən təmin edilməsi, ASC ilə aralarında bağlanmış 8150 03 saylı, 20.02.2015-ci il tarixli kredit müqaviləsinə əsasən ondan Ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 15003 saylı, 20.02.2015-ci il tarixli kredit müqaviləsi üzrə 15676 ABŞ dolları əsas, 4774 ABŞ dolları faiz borcu olmaqla, cəmi 20450 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması hissəsində ləğv edilməsi, kreditin dollarla ödənişi, kredit müqaviləsi bağlanan günə olan məzənnə (1 ABŞ dolları=0.78 qəpik) ilə ödənilməsini manata çevirərək manatla ifadə olunması, həmin məbləğdən onun tərəfindən ödənilmiş 2600 ABŞ dollarının kredit borcundan çıxılması və faizlərin azaldılması ilə dəyişdirilməsi, ipoteka müqaviləüzrə ipoteka predmeti qismində çıxan, Cavabdeh2 məxsus Bakı şəhəri, ****************** küçəsində istifadədə olan 0.0057 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 25 kv.m yaş ayış, 25 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı 27/73 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, həmin ipoteka predmetinin ilkin satış qiymətinin 55000 manat məbləğində təyin edilməklə açıq hərracda satılması, satışdan əldə edilən pul vəsaiti hesabına iddiaçı LPO İddiaçı ASC-yə olan borcun ödənilməsi hissəsində ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, Cavabdeh2 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 və vəkili Və kil kassasiya şikayətini müdafiə edərək, məhkəmədən şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili Vəkil kassasiya şikayətinə etiraz edərək, şikayətin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 14.01.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayətini təmin etməyərək, iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli, 2(006)-260/2018 nömrəli qə tnaməsinin dəyişdirilmədən saxlanılması qənaətinə gələrkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından görünür ki, "İddiaçı" ASC ilə Cavabdeh1 arasında 20.02.2015-ci il tarixli, 15/003 saylı kredit müqaviləsi bağlanmış, kreditin təminatı olaraq "İddiaçı" ASC-nın “Şərq” filialı ilə Cavabdeh2 arasında 15/003 saylı, 20.02.2015-ci il tarixli ipoteka müqaviləsi bağlanmış, Cavabdeh2 özünə məxsus Bakı şəhəri, **************** küçəsində istifadədə olan 0.0057 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 25 kv.m yaşayış, 25 kv.m köməkçi sahədən ibarət, 2 otaqlı 27/73 nömrəli fərdi yaşayış evini bank qarşısında ipoteka ilə yüklü etmiş, Cava bdeh1 müqavilə üzrə üzərinə düşən öhdəliklərini lazımi qaydada icra etməmiş, bu səbəbdən qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edilmişdir. Mübahisə edilən hissədə apellyasiya şikayətinin subutedici əsası olmayan dəlillərinə əsasən qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən etməyən məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instiansiya məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.6, 309, 317.1, 318.1, 385, 425, 427, 439, 443.1, 448, 449.4, 462, 739.1; “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4, 33, 39, 59; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 101.3. 119.1-ci maddələrinə istinad edərək, iddia tələbini qismən təmin etməsini, onun tərəfindən maddi və prosessual pozuntuya yol verilməməsi kimi müəyyən etmişdir. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və kassasiya şikayətinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış, tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri apelyasiya şik ayətinin dəlilləri ilə eynilik təşkil etmiş və həmin dəlillərin əsassız olması müəyyən edilmişdir. Odur ki, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Ona görə də kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.01.2019-cu il tarixli, 2(103)-1081/2019 nömrəli qətnaməsi Cavabdeh1 kassasiya şikayətinə münasibətdə dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar