Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-396/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC “B” KB-nin cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi və sair tələbi barədə” iddia ərizəsi əsasında icraatı başlanmış mülki iş üzrə Xəz ər Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 27.08.2019-cu il tarixli qərardad ilə iddia baxılmamış saxlanılmışdır. İddiaçı QSC “B” KB-nin nümayəndəsi vəsatətlə Rayon Məhkəməsinə müraciət edərək 27.08.2019-cu il tarixli qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Xəzər Rayon Məhkəməsi iddiaçı QSC “B” KB-nin nümayəndəsinin vəsatətinə baxaraq 30.08.2019-cu il tarixdə qəbul etdiyi qərardadı ilə 27.08.2019-cu il tarixli qərardadı ləğv etmiş və iş üzrə məhkəmə baxışı iclasını təyin etmişdir. Cavabdeh Məryam İsmayılova 30.08.2019-cu il tarixli qərardaddan şikayət verərək həmin qərardadın ləğv edilməsini və iddiaçı “B” KB-nin nümayəndəsinin vəsatətinin təmin edilməməsini xahiş etmişdir. Şikayətə baxmış Xəzər Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi 06.09.2019-cu il tar ixli qərardadı ilə şikayəti təmin etməmiş və baxılması üçün şikayəti, mülki işlə birlikdə, Bakı Apellyasiya Məhkəməsinə göndərmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi M.A.Məmmədov, hakimlər Ş.Ə.Məhərrəmova və E.Y.Şamayev) Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 30 avqust 2019-cu il tarixli qərardadından Cavabdeh1 verdiyi şikayət üzrə apellyasiya şikayətinin qeyri-mümkün hesab edilməsi və şikayətin mülki işlə birlikdə Xəzər Rayon Məhkəməsinə qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərardadından Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh1 nümayən dəsi və vəkili Vəkil kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışdır ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-24/2019 saylı 30 avqust 2019-cu il tarixli qərardadı işin gələcək gedişini birbaşa dəyişdiyini, yəni baxılmamış saxlanılan işin təzələnərək, yenidən baxılması kimi mahiyyəti böyük qərardaddan şikayət verilməsi nəzərə alınmamışdır. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12939/2019 saylı 01 oktyabr 2019-cu il tarixli qərardadının ləğv edilib şikayətin mümkün hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəf lərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, kassasiya şikayəti təmin edilmədən Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası hesab etmişdir ki, şikayət üzrə apellyasiya icraatı qeyri-mümkündür. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 267-ci maddəsinin mənasına görə, məhkəmə tərəfindən ayrıca akt şəklində qə bul edilmiş qərardadlardan şikayət verilə bilər, lakin bu zaman nəzərə alınmalıdır ki, şikayətin verilməsi halları MPM-də nəzərdə tutulmuş olsun. MPM-nin 395-ci maddəsinin mənasına görə, işdə iştirak edən şəxslər qətnamədən ayrılıqda birinci instansiya məhkəmələrinin qərardadlarından o halda şikayət verə bilərlər ki, şikayətin verilməsi MPM-də nəzərdə tutulsun və ya qərardad işin sonrakı hərəkətinə mane olsun. Birinci instansiya məhkəmələrinin digər qərardadlarından şikayət verilmir. İşdə iştirak edən şəxslər bu qərardadlardan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, “iddianın baxılmamış saxalanılması barədə qərardadın ləğv edilərək, işin məhkəmə baxışına təyin edilməsi barədə” qərardaddan şikayətin verilməsi MPM-də nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticədən görünür ki, sözügedən qərardad işin sonrakı hərəkətinə mane olmur. Belə olan halda qeyd edilən qərardaddan şikayət verilə bilməz, verilsə də həmin şikayət üzrə icraat qeyri-mümkündür. Buna baxmayaraq Xəzər Rayon Məhkəməsi şikayətə qiymət vermiş, onu təmin etməmiş və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur. MPM-nin 366.2-ci maddəsinə görə, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilməli və şikayət mülki i şlə birlikdə Rayon Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Kollegiya qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi “iddianın baxılmamış saxalanılması barədə qərardadın ləğv edilərək, işin məhkəmə baxışına təyin edilməsi barədə” qərardaddan şikayətin verilməsinin MPM-də nəzərdə tutulmadığı və qərardadın işin sonrakı hərəkətinə mane olmadığını qeyd edərək düzgün qənaətə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti əsassızdır. Apellyasiya instansiyası məhkəməsinin qərardadı hüquq normalarının tələblərinə uyğun, qanuni və əsaslı olmaqla iş üzrə düzgün hüquqi nəticəyə gəlinmiş, kassasiya şikayətinin dəlilləri məhkəmə qərardadının ləğv olunmasına əsas vermir. Ona görə də kassa siya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-396/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-396/2020
22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver