Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3954/2024 03.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3954/2024 (Açar sözlər: apellyasiyanın qeyri-mümkün hesab edilməsi, apellyasiya şikayətinin qanunla müəyyən edilmiş formada verilməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı “daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, daşınmaz əşyanın təhvil verilməsi” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiy a Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1826/2024 nömrəli, 09 avqust 2024-cü il tarixli qərardadından Cavabdeh MTK (Vəkil1) tərəfindən verilmiş kassasiya şikayətinə 03 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh Mənzil Tikinti Kooperativinə (bundan sonra cavabdeh, yaxud MTK) qarşı iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, Fətəli xan Xoyski, Nizami, X4 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsində inşa edilən yeni 1 bloklu 13 mərtəbəli yaşayış binasının giriş A blokunda, 11-ci mərtəbədə, ümumi sahəsi 155,4 kv.m. olan, 4 otaqlı, A 11-3 saylı mənzilə dair 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə öhdəliyin icra edilməsinin cavabdehin üzərinə qoyulmasına, həmin mənzilin ona təhvil verilməklə sahiblik və istifadəsinə verilməsinə, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-965/2022 nömrəli, 29 iyun 2023-cü il tarixli qiyabi qətnaməsi ilə (hakim Kənan Hüseynov) iddia təmin edilmişdir.
3. Qiyabi qətnamədən cavabdeh tərəfindən verilmiş ərizəyə əsasən işə baxmış Gəncə Şəhər Məhkəməsinin 2(125)-1342/2024 nömrəli, 16 yanvar 2024-cü il tarixli qərardadına əsasən ərizə təmin edilərək, 29 iyun 2023-cü il tarixli qiyabi qətnamə ləğv edilmiş, işə mahiyyəti üzrə baxılması qərara alınmışdır.
4. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(125)1342/2024 nömrəli, 02 may 2024-cü il tarixli qətnaməsi ilə (hakim Cavid Tağıyev) iddia qismən təmin edilmiş, Gəncə şəhəri, Nizami rayonu, Fətəli xan Xoyski, Nizami, X4 (indiki Heydər Əliyev) və İsrafil Məmmədov küçələrinin əhatəsində inşa edilən yeni 1 bloklu 13 mərtəbəli yaşayış binasının giriş A blokunda, 11-ci mərtəbədə, ümumi sahəsi 155,4 kv.m. olan, 4 otaqlı, A11-3 saylı mənzilə dair 18 oktyabr 2019-cu il tarixli müqavilə üzrə öhdəliyin icra edilməsinin cavabdeh MTK-nın üzərinə qoyulması, həmin mənzilin iddiaçıya təhvil verilməsi, iş üzrə ödənilmiş 100 manat dövlət rüsumunun əvəzinin cavabdehdən alınaraq iddiaçıya verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
5. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda apellyasiya şikayətinə prosessual müddətin bərpası barədə ərizə əlavə edilmişdir.
6. Prosessual müddətin bərpası barədə ərizə onunla əsaslandırılmışdır ki, qətnamə elektron məhkəmə sistemindəki elektron kabinetə xx.xx.2024-cü il tarixdə yerləşdirilmişdir. Qətnamədən şikayət vermə müddətinin sonu qeyri-iş gününə düşmüş və qeyri-iş günündən sonra ilk iş günü xx.xx.2024-cü il tarixə təsadüf etmişdir. Lakin həmin tarixdə apellyasiya şikayətini elektron kabinetə yerləşdirməyə çalışsa da, bu ondan asılı olmayan səbəbdən baş tutmamışdır. Hətta bu barədə El ektron Məhkəmə sisteminin zəng qəbuluna daha sonra isə “texniki dəstək” bölməsi vasitəsilə kömək edilməsi üçün rəsmi müraciət etmişdir, bayram günlərindən sonrakı ilk iş günü olduğu üçün onun sorğusuna gec cavab verilmişdir. Ondan asılı olmayan səbəbdən birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti elektron sistemə 1 gün gec yerləşdirilmişdir.
7. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1342/2024 nömrəli, 01 iyul 2024-cü il tarixli qərardadı ilə (hakim Cavid Tağıyev) ilə birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdeh tərəfindən verilmiş ərizə təmin olunmamışdır.
8. Həmin qərardaddan cavabdehin nümayəndəsi və vəkili Vəkil1 şikayət verərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsini, cavabdeh tərəfindən “prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə” verilmiş ərizə təmin edilərək xx.xx.2024-cü il tarixli qətnamədən verilmiş apellyasiya şikayətinin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini, əks təqdirdə şikayətin mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
9. Şikayət onunla əsaslandırılmışdır ki, müddətin ötürülməsi cavabdehin təqsirindən olmamışdır. Şikayətin yerləşdirilməməsinə səbəb elektron məhkəmə sistemində yaranmış nasazlıqla əlaqədar olmuşdur. Elektron məhkəmə sisteminin texniki dəstək şöbəsinə rəsmi müraciət edilməsini təsdiq edən sübut məhkəməyə təqdim edilməsinə baxmayaraq, məhkəmə bunu nəzərə almayaraq prosessual müddəti bərpa etməmişdir. Məhkəmə MPMin 88-ci maddəsinin tələbini pozaraq elektron məhkəmə sisteminə edilmiş müraciətə düzgün hüquqi qiymət verməmişdir. Yalnız bir cümlə ilə münasibət bildirmiş, Cavabdeh MTK-nın dəlilini prosessual müddətin bərpası üçün əsaslı hesab etməməsinin səbəbini əsaslandırmamışdır. Cavabdeh MTK tərəfindən prosessual müddətin ötürülməsinin səbəbini təsdiq edən sübut təqdim edilmiş, məhkəmə isə yalnız iddiaçının ehtimallara əsaslanan mülahizəsini əsas götürərək prosessual müddətin bərpa edilməsi barədə ərizəni təmin etməmişdir.
10. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1342/2024 nömrəli, 24 iyul 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il t arixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayət mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiya məhkəməsi) 2(104)-1826/2024 nömrəli, 09 avqust 2024-cü il tarixli qərardadı ilə (hakimlər Fikrət Mehtiyev (sədrlik edən və məruzəçi), Rəhman Muradov və Mustafa Mustafayev) birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş şikayət qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilmişdir.
12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, birin ci instansiya məhkəməsi tərəfindən şikayət yoxlanılarkən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilmiş elektron formada tərtib edilmiş şikayətin Azərbaycan Respublikasının MPM-in 361.1-ci maddəsinin tələblərinə uyğun olmaması, həmin Məcəllənin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada olmaması müəyyən edilmişdir. Cavabdeh “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə verilmiş elektron formada tərtib olunmuş şikayətində “işin halları” hissəsində mövqeyini aydın ifadə etməmiş, işin materiallarına istinad edilməklə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hansı halları qəbul etdiyini, hansı halları isə qəbul etməyərək mübahisələndirdiyini dəqiq göstərməmiş, eləcə də mübahi sənin düzgün həlli üçün əhəmiyyətli hesab etdiyi digər hansı faktiki halların birinci instansiya məhkəməsi tərəfindən araşdırılmadığını dəqiq bildirməmişdir. İşin halları ilə bağlı mövqe mübahisənin predmetinə aidiyyəti nəzərə alınmaqla, yığcam şəkildə, xronoloji ardıcıllıqla, sadə və anlaşıqlı formada təqdim edilməlidir. Belə ki, iddiaçı tərəfindən “işin halları” hissəsində elektron formada tərtib edilmiş şikayət yüklənmişdir ki, bu da forma və məzmun baxımından düzgün olmamışdır. Həmçinin maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübu t edilməməsinə dair dəlillər, birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər göstərilməmiş və yaxud müvafiq qeydiyyatlar aparılmamışdır (2 saylı Əlavənin 5, 6, 7, 8, 9 və 11-ci hissələri). Cavabdeh tərəf apellyasiya şikayətində yalnız maddi və prosessual hüquq normalarını sadalamaqla kifayətlənmiş, lakin həmin normaların nə üçün pozulmasını və işin faktiki halları ilə əlaqəli şəkildə şərhini etməmişdir. Şikayət qanunvericiliyin tələb etdiyi formada, yəni MPM-nin 2 saylı Əlavəsinə uyğun olmadan verilmişdir. Lakin birinci instansiya məhkəməsi şikayətin mümkünlüyü məsələsinə baxan zaman qeyd olunan hallara diqqət yetirməmişdir. Birinci instansiya məhkəməsi isə şikayəti Azərbaycan Respublikasının MPM-in 361-ci və 3 63.1.11-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır.
13. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361.1, 363.1.1-1, 364.1, 366.1, 366.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
14. Qərardaddan cavabdeh (Vəkili X2) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 09 avqust 2024-cü il tarixli qərardadının ləğv edilməsini, birinci instansiya məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardaddan veril miş şikayətə baxılması barədə qərar qəbul olunmasını xahiş etmişdir.
15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi şikayəti qeyri-mümkün hesab etməklə müdafiə hüququnu məhdudlaşdırmışdır Həmin şikayətin məzmunundan da görünür ki, ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin qərardadından şikayət verilərkən qeyd edilmişdir ki, şikayətin qanunla nəzərdə tutulmuş müddətdə göndərilməməsinə səbəb elektron məhkəmə sistemində donmalar və dayanmaların baş verməsi olmuşdur Bu halın isə cavabdeh MTKnın nümayəndəsindən asılı olmayan səbəb olması və həmin halın üzrlü hesab edilməli olması birbaşa qeyd edilib. Şikayətin məzmununda da qeyd edilib ki, hətta bununla bağlı elektron məhkəmə sisteminə rəsmi müraciət edilib. Lakin birinci instansiy a məhkəməsi elektron məhkəmə sistemində olan dayanma halları ilə əlaqədar şikayəti vaxtında göndərə bilməməyi nəzərə almamış, üzrlü hesab etməmişdir. Halbuki MPM-nin 133.1-ci maddəsinin tələbinə görə, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxslərin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Mülki Məcəllənin 17.1-ci maddəsinin tələbinə görə, bütün dövlət hakimiyyət orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Məhkəmə isə qərardaddan verilmiş şikayəti əsassız dəlillərlə qeyri-mümkün hesab etməklə bu maddənin tələbini pozmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
16. Maddə 361.1. Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktın ı düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı.
17. Maddə 363.1.1-1. əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə Apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır.
18. Maddə 364.1. Birinci instansiya məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apellyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir.
19. Maddə 366.1. Apell yasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir.
20. Maddə 366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər.
21. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
22. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yox lanılmalıdır.
23. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
24. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:
25. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmu ş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
26. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı cavabdeh tərəfindən tam mübahisələndirildiyindən kassasiya baxışının predmetini həmin qərardadın tam hissədə qanuniliyinin yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərardadın ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada və m əzmunda verilməlidir. Şikayətin məzmunu Mülki Prossesual Məcəlləsinin 361.1-ci maddənin tələblərinə uyğun deyildir. Şikayət olunan qətnamə və ya qərardad çıxarılarkən düzgün tətbiq edilmədiyi iddia edilən hər bir maddi hüquq norması sıralanmaqla göstərilməli, göstərilmiş hər bir normanın qarşısında düzgün tətbiq edilməmənin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verilməlidir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 şikayətdə prosessual hüquq normalarını sadalasa da, qərardad qəbul edilərkən prosessual hüquq normasının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğuna dair mövqeni aydın şəkildə ifadə edən izah verməmişdir. Həmçinin apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin “Əlavə 2”də təsbit edilmiş formasına uyğun olaraq tərti b edilməmiş, orada ardıcıl olaraq doldurulması zəruri olan müvafiq başlıqlı qrafalar tam doldurulmamışdır. Bu isə apellyasiya şikayətinin qaytarılması üçün əsasdır.
29. Məhkəmə kollegiyasının mövqeyinə görə apellyasiya instansiyası məhkəməsi əsaslı olaraq apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qənaətə gəlmişdir.
30. Yuxarıda qeyd olunanlara əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz.
31. Məhkəmə kollegiyası həmçinin izah edir ki, Mülki Prossesual Məcəlləsinin 363.4cü maddəsinə əsasən həmin Məcəllənin 363.1.1 və 363.1.2-ci maddələrində göstərilmiş hallar aradan qaldırıldıqdan sonra şikayəti vermiş şəxs ye nidən məhkəməyə ümumi qaydada apellyasiya şikayəti ilə müraciət edə bilər.
32. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hər hansı maddi və prossesual hüquq normalarının pozulmasına yol verilmədiyindən kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1826/2024 nömrəli, 09 avqust 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.