Məhkəmə qərarları › İş №2(102)-3963/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3963/2025

04.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kre
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3963/2025 04.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinin ilkin satış qiyməti, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Xıdırov Əhliman Mehman oğlundan və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2025-ci il tarixli, 2(107)961/2025 nömrəli qətnaməsindən Cava bdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. Balakən rayonunun XXX kəndində yerləşən 0,2232 ha torpaq sahəsi və üzərindəki fərdi yaşayış evi Cavabdeh1 adına mülkiyyət hüququ üzrə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. 2. 30 aprel 2014-cü il tarixli ipoteka müqaviləsi ilə həmin daşınmaz əmlak İddiaçı QSC və Cavabdeh1 arasında bağlanmış 13 fevral 2013-cü il tarixli Kredit xətti müqaviləsi və həmin müqavilənin ayrılmaz hissəsi olan kredit razılaşmaları üzrə borcalananın öhdəliklərinin icrasının təmin edilməsi üçün bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin dəyəri tərəflərin qarşılıqlı razılığı ilə 18823,20 manat müəyyən edilmişdir.

3. Balakən Rayon Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 19R000003094 saylı kredit razılaşması üzrə 20169,93 ABŞ dolları əsas kredit borcunun, 9129,4 ABŞ dolları faiz borcunun və 20 ABŞ dolları cərimə borcunun, ümumilikdə 29319,33 ABŞ dolları borcun ödəniş günü Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən ABŞ dollarının Azərbaycan manatına nisbətdə müəyyən olunmuş məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə ödənilməsi qət edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Balakən Rayon Məhk əməsinin 27 noyabr 2019-cu il tarixli, 2(019)-618/2019 nömrəli qətnaməsi ilə Cavabdeh1 müştərək qaydada 19R000003094 saylı kredit razılaşması üzrə 20169,93 ABŞ dolları məbləğində əsas borc, 9129,4 ABŞ dolları məbləğində faiz borcu və 20 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 29319,33 ABŞ dollarının, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21,05 manat məbləğində dövlət rüsumunun, məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ünvan 1inə xüsusi mülkiyyətdə olan 0,2232 ha torpaq sahəsinə və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, ünvan 1inə xüsusi mülkiyyətdə olan 0,2232 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin açıq hərracdan satılması, 29319,33 ABŞ dolları məbləğində borcun, ödənilmiş 21,05 manat dövlət rüsumunun, hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1 ümumi qaydada tutulması, ünvan 1inə xüsusi mülkiyyətdə olan 0,2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1inə xüsusi mülkiyyətdə olan 0,2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia belə əsaslandırmışdır ki, ipoteka saxlayan İddiaçı QSC cavabdeh ipoteka verən Cavabdeh1 “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.2- ci bəndində uyğun olaraq 21 aprel 2022-ci il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron X idmətlər Portalı vasitəsi ilə 21 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsinə təqdim olunmuş və həmin idarədə qeydiyyata alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 18 saylı Ərazi İdarəsində qeydiyyata alınması üçün 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı ödəmişdir.

6. Birinci instansiya məhkəməsinə təqdim olunmuş "xxxx" MMC-nin 17 yanvar 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, ipoteka predmetini təşkil edən ünvan 1ində yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 43000 manat, ünvan 1ində yerləşən 0,2232 ha torpaq sahəsinin ilkin satış qiyməti 25000 ma nat müəyyən edilmişdir. 7. "xxxx" MMC-nin 18 avqust 2023-cü il tarixli mütəxəssis rəyinə əsasən, ipoteka predmetini təşkil edən ünvan 1ində yerləşən fərdi yaşayış evinin bazar dəyərinin 42000 manat, likvid dəyərinin 36000 manat, ünvan 1ində yerləşən 0,2232 ha torpaq sahəsinin bazar dəyərinin 11000 manat, likvid dəyərinin 9500 manat olması müəyyən edilmişdir. 8. "xxxx" MMC tərəfindən 30 may 2025-ci il tarixdə verilmiş mütəxəssis rəyinə görə, aparılmış hesablamalara və təhlillərə əsasən 30 may 2025-ci il tarixinə ünvan 1i ünvanında olan 0,2232 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 312,30 kv.m ümumi sahəsi olan 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin torpaq sahəsi ilə birlikdə bazar dəyəri 97900 manat, likvid dəyəri 78000 manat təşkil edir.

9. Balakən Rayon Məhkəməsinin 07 iy ul 2025-ci il tarixli, 2(019)-13/2025 nömrəli qərardadı ilə iddia tələbinin icraatına “ünvan 1inə xüsusi mülkiyyətdə olan 0,2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ünvan 1inə xüsusi mülkiyyətdə olan 0,2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə istifadə hüquqlarının itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evinin boşaldılması və alıcıya təhvil verilməsi”nə aid hissədə xitam verilmişdir.

10. Balakən Rayon Məhkəməsinin 07 iyul 2025-ci il tarixli, e-2(019)-13/2025 nömrəli qətnaməsi ilə (hakim H.Səlimov) iddia qismən təmin edilərək, Cavabdeh1 19R00000 3094 saylı kredit razılaşması üzrə 20169,93 ABŞ dolları məbləğində əsas borcun, 9129,4 ABŞ dolları məbləğində faiz borcunun və 20 ABŞ dolları məbləğində cərimə borcunun, cəmi 29319,33 ABŞ dollarının qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının (Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə), məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 21,05 manat məbləğində dövlət rüsumunun, hazırda məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ünvan 1ində xüsusi mülkiyyətdə olan 0,2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinə yönəldil məsi, ünvan 1i ünvanında, xüsusi mülkiyyətdə olan 0,2232 ha torpaq sahəsinin və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin 78000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması, 29319,33 ABŞ dolları məbləğində borcun (qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə), ödənilmiş 21,05 manat dövlət rüsumunun, ödənilmiş 100 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının həmin əmlakın hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləği n Cavabdeh1 ümumi qaydada tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 269.5, 295, 317.2, 319.1, 399.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 445.2.1, 448.1, 448.2, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 34.1, 34.1.1, 34.1.3, 39.3, 39.3.1, 39.3.2, 39.3.3, 41.1, 59.3, 59.3.1, 59.3.2, 59.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

12. Cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi və iddianın ipoteka predmetinin dəyərinin müəyyən edilməsi hissəsində araşdırma aparılmaqla qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apel lyasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə işin hallarına düzgün hüquqi qiymət verməmiş, hakim qətnaməni qəbul edərkən maddi və prosessual hüquq normalarını pozmuş, o cümlədən, düzgün tətbiq etməmiş, sübutları tam araşdırmamış və nəticədə işin hallarına uyğun olmayan, qeyri-obyektiv qətnamə qəbul etmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən ipoteka predmetinin real bazar və likvid dəyərlərini aşağı müəyyən etmiş, torpaq sahəsi üzərində yerləşən tikililər nəzərə alınmadan ünvan 1ində xüsusi mülkiyyətdə olan 0,2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin dəyərini müəyyən etməklə mübahisəni düzgün həll etməmişdir. Belə ki, 0,2232 ha torpaq sahəsi üzərində çoxsaylı tikililər mövcuddur ki, belə olan halda 0,2232 h a torpaq sahəsinin dəyəri əmlaklarla birlikdə artmış olur. Məhkəmə isə ipoteka predmetini dəyərləndirərkən torpaq sahəsi üzərində yerləşən digər tikililəri nəzərə almadan ipoteka predmeti olan daşınmaz əmlakları dəyərini real bazar qiymətlərindən aşağı qiymətləndirmiş və bu barədə qətnamə çıxarmışdır.

14. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2025-ci il tarixli, 2(107)-961/2025 nömrəli qətnaməsi ilə (hakim E.Hüseynovun sədrliyi və məruzəsi ilə, hakimlər Z.Sadiqov və Ə.Kərimov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

15. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya məhkəməsi, apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, tərəflə r arasında bağlanmış ipoteka müqaviləsində onların qarşılıqlı razılaşması əsasında ipoteka predmetlərinin qiyməti 18823 manat həddində müəyyən edilmişdir.

16. Eyni zamanda cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 əmlakın qiymətinin daha da yüksək olduğunu bildirsə də, bu xüsusatı təsdiq edən və qiymətləndirici tərəfindən verilmiş rəyi şübhə altına ala biləcək sübutları (məsələn: başqa qiymətləndiricinin rəyini) işə baxan məhkəmələrə təqdim etməmişdir.

17. Apellyasiya kollegiyası apellyasiya şikayətinin məhkəmənin ipoteka predmetini dəyərləndirərkən torpaq sahəsi üzərində yerləşən digər tikililəri nəzərə almaması barədə dəlili ilə bağlı qeyd etmişdir ki, istər tərəflər arasında bağlanmış ipoteka müqaviləsində, istərsə də Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyes trindən Çıxarışda yalnız xüsusi mülkiyyətdə olan 0,2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edildiyi göstərilmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini əsaslandırarkən Mülki Məcəllənin 14.2.1, 269.5, 295, 317.2, 319.1, 386.1, 399.1, 442, 448.1, 448.2, 739.1, 739.2-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 33, 39.1, 39.3.3, 41.1, 47.4-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:

19. Cavabdeh1 kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2025-ci il tarixli, 2(107)-961/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Məcəllənin 319, 385, 386, 442, 445-ci, “İpoteka haqqında” Qanunun 39, 41-ci, Mülki Prosessual Məcəllənin 88-ci maddələri pozulmuşdur.

21. Belə ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işə baxarkən ipoteka predmetinin real bazar və likvid dəyərlərini aşağı müəyyən etmiş, torpaq sahəsi üzərində yerləşən tikililəri nəzərə almadan, ünvan 1ində xüsusi mülkiyyətdə olan 0,2232 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa olunmuş 2 mərtəbəli, 5 otaqlı fərdi yaşayış evinin dəyərini müəyyən etməklə mübahisəni düzgün həll etməmişdir. Belə ki, torpaq sahəsi üzərində çoxsaylı tikililər mövcuddur ki, belə olan halda bu torpaq sahəsinin dəyəri əmlaklarla birlikdə artmış olur. Apellyasiya instansiyası məhkəməsində cavabdeh təkrar qiymətləndirmə təyin edilməsini, qiymətləndiricinin rəyi ilə müəyyən edilmiş qiymətin əmlakın real dəyərini əks etdirmədiyini və əmlakların əsassız olaraq həddindən aşağı qiymətləndirildiyini göstərsə də, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verməmiş, apellyasiya şikayəti əsassız olaraq təmin edilməmişdir.

22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

23. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:

24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhk əməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

25. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən bütövlüklə mübahisələnd irildiyindən, hazırkı kassasiya baxışının hədlərini bu qətnamənin maddi və prosessual hüquq normalarına uyğunluğunun tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: 26. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun (mübahisəli hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olmuş redaksiyada) 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.

27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar ü zrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

29. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin hazırkı şikayətinin dəlillərinə oxşar apellyasiya şikayətinin dəlilləri üzrə tam və hərtərəfli araşdırma aparmış və gəldiyi nəticəni iş üzrə alınan ekspert rəyləri ilə əsaslandırmışdır.

30. Kassasiya şikayətinin dəlilləri aşağı instansiya məhkəmələrinin qətnamələrinin qəbulu zamanı istinad etdikləri mütəxəssis rəyinin əsassız olmasına yönəldilmişdir.

31. Halbuki, iş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsinə bir neçə mütəxəssis rəyi təqdim olunmuş və məhkəmə, ipoteka predmetinin ilkin satış qiymətini ən yüksəkini müəyyən edən, yəni cavabdehin maraqlarına daha uyğun olan rəyi əsas götürərək, qətnaməsində bu rəyə istinad etmişdir.

32. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmənin ipoteka predmetinin ilkin satış qiymətini müəyyən edərkən istinad etdiyi "xxxx" MMC-nin 30 may 2025-ci il tarixli mütəxəssis rəyi məhz Cavabdeh1 sifarişi əsasında tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur.

33. Hazırda cavab deh tərəfindən kassasiya qaydasında həmin mütəxəssis rəyi mübahisələndirilsə də, onun düzgün olmamasını təsdiq edən sübut işin faktiki hallarını araşdıran məhkəmələrə təqdim olunmamışdır.

34. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.

35. Həmçinin nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından, kassasiya şikayətinin ekspert rəyinin əsassızlığı ilə bağlı dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndiril məsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya rəylə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər.

36. Odur ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətini alınmış mütəxəssis rəy əsasında müəyyən etməklə, Azərbaycan Respublikası MPM-in 88 və 103-cü maddələrinin tələblərinə riayət etmişdir.

37. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.

38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 30 sentyabr 2025-ci il tarixli, 2(107)-961/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar