Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3923/2024 05.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi, real zərər, borcun qaytarılması, əssassız varlanma, mülki hüquq pozuntusundan (deliktdən) irəli gələn məsuliyyət Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkkül oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı «pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə görə dəymiş zərərin əvəzinin, əldən çıxmış fayda, dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması» tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-627/2024 nömrəli, 12 avqust 2024cü il tarixli qətnaməsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında 05 dekabr 2024-cü il tarixdə baxaraq aşağıdakıları müəyyən etdi. İşin halları
1. Tərəflər arasında bağlanmış müqavilələrin surətlərindən görünür ki, xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində Cavabdeh inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 5-ci mərtəbəsində yerləşən 25 saylı və 8-ci mərtəbəsində yerləşən, 46 saylı, hər ikisinin ümumi sahəsi 123,2 kv.m. olan mə nzilləri iddiaçılar İddiaçı1 və İddiaçı2 mülkiyyətində olmuş Tələt Şıxəliyev küçəsində sökülmüş ev 12, 17 və 18 saylı mənzilləri ilə əvəz edilmişdir.
2. Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 70, M8, m4 (ünvan 1 ünvanında yerləşən və xx.xx.2021-ci il tarixdən İddiaçı1 xüsusi mülkiyyətində olan mənzilin ümumi sahəsi 109,40 kv.m. təşkil etmişdir.
3. Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 70, M5, m4 (ünvan 2 ünvanında yerləşən və xx.xx.2021-ci il tarixdən İddiaçı2 xüsusi mülkiyyətində olan mənzilin ümumi sahəsi 109,40 kv.m. təşkil etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı1 Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh MMC-dən pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə görə dəymiş zərərin əvəzinin, əldən çıxmış fayda, dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra edərək sökülən mənzilinin əvəzində aldığı mənzilin dəyərini tam ödəmiş, mənzilə dair heç bir borcunun olmadığını təsdiq edən maliyyə arayış təqdim edilmişdir. Bundan sonra iddiaçıya aldığı mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Çıxarış verilərkən məlum olmuşdur ki, mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğundan 13,8 kv.m. az (11.2%), yəni 109,40 kv.m.-dir. Binanın tikintisi tamamlandığından və mənzillər digər sakinlər tərəfindən alındığından iddiaçının aldığı yeni mənzili müqavilədə nəzərdə tutulmuş ölçüdə başqa mənzillə əvəzləmək mümkün olmadığı üçün iddiaçı əskik hissəyə görə cavabdehdən kompensasiya tələb edib. Lakin cavabdeh kompensasiya verməkdən imtina etmişdir. Mediasiya sessiyası zamanı da tərəflər arasında danışıqlar heç bir nəticə verməmişdir. Eyni zamanda cavabdehə pretenziya məktubu da göndərilmişdir. İddiaçı cavabdeh MMC-dən məhrum edildiyi 13,8 kv.m. sahənin əvəzi olaraq bazar qiyməti 2000 manatdan hesablanmaqla 27600 manat pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə və şəxsi mülkiyyətindən məhrumetmə faktına görə 27000 manat, əldən çıxmış faydanın ondan məhrum edildiyi bütün dövr üçün hər aya 213 manatdan olmaqla 19 ay üçün 4047 manat, eləcə də mənəvi ziyan olaraq 27000, həmçinin pozuntuya görə 1350 manat dəbb ə pulunun və gecikdirilmiş vaxt üçün illik 5% faizin, yəni 1350 manat, məhkəmə üçün ödənilmiş rüsumun və vəkil üçün ödənilmiş 410 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbuledilməsini məhkəmədən xahiş etmişdir.
6. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)1166/2023 nömrəli qərardadı ilə İddiaçı2 Cavabdehnə qarşı «pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə görə dəymiş zərərin əvəzinin, əldən çıxmış fayda, dəbbə pulunun, gecikdirilmiş vaxt üçün illik beş faizin tutulması» tələbinə dair iddia ərizəsi üzrə mülki iş bir icraatda baxılması üçün hazırkı işə birləşdirilmişdir.
7. İddiaçı2 iddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı müqavilə ilə üzərinə düşən öhdəliyi icra edərək sökülən mənzilinin əvəzində aldığı mənzilin dəyərini tam ödəyərək, ona aldığı mənzilə dair heç bir borcunun olmadığını təsdiq edən maliyyə arayış təqdim edilmişdir. Bundan sonra iddiaçıya aldığı mənzilə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilərkən məlum olmuşdur ki, mənzilin sahəsi müqavilədə nəzərdə tutulduğundan 13,8 kv.m. az (11.2%), yəni 109,40 kv.m. olmuşdur. Binanın tikintisi tamamlandığından və mənzillər digər sakinlər tərəfindən alındığından iddiaçının aldığı yeni mənzili müqavilədə nəzərdə tutulmuş ölçüdə başqa mənzillə əvəzləmək mümkün olmadığı üçün iddiaçı əskik hissəyə görə cavabdehdən kompensasiya tələb etmiş, lakin cavabdeh kompensasiya verməkdən imtina etmişdir. Mediasiya sessiyası zamanı da tərəflər arasında danışıqlar heç bir nəticə verməmişdir. Eyni zamanda cavabdehə pretenziya məktubu da göndərilmişdir. Qeyd edilənlərə əsasən iddiaçı cavabdeh MMC-dən məhrum edildiyi 13,8 kv.m. sahənin əvəzi olaraq bazar qiyməti 2000 manatdan hesablanmaqla 27600 manat pul vəsaitinin, özgəsinin əmlakından qanunsuz istifadəyə və şəxsi mülkiyyətindən məhrumetmə faktına görə 27000 manat, əldən çıxmış faydanın ondan məhrum edildiyi bütün dövr üçün hər aya 213 manatdan olmaqla 19 ay üçün 4047 manat, eləcə də mənəvi ziyan olaraq 27000, həmçinin pozuntuya görə 1350 manat dəbbə pulunun və gecikdirilmiş vaxt üçün illik 5% faizin, yəni 1350 manat, məhkəmə üçün ödənilmiş rüsumun və vəkil üçün ödənilmiş 410 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
8. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 05 iyun 2023-cü il tarixli, 10/1232 saylı ekspert rəyində aşağıdakılar göstərilmişdir: “... Baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində İddiaçı2 məxsus mənzilin ümumi sahəsi, eləcə də tikililərin ayrı-ayrılıqda sahələri aşağıdakı kimi müəyyən edilmişdir: 1 saylı dəhliz tikilisinin sahəsi 14.0 kv.metr, 2 saylı yaşayış otağı tikilisinin sahəsi 25.1 kv.metr, 3 saylı mətbəx tikilisinin sahəsi 15.1 kv.metr, 4 saylı yaşayış otağı tikilisinin sahəsi 16.1 kv.metr, 5 saylı yaşayış otağı tikilisinin sahəsi 21.8 kv.metr, 6 saylı qarderob tikilisinin sahəsi 3.8 kv.metr, 7 saylı sanitar qovşağı tikilisinin sahəsi 5,2 kv.metr, 8 saylı sanitar qovşağı tikilisinin sahəsi 4.9 kv.metr, 9 saylı balkon tikilisinin sahəsi 3,4 kv.me tr (11.4 x 0.3) Cəmi: 109,4 kv.m....
9. Baxış zamanı əldə edilən ölçü işlərinə əsasən aparılmış hesablamalar nəticəsində İddiaçı1 məxsus mənzilin ümumi sahəsi, eləcə də tikililərin ayrı-ayrılıqda sahələri aşağıdakı kimi müəyyən edilmişdir ki, 1 saylı dəhliz tikilisinin sahəsi 14.0 kv.metr 2 saylı yaşayış otağı tikilisinin sahəsi 25.1 kv.metr 3 saylı mətbəx tikilisinin sahəsi 15.1 kv.metr 4 saylı yaşayış otağı tikilisinin sahəsi 16.1 kv.metr, 5 saylı yaşayış otağı tikilisinin sahəsi 21.8 kv.metr 6 saylı qarderob tikilisinin sahəsi 3.8 kv.metr 7 saylı sanitar qovşağı tikilisinin sahəsi 5,2 kv.metr 8 saylı sanitar qovşağı tikilisinin sahəsi 4.9 kv.metr 9 saylı balkon tikilisinin sahəsi 3,4 kv.metr (11.4 x 0.3) cəmi 109,4 kv.m müəyyən edilmişdir.
10. Eyni zamanda qeyd olunmuşdur ki, baxış zama nı mənzillərin arakəsmə divarları 0,1 və 0.4 metr qalınlığında kərpicdən inşa edildiyi müəyyən edilmişdir. Aparılmış hesablamalarla, mənzillərin arakəsmə divarlarının altına düşən sahənin 9,3 kv.m. təşkil etdiyi müəyyən edilmişdir. Mənzilin sahəsi arakəsmə divarların yerləşdiyi sahə nəzərə alındıqda, sözügedən mənzillərin ümumi sahəsi 115,1 kv.metr (109,4+5,7) təşkil edir”.
11. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin mütəxəssis rəyinə əsasən, göstərilmişdir ki, “... Bakı şəhəri, Nərimanov rayonu, Qarabağ və Tələt Şıxəliyev küçələrinin kəsişməsində Cavabdeh tərəfindən inşa edilmiş yüksək mərtəbəli yaşayış binasında təmirsiz mənzillərin 1 kv.m-nin orta bazar qiyməti tələblə təklifin qarşılıqlı təsiri nəticəsində 2100 manat müəyyən olunmuşdur: 2100 manat. Həmin binada təmirli mənzil lərin 1 kv.m-nin orta bazar qiyməti təmirin və təmir zamanı istifadə edilən materialların keyfiyyətindən asılı olaraq minimum 2400 manat təşkil edir”.
12. Mütəxəssis rəyi alındıqdan sonra iddiaçıların nümayəndəsi və vəkili Vəkil ərizələrlə məhkəməyə müraciət edərək, tələblərin həcmini artırmış və 1 kv.m-nin bazar dəyərinin 2000 manat deyil, mütəxəssis rəyinə əsasən, 2400 manat kimi hesablanmasını məhkəmədən xahiş etmişdir.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-1165/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə iddia tələblərinin qismən təmin edilməsi, 33120 manat məbləğində pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş xərcin 200 (iki yüz) manat hissəsi və ödənilmiş dövlət rüsumunun 189,36 (yüz səksən doqquz manat otuz altı qəpik) manat hissəsi Cavabdeh MMC-dən tutul araq İddiaçı1 ödənilməsi, 33120 manat məbləğində pul, vəkilin göstərdiyi yardıma görə ödənilmiş xərcin 200 manat hissəsi və ödənilmiş dövlət rüsumunun 189,36 (yüz səksən doqquz manat otuz altı qəpik) manat hissəsi Cavabdeh MMC-dən tutularaq İddiaçı2 ödənilməsi qət edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçıların hal-hazırda mövcud olan yeni tikili inşa edildiyi ərazidə mənzilləri mövcud olmuş və cavabdeh şirkət tərəfindən yeni tikili inşa edilərkən həmin mənzillərin yeni tikilidə hərəsinin sahəsi 123,2 kv.m. olan iki mənzillə əvəzləşdirilməsinə dair tərəflər arasında müqavilələr bağlanmışdır. Mənzillərə dair müvafiq sənədlər iddiaçılara təhvil verilmiş və mənzillər həmin sənədlərə əsasən dövlət qeydiyyatına alındıqda, mənzillərin real sahəsinin müqavilələrdə qeyd o lunmuş sahədən 13,8 kv.m. az olması müəyyən edilmişdir.
15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 152, 324.5, 385.1, 404.1, 421.1, 421.2, 752.1, 762.2, 7-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarına, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 04 dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş Tikinti obyektinin sahəsinin və həcminin hesablanması Qaydalarının 3.2, 3.8-ci bəndinə, Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əs as azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, "Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarına, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “X1rşı” işi üzrə qəbul etdiyi xx.xx.2004-cü il tarixli qərarında göstərmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarına və Mülki Prosessual Məcəllənin 121.1, 119.1, 216-220 və 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
16. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onlar MMC olaraq vətandaş İddiaçı1 hümanistlik göstərərək mülküyyətində olan 79 kv.m. ibarət mənzilin əvəzinə, ona 20-25% faiz deyil, həmin ünvanda 123,2 kv.m. ibarət 3 otaqlı təmirsiz mənzil, İddiaçı2 da hümanistlik göstərərək mülküyyətində olan 65 kv.m. ibarət mənzilin əvəzinə, ona 20-25% faiz deyil, həmin ünvanda 123,2 kv.m. ibarət 3 otaqlı təmirsiz mənzil, təhvil vermək barədə öhdəlik götürmüşlər. Hətta onların istəklərini nəzərə alaraq bir necə dəfə müqavilə dəyişiklik ləri etmişlər. İddiaçılar ilə MMC arasında bağlanmış hər iki, 7 aprel 2021-ci il tarixi müqavilənin, 3.4. bəndində qeyd edilmişdir ki, mənzillərin özünə məxsus divaraltı sahəsi tam, qonşu ilə ortaqlı divaraltı sahəsi isə 50 (əlli) faiz hesablanır. Qeyd olunan müqavilələrin 3.7-ci bəndində qeyd edilmişdir ki, mənzil daxilində təmir işləri “Alıcı”nın öz üzərinə düşmüşdür. Vətəndaşlarla müqavilə bağlanarkən mənzillərin özünə məxsus divaraltı sahəsi tam, qonşu ilə ortaqlı divaraltı sahəsi isə 50 (əlli) faiz, eyvanın hər bir kv.m 1:1 hesablanmasi qaydası izah edilmiş və razılaşdırılmışdır. Onlar binanın lahiyyəsinə və hər bir kv.m. uyğun, cöldən-cölə, yəni bütün divaraltı sahələrdə nəzərə alınmaqla dövlət büdcəsinə vergi verirlər. Məhkəmə tərəfindən ekspertiza təyin edildiyi gün deyil, onları n iştirakı təmin edilmədən bir necə gün əvvəl kecirilmişdir. Yenidən ekspertiza kecirilməsi barədə şifahi vəsatət versələr də hakim təmin etməmişdir. Mütəxəssis rəyində təmirli mənzillərin, 1 kv.m-nin 2400 manat kimi qeyd edilmişdir. Lakin onlar vətəndaşla bağladığı müqavilə şərtlərində vətəndaşa təmirsiz mənzil verməyi barədə öhdəliyi olmuşdur. Lakin bu da nəzərə alınmamışdır. Onlar 1 kv.m. mənzilli vətəndaşlara hətta təmirli vəziyyətdə 1.500 manata satmışlar.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 may 2024-cü il tarixli, 3-16-16/2-10/640-9/506 nömrəli ekspert rəyinə əsasən, mənzilin sahəsi arakəsmə divarların yerləşdiyi sahə nəzərə alındıqda, sözügedən mənzillərin ümumi sahəsi 115,1 kv.metr (109,4+5,7) təşkil etmişdir. Bundan əlavə, tərəflər arası nda imzalanmış müqavilənin 3.4-cü bəndinə əsasən qonşu ilə ortaqlı divaraltı sahəsi isə 50 faiz hesablanmışdır. Həmçinin, Bakı şəhəri, Nərimanov rayonu, Əliəşrəf Əlizadə küçəsi, 70, M5, m 4 (ünvan 2 ünvanında yerləşən təmirli mənzilin 1kv.m. hazırda mövcud olan orta bazar qiyməti təqribən 2860 manat və təmirsiz mənzilin 1 kv.m. qiyməti 2220 manat müəyyən edilmişdir.
19. Məhkəmə kollegiyasının iclasında cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə izahatında bildirmişdir ki, müqavilədə qonşu ilə 50% nəzərə alınması göstərilmişdir. Müqavilənin 3.4-cü bəndində bu hal konkret qeyd edilməsini ekspert nəzərə almamışdır. Ekspert evin içində olan hissəni ölçmüşdür. Təkrar ekspertiza keçirilməsini xahiş etmişdir. Belə ki, 79 kv.metrlik mənzil əvəzinə 123 kv.metr 100% əlavə ilə hesablanıb verilmişdir. İlk in müqavilə zamanı mərtəbə, blok olmamış, sadəcə köçürmə prosesi üçün bağlanılmışdır. Bina tikiləndən sonra seçimlər verilmişdir. İddiaçı xanım ərizə ilə müraciət edərək 2 ədəd 123 kv.metrlik mənzil qəbul edilmişdir. Müqavilələrdə 123 kv.metrlik mənzil verilməsi də olmamışdır. İradə ifadəsini iddiaçı bildirmişdir. Əvvəl 79 kv.metrlik mənzili olmuş, Nazirlər Kabinetinin qərarına əsasən 15-20% əlavə verilməli idi, onlar 100% əlavə verilmişdir.
20. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 çıxış edərək bildirmişdir ki, cavabdeh orqan qanunları və normaları pozan MMC olmuşdur. Prezident Adminstrasiyasının dərc etdiyi məlumata əsasən ən çox qanun pozan şirkətlərdən biri kimi cavabdeh orqan göstərilmişdir. 3 müqavilə imzalamışlar. Bir neçə ay sonra bilmişdir ki, mənzillər satılmışdır. Sonradan o nlardan ərizə alınmışdır ki, binada yer yoxdur. 123 kv.metrlik 2 mənzil təklif etdilər, onlar da razılaşdılar. Şirkət aldatmağa çalışır. Uzun mübahisələrdən sonra onlara arayış verdilər. Heç kimə arayış vermirdilər. Əmlak Komitəsində müqavilənin nəticə hissəsinin olmadığını dedilər. Müqaviləni MMC-yə gətirdilər, müqaviləni o zaman dəyişiblər, təmiri onların öhdəliyinə qoyublar. Onlar artıq MMC-nin belə hərəkətlərindən yorulublar. Rayon məhkəməsinin qətnaməsini qüvvədə qalmasını xahiş edir, dəbbə pulunu da istəyirlər. Qanunları, Prezidentin sərəncamlarını cavabdeh orqan pozub. Sənəddə 15 mərtəbədir, amma 17 mərtəbəli bina tikiblər. Smeta sxemini də təqdim edib, bu hərəkət insanlara qarşı terrordur. Son artımlarının da əlavə edilməsin xahiş edir, ekspert də əlavə edib. Onlara mənəvi zərər də dəyib. Ailənin də vaxtını alıblar. 28 kv.metr mənzilini də mənimsəyiblər, onun da pulunu tələb edir. Etimaddan istifadə edərək müqaviləni dəyişiblər. Sakinlərin çoxu maliyyə arayışı ala bilməyiblər, çoxuna əskik verilib. Onlar zəhmətlə qazanıb mənzil alıblar. Cavabdeh orqan vətəndaşları aldadır. 10 manat nizamnamə kapitalı ilə 8 bina tikiblər. Müqavilənin əsli onlarda olmamışdır.
21. Məhkəmə kollegiyasının iclasında İddiaçı2 çıxış edərək bildirmişdir ki, ekspertiza keçirilən zaman qarşı tərəf gəlməmişdir. İlk müqavilənin məqsədi vətəndaşları aldadıb, evdən çıxarmaq olmuşdur. İş üzrə keçirilmiş ekspertiza rəyi ilə razı olmuşdur.
22. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3 may 2024-cü il tarixli, 3-1616/2-10/640-9/506 nömrəli ekspert rəyinə əsasən, mənzilin sahəsi arakəsmə div arların yerləşdiyi sahə nəzərə alındıqda, sözügedən mənzillərin ümumi sahəsi 115,1 kv.metr (109,4+5,7) təşkil etmişdir.
23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-627/2024 nömrəli, 12 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər – Günay Axundova (sədrlik edən və məruzəçi), Cəmilə Musayeva və Fuad Axundov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbinin təmin edilməməsi qət edilmişdir.
24. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməməlidir.
25. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı işdə iddiaçılar mübahisəli hala dair sübut kimi söz ügedən mənzil barədə cavabdehlə bağladıqları müqavilələrə istinad edərək, onlara müqavilədə nəzərdə tutulan sahədən 13,8 kv.m. az (11.2%), yəni 109,40 kv.m mənzil satıldığını iddia etmişlər.
26. İş materiallarından göründüyü kimi bayır, ara divarlarının, habelə məhəccərlərin, sobanın (buxarın) yerləşdiyi sahələrin mənzilin ümumi sahəsinə aid edilməməsi qanunda imperativ norma kimi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uy ğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər.
27. Məhkəmə kollegiyası qeyd etmişdir ki, texniki pasporta əsasən, balkonun sahəsinə 0.3 əmsal tətbiq olunduğu üçün 3.4 m2 olaraq hesablanmışdır. Ekspert rəyi ilə iddiaçılara təhvil verilmiş mənzilin faktiki sahəsi tərəflər arasında imzalanmış müqaviləyə uyğun olduğu müəyyən edilmişdir 109,4 + 5,7 + 8 (11.4 - 3.4) = 123.1 kv.metr təşkil edir (Fərq 11.4 - 3.4 = 8 m² ).
28. Məhkəmə kollegiyası belə olan halda qeyd etmişdir ki, MMC tərəfindən iddiaçılara müqavilələrlə təhvil verilməsini üzərinə götürdüyü ölçüdə mənzillər verilmiş, müqavilə öhdəlikləri cavabdeh tərəfindən pozulmamışdır.
29. Məhkəmə kollegiyası iddiaçıların onlarla cavabdeh aras ında xx.xx.2021-ci il tarixli müqavilə bağlanmamışdan qabaq bir neçə müqavilə bağlanması və həmin müqavilələrdə şərtlərin fərqli göstərilməsi tələbinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında onların razılığı ilə bir neçə müqavilə bağlanılması mümkündür. Lakin tərəflər sonuncu olaraq xx.xx.2021-ci il tarixli müqavilə bağlamışlar. Həmin müqavilələrdə artıq mənzilin kvadratı və onun hesablanması qaydası razılaşdırılmışdır. Həmçinin, mənzillərin cavabdeh tərəfindən təmir edilməsi işin mübahisəsiz halı olmuşdur. İddiaçılara müqavilədə nəzərdə tutulan ölçüdə mənzillərin təhvil verildiyi müəyyən olunduğundan, çatışmayan sahənin əvəzi olaraq təmirli yoxsa təmirsiz mənzillərə görə məbləğinin müəyyən edilməli olmasına əsas qalmamışdır.
30. Məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respubli kasının Mülki Məcəlləsinin 385.1, 386.1, 752.1, 752.2, 753.1, 762.1 v Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının “04” dekabr 2012-ci il tarixli 07 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikinti obyektinin sahəsinin və həcminin hesablanması qaydaları”nın 1.1, 1.2 və 3.8-ci bəndlərinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
31. İddiaçılar ayrı-ayrılıqda (Vəkil) kassasiya şikayətləri verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
32. Kassasiya şikayətləri onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, tərəflər arasındakı hazırkı mübahisəyə po drat müqaviləsinə dair (Mülki Məcəllənin 752.1-ci maddəsi) müddəalar tətbiq edilməlidir. Belə ki, tərəflər arasında olan müqavilə alqı-satqı müqaviləsi olduğundan məhkəmə kollegiyası yanlış maddəyə istinad etmiş və nə üçün bu normaya istinad etdiyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası həmçinin cavabdeh tərəfindən iddiaçının “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyət hüququ pozulmasını nəzərə almamışdır.
33. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi MPM-in 218.1-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, məhkəmə kollegiyası işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmamış, işin faktiki hallarını düzgün müəyyənləşdirməmiş, apelyasiya şikayətinin dəlil lərinə müfəssəl hüquqi qiymət verməmiş, beləliklə gəldiyi nəticə maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olmadığı üçün qanuni və əsaslı sayıla bilməz. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
36. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
37. Maddə 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
38. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir.
39. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
40. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
41. Maddə
766. Sifarişçi müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra əlavə icranı qəbul etmədikdə və müqavilədən imtina etdiyini bildirmədikdə muzdun miqdarını qüsur məmulatın dəyərini nə qədər azaldırsa, o qədər azalda bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
43. Maddə 77.1. Hər bir tərəf öz tələbl ərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
44. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
45. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
46. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
47. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
48. M addə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
49. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4- cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır
50. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
51. Qanunun tələbinə görə, kassa siya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
52. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçılar tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisə li hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
54. Mübahisəyə mahiyyəti üzrə baxan apellyasiya məhkəməsi iş materiallarını araşdıraraq bu qənaətə gəlmişdir ki, hazırkı işdə iddiaçılar mübahisəli hala dair sübut kimi sözügedən mənzil barədə cavabdehlə bağladıqları müqavilələrə istinad edərək, onlara müqavilədə nəzərdə tutulan sahədən 13,8 kv.m. az (11.2%), yəni 109,40 kv.m mənzil satıldığını iddia etmişlər. İş materiallarından göründüyü kimi bayır, ara divarlarının, habelə məhəccərlərin, sobanın (buxarın) yerləşdiyi sahələrin mənzilin ümumi sahəsinə aid edilməməsi qanunda imperativ norma kimi müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, əgər tərəflər arasında bağlanmış müqavilədə başqa qayda nəzərdə tutulmamışdırsa hesablamaların divarların çöl tərəfindən aparılması, habelə arakəsmə divarlarının altındakı sahələrin nəzərə alınması sifarişçinin mənafeyinə zidd olduğu kimi, mövcud olan balkon, teras və bu kimi digər sahələrin əmsallarla real ölçülərindən az həcmdə hesablanması da podratçının mənafeyinə uyğun olmamaqla, tərəflər arasında yaranmış müqavilə hüquq münasibətlərinin məzmunundan kənara çıxma və onunla ziddiyyət təşkil etməklə nəticələnə bilər. Texniki pasporta əsasən, balkonun sahəsinə 0.3 əmsal tətbiq olunduğu üçün 3.4 m² olaraq hesablanmışdır. Ekspert rəyi ilə iddiaçılar a təhvil verilmiş mənzilin faktiki sahəsi tərəflər arasında imzalanmış müqaviləyə uyğun olduğu müəyyən edilmişdir 109,4 + 5,7 + 8 (11.4 - 3.4) = 123.1 kv.metr təşkil edir (Fərq 11.4 - 3.4 = 8 m² ).
55. Apellyasiya məhkəmə kollegiyası belə olan halda qeyd etmişdir ki, MMC tərəfindən iddiaçılara müqavilələrlə təhvil verilməsini üzərinə götürdüyü ölçüdə mənzillər verilmiş, müqavilə öhdəlikləri cavabdeh tərəfindən pozulmamışdır.
56. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçı tərəfin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
57. Kassasiya şikayətlərinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətlərinin dəlilləri qətna mənin ləğv edilməsi üçün əsas təşkil etmir.
59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-627/2024 nömrəli iş üzrə 12 avqust 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.