Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3951/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-3951/22 (Açar sözlər: müqavilənin və çıxarışın ləğv edilməsi tələbləri) Bakı şəhəri, 10 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-248/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı
1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.
2. Cavabdeh Əliyeva X17 şəhər sakini X8 ilə xx.xx.2018-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi bağlayaraq, sonuncunun mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən, istifadəsində olan 0,15 ha torpaq sahəsini və üzərindəki ümumi sahəsi 42,9 kv/m, yaşayış sahəsi 42,9 kv/m. olan 2 otaqlı fərdi yaşayış evini 30000 manata almışdır. Onlar arasındakı alqı-satqı müqaviləsi reyestrdə 4Ə-78 nömrə ilə qeydə alınmışdır. Həmin müqavilə əsasında sözügedən torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evi xx.xx.2018-ci ildə tam mülkiyyət hüququ ilə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Ona RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiy yatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış və fərdi yaşayış evinin texniki pasportu verilmişdir.
3. İddiaçı 2019-cu ildə cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Zaqatala Ərazi İdarəsinə, maraqlı şəxslər X3, XXX Xanım Soin qızı, X8 və Cavabdeh qarşı iddia ərizəsi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət edərək xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsininin, xx.xx.1997-ci il tarixli müqavilənin, xx.xx.2009-cu il tarixli ******* saylı çıxarışın, 15 iyul 2009-cu il tarixli müqavilənin, xx.xx.2009-cu il tarixli ******* saylı çıxarışın, xx.xx.2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, xx.xx.2018-ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin və xx.xx.2018-ci il tarixli ******* saylı çıxa rışın etibarsız hesab edilməsi, mülkiyyətinə verilmiş Balakən rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 nömrəli protokolundan çıxarışa əsasən 0,25 ha və 16 fevral 1984-cü il tarixli N- 10/60 saylı çıxarışına əsasən mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahələrinə ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında mülkiyyətinə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(033)-569/2019 nömrəli qərardadı ilə iddia tələbinin “mülkiyyətinə verilmiş Balakən rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 nömrəli protokolundan çıxarışa əsasən 0,25 ha və 16 fevral 1984-cü il tarixli N10/60 saylı çıxarışına əsasən mülkiyyətinə verilmiş 0,05 ha torpaq sahələrinə ölçülüb plan cizgisinin verilməsi və bunun əsasında mülkiyyətinə çıxarışın verilməsi öhdəliyinin DƏDRX-nin üzərinə qoyulması tələbinə dair hissəsi üzrə mülki işin icraatına xitam verilmiş, eyni tarixli,eyni nömrəli qətnamə ilə iddia tələbinin “xx.xx.1997-ci il tarixli qeydiyyat vəsiqəsinin, xx.xx.1997-ci il tarixli müqavilənin, xx.xx.2009-cu il tarixli ******* saylı çıxarışın, 15 iyul 2009-cu il tarixli müqavilənin, xx.xx.2009-cu il tarixli ******* saylı çıxarışın, xx.xx.2018-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsinin, xx.xx.2018ci il tarixli ******* saylı alqı-satqı müqaviləsinin və xx.xx.2018-ci il tarixli ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə dair hissəsinin rədd edilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Balakən Rayon Məhkəməsinə müraciət edərək cavabdehlə X11 arasında olan alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş torpağa mülkiyyət hüququna dair reyestrdən çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, cavabdeh, oğlu Nümayəndə Soltan oğluna və həyat yoldaşı X5 qarşı torpaq sahəsindən çıxarma və oradan istifadəyə yaradılmış maneənin aradan qaldırılması tələbi ilə iddia qaldırmış və iddiası təmin edilmişdir. Onun səhhətində problem olduğu üçün həmin prosesə cəlb edilməmiş və bunu ondan gizlətmişlər. Bu prosesin mahiyyəti b arədə icra məmurunun könüllü icra ilə bağlı bildirişindən sonra xəbər tutmuşdur. Hesab etmişdir ki, Cavabdeh iddiasının əsası kimi istinad etmiş olduğu sənədlərin qanuni əsası olmadığından, həmin sənədlər ləğv olunmalıdır. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq onların sahibliyində olmuş torpaq sahəsidir və həmin torpaq sahəsinin bütün vergilərini də müntəzəm olaraq məhz o, ödəmişdir. Balakən rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 saylı protokoldan çıxarışa əsasən mübahisəli torpaq sahəsi Balakən rayon sakini X2 mülkiyyətində olmuşdur. Həmin qərara əsasən sözügedən torpaq sahəsinin 0,25 ha və 0,05 ha hissəsi X2 razılığı əsasında ona verilmişdir. Qüvvədə olan Balakən rayon DSX İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 saylı qərarından g örünür ki, mübahisələndirilən torpaq sahəsi üzrə mülkiyyət hüququ ona verilmişdir. Hazırda sözügedən qərarlar mübahisələndirilməyib və qüvvədədir. İş materiallarından da məlum olmuşdur ki, hazırda cavabdehin mülkiyyət hüququ əldə etdiyi torpaq sahəsi və üzərində yerləşən fərdi yaşayış evi əvvəllər Aşabel Saramanovaya məxsus olmuşdur. Hesab etmişdir ki, cavabdeh başqasının, yəni onun hüquqlarında yüklü olan torpaq sahəsini qanunsuz əldə edibdir.
7. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, xüsusi mülkiyyətində Balakən şəhəri, M.F.Axundov küçəsi-2 (əvvəlki ünvanı Nərimanov küçəsi-24) ünvanında 0,15 ha həyətyanı torpaq sahəsi və ümumi sahəsi 42,9 kv/m fərdi vaşayış evi vardır. Onun həmin əmlaklar üzərindəki hüquqları 28 fevral 2018-ci il tarixdə daşınmaz ə mlakın dövlət reyestrində qeydiyyata alınaraq, RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Cavabdehlər Nümayəndə Soltan oğlu və X9 RX seriyalı ******* nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışa əsasən mülkiyyətində olan Balakən şəhəri, M.F.Axundov küçəsi-2 (əvvəli ünvan: N.Nərimanov küçəsi-24) ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsi və fərdi yaşayış evindən istifadə və sahiblik etməyinə imkan vermirlər. Belə ki, mülkiyyətində olan həmin əmlaka daxil olan kimi cavabdehlər dərhal onun və yaxınlarının üzərinə hücum çəkərək həmin əmlakın onların (cavabdehlərin) olduğunu iddia edir və ora daxil olan şəxsləri oradan qovurlar. Əsasları da odur ki, g uya ki, özünə məxsus əmlakın yerləşdiyi torpaq sahəsi əvvəllər onlara verilmişdir. Halbuki, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(107)-82/2020 nömrəli icra sənədinə əsasən cavabdehlər Nümayəndə və X4 üzərinə RX seriyalı ******* nömrəli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən 0,15 ha həyətyanı torpaq sahəsindən istifadə və sahiblik etməsinə qarşı yönəlmiş qərəzli hərəkətlərinə-onu torpaq sahəsinə və evə daxil olmağa qoymamalarına, ora daxil olduqda onu qovmalarına və təhdid etmələrinə son qoymaları vəzifəsi qoyulmuş, cavabdeh Nümayəndə və X7 zəbt etdikləri, onun mülkiyyətində olan torpaq sahəsindən çıxarılmalıdırlar.Hesab etmişdir ki, o, mülkiyyətində olan torpaq sahəsini və fərdi yaşayış evini qanuni əsaslarla almışdır. Həmin sənədlərin ləğv edilməsi üçün heç bir əsas olmamışdır. Göstərilənləri nəzərə alaraq iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Balakən Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(019)-988/2021 nömrəli iş üzrə 03 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim H.Q.Səlimov) iddia rədd edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi üçün müvаfiq subyektiv hüquqа mаlik olub-olmаmаsı məhkəmə tərəfindən аrаşdırılаrkən məlum olmuşdur ki, onun hazırki iddianı qaldırmağa subyektiv hüququ olmamışdır. İddiaçı ləğvini tələb etdiyi xx.xx.2018-ci il tarixli alqı-satqı müqaviləsində tərəf deyildir, həmin mü qavilənin tərəfləri X8 və cavabdehdir. Bu halda alqısatqı müqaviləsində tərəf olmayan iddiaçının həmin müqavilənin ləğvini tələb etməyə subyektiv hüququ yoxdur. Ona görə də, onun alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair tələbi təmin edilməməlidir. İddiaçıya izah olunmuşdur ki, o, Balakən Rayon Dövlət Notariat Kontorunda bağlanmış xx.xx.2018ci il tarixli AN-İ N ******* nömrəli, 4Ə-78 nömrə ilə reyestrdə qeydə alınmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə bağlı məhkəməyə müraciət edə bilərdi. O, həmin iddia tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmiş, Zaqatala Rayon Məhkəməsinin 15 iyul 2019-cu il tarixli 2(033)-569/2019 nömrəli qətnaməsi ilə onun iddiası rədd edilmişdir. O, da məhkəmənin həmin qətnaməsi ilə razılaşmış, hətta apellyasiya şikayəti verməm işdir.
10. İddia tələbinin daşınmaz əmlakın dövlət reyestrindən verilmiş Çıxarışın ləğv edilməsi barədə hissəsi ilə bağlı məhkəmə qeyd etmişdir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0 və 8.0..3-cü maddələrinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ərarvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsasdır. Cavabdehin adına verilmiş RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış x x.xx.2018-ci il tarixli AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsi əsasında verildiyindən iddia tələbi həmin hissədə də təmin edilə bilməz.
11. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verərək, işin hallarını, maddi hüquq normalarının tələblərini nəzərə alaraq hesab etmişdir ki, iddiaçının cavabdehə qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş torpağa mülkiyyət hüququna dair reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
12. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29, Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra – Mülki Məcəllə) 152.1, 421.1421.2, 423. 1-423.2, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanunun 8.0 və 8.0..3cü, İnsаn hüquqlаrının və əsаs аzаdlıqlаrının müdаfiəsi hаqqındа» Konvensiyаnın 1 sаylı Protokolunun 1-ci, “İnsan hüquqları Bəyannaməsi”nin 18-ci maddələrinə, "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli Qərarına və Avropa İnsan Hüquqları Məhkəməsinin bir sıra qərarlarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh adına qeydiyyata alınmış çıxarış mülkiyyət hüququnun əsası kimi istinad etmiş olduğu sənədlərin qanuni əsası olmadığından, həmin sənədlər ləğv olunmalıdır. Belə ki, mübahisə predmeti olan torpaq sahəsi faktiki olaraq onların sahibliyində olmuş torpaq sahəsidir və həmin torpaq sahəsinin bütün vergilərini də müntəzəm olaraq məhz o ödəmişdir. Balakən Rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 saylı protokoldan çıxarışa əsasən mübahisəli torpaq sahəsi Balakən rayon sakini X2 mülkiyyətində olmuşdur. Həmin qərara əsasən sözügedən torpaq sahəsinin 0,25 ha və 0,05 ha hissəsi X2 razılığı əsasında ona verilmişdir. Qüvvədə olan Balakən Rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 saylı qərarından görünür ki, mübahisələndirilən torpaq sahəsi üzrə mülkiyyət hüququ ona verilmişdir. Hazırda sözügedən qərarlar mübahisələndirilməyib və qüvvədədir. Birinci instansiya məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçının cavabdehə qarşı alqı-satqı müqaviləsinin və onun əsasında verilmiş torpağa mülkiyyət hüququna dair reyestrdən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası rədd edilmişdir. İddia ərizəsinə mütəxxəsis və ekspert rəyləri əlavə olunmuşdur. Mübahisəli torpaq sahəsinə dair əvvəllər cavabdeh ilə məhkəmənin icraatında olan (Şəki Apellyasiya Məhkəməsinin 17 oktyabr 2019-cu il tarixli 2(107-2465/2019 saylı işi üzrə) ekspertiza keçirilmişdir. Mütəxxəs is qarşısında aşağıdakı suallar qoyulmuşdur. 1.Cavabdehlər Nümayəndə və X4 istifadəsində olan 0.05 ha və 0.25 ha torpaq sahələri RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında DƏDRX-dən çıxarışa əsasən Cavabdeh mülkiyyətində olan 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşürmü? 2.Cavabdehlər Nümayəndə və X4 Balakən rayon Aqrar İslahat Komissiyasının qərarına əsasən mülkiyyətinə verilmiş torpaq sahəsi hazırda RX seriyalı ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşürmü, düşürsə hansı hissələrdə torpaq sahəsi üst üstə düşür?
3. Cavabdehlər Nümayəndə və X4 istifadəsində olan 0.05 ha və 0.25 ha torpaq sahələri faktiki olaraq yerində mövcuddurmu? Aparılmış ara şdırılmalar nəticəsində müəyyən edilmişdir ki, cavabdehlərin istifadəsində olan torpaq sahəsi ilə iddiaçının Cavabdeh mülkiyyətində olan 0.15 ha torpaq sahəsi ilə üst-üstə düşür. Cavabdehlər Nümayəndə və X4 istifadəsində olan 0.05 ha və 0.25 ha torpaq sahələri faktiki olaraq yerində mövcuddur. Cavabdehin mülkiyyətində olan torpaq sahəsi ilə istifadəsində olan torpaq sahəsi üst-üstə düşdüyü üçün hazırki tələb ilə məhkəməyə müraciət olunması üçün subyektiv hüququ vardır. Çünki hüquqların qeydə alınan torpaq sahəsi XDS-nin qərarına əsasən ona verilmiş torpaq sahəsidir. Lakin qeyd olunan mütəxəsis və ekspert rəylərini məhkəmə nəzərə almamış, qərarında həmin məsələlər qiymət verməmişdir. Eyni zamanda mülki iş üzrə zəruri sübutları müstəqil şəkildə əldə edə bilmədiyi üçün məhkəməyə vəsatət təqdi m etmişdir. Həmin vəsatətdə X1 məhkəməyə cəlb edilməsi, Balakən Rayon XDS-nin İcraiyyə Komitəsinin qərarına əsasən verilmiş torpaq sahəsinin hansı üsulla X1 adına keçirilməsi barədə Ədliyyə Nazirliyi Dövlət Notariat Kontorunun arxivinə sorğu göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Qeyd olunan vəsatəti ilə bağlı ətraflı araşdırma aparılmamış, məhkəmə qərarında münasibət bildirməmiş, MPM-nin 14.1-ci maddəsinin tələbini pozmuşdur. Həmin maddəyə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin tam, hərtərəfli və obyektiv tədqiqinə lazımi şərait yaradır. Mülki işə əlavə olunan sənədlərdən məlum olur ki, Cavabdeh məxsus olan torpaq sahəsi Balakən Rayon XDS İcraiyyə Komitəsinin 16 fevral 1984-cü il tarixli 4 saylı protokoldan çıxarışa əsasən ona verilən 0.25 ha və 0.05 ha torpaq sa həsi üst-üstə düşür. Apellyasiya şikayətinə Dövlət Notariat Arxiv idarəsindən əldə olunmuş X6 açılmış vərəsəlik işini və X3 ilə Xanım Soin qızı arasında bağlanmış alqı-satqı müqaviləsini və Xanım Soin qızı ilə X8 arasında olan bağışlama müqavilələrinə dair sənədlər əlavə olunur. X3 ilə Xanım Soin qızı arasında bağlanmış alqısatqı müqavilələrində və Xanım Soin qızı ilə X8 arasında olan müqavilənin predmetini yalnız fərdi yaşayış evi təşkil edir. Torpaq sahəsinin satılması ilə bağlı hər hansı bir qeyd aşkar olunmur. İlkin sənədlərdə torpaq sahəsinin qeyd olunmadığı təqdirdə Cavabdeh adına mübahisələndirilən torpaq sahəsinə dair hüquqlarının qeydə alınması tam əsassız olmaqla heç bir hüquqi əsası yoxdur.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiy a məhkəməsi) 2(107)-248/22 nömrəli iş üzrə 10 mart 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.A.Əsədli (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və A.Vəkil2) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmış, məhkəmə qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq təmin etməmişdir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıd ır.
17. Məhkəmə kollegiyası İddiaçı apellyasiya şikayətinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas deyil.
18. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsi ilə bağlı gəldiyi nəticə işin hallarına uyğundur.
19. İşin tədqiqi nəticələrindən müəyyən edilmişdir ki, iddiaçının hazırki tələblə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur. O, cavabdeh ilə X11 arasında olan alqı-satqı müqaviləsini mübahisələndirmək hüququna malik deyil.
20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəz ərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
21. Məhkəmə kollegiyası qeyd etmişdir ki, “müqavilənin digər tərəfinə” ifadəsi müqavilə nin əks tərəfinə nəzərən işlədilən ifadədir. Yəni müqavilənin mübahisə edilməsi üçün müqavilənin bir tərəfi müqavilənin digər tərəfinə iradə ifadəsini bildirməlidir. Əgər müqaviləni mübahisələndirmək hüququ müqavilənin tərəfi olmayan şəxslərə də aid olsaydı, bu halda qanunverici “müqavilənin digər tərəfinə” deyil, “müqavilənin tərəflərinə” ifadəsini işlədərdi. Yəni müqaviləni mübahisələndirmək niyyətində olan istənilən şəxs müqavilənin tərəflərinə iradə ifadəsini bildirməlidir. Ona görə də hesab olunmuşdur ki, qanunverici “müqavilənin digər tərəfinə” ifadəsini işlətməklə müqaviləni mübahisələndirmək hüququ olan subyektlərin dairəsini müəyyən edib. Bu qaydanın məntiqi ondan ibarətdir ki, müqavilə yalnız müqavilə tərəfi olan şəxslər üçün vəzifə (məcburi davranış qaydası) yaradır, müqavilə tə rəfi olmayan şəxslər üçün isə müqavilənin vəzifə yaratması mümkün deyil, müqavilə onlar üçün yalnız hüquq (mümkün davranış qaydası) yarada bilər: məsələn, üçüncü şəxsin xeyrinə müqavilə (Mülki Məcəllə, maddə 403). Hüquq isə mümkün davranış qaydası olduğundan üçüncü şəxs həmin hüquqdan istifadə etməyə bilər və ya ondan imtina edə bilər. Ona görə də müqavilə tərəfi olmayan şəxsin müqaviləni mübahisələndirməsi yersizdir.
22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 324.1, 337.2, 389.1, 389.2, 403, 421.1, 421.2, 421.3, MPM-in 14.2, 77.1, 88, 372.1, 372.6, 372.7, 384, “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanunun 8.0 və 8.0..3-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli Qərarının 17-ci bə ndi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli Qərarına istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı kassasiya şikayəti verərək qətnamənin tam ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə hüququnun olmasını Balakən rayon XDS İcraiyyə komitəsinin 16 fevral 1984-cü il tarixli 4 saylı protokoldan çıxarışa əsasən mübahisələndirilən torpaq sahəsinin 0,25 ha və 0,05 ha hissəsinin XDS-nin qərarına əsasən iddiaçıya verilməsi qeyd olunmuşdur. Lakin DƏDRXtərəfindən qanunsuz və əsassız olaraq cavabdehin adına torpaq sahəsinə dair çıxarış verilmiş hüquqları DƏDRX-də qeydiyyata alınmışdır. Halbuki həmin torpaq sahəsinə dair Balakən XDS-nin qərarları mövcuddur. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq İcra Hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsaslardır. Cavabdehin adına qeydə alınan torpaq sahəsinə dair verilmiş çıxarış ilə XDS-nin qərarına əsasən ona verilmiş torpaq sahələrinə dair keçirilmiş ekspe rtiza rəyləri ilə məlum olmuşdur ki, iddiaçının istifadəsində olan torpaq sahəsi ilə üst-üstə düşür. İşin hallarından da görünür ki, qanunsuz olaraq XDS-nin qərarı ilə ona verilmiş torpaq sahəsinə dair cavabdehə Çıxarış verilərək onun konstitusion hüquqları pozulmuşdur. Məhkəmə sübutları tam araşdırmamış, Balakən XDS İcraiyyə komitəsinin 16 fevral 1984-cü il çıxarışlara, mülki işdə olan mütəxəssis və ekspert rəylərinə qiymət verməmişdir. Hansı ki, sözügedən sübutlardan iddia qaldırmaq çün subyektiv hüququnun olduğu müəyyən olunur.
25. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139-1.1.8, 152.1, Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsi və Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin İV bəndinə istinadla əsaslandırmışdır. b) Kassasiya şikayətinə qa rşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
27. Maddə 421.1. Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür.
28. Maddə 421.2. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
29. Maddə 421.3. Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək sə lahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır.
39. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
40. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəl ir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-248/2022 nömrəli, 10 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.