Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3964/2025 10.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ (Açar sözlər: borc müqaviləsi, öhdəliyin icra edilməməsi, tutmanın ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Baxışova Vüsalə Ələkbər qızından ibarət tərkibdə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülk i Kollegiyasının 2(103)-2659/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC (Vəkil3) və Cavabdeh2 (Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətlərinə 10 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. "xxxx" ASC və borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 12xx-xx-2017-AF-BP saylı, təminatlı krediti müqaviləsinə əsasən bank tərəfindən borcalana 223 ay müddətinə illik 8 % dərəcəsi ilə hesablanmaqla, mənzilin alınması üçün 215.500 manat məbləğində kredit verilmişdir. Borcverən Borcalana borcalan ilə Cavabdeh1 MTK arasında imzalanmış 11 iyul 2017-ci il tarixli ABB YM-14 müqavilənin predmeti olan mənzilin alınması üçün öhdəsinə götürmüşdür. 2. xx.xx. 2017-ci il tarixli Zaminlik müqaviləsinə əsasən, Cavabdeh1 MTK xx.xx.2017ci il tarixli 12-xx-xx-2017-AF-BP saylı kredit müqaviləsinə əsasən 215.500,0 manat məbləğində 223 ay müddətinə verilən kreditin və ona hesablanmış faizlərin qaytarılmasının təminatı kimi borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında cavabdehlik daşımağı və bu borcun özünün malik olduğu pul vəsaitləri, daşınar və daşınmaz əmlak bank vəsaitləri, qiymətli kağızlar və s. hesabına ödənilməsini öhdəsinə götürmüşdür.
3. Kredit müqaviləsinin təminatı kimi "xxxx" ASC ilə Cavabdeh2 arasında xx.xx.2021ci il tarixli Bakı şəhəri, Nərimanov rayon, X.Şuşinski küçəsi, ev 73, m 65 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 155,4 kv.m. olan mənzil (Seriya RX, № 1338833, qeydiyyat nömrəsi: ******* ***, qeydiyyat tarixi: xx.xx.2021) ipotekaya qoyulması barədə ipoteka müqaviləsi bağlanmış və müvafiq mənzil "xxxx" ASC-nin xeyrinə yüklü edilmişdir.
4. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nin Çıxarışına əsasən, ünvan 5 yeni qaydalarla: ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə yüklü edilmişdir. Yüklülüyün müddəti 223 aydır. 5. xx.xx.2022-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və MTK-ya ipoteka predmetinə yönəldilmə barədə bildiriş göndərilərək, kredit müqaviləsinə əsasən 209.173,11 manat əsas, 60.076,13 manat faiz borcunun mövcudluğu qeyd edilmiş və borcunun tam şəkildə ödənilməsi tələb edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
6. İddiaçı "xxxx" Aç ıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı, yaxud Bank) cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə (bundan sonra cavabdehlər, yaxud ad, soyadı, MTK) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və MTK-dan müştərək qaydada iddiaçı Bankın xeyrinə əsas borc üzrə 209.173,11 manat, faiz borcu üzrə 64.584,97 manat, cəmi 273.758,08 manat borcun, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişin DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsində qeydiyyata alınmasına dair 30,77 manat dövlət rüsumu və 15,68 manat xidmət haqqının cavabdehlərdən tutulması, Cavabdeh2 ipotekaya qoyulmuş ünvan 5, m. 65 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 155,4 kv.m. olan mənzildən istifadə hüquqlarına xitam verilməklə çıxarılması və mənzilin boşaldılması, Banka ipotekaya qoyul muş Cavabdeh2 mülkiyyətində olan ünvan 5, m. 65 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 155,4 kv.m. olan mənzilin ilkin satış qiymətinin müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh2 Banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, satışdan əldə olunan vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçı Banka ödənilməsi və ödənilmiş 563,76 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının cavabdehlərdən tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçı Bank iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 və MTK-dan iddiaçı Bankın xeyrinə 209.173,11 manat əsas borc, 78.250,97 manat faiz borcu, cəmi 287.424,08 manat borcun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
8. Daha sonra xx.xx.2024-cü il tarixdə iddiaçı Bank iddia tələbinin həcminin artırılması barədə ərizə verərək, cavabdehlər Cavabdeh2 və MTK-dan iddiaçı Bankın xeyrinə 12-xx-xx-2017-AFBP nömrəli xx.xx.2017-ci il tarixli Kredit müqaviləsinə əsasən 209.173,11 manat əsas, 0,04 manat cərimə faizi, 90.708,37 manat faiz borcu olmaqla, cəmi 299.881,52 manat məbləğindəki borcun tutulması, ipoteka qoyulmuş əmlaka tutmanın yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı ərazi idarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 30,77 AZN məbləğindəki dövlət rüsumu və 15,68 AZN xidmət haqqının cavabdehlərdən tutulması, 12-xx-xx-2017-AF-BP nömrəli xx.xx.2017-ci il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə Bank arasında bağlanan ünvan 5, m 65 (yeni qaydalarla: ünvan 3 ilkin satış qiyməti müəyyən edilməklə açıq hərracdan satılması və əldə olunmuş vəsaitin Cavabdeh2 banka olan kredit borcunun ödənilməsinə yönəldilməsi, Cavabdeh2 məxsus ipoteka qoyulmuş ünvan 5, m 65 (yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzilindən (Seriya RX, № 1338833, qeydiyyat nömrəsi: **********, qeydiyyat tarixi: xx.xx.2021) Cavabdeh2 istifadə hüquqlarına xitam verilməsi, mənzildən çıxarılmaları və mənzilin boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə, qalan məbləğin cavabdeh MTK və Cavabdeh2 tutularaq iddiaçı Banka ödənilməsi, məhkəməyə müraciət üçün ödənilmiş 589,68 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının cavabdehlər Cavabdeh2 və MTK-dan tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
9. Birinci instansiya məhkəməsində Cavabdeh2 izahat verərək kredit müqaviləsi üzrə borc olduğunu qəbul etdiyini, borcun ödənilməsi məqsədi ilə ona məxsus torpaq sahəsinin satıldığını və beh olaraq 3.000 manat ödənildiyini bildirmiş, hazırda sənədlər hazırlama mərhələsində olduğundan torpaq sahəsi satılan kimi banka gecikmə məbləğini ödəyəcəyini bildirmişdir.
10. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq və əmtəəşünaslıq ekspertizaları təyin edilərək müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5113 nömrəli ekspert rəyinə əsasən, xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-AF-BP saylı kredit m üqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixə 209.173,41 manat; faiz borcu üzrə 64.630,38 manat; xx.xx.2023-cü il tarixə əsas borc üzrə 209.173,41 manat, faiz borcu üzrə 71.928,21manatdır.
11. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 9/5113 nömrəli ekspert rəyinə əsasən, ünvan 5 yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri təqribən 428.900 manat, 10 % azalma tətbiq edilməklə həmin tikilinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri təqribən 386.000 manat məbləğində müəyyən edilir.
12. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 2(005)-31/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qərardadı ilə (hakim Mehriban Əfəndizadə) iddiaçı Bankın c avabdehlər Cavabdeh2 və MTK-ya qarşı “kredit müqaviləsi üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, mənzilin boşaldılması və s.” barədə iddia tələbinə tutmanın “ünvan 5, m. 65 (yeni qaydalarla ünvan 3 ünvanında yerləşən mənzilə yönəldildikdən sonra Cavabdeh2 istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılması və mənzilin boşaldılması hissəsində icraata xitam verilməsi qərara alınmışdır.
13. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(005)-31/2025 nömrəli, 24 yanvar 2025-ci il tarixli qətnaməsi ilə (hakim Mehriban Əfəndizadə) iddia qismən təmin edilərək, xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017AF-BP nömrəli kredit müqaviləsi üzrə 209.173,11 manat əsas borc, 60.076,13 manat faiz borcu; 0,04 manat cərimə borcu; ipotekaya qoyul muş əmlaka tutulmanın əmlaka yönəldilməsinə dair bildirişlərin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi 1 saylı Bakı Ərazi idarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 30,77 manat dövlət rüsumunun və 15,68 manat xidmət haqqının cavabdehlər Cavabdeh2 və MTK-dan iddiaçı Bankın xeyrinə tutulması, tutmanın xx.xx.2021-ci il tarixli ipoteka müqaviləsi ilə yüklü edilmiş ünvan 5 yeni qaydalarla: ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh2 verilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Cavabdeh2 və MTKdan müştərək qaydada tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin verilməsinə görə dövlət rüsumu kimi ödənilmiş 589,68 manat dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə uyğun 535 manatının cavabdehlər Cavabdeh2 və MTKdan müştərək qaydada tutulması, aparılmış mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun cavabdehlərdən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh2 müqavilələr üzrə şərtlərə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, Mülki Məcəllənin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkild ə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (Mülki Məcəllə, maddə 442). Halbuki, tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (Mülki Məcəllə, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməs i borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, mülki işin materiallarında olan xx.xx.2023cü il tarixli ekspert rəyi ilə əsas borcun məbləğinin 209.173,41 manat olduğu qeyd edilmişdir. İddiaçı tərəfindən iddia ərizəsində 209.173,11 manat məbləğində əsas borcun tutulması xahiş edilmişdir. Eyni zamanda cavabdehlərə göndərilən bildirişdə də eyni məbləğ qeyd edilmişdir.
16. Məhkəmə belə olan təqdirdə hesab etmişdir ki, iddia tələbi bu hissədə əsaslıdır və təmin edilməli, cavabdehlərdən əsas borcun əvəzi olaraq 209.173,1 1 manat məbləğində pul tutulmalıdır.
17. Birinci instansiya məhkəməsi faiz borcu ilə bağlı qeyd etmişdir ki, müqavilənin ləğv edilməsi institutu və bundan sonra faizlərin hesablanmasının mümkünsüzlüyü ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan birinin olduğu halda (digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallarda) müqavilənin ləğv edilməsi məhkəmədən kənar qaydada baş verir. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən şəraitin əhəmiyyətli dərəcədə dəyişməs i halında isə müqavilə həmin Məcəllənin 423.2-ci maddəsində nəzərdə tutulan xüsusi qaydada - məhkəmə qaydasında dəyişdirilir və ya ləğv edilir. Nəzərə alınmalıdır ki, müqavilədən imtinadan fərqli olaraq, müqavilənin ləğv edilməsi gələcəyə yönəlik olmaqla həmin anadək tərəflərin yaranmış olan hüquq və öhdəliklərini aradan qaldırmır, yalnız ləğv anından sonra tərəflərin müqavilə münasibətlərinə (ex nunc) xitam verilir. Lakin qeyd olunmalıdır ki, kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Odur ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öh dəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
18. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqelərdən göründüyü kimi, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəlir. Müqavilənin ləğv edildiyi anadək əsas borcla yanaşı, müqavilədə razılaşdırılmış (adi) faizlərin və cərimənin tələb edilməsi həmin əqdə əsasən mümkündür. Lakin borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir.
19. Məhkəmə belə olan təqdirdə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehlərdən pretenziya məktubunda göstərilən məbləğ – 60.076,13 manat məbləğində faiz borcu tutulmalıdır.
20. İddia tələbinin bildirişlərin 1 saylı Bakı Ərazi İdarəsində qeydiyyata alınmasına dair ümumilikdə ödənilmiş 30.77 manat məbləğində dövlət rüsumu və 15.68 xidmət haqqının ödənilməsi mülki işin materialları ilə təsdiqini tapdığından iddia tələbi bu hissədə də təmin edilməlidir.
21. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla eyni zamanda müəyyən edilmişdir ki, iddiaçı “Bank ilə Cavabd eh2 arasında bağlanmış xx.xx.2021 tarixli ipoteka müqaviləsinə əsasən, xx.xx.2017-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədi ilə, ünvan 5 yeni qaydalarla: ünvan 3 fərdi yaşayış evi iddiaçı Bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir.). Beləliklə, təqdim edilmiş sənədlərdən görünmüşdür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmişdir. Borclu iki dəfədən artıq əsas öhdəlik üzrə faizlərin və əsas borcun ödənilməsi müddətlərini pozmuş, bununla da ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda fərdi yaşayış evinin satılmasını tələb edir.
22. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdi r ki, iddia tələbi həmin hissədə təmin edilməli, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh2 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh2 məxsus ünvan 5 yeni qaydalarla: ünvan 3 fərdi yaşayış evinə yönəldilməli, həmin əmlak açıq hərrac vasitəsilə satılmalı və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsi həyata keçirilməli, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılmalıdır.
23. Məhkəmə sonda qeyd etmişdir ki, mülki işin materiallarında olan ekspert rəyi ilə daşınmaz əmlakın likvid dəyəri 386.000 manat məbləğində müəyyənləşdirilmişdir. Ekspert rəyi qanunvericiliyə uyğun həyata keçirildiyindən və ekspert rəyini təkzib edən hər hansı dəlil məhkəməyə təqdim edilmədiyindən məhkəmə ekspert rəyini mötəbər sübut kimi qiymətləndirmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(005)-31/2025 saylı qərardadı ilə icraata Cavabdeh2 istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılmaları və mənzilin boşaldılması hissəsində icraata xitam verildiyindən, məhkəmə həmin hissəyə təkrar qiymət verməmişdir.
24. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.4, 385.1, 386.1, 442, 445.1, 445.2, 462.1, 739.1-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 4.1, 34, 39.3, 59.1, 59.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 106.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
25. Qətnamədən iddiaçı Bank və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər.
26. İddiaçının apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin cavabdehlərdən pulun tutulması və evin boşaldılması hissəsində dəyişdirilərək, iddia tələbinin əsas və faiz borcun tutulması və evin boşaldılması hissəsində tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
27. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarını əsas götürmüş xx.xx.2022-ci il tarixdə göndərilmiş bildirişdəki əsas və faiz borca uyğun olaraq iddianı təmin etmişdir. Lakin nəzərə almamışdır ki, iddia tələbini məhkəməyə təqdim edən zaman həmin qərar qüvvəyə minməmişdi. Məhkəmə qətnamə qəbul edərkən xx.xx.2024- cü il tarixində təqdim edilmiş iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizəni nəzərə almamış, qətnamədə isə bunu əsaslandırmamışdır.
28. Cavabdeh2 apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş olunmuşdur.
29. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə həm maddi hüquq normalarının, eləcə də prosessual hüquq normalarının kobud şəkildə pozulması, habelə normaların düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Belə ki, Məhkəmə ödəniş qəbzindəki qeydlərin səhv tətbiq edilməsini araşdırmamış, ekspertizaya lazımi sualları verməmiş və nəticədə cavabdeh MTK- ya edilmiş ödənişlər ondan bir daha tələb edilmişdir. Ödənilən ödənişlər tam olaraq nəzərə alınmayıb və bununla bağlı məhkəmə yanlış nəticə gəlib və əlavə olaraq məhkəmə mühasibatlıq ekspertizası keçirilməli idi.
30. Məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilərək müvafiq rəy alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3223/2025 nömrəli rəyinə əsasən, xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-AF-BP saylı kredit müqaviləsində qeyd olunan şərtlərə əsasən Cavabdeh2 xx.xx.2023-cü il tarixə Banka əsas borcu 209.173,41 manat; faiz borcu üzrə 65.281,14 manat təşkil edir.
31. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2659/202 5 nömrəli, 19 avqust 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Fuad Abdıyev və Namiq Cəfərov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumunun şikayəti vermiş tərəflərin özlərinə aid edilməsi, apellyasiya baxışı zamanı aparılmış ekspertiza tədqiqatının ümumi dəyəri 100 manat vəsaitin Cavabdeh2 tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.
32. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı tərəf apellyasiya şikayətində iki dəlil irəli sürmüşdür. Birincisi, Məhkəmənin Konstitusiya Məhkəməsinin qərarına istinad edərək onların iddia ərizəsinə verdiyi tələbin artırılmasını nəzərə almaması əsassız ol masıdır. İddiaçı hesab edir ki, onlar iddia ərizəsini verəndə həmin qərar qüvvədə olmadığından birinci instansiya məhkəməsi hazırkı işə həmin mövqeyi tətbiq edə bilməzdi.
33. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, həmin dəlil əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin İX hissəsinə görə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Odur ki, kredit müqaviləsinin qüvvədə olduğu müddətdə kreditor borcun hamısını tələb edirsə, müqaviləyə həmin vaxtdan xitam verilməsi, bundan sonra faiz hesablanmalı olmaması barədə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarındakı mövqeyin hazırkı mülki işə tətbiq edilməsi Konstitusiyanın tələbidir.
34. İddiaçının ikinci dəlili qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi, eləcə də evin boşaldılması barədə tələbin təmin edilməməsinin əsassız olması barədədir ki, Məhkəmə kredit müqaviləsinin müddətinin 2036-cı ildə bitməsini, eləcə də hazırkı işin halları baxımından belə qənaətə gəlir ki, həmin tələb təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi həmin hissədə iddia tələblərinin təmin edilməməsinin əsaslarını maddi hüquq normalarına istinad etməklə yetərincə əsaslandırmış və Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin həmin mövqeyini əsaslı hesab etmişdir.
35. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, cavabdehin apellyasiya şika yətinin əsas dəlili onun MTK-ya olan ödənişlərinin nəzərə alınmaması barədə olmuşdur. Cavabdehin bu dəlilin yoxlanması üçün müvafiq ekspertiza keçirilmiş, lakin verilmiş ekspert rəyi ilə həmin dəlil təkzib edilmişdir. Cavabdehin başqa dəlili olmamışdır. Onun şikayəti təmin edilə bilməz.
36. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etməkdə haqlı olmuşdur, apellyasiya şikayətlərinin dəlilləri isə əsassızdır və təmin edilməməlidir.
37. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Mülki Məcəllənin 295, 296.1, 297, 385.1, 386.1, 425.1, 439.3, 442, 445.7, 448.1, 739.1-ci, “İpoteka haqqında” Qanunun 1.0.9, 4.1, 34, 39.3, 59.1, 59.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 76.1, 76.2, 76.3, 77.1, 372, 380.1, 384.0.1 və 38 5.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: Kassasiya şikayətinin dəlilləri.
38. Qətnamədən iddiaçı Bank (Vəkil3) və Cavabdeh2 (Vəkil3) kassasiya şikayətləri vermişlər.
39. İddiaçının kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin faiz borcu hissəsində dəyişərək, cavabdehlər Cavabdeh2 və MTK-dan iddiaçı Bankın xeyrinə 90.708,37 manat faiz borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 589,68 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması, qətnamənin qalan hissədə dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
40. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdehə göndərilən pretenziyaya baxmayaraq, heç bir ödəniş edilməmişdir. Hazı rkı mübahisədə də cavabdeh kredit müqaviləsi üzrə hesablanmış faizləri ödəməyə borcludur. İddiaçının isə müqavilə müddəti ərzində faiz hesablamağa və yekun məhkəmə aktı qəbul edilənədək həmin məbləği cavabdehlərdən tələb etməyə haqlı olmuşdur. Məhkəmə qətnamə qəbul edərkən xx.xx.2024-cü il tarixində təqdim edilmiş iddia tələbinin dəyişdirilməsi ilə bağlı ərizəni nəzərə almamış, qətnamədə isə bunu əsaslandırmamışdır. Həmçinin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, qanunvericiliyə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. xx.xx.2024-cü il tarixdə təqdim edilən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə məhkəmə tərəfindən nəzərə alınaraq, qətnam ə tələbin təmin edilməsi ilə qəbul edilməli idi.
41. Cavabdeh2 kassasiya şikayətində, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ödəniş qəbzindəki qeydlərin səhv tətbiq edilməsini araşdırmamış, ekspertiza qarşısında düzgün və lazımi sualları verməmiş və nəticədə cavabdeh MTK-ya edilmiş ödənişlər cavabdehdən bir daha tələb edilmişdir. Ödənilən ödənişlər tam olaraq nəzərə alınmayıb və bununla bağlı məhkəmə yanlış nəticəyə gəlmişdir. Bundan əlavə olaraq, məhkəmə tərəfindən mühasibatlıq ekspertizası keçirilməli idi. Lakin məhkəmə bu nüanslara ötəri yanaşmış, işi tam və ətraflı araşdırmamış və yekun məhkəmə qərarı qəbul etmişdir. Eyni zamanda ünvan 5 ünvanında yerləşən 65 saylı mənzil (yeni qaydalarla: Bakı şəhəri, Nərimanov rayon, Xan Şuşinski k, 73, M8, m 1) cavabdehin yeganə yaşayış yeridir. Halhazırda məhkəmə tərəfindən mənzilin satış dəyəri düzgün müəyyən edilmədiyindən mübahisəli mənzilin dəyərindən aşağı qiymətə satılması Cavabdeh2 mülkiyyət hüququnun əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnəcəkdir. İş materiallarına əsasən, ünvan 5 yeni qaydalarla: ünvan 3 ünvanında yerləşən 65 saylı mənzilin hazırkı orta bazar qiymətlərinə uyğun ümumi dəyəri AR ƏN MEM-nin xx.xx.2023-cü il tarixli 9/5113 nömrəli ekspert rəyinə əsasən, təqribən 428.900 manat, 10 % azalma tətbiq edilməklə həmin tikilinin hazırkı orta bazar qiymətlərinə uyğun likvid dəyəri tə qribən 386.000 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə ekspert rəyinin tarixinə əhəmiyyət vermədən yekun qərar qəbul etmişdir. Belə ki, AR ƏN MEM-nin ekspert rəyi xx.xx.2023-cü il tarixə aiddir. Halbuki respublika ərazisində mənzillərin orta bazar qiymət dəyəri günü-gündən artmaqdadır. Beləliklə, mübahisəli mənzilin günün standartlarına uyğun qiymətləndirilməməsi cavabdehin mülkiyyət hüquqlarının pozulması ilə yanaşı, onun həyat şəraitinin olduqca pisləşməsi ilə nəticələnəcəkdir. Qətnamə həm maddi hüquq normalarının, eləcə də prosessual hüquq normalarının kobud şəkildə pozulması, habelə normaların düzgün tətbiq edilməməsi, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi, qətnamədə göstərilmiş nəticələrin işin hallarına uyğun gəlməməsi ilə qəbul edilmişdir. Nə birinci instansiya məhk əməsi, nə də apellyasiya instansiyası məhkəməsi mülki işi düzgün araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmiş, nəticədə isə cavabdehin hüquqlarının pozulması ilə nəticələnən yekun qərar qəbul etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
43. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
44. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
45. Maddə
295. Girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər.
46. Maddə 296.1. Girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.
47. Maddə
297. Girov qoyulmuş əşya hərracda (açıq auksionda) və ya “Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda istənilən üsulla satıla bilər.
48. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
49. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
50. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
51. Maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, l akin ildə azı beş faiz miqdarında hesablanır
52. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
53. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
54. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
55. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
56. Maddə 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir (24 fevral 2023-cü il tarixli 822-VİQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə dəyişiklik edilənədək qüvvədə olan redaksiya).
57. Maddə 447.7. Müqavilədən çıxarkən kreditor müqavilənin icra edilməməsi nəticəsində ona dəymiş zərərin əvəzini ödəməyi tələb edə bilər. Əgər müqavilədən çıxmaq üçün əsas borclunun təqsiri üzündən yaranmamışsa, bu qayda tətbiq edilmir.
58. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir..
59. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri ( borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
60. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu.
61. Maddə 1.0.9. İlkin satış qiyməti- bu Qanunun tələblərinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketinq keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir.
62. Maddə 4.1. Əgər ipoteka müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, ipoteka saxlayanın tələbi aşağıdakılar da daxil edilməklə tam həcmdə təmin edilir: əsas borc; faizlər; öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi, o cümlədən gecikdirilməsi nəticəsində dəbbə pulu və (və ya) vurulmuş zərərin əvəzinin ödənilməsi; ipoteka predmetinə tutmanın yönəldilməsi ilə əlaqədar icra qeydinin aparılması, məhkəmə xərclərinin və digər xərclərin ödənilməsi.
63. Maddə
34. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərd ə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda.
64. Maddə 39.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir:... 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir.
65. Maddə 59.1. Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir.
66. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış e vinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bə zi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı.
67. İcranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Mülki Məcəllənin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli qərarı:
68. Bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə n əzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
69. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
70. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
71. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edi lir.
72. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
73. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
74. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
75. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
76. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nətic ələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
77. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
78. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
79. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məh kəməsinə göndərə bilər.
80. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri:
81. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
82. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı bank və Cavabdeh2 tərəfindən qarşılıqlı olaraq iddianın təmin edilməyən və təmin edilən hissələrində mübahisələndirildiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin kassasiya şikayətlərinin dəlillərinə uyğun tam yoxlanılması təşkil edir. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
83. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsini iddianın cavabdehlərdən pretenziya məktubunda göstərilən əsas, faiz, həmçinin cərimə borcunun tutulması, tələbin ipoteka predmetinə yönəldilməsi hissədə qismən təmin edilməsi hissəsində dəyişdirmədən saxlayan apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasi bətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilsə də, “209.173,11 manat əsas borca münasibətdə 29 mart 2023-cü il tarixdən qətnamənin qanuni qüvvəsini alacağı tarixə kimi illik 5 faiz məbləğində əldən çıxmış fayda məbləğinin tutulmasının rədd edilməsi” zamanı maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamış, həmin hissədə düzgün qətnamə qəbul edilməmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi “209.173,11 manat əsas borca münasibətdə 29 mart 2023-cü il tarixdən qətnamənin qanuni qüvvəsini alacağı tarixə kimi illik 5 faiz məbləğində əldən çıxmış fayda məbləğinin tutulmasının rədd edilməsi” hissəsində ləğv edilməli və mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
84. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsi yoxlanılarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmur. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
85. İşin məhkəmələr tərəfindən müəyyən edi lmiş hallarından görünür ki, iddiaçı Bank və borcalan Cavabdeh2 arasında bağlanmış xx.xx.2017-ci il tarixli, 12-xx-xx-2017-AF-BP saylı, təminatlı krediti müqaviləsinə əsasən Bank tərəfindən borcalana 223 ay müddətinə illik 8 % dərəcəsi ilə hesablanmaqla, mənzilin alınması üçün 215.500 manat məbləğində kredit verilmişdir. Borcverən Borcalana borcalan ilə cavabdeh MTK arasında imzalanmış 11 iyul 2017-ci il tarixli ABB YM-14 müqavilənin predmeti olan mənzilin alınması üçün öhdəsinə götürmüşdür. Eyni zamanda kredit müqaviləsinin təminatı kimi iddiaçı Bankla Cavabdeh2 arasında xx.xx.2021-ci il tarixli Bakı şəhəri, Nərimanov rayon, X.Şuşinski küçəsi, ev 73, m 65 (yeni qaydalarla: ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 155,4 kv.m. olan mənzilin (Seriya RX, № 1338833, qeydiyyat nömrəsi: ********* *, qeydiyyat tarixi: xx.xx.2021) ipotekaya qoyulması barədə ipoteka müqaviləsi bağlanmış və müvafiq mənzil Bankın xeyrinə yüklü edilmişdir. Mübahisəli Mənzil Bankın xeyrinə yüklü edilmiş, yüklülüyün müddəti 223 ay müəyyən edilmişdir. xx.xx.2022-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və MTK-ya ipoteka predmetinə yönəldilmə barədə bildiriş göndərilərək, kredit müqaviləsinə əsasən 209.173,11 manat əsas, 60.076,13 manat faiz borcunun mövcudluğu qeyd edilmiş və borcunun tam şəkildə ödənilməsi tələb edilmişdir.
86. Birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə nəticəyə gələrkən, iddia tələbinin 209.173,11 manat məbləğində əsas borcun tutulması hissəsində əsaslı olduğunu, kredit müqaviləsi üzrə borcun qaytarılması öhdəliyinin gecikdirilməsinə görə bankın borcun tamamını (əsas, faiz, cərimə) borcludan geri istəməsi müqavilənin birtərəfli qaydada ləğv edilməsi anlamına gəldiyindən, cavabdehlərdən pretenziya məktubunda göstərilən faiz məbləği olan 60.076,13 manatın tutulmalı olması, ipoteka müqaviləsi ilə təmin edilmiş öhdəlik borclu Cavabdeh2 tərəfindən lazımınca icra edilmədiyindən, borcun ödənilməsi üçün tələb ipotekaya qoyulmuş və Cavabdeh2 məxsus ünvan 5 yeni qaydalarla: ünvan 3 fərdi yaşayış evinə yönəldilməli olduğunu, həmin əmlakın açıq hərrac vasitəsilə satılması və satışdan əldə edilmiş vəsait hesabına borcun ödənilməsinin həyata keçirilməsi, ödəniş həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin ipoteka qoyana qaytarılmalı olması, daşınmaz əmlakın likvid dəyərinin ekspert rəyinə uyğun olaraq 386.000 manat məbləğində müəyyənləşdirilməsini qeyd etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 29 mart 2023-cü il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.
87. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamaq barədə nəticəyə gələrkən hesab etmişdir ki, kredit müqaviləsinin qüvvədə olduğu müddətdə kreditor borcun tamamını (əsas, faiz, cərimə) tələb edirsə, müqaviləyə həmin vaxtdan xitam verilməsi, bundan sonra faiz hesablanmalı olmaması barədə Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarındakı mövqeyin hazırkı mülki işə tət biq edilməsi Konstitusiyanın tələbidir. Bundan başqa, borcun tam ödənilməsi barədə bildiriş göndərildiyi andan müqavilə ləğv edilmiş hesab edildiyindən, müqavilənin ləğvindən sonra müqavilə müddəti üçün faizlər hesablanmaqla borcludan tələb edilməsi qanunaziddir. Məhkəmə belə olan təqdirdə hesab etmişdir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli və cavabdehlərdən pretenziya məktubunda göstərilən məbləğ - 60.076,13 manat məbləğində faiz borcu tutulmalıdır.
88. Kassasiya instansiyası məhkəməsi Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə hesab edir ki, həmin kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
89. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən hesab edir ki, Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətində sadalanan formal dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğ v edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi üçün əsas ola bilməz. Bu səbəbdən də iddia tələbinin təmin edilməsi ilə bağlı Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri əsassızdır.
90. Kassasiya instansiyası məhkəməsi həmçinin “209.173,11 manat əsas borca münasibətdə 29 mart 2023-cü il tarixdən qətnamənin qanuni qüvvəsini alacağı tarixə kimi illik 5 faiz məbləğində əldən çıxmış fayda məbləğinin tutulmasının rədd edilməsi” hissəsinə münasibətdə iddiaçı Bank tərəfindən verilmiş kassasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, qeyd olunan hissədə apellyasiya məhkəməsi tərəfindən qətnamə maddi hüquq normalarının pozulması ilə qəbul edilmiş və məhkəmənin gəldiyi həmin nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydı nlaşdırılmamışdır.
91. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı iddiaçının kassasiya şikayətinə münasibətdə hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə yuxarıda qeyd olunan hissədə apellyasiya instansiyası məhkəməsi tərəfindən düzgün qiymət verilməmişdir.
92. Belə ki, qeyd olunan hissədə iddia tələbinin qanuni əsasını təşkil edən Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
93. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsinin qarşısının alınmasına yönəlmişdir.
94. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarında formalaşdırılmış hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdə lik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Mülki Məcəllənin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
95. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödən ilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
96. Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər.
97. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arası ndakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 9 iyul 2009-cu il tarixli Qərar).
98. Məhkəmə kollegiyası yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
99. Nəzərə alınmalıdır ki, bankların əsas fəaliyyəti məhz ayrı-ayrı şəxslərə kredit verməklə gəlir əldə etməkdən ibarət olduğundan hər hansı kredit müqaviləsi üzrə borclu kredit öhdəliklərini vaxtında icra etməyərək nəzərdə tutulan pul vəsaitlərini banka ödəmədikcə, eləcə də bankla həmin borclu arasında yaranan kredit mübahisəsi üzrə məhkəmə və icra icraatı uzun müddət ərzində davam etdikcə, bank həmin vəsaitləri dövriyyəyə yönəltməklə gəlir götürmək imkanından məhrum olur ki, bu da nəticə etibarilə banka əldən çıxmış fayda formasında zərərin dəyməsi ilə nəticələnir.
100. Bu baxımdan, prosessual qənaət prinsipi nəzərə alınmaqla, iddia tələbinin tərəflər arasında yaranmış kredit bor cunun tutulması və tələbin ipoteka predmetlərinə yönəldilməsi hissəsində təmin edilməsi, kreditora eyni kredit müqaviləsi üzrə qətnamənin qüvvəyə mindiyi dövr üçün əldən çıxmış fayda formasında ona dəyən zərərin əvəzi kimi, ən azından əsas borca münasibətdə gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin Mülki Məcəllənin 21.2, 443.1, 443.2 və 445.7-ci maddələrinə uyğun olaraq ödənilməsinin hazırkı məhkəmə baxışı çərçivəsində müzakirə edilməsi üçün maneə deyildir.
101. İşin hallarından göründüyü kimi iddiaçı Bank xx.xx.2022-ci il tarixli bildirişə əsasən, iddiaçı tərəfindən cavabdehlər Cavabdeh2 və MTK-ya ipoteka predmetinə yönəldilmə barədə bildiriş göndərilərək, kredit müqaviləsinə əsasən 209.173,11 manat əsas, 60.076,13 manat faiz borcunun mövcudluğu qeyd edilmiş və borcunun tam şəkildə ödə nilməsi tələb edilsə də, cavabdehlər tərəfindən öhdəliyin icrası istiqamətində addımlar atmamışlar.
102. Göründüyü kimi, iddiaçı Bankın Mülki Məcəllənin 445.7-ci maddəsinin tələblərinə uyğun olaraq digər əsaslardan çıxış edərək, daha böyük məbləğ tələb edə bilmədiyi halda, gecikdirilmiş həmin vaxt üçün pretenziya məktubunun verildiyi 29 mart 2023-cü il tarixdən qətnamənin qanuni qüvvəsini alacağı tarixə kimi əsas borca münasibətdə ən azı illik 5 % dərəcə ilə hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnun olub-olmaması məsələsi apellyasiya instansiyası məhkəməsi tərəfindən ətraflı müzakirə edilməmiş, işin faktiki hallarına bununla bağlı hüquqi qiymət verilməmişdir.
103. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkə mə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsində ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.
104. Ədalətli məhkəmə baxışı ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu M.Bayramovun şikayəti üzrə 9 iyun 2011-ci il tarixli Qərarında göstərmişdir ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarına təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanun i olmasını təmin etmək üçün MPM-də məhkəmənin, işdə iştirak edən şəxslərin və mülki prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir.
105. Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı tərtib olunmalıdır. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Məhkəmə qətnaməsinin əsaslandırıcı hissəsində sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir.
106. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini n əzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar.
107. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır.
108. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən dəyişdirilmədən sax lanılmış birinci instansiya məhkəməsinin qətnaməsində “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsində nəzərdə tutulan qaydada ipoteka predmetinin bazar qiyməti göstərilməsədə, kassasiya şikayətlərində həmin hal mübahisələndirilmədiyindən məhkəmə kollegiyası qeyd olunan hissəyə münasibət bildirməyə zərurət görmür.
109. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin olunmalı, cavabdehin kassasiya şikayəti rədd edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yuxarıda qeyd olunan hissədə işə aid hüquqi faktların tam və obyektiv araşdırılıb qiymət verilməklə əsaslandırılması tələbinə əməl olunmadan çıxarıldığına görə iddiaçı Bankın pul öhdəliyinin icrasının gecikdirilməsinə görə faiz tələblərinin tut ulmasının rədd edildiyi hissədə ləğv edilməli və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
110. İşə yenidən baxılarkən məhkəmə kollegiyası yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, işin müəyyən edilmiş hallarına uyğun olaraq hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq və iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılması üçün lazım olan bütün tədbirləri görməli, o cümlədən iddiaçı tərəfindən cavabdehlərə pretenziya məktubunun verildiyi 29 mart 2023-cü il tarixdən qətnamənin qanuni qüvvəsini alacağı tarixə kimi əsas borca münasibətdə ən azı illik 5 % dərəcə ilə hesablanmış faiz formasında zərərin ödənilməsini tələb etmək hüququnun olub-olmaması m əsələsi müzakirə edilməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 106.1, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
111. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
112. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2659/2025 nömrəli, 19 avqust 2025-ci il tarixli qətnaməsi “209.173,11 manata münasibətdə 29 mart 2023-cü il tarixdən qətnamənin qanuni qüvvəsini alacağı tarixə kimi illik 5 faiz məbləğində əldən çıxmış fayda məbləğinin tutulmasının rədd edilməsi” hissəsində ləğv edilsin və mülki iş qeyd olunan hissədə yenidən baxılması üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.