Məhkəmə qərarları › İş №2(102)-3964/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3964/2024

12.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3964/2024 12.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ (kateqoriya: torpaq sahəsindən çıxarılma, özbaşına tikilinin sökülməsi və müdaxilələrə son qoyulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (məruzəçi), Əliyev Zaur Əli oğlundan və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma, tikilinin sökülməsi və müdaxilələrə son qoyulması” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-36/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhk əmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Şəmkir rayon Aqrar İslahat Komissiyasının 27 avqust 1999-cu il tarixli 68 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə Şəmkir rayonu ərazisində 0,06 ha həyətyanı torpaq sahəsi ayrılmış, bu barədə iddiaçıya xx.xx.2003-cü ildə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə (JN 3247A) verilmişdir.

2. İddiaçı torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Ərazi İdarəsinə müraciət etmiş, torpaq sahəsinin cənubunda olan 0,0011 ha hissəsinin qonşu tərəfindən mişar daşı ilə hasarlanması əsası ilə qeydiyyatın aparılmasından imtina edilməsi barədə bildiriş verilmişdir.

3. İşdəki RX seriyalı ******* saylı daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi və yerləşdiyi 0,06 ha torpaq sahəsi üzərində xx.xx.2016-cı ildə Cavabdeh xüsusi mülkiyyət hüququ qeydə alınmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəmkir rayonu Şeyidlər kəndində ona məxsus olan 0,06 ha torpaq sahəsindəki qanunsuz tikilinin sökülməsi, Cavabdeh torpaqdan çıxarılması və ona yönəldilmiş qanunsuz müdaxilələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu Şeyidlər kəndində ona JN3247A kod 50401004 olan Şəmkir rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli, 68 saylı qərarı ilə, 0.06 ha torpaq sahəsi verilmişdir. O həmin torpaq sahəsini qanuni şəkildə əldə etmişdir. Bu barədə torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə də mövcuddur. O, həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı xx.xx.2021-ci il tarixdə ********** nömrəli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsinə müraciət etmiş və müraciətinə cavab olaraq bildirilmişdir ki, torpaq sahəsi üzərində ölçü işlərinin aparılması zamanı mübahisəli hal aşkar edilmişdir. Bundan başqa müayinə zamanı məlum olmuşdur ki, ona məxsus olan torpaq sahəsinin cənubunda olan qonşu tərəfindən 0.0011 ha hissəsi mişar daşı ilə hasarlanmışdır. Bu səbəbdən də ər izənin icrası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 11 saylı Şəmkir Ərazi İdarəsi tərəfindən mümkün olmamışdır. Şəmkir rayonu Şeyidlər kənd sakini Cavabdeh həmin torpaq sahəsini özbaşına tutaraq oranı hasarlamışdır. O cavabdehə dəfələrlə həmin torpaq sahəsindən könüllü olaraq hasarın sökülməsini təklif etsə də, lakin müsbət nəticə olmamışdır. Hazırda cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmişdir.

6. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi "xxxx" MMC-nin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən JN-3247A KOD50401004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı mülkiyyətində olan Şəmkir ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq s ahəsi ilə Cavabdeh faktiki istifadəsi kimi təqdim etdiyi 0,0639 ha torpaq sahəsi ilə üst-üstə düşmür. JN-3247A KOD50401004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə əsasında İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Seriya RX No 08989547 saylı, 26 avqust 2016-cı il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış əsasında Cavabdeh mülkiyyətində olan torpaq sahəsi ilə üst-üstə düşmür.

7. Şəmkir Rayon Məhkəməsinin 11 aprel 2024-cü il tarixli, 2(076)-46/2024 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Elşən Vəliyev)

8. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin mübahisəli torpaq sahəsinin zəbt edilməsi sübuta yetirilməmişdir.

9. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu; Mülki Məcəlləsinin 139.1, 146.1, 152.5, 157.2-ci; Torpaq Məcəlləsinin 66.2-ci; “İnsan hüquqları və azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayətində qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, o, məhkəməyə kifayət qədər sübut təqdim edərək ona məxsu s olan torpaq sahəsinin cavabdeh tərəfindən qanunsuz olaraq tutulub orada tikinti işlərinin aparılmasını bildirsə də, məhkəmə buna əhəmiyyət verməmişdir. DƏDRX-nin 11 saylı Ərazi İdarəsinin bildirişində göstərilmişdir ki, ona məxsus torpaq sahəsinin cənub tərəfinin 0,0011 ha hissəsi qonşu tərəfindən daş hasarla hasarlanmışdır. Bundan əlavə qətnamədə qeyd edilmişdir ki, guya ona və onun vəkilinin Nümayəndə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Əslində isə, iş materialları ilə tanış olduqda müəyyən olunur ki, 11 aprel 2022-ci il tarixə təyin edilmiş məhkəmə iclası barədə bildirişin ona göndərilməsini göstərən reyestr mövcud olsa da, həmin bildirişin ona çatd ırılmasını təsdiq edən sənəd iş materiallarında mövcud deyil. Onun nümayəndəsinə (vəkil) məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməmişdir. Bununla da məhkəmə prosessual qaydalara əməl etməmiş və çəkişmə prinsipini pozmuşdur. İşə baxan birinci instansiya məhkəməsi 04 mart 2022-ci il tarixli mütəxəssis rəyi mötəbər sübut kimi qiymətləndirmişdir. Hansı ki həmin rəy işin həqiqi və faktiki hallarına uyğun deyil. Mübahisənin əsas mahiyyətini təşkil edən suallara ümumiyyətlə cavab verilməmişdir. Bunu da ona görə etmişlər ki, 1-ci və 2-ci suallara DƏDRX-nin 11 saylı Şəmkir Ərazi İdarəsinin 15 mart 2021-ci il tarixli bildirişində tam və ətraflı cavab verilmişdir. Bundan əlavə RX ******* saylı xx.xx.2016-cı il tarixli hüquqların dövlət qeydiyyatı haqqında da əmlakın dövlət reyestrinin çı xarışı ilə iş materiallarında olan digər sənədləri müqayisə etdikdə görünür ki, Cavabdeh istifadəsində olan torpaq sahəsi onun mülkü olan torpaq sahəsindən çoxdur.

12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-632/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: İ.Həsənov (sədrlik edən və məruzəçi), L.Süleymanov və Ş.Rzaquliyev) apellyasiya şikayətinin qismən təmin edilməsi, Şəmkir Rayon Məhkəməsinin 11 aprel 2022-ci il tarixli 2(076)-46/2022 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və yeni qətnamə qəbul edilməklə, iddianın qismən təmin edilməsi, Cavabdeh JN-3247A KOD 50401004 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında İddiaçı məxsus Şəmkir rayonu Şeyidlər kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 6,23 kv.m hissəsindən çıx arılması və torpaq sahəsinin həmin 6,23 kv.m hissəsində Cavabdeh tərəfindən inşa edilmiş daş hasarın cavabdehin vəsaiti hesabına sökülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ekspertiza xərci olan 150 manat məbləğində pulun İddiaçı və Cavabdeh müştərək qaydada tutulması, mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş 190 manat vəsaitin 95 manat hissəsinin Cavabdeh tutularaq İddiaçı verilməsi, mütəxəssis rəyinin verilməsinə görə ödənilmiş qalan 95 manatın iddiaçıya aid edilməsi qət edilmişdir.

13. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə mühəndis texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 sentyabr 2023-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadə tnamə əsasında İddiaçı mülkiyyətində olan Şəmkir şəhəri ərazisində yerləşən 0.06 ha həyətyanı torpaq sahəsinin 8.3312 kv.m hissəsi daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında Cavabdeh tərəfindən istifadə edilir və aralarında çəkilmiş sərhəd boyunca 14.76 m uzunluğunda hasar inşa edilmişdir. Kompleks yerquruluşu xəritəsində sürüşmələr olduğu üçün İddiaçı mülkiyyətində olan torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan torpaq sahələri müəyyən hissələrdə üstüstə düşür. Ekspert rəyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi əsasında verilmişdir.

14. İş üzrə təkrar mühəndis texniki ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 m ay 2024-cü il tarixli ekspert rəyində qeyd olunmuşdur ki, iddiaçıya məxsus “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə göstərilmiş torpaq sahəsinin koordinatları onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Dövlət reyestrindən çıxarış əsasında iş üzrə Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin koordinatları onun faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Kompleks yerquruluşu xəritəsində sürüşmələr olduğu nəzərə alınaraq elektron məlumat bazasının yeni elektron uçot xəritəsinə əsasən “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında iş üzrə İddiaçı mülkiyyətində olan Şəmkir şəhəri ərazisində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə Cavabdeh mülkiyyətində olan torpaq sahəsinin 2.77 kv.m hissəsinin koordinatları üst-üstə düşür. Kompleks yerquruluşu xəritəsində sürüşmələr olduğunu nəzərə alınaraq elektron məlumat bazasının yeni elektron uçot xəritəsinə əsasən iş üzrə Cavabdeh istifadəsində olan torpaq sahəsinin 9 kv.m (8.3312 kv.m) hissəsinin koordinatlarının İddiaçı mülkiyyətində olan Şəmkir şəhəri ərazisində yerləşən 0,06 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.. Ekspert rəyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 11 saylı Şəmkir Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi əsasında verilmişdir.

15. Məhkəmə kollegiyasının iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesri publik hüquqi şəxsi 11 s aylı Şəmkir Ərazi İdarəsinin mütəxəssisi İlqar Məmmədov verilmiş suala cavab olaraq bildirmişdir ki, rəydə cavabdeh tərəfindən iddiaçıya məxsus torpağın 9 kv.m hissəsinin zəbt edilməsi qeyd edilmişdir. Qeyd edilən 9 kv.m (8.3312 kv.m) sahəyə cavabdehin mülkiyyətində olan, lakin iddiaçının mülkiyyətindəki torpaq sahəsi ilə üst-üstə düşən 2.77 kv.m hissə də daxildir. Cavabdeh tərəfindən iddiaçıya məxsus torpağın 9 kv.m hissəsinin zəbt edilməsi yeni elektron uçot xəritəsinə əsasən müəyyən edilir. Rəyi mövcud koordinatlar əsasında vermişdir. Həmçinin mütəxəssis suala cavab olaraq bildirmişdir ki, iddiaçıya məxsus torpağın 8.3312 kv.m hissəsinin zəbt kimi göstərilməsinə səbəb əvvəlki qərardadda qoyulmuş suala görə qeyd edilmişdir. Əslində iddiaçıya məxsus torpaq cavabdeh tərəfindən 9 kv.m hissə də faktiki istifadə edilir.

16. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş üzrə verilmiş ekspert rəyi və mütəxəssis İlqar Məmmədovun izahatının əlaqəli tədqiqi ilə müəyyən olunmuşdur ki, İddiaçı məxsus Şəmkir rayonu Şeyidlər kəndində yerləşən 0,06 ha həyətyanı torpaq sahəsinin 9 kv.m hissəsi faktiki olaraq Cavabdeh tərəfindən istifadə edilir. Eləcə də müəyyən olunmuşdur ki, İddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin koordinatları ilə Cavabdeh mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin koordinatları 2.77 kv.m hissədə üst-üstə düşür. Həmin üst-üstə düşən 2.77 kv.m hissə də İddiaçı mülkiyyətində olan, lakin Cavabdeh tərəfindən faktiki istifadə edilən 9 kv.m sahədə yerləşir.

17. Cavabdeh iş üzrə keçirilmiş ekspert rəylərinin düzgün olmadığını iddia etsə də, bun unla bağlı hər hansı bir əsaslı arqument irəli sürə bilməmişdir. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın kadastrı və ünvan Reyestri Xidmətinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli mütəxəssis rəyləri və həmin rəyə əlavə edilmiş tərəflərə məxsus torpaq sahələrinin ölçü planı ilə torpaq sahələrinin yerləşmə koordinatları və tərəflərin torpaq sahələrindən faktiki istifadə vəziyyətləri aşkar şəkildə müəyyən edilməklə, verilmiş rəylərin mötəbərliyi məhkəmə kollegiyasında hər hansı bir şübhə yaratmamışdır.

18. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, İddiaçı mülkiyyətində olan 0,06 ha torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0,06 ha torpaq sahəsinin koordinatlarının 2,77 kv.m hissədə üst-üstə düşməsi müəyyən olunur. Nəzərə almaq lazımdır ki, tərəflərə mə xsus qeyd olunan torpaqlara dair hüquqmüəyyənedici sənədlər hazırkı məqamda hüquqi qüvvədədir. Belə olduqda isə, tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşən 2,77 kv.m hissəsinin, əslində, tərəflərdən hansının mülkiyyətində olmasını, habelə hansı biri tərəfindən zəbt edilməsini müəyyənləşdirmək mümkün olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı mülkiyyətində olan 0,06 ha həyətyanı torpaq sahəsinin cavabdeh tərəfindən faktiki istifadə edilən 9 kv.m hissəsinə daxil olan torpaq sahələrinin üst-üstə düşdüyü 2.77 kv.m hissəsi Cavabdeh tərəfindən qanunsuz zəbt edildiyi kimi qiymətləndirilə bilməz.

19. Məhkəmə kollegiyası iddia tələbinin cavabdeh tərəfindən iddiaçıya məxsus torpaq sahəsinə edilən qanunsuz müdaxilələrə son qoyulması hissəsində qeyd etmişdir ki, İdd iaçı mübahisə predmeti olan torpaq sahəsinə cavabdeh tərəfindən edilən müdaxilələrə son qoyulmasını xahiş etsə də, lakin bu müdaxilələrin konkret nədən ibarət olmasını əsaslandırmamışdır. Odur ki, həmin hissədə iddia tələbi təmin edilə bilməz.

20. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu; Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 180-ci; Mülki Prosessual Məcəlləsinin 14.1, 77.1, 88, 119.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2024-cü il tarixli, 2(104)-36/2024 nömrəli qətnaməsini mübahisələndirilən hissələrdə ləğv edilməsi, işin yenidən baxılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh qanunsuz hərəkətləri nəticəsində iddiaçının ona məxsus torpaq sahəsindən sahiblik, istifadə, sərəncam hüquqları, qanunsuz mütəxəssis rəyləri və onun əsasında verilmiş ekspert rəyi əsasında iddiaçı faktiki olaraq mülkiyyətindən məhrum olmuşdur. Əlavə olaraq qeyd olunmuşdur ki Gəncə Apelyasiya Məhkəməsi özbaşına tikintinin cavabdehin hesabına sökülməsini qət etsə də, mülkiyyət hüququnun bərpası tam şəkildə həyata keçirilməmişdir. Belə ki, qanunsuz tikilinin eni və uzunluğu barədə mötəbər rəylər olmadığından həmin tikilinin tam şəkildə sökülməsi qət edilməmişdir. İşə baxan apelyasiya məhkəməsi iş materiallarında iddiaçının təqdim etdiyi mübahisənin həlli üçün zəruri olan sübutlara qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətində irəli sürdüyü dəlillərə tam münasibət bildirməmiş, ekspertizaların nəticələrini prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada qiymətləndirməmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin məhkəmələr tərəfindən düzgün və ədalətli həll edilməsini istisna edir. Təkrar ekspertizanın keçirilməsi Gəncə Apelyasiya Məhkəməsi tərəfindən təmin olunsa belə, nəzərə alınmamışdır ki, ekspert rəyləri sadəcə mütəxəssis rəylərini təsdiq edir. Mütəxəssis isə hər dəfə fərqli rəylər verməklə birbaşa məhkəmə qətnaməsinə təsir etmişdir. Göstərilənlərdən başqa digər pozuntu isə ondan ibarət olmuşdur ki, Şəmkir Rayon Məhkəməsi tərəfindən iş üzrə torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqiqatın dəyəri olan 406 manatın və ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsinin qət edilməsinə, apelyasiya şikayətinin isə qismən təmin edilməsinə baxmayaraq qətnamədə 406 manat barədə heç bir göstəriş qeyd edilməmiş, əksinə 406 manat ödəniş İddiaçı üzərində qalmışdır. Hesab edir ki, bu məsələyə də aydınlıq gətirilməlidir.

23. Kassasiya şikayətində Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə; Mülki Məcəlləsinin 152, 157.2, 157.4, 180-cü maddələrinə; Mülki Prosessual Məcəlləsinin 14.2, 64.1, 79.1, 97.1-ci maddələrinə istinad edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlill əri

24. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

25. Maddə 13 İ hissəsi. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

26. Maddə 29 İ və İİ hissələr. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 140.-Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qe yri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

28. Maddə 141.- Əgər daşınmaz əmlakın dövlət reyestrinin məzmunu torpaq sahəsi üzərində hüquqa və ya həmin hüququn məhdudlaşdırılmasına dair həqiqi hüquqi vəziyyətə uyğun deyildirsə, hüququ qeydə alınmamış və ya hüququ düzgün qeydə alınmamış şəxs, yaxud mövcud olmayan yüklənmə haqqında qeydin daxil edilməsi ilə hüququ pozulmuş şəxs daşınmaz əmlakın dövlət reyestrində qeyddə düzəlişin aparılması üçün belə düzəlişlə hüququna toxunulan şəxsdən razılıq verməsini tələb edə bilər.

29. Maddə 141.2.- Bu Məcəllənin 141.1-ci maddəsində nəzərdə tutulmuş hallarda daşınmaz əmlakın dövlət reyestrinin mötəbərliyinə qarşı etiraz edilə bilər.

30. Maddə

152. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Sahiblik hüququ dedikdə əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, istifadə hüququ dedikdə əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanı, Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

31. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

32. Maddə

180. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikil i, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və q urğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakt iki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır;

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Hazırkı kassasiya şikayətində qətnamə qismən-iddianın rədd edildiyi hissədə mübahisələndirildiyindən həmin hissədə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnam ənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir.

41. İddiaçı MM-nin 157.2-ci maddəsinə əsasən iddia irəli sürərək mülkiyyət hüququna əsaslanaraq cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və üzərində hasar inşa edilmiş sahənin üzərindəki qanunsuz tikili sökülməklə ona qaytarılmasını xahiş etmişdir.

42. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarında olan sübutlar, mütəxəssis rəyləri və ekspert rəyləri əsasında müəyyən edilmişdir ki, “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında iddiaçıya mülkiyyət hüququ ilə məxsus torpaq sahəsinin yalnız 6,23 kv.m hissəsi cavabdeh tərəfindən qanunsuz zəbt edilmiş və hasara alınmışdır. Tərəflərə məxsus torpaq sahələrinin üst-üstə düşən 2,77 kv.m hissəsi üzərində isə cavabdehin mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığından və həmin reyestr qeydi hazırda qüvvədə olduğundan iddiaçının tələbi həmin hissədə təmin edilə bilməz.

43. Məhkəmə kollegiyası qərarda istinad edilən maddi hüquq normalarının tələblərini nəzərə alaraq mübahisəli 2,77 kv.m torpaq sahəsinin cavabdeh tərəfindən zəbt edilmədiyi və onun üzərindəki tikilinin özbaşına tikili olmadığına dair iddianın bu hissədə əsassız olduğuna dair apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticəni qanuni və əsaslı hesab edir.

44. Kassasiya şikayətində prosessual pozuntu olaraq qeyd edilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən iddiaçıdan tutulmuş, torpaq sahələrinin inventarlaşdırılmasına dair aparılmış tədqi qatın dəyəri olan 406 manatla bağlı hər hansı qeyd etməmişdir. MPM-nin 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

45. Məhkəmə kollegiyası kassasiya şikayətində istinad edilən prosessual pozuntu ilə bağlı qeyd edir ki, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş mütəxəssis rəyinə görə birinci instansiyası məhkəməsi iddiaçıdan 406 manat pul tutsa da, həmin qətnamə ləğv edildiyindən və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində bu xərcin iddiaçıdan tutulması müəyyən edilmədiyindən iddiaçının hüquqlarını pozan və MPM-nin 418.3-cü maddəsinin tələbləri nə görə qətnamənin ləğv edilməsinə əsas olan prosessual pozuntuya yol verildiyi müəyyən edilmir.

46. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar mövcud deyil.

47. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-36/2024 nömrəli, 24 iyun 2024-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar