Məhkəmə qərarları › İş №2(102)-394/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-394/2024

23.01.2024 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-394/2024 23.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Monitorinq İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti) iş üzrə QƏRARİ (Açar sözlər: işçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi, imtahan nəticəsində işçinin işə qəbul edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibd ə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X3 Monitorinq İdarəsinə qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti) “işə bərpa və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi” tələblərinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5807/2022 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 23 yanvar 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı və ya işçi) xx.xx.2006-cı il tarixdə X2 Monitorinq İdarəsinə “informasiya, modelləşdirmə və proqnozlaşdırma” sektoruna müvəqqəti olaraq mühəndis vəzifəsinə təyin olunub, xx.xx.2007-ci ildə həmin sektora daimi mühəndis vəzifəsinə təyin olunub, xx.xx.2010-cu ildə həmin sektora aparıcı mütəxəssis vəzifəsinə keçirilib, xx.xx.2018-ci ildə struktur dəyişikliyi ilə əlaqədar informasiya sektorunun “informasiya və məlumat bankı qrupu”nun aparıcı mühəndisi təyin edilib, xx.xx.20021-ci ildə İdarənin “hesabatların tərtibatı” qrupuna mühəndis vəzifəsinə təyin edilib. 2. xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilib.

3. Ləğvə əsas ştatın ixtisarı olmuşdur. X3 Monitorinq İdarəsinin “Ətraf Mühiti üzrə Monitorinq Mərkəzi”nin “Hesabatların tərtibatı qrupu”nun və Milli Hidrometeorologiya Xidmətinin “Ətraf Mühi t üzrə Monitorinq Mərkəzi”nin əsasında X3 Monitorinq İdarəsinin “Ətraf Mühit üzrə Monitorinq Mərkəzi”nin “Ətraf mühitin çirklənməsinin monitorinqi qrupu” yaradılmışdır. Ləğv edilən qurumların işçilərinin Nazirliyin tabeliyindəki digər qurumlarda müvafiq vakant vəzifələrə təyin edilmələri, yeni yaradılmış qrupa kadrların təyinatının müsabiqə keçirilməsi yolu ilə təşkil olunması nəzərdə tutulmuşdur. 4. 2022-ci il 29 noyabr tarixində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin inzibati binasında imtahan təşkil edilmişdir. İmtahanda Milli Hidrometeorologiya Xidmətinin Ətraf Mühit üzrə Monitorinq Mərkəzinin 13, X3 Monitorinq İdarəsinin Hesabatların tərtibatı qrupunun 7, ümumilikdə 20 əməkdaş iştirak etmişlər. İmtahan kompüter vasitəsilə və video çəkiliş aparmaqla həyata keçirilmişdir. İmtahanda i ştirak edən əməkdaşların hər birinə 60 test tapşırığı (bundan 40 sual vəzifə istiqaməti üzrə, 20 sual isə ümumi dünyagörüşü) təqdim olunmuşdur. İmtahandan keçid balı 51% müəyyən edilmişdir. İmtahan nəticələri aşağıdakı kimi olmuşdur:

5. Vüsalə Süleymanova 51.7%, Aytən Hümbətova 51.7%, Aysel Əliyeva 43.3%, Xuraman Musayeva 75%, Süsən Mehdiyevə 41.7%, Pərvin Əhmədova 31.7%, Səda Əliyeva 26.7%, Leyla Əzəmmədova 66.7%, Aydan Şəfiyevə 41.7%, Fəxrəndə Quliyeva 30%, Əsimə Namazova 46.7%, Rəhilə Hüseynova 28.3%, Ülkər Ağayarova 38.3%, Xədicə Qasımova 78.3%, Günel Sadıqova 76.7%, Minəxanım Şirinli 51,7%, Elmira Salmanova 46.7%, Dilarə Gülməmmədova 28.3%, Nigar Fərəcova 0%.

6. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Monitorinq İdarəsinin struktur dəyişikliyi ilə bağlı vak ant vəzifələrə keçirilmiş xx.xx.2022-ci il tarixli imtahanın nəticələrinə görə iddiaçı 28.3% bal toplamışdır. Bununla da iddiaçının əmək müqaviləsinə xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsindəki icraat

7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İdarəyə işə bərpa olunması və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

8. İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 78 və 79-cu maddələri rəhbər tutaraq göstərilir ki, 16 yaşına çatmamış 2 və ya artıq övladları olan şəxsi ixtisara salmaq olmaz. Həmin maddədə göstərilir ki, məcburi köçkün statusu olan şəxsləri ixtisara salmaq olmaz. Hal-hazırda onun yetkinlik yaşına çatmamış iki övladı var. Əri işləmir. 2006-cı ildən 20 dekabr 2022-ci ilə kimi normal işləmiş, heç bir töhmət almamışdır. 12 nəfərdən ibarət olan işçilərdən yalnız ixtisar olmuşdur. O, cavabdehə məktubla müraciət edərək, onu işə bərpa etməyi xahiş etmişdir. Lakin heç bir nəticə olmamışdır.

9. Məhkəmə icraatı gedişində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.

10. İddiaçı iddia ərizəsinə əlavə olaraq məhkəmə iclasında bildirmişdir ki, 12 nəfərdən ibarət olan işçilərdən yalnız o ixtisar olunub.

11. Cavabdeh, iddiaya qarşı etiraz təqdim edərək, bildirmişdir ki, vakant ştat vahidlərinin tutulması məqsədi ilə Komissiya tərəfindən təşkil edilmiş imtahandan keçid b alının 51% müəyyən edilməsinə baxmayaraq İddiaçı qeyd edilən imtahandan 28,3% nəticə göstərmiş və müəssisənin Həmkarlar İttifaqı Komitəsinin razılığı alınmaqla onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə uyğun olaraq (işçilərin sayı və ştatları ixtisar edildikdə) xitam verilmişdir. Sözü gedən imtahandan yüksək nəticə göstərən şəxslərin təyinatı həyata keçirilmişdir. İmtiyazlar (öhdəsində iki və daha çox 16 yaşınadək uşaq, məcburi köçkün) Azərbaycan Respublikası Əmək Məcəlləsinin 78-ci maddəsinin 2-ci hissəsinə əsasən işçilərin ixtisasları (peşələri) və ya peşəkarlıq səviyyələri eyni olduqda işəgötürən tərəfindən işçilərin ixtisarı zamanı işdə saxlanmağa üstünlüyü olan şəxslərdir.

12. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin nümayəndəsi öz izahatında bildirmişdir ki, iddiaçı ixtisar zamanı işdə saxlanılmağa üstünlüyü olan işçidir. İş üzrə bildirir ki, imtahanın nəticəsi əmək müqaviləsinin bağlanmasına və ya xitam edilməsinə təsir etmir. O, iddianın təmin edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını qeyd etmişdir.

13. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-2288/2023 nömrəli, 14 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakim A.Abdullayeva) iddia təmin olunmuşdur.

14. Birinci instansiya məhkəməsinin gəldiyi qənaətə görə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 Monitorinq İdarəsinin struktur dəyişikliyi ilə bağlı vakant vəzifələrə keçirilmiş xx.xx.2022-ci il tarixli imtahanın nəticələrinə görə İddiaçı 28.3% bal toplamasına baxmayaraq, onunla əmək müqaviləsinə ştatların ixtisarı səbəbi ilə xitam verilmişdir, həmin imtahanda 26.7% bal toplamış Səda Əliyeva adlı şəxs isə daha az bal toplamasına baxmayaraq cavabdeh qurumda işlə təmin edilmişdir.

15. Məhkəmə qeyd etmişdir ki, cavabdeh təşkilat iddiaçının işdən azad olunmasının qanunun tələbinə uyğun aparıldığını əsaslandıra bilməmişdir. Belə ki, sübutetmə vəzifəsi iddiaçının deyil, cavabdehin üzərinə düşür. Belə ki, cavabdehin etirazının məzmunundan görünür ki, imtahanın keçirilməsində məqsəd - ştatların ixtisarından sonra yeni yaradılmış qurumda peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilərin işlə təmin edilməsi olmuşdur. Belə olduğu halda iddiaçının deyil, imtahand a daha az bal toplayan şəxsin işlə təmin edilməsinin əsaslarını cavabdeh təşkilatın nümayəndəsi əsaslandıra bilməmişdir.

16. Bundan başqa, cavabdehin etirazının məzmunundan görünür ki, sözügedən imtahan ilə yüksək nəticə göstərən şəxslərin təyinatı həyata keçirilmişdir. Lakin məhkəmə iclasında cavabdehin nümayəndəsi bildirmişdir ki, ştatların ixtisarından sonra yeni yaradılmış quruma imtahanda iştirak etməyən 3 şəxs işlə təmin edilmişdir. Yeni yaradılmış quruma işə cəlb olunma imtahanın keçirilməsi yolu ilə həyata keçirildiyindən imtahanda iştirak etməyən 3 şəxsin işlə təmin edilməsinin əsaslarını cavabdeh təşkilatın nümayəndəsi əsaslandıra bilməmişdir.

17. Belə ki, cavabdeh təşkilat ştatların ixtisarının baş verməsini təsdiq edən sənədləri təqdim etməsinə baxmayaraq, ştatların ixtisarı nə ticəsində iddiaçının işdən azad edilməsinin qanunauyğunluğunu əsaslandıra bilməmişdir. Belə olan halda iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verilməsi qanuni və əsaslı hesab edilə bilməz.

18. Bundan başqa cavabdeh təşkilatın İddiaçı ünvanladığı xx.xx.2022-ci il tarixli 30 saylı bildirişdə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xx.xx.2022-ci il tarixli 1040/Ü saylı əmrinin 5.1-ci bəndində ixtisardan sonra ləğv edilmiş qurumların işçilərinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin digər qurumlarında mövcud olan müvafiq vakant yerlərin təklif edilməsinin nəzərdə tutulmasına baxmayaraq, cavabdehin izahatının məzmunundan görünür ki, həmin məsələlər iddiaçı ilə müzakirə olunmamışdır.

19. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddia tə ləbi məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsində də əsaslıdır.

20. Cavabdeh təşkilatın xx.xx.2022-ci il tarixli 225/k nömrəli əmri məhkəmə tərəfindən ləğv edildiyindən Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsi iddiaçıya şamil olunmalı və sonuncu iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə vəzifəsinə bərpa edilməlidir..

21. Məhkəmə öz mövqeyini, ƏM-in 11 (bənd “b”), 45, 68, 73, 83-cü və Azərbaycan Respbulikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra –MPM) 14.2, 77.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

23. Apellyasiya şikayəti onunla əsaslandırılmı şdır ki, X3 Monitorinq İdarəsinin ləğv edilmiş “Hesabatların tərtibatı qrupu”nun iş prinsipi yeni yaradılmış “Ətraf mühitin çirklənməsinin monitorinq qrupu”nun iş prinsipi ilə kəskin fərqlənir. Ləğv edilmiş qrupda çalışan əməkdaşların yeni yaradılmış qrupa, eyni zamanda yaradılmış yeni vəzifələrə təyin edilməsi məqsədilə keçirilmiş imtahanda iştirak etməsinə baxmayaraq, şikayətçinin bilik və bacarıqları yetərli olmamış, eyni zamanda malik olduğu ixtisası, boş qalan vəzifələrə və yeni yaradılmış “Ətraf mühitin çirklənməsinin monitorinq qrupu”nun vəzifənin tutulması şərtlərinə uyğun gəlməmişdir.

24. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-5807/2023 nömrəli, 6 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər N.Cəfərov (sə drlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov) apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd edilmişdir.

25. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının ştatı həqiqətən ixtisar olunub. İşin bu halı əvvəlki ştat cədvəli (iş v. 74) və yeni ştat cədvəlinin (iş v. 73) müqayisəsindən görünür. Belə ki, əvvəlki ştat cədvəlinə görə iddiaçının ştatı “Hesabatların tərtibatı qrupu”na aid olub, lakin yeni ştat cədvəlində “Hesabatların tərtibatı qrupu” ümumiyyətlə nəzərdə tutulmayıb. Əmək Məcəlləsinin 78-ci maddəsinin tələbləri baxımından yeni ştat cədvəlindəki vakant vəzifələrin tutulması zamanı iddiaçının hüququ pozulmayıb. Belə ki, iddiaçının əvvəlki ştat üzrə əmək funksiyaları yeni ştat cədvəlindəki “Ətraf mühitin ç irklənməsinin monitorinq qrupu”ndakı mühəndis ştatının əmək funksiyalarına uyğun gəlir. Həmin qrupda 7 mühəndis ştatı müəyyən edilib. İddiaçının öz ixtisasına və peşəkarlıq səviyyəsinə görə həmin 7 mühəndis ştatını tutan işçilərdən üstün olması müəyyən edilmir. Bu, aşağıda göstərilənlərlə təsdiq olunur:.

26. Birinci: Yeni ştat cədvəlindəki vakant vəzifələrin tutulması zamanı işəgötürən işçilərin peşəkarlıq səviyyəsini müəyyən etmək məqsədilə imtahan təşkil edib, keçid balı 51 faiz müəyyən edilib. İddiaçının imtahan nəticəsi 28,3 faiz (uğursuz) olub. Yeni ştat cədvəlində göstərilən “Ətraf mühitin çirklənməsinin monitorinq qrupu”ndakı 7 mühəndis ştatını tutan şəxslərin imtahan nəticəsi 51 faizdən yüksək olub. Onlar aşağıdakılardır: Aytən Hümbətova: 51,7 faiz; Xuraman Musayeva: 75 faiz; Leyla Əzəmmədova: 66,7 faiz; Xədicə Qasımova: 78,3 faiz; Günel Sadıqova: 76,7 faiz; Vüsalə Süleymanova: 51,7 faiz; Minəxanım Şirinli: 51,7 faiz.

27. Əlavə 2 işçi – Humay Səlimzadə və Təranə Abdullayeva sosial məzuniyyətdə olduqlarına görə həmin şəxslərlə bağlanmış əmək müqaviləsinin ləğvi qanunla qadağan olunub, bu səbəbdən onlar imtahanda iştirak etməyib və onların ştatı “Ətraf mühitin çirklənməsinin monitorinq qrupu”nda nəzərdə tutulub. Bundan başqa, 1 işçinin – Səda Əliyevanın imtahan nəticəsi 26,7 faiz olmaqla iddiaçının imtahan nəticəsindən aşağıdır. X4 başqa işçi - Humay Səlimzadə sosial məzuniyyətdə olduğu dövrdə onun ştatında müddətli əmək müqaviləsi əsasında çalışır, məcburi köçkündür, 16 yaşınadək 2 uşağı var.

28. İkinci: Yeni ştat cədvəlində müəyyən edilmiş “Ətraf mühitin çirklənməs inin monitorinq qrupu”ndakı 7 mühəndis ştatını tutan şəxslərin əksəriyyətinin ixtisası iddiaçı ilə müqayisədə həmin vəzifəyə daha uyğundur. Belə ki, iddiaçı “Təfəkkür” Universitetində ali təhsilin birinci səviyyəsini (bakalavriatı) bitirib və ona “maarif” (ibtidai təhsilin pedaqogikası və metodikası) ixtisası üzrə bakalavr dərəcəsi verilib. 7 mühəndis ştatını tutan şəxslərin ixtisası isə aşağıdakı kimidir: Aytən Hümbətova: Bakı Dövlət Universiteti “fizika” ixtisası; Xuraman Musayeva: X5 Universitet “filologiya” ixtisası; Leyla Əzəmmədova: Bakı Dövlət Universiteti “coğrafiya” ixtisası; Xədicə Qasımova: Bakı Dövlət Universiteti “ekoloji kimya” ixtisası; Günel Sadıqova: Azərbaycan Dövlət Pedaqoji Universiteti “kimya” (bakalavr) və “qeyri-üzvi kimya” (magistratura) ixtisası; Vüsalə Süleymanova: Gəncə Dövlət Universiteti “kimya-biologiya” (bakalavr) və “insan və heyvan fiziologiyası” (magistratura) ixtisası; Minəxanım Şirinli: Azərbaycan Dövlət İqtisad Universiteti “Qida məhsulları mühəndisliyi” (bakalavr) və “İaşə məhsullarının texnologiyası və iaşənin təşkili” (magistratura) ixtisası.

29. Eyni zamanda, iddiaçının məcburi köçkün olması, habelə öhdəsində 16 yaşına çatmayan 2 uşağın olması ştat ixtisarı zamanı işdə saxlanılmaq üçün üstünlük vermir. Belə ki, həmin hal iddiaçıya o halda üstünlük verə bilərdi ki, “Ətraf mühitin çirklənməsinin monitorinq qrupu”ndakı 7 mühəndis ştatını tutan şəxslərlə iddiaçının ixtisası və peşəkarlıq səviyyəsi eyni olsun (Əmək Məcəlləsi, maddə 78, hissə 2). Lakin belə eynilik yoxdur. Kassasiya şikayətinin və onlara qarşı etirazın dəlilləri a) Kassasi ya şikayətinin dəlilləri

30. İddiaçı (Nümayəndə2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

31. Şikayət belə əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçıya hələ 20 oktyabr 2022-ci il tarixdə bildiriş ünvanlandırılmış, həmin bildirişdə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndinə əsasən xitam veriləcəyi bildirilmişdir. Həm birinci, həm də apellyasiya instansiyası məhkəmələrində cavabdeh tərəf iddiaçının i ş d ə n azad edilməsi barədə əmrin təşkil edilmiş imtahandan uğurlu nəticə əldə etməməsi əsası ilə verildiyi mövqeyindən çıxış etmişdir. Halbuki, iddiaçıya əmək müqaviləsinə xitam veriləcəyinə dair bildiriş 20 oktyabr 2022-ci il tarixdə göndərilmiş, müvafiq imtahan isə 29 noyabr 2022-ci il tarixdə keçirilmişdir. Əgər iddiaçı məhz bu imtahanın nəticələrinə əsasən işdən azad edilməli olsaydı, o zaman imtahandan sonra ona bu barədə müvafiq bildiriş göndərilməli idi. Bu hal onu göstərir ki, cavabdeh iddiaçıya qarşı ayrı-seçkilik nümayiş etdirməklə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsində birbaşa maraqlı olmuşdur. İkincisi, 29 noyabr 2022-ci il tarixli imtahanın nəticələrinə görə iddiaçının 28,3 faiz bal toplamasına baxmayaraq, onunla əmək müqaviləsinə ştatların ixtisarı səbəbi ilə xitam verilmiş, həmin imtahanda 26,7 Faiz bal toplamış Səda Əliyeva adlı şəxs isə daha az bal toplamasına baxmayaraq cavabdeh qurumda işlə təmin edilmişdir. Beləliklə, cavabdeh tərəfindən verilmiş əmrin imtahan nəticələri ilə bağlı olmadığı aşk ardır. İmtahanın nəticəsi cavabdeh üçün iddiaçını işdən azad etməyə bəhanə olmuşdur. Əsl səbəb doğurdan da ştatların ixtisarıdırsa, o zaman Əmək Məcəlləsinin 78-ci maddəsi (peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər) birbaşa iddiaçıya tətbiq edilməli idi. Çünki, onun bu iş üzrə iş stajı 10 ildən çoxdur. Digər tərəfdən, imtahandan sonra həmin imtahanda iştirak etməyən 3 şəxs işlə təmin edilmişdir. Yeni yaradılmış qurumda işə cəlb olunma imtahanın keçirilməsi yolu ilə həyata keçirildiyindən imtahanda iştirak edən 3 şəxsin işlə təmin edilməsinin əsaslarını birinci instansiya məhkəməsində nə də apellyasiya məhkəməsində cavabdehin nümayəndəsi əsaslandıra bilməmişdir. Həmçinin, müəyyən edilir ki, iddiaçı “Hesabatların tərtibatı qrupu”nda mühəndis işləmişdir. Onunla əmək müqaviləsi müddətsiz bağlanmışdır. Yeni yaradılan “Ətraf mühitin çirklənməsinin monitorinqi qrupu” da 12 ştatdan ibarətdir. Yəni, ştat ixtisarı aparılmamışdır. İşçilər arasında ixtisas və peşəkarlıq səviyyəsi ilə bağlı da apellyasiya məhkəməsinin mövqeyi haqlı olmamışdır. Belə ki, 7 mühəndis ştatını tutan işçilərdən fizika, filologiya, qida məhsulları mühəndisliyi ixtisası üzrə təhsil almış işçilər də işdə saxlanmışdır. Əgər iddiaçının ixtisası tutduğu vəzifəyə uyğun deyilsə, sadalanan ixtisasların hansı əsasla, meyarla “Ətraf mühitin çirklənməsinin monitorinq qrupu”nda mühəndis vəzifəsinə uyğun olduğu müəyyən edilməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

33. Maddə 11 (b bəndi). Əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ vardır.

34. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

35. Maddə 68 (2-ci hissə). Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar.

36. Maddə 70 (b bəndi). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək m üqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.

37. Maddə 71.1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.

38. Maddə 71.3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

39. Maddə 78 (1-ci hissə). Müvafiq hallarda işçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən müəyyən vəzifələr üzrə əmək funksiyasının icrası üçün tələb olunan ixtisasın (peşəsinin) və peşəkarlıq səviyyəsinin daha yüksəyinə malik olan işçilər işdə saxlanılır. İşçinin peşəkarlıq səviyyə sini işəgötürən müəyyən edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

46. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

47. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkə məsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Hazırkı kassasiya şikayətlərində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsi aktı bütövlükdə yoxlanılır.

49. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin q əbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Məhkəmə kollegiyası iddiaçının hüquqi dəilləri ilə bağlı qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir. Belə ki, apellyasiya məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının ştatı ixtisar olunmuş, yeni ştat cədvəlindəki vakant vəzifələrin tutulması zamanı iddiaçının hüququ pozulmamışdır. Belə ki, yeni ştat cədvəlindəki “Ətraf mühitin çirklənməsinin monitorinq qrupu”nda 7 mühəndis ştatı müəyyən edilib. Həmin 7 mühəndis ştatını tutan şəxslərin imtahan nəticəsi 51 faizdən yüksək olmuşdur. Bundan başqa, həmin işçiləri n ixtisası iddiaçı ilə müqayisədə həmin vəzifəyə daha uyğun olmuşdur. İddiaçının qiymətləndirməsinin nəticəsi faktiki olaraq işdə saxlanmış digər mühəndislərinin qiymətləndirməsi ilə eynilik təşkil etməmiş, bu vəziyyət isə üstünlük hüququn qiymətləndirilməsi zəruri etmir. İşəgötürənin məzuniyyətdə olan işçininin yerinə onun funksiyalarının yerinə yetirilməsi üçün daha aşağı qiymətləndirməyə malik olan işçinin saxlanması həmin şəxsin daimi əsaslarla işdə saxlanması anlamına gəlmir. Bu vəziyyət isə iddiaçının hüqunun pozulmasına şərait yaratması demə deildir.

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edilərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmı ş və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və iddiaçının dəlillərinə uyğun araşdırmalar aparılmış, iş üzrə sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət verərək hesab etmişdir ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndi ilə, yəni işçilərin sayı və ya ştatların ixtisar edilməsi əsası ilə işdən çixarılması barədə işəgötürənin əmri qanuni olmuşdur. Bu səbəbdən də cavabdehin Əmək Məcəlləsinin 78-ci madd əsinin mübahisəyə tətbiq edilməli olması barədə dəlilləri əsassızdır.

53. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

54. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

55. Belə liklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

56. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

57. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5807/2022 nömrəli, 6 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar