Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3942/2022 13.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki, Kommersiya və İnzibati Kollegiyalarının qarışıq tərkibinin QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati Kollegiyalarının hakimləri Vəliyeva Elşanə Rafiq qızı( məruzəçi hakim), X1 və Dadaşov İlqar Ağababaş oğlundan ibarət qarışıq tərkibdə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 12 may 2022-ci il tarixli, 2(004)2392/2021 saylı məhkəmə aidiyyəti haqqında qərardadından Cavabdeh MMC-nin şikayəti üzrə işə kassasiya qaydasında baxaraq MÜƏYYƏN ETDİ İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə bağlanmış xidmət müqaviləsi üzrə öhdə liklərin yerinə yetirilməməsinə görə müqavilə üzrə ödənilmiş 4168 manat pulun, 10.000 manat maddi, 50.000 manat mənəvi zərərin və mediasiya xərcinin cavabdehdən tutulması barədə qətnmə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 05.02.2022-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2392/2022 saylı, 12.05.2022-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair mülki iş üzrə Cavabdeh MMC-nin mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə ərizəsi rədd edilmişdir. Cavabdeh (Vəkil2 ) qərardaddan şikayət verib, Yasamal Rayon Məhkəməsinin 2(004)-1625/2022 saylı, 12.05.2022-ci il tarixli qəra rdadın ləğv edilməsini və işin Bakı Kommersiya Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Şikayət onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC təşkilati-hüquqi forması səhmdar cəmiyyəti olmaqla kommersiya hüquqi şəxsidir və sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyət olmaqla müvafiq dövlət orqanında vergi ödəyicisi kimi qeydiyyatda olduğundan müvafiq eyniləşdirmə nişanı - VÖEN-********** vardır. Həmçinin, tərəflər arasında yaranan hazırkı mübahisə Cavabdeh MMC-nin sırf sahibkarlıq fəaliyyəti ilə əlaqədar olaraq, yəni bu fəaliyyəti realizə etməsilə meydana gəlmişdir. Beləliklə, tərəflər arasındakı mübahisə predmeti iqtisadi-kommersiya məfhumludur. Bu səbəbdən də hesab edir ki, mülki işə ümumi məhkəmədə deyil, kommersiya məhkəməsində baxı lmalıdır. Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyib və şikayət mülki işlə birlikdə baxılması üçün Ali Məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: - 403-1.1. İşdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. -403-1.2. Kasasiya instansiyası məhkəməsi tərəfindən məhkəmə aidiyyətinə dair mübahisələrə bu maddədə müəyyən edilmiş xüsusiyyətlər nəzərə alınmaqla, bu Məcəllənin 43-cü fəslində müəyyən olunmuş qaydalara uyğun olaraq baxılır. -403-1.3. Məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayət bu Məcəllənin 407.1 – 407.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq ve rilir. Şikayətə vəkilin orderi də əlavə olunur. -403-1.4. Şikayətin qaytarılması məsələsi bu Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kasasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Məhkəmə tərkibi şikayətlə bağlı qeyd edir ki, şikayət Cavabdeh MMC-nin vəkili və nümayəndəsi kimi Vəkil2 tərəfindən imzalansa da, şikayətə Vəkil2 cavabdehin Ali Məhkəmədə təmsil etmə üçün verilmiş müvafiq orderi əlavə edilməmiş, işdə olan vəki orderində isə vəkilin yalnız mediasiya və birinci instansiya məhkəməsində tapşırığı icra etmək səlahiyyəti qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 407.4-cü maddəsinə əsasən şikayətə vəkilin orderi əlavə olunmalıdır. - 408.1.3-cü maddəsinə əsasən kassasiya şikayətinə vəkil orderi əlav ə edilməmişdirsə, kassasiya şikayəti geri qaytarılır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti icraata qəbul edilməməli, kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 403-1, 408.1.3, 408.2-ci maddələrini rəhbər tutaraq qərar verdim: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 12.05.2022-ci il tarixli qərardadından cavabdeh Cavabdeh MMC-nin tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-3942/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-3942/2022
13.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mü
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver