Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3928/2020 24.08.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh İddia tələbi: cehiz və qızıl-zinət əşyalarının qaytarılması Açar sözlər: birgə nikahda hədiyyə edilmiş qızıl-zinət əşyaları, sübutetmə yükü Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, iddiaçının vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-645/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh) nikahlarını xx.xx.2015-ci il tarixdə Sumqayıt “ASAN xidmət” mərkəzi qeydiyyat şöbəsində rəsmiləşdirməklə ailə qurmuşlar və birgə nikahdan bir uşaq - xx.xx.2016-cı il təvəllüdlü X1 doğulmuşdur. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-965/2019 saylı iş üzrə xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh iddia tələbi qismən təmin edilmiş, tərəflər arasındakı nikahın pozulması, nikahın pozulmasından sonra xx.xx.2016-cı il təvəllüdlü Kənanın anası İddiaçı yanında qalması, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün xx xxxxx 2019-cu il tarixdən başlayaraq Cavabdeh hər ay 160 manat sabit pul məbləğində alimen tin tutularaq İddiaçı verilməsi qət edilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 3390 manat dəyərində olan qızıl-zinət əşyalarının və 13737 manat dəyərində olan cehiz əşyalarının, ümumilikdə 17127 manatın və qaçqınlıq vəsiqəsinin cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələblərini onunla əsaslandırmışdır ki, cavabdehlə ailə həyatı qurduqdan sonra Sumqayıt şəhəri, məhəllə 41A, 1A saylı evin 7 saylı mənzilinə gəlin köçmüşdür. O, gəlin köçərkən cehiz əşyalarını da mübahisəli mənzilə gətirmişdir. Münasibətlərinin pozulması nəticəsində cavabdehin təziqi ilə valideynlərinin yanına qayıtmışdır. Həmin vaxtdan valideynlərinin yanında yaşayır. Dəfələrlə cəhd etsə də, cavabdeh və ailəsi cehiz və qızıl-zinət əşyalarını, ona məxsus qaçqınlıq vəsiqəsini qaytarmaqdan imtina edirlər. Sumqayıt Şəhər Məhkəməsinin (budan sonra – birinci instansiya məhkəməsi) 2(060)-5551/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim R.Qoşqarlı) iddia qismən təmin edilmiş, cavabdehdən yataq dəsti-3000 manat, qonaq dəsti-1800 manat, mətbəx mebeli dəsti-1300 manat, aspirator-70 manat, masa üstü qaz-80 manat, soyuducu (Bosch)-850 manat, paltaryuyan maşın (Bosch)-700 manat, 82 ekran televizor (Sony)-420 manat, 2 ədəd çil-çıraq-200 manat, 4 ədəd xalça-500 manat, DVD altlığı-60 manat, koridor (dəhliz) qarderobu-220 manat, uşaq beşiyi-220 manat, 2 dəst pərdə-800 manat, mətbəxt üçün jalüz-20 manat, 1 ədəd buxov odeyal-100 manat, taxt üstü örtük-280 manat, 1 ədəd yümşaq t üklü taxt örtüyü-30 manat, 1 ədəd naçnik-20 manat, elektrik peçi (King)80 manat, ətçəkən maşın (Eurolux)-70 manat, şirəçəkən maşın (Eurolux)-85 manat, portağal çəkən maşın (Makwell)-25 nanat, qablı mikser (Sinbo)-75 manat, 1 çemodan qaşıq-çəngəl dəsti (12 nəfərlik)-100 manat, 1 dəst gündəlik qaşıq-çəngəl dəsti (12 nəfərlik)-50 manat, 1 dəst nahar servisi-170 manat, 1 dəst fincan dəsti -25 manat, tefal ütü-70 manat, 1 ədəd lampa-15 manat, 1 ədəd güldan-20 manat, tərəvəz setkası-20 manat, divar saatı- 15 manat, ütü masası-40 manat, çemodan- 25 manat, 1 ədəd künc üçün güldan güllər ilə birlikdə-25 manat, saç feni-60 manat, 1 dəst gündəlik üçün boşqab dəsti-45 manat, 1 dəst qrafin və 6 bakal-30 manat, 3 dəst bakal dəsti-60 manat, 2 ədəd büllur meyvə qabı-80 manat, 4 ədəd büllur konfet qabı- 60 manat, 2 ədəd mürəbbə qabı30 manat, 12 ədəd büllur böyük ölçülü stəkan- 35 manat, 12 ədəd büllur armudu stəkan30 manat, 12 ədəd büllur nəlbəki-20 manat, 12 ədəd gümüşü nəlbəki-20 manat, 12 ədəd mürəbbə razetkası-12 manat, 12 ədəd limon qabı-10 manat, ədviyyat naboru-20 manat, 6 ədəd çömçə- kəfkir dəsti-10 manat, 6 ədəd taxta qaşıq dəsti-10 manat, 3 ədəd qazan dəsti- 200 manat, 1 ədəd çaynik- 25 manat, 3 ədəd dəm çayniki- 20 manat, 2 ədəd ləbləbi qabı-25 manat, 2 dəst tort qabı-30 manat, 3 ədəd şirniyyat qabı- 30 manat, 1 ədəd dərin qoz-fındıq qabı-15 manat, 6 ədəd duzqabı-5 manat, podnos dəsti-30 manat, stolüstü duzqabı-5 manat, 6 ədəd su stəkanı-10 manat, salat doğrama dəsti-20 manat, 1 ədəd tək qrafin-10 manat, 1 dəst yataq üçün yorğan-döşək-150 manat, 1 ədəd yay üçün yorğan-50 manat, 1 ədəd uşaq üçün yorğan-döşək dəsti-30 manat, 1 ədəd uşaq üçün yay yorğanı10 manat, 1 ədəd uşaq üçün odeyal- 20 manat, 1 ədəd bələk konvert-25 manat, 1 ədəd uşaq kenquru dəsti-30 manat, uşaq üçün vanna dəsti-30 manat, uşaq üçün hamam xalatı dəst-15 manat, 8 ədəd hamam dəsmalı-120 manat, 12 ədəd əl-üz dəsmalı-90 manat, 12 ədəd çay dəsmalı- 20 manat, 6 ədəd süfrə-220 manat, 6 ədəd pastel dəsti-270 manat, 2 dəst tək nəfərlik pastel dəsti-50 manat, 4 ədəd yastıq üzü-20 manat, 3 dəst uşaq üçün pastel dəsti-50 manat dəyərində cehiz əşyalarının və iddiaçıya məxsus qaçqınlıq vəsiqəsinin alınaraq iddiaçıya verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(105)-645/2020 nöm rəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Abasov və A.Abbasov) iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qızıl-zinət əşyalarının tələbinə aid hissədə dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2, 225.2, Ailə Məcəlləsinin 34.1-ci maddələrini mübahisəli hüquq münasibətlərinə tətbiq etməklə, hesab etmişdir k, birinci instansiya məhkəməsinin qətnaməsi qızıl-zinət əşyaları tələbinin təmin olunmaması hissəsində qanuni və əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 78.1-ci maddələrinə əsasən iddiaçının tələb etdiyi 3390 manat dəyərində q ızıl-zinət əşyalarının cavabdehin evində qaldığının sübut etmək yükü iddiaçının üzərinə düşsə də, iddiaçı nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiya məhkəməsində bu halı sübut edə bilməmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları İddiaçı(Vəkil2) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və işin bütün faktiki hallarının araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin bütün faktiki hallarını araşdırmamış, bir çox hüquq və normaları pozmuşdur. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. İddiaçı nın vəkili məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin bütün faktiki hallarının araşdırılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olnmasını xahiş etdi. Cavabdehin vəkili məhkəmə iclasında kassasiya şikayətinin dəlillərinə etiraz edərək kassasiya şikayətinin təmin edilməməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən m addi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apelyasiya şikayəti əsasında birinci instansiya məhkəməsinin qətnaməsi qızıl-zinət əşyaları tələbinin təmin olunmayan hissəsində yoxlanıldığından hazırkı kassasiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb e də bilər (maddə 157.2). Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir (maddə 225.2). MPM Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 2(105)-645/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3928/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3928/2020
24.08.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver