Məhkəmə qərarları › İş №2(102)-395/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-395/2020

05.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-395/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)10106/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.A.Hacıyev, iş № 2(008)-39/2019) iddiaçı “N” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC-yə qarşı kommersiya krediti müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbinə dair ilk, Cavabdeh1 və “xxxx” MMC-nin “N” ASC-yə qarşı kredit müqaviləsi üzrə şərtlərin dəyişdirilməsi barədə qarşılıqlı iddia tələbinə dair iş üzrə ilk iddia tələbi qismən təmin edilmiş, iddiaçı “N” ASCnin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “xxxx” MMC-dən müştərək qaydada 103.323,81 ABŞ dolları məbləğində əsas borc və 9563,27 ABŞ dolları məbləğində faiz borcu, 200 ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 113.087,08 ABŞ dolları məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmuşdu r. Həmin qətnamə ilə tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan N saylı bağ evinə yönəldilməsi, həmin bağ evinin ilkin satış qiymətinın 235.768 manat məbləğində müəyyən edilməsi, bağ evinin açıq hərracda satılması və satışdan əldə olunacaq məbləğ hesabına qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 113.087,08 ABŞ dolları məbləğində borc, ödənilmiş dövlət rüsumuna görə 30 manat, ipoteka predmetinə tutma yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddiaçı “N” ASC-yə ödənilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 bağ evinə tutma yönəldildikdə və o satıldıqda ən geci bir ay ərzində həmin bağ evini boşaldaraq bağ evindən çıxarılması, ilkin iddia tələbinin qalan hissədə və qarşılıqlı i ddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: V.T.Həsənov, Ş.A.Məmmədova və X.Ə.Sarıyev) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsinin Cavabdeh1 münasibətdə mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: “Bank VTB (Azərbaycan)” ASC ilə Cavabdeh1 arasında xx xxxx 2014-cü il tarixdə baş kredit razılaşması bağlanmış və həmin razılaşmaya əsasən kredit alana xx xxxx 2014cü il tarixdən xx xxxx 2024-cü il tarixədək 500.000 ABŞ dolları (və ya AZN ekvivalenti) məbləğində kredit xətti açılmış, həmin tarixli kommersiya krediti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 48 ay müddətinə illik 18 faiz olmaqla 127.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi xx xxxx 2014-cü il tarixdə Cavabdeh2, xx xxxxxxx 2014-cü il tarixdə isə “xxxx” MMC ilə zaminlik müqavilələri bağlanmış və onlar bank qarşısında əsas borclunun öhdəliklərini tamamilə icra etməsi üçün məsuliyyəti üzərlərinə götürmüşlər. Həmçinin xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus N saylı bağ evi ipoteka ilə yüklü edilmişdir. 2016-cı ilin iyun ayında bank iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməməsi səbəbindən cavabdehlərdən müştərək qaydada bankın xeyrinə cəmi 116.493,33 ABŞ dolları məbləğində borcun, məhkəməyə müraciət etmək üçün ödənilmi ş 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi üçün ödənilmiş 30 manatın tutulmasına, tutmanın ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi və s. dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdehlər Cavabdeh1 və “xxxx” MMC qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Bank VTB (Azərbaycan)” ASC ilə bağlanmış xx xxxx 2014cü il tarixli ABŞ dolları ilə kommersiya krediti müqaviləsinin dəyişdirilməsi, kredit müqaviləsinin bağlandığı tarixdə ABŞ dollarının manatla olan məzənnəsi ilə (bir ABŞ dolları 0,78 manat) hesablanmaqla, kredit məbləğinin Azərbaycan manatına konvertasiya edilməsi, borc müqaviləsinin manatla ifadə edilməsi və həmin müqavilə üzrə illik kredit faizinin 19 faizdən 8 faizə endirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlə r. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 qətnamədən kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsi tərəfindən işə maddi və prosessual hüquq normalarının pozulması ilə baxılmasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçı “N” ASC-nin vəkili kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdehlər məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehlərin iştirakı olmadan baxmağı mümkün hesab etm işdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, “N” ASC və Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit razılaşmasını bağlamaqla üzərlərinə qarşılıqlı surətdə öhdəliklər götürmüşlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, p ul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bank iş üzrə müəyyən olunduğu kimi, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək müqavilədə nəzərdə tutulmuş kreditin Cavabdeh1 verilməsini təmin etmiş və tərəflərin ümumi razılığına əsasən kreditin qaytarılma müddətini və şərtlərini müəyyən edən ödəniş cədvəli tərtib olunmuşdur. Lakin işdən göründüyü kimi Cavabdeh1 kreditin qaytarılması qaydası və şərtləri ilə əlaqədar üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə onun banka əsas, faiz və cərimə borcu yaranmışdır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (va xtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Müəyyən olunduğu kimi Cavabdeh1 bankla bağladığı kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi mülkiyyət hüququ ilə ona məxsus olan bağ evi ipoteka ilə yüklü edilmişdir. Mülki Məcəllənin 307.7 və 309.1-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariatda təsdiq olunmalı və dövlət qeydiyyatına alınmalıdır. İşdən görünür ki, bankla bağlanmış ipoteka müqaviləsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə müv afiq olaraq notariatda təsdiq olunmuş və ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. Mülki Məcəllənin 317.1-ci maddəsinə görə borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmçinin göstərilən Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. (470.1) Həmin Məcəllənin 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. (472.1.) Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. (472.2.) Apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin rədd olunmasını əsaslı sayarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.4, 439.2 və 422-ci maddələrinə istinad etmişdir. Kollegiya yuxarıda göstərilənlərlə əlaqədar apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisə maddi və prosessual hüquq normalarının tələblərinə və müəyyən olunmuş sübutlara uyğun həll edilməklə qətnamə tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar