Məhkəmə qərarları › İş №2(102)-3947/2023

Ali Məhkəmə Qərardad — İş №2(102)-3947/2023

02.10.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3947/2023 02.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Məmmədova (Həmidova) Əsmər Rasim qızının Cavabdeh qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: kassasiya şikayətinin mümkünlüyü, şikayət verilməsi nəzərdə tutulmayan qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 3 avqust tarixli, 2(106)547/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında baxaraq, aşağıdakı qərardadı qəbul etd i. İş üzrə qəbul edilmiş məhkəmə aktları

1. İddiaçı Məmmədova (Həmidova) Əsmər Rasim qızı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cehiz əmlakları, qızıl-zinət əşyalarının və yaxud onların ümumi dəyərini təşkil edən 64.791 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Masallı Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 2(050)-2561/2022 saylı qətnaməsi ilə (hakim Habil Bəhmənov) iddia qismən təmin edilmiş, cavabdehdən cehizlik əmlakların və nişan üzüyü 5 qram - 345 manat, sırğa-üzük dəsti 10 qram - 690 manat, qolbaq və boyunbağı dəsti 20 qram - 1380 manat, üzük 2 qram - 138 manat, 4 qram 276 manat dəyərində qızıl-zinət əşyaları və yaxud qətnamə icra olunan vaxt olmayan əmlakın - qızılın dəyərinin alınaraq iddiaçıya verilməsi qət edilmişdir.

3. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov və Pərviz Əhmədov) 2023-cü il 19 aprel tarixli, 2(106)-547/2023 nömrəli qətnaməsi ilə (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi “nişan üzüyü 5 qram - 345 manat, sırğa-üzük dəsti 10 qram - 690 manat, qolbaq və boyunbağı dəsti 20 qram - 1380 manat, üzük 2 qram - 138 manat, 4 qram - 276 manat dəyərində qızıl-zinət əşyalarının cavabdehdən alınaraq, iddiaçıya verilməsi” hissəsində ləğv olunmuş və həmin hissədə iddia rədd edilmişdir. Qətnamə apellyasiya şikayətinə münasibətdə qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır.

4. İddiaçı qətnamədən kassasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

5. Şikayət apellyasiya instansiyası məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərardadı ilə mülki prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən (qətnamənin iddiaçıya münasibətdə mübahisələndirilən hissəsində iddianın qiyməti 5.000 manatdan az olduğundan) geri qaytarılmışdır.

6. İddiaçı apellyasiya instansiyası məhkəməsinin 14 iyun 2023-cü il tarixli qərardadından kassasiya şikayəti vermiş, həmin şikayət müddət ötürülməklə verildiyindən 3 avqust 2023-cü il tarixli qərardadla geri qaytarılmışdır.

7. Hazırda apellyasiya instansiyası məhkəməsinin 3 avqust 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən ve rilmiş kassasiya şikayəti işlə birlikdə baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM)

8. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

9. Maddə 402.2.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəm əsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyrimümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

10. Maddə 404-1.2. İşə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

11. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı X2 tərəfindən sonuncu qərardaddan verilmiş kassasiya şikayəti prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən şikayət qeyrimümkün hesab edilərək iş materialları ilə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

12. Belə ki, kassasi ya şikayətlərinin qaytarılması barədə qərardadla şəxsin onun işinə kassasiya instansiyası məhkəməsində baxılması məsələsi həll edildiyindən, qanunverici bu hüququn əhəmiyyətini nəzərə alaraq belə qərardadlardan şikayət verilməsi qaydasını müəyyən etmişdir. Qanunun məqsədi kassasiya şikayəti verilməsi mümkün olan məhkəmə aktlarına kassasiya qaydasında baxılması imkanını səmərəli təmin etməkdən ibarətdir.

13. Lakin prosessual qanunvericilikdə məhkəmə aktının özündən kassasiya şikayəti verilməsi nəzərdə tutulmayıbsa, həmin aktdan verilmiş şikayətin qaytarılması barədə qərardaddan da şikayət verilə bilməz. Belə şikayətlərə kassasiya qaydasında baxılması MPM-in 402-ci maddəsinin məqsədlərinə cavab vermir və son illərdə kassasiya icraatının hədlərinin məhdudlaşdırılması istiqamətində aparılan qa nunvericilik islahatlarına ziddir.

14. Hazırda mübahisələndirilən Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 3 avqust 2023-cü il tarixli qərardadı kassasiya şikayətinin geri qaytarılması barədə qərardad olsa da, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 iyun 2023-cü il tarixli qərardadından MPMdə kassasiya şikayəti verilməsi nəzərdə tutulmadığından, həmin şikayətin qaytarılması barədə 3 avqust 2023-cü il tarixli qərardaddan da kasasiya şikayəti verilə bilməz.

15. Bu səbəbdən kassasiya şikayətinin icraata qəbulundan imtina edilməli və iş kassasiya şikayətinin qaytarılması məsələsinə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

16. MPM-ə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlill ər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416.1). Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (402.1). Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının kassasiya şikayətinin qaytarılması (kassasiya şik ayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər (402.2.2).

17. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir.

18. Ona görə də kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır.

19. Qeyd olunanlara əsasən və MPM-in 404-1.2 və 408-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası Qərara aldı: Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 3 avqust tarixli, 2(106)547/2023 nömrəli qərardadından iddiaçı X2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkü n hesab edilsin və kassasiya şikayəti qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar