Məhkəmə qərarları › İş №2(102)-3922/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3922/2023

09.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3922/2023 09.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh qızına və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: birgə mülkiyyətdə olan əmlakdan payların naturada bölünməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və X7 ibarət tərkibdə, İddiaçı Cavabdeh qızı və maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarş ı birgə mülkiyyətdə olan əmlakda payların naturada bölünməsi ” tələblərə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1115/2023 saylı iş üzrə 02 may 2023- cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair mülki işə 09 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 11 iyul 1968-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən 25 fevral 1946-cı il tarixdə vəfat edən X1 Tovuz şəhərində olan evi miras əmlak kimi arvadı X4 verilmişdir.

2. Tovuz Rayon Məhkəməsinin 17 dekabr 2018-ci il tarixli qətnaməsi ilə 9 noyabr 2009-cu il tarixdə ölmüş X2 miras qalmış ünvan 1 ünvanında 771,73 kv metr torpaq sahəsində yerləşən fərdi yaşayış e vindən ibarət miras əmlakdan mərhumun birinci dərəcə vərəsələri olan X3 ¼ hissədən, X5 ¼ hissədən, İddiaçı ¼ hissədən və Cavabdeh qızının ¼ hissədən ibarət vərəsəlik paylarının müəyyən edilməsi, qətnamənin həmin miras əmlakın vərəsələrinin paylarına uyğun şəkildə adına qeydə alınması üçün əsas olması qət edilmişdir.

3. Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətdə olan ümumi sahəsi 52,5 kv metr, həyətyanı torpaq sahəsi 0,0772 ha olan fərdi yaşayış evi (bundan sonra – mübahisəli əmlak) ¼ hissədə Cavabdeh qızının (bundan sonra – cavabdeh) və ¾ hissədə İddiaçı (bundan sonra - iddiaçı) adına dövlət qeydiyyatına alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qızı və maraqlı şəxs İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 15 saylı Tovuz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ümumi mülkiyyətdə olan 0,0772 ha həyətyanı torpaq sahəsinin və həmin sahədə inşa etdirdiyi yarımçıq tikili olan yaşayış evi ilə onun payına düşən dörddə üç hissəsinin naturada ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, iddiaçının mübahisəli torpaq sahəsində tikintisi tam başa çatdırılmamış fərdi yaşayış evi mövcuddur. Cavabdehin təqsiri ucbatından torpaq sah əsindən və yeni inşa etdirdiyi yaşayış evindən lazımi qaydada istifadə edə bilmir, ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

6. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin əlavə məhkəmə mühəndis-texniki ekspertizasının 18 mart 2022-ci il tarixli, 10/7363 saylı rəyinə görə mübahisəli əmlakın mülkiyyətçilər arasında naturada iki hissəyə bölünməsinin mümkün olduğu müəyyənləşdirilmişdir. Bunun üçün tədqiq olunan torpaq sahəsinin küçə tərəfdən 31 metr uzunluqda olan hissədən və həmin hasara paralel vəziyyətdə olan qonşu tərəfə olan sərhəd hasarından 36 metr uzunluqda olan hissədən 17,3 metr uzunluğunda sərhəd hasarı çəkilərək əmələ gəlmiş 579 kv metr torpaq sahəsinə küçə tərəfdən giriş-çıxış yolu açılmalıdır. Qeyd olunmuşdur ki, tərəflərin paylı mülkiyyətində olan mübahisəli əmlakın üzərində yerləşən (sol künc hissəsində) A, B, C literli tikililərin planlı yerləşmələrini və yaşayış evinin bir yaşayış otağından, bir hamam və ayaqyolu tikililərindən ibarət olduğunu nəzərə alaraq tədqiq olunan yaşayış evinin tərəflərin payına düşən şəkildə bölünməsinin mümkün olmadığı müəyyənləşdirilmişdir.

7. Ağstafa Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 23 may 2022-ci il tarixli, 2(015)- 36/2022 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) iddia tələbi təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Tovuz şəhəri, İ.Mürşüdov küçəsi 11-də yerləşən fərdi yaşayış evi və torpaq üzərində ¾ hissədə İddiaçı və ¼ hissədə Cavabdeh qızının payları müəyyən edilmiş və bu əmlakdan İddiaçı payının ayrılmasını tələb etməkdə haqlıdır.

9. Məhkəmə öz mövqeyini iş materiallarına və icraat zamanı müəyyən edilmiş hallara istinadən əsaslandırmışdır.

10. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.1, 157.2, 213.2, 213.5, 223.2, 223.3 və 238.1-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Cavabdeh qızı qətnamədən apellyasiya şikayəti vermiş, qətnamənin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə mahiyyəti üzrə baxıb araşdırma aparmalı olduğu halda hər hansı bir araşdırma aparmadan iddiaçının izahatını olduğu kimi öz qətnaməsinə kö çürməklə kifayətlənmiş, əsassız olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymış, bununla da qanunda nəzərdə tutulmuş çəkişmə prinsipi pozulmuşdur. Həmçinin qətnamə qəbul olunarkən ümumi mülkiyyətdə olan əmlakın bölgüsünə dair Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara riayət olunmamışır.

13. İddiaçı apellyasiya şikayətinə dair etiraz ərizəsi təqdim edərək cavabdehin onun mülkiyyət hüququnu pozduğunu, mülkiyyətindən lazımi qaydada istifadəsinə imkan vermədiyini, apellyasiya şikayəti əsassız olduğunu göstərmiş, birinci instansiya məhkəməsinin qənaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 02 sentyabr 2022-ci il tarixli, 2(104)-2254/2022 nömrəli qətnaməsi ilə (hakimlər – A.V.İsgəndərova (sədrlik edən və məruzəçi), R.Z.Mamedov və Ə.G.Abdullayev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

15. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Paylı mülkiyyətdə olan əmlakın bölünməsinin ilkin əsas şərti əmlakın naturada bölgüsünün real olaraq həyata keçirilməsinin mümkün bütün hallarının araşdırılmasıdır. Hazırki halda bu halın araşdırılması üçün birinci instansiya məhkəməsi tərəfindən məhkəmə ekspertizası təyin edilmişdir. Məhkəmə ekspert rəyinin işin halları üzrə müəyyən edilməli hallara tam və müfəssəl şəkildə cavab olaraq təqdim edilməsini, m übahisənin həlli üzrə vacibliyini nəzərə alaraq ekspert rəyini mötəbər sübut kimi qəbul etmişdir. Belə olan təqdirdə paylı mülkiyyətdə olan əmlakın bölünməsinin digər əsasları fakültativ xarakterlidir, yalnız əmlakın naturada bölgüsünün həyata keçirilməsinin mümkün olmaması hallarında nəzərdən keçirilməli idi. Paylı mülkiyyətə payının ayrılmasının tələb edən mülkiyyətçihazırki tələb üzrə iddiaçı əmlak üzərində ¾ hissədə paya malik olmaqla, əmlakın çox hissəsinə dair mülkiyyət hüququ vardır. Belə olduqda paylı mülkiyyətçi kimi sonuncunun payının ayrılmasına dair qeyd olunan maddi hüquq normasında şərt olaraq “cüzi paya” malik olmaması səbəbindən də kompensasiya ödənilməsi istisna edilir.

16. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublika sı Mülki Məcəlləsinin 139.1, 152.1, 157.2, 213.2, 213.5,215.4, 220.2, 220.3 və 238.1-ci maddələrinə maddələrinə istinad etmişdir. b) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

17. Cavabdeh qızı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

18. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarına tam və hərtərəfli qiymət vermədən qətnamə qəbul etmişdir. Belə ki, ekspert rəyində də qeyd olunmuşdur ki, evin bir sanitar qovşağı vardır və əmlakın naturada bölünməsi mümkün deyildir. Lakin məhkəmə bu halı nəzərə almamışdır. Bundan əlavə isə iddiaçı irəli sürdüyü halları təsdiq edəcək heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə yaln ız iddiaçının izahatına əsaslanaraq qətnamə qəbul etmişdir.

19. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – V.T.Həsənov (məruzəçi), Ə.A.Əhmədov və İ.Ə.Şəfiyev) 24 yanvar 2023-cü il tarixli 2(102)433/2023 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-2254/2022 nömrəli iş üzrə 02 sentyabr 2022-ci il tarixli qətnaməsinin ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

20. Kassasiya instansiyasının mövqeyinə görə vahid daşınmaz əmlakda mövcud olan payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn torpaq sahəsi ilə birlikdə fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (s anitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. O da nəzərə alınmalıdır ki, fərdi yaşayış evinə artırılmış özbaşına tikililərin daşınmaz əşyanın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bölgüdə nəzərə alınması və ya onlar üzərində sərəncam verilməsi mümkün deyil. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər. vahid daşınmaz əmlak üzərində payçıların paylarına uyğun bölgünün apa rılmasının mümkün olub-olmaması aydınlaşdırıldıqdan sonra bu nəticənin hansı maddi hüquq normaları ilə dəstəkləndiyi müəyyən edilməlidir. Hazırkı işdə isə vahid daşınmaz əmlak üzrə iddiaçının payının göstərilən şərtlər çərçivəsində ayrıla bilməsi, bunun üçün tərtib olunan bölgü planı üzrə ayrılan sahənin ümumilikdə qalan digər paydaşa (əlavə məhrumiyyətlər, əşya yükülüyünə məruz qalması, sevitut və digər əsaslar üzrə) və əşyaya zərər verməməsi, habelə daşınmaz əmlakın dövlət reyestrində daşınmaz əmlak kimi qeydiyyatının mümkünlüyü məhkəmələr tərəfindən lazımi şəkildə əsaslandırılmamışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

21. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 02 may 2023-cü il tarixli, 2(104)-1115/2023 nömrəli qətnaməsi ilə (hakimlər- İ.T.Həsənov (sədrlik edən və məruzəçi), L.S.Süleymanov və A.H.Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi tamamiylə ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

22. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, iş üzrə iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci maddəsi çıxış edir. Həmin normaya əsasən, paylı mülkiyyətçi öz payının ayrılmasını tələb edə bilər, paylı mülkiyyətçilər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. İşdən göründüyü kimi mübahisəli torpaq sahəsi və onun üzərində yerləşən 52,5 kv metr fərdi yaşayış evi vahid daşınmaz əmlak kimi tərəflərin ümumi paylı mülkiyyətindədir.

23. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, birinci instansiya məhkəməsində icraat zamanı ünvan 2 ünvandakı 0,0772 ha torpaq sahəsinin naturada bölünüb-bölünə bilməməsinin müəyyən olunması üçün iki dəfə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hər iki ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ünvan 2 ünvanındakı 0,0772 ha həyatyanı torpaq s ahəsinin üzərində yerləşən ümumi sahəsi 52,5 kv metr olan evin tərəflərin mülkiyyət paylarına tənasüb olaraq naturada bölünməsi mümkün deyil. Lakin iş üzrə təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizasına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 mart 2022-ci il tarixli, 10/7363 nömrəli rəyində qeyd olunmuşdur ki, rəyə əlavə olunmuş plan sxemə əsasən ünvan 2-də yerləşən 0.0772 ha torpaq sahəsinin naturada paylara ayrılması mümkündür. İşə baxan birinci instansiya məhkəməsi də məhz həmin rəyi əsas götürərək mübahisəli torpaq sahəsinin tərəflərin mülkiyyətində olan paylara mütənasib şəkildə naturada ayrılması qənaətinə gəlmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, tərəflərin ümumi paylı mülkiyyətindəki ümumi sahəsi 52,5 kv metr olan fərdi yaşayış evi mübahisəli 0,0772 ha torpaq sahəsinin üzərində yerləşir. Nəzərə almaq lazımdır ki, qeyd olunan torpaq sahəsi ilə fərdi yaşayış evi vahid əmlakdır. Belə olduqda isə qeyd olunan torpaq sahəsinin tərəflərin mülkiyyət payı nisbətində paylara ayrılması, əslində torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin də naturada paylara ayrılmasını ehtiva etmiş olur. Belə ki, vahid əşyanı (tamı) əmələ gətirən və ya onunla sıx bağlı olan hissələr əşyanın tərkib hissəsidir və əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisi hesab edilir. Bu baxımdan əşyanın tərkib hissəsi ayrıca mülkiyyət predmeti sayılmır. Qeyd edilənlər onu göstərir ki, ümumi mülkiyyətdəki əşya üzərində payı olan şəxs həmin pay nisbətində əşyanın hansısa bir (tərkib) hissəsinin m ülkiyyətçisi deyil, əşyanın tamamı üzərində olan vahid mülkiyyət hüququna öz payı nisbətində şərikdir. Bu səbəbdən əşyanın tərkibinə daxil olan hissə(lər) hansısa pay sahibinin mülkiyyət hüququndakı payına uyğun gəlsə belə, həmin qismi tərkib hissə statusunu itirmədən, yəni ayrıca və müstəqil əşya halına gəlmədən fərdi mülkiyyət predmeti ola bilməz. Əgər həmin reyestrdə qeydə alınmış daşınmaz əşyanın sərhədləri nəzərə alınmaqla belə ayrılma texniki cəhətdən mümkün deyilsə, hətta bu mümkün olsa belə ayrılma əşyaya tənasübsüz surətdə zərər vurarsa və digər paydaşların hüququnu əhəmiyyətli şəkildə pozarsa ayrılmaya yol verilmir. 25. ünvan 2-də yerləşən 0,0772 ha torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 52,5 kv metr olan fərdi yaşayış evi tərəflərin ümumi paylı mülkiyyətində olduğuna və həmin evin mülkiyyətçilərin payları nisbətində naturada ayrılması mümkünsüz olduğuna görə qeyd olunan torpaq sahəsinin də naturada paylara ayrılması istisna təşkil edir.

26. Həmçinin apellyasiya məhkəməsi iddia tələbinin mübahisəli torpaq sahəsinin üzərində inşa edilmiş və tikintisi başa çatdırılmamış fərdi yaşayış evinin naturada ayrılıb verilməsi hissəsinə hüquqi qiymət verərək qeyd etmişdir ki, ümumiyyətlə həmin tikilinin naturada ayrılması məsələsi yolverilməzdir. Belə ki, həmin tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmamışdır. Göründüyü kimi işə baxan birinci instansiya məhkəməsi yuxarıda qeyd olunan iş üzrə mühüm əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət vermədən iddianı təmin etmişdir.

27. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azər baycan Respublikasının Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 144.5, 152.1, 213.1, 213.2, 213.3, 213.4, 213.5, 213.6, 220, 221 və 223-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya”nın 1 saylı Protokolunun 1-ci maddəsinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı X6 (Vəkil) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, ümumi mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi tələbini rədd edən apellyasiya instansiyası məhkəməsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müdafiə altına alınmış mülkiyyət hüququnu pozmuş, mülkiyyətində olan torpaq sahəsinə sahiblik və ondan istifadə etmək imkanlarını məhdudlaşdırmışdır. Məhkəmə nəzərə almamışdır ki, torpaq sahəsində payın çox hissəsi (dörddə üç hissə) ona məxsusdur, az paya malik olan cavabdeh əsassız olaraq ona mülkiyyətindən istifadəyə mane olur.

30. Kassasiya şikayətində daha sonra göstərilmişdir ki, apellyasiya məhkəməsi işdə olan sübutlara tam və hərtərəfli baxmamış, iş üzrə həqiqətin müyyyən olunması üçün tədbirlər görməmiş, yerində baxış keçirilməsi məsələsini müzakirə etməmiş, nəticədə işin hallarına və tərəflərin qarşılıqlı münsibətlərinə uyğun qətnamə çıxarılmamışdır.

31. Kassasiya şikayəti Azərbayc an Respublikası Konstitusiyasının 12, 13, 29 və 60-cı, Mülki Prosessual Məcəllənin 14,1, 77.1, 217.1, 217.2 və 218.1-ci maddələrinə istinad olunmaqla əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

33. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

34. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur.

35. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razıl ığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

36. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real sur ətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

37. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir.

38. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yal nız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

45. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları ar aşdırması kimi qiymətləndirilməməlidir.

46. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

48. İddiaçının kassasiya şikayətini n dəlillərində qeyd olunan hüquqi məsələlərə sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən mülki prosessual normalarına uyğun hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Hesab edir ki, iş üzrə Ali Məhkəmənin Mülki kollegiyasının 24 yanvar 2023-cü il tarixli qərarındakı göstərişlər nəzərə alınmaqla apellyasiya məhkəməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsasən işin müəyyən edilmiş hallarına və tərəflərin qarşılıqlı münasibətinə, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun əsaslandırılmış qətnamə qəbul etmişdir.

49. Odur ki, qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası belə qənaətə gəl ir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1115/2023 saylı 02 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar