Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-393/2021 18.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili X1 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2580/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-cı il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən, borc alana 24 ay müddətinə, illik 23 faiz ödəmək şərtilə 65000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli İM 01 saylı ipoteka müqaviləsinə görə, kredit xətti müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İddiaç ı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2015-ci il tarixli, İPK 02 saylı kredit müqaviləsinə əsasən, borc alana 18 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2015-ci il tarixli sonrakı ipoteka müqaviləsinə görə, kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi tam mülkiyyət hüququ üzrə ipoteka qoyana məxsus, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzili bank qarşısında ipoteka ilə yüklü edilmişdir. xx.xx.2018-ci il tarixli maliyyə arayışlarına görə, xx.xx.2018-ci il tarixə Cavabdeh1 banka olan borcu xx.xx.2015-cı ıl tarixli, KXM 01 saylı kredit xətti müqaviləsi qzrə 65000 ABŞ dolları əsas borc, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdi yi xx.xx.2017-ci il tarixinə 14078 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 4180 ABŞ dolları faiz borcu olmaqla, cəmi 83258 ABŞ dolları borcun, xx.xx.2015-ci il tarixli, İPK 02 saylı kredit müqaviləsi üzrə 5495 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 1319 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 339 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7153 ABŞ dolları təşkil edir. xx.xx.2019-cu il tarixli, 31370 saylı ekspert rəyinə əsasən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2015-ci il tarixli, KXM 01 saylı kredit müqaviləsi şətləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixə (maliyyə arayışında göstərilən t arixə) banka olan borcu 83.216,31 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə- 64.999,98 ABŞ dolları; faiz borcu üzrə- 14.036,46 ABŞ dolları; 5%-lə (cərimə)- 4.179,86 ABŞ dolları. Banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, xx.xx.2015-ci il tarixli, İPK 02 saylı kredit müqaviləsi şətləri əsas götürülməklə Cavabdeh1 xx.xx.2018-ci il tarixə (maliyyə arayışında göstərilən tarixə) banka olan borcu 6.843,31 ABŞ dolları məbləğində müəyyən olunur, o cümlədən: əsas borc üzrə- 5445,54 ABŞ dolları, faiz borcu üzrə- 1065,03 ABŞ dolları. 5%-lə (cərimə)- 335,03 ABŞ dolları “X4” MMC-nin xx.xx.2019-cu il tarixli, H/03GHM saylı hesabatına əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzili 160000 manat məbləğində qiymətl əndirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ləğv prosesində olan İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 iddiaçının xeyrinə xx.xx.2015-cı ıl tarixli, KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən 65000 ABŞ dolları əsas borc, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 14078 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 4180 ABŞ dolları faiz borcu olmaqla, cəmi 83258 ABŞ dolları borcun, xx.xx.2015-ci il tarixli, İPK 02 saylı kredit müqaviləsinə əsasən 5495 ABŞ dollar ı əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 1319 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 339 ABŞ dolları faiz borcu olmaqla, cəmi 7153 ABŞ dolları borcun, dövlət rüsumu olaraq ödənilmiş 30 manaın tutulması, tutmanın Cavabdeh2 tərəfindən ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilə yönəldilərək açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, satıldıqdan sonra ən geci bir ay ərzində cavabdehlərin mənzildən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2015 -cı il tarixli, KXM 01 saylı kredit xətti müqaviləsinə əsasən ona 24 ay müddətinə, illik 23 faiz ödəmək şərtilə 65000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Kredit xətti müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzili xx.xx.2015-ci il tarixli İM 01 saylı ipoteka müqaviləsinə əsasən İddiaçı ASC-nin xeyrinə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Həmçinin, Cavabdeh1 ilə aralarında bağlanmış xx.xx.2015-ci il tarixli, İPK 02 saylı kredit müqaviləsinə əsasən ona 18 ay müddətinə, illik 28 faiz ödəmək şərtilə 10000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh2 mülkiyyət hüququ ilə məxsus olan Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 s aylı evin 36 saylı mənzili xx.xx.2015ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən “İddiaçı" ASC-nin xeyrinə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Lakin Cavabdeh1 kredit xətti müqaviləsinin və kredit müqaviləsinin şərtlərini pozaraq yaranmış kredit öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 LPO İddiaçı ASC tərəfindən ipoteka premeti olan mənzilə tutma yönəldilməsi ilə bağlı xx.xx.2017-ci il tarixli bildirişlər göndərilmişdir Həmin bildirişlər xx.xx.2018-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınmışdır.Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-1(102)147/2016 saylı qərarına əsasən İddiaçı ASC müflis elan edilmiş, 1 saylı Bakı İnzibatiİqtisadi məhkəməsinin xx. xx.2016-cı il tarixli, 21(81)1594/2016 saylı qərardadı ilə Əmanətlərin Sığortalanması Fondu banka ləğvedici təyin edilmişdir. Banklar haqqında AR Qanununun 71.3cü maddəsinə əsasən, banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Həmin qanunun 72.1 -ci maddəsinə görə bankın müflis elan edilməsinə dair qərar qüvvəyə mindiyi andan bankın adından yalnız ləğvedici və ya onun vəkil etdiyi şəxs tərəfindən edilən hərəkətlər hüquqi qüvvəyə malik olur. Bakı şəhəri Xətai rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev, iş № 2(011)-369/2019) iddia qismən təmin edilərək, Cavabdeh1 xx.xx.2015-cı ıl tarixli, KXM 01 saylı kredit xətti müqaviləsi üzrə 65000 ABŞ dolları əsas, kredit xətti müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 14036,46 ABŞ dolları faiz, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 4180 ABŞ dolları faiz borcu olmaqla, cəmi 83216,46 (səksən üç min iki yüz on altı dollar qırx altı sent) ABŞ dolları borc, xx.xx.2015-ci il tarixli, İPK 02 saylı kredit müqaviləsi üzrə 5495 ABŞ dolları əsas borc, kredit müqaviləsi üzrə öhdəliklərin icra müddətinin bitdiyi xx.xx.2017-ci il tarixinə 1065,03 ABŞ dolları faiz borcu, müqavilə müddəti bitdikdən sonra əsas borca illik 5% hesablanmış 339 ABŞ dolları faiz borcu olmaqla, cəmi 6899,03 (altı min səkkiz yüz doxsan doqquz dollar üç sent) ABŞ dolları (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) bo rc və ödənilmiş dövlət rüsumunun 29,70 (iyirmi doqquz manat yetmiş qəpik) manat hissəsinin tutularaq iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ipoteka predmeti olan, tam mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilinə yönəldilməsi və mənzilin ilkin satış qiyməti 160000 (bir yüz altmış min) manat müəyyən edilməklə açıq hərracdan satılması, satışdan əldə edilmiş pul vəsaitinin iddia tələbi həcmində borcun ödənilməsinə yönəldilməsi, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 20 saylı evin 36 saylı mənzilinə tutma yönəldildikdə və o satıldıqdan ən geci 1 (bir) ay ərzində cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 həmin məzildən çıxarılması qərara alı nmış, iddia tələbi qalan hissədə təmin edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmiş və borclu qarşısında məsuliyyət daşıyır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və E.Kazımov, iş № 2(103)2580/2020) Cavabdeh1 tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmamış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-369/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi onun apelyasiya şikayətinə münasibətdə (mübahisələndirilən hissədə) dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh Cavabdeh1 (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)2580/2020 nömrəli iş üzrə 04 mart 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmə ipoteka predmetini dəyərindən aşağı qiymətləndirmişdir. Kredit müqaviləsi üzrə qalıq borc problemli kreditlərin dairəsinə daxil olduğu üçün iddiaya mahiyyəti üzrə baxılmamalı və iddia baxılmamış saxlanmalı idi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhk əmə icraatı iştirakçılarının izahatları İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin vəkili X2 izahatında göstərmişdir ki, Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır. Ona görə də, kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız cavabdeh Ağayev Hafiz Rafiq oğlu kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini digər tərəflər mübahisələndirməmişlər. Bu səbəbdən kassasiya baxışının predmetini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin Cavabdeh1 mübahisələndirdiyi hissələri üz rə yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şər tləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə uyğun olaraq əgər öhdəlik onun icrası gününü və ya icra edilməli vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. 307.4-cü maddəsinə əsasən ipoteka müqaviləsində ipoteka ilə təmin edilmiş öhdəlik, onun məbləği, əmələ gəlməsi əsasları və icra müddəti göstərilməlidir. Bu öhdəliyin hansısa müqaviləyə əsaslandığı hallarda həmin müqavilənin tərəfləri, bağlandığı tarix və yer göstərilməli dir. Əgər ipoteka ilə təmin edilmiş öhdəliyin məbləği gələcəkdə müəyyənləşdirilməlidirsə, ipoteka müqaviləsində onun müəyyənləşdirilməsinin qaydası və digər zəruri şərtləri göstərilməlidir. 319.1-ci maddəsinə görə əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. 319.6-cı maddəsinə görə, bu Məcəllənin 319.1-319.5-ci maddələrinə müvafiq olaraq ipoteka predmetinin satışından götürülmüş məbləğ ipoteka saxlayanın tələblərini ödəməyə kifayət etmirsə, borclu çatışmayan məbləği ipoteka saxlayana ödəməlidir.Əgər satışdan götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. 443.1 -ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə görə zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 443.4-cü maddəsinə görə isə əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci və 297-ci maddələrinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət etmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Girov qoyulmuş əşya ixtisaslaşdırılmış təşlilatlar tərəfindən yalnız açıq hərracda satış yolu ilə realizə edilir (satılır). “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.2. əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39.3 və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59-cu maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikd ə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırl ar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 77.1. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Maddə 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə dü zgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdeh1 kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinin pozulduğuna istinad etmişdir. Kollegiya dəlillərə bağlı qeyd edir ki, apelyasiya instansiya məhkəməsi iş üzrə cəlb edilmiş qiymətləndiricinin rəyini mötəbər hesab etmiş, digər sübutlar mövcud olmadığı halda ipoteka predmetinin ilkin satış qiymətinin düzgün müəyyən olunması nəticəsinə gəlmişdir. Digər dəlillə bağlı isə qeyd edilməlidi r ki, iddianın baxılmamış saxlanmasının əsasları qanunvericilikə müəyyən olunmuşdur. Hazırkı iş üzrə tələb olunan borc məbləği problemli kreditlərlə bağlı cavabdehin istinad etdiyi fərmanın təsir dairəsinə düşməsi müəyyən olunmur. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2580/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.