Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3929/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Hacıağa oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: nisyə alqı-satqı müqaviləsinin ləğv olunması, öhdəliyin icrasının ixtiyarlı şəxs tərəfindən qəbul edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Baxışova Vüsalə Ələkbər qızı (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh Hacıağa oğluna qarşı “nisyə alqısatqı müqaviləsinin ləğv olunması, əmlakın boşaldılması və təhvil verilməsi” tələbinə dair Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 26 sentyabr tarixli 2(106)1334/2025 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 fevral 2026-cı tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Masallı rayonu, Digah y/m kəndi, Digah küçəsində yerləşən ev xx.xx.2023-cü il tarixli çıxarışa əsasən İddiaçı QSC-nin mülkiyyətindədir.
2. İddiaçı ilə Cavabdeh Hacıağa oğlu arasında bağlanmış 27 noyabr 2023-cü il tarixli daşınmaz əmlakın alğı-satqı müqaviləsinə (bundan sonra – Müqavilə) əsasən, Bankın mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evini cavabdehə 30.000 manat qiymətinə satılması razılaşdırılmışdır.
3. Müqavilənin 5-ci bəndinə əsasən, cavabdeh ilkin olaraq 5000 manat məbləği Banka notariusun ba nkda açılan depozit hesabı vasitəsilə ödəyir. Cavabdeh qalan 25.000 manat məbləği isə 27 noyabr 2026-cı il tarixinədək ayda bir dəfə ödəniş olmaqla 1-ci ay 4000 manat, sonrakı 5 ödənişi 300 manat, daha sonrakı 30 ödənişdə isə hər ay 650 manat olmaqla ödəniş etməyi öhdəsinə götürmüşdür.
4. Cavabdeh 27 noyabr 2023-cü il tarixində Müqavilə üzrə Bankın hesabına 5000 manat ilkin ödəniş etmiş, xx.xx.2024-cü il tarixdə 400 manat, xx.xx.2024-cü il tarixdə 3006 manat, xx.xx.2024-cü il tarixdə 1002 manat, xx.xx.2024-cü il tarixdə 3006 manat ödəniş etmişdir.
5. Bank tərəfindən cavabdehə 3050 manat borcun ödənilməməsi səbəbindən müqavilənin ləğv edilməsinə dair xx.xx.2025-ci il tarixli təklif göndərmiş, təklifə 10 gün müddətində rəsmi cavab verilməsi, əks təqdirdə nisyə alğı-satqı müqaviləsinin ləğvi barədə məhkəməyə müraciət olunacağı bildirilmişdir.
6. Xəbərdarlıqdan sonra cavabdeh xx.xx.2025-ci il tarixdə 501 manat, xx.xx.2025-ci il tarixdə 300 manat olmaqla ümumilikdə 13215 manat ödəniş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilənin ləğv edilməsi, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evindən cavabdehin çıxarılması, əmlakın boşaldılması və mülkiyyətçi Banka təhvil verilməsi və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırmışdır ki, alıcı tərəfindən müqavilədə nəzərdə tutulmuş tarix lərdə ödənişlər edilməmiş, öhdəliyin icrası gecikdirilmişdir. Bununla da cavabdeh nisyə alğı-satqı müqaviləsi üzrə öhdəliyi Bank tərəfindən xəbərdar edilməsinə baxmayaraq, pozmaqda davam edir.
9. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, o, alğısatqı müqaviləsi üzrə olan borcunu həmin bankda işləyən qohumu X1 vermiş və ödənişləri onun üçün edəcəyini bildirmişdir. Onun hesabı ilə onun borcu qalmamışdır. Lakin Ruhinin sonradan verdiyi pulu bankın hesabına köçürmədiyi məlum olmuşdur. O, həmin vaxt ödənişlərin edilməsi barədə qəbzləri tələb etməmişdir.
10. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 12 iyun 2025-ci il tarixli, 2(050)-1088/2025 nömrəli qətnaməsi ilə (hakim Coşqun Abdullayev) iddia təmin edilmişdir.
11. Məhkəmə gəldiyi nətic əni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda ödənişlər edilsə də, ödəniş cədvəlinə uyğun olaraq ödənişlər edilməmiş, nəticədə borcu qalmışdır. Cavabdeh tərəfindən 2025-ci ilin yanvar ayından etibarən isə ümumiyyətlə ödənişlər edilməmişdir. Mülki işə məhkəmədə baxılarkən cavabdeh 300 manat ödəniş etmişdir. Cavabdeh özü də üzərinə düşən öhdəliyi tam şəkildə icra etmədiyini etiraf etmişdir. O, əvvəl bankda işləyən tanışına ödəniş edilməsi üçün müəyyən məbləğdə pulu verdiyini, lakin sonuncunun verdiyi pulları bankın hesabına köçürmədiyini bildirmişdir.
12. Məhkəmə hesab etmişdir ki, cavabdeh müqavilənin müddəalarına riayət etməyərək, hesablaşma qaydasını pozaraq bəzi aylıq ödənişləri əskik ödəmiş, bəzi ayları isə ümumiyyətlə ödəməyərək icranı gecikdirmişdir. Bu səbə bdən də iddiaçı müqaviləyə xitam verilməsi hüququndan istifadə edərək əvvəlcə müqaviləyə xitam veriləcəyi cavabdehin nəzərinə çatdırılmış və bu barədə cavabdehə xx.xx.2025-ci il tarixli pretenziya məktubu ünvanlamış, cavabdeh məktubları təhvil almasına baxmayaraq, pretenziyada qeyd edilənlərə öhdəliyin real icrasına yönələn cavab verməmiş, yaranmış borcların ödənilməsi ilə bağlı konkret addımlar atmamışdır.
13. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 152.5, 421.1, 421.2, 423.1, 567, 598.2, 600.1, 600.4, 601.1 və 646.2-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
14. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbu l edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsində araşdırma səthi aparılmış, onun prosessual və konstitusion hüquqları pozularaq qanunsuz, birtərəfli və ədalətsiz qətnamə çıxarılmışdır. Məhkəmə araşdırmaları iddiaçı bankın birtərəfli sənədləşməsi əsasında iştirakları olmadan keçirilmiş, heç bir ekspertizalar təyin edilməmiş və onun iddiaçı bankın əməkdaşları tərəfindən aldadıldığına heç bir hüquqi qiymət verilməmişdir. ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 222.3 kv.m olan fərdi yaşayış evi onun və ailə üzvlərinin yaşadığı yeganə evidir. Bu səbəbdən iddiaçının əməkdaşları tərəfindən onun başına bu cür oyun açılması, ona qarşı dələduzluq edərək pullarını mənimsəmələri kimi hallara səthi və birtərəfli yanaşılmamalıdır, onun konstitusion və prosessual hüquqlarının qorunmasını tələb edir. Cavabdehin iddiaçıya borcunu tam ödəyib bağlaması üçün həmin dövr iddiaçı bankın rəhbərliyində yer almış X2 adlı şəxsə 17000 manat pulu alıb, evini girovdan azad olunması barədə məktubun hazırlanıb verəcəyi vədi ilə onu aldatması, cavabdeh də öz növbəsində iddiaçı bankın məsul şəxsi olduğundan üzərində olan pulu tam olaraq Ruhin Fətullayevə verməsi, həmin şəxsin pulu bankın hesabına ödəməməsi, öz şəxsi mənafeyi üçün istifadə etməsi, cavabdehi aldatması kimi hallar məhkəmə tərəfindən düzgün araşdırılmayıbdır. Həmçinin iddiaçı tərəfindən özünün səlahiyyət həddini aşan təyin etdiyi işçi və əməkdaşlarına qarşı heç bir münasibət bildirilməmiş, cavabdehin düşdüyü vəziyyət ilə bağlı günahlandırılıb borclu olması ilə bağlı əleyhinə qa nunsuz və ədalətsiz qətnamə çıxarılmışdır.
16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(106)-1334/2025 nömrəli, 26 sentyabr 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər M.S.Sadıqov (sədrlik edən və məruzəçi), A.N.Novruzova və M.A.Əsədli) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi əsaslandırma və nəticə ilə razılaşaraq, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin göstərdiyi hallar iddianın rədd edilməsi üçün əsas ola bilməz. Cavabdehin qeyd etdiyi “X2” müqavilə tərəfi olmamaqla işə aidiyyəti olmayan şəxsdir. Müqavilə üzrə borclu şəxs ca vabdehdir. Cavabdeh də kreditor olan "xxxx" QSC qarşısında öhdəliyini yerinə yetirmədiyindən iddiaçı haqlı olaraq hazırki iddia tələbi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Cavabdeh isə qeyd etdiyi hallarla bağlı sözügedən şəxsə qarşı ayrıca iddia irəli sürmək hüququna malikdir. Ona görə də apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır.
18. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 399.1, 405.1, 421.1, 421.2, 421.3, 423.1, 424.2, 424.3, 424.4, 425.1, 442, 443.1, 445.1, 445.2.1, 445.2.2, 567, 600.1 və 600.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun olaraq əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi kollegial qaydada işə baxaraq növbəti qanunsuzluq və ədalətsizlik etməklə nəinki apellyasiya şikayətini qanuni və obyektiv araşdırmış, hətta apellyasiya şikayətində yazılanları Bankın və onların mənafeyi baxımından da cavabdehin yazdıqlarının tam əleyhinə təhrif etmişdir.
21. Kassasiya şikayəti Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2, 421.3, həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 403.1, 417.1.1, 417.1.2, 417.1.3, 417.1.4-cü maddələrinə istinadən əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
23. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
24. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əh əmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
25. Maddə 424.3. Müqavilə dəyişdirilərkən və ya ləğv edilərkən, əgər tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan öhdəliklər dəyişdirilmiş və ya xətm edilmiş sayılır.
26. Maddə 433.1. Borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir.
27. Madd ə 433.2. Əgər öhdəliyin icrasını ixtiyarsız şəxs qəbul edərsə, öhdəlik kreditorun buna razılıq verməsi və ya bu icradan fayda götürməsi şərti ilə icra olunmuş sayılır.
28. Maddə 433.3. Öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
29. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
30. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
31. Maddə
567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
32. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.
33. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
34. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə o lunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad ed ilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
40. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən bütövlükdə mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
41. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməlidir.
42. İlk növbədə məhkəmə kollegiyası MPM-nin 418.4-cü maddəsində nəzərdə tutulmuş kobud prosessual hüquq pozuntularına yol verilib-verilmədiyini yoxlayaraq hesab edir ki, işə baxmış məhkəmə tərəfindən qətnamənin kassasiya qaydasında ləğv edilməsinə əsas olan, bu normada nəzərdə tutulan pozuntulara yol verilməmişdir.
43. Kassasiya şikayətində qeyd edilmiş hüquqi məsələlərə apellyasiya məhkəməsi tərəfindən tam və iş ü zrə tətbiq edilməli olan maddi hüquq normalarının tələblərinə uyğun hüquqi qiymət verilmişdir.
44. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq qeyd edir ki, hazırkı halda nisyə alqı-satqı müqaviləsi üzrə alıcı tərəfindən razılaşdırılmış qrafik üzrə həyata keçirilməli olan ödənişlərin icrası 2 dəfədən artıq gecikdirildiyindən məhkəmə tərəfindən düzgün olaraq əhəmiyyətli pozuntu kimi qiymətləndirilmiş və satıcının MM-nin 600.4-cü maddəsinə əsasən alqı-satqı müqaviləsinin ləğv edilməsini və alqı-satqı predmeti ola mənzilin geri qaytarılmasını tələb etmək hüququ yaranmışdır.
45. Kassasiya şikayətinin dəlili kimi qeyd edilmiş hala apellyasiya məhkəməsi tərəfindən düzgün qiymət verilərək qeyd edilmişdir ki, cavabdehin 17.000 manat ödənişi onun adından banka ödəməsi üçün “X2” adlı şəxsə tapşır ıq verməsi və həmin şəxsin tapşırığı icra etməməsi iddianın rədd edilməsi üçün əsas ola bilməz. İddiaçıya həmin şəxsə qarşı ayrıca iddia qaldırmaq hüququ izah edilmişdir. Kollegiya kassatorun dəlillərinə verilmiş hüquqi qiymətlə razılaşır və qeyd edir ki, MM-nin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməli olduğundan öhdəliyin icrasını qəbul etmək səlahiyyəti olmayan şəxsə ödəniş edilməsinin riski borclunun üzərinə düşür.
46. İşə baxmış məhkəmə tərəfindən kassasiya şikayətində qeyd edilmiş maddi və prosessual pozuntulara yol verildiyi müəyyən edilmir.
47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, kassasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
48. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1334/2025 nömrəli, 26 sentyabr 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.