Məhkəmə qərarları › İş №2(102)-3960/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3960/2020

29.07.2020 · Sair mülki iş - Qanunsuz tikilinin sökülməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3960/2020 29.07.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, İddiaçı, nümayəndəsi X2, vəkili və eyni zamanda nümayəndəsi X3 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsindən İddiaçı, nümayəndəsi və vəkili X4 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1 (3-cü şəxslər: Pirallahı Rayon İcra Hakimiyyəti və Pirallahı Rayon Bələdiyyəsi) qarşı iddia qaldıraraq (sonradan iddia tələbinin həcmi artırılmışdır), Cavabdeh tərəfindən X qarşısında həyata keçirilmiş qanunsuz tikilinin, yəni qaynaq sexinin onun öz hesabına sökülməsi və həmin ərazidən köçürülməsi və cavabdeh tərəfindən maneələrin aradan qaldırılması, Cavabdeh hərəkətlərində Azərbaycan Respublikasının CM-in 188-ci maddəsinin (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma) əlamətləri mövcud olduğundan barəsində xüsusi qərar çıxarılması və bu barədə prokurora xəbər verilməsini xahiş etmişdir. Pirallahı Rayon Məhkəməsinin (hakim R.Mustafayev) xx xxxx 2018-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-E.Kazımov (sərlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) xx xxxx 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə Pira llahı Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın (hakimlər V.İbayev (sədrlik edən və məruzəçi), Ə.Mirzəliyev və Ə.Əliyev) X nömrəli, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və iş apelyasiya qaydasında yenidən baxılması üçün qaytarılması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Hüseyn (sərlik edən və məruzəçi), E.Nəbiyev və R.Qurbanov) xx xxxxxx 2019-cu il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin X nömrəli, xx xxxx 2018-ci il tarixli qətnaməsi ləğv edilməsi, iddia tələbi qismən təmin edilməsi, Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan İddiaçı maneələrin törədilməsi (işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin) cavabdeh X1 qadağan edilməsi, iddia tələbi qalan hissədə təmin edilməməsi qət edilmişdir. İddiaçı, nümayəndəsi və vəkili X4 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassas iya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə kollegiyası, qətnaməni tərəfin mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı, nümayəndəsi x, nümayədnsəsi və vəkili xkassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Mül ki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi iş materiallarını araşdıraraq aşağıdakıları müəyyən etmişdir. Ali Məhkəmənin xx xxxxxx 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, ilkin olaraq İddiaçı cavabdeh X1 qarşı xn qarşısında yerləşən qaynaq sexinin sökülərək həmin ərazidən köçürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Mülki işin 87-ci səhifəsində “tələbin dəqiqləşdirilməsi və artırılmasına dair” ərizə əlavə edilmişdir. Həmin ərizə iddiaçının nümayəndəsi X4 tərəfindən imzalanmışdır. Mülki işdə xun iddiaçının nümayəndəsi olmasını təsdiq edən etibarnamə mövcud deyildir. Mülki işin 81-ci səh ifəsində xun İddiaçı vəkil kimi hüquqi yardım göstərməsini təsdiq edən order mövcuddur. Mülki işdə müvafiq etibarnamə olmadığına görə xun iddia tələbini artırmaq barədə ərizəni imzalaması hüquqi nəticələr yarada bilməzdi. Buna baxmayaraq birinci instansiya məhkəməsi “iddia tələbinin dəqiqləşdirilməsi və artırılması barədə” ərizəni müzakirə etmiş, lakin ərizənin qəbul edilməməsinə heç bir münasibət bildirməmişdir. Həmin tarixdən sonrakı qərardadlarında mülki işin “tikilinin sökülərək köçürülməsi”nə aid olmasını qeyd etmiş, xx.xx.2018ci il tarixli qətnaməsində də iddia tələbinin artırılması barədə ərizəyə də istinad etmişdir. Birinci instansiya məhkəməsi qətnamənin qət etdi hissəsində göstərmişdir ki, “İddiaçı üçüncü şəxslər Pirallahı Rayon İcra Hakimiyyəti və Pirallahı rayon Bələdiyyəsi cəl b olunmaqla cavabdeh X1 qarşı “tikilinin sökülərək köçürülməsi” tələbi təmin edilməsin. Beləliklə birinci instansiya məhkəməsinin qətnaməsində artırılmış iddia tələbinə baxılıb-baxılmaması tam aydınlaşdırılmamış, hər halda “tikilinin sökülərək köçürülməsi” tələbi rədd edilmişdir. Apelyasiya instansiya məhkəməsi iş üzrə qərardad və qətnaməsində bəzi hallarda iddia tələbinin “tikilinin sökülərək köçürülməsi”, bəzi hallarda isə “iddia tələbinin dəqiqləşdirilməsi və artırılmasına dair” tələblər qeyd olunmuş, beləliklə hansı iddia tələbinə baxılması dəqiqləşdirilməmişdir. İş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır və həmin ünvanda da yaşayır. İddiaçının evinin qarşısında 3 ildir ki, qaynaq sexi (iddiaçı belə iddia edir) fəaliyyət göstər ir. İddiaçı qeyd edir ki, həmin sexin fəaliyyəti nəticəsində səs-küy yaranır, natəmizlik olur, ətrafa müxtəlif qoxu və zərərli maddələr yayılır. Həmçinin evin qapısına yaxın olduğundan gediş-gəlişlərinə də maneəçilik törədir. Bu səbəbdən sexin sökülərək ərazidən köçürülməsini və maneələrin aradan qaldırılmasını xahiş edir. Ali məhkəmənin qərarında iddia göstərilən tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə bağlı yeni apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi X4 iddiaçı tərəfindən ona verilmiş xx.xx.2018-ci il tarixli etibarnaməni təqdim etmiş (etibarnamədə iddia ərizəsinin imzalanması səlahiyyəti göstərilmişdir), həmçinin iddiaçı tərəfindən onun nümayəndəsinin təqdim etdiyi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə bağlı hər hansı etiraz bildirilməmişdir. Həmçinin iddiaçın ın maneələrin aradan qaldırılması tələbinin nədən ibarət olması dəqiqləşdirilmiş, iddiaçının nümayəndəsi xmaneələrin aradan qaldırılması dedikdə laqundanın işlədilməsinin, səs-küyün, dəmir darvazaların qapının ağzına yığılmasının və s. qarşının alınmasını nəzərdə tutduqlarını bildirmişdir. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı qeyd olunan yaşadığı evə dair mülkiyyət hüququna malik olmasına dair hər hansı bir sənəd təqdim etməsə də həmin evdə qeydiyyatda olmaqla yaşaması mübahisəsiz haldır. Cavabdehə məxsus sex (emalatxana) isə iddiaçıya məxsus evin darvazası ilə üzbəüzdə yerləşir. xx.xx.2019-cu il tarixdə keçirilən yerində müayinə zamanı cavabdehə məxsus avtomobil təmiri emalatxanasının olduğu müşahidə edilmişdir. Emalatxananın içində və qarşısında təmir olunan avto mobillər mövcuddur. Emalatxananın yan divarı ilə iddiaçıya məxsus evin darvazası arasındakı məsafə təxminən 5 metr təşkil edir. Evlə darvaza arasındakı məsafə təxminən 20-25 metr təşkil edir. İş materialarından görünür ki, birinci instansiya məhkəməsi tərəfindən bir-neçə dəfə iş üzrə Fonospetik və Fiziki-Kimyəvi ekspertizası təyin edilsə də müxtəlif səbəblərdən rəy verilməsi mümkün olmamışdır. İş materiallarında Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli X saylı məktubda qeyd olunur ki, keçirilmiş baxış zamanı məlum olmuşdur ki, iddiaçının mənzili ilə Cavabdeh avtomobillərin təmiri sexi arasında məsafə təxminən 34 metrdir. Baxış zamanı sexdə bir neçə dəmir qapı listləri, xırda dəmir detallar, 1 ədəd q aynaq aparatı, 1 ədəd daş/dəmir kəsici avadanlıq (“laqunda”) aşkar olunmuşdur. Qərardada əsasən X ünvanda səs-küyün səviyyəsi, dəmir tozunun və manqan aerozolunun havada miqdarı ölçülmüş, ölçmələrin nəticələrinə görə iddiaçının mənzilində səs-küy səviyyəsi 33 dBA olmaqla yol verilən hədd (40 dBA) daxilində olmuşdur, dəmir tozu və manqal aerozolu aşkar olunmamışdır. Səs-küy ölçülməsi zamanı Cavabdeh təklif olunmasına baxmayaraq, o “laqunda” avadanlığının işlədilməsindən imtina etmişdir. Cavabdeh tərəfindən laqunda işlədilərkən iddiaçı tərəfindən aparılmış çəkilişdən də görünür ki, laqunda işlədilərkən iddiaçının hətta evinin içində də eşidilir. Məhkəmə iclasında cavabdeh hər nə qədər laqunda işlətmədiyini qeyd etsə də iş materiallarının araşdırılması göstərir ki, iddiaçının maneələrin arada n qaldırılması ilə bağlı tələbinin əsasını da məhz elə yüksək səsin olmasıdır. Həmçinin Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli X saylı məktubda qeyd olunanlardan belə məlum olur ki, cavabdeh oradan qaynaq sexi kimi istifadə etmiş və laqunda da sexdə mövcud olmuşdur. Məktubda cavabdehin laqundadan istifadə etməsinə etiraz edildiyi qeyd olunur. Həmin məktubda laqunda işlədilmədiyi təqdirdə səs-küy səviyyəsinin 33dBA olduğu göstərilir ki, hər nə qədər məhkəmə xüsusi biliyə malik olmasa da təqdim olunan video görüntü və qeyd olunan məktuba istinadən belə nəticəyə gəlməyə əsas verir ki, laqunda işlədildiyi təqdirdə səs-küy səviyyəsi yol verilən həddən yuxarı olacaqdır. Azərbaycan Respublikası Mülki Məc əlləsinin 170.2-ci maddəsində qeyd olunur ki, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. İddia tələbinin qaynaq sexinin cavabdehin hesabına sökülməsi və həmin ərazidən köçürülməsi hissəsi ilə bağlı apelyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.4-cü maddəsində göstərilir ki, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. MM-in yuxarıda qeyd olunan normasından da göründüyü kimi özbaşına tikilinin sökülməsini tələb etmək hüququ maraqlarına toxunduğu halda müvafiq icra hakimiyyəti orqanlarına, ya da maraqlı tərəfə verilmişdir. Kollegiya apelyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq bildirir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir və iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilməd ən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmədən saxlanlsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar