Məhkəmə qərarları › İş №2(102)-3949/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3949/2022

06.07.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3949/2022 06.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin və onun direktoru İddiaçı2 Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3949/22 (Açar sözlər: iddia tələbinin qanuni əsası, əşyaların, yaxşılaşdırmaların və ya onların dəyərinin tələb edilməsi, əsassız varlanma, ədalətli məhkəmə araşdırması hüququ) Bakı şəhəri, 6 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1822/2022 nömrəli, 11 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra mətndə-MMC) tərəfindən Abşeron rayonu, Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsində (bundan sonra- torpaq sahəsi) Abşeron rayon İcra Hakimiyyəti başçısının xx.xx.2013-cü il tarixli 420 saylı Sərəncamı əsasında anbar binası, ofis binası, yeməkxana binası, transformator binası, işçilər üçün sanitar qovşağı, təhlükəsizlik binası və DEPO (bundan sonra mətndə- tikililər) inşa edilmişdir.

3. Torpaq sahəsində inşa olunmuş anbar binasında polisterolb eton istehsal edən istehsal xətti qurulmuş və polisterolbetonu istehsal edən avadanlıqlar orada yerləşdirilmiş və 4600 kv.metr polisterolbeton istehsal olunmuşdur.

4. Cavabdeh (bundan sonra mətndə- cavabdeh) Abşeron Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinə, MMC-yə, X6 və İddiaçı2 qarşı vurulan ziyanın əvəzinin ödənilməsi, mülkiyyətində olan torpaq sahəsinin sahibliyinə və istifadəsinə qaytarılması, qanunsuz inşa edilmiş tikilinin cavabdehlərin hesabına sökülməsi tələbinə dair iddia ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir. Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli, 2(012)463/2017 saylı qətnaməsi ilə Cavabdeh iddiası qismən təmin edilmiş, onun mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsi ndəki 5.973 ha torpaq sahəsində MMC, X8 və İddiaçı2 tərəfindən qanunsuz inşa edilmiş tikililərin cavabdehlər MMC-nin, X8 və İddiaçı2 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması, Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsinin cavabdehlər MMC-nin, X8 və İddiaçı2 olunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdehlər MMC, X8 və İddiaçı2 müştərək qaydada 2013-cü ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cii ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi 1.710 600 manat pulun tutula raq iddiaçı Cavabdeh verilməsi qət edilmişdir.

5. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2( 105)-329/2019 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı2 və X4 apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin qismən təmin edilməsi, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində MMC, X8 və İddiaçı2 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər MMC-nin, X8 və X2 hesabına sökülərək, torpaq sahəsinin cavabdehlər MMCnin, X8 və İddiaçı2 olunun qanunsuz sahibliyindən və istifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi, cavabdehlər MMC, X8 və İddiaçı2 müştərək qaydada 500.000 (beş yüz) manat tutularaq iddiaçı Cavabdeh verilməsi, iddianın qaldırılması ilə bağlı ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdehlər MMC, X8 və İddiaçı2 müştərək qaydada alınaraq iddiaçıya verilməsi və iddia tələbinin qalan hissədə rədd olunması qət olunmuşdur.

6. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-4676/2019 nömrəli qərarı ilə iddiaçı Cavabdeh kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanmışdır.

7. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-3603/2020 nömrəli qərarı ilə cavabdeh İddiaçı2 kassasiya şikayəti tə min edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 09 yanvar 2019-cu il tarixli, 2(105)-329/2019 saylı qətnaməsi ona münasibətdə təmin olunmuş hissədə ləğv edilərək yeni apellyasiya baxışına göndərilmişdir.

8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli, 2(105)- 407/2021 nömrəli qətnaməsi ilə Abşeron Rayon Məhkəməsinin 20 sentyabr 2017-ci il tarixli qətnaməsi cavabdeh İddiaçı2 münasibətdə təmin olunmuş hissələrdə, iddiaçı Cavabdeh mülkiyyətində olan torpaq sahəsində İddiaçı2 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdeh İddiaçı2 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması, iddiaçı Cavabdeh mülkiyyətində olan Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsinin cavabdeh İddiaçı2 qanunsuz sahibliyindən və i stifadəsindən geri alınaraq iddiaçı Cavabdeh sahibliyinə və istifadəsinə verilməsi və cavabdeh İddiaçı2 müştərək qaydada 2013-ci ilin iyun ayında verilmiş 644.000 manat, 2014-cü ilin aprel ayında verilmiş 200.000 manat, xx.xx.2015-ci il tarixdə verilmiş 500.000 manat olmaqla, cəmi 1.344.000 manat və həmin pul məbləğinin ödənilməsi nəticəsində əldən çıxmış fayda kimi 366.600 manat olmaqla, cəmi ******* manat pul tutularaq iddiaçı Cavabdeh verilməsi hissələrində ləğv edilməsi, həmin hissələrdə iddia tələblərinin təmin edilməməsi qət olunmuşdur.

9. Həmin mülki iş üzrə vermiş icra sənədi üzrə cavabdehin mülkiyyətində olan torpaq sahəsində MMC və X8 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC və X4 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması hissəsi istisna olmaqla, qalan hissələri icra olunmuşdur.

10. İcra sənədinin yuxarıda qeyd olunan hissəsinin icra olunmamasının səbəbi onunla bağlı olmuşdur ki, 16 oktyabr 2019-cu il tarixdə tələbkar Cavabdeh Abşeron rayon İcra və Probasiya söbəsinə ərizə ilə müraciət edərək, Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsində "xxxx" MMC və X8 tərəfindən qanunsuz inşa edilmiş tikilinin cavabdehlər "xxxx" MMC və X4 hesabına sökülərək, torpaq sahəsi ilkin vəziyyətinə qaytarılması hissəsində icraatın dayandırılmasını xahiş etmiş və Abşeron rayon İcra və Probasiya söbəsinin rəisinin xx.xx.2019-cu il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)329/19 saylı xx.xx.2019-cu il tarixli icra sənədinin icrası dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçılar məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, cəmi 754213 manat məbləğində olan əmlakın-avtomat 1000A 1 ədəd (dəyəri 900 manat), avtomat 800A 2 ədəd (dəyəri 1400 manat), dizel generator Tİ 518DM5A 1 ədəd (dəyəri 37.500 manat), Forklift LiuGong CLG2035H 1 ədəd (dəyəri 20.000 manat), Notebook HP g6 2379 1 ədəd (dəyəri 535 manat), Polisterolbeton istehsal edən avadanlıqlar və istehsal xətti 1 komplekt (270.348 ABŞ dolları), Panno paylayıcı 1 ədəd (dəyəri 950 manat), Qızdırıcı fen 2 ədəd (dəyəri 1346,40 manat), sement çəni 1 ədəd 50 tonluq (dəyəri 12.500 manat), elektron tərəzi 1 ədəd, 50 tonluq (dəyəri 2650 manat), Mikser Detro 460/300 1 ədəd (dəyəri 3000 manat), Transformator 400 kvt 1 ədəd (dəyəri 7.500 manat), müxtəlif qəliblər aliminiumdan 1 dəst (dəyəri 14.267 manat), konteyner dəmirdən 1 ədəd (dəyəri 2500 manat), elektron tərəzi 2 ədəd (dəyəri 6 manat), generator kiçik həcmli 10 kv-lıq 1 ədəd (dəyəri 342,50 manat), laqonda 1 ədəd (dəyəri 100 manat), laqonda 230 (ed) 1 ədəd (dəyəri 60 manat), laqonda BOSH 230 (ed) 1 ədəd (dəyəri 85 manat), laqonda 1 ədəd (dəyəri 75 manat), lom 3 ədəd (dəyəri 8 manat), möhür 1 ədəd (dəyəri 32 manat), nümunə qutusu balaca 15 ədəd (dəyəri 195 manat), nümunə qutusu böyük 15 ədəd (dəyəri 225 manat), odun sobası 1 ədəd (dəyəri 46 manat), “Perforator BOSH 2” 10 ədəd (dəyəri 3220 manat), “Perforator BOSH 4” 1 ədəd (dəyəri 420 manat), Pilvizator 1 ədəd (dəyəri 35 manat), plastik qayçısı 1 ədəd (dəyəri 4,50 manat), Projektor HL-131 xor (ed) 2 ədəd (dəyəri 92 manat), generatorun işə salanı (puskatel) 1 ədəd (dəyəri 5 manat), qayçı ağac üçün 2 ədəd (dəyəri 20 manat), qaz balonu 1 ədəd (dəyəri 4 manat), qaz piltəsi stolüstü 1ədəd (dəyəri 28 manat), reduktor qaz üçün 1 ədəd (dəyəri 5 manat), odun sobası 1 ədəd (dəyəri 46 manat), dəmir seyf 1 ədəd (dəyəri 150 manat), ştamp 1 ədəd (dəyəri 32 manat), stol 2 ədəd (dəyəri 44 manat), stul 4 ədəd (dəyəri 8 manat), su şlanqı 20 metr (dəyəri 33 manat), taxta kəsən avadanlıq BOSH 1 ədəd (dəyəri 120 manat), telfer (yükqaldırıcı) 2 ədəd (dəyəri 250 manat), tərəzi 0-0,5 kq-lıq 1 ədəd (dəyəri 15 manat), tərəzi 40 kq-lıq 1 ədəd (dəyəri 26 manat), 250 w civə buxarlı S3 arm. 18 ədəd (dəyəri 536,40 manat), 400w metal projektor 6 ədəd (dəyəri 221,22 manat), 400w metal SS2 armatur 24 ədəd (dəyəri 979,20 manat), 4x14w tavan üçün armatur (spot) 51 ədəd (dəyəri 1679,94 man at), additive ZJ-C 16200 ədəd (dəyəri 8262,50 manat), additive ZJ-F2 2700 ədəd (dəyəri 8156,50 manat), müxtəlif meyvə və dekorativ ağaclar 466 ədəd (dəyəri 2668 manat), alçipan 3 ədəd (dəyəri 36 manat), alçipan 100 ədəd (dəyəri 1000 manat), alçipan 153 ədəd (dəyəri 1611 manat), alüminium qapı 3,88m.kv (dəyəri 319,90 manat), alüminium vitraj 30 kv.m. (dəyəri 2190 manat), amerikanka 20 ədəd (dəyəri 66,70 manat), anker bolt 107 ədəd (dəyəri 75 manat), anker bolt 10-luq 10 ədəd (dəyəri 25 manat), anker bolt 12-lik 10 ədəd (dəyəri 30 manat), anker bolt 24-liik 10 ədəd (dəyəri 90 manat), antena kabeli Rusiya istehsalı 100 metr (dəyəri 40 manat), əqrəb 100 ədəd (dəyəri 15 manat), aralıq novça 4 ədəd (dəyəri 11,20), araba 16 ədəd (dəyəri 323 manat), armatur 12 mm-lik 8530 kq (dəyəri 5924,10 manat), armatur 14 mm-lik 1170 kq (dəyəri 1080 manat), armatur 16 mmlik 9600 kq (dəyəri 8840,30 manat), armatur 25 mm-lik 650 kq (dəyəri 600 manat), atsep 10 kub.m. (dəyəri 380 manat), atsep 100 kub.m. (dəyəri 2100 manat), baçonka 25 litrlik 1 ədəd (dəyəri 4.8 manat), bak 11 ədəd (dəyəri 285 manat), bolt 40 ədəd (dəyəri 40 manat), bolt-qayka 33 ədəd (dəyəri 26,50 manat), bolt-qayka 101X24 q 200 ədəd (dəyəri 200 manat), səki daşı (bordyur) 478 metr (dəyəri 1912 manat), səki daşı (bordyur) 33 metr (dəyəri 99 manat), səki daşı (bordyur) mermerdən 12 metr (dəyəri 72 manat), boru f 20 90 metr (dəyəri 81 manat), plastik boru f 100 12 metr (dəyəri 30 manat), plastik boru f 150 6 metr (dəyəri 27 manat), plastik boru £32 200 metr (dəyəri 270 manat), plastik boru 18 mmlik 10 metr (dəyəri 160 manat), kabel üçün boru (yanmaz)f 25 100 metr (dəyəri 100 manat), çınqıl 25 kub.metr (dəyəri 235 manat), damcılı suvarma sistemi 3219 metr (dəyəri 914,20 manat), dəmir darvazalar 5 ədəd (dəyəri 12000 manat), dəmir turba 159 mm 18 metr (dəyəri 162 manat), dəmir turba 25 mm 120 metr (dəyəri 186 manat), dikt 566 ədəd (dəyəri 3975 manat), dirsək 33 ədəd (dəyəri 42 manat), əks klapan f32 1 ədəd (dəyəri 3.80 manat), elektrik kabeli 981metr (dəyəri 1199,90 manat), EPS 4300 kq (dəyəri 10879 manat), dikt 0,5X30x150 50 ədəd (dəyəri 350 manat), kabel 1x1,5 6 bağlama (dəyəri 78 manat), kabel 1x6 4 bağlama (dəyəri 256 manat), kabel 1x2,5 13 bağlama (dəyəri 209 manat), kabel 1x4 13 bağlama (dəyəri 463 manat), kabel 1x2,5 6 bağlama (dəyəri 208 manat), kabel 3x2,5 22 metr (dəyəri 30,80 manat), kabel 3x4 30 metr (dəyər i 43,50 manat), kabel 4x2,5 100 metr (dəyəri 150 manat), kabel 4x3,5 40 metr (dəyəri 540 manat), kabel 4x4 44,20 metr (dəyəri 334,20 manat), kabel 4x6 100 metr (dəyəri 280 manat), kafel 167,9 kv.m. (dəyəri 2343 manat), kağız rulon 2 bağlama (dəyəri 460 manat), konyok 96 ədəd (dəyəri 344,40 manat), kapron boru flOO 18 m. (dəyəri 36 manat), kapron boru £32 200m. (dəyəri 220 manat), karniz 4 m. (dəyəri 14 manat), karniz 18/20 180 m. (dəyəri 684 manat), karniz əyri 58 ədəd (dəyəri 220.40 manat), Kat5 internet kabeli Türkiyə istehsalı 1 bağlama (dəyəri 40 manat), katinka məftili 901 kq (dəyəri 812 manat), keçid (perixadnik) 11 ədəd (dəyəri 12 manat), kəndir 1 bağlama (dəyəri 20 manat), sintetik kəndir 130 metr (dəyəri 18 manat), kəndir 2 bağlama (dəyəri 24 manat), kislarod balonu 2 ədəd (dəyəri 140 manat), kislarod balonunun başlığı 3 ədəd (dəyəri 45 manat), kislarod balonunun reduktoru 1 ədəd (dəyəri 45 manat), elektrik qutusu klipsal 60 ədəd (dəyəri 15 manat), krant 7 ədəd (dəyəri 36,50 manat), lambir 25 ağ rəngdə 45 metr (dəyəri 144 manat), lambir kantı 30 metr (dəyəri 6 manat), elektrik lampası (müxtəlif) 51 ədəd (dəyəri 114 manat), lapotka 32 ədəd (dəyəri 137 manat), lopatkanın sapı 9 ədəd (dəyəri 11 manat), linenum 14 metr (dəyəri 50 manat), dəmir listi 45,9 kv.metr (dəyəri 1541,40 manat), dəmir listi 15x6x20metr (dəyəri 1150 manat), dəmir listi 1x2x4 4 ədəd (dəyəri 200 manat), dəmir listi 3x1x2 1 ədəd (dəyəri 27manat), dəmir listi 5x1x2 65 ədəd (dəyəri 422,50 manat), dəmir listi 600x600 2607 kq (dəyəri 2991,50 manat), su mühərriki qol 1 ədəd (dəyəri 50 manat), metlax 77 k v.m. (dəyəri 985,60 manat), müxtəlif ölçülü metrə 6 ədəd (dəyəri 19,30 manat), mixser 1 ədəd (dəyəri 2 manat), mişar (sadə) 4 ədəd (dəyəri 15 manat), mişar BOSH 1 ədəd (dəyəri 9 manat), mişar daşı 99893 ədəd (dəyəri 41786,53 manat), 32/25 mufta 111 ədəd (dəyəri 43,70 manat), 25/32/40 mufta 110 ədəd (dəyəri 49 manat), nakaneçnik 10 ədəd (dəyəri 4 manat), nəfəslik 5 ədəd (dəyəri 125 manat), nov sadə 100 metr (dəyəri 160 manat), nov orjinal 238 metr (dəyəri 595 manat), nov qapağı sağ-sol 4 ədəd (dəyəri 2 manat), nov xamutu 363 ədəd (dəyəri 281,75 manat), dəmir panel 37 ədəd (dəyəri 4198 manat), patron 2 ədəd (dəyəri 0,90 manat), penoplast 1x0,45x0,6 140 ədəd (dəyəri 448 manat), petlə 14 ədəd (dəyəri 49 manat), plastik dirsək 5 ədəd (dəyəri 7,50 manat), plastik nəfəslik 0,72 kv.m. (dəyəri 47 manat), plastik pəncərə 316 kv.m. (dəyəri 15985 manat), plastik pəncərə şüşəsiz 63 kv.m. (dəyəri 2205 manat), plastik qapı 1 ədəd (dəyəri 125 manat), elektrik qızdırıcısı 1 ədəd (dəyəri 7 manat), su pompası 1 ədəd (dəyəri 150 manat), poplovok 40 mm 1 ədəd (dəyəri 28 manat), propka 3 ədəd (dəyəri 1,80 manat), profil 231 metr (dəyəri 701,60 manat), profil 100x50x3 108 metr (dəyəri 388,80 manat), profil 120x80 12 metr (dəyəri 109,20 manat), profil 20x40x2 627 metr (dəyəri 731,94 manat), profil 20x20 144 metr (dəyəri 125,28 manat), profil 20x40x3 24 metr (dəyəri 45,60 manat), profil 40x40 16 metr (dəyəri 44 manat), profil 40x40x4 48 metr (dəyəri 168 manat), profil 80x40 18 metr (dəyəri 72 manat), profil 40x60x3 1248 metr (dəyəri 4874,40 manat), profil 30 metr (dəyəri 84 manat), profil mastar 6 ədəd (dəyəri 45 manat), profnastil (70) 1375 kv.metr (dəyəri 9214.48 manat), pofnastil (dam örtüyü) 1417 kv.metr (dəyəri 5827,73 manat), projektor 2 ədəd (dəyəri 50 manat), projektor lanpası 2 ədəd (dəyəri 6 manat), projektor 1500 w 5 ədəd (dəyəri 150 manat), propka 5 ədəd (dəyəri 3,5 manat), qapı petləsi 5 ədəd (dəyəri 7 manat), qapı əlcəyi 2 ədəd (dəyəri 1 manat), qayka 4 ədəd (dəyəri 8 manat), qayka M42 64 ədəd (dəyəri 192 manat), qayka-şayba ilə birlikdə 140 ədəd (dəyəri 14 manat), qazan 74 ədəd (dəyəri 167 manat), polad rels 1 ton (dəyəri 3171 manat), reyka 3x5x4 1200 metr (dəyəri 480 manat), reyka 5x5x4 670 metr (dəyəri 402 manat), santexnika materialları (dəyəri 672 manat), şeben 150 kub.metr (dəyəri 1220 manat), setka 79,5 kv.metr (dəyəri 404,50 manat), setka (alüminium)lx50 4 kv.metr (dəyəri 64 manat), setka 3-lük dəmir 80 metr (dəyəri 368 manat), setka 4-lük dəmir 10 metr (dəyəri 90 manat), setka kapron 2 metr (dəyəri 70 manat), kabel 350 metr (dəyəri 480 manat), stiker etiket 1 bağlama (dəyəri 200 manat), stiker plakat 2 ədəd (dəyəri 700 manat), striç plyonka 65,6 kv.metr (dəyəri 164 manat), su mühərriki 1 ədəd (dəyəri 42 manat), paket şüşə 126,9 kv.metr (dəyəri 3407,70), paket şüşə 36 kv.metr (dəyəri 900 manat), qaynaqçı eynəyi 1 ədəd (dəyəri 3 manat), şiveller 12 metr (dəyəri 90 manat), şiveller 10-luq 2484 metr (dəyəri 23389,80 manat), şiveller 18-lik 12 metr (dəyəri 145,20 manat), şiveller 20-lik 58 metr (dəyəri 899 manat), şiveller 8-lik 42 metr (dəyəri 198,66 manat), TAD-17 (dəyəri 10 litirlik) 1 ədəd (dəyəri 25 manat), TAD-17 (1 litrlik) 2 ədəd (dəyəri 6 manat), böyük tal üçün qarmaq 1 ədəd (dəyəri 9 manat), tamet 50 kv.metr (dəyəri 450 manat), təhlükəsizlik kəməri 4 ədəd (dəyəri 80 manat), televizor kabeli 100 metr (dəyəri 13 manat), tikanlı məftil 10 bağlama (dəyəri 180 manat), elektrik üçlüyü 6 ədəd (dəyəri 20 manat), elektrik üçlüyü 32 mm-lik 10 ədəd (dəyəri 6,60 manat), telfer trosu 110 metr (dəyəri 38 manat), tros sıxan 2 ədəd (dəyəri 1 manat), dəmir boru 20-lik 210 metr (dəyəri 564 manat), dəmir boru 50-lik 13 metr 1 ədəd (dəyəri 68 manat), xamut 40 ədəd (dəyəri 40 manat), kabel ucluğu 2 ədəd (dəyəri 2 manat), dəmir uqolnik 137 metr (dəyəri 396,50 manat), dəmir uqolnik 25 mm-lik 50527 metr (dəyəri 12,547 manat), uqolnik 32 mm-lik 30 ədəd (dəyəri 9 manat), uqolnik 32x45 6 ədəd (dəyəri 1,80 manat), uqolnik 32x90 6 ədəd (dəyəri 2,80 m anat), uqolnik mm çöl 1 ədəd (dəyəri 3 manat), uqolnik 50-lik 200 ədəd (dəyəri 390 manat), üst qapama 25 sm (konyok) 100 ədəd (dəyəri 135 manat), üst qapama 8 ədəd (dəyəri 22,40 manat), vintel (böyük) 2 ədəd (dəyəri 54 manat), vintel f20 1 ədəd (dəyəri 5 manat), vintel f25 3 ədəd (dəyəri 29,40 manat), vintel f32 13 ədəd (dəyəri 43 manat), vetravik 64 ədəd (dəyəri 140 manat), elektrik vilkası 5 ədəd (dəyəri 4 manat), vintil (kiçik) 2 ədəd (dəyəri 7,60 manat), elektrik açarı 3 ədəd (dəyəri 2,80 manat), xamut 30 ədəd (dəyəri 6 manat), zajim 10 ədəd (dəyəri 100 manat), qapı zamoku 7 ədəd (dəyəri 229 manat), zazemlennik 1x35 100 ədəd (dəyəri 350 manat), zəncir 136 metr (dəyəri 174 manat) və istehsal olunmuş 4600 kv.metr polisterolbeton inşaat materialı 1 kv.m x 12 manat (dəyəri 55,429 manat) (b undan sonra mətndə- əmlaklar) qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması, həmin əmlaklar olmadığı halda olmayan əmlakların dəyərinin hazırkı bazar qiymətinə uyğun olaraq cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, MMC 2009-cu ildən etibarən cavabdeh və onun həyat yoldaşı Hikmət Xəlilovun sifarişləri əsasında onların ailəsinə, dostlarına və yaxın insanlarına məxsus olan, Bakı və Abşeron rayonu ərazisində yerləşən müxtəlif yaşayış və qeyri-yaşayış sahələrini inşa və ya təmir edib təhvil vermişdir. Cavabdehin MMC-yə növbəti və şifahi sifarişi onun şəxsi mülkiyyətində olan torpaq sahəsində tikililərin tikilməsi olmuşdur. Qeyd olunan tikili lərin tikilməsi və avadanlıqların quraşdırılması xərcləri isə MMC və onun təsisçilərinin şəxsi vəsaiti hesabına həyata keçirilmişdir. Görülmüş işlərlə bağlı yaranmış 1.251.000 manat borc cavabdehin həyat yoldaşından tələb olunduqda, o borcu ödəməkdən yayınmaq üçün MMC-yə və onun təsisçilərinə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət etmişdir.

13. Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 23 noyabr 2021-ci il tarixli, 2(009)-2607/2021 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, qanunvericiliyin tələbinə əsasən iddia tələbinin əsassız varlanma çərçivəsində haqlı sayılması üçün cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə etməsi və bu əldəetmə üçün heç bir hüquqi əsasın olmaması z əruridir. Lakin əmlakların bir hissəsi ilə bağlı daha əvvəl qəbul olunmuş məhkəmə qətnamələri olduğundan, hazırkı tələbin təmin olunması hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacaqdı. Mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi ilə bağlı isə iddiaçı tərəfindən məhkəməyə heç bir sübut təqdim olunmadığından iddia tələbi əsassızdır.

15. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3cü maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

17. İddiaçı, iddia ərizəsi ilə eyni məzmunlu apellyasiya şikayəti verərək, əlavə etmişdir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən, işin hallarını və iş materiallarını tam və hərtərəfli araşdırmamışdır. Belə ki, əvvəlki məhkəmə qətnamələrində müəyyən olunmuşdur ki, həmin inşaat işlərinin aparılmasına və avadanlıqların alınmasına cavabdeh tərəfindən iddiaçılara cəmi 500.000 manat verilmişdir və həmin məbləğ məhkəmə qərarının icrası qaydasında cavabdehə qaytarılmışdır. Cavabdeh isə qeyd olunan əmlakların öz mülkiyyətində olmasını mübahisələndirməmişdir. Bu isə o deməkdir ki, sözügedən tikililərdə istifadə olunmuş materiallar və avadanlıqlar iddiaçılara məxsusdur və məhkəmə bununla bağlı əraziyə yerli baxış keçirərək bu faktı təsdiq e də bilərdi. Bundan əlavə, apellyasiya şikayətinə əlavə olunmuş 12 noyabr 2016-cı il tarixli və 28 avqust 2017-ci il tarixli ekspert rəylərində cavabdehə məxsus əmlakların çox hissəsinin hazırki bazar dəyəri öz əksini tapmışdır.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-A.V.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), İ.S.Şirinov və X.A.Mərdanova) 11 mart 2022-ci il tarixli, 2(103)1822/2022 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

19. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, mülki iş üzrə mübahisə predmeti olan əmlakların bir hissəsi barəsində məhkəmənin artıq qanuni qüvvəyə minmiş qətnaməsi vardır və həmin qətnamə ilə Cavabdeh mülkiyyətində olan Abşero n rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahəsində qanunsuz inşa edilmiş tikilinin "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin və X4 hesabına sökülərək, torpaq sahəsinin ilkin vəziyyətinə qaytarılması qət olunmuşdur.

20. Göründüyü kimi tikililərin SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan Abşeron rayonu, Qobu qəbəsindəki 5,975 hektar həmin torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsi özlüyündə söküntü nəticəsində əldə olunmuş tikinti materiallarının, eləcə də digər mal-məmulatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə keçməsi ilə nəticələnəcəkdir. Buna görə də iddia tələbinin söküntü nəticəsində əldə olunacaq, tikinti materiallarının, eləcə də malməmulatların geri qaytarılmasına dair hissəsinin təmin olunacağı təqdirdə hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacaqdır.

21. Kollegiya həmçinin qeyd edir ki, iddiaçı iddia tələbində və apellyasiya şikayətində iddia predmetini təşkil edən əmlakları məhz icra üzrə icraatın dayandırılması ilə əlaqədar əldə edə bilməmələri ilə əsaslandırmalarına və həmin əmlakı əldə etmələri üçün məhz icra üzrə icraatın dayandırılmasına dair icra məmurunun qanunsuz hesab etdikləri qərarından (hərəkət və ya hərəkətsizliyindən) məhkəməyə şikayət etməli olmalarına baxmayaraq, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

22. Bundan başqa, iddiaçı mülki iş üzrə mübahisə predmeti olan əmlakların digər hissəsi, yəni Abşeron rayonu Qobu qəsəbəsindəki 5,975 hektar torpaq sahə sində qanunsuz inşa edilmiş tikilidə olan onlara məxsus tikinti məhsulu olmayan digər əşyaların cavabdehdə olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Halbuki, iddiaçılar həmin əmlakların mövcudluğunu, onların qanuni mülkiyyətində olduğunu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlaklara sahibliyi həyata keçirə bilmədiklərini təsdiq edən sübutları məhkəməyə təqdim etməli idi. Cavabdeh kollegiya iclasında verdiyi izahatında da əmlakın ona məxsus olub-olmaması halına aydınlıq gətirə bilməmişdir.

23. Cavabdeh apellyasiya şikayətində mübahisəli əmlakların iddiaçıya məxsus ərazidə olmasının aydınlaşdırılması məqsəliə yerli baxışın keçirilməli olmasını qeyd edir. Kollegiya cavabdehin apellyasiya şikayətinin bu dəlilinə münasibətdə bildirmişdir ki, cavabdeh mübahisəl i əmlakların onun mülkiyyətində olmasını sübuta yetirə bilmədiyinə görə, hətta həmin əmlakların iddiaçıya məxsus ərazidə olub-olmasına dair yerli baxışın keçirilməsi əhəmiyyətsizdir. Çünki, əmlakların cavabdehə məxsus yerdə olması özlüyündə o əmlakların "xxxx" MMC-nin sahibliyindən qanunsuz olaraq çıxarılması faktını sübut etmir.

24. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1, 1091.2, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 82.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı "xxxx" MMC (İddiaçı2) kassasiya şikayəti verərək qətnamənin tam ləğv olunmasını, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qayta rılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti mahiyyətcə iddia ərizəsi ilə eynilik təşkil edən apellyasiya şikayətinin məzmununa uyğun tərtib edilmişdir. Şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən, işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. Belə ki, iddiaçı tərəf qeyd edilən avadanlıqların cavabdehin istifadəsində olan tikilidə olmasını aydınlaşdırmaq üçün yerli baxışın keçirilməsinə dair vəsatət versə də, məhkəmə vəsatəti təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxl anılmasını xahiş etmişdir.

28. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayəti formal xarakter daşıyır. Belə ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniməzmunlu olduğundan və həmin dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən tam və hərtərəfli araşdırıldığından qəbul edilən qətnamə qanuni və əsaslı olmuşdur. Tətbiq edilən hüquq İnsan Hüquqlarının və X7 X5:

29. Maddə 6, hissə.

1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyası:

30. Maddə 60, hissə

1. Hər kəsin hüquq və azadlıqlarının i nzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

31. Maddə 135.4. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir.

32. Maddə 135.10. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir.

33. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

34. Maddə 157.6. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrə flərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər.

35. Maddə 157.7. Vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər.

36. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.

37. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmı ş əsasa söykənir.

38. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

39. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

40. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kim i istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

47. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmə k üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər.

48. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

49. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

50. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasi ya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

51. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası t apılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etirazına və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir.

52. Hazırkı işə mahiyyəti üzrə baxmış apellyasiya məhkəməsi nəinki tələbin qanuni əsasını tapmamış, müvafiq normaların dispozisiya şərtləri ilə işin halları arasında uyğunluğu (uyğunsuzluğu) yoxlamamış, qətnamədə maddi hüquq normasına belə istinad etməmişdir.

53. Hazırkı işdə iddiaçıların tələbindən və istinad etdiyi hallardan məlum olur ki, onlar çıxarıldıqları (Cavabdeh sahibliyinə və istifadəsinə verdikləri) Abşeron rayonu Qobu qəsəbəsindəki 5.973 ha torpaq sahəsi üzərində inşa edilmiş tikili sökülmədiyi üçün (icra sənədinin bu hissədə icrasının dayandırılmasını cavabdeh tələb etmişdir) özlərinə məxsus olduğunu bildirdikləri əşyaların cavabdehin sahibliyində qaldılğını və ya onun əmlakına qarışmaqla (tərkib hissəsinə çevrilməklə) cavabdehin əsassız varlandığını iddia edirlər.

54. Məlum olduğu kimi, torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Adi anlamda əşyanın tərkibinə daxil olan və dağıdılmadan, zədələnmədən və ya dəyişdirilmədən ondan ayrıla bilməyən hər şey əşyanın tərkib hissəsidir. Özbaşına tikinti ilə bağlı hallar istisna olmaqla, əşyanın mülkiyyətçisi onun bütün tərkib hissələrinin mülkiyyətçisidir (§ 31-32).

55. Mövcud vəziyyətdə hazırkı iş üzrə iddia tələblərinin qanuni əsası kimi Mülki Məcəllənin 157.2, 157.6, 157.7, 1091 və 1092-ci maddələri nəzərdən keçirilə bilər. Həmin normalara əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. İstər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər. Vicdanlı sahib isə əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir (§ 33-39).

56. Odur ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə, işin müəyyən edilən faktiki halları ilə həmin normaların dispozisiya şərtləri arasında uyğunluğun olub-olmamasına dair təhlil aparmalı, bu çərçivədə mübahisəli hallar, habelə bu hallar üzrə sübutetmə yükü düzgün müəyyən edilməli, tərəflərin dəlilləri təqdim olunmuş sübutlar əsasında tam və hərtərəfli araşdırılmalı, onlara müvafiq hüquqi qiymət verilməlidir.

57. Məlum olduğu kimi, qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (§ 45).

58. Baxılan işdə isə apellyasiya məhkəməsi bu qaydada əməl etməmişdir. Belə ki, məhkəmə sözügedən tikililərin SV-QRUP” məhdud məsuliyyətli cəmiyyətinin hesabına sökülməsi və Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin ilkin vəziyyətə gətirilməsinin özlüyündə söküntü nəticəsində əldə olunacaq tikinti materialları ilə yanaşı digər malməmulatların "xxxx" məhdud məsuliyyətli cəmiyyətinin mülkiyyətinə keçməsi ilə nəticələnəcəyini, hazırkı iddianın təmin olunacağı təqdirdə hüquqi müəyyənlik prinsipinin pozulması ilə yanaşı, mövcud mübahisəyə dair eyni hüquqi mövqeyi ifadə edən fərqli qətnamələrin yaranmasına səbəb olacağını bildirmişdir.

59. Bununla belə, məhkəmə iddiaçının hazırkı işdə tələb etdiyi avadanlıq və tikinti materialı olmayan əşyaların həmin icra sənədində əks olunduğunu, başqa sözlə, icra vərəqəsi verilən qətnamənin hazırkı işdə tələb edilən əşyaları tam şəkildə əhatə etdiyini əsaslandıra bilməmişdir.

60. Bundan əlavə, apellyasiya məhkəməsi vurğulamışdır ki, iddiaçı tikilidə onlara məxsus tikinti məhsulu olmayan digər əşyaların mövcudluğunu, onların qanuni mül kiyyətində olduğunu və cavabdehin qanunsuz hərəkətləri nəticəsində həmin əmlaklara sahibliyi həyata keçirə bilmədiklərini sübuta yetirməlidir. Buna baxmayaraq iddiaçı həmin əşyaların cavabdehdə olmasını təsdiqləyən sübutları məhkəməyə təqdim etməmişdir.

61. Halbuki, Cavabdeh mülkiyyətində olan, Abşeron rayonu Qobu qəsəbəsindəki 5.975 ha torpaq sahəsindəki tikilinin iddiaçılar tərəfindən inşa olunması, onlar çıxarılanadək tikiliyə (oradakı avadanlıq və digər əşyalarla birlikdə) məhz onların sahiblik etmələri, çıxarmadan sonra həmin əmlakdan məhrum olmaları barədə məlumatlar (məhkəmə aktları, ekspertiza rəyi və s.) işdə mövcuddur.

62. Bundan əlavə, iş materiallarında olan (cild 1, səh.66-67), Cavabdeh Abşeron rayon İcra və Probasiya şöbəsinin rəisinə ünvanladığı ərizədə qeyd olunmuşdur ki, “ sökülməsi nəzərdə tutulan tikili və onun üzərində olan əmlaklar çox qiymətli və bahalıdır. Həmin əmlakların hesabına hətta tələbkarın borcunu belə bağlamaq mümkündür. Bu səbəbdən həmin əmlakın realizə edilməsi və tələbkarın borcunun bağlanması məqsədilə hazırkı müddətdə icra sənədi üzrə icra icraatı dayandırılmalıdır”.

63. Buna baxmayaraq işə mahiyyəti üzrə baxan məhkəmə çəkişmə prinsipinə riayət etməklə, tərəflərin iştirakı ilə qeyd edilən hallar üzrə lazımi araşdırma aparmamış, işdəki sübutlara və tərəflərin dəlillərinə əsaslandırılmış şəkildə qiymət verməmişdir.

64. Halbuki, prosessual qanunvericilyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəy yən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər göstərilməlidir (§ 44-47).

65. Nəzərə alınmalıdır ki, məhkəmə aktlarının əsaslandırılmış olması iş üzrə tərəflərdə qəbul edilmiş qərarın qanuni və ədalətli olduğuna inam yaratmaqla yanaşı, ümumilikdə məhkəmə hakimiyyətinə olan etimadın möhkəmlənməsinə xidmət edir. Eyni zamanda məhkəmə aktı elə şəkildə tərtib olunmalıdır ki, onun qanuniliyini yoxlayan yuxarı instansiya məhkəməsi ifadə olunmuş qənaətin əsaslı olub-olmadığını, habelə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilmədiyini müəyyənləşdirə bilsin.

66. Bu qaydalara riayət edilməməsi İnsan Hüqu qlarının və X7 X1 6-cı maddəsində əks olunmuş ədalətli məhkəmə araşdırması hüququnun və Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi ilə təminat verilən hüquq və azadlıqların məhkəmə müdafiəsi hüququnun pozulmasına dəlalət edir (§ 29-30).

67. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında dəfələrlə qeyd edilmişdir ki, tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə 2000-ci il 13 iyul tarixli, Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

68. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu qərarlarında vurğulamışdır ki, məhkəmə, özü tərəfin dən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır (S.Əliyevanın şikayəti üzrə 31 may 2006-cı il tarixli, N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli qərarlar).

69. Kollegiya onu da qeyd edir ki, Sumqayıt Apellyasiya M əhkəməsi Mülki kollegiyasının 18 mart 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh İddiaçı2 qarşı tələbi rədd edilmişdir. Bu qərar onunla əsaslandırılmışdır ki, İddiaçı2 MMC-nin təsisçisi və rəhbəri olsa da cəmiyyət tərəfindən vurulmuş zərərə görə məsuliyyət daşımır, həmin fiziki şəxsin iddiaçı ilə şifahi podrat müqaviləsi bağlaması, ona zərər vurması və torpaq sahəsindən istifadə etməsi məhkəmə iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır.

70. Qeyd edilənlər nəzərə alınmaqla, iddiaçıların hər birinin hazırkı işdə irəli sürülmüş tələblər üzrə subyektiv hüquqa malik olub-olmamasına hüquqi qiymət verilməli, habelə bu qərarın 57-ci bəndində göstərilənlərə əməl olunmaqla mübahisənin həllinə dair əsaslandırılmış qətnamə qəbul edilməlidir.

71. Bu məqsədlə apellyasiya instans iyası məhkəməsinin ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.

72. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1822/2022 nömrəli iş üzrə 11 mart 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Hakimlər: Zaur Əliyev Abiddin Hüseynov Əhməd Nurməmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar